Məhkəmə qərarları › İş №1(023)-17/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-17/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-17/2024 04.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşamış, başqa iş üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs oğunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində fərdi qaydada köməkçi kimi işlədiyi Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs icarə əsasında istifadəsində olan cücə fermasının olacaq yeri kimi istifadə olunan otağında sonuncunun otaqdakı masanın üzərinə qoymuş olduğu qara rəngli dəri materialdan hazırlanmış pul qabının içərisindən 11 ədəd 100 manatlıq pul əskinasları olmaqla ümumilikdə 1100 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1100 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində qonşusu Zərərçəkmiş şəxs onun işsiz oldğunu bilib Qazax şəhəri N.Nərimanov qəsəbəsində icarə əsasında işlətdiyi cücə fermasında işləyib ona kömək etməsini təklif etmiş, o da işləməyə razılıq vermişdir. Həmin fermada olan otaqda qalmaqla orada işləməyə başlamışdır. xx.xx.2022-ci ildə fermada işlərini yekunlaşdırıb qaldığı otağa getmiş, həmin vaxt Emil də fermaya gəlmiş və bir qədər söhbət etdikdən sonra Emil də onunla birgə həmin olacaq yerində gecələyəcəyini bildirmişdir. 19 mart 2022-ci il tarixdə, saat 05 radələrində digər otağa su içmək üçün keçdikdə masa üzərində Emilin qara rəngli dəri materialdan pulqabını masa üzərində görmüş, pul qabını açdıqda isərisində 100 manatlıq pul əskinazlarının olmasını görmüş, pul qabında olan 100 manatlıq pul əskinazlarını götürüb öz şalvarının cibinə qoymuş, boş pul qabını isə həmin otaqda asılqandan asılmış Emilin gödəkçəsinin yan cibinə qoyub otaqdan çıxmış, pulları saydıqda cəmi 1100 manat olmasını bilmiş, cücə fermasından çıxıb Bakı şəhərinə getmişdir. Hazırda Bakı şəhərində törətdiyi yol nəqliyyat hadiəsi ilə əlaqədar azadlıqdan məhrum etmə növündə cəza çəkir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxs onunla barışmamışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Qazax şəhəri N.Nərimanov qəsəbəsində icarəyə ferma götürərək cücə saxlamaqla məşğul olur. Təqsirləndirilən şəxs qonşusudur. 2022-ci ilin əvvəllərində Rəmzi ilə görüşərkən onun işsiz olduğunu bilib əməkhaqqı müqabilində cücə fermasında köməkçi işləməyi təklif etmiş, Rəmizi də razılaşmışdır. Rəmzi cücə fermasında işləmiş və orada olan iki otaqdan ibarət yardımçı olacaqda yaşamışdır. xx.xx.2022-ci ildə, saat 23 radələrində Rəmziyə baş çəkmək üçün getmiş və həmin gecə orada qalmaq qərarına gəlmişdir. O, içərisində 1100 manat olan pulqabını digər otaqda olan masa üzərinə qoymuş, telefonunu isə yatdığı çarpayının yanına yerə qomuşdur. 19 mart 2023cü il tarixdə, saat 06 radələndə yuxudan oyandıqda Rəmzinin otaqda olmadığını görmüş, digər otaga keçdikdə masa üzərində pul qabını aşkar etməmiş, həmin otaqda asılqandan asdığı gödəkçəsinin cibində pul qabını aşkar etsə də içərisindəki 1100 manatın olmadığını görərək Rəmzinin 1100 manat pulunu oğurladığını bilmiş, DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmiş, sonra polis şöbəsinə müvafiq ərizə yazmışdır. Rəmzi ondan üzr istəmiş, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, Rəmzidən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 06 ilə endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzası çəkib qurtarmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Goranboy Rayon Məhəkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Ədliyyə Nazirliyi PX-nin 10 saylı MTCÇM-nin təqdimatı təmin edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cəkilməmiş hissəsini- 01 il 01 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəsissəsinə köçürülmüş, çəkilməmiş cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim edilənə kimi cinayət işi üzrə icraat 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 06 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, həmin tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, həmin tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən yenidən cinayət işi üzrə icraat dayandırılmış, 20 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, 01 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırımış, 15 yanvar 2024-cü il tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon İH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-1-12-21/2-109/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.5 və 180-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, onun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəsisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar barəsində qətimkan tədbiri seçilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, həmçinin digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli CM-nin 177.1-ci maddəi ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamamsını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə, əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə təyin ediləcək əsas cəzaya tamamilə birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəza çəkməsinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablanmalı, hazırda başqa işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə, əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə təyin ediləcək əsas cəzaya tamamilə birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar