Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-19/2025 23.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il Qazax rayonu Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ Qarabağ müharibəsi iştirakçısı, İİİ qrup əlil, məhkumluğu olmayan, Ağstafa rayonu Sadıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq təmiz çəkisi 36,44 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla müxtəlif vaxtlarda şəxsi istifadə etmək üçün qeyri-bərabər çəkilərə bölərək 03 (üç) ədəd bağlamalara büküb 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 32,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunun ön qoltuqaltı saxlanc yerinin altında, 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 1,61 qram və 01(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,93 qram olmaqla ümumilikdə 02 (iki) ədəd bükümdə təmiz çəkisi 3,54 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə üzərində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2024-cü il tarixdə saat 01:10 dəqiqədə Qazax rayonu Ağköynək kəndinin giriş hissəsində, idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı “VAZ-21061” markalı avtomobilin içərisində saxlanılaraq həmin avtomobil ilə birlikdə Qazax şəhəri Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, qeyd edilən ünvanda həmin tarixdə saat 02:05 dəqiqədən saat 03:30 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış və avtomobilə baxış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 1,61 qramə 01(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,93 qram olmaqla ümumilikdə 02 (iki) ədəd bükümdə təmiz çəkisi 3,54 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, etibarnamə əsasında idarə etdiyi “VAZ-21061” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun ön qoltuqaltı saxlanc yerinin altından isə 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 32,90 qram olan bitki mənşəli kütlə, tərkiblərinə görə digər 2(iki) bükümlə eyni olan, birlikdə ümumi təmiz çəkisi 36,44 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, özünə məxsus olan VAZ-21061 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. İkinci Qarabağ müharibəsində işitrak etmiş, Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı keçirilmiş hərbi əməliyyat zamanı yaralanmış, 3-cü qrup müharibə əlilidir. Hərbi əməliyyatlarda iştirakına görə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müharibədən sonra əsəbi olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 1 həftə əvvəl Ağstafa rayonu, Qarayazı qəsəbəsi ərazisindən keçən Kür çayının kənarında yabanı halda bitmiş çətənə kollarının olmasını görmüş, həmin bitkilərin kollarını toplayıb sellofan torbaya yığmışdır. Bundan sonra həmin narkotik vasitənin qurumasını gözləmişdir.O, həmin narkotik vasitəni qurutduqdan sonra istifadə etmək üçün iki yerə bölmüş, bir hissəsini siqaret qutusunun sellofanına, qalan hissəsini isə salfet parçasına bükmüş, özünə məxsus olan VAZ-21061 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Ağstafa şəhərindəki yol dairəsinin yaxınlığında olan zaman tanımadığı şəxs ona yaxınlaşıb Qazax şəhərindəki “Su 15” adlanan əraziyə onu aparmağını xahiş etmişdir. O, 6 manata onu apara biləcəyini demiş, o isə razılaşmışdır. Bundan sonra o, həmin şəxsi Qazax şəhərindəki “Su 15” adlanan əraziyə aparmış, oraya çatdıqdan sonra həmin şəxs onu Qazax rayonu, Ağköynək kəndinə aparmağını xahiş etmişdir. O, isə yaxın olduğu üçün həmin şəxs Qazax rayonu, Ağköynək kəndinə aparmış, kəndin girişində həmin şəxs avtomobildən düşüb getmiş, o, isə avtomobili idarə edib geriyə qayıtmaq istəyən zaman 2 nəfər mülki geyimli şəxs avtomobilə yaxınlaşmışlar. Onlar özlərini təqdim edib Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli oldğu üçün Qazax rayon Polis Şöbəsinə getməli olduğunu izah etmişlər. O, Qazax rayonuna gəlməmişdən əvvəl 1 ədəd sellofan və 1 ədəd salfet bükümdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol yan cbinə qoymuşdur. O, polis əməkdaşlarına heç bir etraz etməmiş, polis əməkdaşlarından tanımadığı biri onun yanında yəni avtomobilin sürücü oturacağının yanında əyləşmiş və avtomobili idarə edib şöbəyə getmələrini bildirmişdir. Bundan sonra onu Qazax rayon Polis Şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasına çatdıqdan sonra birinci mərtəbədə yerləşən xidməti otaqda təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulduğunu izah etmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi deyilmişdir. Ona təqdim olunmuş vəkillərin siyahısından deyil, fərdi qaydada fəaliyyət göstərən X6 hüquqlarının dövlət hesabına müdafiə olunmasını xahiş etmişdir. Odur ki, müdafiəçi X10 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilib yazılı bildirişlər verilmiş, protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş, düzgün tərtib edildiyinə görə imzalamışdır. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə orada videoçəkilişlə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif olunmuşdur. O, əynində olan göyə rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan, 1 ədəd salfet bükümdə olan narkotik vasitəni çıxarıb otaqdakı masanın üzərinə qoymuş və təqdim edərək həmin bir ədəd kağız bükümün içərisindəki maddənin narkotik vasitə “nəşə” olduğunu, Ağstafa rayonu ərazisində Kür çayının kənarından tapıb qurutduğunu, öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, hər bir bükümün təxminən 2 qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri o, və iştirakçılar tərəfindən imzalanmış, möhürlənmişdir. Daha sonra polis əməkdaşları Qazax rayon Polis Şöbəsinin həyətində ona məxsus olan VAZ-21061 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin qabaq sərnişin oturacaqlarının ortasındakı “qoltuqaltı” deyilən saxlanc yerinin altından 1 ədəd sellofan büküm aşkar edilmiş, polis əməkdaşları həmin bükümü açdıqda içərisində narkotik vasitə olan qurududulmuş marixuanaya oxşar ot kütləsi olduğunu görmüş, həmin kütlənin ona məxsus olmadığını bildirmişdir. Ona məxsus olan narkotik vasitə üzərində olmuş, o, avtomobildə narkotik vasitə saxlamamış, həmin narkotik vasitə ona məxsus deyildir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, lakin çəkisini xatırlamır. Sonra həmin büküm də bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmış, möhürlənmişdir. Daha sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra düzgün tərtib olunduğu üçün o, müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, heç kimə narkotik vasitə, psixotrop maddə satmamışdır. Üzərindən aşkar olunmuş həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə edib üzərində saxlamış, kiməsə satmaq məqsədi olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin vaxt tək olmuş, yanında heç kim olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olsa da, avtomobilindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Avtomobildən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitənin kimə məxsus olmasını və avtomobilinə kim tərəfindən qoyulmasını bilmir. Odur ki, ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-in CAB-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağstafa rayonu ərazisində yaşmaqla fərdi qaydada Ağstafa-Qazax rayonlararası taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 13 aprel 2024-cü il tarixdə Qazax RPŞ-in rəisinin əmri əsasında əməliyyat tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 14 aprel 2024-cü il tarixdə saat təxminən 01 radələrində Qazax RPŞ-in əməkdaşlarından ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Qazax rayonu Ağköynək kəndinə yollanmışlar. Həmin vaxt qeyd edilən kəndin giriş hissəsində dayanaraq əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Qazax RPŞ-in inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən əməkdaş Şahid1, onun idarə etdiyi avtomobilə əyləşməsinə etiraz etməmiş və onların ardınca idarə etdiyi avtomobillə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra isə xidməti otaqların birində təhqiqatçı Elmir Şıxıyev, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, müdafiəçi qismində X7 təyin etdikdən sonra, onu şübhəli şəxs qismində tutub video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təkrarən hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffad polietilen və bir ədəd kağız büküm olmaqla iki ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda içərisində marixuanaya bənzər spesifik iyli kütlələr aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin narkotik vasitə marixuana olmasını və şəxsi istifadə etmək məqsədi ilə təxminən bir həftə əvvəl Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində yerdən tapıb əldə etdiyini və üzərində saxlamaqla daşıdığını etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Daha sonra isə Qazax RPŞ-in həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “ VAZ-21061” marklı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin avtomobilin salonun ön qoltuqlatı saxlanc yerinin altından bir ədəd şəffaf polietilen büküm aşkar edilmiş, həmin büküm açıldıqda da içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Avtomobildən aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs şifahi sorğu edilən zaman, həmin maddənin ona məxsus olmadığını, kim tərəfindən və hansı tarixdə avtomobildə yerləşdirildiyini bilmədiyini göstərmişdir. Avtomobilə baxış zamanı başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs məxsus olan avtomobildən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Aparılmış istintaq hərəkətləri ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanıbdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid olan Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid3 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan, məhkəmə-bioloji ekspertizasının 14 aprel 2024-cü il tarixli 16/444 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan avtomobildən aşkar edilərək götürülərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 32,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə və 1(bir) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,61 qram, 1,93 qram, ümumi təmiz çəkisi 3,54 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan, narkoloji ekspertizasının 05 oktyabr 2024-cü il tarixli 1648 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkolji kabinetdə proflikatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan, şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi 2(iki) ədəd polietilen bükümün içərisində olan kütlələrin marixuana olmasını və təxminən bir həftə əvvəl Kür çayının Ağstafa rayonu ərazisində keçən hissəsinin yaxınlığında yerdən tapıb qurudaraq üzərində saxlamaqla daşımasını etiraf etmiş, idarə etdiyi “VAZ-21061” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman aşkar edilmiş 1 (bir) ədəd bükümdə olan kütlənin isə özünə məxsus olmadığını, kim tərəfindən və hansı tarixdə avtomobilə yerləşdirildiyini bilmədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan, məhkəmə psixiatrik ekspertizasının 06 noyabr 2024-cü il tarixli 841 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən Postravmatik stress pozuntusu, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 43.1 xəstəliyindən əziyyət çəkib. Təqsirləndirilən şəxs hal-hazırda da Postravmatik stress pozuntusu, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 43.1 xəstəliyindən əziyyət çəkir. Mustafayev X1 pozuntusu, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən, o, ona şamil edilən cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs keçirdiyi Postravmatik stress pozuntusu, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 43.1 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Mustafayev X1 pozuntusu, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən, o, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməli törədərkən Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən Postravmatik stress pozuntusu, davranış pozuntuları xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarəti altında saxlanması və zərurət yarandığı tədqirdə həkim psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Cinayət işinin materiallarında olan, DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan, Qazax rayon Psixiatriya Xəstəxanasının 12 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Qazax Psixiatriya xəstəxanasında narkoloji qeydiyyatda yoxdur, lakin xx.xx.2022-ci il tarixdən xəstəxanada psixoloji qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağstafa RİHB-nın Sadıqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəyalə Mustafayeva ilə birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X5 adlı 2 uşağı doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı və eyni tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Nazirinin 2022-ci il 05 noyabr tarixli 671s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmus şəxsiyyətin davamlı dəyisikliyi, depressiv sindrom, sui qəsd cəhdi ilə, retrograd amneziya, başın, sağ əlin, hər iki baldırın və sol topuq nahiyyəsinin yaralanmasından sonrakı bərkimiş dəri çapığı insulindən asılı olmayan şəkərli diabet, insulindən asılı olmayan şəkərli diabet 2-ci tip, yüngül dərəcə, kompensasiya mərhələsi diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə, məhkəmə psixiatrik ekspertizasının 06 noyabr 2024-cü il tarixli 841 nömrəli rəyi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Qeyd olunan ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır, onun cinayət əməli anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür, o, cinayət hadisəsini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür, ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən şəxsiyyətin davamlı dəyisikliyi, depressiv sindrom, sui qəsd cəhdi ilə, retrograd amneziya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarəti altında saxlanması və zərurət yarandığı tədqirdə həkim psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası CM-nin 98.1 və 99-cu maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş “İctimai təhlükəli əməl törətmiş psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin tətbiq edilməsi qaydaları haqqında Nümunəvi əsasnamə”də göstərilmişdir ki, ictimai təhlükəli əməl törətmiş ağır psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin tətbiq edilməsində əsas məqsəd göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. “Psixiatriya yardımı haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun11-ci maddəsinə əsasən qeyri-könüllü müalicənin əsasları aşağıdakılardır: - Şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; - Şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması; - Şəxsə psixiatriya yardımının göstərilmədiyi halda onun psixi vəziyyətinin pisləşməsi. Yuxarıda sadalanan 3 haldan heç biri Təqsirləndirilən şəxs müşahidə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs davranışını, hərəkətlərini, özü və (və ya) ətrafdakılar üçün təhlükə törətməməsini, psixi vəziyyətinin sabit olmasını nəzərə alaraq onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də, iş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid2 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr, bundan başqa, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan olunmuş ifadəsi, üzləşdirmə protokolu və video çəkiliş və işin digər halları ilə tam təsdiq olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdiklərini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını, 3-cü qrup əlil olmaqla onda anlaqlılığı istisna etməyən psixi pozuntu olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi CM-in vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-in Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan CM-nin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə CM-nin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 32,86 qram və 3,46 qram çəkidə marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 60.80 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-in anbarında saxlanılan 32,86 qram və 3,46 qram marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-19/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-19/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver