Məhkəmə qərarları › İş №1(023)-16/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-16/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-16/2025 28.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1,234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib, 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 56-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, təmiz çəkisi ümumilikdə 41,06 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 39,66 qram çəkidə olan hissəsini 01 ədəd sellofan torbanın içərisində əynindəki cins şalvarının qurşaq hissəsində, həmçinin 01 ədəd sellofonda, siqaret falqasına bükülü vəziyyətdə hər birinin çəkiləri 0,23 qram, 0,22 qram, 0,27 qram, 0,23 qram, 0,22 qram və 0,23 qram olmaqla ayrı-ayrı bükümləri əynindəki şalvarının sağ yan cibində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o xx.xx.2024cü il tarixdə saat 15:38-də Qazax şəhəri, S.Vurğun küçəsində yerləşən “Göyəzən” idman kompleksində saxlanılaraq qeyd olunan ünvanda həmin gün saat 15:38-dən 15:48-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı onun əynində olan göy rəngli cins şalvarının qurşaq hissəsində 01 ədəd sellofan torbanın içərisində 39,66 qram çəkidə və həmin şalvarın sağ yan cibində 01 ədəd selefonda, siqaret falqasına bükülü vəziyyətdə, ayrı-ayrı bükümlərdə, hər birinin çəkiləri 0,23 qram, 0,22 qram, 0,27 qram, 0,23 qram, 0,22 qram və 0,23 qram olmaqla ümumilikdə 41,06 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda verdiyi ifadədən fərqli ifadə verərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında özünü qismən təqsirli, daha sonrakı məhkəmə iclaslarında təqsirli bilməyərək ifadəsində göstərdi ki, elan edilmiş ittihamın mahiyyəti ona aydındır və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və bildiyi qədəri 10 ay çəkilməmiş cəzası vardır. Təxminən 10 il olarki, narkotik vasitə istifadəçisi olmuşdur. ,xx.xx.2024-cü ildə səhər saatlarında yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları əvvəllər tanıdığı Şahid4 Şahid3 binanın həyətindən onu Qazax RPŞ-yə aparmaq istəyəndə anası xəstə olduğundan polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Qazax rayon polis şöbəsində onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən xırda aşkar ounan 5 ədəd bükümdə olan narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni 2019-cu il tarixdə həbs olunan vaxtdan qış geyimlərini cibində qalmışdır. 16 ədəd olmuş hissə-hissə istifadə etmişdir. Narkotik vasitəni 15 büküm şəklində almış və 1 ədədini hədiyyə olaraq vermişlər. Lakin sellafon torbada olan narkotik vasitə ona məxsus deyildir. O polis şöbəsində polis əməkdaşları ona hədə-qorxu gəldiyindən, çəkilişə razılaşmışdır. Razılaşmada məqsəd anası xəstə olduğu üçün onun evinə getməməsi olmuşdur. Daha sonra Qazax rayon polis şöbəsində təhqiqatçı və digər polis əməkdaşları qərarlaşaraq Qazax şəhəri S.Vurğun küçəsində Göyəzən idman kompleksində edəcəklərini bildirmiş, o da razı olmuşdur. Daha sonra saat 15:38 radələrində Qazax şəhəri S.Vurğun küçəsində Göyəzən idman kompleksinin həyətinə aparmışlar, Qazax RPŞ-nin əməkdaşları ona video çəkiliş vasitəsilə yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli olduğunu bildirmişlər. Üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda əynində olan göy rəngli cins şalvarının qurşaq hissəsində saxladığı 01 ədəd ağ rəngli sellofan torbada olan narkotik vasitə olan marixuananı və şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofan kəsiyinin içərisindəki gümüşü rəngli siqaret kağızı kəsiklərinin içərisində olan 06 ədəd xırda bükümlərdəki narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin 01 ədəd sellofan torbanı açdıqda yaşıl rəngli, spesifik iyli narkotik vasitənin marixuana olduğunu bildirmişdir. Daha sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi 01 ədəd sellefon kəsiyi içərisində olan 06 ədəd bükümləri bir-bir açdıqda həmin bükümlərin içərisindəki kütlələrin də marixuana olduğunu bildirmişdir. Daha sonra bu narkotik vasitəni öz istifadəsi üçün Kür çayının kənarında olarkən yabanı halda bitmiş çətənə kollarından yığıb qurudaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi bu narkotik vasitələr polis əməkdaşları tərəfindən bir zərfə qoyularaq qablaşdırılmış, üzəri onun tərəfdən və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ilə birgə Qazax RPŞ-nin inzibati binasına gəlmiş, şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərindən qablaşdırılaraq götürülmüş və zərfin içərisində olan kütlələr elektron tərəzi vasitəsilə çəkilməsi və baxılması məqsədilə açılmışdır. Həmin narkotik vasitələrin üzərindən aşkar edilmiş narkotik vasitələr olmasını görmüşdür. Həmin narkotik vasitələr elektron tərəzidə çəkiləndə 01 ədəd sellofan torbada olan yaşıl rəngli spesifik iyli kütlənin sellofan torba ilə birlikdə çəkisi 45,63 qram, şalvarının cibindən çıxardaraq təqdim etdiyi sellofan kəsiyinin içərisində olan gümüşü rəngli siqaret kağızı kəsiyinə bükülü bükümlərdən birincisinin siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,30 qram, ikincisinin siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,27 qram, üçüncüsünün siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,28, dördüncüsünü siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,28 qram, beşincisinin siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,29, altıncısının siqaret kağızı kəsiyi ilə birlikdə çəkisi isə 0,30 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan torbada olan kütlənin və gümüşü rəngli siqaret kağızı kəsiyində olan 06 ədəd xırda bükümlərin içərisindəki kütlələrin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda isə həmin 01 ədəd sellofan torbada və 06 ədəd bükümdəki yaşıl rəngli kütlələrin narkotik vasitə olan “marixuana” olduğunu, həmin kütlələri Kür çayının kənarında olarkən yabanı halda bitmiş çətənə kollarından toplayıb qurudaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin 01 ədəd sellofan torba və 06 ədəd büküm 1 (bir) ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və 64 saylı möhürlə möhürlənmişdir. Zərfin üzəri o, vəkil və digər iştirakçılar tərəfindən imzalanmışdır. Arxasınca videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuş və videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etirazı olmadığına görə çəkiliş başa çatdırılmışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Onun narkotik vasitə qəbul etməyi barədə ailə üzvlərinin məlumatı var və əvvəllər də məhkumluğu olmuşdur. O, heç kimə narkotik vasitə satmamış və heç kimə borc olaraq, pay olaraq verməmişdir. Video çəkilişdə sellofon torbada olan narkotik vasitə ona məxsus deyildir. Özügedən video çəkilişi polis əməkdaşlarının ona hədə-qorxu gəldiyi üçün razı olmuşdur. Onun barəsində qurulmuş tədbir yalandır. Həmin tədbirin yalan olduğunu Şahid4 ərizəsi ilə öz təsdiqini tapır. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq Qazax RPŞ-in CAB-nin rəisi vəzifəsində xidmət edir, polis kapitanıdır. Qazax şəhəri, Azadlıq küçəsi 208, ev 56-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 15 radələrində Qazax RPŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumat daxil olmuşdur ki, Qazax şəhər sakini Səbuhi adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Qazax rayonu Səməd Vurğun küçəsi tərəfdədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, qəbul edilmiş qərar əsasında o, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, polis leytenantı Şahid4 Afiq oğlu və ƏRQ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin günü saat 15:38-da Qazax rayonu, Səməd Vurğun küçəsində yerləşən “Göyəzən” idman kompleksinin həyətində saxlayaraq, özlərini təqdim etmişlər və videoçəkiliş vasitəsi ilə ondan üzərində qanunla saxlanılması qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekursorları varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qurşaq hissəsində olan bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü və həmin şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülər açıldıqda birinin içərisində altı ədəd xırda siqaret kağızına bükülmüş bükülülər aşkar olunmuşdur. Bükülülərin hər biri açıldıqda orada yaşıl rəngli, tünd iyə malik olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, bir müddət əvvəl Kür çayının sahilindən yığdığını, özü istifadə etmək üçün qurudaraq üzərində saxladığını, həmin kütlədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində bildirmişdir ki, Qazax RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. Qazax şəhəri, Azadlıq küçəsi 208, ev 56-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 03 sentyabr 2024cü il tarixdə saat təxminən 15 radələrində Qazax RPŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumat daxil olmuşdur ki, Qazax şəhər sakini Səbuhi adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Qazax rayonu Səməd Vurğun küçəsi tərəfdədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış, qəbul edilmiş qərar əsasında o, Qazax RPŞ-nin CAB-nin rəisi Şahid1, polis leytenantı Şahid4 Afiq oğlu və ƏRQ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin günü saat 15:38-da Qazax rayonu, Səməd Vurğun küçəsində yerləşən “Göyəzən” idman kompleksinin həyətində saxlayaraq, özlərini təqdim etmişlər və videoçəkiliş vasitəsi ilə ondan üzərində qanunla saxlanılması qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekursorları varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qurşaq hissəsində olan bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü və həmin şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülər açıldıqda birinin içərisində altı ədəd xırda siqaret kağızına bükülmüş bükülülər aşkar olunmuşdur. Bükülülərin hər biri açıldıqda orada yaşıl rəngli, tünd iyə malik olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, bir müddət əvvəl Kür çayının sahilindən yığdığını, özü istifadə etmək üçün qurudaraq üzərində saxladığını, həmin kütlədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirəndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında ürəyi ağrıdığı üçün oğlu Səbuhiyə onu Qazax rayon Mərkəzi Xəstəxanasına aparmasını bildirmişdir. Səbuhi taksi çağırmaq üçün binanın həyətinə düşmüş, onun gəlmədiyini gördükdə pəncərədən baxan zaman iki nəfərin Səbuhini binanın həyətindən maşına mindirdiyini, 10 dəqiqəyə onu qaytaracağını bildirdi. Bir müddət vaxt keçsədə Səbuhinin qayıtmadığını, görüb yol kənarına doğru getmiş, yolun kənarında dayandıqda Səbuhini aparan ağ maşın onun yanında saxlamış Arif adlı polis maşından düşmüş, onun evinə getməsini daha sonra isə Qazax rayon Mərkəzi xəstəxanaya aparacağını bildirmişdir. Daha sonra birlikdə ünvan 1 ünvanına getmişlər, binanın həyətində onun kürəyinə vuraraq sənin yetimini 234.1-ci maddə ilə sənədləşdirdiyini bildirmişdir. Yaşadığı evə daxil olaraq evin içində fırlanmış heç bir əşyaya toxunmadan çıxıb getmişdir. Bir neçə gün əvvəl Arifdən küçədə soruşduqda ki, Səbuhini niyə mütəşəkkil Cinayətkalıqla Mübarizə idarəsinin işçilərinə tutdurduğunu, buna səbəb isə ona hədə-qorxu gəlməsi olmuşdur. Arif ona bildirmişdir ki, məhkəməyə ünvanladığı ərizəni özü yazmışdır. ərizənin yazılmasında heç kim ona təzyiq göstərməmişdir. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər Qazax Rayon Polis şöbəsində polis əməkdaşı olaraq xidmət etmişdir. Daha sonra işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs nənəsigilin qonşuluğunda yaşayır. əvvəllər onu tanımışdır. Qazax rayon Polis şöbəsinə qarşı olduqca aqresiv və əsəbi olmuşdur. Məhkəməyə göndərilən ərizəni o yazmışdır. Rayon Polis şöbəsinə qarşı aqressiv olduğundan əsəbi olaraq sözügedən ərizəni yazmışdır. Ərizədə qeyd etdikləri yalandır. Əməliyyat tədbirində o iştirak etmişdir. İttihamda qeyd olunduğu kimi əməliyyat tədbiri keçirilmişdir. Həmin hadisədən müəyyən bir vaxt keçdiyindən hadisəni xatırlamır. Poçt vasitəsi ilə teleqramı özü göndərmiş və teleqramda texniki səhvə yol verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 16/936 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazı və imzalar olan kağız paketdəki 1 (bir) şəffaf sellofan paketdə və 6 (altı) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 39,66 qram, 0,23 qram, 0,22 qram, 0,27 qram, 0,23 qram, 0,22 qram, 0,23 qram, ümumi təmiz çəkisi 41,06 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunandır. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda göstərilmişdir ki, Əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın qurşaq hissəsində olan bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü və həmin şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülər açıldıqda birinin içərisində altı ədəd xırda siqaret kağızına bükülmüş bükülülər aşkar olunmuşdur. Bükülülərin hər biri açıldıqda orada yaşıl rəngli, tünd iyə malik olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, Kür çayının kənarından yabanı halda yığaraq qurutduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirməklə narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqla daşımasını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 14 noyabr 2024-ci il tarixli 1681 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrədn istifadə edir, narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narrkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan cinayət işində olan Azərbaycan Respublikası CPM-nin 246-247-ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş şəxsi baxış və götürmə aparılması haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın qurşaq hissəsində olan bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü və həmin şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülər açıldıqda birinin içərisində altı ədəd xırda siqaret kağızına bükülmüş bükülülər aşkar olunmuşdur. Bükülülərin hər biri açıldıqda orada yaşıl rəngli, tünd iyə malik olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, Kür çayının kənarından yabanı halda yığaraq qurutduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirməklə narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqla daşımasını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1745 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur, lakin 2007-ci ildən xəstəxananın narkoloji kabinetində “narkoman” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1, 234.4.2, 234.4.3, 240.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Hal-hazırda çəkilməmiş cəzası vardır və məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.2, 234.4.3, 240.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 69.3cü maddələri tətbiq edilməklə 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, və cəzanın çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün hissəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(007)-391/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-520/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəx qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi 02 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi X2 verdiyi xx.xx.2024-cü il tarixli 5-58-13-17/2-702/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 56-da qeydiyyatda olmaqla anası Şahid5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət, narazılıq o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, 24 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun şərh olunan cinayət əmərini törətməkdə təqsirli olması, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında özünü qismən təqsirli bilməsi daha sonrakı məhkəmə iclaslarında özünü təqsirli bilməməsi, öz müdafiəsi üçün polislərin onu yaşadığı evdən apardığını, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, videoçəkiliş zamanı polislərin təzyiqi zamanı narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini bildirməyi ilə əlaqədar yoxlama aparılmış, yoxlama zamanı iş üzrə toplanmış obyektiv sübutlarla, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı çəkilmiş video görüntünün olduğu protokol, şahid ifadələri, şəxsin özünün əvvəllər vermiş olduğu etirafedici ifadələri, ekspertiza rəyləri, onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşaması, götürülmüş maddi sübutlar ilə onun göstərdiyi xüsusatlar təsdiq olunur. Eyni zamanda ibtidai istintaq zamanı ifadə vermiş şahid Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin baş həkimi X3 ifadəsindən də göründüyü kimi Təqsirləndirilən şəxs təfəkkürü davranışı, emosiyaları və vegetativ sinir sisteminin vəziyyətində patoloji meyillilik, yəni narkotik vasitələr aclığı əlamətləri aşkar olunmuşdur. Verilən suallara xüsusi həssaslıqla yanaşaraq bəzi suallardan yayınmağa, yalan danışmağa və bacardığı qədər öz xəstəliyini gizlətməyə cəht göstərmişdir. Söhbət zamanı öz şəxsi fikirlərinin üstünlüyünü sübut etməyə çalışmışdır. Keçirilmiş narkoloji-tibbi yoxlama zamanı müəyyən edilmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunu, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünü bildirmişdir. Bundan başqa Şahid4 məhkəməyə ünvanladığı ərizəsi sübut növü kimi qəbul edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin (CM-in 234.1-ci maddəsi) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün qismən birləşdirilsin, o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 iyul 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsində saxlanılan, 40.85 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) günlük hissəsi qismən birləşdirilsin, o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax rayon Polis şöbəsində saxlanılan, 40.85 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar