Məhkəmə qərarları › İş №1(023)-15/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-15/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-15/2023 10.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və xx.xx.1967-cı il də Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, bir uşaq atası, ünvan 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 03 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində X1 yaşadığı, X7 məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz həyətə daxil olaraq, həyətdə divara söykənmiş vəziyyətdəki, Zərərçəkmiş şəxs2 tərəfindən Pərviz Nəbiyevə istifadə üçün verilmiş, Zərərçəkmiş şəxs2 məxsus, birinin qiyməti 80 manat olan cəmi 160 manat dəyərində 02 ədəd aluminium materialdan 13 pilləli yığılan nərdivanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi zərər vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə 05 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus aluminium qapı-pəncərə təmiri sexinin qarşısına satış məqsədi ilə qoyulmuş, sonuncuya məxsus 300 manat dəyərində olan, içərisində pəncərə şüşə olmayan, 3,30 metr hündürlüyündə, 3,25 metr enində olmaqla içərisində hər biri 0,80 metr enində və 2 metr uzunluğunda 2 laylı qapı ilə birlikdə içərisində ümumi uzunluğu 25 metr uzunluğunda şüşə tutucular (ştapel) olan 01 ədəd qapı-pəncərə çərçivəsini və 150 manat dəyərində olan hər biri 0,80 metr enində 2 metr uzunluğunda olan 01 ədəd 2 laylı qapını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində maddi zərər vurmaqla oğurlamışdır. Bundan başqa o, 17 may 2022-ci il tarixdə saat 12 radələrində Qazax şəhəri H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının yaxınlığında tanışıünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 2 manat borclu qalmaq şərti ilə 3 manat nağd pul verərək 5 manat müqabilində sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,102 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, həmin tarixdə saat 12:10-da Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri Azadlıq küçəsində piyada hərəkətdə olaraq üzərində daşıyarkən saxlanılaraq Qazax şəhəri H.Əliyev prospekti 165A ünvanında yerləşən Qazax RPŞ-nin inzibati binasına gətirilmiş və saat 12:55-dən saat 13:25-dək olan müddət ərzində rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən həmin çəkidə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda olan ayrı-ayrılıqda 04 büküm olmaqla ümumilikdə 1,442 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həmin narkotik vasitənin 01 bükümdə olan 1,102 qramını ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Qazax şəhəri H.Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının yaxınlığında 2 manat borclu qalmaq şərti ilə 3 manat almaqla ümumilikdə 5 manat müqabilində satmış, 05 iyun 2022-ci il tarixdə saat 22 radələrində Qazax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində yaşadığı ünvan 8 ünvanının qarşısında saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 22:50-dən 23:11-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd üzərləri sellofanla örtülmüş qızılı rəngli siqaret kağızı bükümlərində hər biri müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,157 qram və 0,095 qram təşkil edən ümumi təmiz çəkisi 0,34 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Lakin həyətindən nərdivan oğurladığı ev sahibi Zaur Əliyevi qonşu kimi tanıyır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Zaur Əliyevin evinin yaxınlığından keçən zaman evin hündür olmayan hasarından həyətə boylananda həyətin içərisində 2 ədəd divara söykənmiş nərdivanlar olduğunu görmüş, eyni zamanda evin giriş darvazasında qıfıl olduğunu görüb evdə heç kimin olmadığını başa düşmüşdür. Nərdivanların gümüşü rəng olmasından onların aluminium olduqlarını fikirləşmiş və hasardan həyətə daxil olaraq nərdivanları götürmək qərarına gəlmiş, lakin gündüz saatları olduğu üçün kiminsə görə biləcəyindən qorxaraq bunu etməmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 19 radələrində yenidən Zaur Əliyevin yaşadığı evin yaxınlığına getmiş və evin giriş darvazasında yenə də qıfıl olduğunu görüb hasardan həyətə düşmüşdür. Nərdivanların hər ikisini götürərək əvvəlcə hasardan küçəyə tullamış, özü də gəldiyi yolla küçəyə çıxıb nərdivanları götürüb küçədə olan kolun dibinə qoymuşdur. Ağstafa şəhərində yerləşən “Avtovağzal dairəsi” deyilən yerə gedib sürücüsünü tanımadığı, markasını və nömrəsini xatırlamadığı köhnə bir taksi avtomobili ilə 4 manata razılaşmış və həmin taksi ilə küçəyə gələrək nərdivanları taksinin yük yerinə yükləmişdir. O, Vurğun qəsəbəsində dəmir yığımı ilə məşğul olan Asif adlı şəxsin evinə getmişdir. Sürücü nərdivanların oğurluq olmasını bilməmişdir. O, sürücüyə yalan danışıb nərdivanların özününkü olmasını demişdir. Evinin qarşısında Asifi çağırıb aliminium olduğunu demişdir. Asif ondan haradan aldığını soruşduqda o, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Asif apardığı nərdivanları tərəzidə çəkmiş və 46 manat pula hesablamışdır. O da razılaşaraq 46 manat pulu götürüb oradan qayıtmış, taksi sürücüsünün 4 manat pulunu verib yola salmış və qalan pulu xərcləmişdir. Bundan iki gün sonra, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Vurğun qəsəbəsi ilə piyada Ağstafa şəhərinə gələn zaman orada, yolun kənarında sonradan adının Zərərçəkmiş şəxs1 olmasını bildiyi şəxsə məxsus qapı-pəncərə sexinin qarşısında 02 ədəd 2 laylı qapıpəncərə çərçivəsi görmüş və orada heç kəsin olmamasından istifadə edərək həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. 01 ədəd iki laylı qapı-pəncərə çərçivəsini bütövlükdə 01 ədəd də iki laylı qapını çərçivəsiz götürüb apararaq elə həmin gün Asifə 66 manata satmışdır. O, onların da özününkü olmasını Asifə demiş və aldığı pulu xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Qazax şəhər sakini Sərdar adlı şəxsdən 1 qram narkotik vasitə olan heroin almışdır. Belə ki, o, Sərdardan heroini almamışdan təxminən 10 dəqiqə əvvəl Sərdarı qardaşının kirayə işlətdiyi, Qazax şəhəri, H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının qarşısında görüb yaxınlaşaraq, Sərdara 5 manat pulunun olduğunu və həmin pula heroin almaq istədiyini bildirmişdir. Sərdar onunla razılaşmış və ona bir az gözləməyi tapşırmışdır. O, Sərdarı işlədiyi mağazanın qarşısında gözləmişdir. Sərdar piyada evlərinə gedib 10 dəqiqə sonra geri qayıtmışdır. Qeyd olunan mağazanın yaxınlığındakı “Ağ evlər” adlanan binanın arxasında Sərdar ona 1 qram heroin vermiş, lakin Sərdara pul təklif etməsinə baxmayaraq, Sərdar həmin pulu götürməmişdir. Sərdar ona heroini verib gedəndən təxminən 5 dəqiqə sonra 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ona bildirmişlər ki, onun qanunsuz olaraq narkotik maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə polislərə məlumat daxil olmuşdur. Polis əməkdaşları ona Qazax RPŞ-nə getmələrini təklif etmiş, o, da öz növbəsində polis əməkdaşlarına heç bir etiraz etmədən və müqavimət göstərmədən birlikdə rayon polis şöbəsinə getmişdir. RPŞ-də müdafiəçi dəvət edilmiş və ona videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da razılaşmışdır. Həmin vaxt ilkin olaraq ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyi ona təklif edilmişdir. Bu zaman o, əynindəki qara rəngli şalvarının sol yan cibindən selofan bükümü təqdim etmiş, heroin olduğunu və Sərdar adlı şəxsdən “Ağ evlərin” arxasında 5 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları əynində olan geyim paltarlarını da yoxlayaraq üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Lakin, üzərindən digər heç bir narkotik vasitə, o cümlədən qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini əslində Sərdar ona hədiyyə kimi versə də, videoçəkiliş zamanı həyəcanlı olduğundan Sərdardan onu 5 manata almasını bildirmişdir. Həmin narkotik vasitədən heç kəsə satmamış və ya verməmişdir. Heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə saxlamağı barədə heç kəsin məlumatı olmamış və heç kəsə bu barədə heç bir söz deməmişdir. O, törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onlara dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslər onunla barışmışlar. Himayəsində azyaşlı uşağı var. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilsə də, CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Barəsində həbs qətimkan tədbiri seçilənədək fərdi qaydada mebel ustası kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs2 Müşabat oğlunu əvvələr tanımışdır. Belə ki, Azər yaşadığı evin yaxınlığında, Qazax şəhəri H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağzasında işləmişdir. Dəqiq xatırlamadığı tarixdə Azərlə söhbət edən zaman Azər ona narkotik vasitədən istifadə etdiyini demişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında olan qum topasından evdə təmir işləri görmək üçün qumu kisələrə doldurub evə daşıyan zaman qumun içərisində sellofan bükümü tapmışdır. O, bükümü açmış və içərisində 4 ədəd sellofan kəsiyi bükümündə heroin olduğunu görmüşdür. Bundan sonra həmin bükümlər olan sellofanı tullamış və bükümləri də şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Bir qədər də qum daşıdıqdan sonra yorulduğunu hiss edib işi dayandırmışdır. Həmin gün saat 12 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazası istiqamətində getməyə başlamışdır. Mağazanın qarşısında Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb 3 manat pulunun olduğunu, sonradan da 2 manat verə biləcəyini deyərək narkotik vasitə almaq istədiyini deyib ona köməklik göstərməyini xahiş etmiş, hətta birlikdə narkotik vasitə alıb istifadə edə biləcəklərini bildirmişdir. O da əvvəlcə Azərə cavan olduğunu, narkotik vasitədən heç bir xeyir gəlməyəcəyini deyərək iradlarını bildirmiş, Azər isə təkidlə narkotik vasitə almaq istədiyini dedikdə o, Azərlə razılaşmış və “alınsa sənə xəbər edəcəm” deyib bir qədər uzaqlaşmışdır. Azərdən uzaqlaşdıqdan sonra üzərindəki 4 büküm heroindən 1 bükümünü ayırıb yenidən Azərin yanına qayıtmış və həmin 01 büküm heroini Azərə vermişdir. Azər cibindən 3 manat pul çıxararaq ona vermək istəsə də, Azərdən 3 manat pulu götürməmiş, pay verdiyini demiş və oradan uzaqlaşmışdır. Bundan sonra cibində qalan 03 büküm narkotik vasitələrin üzərində olan sellofan bükümləri açıb qızılı rəngli siqaret kağızına, üzərinə də sellofan kəsiyi çəkib üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 8-də, evinin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ona bildirmişlər ki, qanunsuz olaraq narkotik maddələrin əldə edilməsi, daşınması, saxlanması və Təqsirləndirilən şəxs2 verməyi barədə şübhəlidir. Bu səbəbdən polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getməlidir. O da razılaşmış, birlikdə Qazax RPŞ-nə getmişlər. Polis şöbəsində Müdafiəçi1la təmin edilmiş, müdafiəçinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. İlkin olaraq ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olub-olmaması soruşulub, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 03 ədəd selefon bükümün içərisində sigaret kağızına bükülmüş bükümü təqdim etmiş, heroin olduğunu və onu qum topasının altından tapdığını bildirmişdir. Daha sonra əynində olan geyim paltarlarını yoxlayaraq üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Üzərindən başqa narkotik vasitə, o cümlədən qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Özündə olan və Azərdə aşkar edilmiş heroin bükümlərini heç kəsdən, o cümlədən Ramizdən almamış, ibtidai istintaq zamanı ağrıları olduğundan özündə olmadığı üçün onları Ramizdən almasını qeyd etmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Həsənsu kəndində yaşayır və "xxxx" MMC-nin direktorudur. Onun direktoru olduğu "xxxx" MMC podratçı kimi müxtəlif şirkətlərlə müqavilələr bağlanır və əsasən internet xətlərinin çəkilməsi, digər internet xidmətləri ilə əlaqədar işlər görür. X4 tanıyır, “Enginet Birlink” şirkətində optik kabellərin qaynaqçısı vəzifəsində işləyir. Pərvizin işi mütəmadi olaraq onun direktoru olduğu "xxxx" MMC ilə əlaqədar olduğu üçün Pərvizlə demək olar ki, iş yoldaşı olmuşlar. Bundan başqa o “Azeronline” şirkəti ilə də işləmişdir. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Pərviz 2021-ci ilin sentyabr-oktyabr aylarında “Azeronline” şirkətində işləmiş, Ağstafa şəhərində kirayədə yaşamışdır. Həmin vaxt o, Pərvizə istifadə edib qaytarması üçün hər birinin orta bazar qiyməti 80 manat olan 02 ədəd özü açılıbbağlanan, aluminium konstruksiyalı, 13 pilləli nərdivan vermiş və bir müddət sonra nərdivanların Pərvizin kirayədə yaşadığı evin həyətindən oğurlandığını eşitmişdir. Oğurluq nəticəsində ona 160 manatlıq ziyan dəymişdir. Sonradan ona məxsus nərdivanların Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını bilmişdir. Azər ondan üzrxahlıq etmiş, dəymiş ziyanı ödəmişdir, o da Azərlə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Vurğun qəsəbəsində yaşayır və yaşadığı qəsəbədə aluminium qapı-pəncərə sexinin sahibidir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında özünə məxsus 300 manat qiymətində 3,30 metr hündürlüyündə, 3,25 metr enində olmaqla içərisində hər biri 0,80 metr enində və 2 metr uzunluğunda 2 laylı qapı ilə birlikdə içərisində ümumi uzunluğu 25 metr uzunluğunda şüşə tutucular (ştapel) olan qapı-pəncərə çərçivəsini və 150 manat qiymətində hər biri 0,80 metr enində 2 metr uzunluğunda olan 2 laylı qapını satmaq məqsədi ilə yolun kənarında yerləşən sexinin qarşısına qoymuş, xx.xx.2021-ci il tarixdə səhər saatlarında sexə gedən zaman ikilaylı qapılardan birinin və digər ikilaylı qapıpəncərə çərçivəsinin aparıldığını, ikincinin çərçivəsinin orada qaldığını görmüşdür. Sonradan bilmişdir ki, ona məxsus əşyalar Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Oğurlanmış əmlakının dəyəri cəmi 450 manat edir. Təqsirləndirilən şəxs2 ondan üzr istəmiş, dəymiş ziyanı ödəmişdir, o da təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, hazırda Qazax RPŞ-nin rəisinin ŞHİÜ köməkçisi vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixinədək Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində xidmətdə olarkən ona əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 10 ünvanında yaşayan və Qazax şəhərində yerləşən “Ya Əli” telefon aksesuarları mağazasında işləyən Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı və satışı ilə məşğul olur. Ona görə də o, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X20, Qazax RPŞ-nin TBnin təhqiqatçısı polis mayoru X10 və Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X5 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin CAB-nin rəisi, polis baş leytenentı Yusif Yusifov tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Elvin Rzayevlə birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs2 mütəmadi vaxt keçirdiyi H.Əliyev prospekti və həmin prospektə paralel və yaxın məsafədə olan Azadlıq küçəsində tədbiri davam etdirməyə başlamışdır. Azadlıq küçəsində olan zaman saat 12:10 radələrində Təqsirləndirilən şəxs2 yolun səki hissəsi ilə piyada hərəkətdə olduğunu görüb Elvinlə birlikdə Azərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Azərə narkotik vasitələrin əldə etməsində, daşımasında, saxlamasında, istehlakında və satışında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət eləmişlər. Azər də qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-nə gəldikdən sonra o raportla RPŞ-nə məruzə etmiş və raportun icrası Qazax RPŞnin TB-nin baş təhqiqatçısı Anar Hüseynova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquqları izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, vəkil Müdafiəçi2 dəvət edilmiş və təhqiqatçının otağında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək içərisində heroin olduğunu və həmin narkotik vasitəni Qazax şəhəri “Ağ Evlərin yanı” deyilən ərazidə Qazax şəhər sakini Sərdar adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi büküm açılmış, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, kütlə bükümlə birlikdə elektron tərəzdə çəkilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin “Zərflər üçün №64” mətninə malik möhürlə möhürlənmiş, o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış Rahil Hüseynov tərəfindən videoçəkilişlə aparılmış, sonda aparılmış videoçəkilişə baxış keçirilmiş, baxış zamanı heç bir etiraz olmamışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin şəxsi axtarış 17 may 2022-ci il tarixdə saat 12:55-də başlamış, saat 13:25-də başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 digər şahid X8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 2015-ci ildən DİO-da, 2022-ci ildən Qazax RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. Qazax RPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığı ilə tanış olan zaman orada ünvan 10-də yaşayan Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Qazax RPŞ-nə gətirildiyini, üzərinə şəxsi axtarış keçirilərkən 1.102 qram narkotik vasitə olan heroin aşkar olunduğu, Təqsirləndirilən şəxs2 da narkotik vasitəni Sərdar adlı şəxsdən almasını göstərməsini və Sərdar adlı şəxs müəyyən olunaraq istintaqa təqdim edilməli olması barədə yazıldığını görmüşdür. Elə həmin gündən sonra tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmiş ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə satan şəxs ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs1dur. Bundan sonra əməliyyat tədbirlərini davam etdirmiş və xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X17 ilə birlikdə Qazax şəhəri ərazisində olan zaman Təqsirləndirilən şəxs1 yaşadığı evdə olması barədə məlumat daxil olmuşdur. O həmin vaxt bu barədə Natiqə demiş və Natiqlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana yollanmışdır. Sərdara küçədə, evinin qarşısında özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda daşımaqda və Təqsirləndirilən şəxs2 adlı şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək, birlikdə Qazax RPŞ-nə getməli olduğunu izah etmişlər. Sərdar heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Polis Şöbəsində İB-nin sabiq müstəntiqi Həmid Umudov tərəfindən Təqsirləndirilən şəxs1 hüquqları izah olunmuş, o, müdafiəçi ilə təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsi və saxlaması barədə şübhəli olduğu bildirilib üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış aparılarkən yenə Təqsirləndirilən şəxs1 hüquqları izah edilmiş və üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3 ədəd sellofan bükümün içərisində siqaret kağızına bükülmüş bükümləri təqdim etmiş və həmin bükümlərin içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, qeyd olunan bükümləri yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmış, üzəri Qazax RPŞ-nin 64 saylı möhürü ilə möhürlənmiş və üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilmiş, protokolu o da imzalamışdır. Şəxsi axtarış zamanı Qazax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoçəkiliş aparılmışdır. Sərdar Əzizovun şəxsi axtarışı həmin gün saat 22:50-də başlamış, saat 23:11-də bitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 digər şahid X11 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Vurğun qəsəbəsində yaşayır və ailəsinin maddi təminatını ödəmək üçün böyük qardaşı Əli ilə birlikdə fərdi qaydada metal alıb-satmaqla məşğul olur. Təqsirləndirilən şəxs2 Nüşabət oğlunu əvvəllər tanımamış, bu səbəbdən də arasında heç bir münasibət olmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 20-21 radələrində özü və qardaşı Əli yaşadıqları evin həyətində olan zaman Azər yaşadığı evə gələrək 02 ədəd gümüşü rəngli nərdivan gətirmiş və satmaq istədiyini demişdir. Onları Azərdən alıb tərəzidə çəkmiş, çəkisi təxminən 22 kq olmuş, onların oğurluq olub-olmamasını soruşduqda Azər oğurluq olmadığını, özününkü olmasını demişdir. O da Azərə inanıb həmin aluminium nərdivanlara görə təxminən 44 manat verib Azərdən almış və Azər çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat, 21-22 radələrində yaşadığı evdə olarkən Azərin gəldiyini və əlində də aluminium materialdan hazırlanmış 2 ədəd qapı və qapının kənarında olan aluminium profillər olduğunu görmüş, Azər aluminium gətirdiyini demişdir. O, qapılara baxıb oğurluq olub-olmadığını soruşmuş, Azər and içərək oğurluq olmadığını, özünün olduğunu demişdir. Bundan sonra o, Azərin gətirdiklərini tərəziyə qoyub çəkmiş, çəki təxminən 33 kq olmuşdur. O, Azərə 66 manat pul verib həmin qapıları almış və Azər çıxıb getmişdir. Sonradan polis əməkdaşlarından Azərdən aldığı əşyaların hamısının oğurluq olmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 digər şahid X12 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Qazax şəhər sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Qazax rayonu, Xanlıqlar kəndində yaşayır və fərdi əməklə məşğul olur. Narkotik vasitə olan heroindən istifadə etsə də, heç vaxt nakotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 və ya digər şəxslərə nakotik vasitə satmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi barədə” 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən o, həmin tarixdə Qazax RPŞ MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Qazax Rayon Məhkəməsinin 07 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 12:55-dən saat 13:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə, bükümlə birlikdə 1,32 qram çəkidə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:50-dən saat 23:11-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı əynində olan boz rəngi cins şalvarın sağ yan cibindən 03 ədəd üzəri sellofanla örtülmüş siqaret kağızları bükümlərində müvafiq olaraq bükümlə birlikdə çəkiləri 0,17 qram, 0,18 qram və 0,24 qram heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 yaşadığı, X7 məxsus olan ünvan 2 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, X12 Ağstafa rayon Vurğun qəsəbəsində yaşadığı evə baxış keçirilmiş, baxış zamanı 2 ədəd aluminium materialdan hazırlanmış nərdivanlar müəyyən edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X12 təqqdim etdiyi 2 ədəd aluminium materialdan hazırlanmış pəncərə profillərinə baxış keçirilmiş, həmin profillər iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüşdür. xx.xx.2022-ci il tarixli şahid ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanından aluminium materialdan hazırlanmış nərdivanları oğurladığı yeri əyani olaraq göstərmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurladığı, Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd nərdivana baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 nərdivanların ona məxsus olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurladığı, Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd aluminium konstruksiyalı pəncərə profillərinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin profillərin ona məxsus olduğunu bildirmişdir. İş üzrə "xxxx" MMC-dən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki : -X9 istifadəsində olan olan 055 778 60 12 saylı mobil nömrə ilə Sərdarın istifadəsində olan 051 377 49 63 saylı mobil nömrə ilə 2022-05-17 tarixdə saat 11:58:08-də 36 saniyə, 2022-05-17 tarixdə saat 12:14:28-də 14 saniyə, 2022-05-17 tarixdə saat 12:32:55-də 20 saniyə telefon danışıqları olmuş, zənglər Ramiz Hüseynov tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 377 49 63 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 847 76 71 saylı mobil nömrə və Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu Cəlilabad rayon Sabirabad kəndində qeydiyyatda olan X6 adına qeydiyyatda keçmiş 055 473 60 81 saylı mobil nömrə arasında heç bir danışıq olmamışdır. -Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 377 49 63 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 847 76 71 saylı mobil nömrə ilə, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu Cəlilabad rayon Sabirabad kəndində qeydiyyatda olan X6 adına qeydiyyatda keçmiş 055 473 60 81 saylı mobil nömrə ilə və X9 istifadəsində olan 055 778 60 12 saylı mobil nömrə ilə heç bir mesajlaşma olmamışdır. -Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 377 49 63 saylı mobil nömrə xx.xx.2022-ci il tarixdən 11:58-dən saat 12:32-dək Qazax rayonu, saat 13:43-də Agstafa rnu Dagkesemen, 13:50-də Qazax r-nu, 15:01-də 15:36-dək Agstafa r-nu Dagkesemen anten dairələrində, xx.xx.2022-ci il tarixdə saat 10:23-də Agstafa r-nu Dagkesemen, saat 11:14-dən saat 20:50-dək Qazax r-nu anten dairəsində olmuşdur. Qazax RPŞ-dən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olması və xx.xx.2022-ci il tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitəni birbaşa satması müəyyən edilsədə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri haradan aldığı və Təqsirləndirilən şəxs2 başqa kimlərə satdığını müəyyən etmək mümkün olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən onlara dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs2la barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş üzrə Təqsirləndirilən şəxs1 Müşabət oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 onun yaşadığı evin yaxınlığındakı telefon mağazasında işləyir.Dəqiq xatırlamadığı tarixdə Azərlə söhbət edən zaman Azər ona narkotik vasitə istifadə etdiyini demişdir. 17 may 2022-ci il tarixdə, saat 12 radələrində Azər işlədiyi telefon mağazasının qarşısında ona təklif etmişdir ki, narkotik vasitə alanda ona da desin və birgə pul qoyaraq narkotik vasitə alıb istifadə etsinlər. O, Azərlə razılaşmış, daha sonra evinə gedərək mobil telefonla Ramiz adlı şəxsə zəng vurub onda narkotik vasitə olub-olmamasını soruşmuş, əgər varsa almaq istədiyini demişdir. Ramiz ondan harada olmasını soruşmuş, olduğu yeri biləndən sonra gəlib onunla görüşəcəyini demişdir. O, daha sonra gedib Azərdən 3 manat pul almış, bir azdan bir nəfərin narkotik vasitə gətirəcəyini Azərə bildirmişdir. Daha sonra Ramiz onun yaşadığı küçəyə gəlmiş və o, Ramizdən 4 büküm heroin götürmüşdür. Lakin Ramizə nə qədər pul verdiyini xatırlamır. Qeyd olunan 04 bükümdən bir hissəsini Azərə vermiş, qalanını özündə saxlamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 17 may 2022-ci il tarixdə mağazanın qarşısında dayandığı vaxt Təqsirləndirilən şəxs1 yaxınlaşaraq ona narkotik vasitə satmasını xahiş etmiş, buna görə Sərdara 3 manat pul vermiş, 2 manat da borclu qalmışdır. Sərdar gətirib ona 01 büküm narkotik vasitə vermiş, 10 dəqiqədən sonra polis əməkdaşları onu Qazax RPŞ-nə aparmışlar, polis şöbəsində Sərdardan almış olduğu 01 bükümdəki narkotik vasitə onun üzərindən aşkar edilmiş, polis əməkdaşlarına həmin bükümdəki narkotik vasiəni Sərdardan aldığını demişdir. İş üzrə ibtidai istintaq zamanı təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı ondan 5 manat müqabilində narkotik vasitə almağa razılaşdığını, 2 manat borclu qalmaq şərti ilə 3 manat verərək narkotik vasitə aldığını demişdir. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə şahid X18 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Ramiz Hüseynovdan narkotik vasitə almadığını, əvvəlki ifadəsində yalan dediyini, narkotik vasitəni tapdığını, Ramiz Hüseynov da Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2021-ci il tarixli 9/8034 saylı rəyindən görünür ki, aluminium materialdan 13 pilləli yığılan nərdivanın 1 ədədi 80 manat olmaqla 2 ədəd 160 manat, Türkiyə Respublikası istehsalı olan aluminium materialdan 2006-cı ildən istifadə olunmuş, istifadə olunduqdan sonra quraşdırıldığı yerdən sökülərək içərisində pəncərə şüşə olmayan 3,30 metr hündürlüyündə, 3,25 metr enində olmaqla içərisində hər biri 0,80 metr enində və 2 metr uzunluğunda 2 laylı qapı ilə birlikdə içərisində ümumi uzunluğu 25 metr uzunluğunda şüşə tutucular (ştapel) olan qapıpəncərə çərçivəsi 1 ədəd olmaqla 300 manat, 2006-cı ildən istifadədə olmuş hər biri 0,80 metr enində 2 metr uzunluğunda olan 2 laylı qapı 1 ədəd olmaqla 150 manat təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 16/577 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş büküm.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1.102 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2022-ci il tarixli, 16/650 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd qızılı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,088qram, 0,157qram, 0,095qram, ümumi təmiz çəkisi 0,34qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 1148 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 1789 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 187 və 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, X23 və X12 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və X9 barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Ağstafa rayon Məhkəməsindən alınmış hökmün surətindən və Ağstafa rayon İcra və Probasiya Şöbəsindən alınmış məktubdan görünür ki, Əzizov X13 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2020ci il tarixdə cəza müddəti başa çatdığından Ağstafa rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Ağstafa RİHB-nın şəhər İƏD üzrə nümayəndəsinin verdiyi 29 oktyabr 2021-ci il tarixli, 1842/g saylı arayışdan və xasiyyətnamədən görünür ki, Əzizov X13 şəhəri, C.Cabbarlı küçəsi 38 ünvanında qeydiyyatdır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağstafa rayon Qeydiyyat şöbəsinin vermiş olduğu 26 oktyabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 yanvar 2020-ci il tarixdə anadan olmuş Melisa Məmmədovanın atası Təqsirləndirilən şəxs2dur. Qazax RİHB-nın Qazax Mənzil İstismar sahəsinin verdiyi 10 oktyabr 2022-ci il tarixli, 11-15/90 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında qeydiyyatdır və himayəsində 2009-cu il təvəllüdlü X19 adlı yetkinlik yaşına çatmayan oğlu vardır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Sərdar Əzizovun özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: İş üzrə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, heç kəsə, o cümlədən Təqsirləndirilən şəxs2 heroin satmadığını göstərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələr, müvafiq protokollar və digər sübutlarla onun xx.xx.2022-ci il tarixdə saat 12 radələrində 1,102 qramını Təqsirləndirilən şəxs2 Qazax şəhəri H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının yaxınlığında 2 manat borclu qalmaq şərti ilə 3 manat almaqla ümumilikdə 5 manat müqabilində satması təsdiq və sübut olunur. Bu baxımdan Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 heroin satmaması barədə göstərdiyi xüsusat öz təsdiqini tapmır, onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması iş üzrə toplanmış sübutlar-çoxsaylı şahid ifadələri, ekspert rəyləri və digər mötəbər dəlillərlə sübut olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir və özünümüdafiə kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə də ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı onun qanunsuz olaraq satış məqsədi ilə 04 büküm heroin əldə edib onlardan 01 büküm heroini Təqsirləndirilən şəxs2 satması, qalan 03 büküm heroini özündə saxlamasının vahid niyyətlə əhatə olunduğu müəyyən edilmişdir. Yəni, başqa sözlə desək onun üzərində aşkar olunmuş digər 03 büküm narkotik vasitəni şəxsi istehlak məqsədi ilə deyil, onları da məhz satış məqsədi ilə üzərində saxlamışdır. Belə olan halda, təqsirləndirilən şəxsin əməlinin əlavə olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi xaric olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 03 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində X1 yaşadığı, X7 məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz həyətə daxil olaraq, həyətdə divara söykənmiş vəziyyətdəki, Zərərçəkmiş şəxs2 tərəfindən Pərviz Nəbiyevə istifadə üçün verilmiş, Zərərçəkmiş şəxs2 məxsus, birinin qiyməti 80 manat olan cəmi 160 manat dəyərində 02 ədəd aluminium materialdan 13 pilləli yığılan nərdivanları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 160 manat məbləğində maddi zərər vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 05 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus aluminium qapı-pəncərə təmiri sexinin qarşısına satış məqsədi ilə qoyulmuş, sonuncuya məxsus 300 manat dəyərində olan, içərisində pəncərə şüşə olmayan, 3,30 metr hündürlüyündə, 3,25 metr enində olmaqla içərisində hər biri 0,80 metr enində və 2 metr uzunluğunda 2 laylı qapı ilə birlikdə içərisində ümumi uzunluğu 25 metr uzunluğunda şüşə tutucular (ştapel) olan 01 ədəd qapı-pəncərə çərçivəsini və 150 manat dəyərində olan hər biri 0,80 metr enində 2 metr uzunluğunda olan 01 ədəd 2 laylı qapını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində maddi zərər vurmaqla oğurlamışdır. Bundan başqa o, 17 may 2022-ci il tarixdə saat 12 radələrində Qazax şəhəri H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının yaxınlığında tanışıünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 2 manat borclu qalmaq şərti ilə 3 manat nağd pul verərək 5 manat müqabilində sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,102 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, həmin tarixdə saat 12:10-da Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri, Azadlıq küçəsində piyada hərəkətdə olaraq üzərində daşıyarkən saxlanılaraq Qazax şəhəri, H.Əliyev prospekti 165A ünvanında yerləşən Qazax RPŞ-nin inzibati binasına gətirilmiş və saat 12:55-dən saat 13:25-dək olan müddət ərzində rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən həmin çəkidə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ayrı-ayrılıqda 04 büküm olmaqla ümumilikdə 1,442 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həmin narkotik vasitənin 01 bükümdə olan 1,102 qramını ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Qazax şəhəri H. Əliyev prospektində yerləşən “YA ƏLİ Telekom” telefon mağazasının yaxınlığında 2 manat borclu qalmaq şərti ilə 3 manat almaqla ümumilikdə 5 manat müqabilində satmış, 05 iyun 2022-ci il tarixdə saat 22 radələrində Qazax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində yaşadığı ünvan 8 ünvanının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 22:50-dən 23:11-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd üzərləri sellofanla örtülmüş qızılı rəngli siqaret kağızı bükümlərində hər biri müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,157 qram və 0,095 qram təşkil edən ümumi təmiz çəkisi 0,34 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azər Təqsirləndirilən şəxs2baycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini, oğurlanmış əmlakın qiymətini, qanunsuz olaraq əldə edilmiş narkotik vasitənin növünün və miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirili bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 isə təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni hesab edir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin ediləcək qəti cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin 10 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirirlərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-də saxlanılan 1,002 qram və 0,25 qram heroin məhv edilməli, Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd nərdivan S. Vəlizadəyə, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qapı ilə birlikdə qapı-pəncərə çərçivəsi və 01 ədəd qapı V. Yusubova qaytarılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul Təqsirləndirilən şəxs1, 100 manat məbləğində pul Təqsirləndirilən şəxs2 və 32,4 manat məbləğində pul onların ikisindən müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 05 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Qazax RPŞ-də saxlanılan 1,002 qram və 0,25 qram heroin məhv edilsin, Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd nərdivan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qapı ilə birlikdə qapı-pəncərə çərçivəsi və 01 ədəd qapı Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1, 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs2, 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar