Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-15/2025 16.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun X2 iştirakları ilə xx.xx.1992-ci ildə Ağstafa rayonu, Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədibir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər işgüzar münasibətdə olduğu, "xxxx" MMC-in baytar həkimi Zərərçəkmiş şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan xüsusat üzrə səlahiyyəti olmadığı halda, 03 aprel 2024-cü il tarixdə saat 09 radələrində onun işlədiyi ünvan 2 ünvanda yerləşən baytarlıq aptekinə gələrək, müştərilərin yanında onun, qardaşının və mərhum atasının heysiyyatına və ləyaqətinə toxunan “sənin, qardaşının və atanın kişiliyi harada qalıb ki, şirkətin pulunu yermirsiniz” məzmunlu cümlələr işlətməklə mərhum atasının və qardaşının şirkətə olan borcunu ödəməsini ondan tələb edib getməsindən sonra, qeyd edilən məsələ barədə söhbət edib aydınlaşdırmaq üçün həmin tarixdə günorta saatlarında mobil telefon vasitəsilə ilə Zərərçəkmiş şəxs yenidən işlədiyi həmin baytarlıq aptekinə dəvət etmiş və 03 aprel 2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən baytarlıq aptekinin yan tərəfində yerləşən, əhalinin sıx gediş-gəlişi olmayan və bununla da ictimai yer hesab edilməyən ərazidə Zərərçəkmiş şəxs vəfat etmiş atasının ruhuna hörmətsizlik etdiyini ona bir daha xatırlatdıqda sonuncu ondan üzrxahlıq etmək əvəzinə rişxəndlə gülərək, təhrikedici, yəni işlətdiyi sözlərdə haqlı olmasını ehtiva edən hərəkətlərini davam etdirdiyindən zərərçəkmiş şəxsin təşəbbüsü ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı, qisas almaq məqsədilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə qəsdən bir zərbə vuraraq sonuncuya hər iki gözətrafı nahiyənin qançırı, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerdəyişməli çoxsaylı qəlpəli sınığı ilə müşayiət olunan az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Azər Məmmədov vəfat etdikdən sonra Qazax şəhəri Azadlıq prospektində yerləşən Mərkəzi bazarın arxa tərəfində yerləşən baytarlıq aptekini o, işlədir. Bununla bağlı zəruri sənədlər mövcuddur və vergi ödəyicisidir. Zərərçəkmiş şəxs təxminən 5-6 ildir ki, əməkdaşlıq etdikləri "xxxx" MMC-in baytar həkimi kimi tanımışdır. Belə ki, o hələ atası sağ olan vaxtlarda tez-tez aptekə gələrək dərmanların təyinatı ilə əlaqədar məsləhətlər verirmiş. X1 da həmin ərəfələrdə Bakı şəhərində yerləşən "xxxx" MMC-də sürücü və dərmanpaylayan işləmişdir. Lakin sonradan müəyyən problemlər yaranmış və qardaşının şirkətə 2800 (iki min səkkiz yüz) manat miqdarında borcu yarandığından işdən azad edilmişdir. 03 aprel 2024-cü il tarixdə saat 09 radələrində o, işdə olan zaman aptekdə tanışı Şahid5 və tanımadığı təxminən 5-6 nəfər qadın və kişi cinsindən olan müştərilər olmuşdur. Həmin vaxt "xxxx" MMC-in işçiləri Zərərçəkmiş şəxs və Şahid1 içəri daxil olmuşlar. Şahid1 onunla görüşdükdən sonra bayıra çıxmış, Zərərçəkmiş şəxs isə aptekdə qalmış və onunla söhbət etmişdir. O, İsgəndərlə zarafatlar edib söhbət edən zaman o, qardaşı Məmmədin şirkətə yaranmış borcunu ödəməsini tələb etdikdə o, bu söhbətin yeri olmadığını, qardaşı Məmmədin öz öhdəsinə düşən 2800 (iki min səkkiz yüz) manat miqdarında borcu danmadığını və ödəyəcəyini bildirmişdir. Hətta ona şirkətin müdiri ilə bu barədə söhbət etdiyini və borcun ödənilməsi üçün möhlət aldığını da qeyd etmişdir. Lakin Zərərçəkmiş şəxs heç bir səlahiyyəti olmadığı halda təhrikedici sözlər işlədərək “atanın, sənin və qardaşının kişiliyi harada qaldı ki, şirkətin pullarını yemisiniz” dedikdə ona atasının vəfat etdiyini, onun adını hallandırmamasını, kişiliyinə şübhə etməməsini və bu barədə sonra söhbət edəcəklərini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs apteki tərk edərək getmişdir. O, isə aptekdə olan müştəriləri yola saldıqdan sonra, borc məsələsi və Zərərçəkmiş şəxs, onun ünvanına etdiyi təhqirlərlə bağlı söhbət etmək üçün saat təxminən 13 radələrində Şahid1la mobil telefon vasitəsilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs aptekə gəlməsini deməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs tək şəkildə o, işlədiyi aptekə gəldikdən sonra onunla söhbət etmək üçün aptekdən çıxaraq təxminən 10-15 metr aralıda qohumuna məxsus olan avtomobilin arxa tərəfinə keçmişlər. Onun niyyəti və məqsədi onu vurmaq deyil, üzr istəməsinə və səhvini başa düşməsinə nail olmaq olmuşdur. Orada o, Zərərçəkmiş şəxs bir qədər əvvəl müştərilərin yanında etdiyi söhbətin düzgün olmadığını, əbəs yerə onun və atasının ünvanına nalayiq sözlər deməsini bildirib üzrxahlıq etməli olduğunu bildirdikdə o, təhrikedici sözlərinə və hərəkətlərinə davam etmişdir. Yəni ki, rişxənd edərək sözlərinin düzgün olmasını bir daha bildirmişdir. Daha sonra isə İsgəndər onun iradlarından sonra yaxasından tutan zaman o, əsəblərini cilovlaya bilməyərək başı ilə onun sifət nahiyəsinə bir zərbə vurmuşdur. Vurduğu zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış və ayağa qalxmaq istədikdə o, bu dəfə yumruqla onun üz nahiyəsinə bi zərbə vurmuşdur. Onun burun nahiyəsindən qan axmasını gördükdə isə sakitləşmiş və əvvəllər çörək kəsdiklərini xatırlayıb onu ayağa qaldırmağa çalışmışdır. Bu zaman isə onun tanışıı Şahid5, bir neçə saniyə intervalla isə Şahid1 və Şahid2 onların yanlarına gəlmişlər. Şahid2 instinktiv olaraq onu tutaraq kənara çəkdikdən sonra Zərərçəkmiş şəxs yerdən qaldıraraq gəldikləri avtomobilə qoyaraq uzaqlaşdırmışlar. O, isə bundan sonra əhvalı korlandığı üçün apteki bağlayaraq yaşadığı evə getmişdir. Səhərisi gün isə Zərərçəkmiş şəxs onun barəsində hüquq mühafizə orqanlarına şikayət etməsini bilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, münaqişənin səbəbi Zərərçəkmiş şəxs çalışdığı şirkətə olan qardaşı ilə bağlı yaranmış borca görə heç bir səlahiyyəti olmadığı halda kobud formada ondan tələb etməsi, bu zaman onun və atasının ünvanına nalayiq sözlər işlətməsi və üzrxahlıq etməməsi olmuşdur. Münaqişə işlədiyi aptekdən təxminən 10-15 metr aralıda avtomobilin arxa tərəfində olmuş və sözlü mübahisə ilə birlikdə cəmi 2-3 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt ətrafda ikisindən başqa heç kim olmamış, yalnız münaqişə bitdikdən sonra Ceyhun, Orxan və Şamil onların yanına gəlmişlər. O, hadisə zamanı heç bir xəsarət almamış və heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs dedikləri həqiqəti əks etdirmir. Çünki onunla münasibəti yaxşı olmuşdur. Hətta bir-birilə zarafatları da olmuşdur. Onun heç bir səbəb olmadan onu vurmağı barədə Zərərçəkmiş şəxs göstərdikləri həqiqətəuyğun deyildir. O, aptekdə onun, qardaşının və atasının ünvanına nalayiq söz işlətdiyi üçün o, İsgəndəri vurmaq niyyəti ilə deyil, söhbət edib üzr istəməsinə nail olmaq üçün yenidən aptekə dəvət etmişdir. Aptekdən kənarda söhbət edən zaman isə o, yenidən təhrikedici formada sözlərinə davam etdiyindən o, əsəblərini cilovlaya bilməyib onu vurmuşdur. Həqiqətən də, o, yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən bir zərbə də vurmuşdur. Lakin, ola bilsin ki, həmin zərbə güclü olmadığından onun üz nahiyəsində heç bir xəsarət yaranmamışdır. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs dedikləri tamamilə əsassızdır. Onlar mübahisə edən və o, Zərərçəkmiş şəxs vuran zaman onların yanında heç kim olmamış, o pişxtaxtanın üzərinə deyil, yerə yıxılmışdır. Meyvə-tərəvəz satılan piştaxta onlar olduqları yerdən aralıda olmuşdur. Həmçinin, mübahisə etdikləri yer aptekdən 5-6 metr deyil, 10-15 metr aralı olmuşdur. Bunu onun iş yoldaşları Orxan və Şamil də təsdiq etmişlər. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs dedikləri tamamilə yalan və böhtandır. Onun yalan danışdığını onunla birlikdə gəlmiş iş yoldaşları Şahid1 və Şahid2 də təsdiq edə bilər. O, müştərilərin, ələxsus da, qadın müştərilərin yanında yanında onun, qardaşının və mərhum atasının ünvanına nalayiq söz işlətdiyi, daha dəqiq olaraq “atanın, qardaşının və sənin kişiliyi harada qalmışdı ki, şirkətin pulunu yemisiniz” dediyi üçün o, Zərərçəkmiş şəxs irad bildirib, müştərilərin yanında bu barədə danışmağın düzgün olmadığını, sonra, o, xəbər edəndə söhbət etmək üçün aptekə gəlməsini xahiş etmişdir. Onu vurmağının səbəbi isə ifadələrində qeyd etdiyi kimi onun üzrxahlıq etmək əvəzinə yenidən onunla rişxəndlə və təhrikedici formada danışması olmuşdur. Onun niyyəti əvvəlcə onu vurmaq deyil, sadəcə müştərilərin yanında etdiyi söhbətin düzgün olmadığını izah etmək olmuşdur. Lakin o, təhrikedici hərəkətlərinə davam etdiyindən və paltarının yaxasından tutduğundan əsəblərini cilovlaya bilməyib onu vurmuşdur. İlkin izahatında baş vermiş hadisənin təəssüratı ilə əlaqədar ola bilsin ki, fikrini düzgün çatdıra bilməmişdir. Sonradan özü də hadisə yerinə getdikdə, aptekdən 20-30 metr deyil, təxminən 15-20 metr aralı olmasını görmüşdür. Odur ki, ifadələrində də 15-20 metr aralı olmasını qeyd etmişdir. Hadisə zamanı heç kim tərəfindən ona zor tətbiq olunmamışdır. Çünki onlar aktiv mübahisənin iştiraçısı olmamışlar. Onlar gələndə artıq o, Zərərçəkmiş şəxs vurub yerə yıxmış və sonradan onu yerdən qaldırmağa çalışımışdır. Odur ki, heç bir xəsarət almamışdır. Hadisə mərkəzi hissədən kənarda və insanların gediş-gəlişinin sıx olmadığı ərazidə, həmçinin, çox qısa müddətdə baş verdiyindən heç bir ictimai qayda pozulmamışdır. Sonradan əməlindən peşman olmuş, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş maddi ziyanı ödəmişdir, zərərçəkmişlə barışmışlar, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu X12 küçəsi 413 nömrəli ünvanda yerləşən "xxxx" MMC –də 2020-ci ildən əmək müqaviləsi əsasında baytar həkim vəzifəsində işləyir. O, AZVET” MMC–nin baytar həkimi olaraq ölkə daxilində olan baytar mağazalarının sahibləri, dərmanların istifadə qaydası təlimatlandırılması və müalicə metodları ilə bağlı olaraq məsləhət və tövsiyyə verir. Ağstafa rayonu Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs 4-5 ilə yaxındır ki, tanıyır onunla qohumluq əlaqəsi, ədavəti və ziddiyyəti olmamışdır, münasibətəri yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hal hazırda Qazax şəhəri, Mərkəzi Bazarının yaxnlığında olan baytar Aptekini işlədir. Əvvəllər həmin baytar mağazasını Təqsirləndirilən şəxs atası mərhum Azər Məmmədov işlədirmiş. Azər Məmmədovla onun münasibəti yaxşı olmuşdur. O, baytar həkim kimi Azər Məmmədova satdığı dərmanlara görə məsləhətlərini, tövsiyələrini verirmiş. 02 aprel 2024cü il tarixdə o, "xxxx" MMC–nin satış meneceri Şahid1 və sürücü Şahid2lə birlikdə sonuncunun idarə etdiyi Ford Transit markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə dərman preparatlarını yükləyərək birlikdə Qazax şəhərinə gəlmişlər. Həmin gecə onlar Qazax otelində gecələmişlər. 03 aprel 2024-cü il tarixdə saat 09 radələrində o, Şahid1la Şahid2lə birlikdə onun idarə etdiyi Ford Transit markalı ** RD *** dövlət qeydiyyat nömrəli avtomobillə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən Mərkəzi bazarının arxa hissəsinə gəlmişlər. Şahid2 avtomobili saxlamış, o, avtomobildə qalmışdır. O, Şahid1la isə 3 baytar dükanına baş çəkmişlər, o, baytar dükanının sahiblərinə baytar həkim kimi məsləhətlərini vermişdir. Daha sonra Təqsirləndirilən şəxs baytar dükanının qarşısına gəlmişlər, baytar mağazasında 10 nəfərə yaxın müştəri dayanmış, Təqsirləndirilən şəxsla alış-veriş edirmişlər. O, Şahid1la birlikdə 10 -15 dəqiqə mağazaya girmədən bayırda gözləmişlər. Daha sonra mağazada olan müştərilərilərin azalmış, mağazanın içərisində 3-4 nəfər qadın müştəri qaldığından Orxanla birlikdə Təqsirləndirilən şəxs mağazasına daxil olmuşlar. Onlar mağazada 20 dəqiqəyə yaxın gözləmişlər, müştərilər azalandan sonra Təqsirləndirilən şəxs onlarla görümüş, onlar köhnə tanış kimi onunla zarafatlaşmışlar. Elmar tanımadığı sarışın bir oğlana qonaqlara yəni onlara çay gətirməyini tapşırmış, oğlan da mağzadan çıxmışdır. Elmar 2 ilə yaxın idi ki, onların "xxxx" MMC–si ilə işləmədiyindən yəni onların firmadan baytarlıq preparatları almadığından ona tanış kimi təklif etmişdir ki, “Elmar bizim şirkətlə niyə işləmirsən, əvvəllər atan mərhum Azər əmim bizim firma ilə işləmişdir. Hal hazırda da yaz aylarıdır, quşçuluq sezonudur, bizimlə işləsən yaxşıdir. Atan Azər əmimlə işləmişik, aramızda hörmət, izzət olub, mən sizin evinizdə iki dəfə qonaq olmuşam. Sənin atan Azər əmım mənə 2 dəfə qonaqlıq verib” Təqsirləndirilən şəxs isə cavab vermişdir ki, sizin o, baytarlıq preparatları satmır, insan preparatları satır. O, isə "xxxx" MMC-nin rəhbərliyi ilə danışmasını, şirkətdən 10.000 manat borc istəməsini, lakin şirkət verməməsini, ona görə də onların şirkəti ilə işləməyəcəyini, o, bildirmişdir ki, şirkətə borcu var onu da az az ödəyəcəkdir. O, da Elmara demişdir ki, sənin şirkətə borcuna görə ona heç bir aidiyyəti yoxdur. Onun Elmarın yanına gəlməkdə məqsədi onların Şirkətlə əməkdaşlıq etmək olmuşdur. Elmar onunla Şahid1 bildirmşdir ki, qalıb qonağı olsun, heç olmasa çay içsinlər, bundan sonra onlar sağollaşmışlar. O, Şahid1la birlikdə sürücü Şahid2 idarə etdiyi Ford Transit markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Qazax şəhərində yerləşən baytarlıq mağazalarına getmişlər, mağazalarla o, məsələhətlərini, təkliflərini vermişdir. Təqsirləndirilən şəxs saat 13 radələrində Şahid1 zəng vuraraq onun mağazasına gəlmələrini bildirmişdir. Onlar da, Təqsirləndirilən şəxs mağazasının yanına gəlmişlər. Şahid2 avtomobildə qalmış, onunla Şahid1 isə mağazasının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs onları görüb mağazadan çıxmış və ona yaxınlaşıb qolundan tutub mağazadan 5-10 metr aralıda olan yerə aparmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, “ sən atamın adını niyə çəkirsən? . O, bu sualdan təccüblənmiş, istəmişdir ki, ona izah etsin ki, onun atası barədə nalayiq söz deməmişdir ki, o, bundan hirslənsin. Lakin həmin sözləri deməyə macal tapmamış, Təqsirləndirilən şəxs hər iki əlləri ilə onun sinəsindən tutub var gücü ilə özünə tərəf çəkmiş və kəlləsi ilə onun sifət nahiyyəsindən zərbə ilə vurmuş, anidən dalbadal sifətimdən bir yumruq vurmuşdur. O, arxası üstə yıxılmışdır. Arxasınca gələn Şahid1 onu qucaqlayıb kənara çəkmiş, Şamil də Təqsirləndirilən şəxs kənara tutub aralamışdır. O, burnundan xəsarət aldığından huşumu itirməsə də gözü qaralmışdır. X16 avtomobilə əyləşdirib Gəncə şəhəri, X4 gətirmişlər. Orada ona ambulator tibbi yardım göstərmişlər. Daha sonra həkim göndərişi ilə onu Gəncə şəhərində yerləşən “İstanbul” klinikasına göndərmişlər. Orada rentgen müayinəsindən keçmişdir. Xəstəxanadan çıxdıqdan sonra isə evinə getmiş və həmin gecə evində gecələmişdir. Səhəri gün Qazax RPŞ-nə gələrək Təqsirləndirilən şəxs ərizə yazıb şikayət etmişdir. Ərizə ilə bağlı olaraq Qazax RPŞ-nin təhqiqat Bölməsində izahat vermiş və həmin gün də ekspertiza müayinəsindən keçmişdir. Onun hər iki gözətrafı nahiyyələrində qançırlar və burununun çoxsaylı qəlpəlı sınıqları olmuşdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri düzgün deyil, o, qeyd etdiyi kimi onun Təqsirləndirilən şəxs baytar aptekinə gəlməkdə məqsədi onun qardaşı Məmməd Məmmədovun, yaxud mərhum atası Azər Məmmədovun "xxxx" MMC-yə olan borcunu istəmək deyil, Təqsirləndirilən şəxs "xxxx" MMC ilə əməkdaşlığa, yəni işlədiyii firmadan baytar preparatları almağını təklif etməyi olmuşdur. O, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan borcunu istəməmişdir. Elmar Məmədov onun sifət nahiyyəsindən bir kəllə və bir yumruq zərbəsi yetirmişdir. Təqsirləndirilən şəxs onu baytar aptekindən 20-30 metr aralıya deyil 2-3 metr baytar aptekindən aralıya apararaq dalaşmışdır. Təqsirləndirilən şəxs onunla 2-3 dəqiqə mübahisə etmiş və ona xəsarət yetirmişdir. Hadisə vaxtı Şahid1 orada olmuş və onu aralamışdır. Hadisədən sonra isə adamlar toplaşmışdır. Şahid1 ifadəsində göstərdikləri ilə bağlı ünvanlanmış suala cavab olaraq göstərmişdir ki, Şahid1 düzgün göstərməmişdir. O, Təqsirləndirilən şəxs mərhum atası Azər Məmmədovun "xxxx" MMC–yə olan borcunu istəməmişdir. O, daha sonra göstərmişdir ki, ilkin izahatında hansı səbəbdən o formada qeyd olunmasının səbəbini bilmir. Çünki, izahatın tarixindən də görünür ki, hadisənin səhərisi gün tərtib olunmuşdur. Ola bilsin ki, ağrının təsirindən o, fikrini düzgün izah edə bilməmiş və odur ki, gözəyarı oxuyaraq imza etmişdir. O, Elmardan borclarını ödəməsini tələb etməmişdir. Belə bir səlahiyyəti yoxdur. Onların hansı səbəbdən bu formada ifadə vermələrinin səbəbini bilmir. O, Şahid1 və Şahid2 ifadələri ilə bağlı verilmiş suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs borcunu ödəməsini tələb etmək məqsədi ilə ora getdiyini onlara deməmiş və bu məqsədlə avtomobili saxlamalarını tələb etməmişdir. Sadəcə funksional vəzifəsilə bağlı əvvəl təxminən dörd aptekə daxil olub vəzifəsini icra etdikdən sonra həmin baytarlıq aptekinə daxil olmuşdur. Bundan başqa göstərmişdir ki, Təqsirləndirilən şəxs dedikləri düzgün olmaqmaqla özünü müdafiə xarakterlidir. O, nə Elmarın, nə qardaşının nə də ki, atasının ünvanına nalayiq sözlər işlətməmişdir. Qeyd edilən şahidlərin kim olmasını bilməsə də, onlar da düzgün ifadə verməmişlər. Çünki o, heç kimin ünvanına təhqiramiz sözlər işlətməmişdir. Yumruqla vurulmuş zərbə nəticəsində xəsarət almaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, ola bilsin, yumruqla vurduğu zərbə güclü olmadığından üz nahiyəsində xəsarət yaranmamışdır. Lakin ifadələrində qeyd etdiyi kimi o, başı ilə burun nahiyəsindən vurub xəsarət yetirdikdən sonra o, yerdə olan zaman yumruqla da sifət nahiyəsindən bir zərbə vurmuşdur. Bədəni üzərində xəsarətləri 03 aprel 2024-cü il tarixdə baytarlıq aptekinin yan tərəfində Təqsirləndirilən şəxs ilə başı ilə burun nahiyəsindən vuraraq yetirmişdir. Daha dəqiq olaraq bildirmişdir ki, onun vurduğu zərbə nəticəsində burnu sınmış, burun sınığı ilə əlaqədar isə hər iki gözaltı nahiyəsində qançır yaranmışdır. Hadisə nəticəsində ona məxsus olan heç bir əmlak zədələnməmiş və ya məhv olmamışdır. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan səhərki söhbət əsnasında atasının adını çəkməyini bəhanə edib mənimlə mübahisə etmiş və vuraraq xəsarət yetirmişdir. Hadisə 03 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi baytarlıq aptekinin yan tərəfində təxminən 10-15 metr aralıda baş vermiş və 4-5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt ətrafda heç kim olmasa da, sonradan iş yoldaşları Orxan və Şamil, həmçinin, Elmarın tanışı da onların yanına gəlmişlər. Baş vermiş mübahisə qısa müddət ərzində baş verdiyindən və ətrafda demək olar ki, mağaza və ya iaşə obyektləri olmadığından heç bir ictimai qayda pozulmamış və qeyd olunan əlamətlər olmamışdır. Hadisə zamanı nə Elmar onun, nə də ki, o, Elmarın ünvanına söyüşlər etməmişlər. Daha sonra göstərmişdir ki, o, səmimi olaraq ifadə vermişdir. Təkrarən bildirmişdir ki, o, nə Elmarın nə də ki atasıgilin ünvanına nalayiq sözlər işlətməmişdir. Çünki atasıgildə çörək kəsmişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu yenidən görüşə çağırmış və başı ilə sifət nahiyəsinə vurub xəsarət yetirmişdir. Baş vermiş hadisədə Təqsirləndirilən şəxs başqa heç kimin iştirakı olmamışdır. Şahid5 ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Sonradan Elmar ondan üzr istədiyi, ona vurduğu maddi ziyanı ödədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi deyil, onunla barışmışdır, Təqsirləndirilən şəxsla barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının Qazax rayon şöbəsinin 04 aprel 2024-cü il tarixli 95 nömrəli rəyinə əsasən, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - Hər iki gözətrafı nahiyənin qançırı, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerdəyişməli çoxsaylı qəlpəli sınığı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03 aprel 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığıa Az ağır zərər vurmaya aiddir. İş materiallarından olan, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmiş, mülki iddiadan imtina etmiş, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından olan, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmiş, barəsində olan cinayət təqibinə bəraət verici əsas olmadan xitam verilməsini xahiş edir. İş materiallarında olan Ağstafa RİH başçısının Dağ kəsəmən kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnəmədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs, arvadı X3, uşaqları X7, X6 və X8 ilə birlikdə Ağstafa rayonu Dağ kəsəmən kəndində yaşayır və yaşayış yeri üzrə müsabət xarakterizə olunur. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə, mülki iddia üzrə iddiaçının iddiadan imtina etməsi təsdiq edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs oğuna qarşı pul tələbi üzrə mülki iddianın icraatın xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-15/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-15/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver