Məhkəmə qərarları › İş №1(023)-2/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-2/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-2/2025 23.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2005-ci ildə Ağstafa rayonu Poylu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Poylu qəsəbəsində olan və Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 17 oktyabr 2023-cü il il tarixdə saat 17 radələrində Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən «Mütəfəkkirlər» parkında tanışı Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında yaranmış mübahisə zəminində onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən həmcinsi ilə intim münasibətdə olduğunu Zərərçəkmiş şəxs irad tutduqda yaranmış mübahisənin davamı olaraq onlar birlikdə ünvan 1 ünvanında olan Qazax rayon Mədəniyyət Mərkəzinin inzibati binasının sağ tərəfində yerləşən, fəaliyyəti dayandırılmış çayxananın arxa tərəfinə keçib münaqişəni davam etdirən zaman Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsindən sonra yumruqla qəsdən sonuncunun sifət nahiyəsinin sağ tərəfinə bir dəfə zərbə vurmaqla çənə sümüyünün qapalı sınığı, sağ yanaq nahiyəsinin şişkinliyi və selikli qişasına qansızma ilə müşaiyət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həbs olunmuş və bir neçə ay həbsdə yatdıqdan sonra Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 2 il 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir. Uşaq vaxtlarından idmanın güləş və əlbəyaxa döyüş növləri ilə məşğul olmuş, hətta bir neçə dəfə yarışların qalibi olmuşdur. Həbsdən buraxıldıqdan sonra Qazax şəhərində idman zallarında məşq etmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Qazax şəhərində Zərərçəkmiş şəxsla tanış olmuş, onun da həbsdə olduğunu bilib onunla dostluq münasibətləri qurmuşdur. Sonradan Zərərçəkmiş şəxs həbsxanada cəza çəkərkən «Rezonans» verlişinə verdiyi müsahibənin şərh bölümündə digər şəxslərin bildirdikləri Nadirin həbsdə olarkən eyni cinsi şəxslə intim əlaqə qurduğunu oxumuş və Nadirin belə həyat yaşamasını ona deməməsi və onunla dostluq etməsi səbəbindən ona iradlarını bildirmiş, Nadir isə onun barəsində deyilən fikirlərin yalan olmasını bildirmişdir. Aralarında olan bu fikir ayrılığına görə Nadirlə münasibətləri pisləşmişdir. O, 17 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Qazax şəhərində «Mütəfəkkirlər» parkında olarkən təsadüfən Zərərçəkmiş şəxsla qarşılaşmış, Nadirin ona yaxınlaşmaq istəməməsini görüb səsləmiş, Nadir yaxınlaşıb onunla salamlaşmış, söhbət zamanı o, yenə Nadirin barəsində eşitdiyi fikirləri səsləndirdikdə Nadir türmədə normal cəza çəkdiyini deyərək özünə haqq qazandırmaq istəmişdir. O, Zərərçəkmiş şəxsla söhbət edə-edə «Mədəniyyət evi»nin sağ tərəfində yerləşən fəaliyyəti dayandırılmış çayxananın arxasına tərəf getmişlər. Həmin vaxt ətrafda heç kim olmamış, Zərərçəkmiş şəxs türmədə eyni cinsli şəxslə əlaqəsi, yəni «petux» olduğu halda onunla dostulq etməsi ona pis təsir etdiyini bildirmiş, Zərərçəkmiş şəxs isə ona «petux» özünsən və «petux» səninkilərdir» dedikdə o, əsəbləşib Zərərçəkmiş şəxs sifətinə bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbə nəticəsində Zərərçəkmiş şəxs dodağından qan axmışdır. O, Zərərçəkmiş şəxsla yenidən parka tərəf gəlmiş, orada Anar və Tunar adlı tanışları Nadirin dodağının kənarının qanamasını görüb nə baş verməsini soruşduqda Nadir yıxıldığını bildirmişdir. Həmin vaxt o, kollecə istədiyi qızla görüşmək üçün gedəcəyini deyib Zərərçəkmiş şəxs onunla getməsini təklif etsə də, Nadir işi olduğunu bildirmiş və onlar ayrılmışlar. Sonradan Zərərçəkmiş şəxs həmin zərbə nəticəsində çənə sümüyünün sındığı və ondan polis şöbəsinə şikayət etdiyini bilmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, vurduğu ziyanı ödəmiş, onunla barışmışdır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2016-cı ildə ağır cinayət törətdiyinə görə tutulmuş və 2023-cü ilin yay aylarında həbsxanadan vaxtından əvvəl azad edilmişdir. 2023-cü ilin sentyabr ayının ortalarından Ağstafa rayonunda yaşayan Təqsirləndirilən şəxsla Qazax şəhərində tanış olmuş, Təqsirləndirilən şəxs da həbsdən yeni azad olduğunu bilmiş və aralarında dostluq münasibətləri yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs ona zəng vuraraq həbsxanada cəza çəkərkən onun həmcinsi ilə intim münasibət qurduğunu eşitdiyini, kişiyə yaraşmayan həyat tərzi keçirməsini demiş, buna görə aralarında narazılıq yaranmışdır. O, Təqsirləndirilən şəxs onun barəsində mənfi fikirdə olmasının əsasını soruşmuş, Alim ona cəzaçəkmə müəsissəsində olarkən «Rezonans» verlişinə vermiş olduğu müsahibəyə verilmiş şərhlərdə tanımadığı şəxslərin onun eyni cinsli şəxslə intim həyatı yaşaması barədə fikirlər yazıldığını əsas gətirmiş, o isə Alimə yazılan şərhlərdəkilərin həqiqət olmadığını bildirmişdir. Həmin söhbətlər zamanı Alim pula ehtiyacı olduğunu deyərək ondan pul istəmiş, lakin o, imkanı olmadığını deyərək Alimə pul verməmiş, həmin görüşlərin birində isə Alim onun əlində olan telefonu satıb pulunu ona verməsini təklif etsə də o, razılaşmamışdır. Təqsirləndirilən şəxs pul vermədiyi üçün Alim hər dəfə onun həbsxanada cəza çəkərkən eynicinsi şəxslə intim münasibətdə olduğunu deməklə onu təhqir etmişdir. O, cəzasını tam çəkib qurtarmadığı səbəbindən ehtiyat edərək Alimlə arasında münaqişə olmasını istəmədiyindən onunla münasibətlərinin düzəlməsi üçün tanışı Alıya bildirmişdir. Alı isə Alimi çağıraraq onun həbsdə normal cəza çəkməsini, onunla işi olmamasını demiş, Alim Alıya müsbət cavab versə də öz hərəktlərini davam etdirmiş, onu nüfuzdan salmağa və aşağılamağa davam etmişdir. O, 17 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Qazax şəhərində «Mütəfəkkirlər» parkında təsadüfən Təqsirləndirilən şəxsla qarşılaşmış, Alimlə görüşərkən onların yaxınlığında Anar və Tunar adlı tanışlarını da görmüş, orada Alim yenə onun həbsxanada «petux» olduğunu xatırladaraq «mənə sübut elə ki, sən petux deyilsən» dedikldə, o «sənə sübut edəcəyəm» deyə cavab vermiş, Alim onu kənara çəkilib, orada söhbət etməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxsla yaxınlıqda olan işləməyən çayxananın arxa tərəfinə getmiş, orada Alim «bəs həbsdən qayıdanda sən mənə petux olmağını niyə demirdin və mənlə dostuq edirdin» demişdir. O, isə Alimə cavabında «petux» özünsən və «petux» səninkilərdir» dedikdə Alim əsəbləşib onun sifətinə bir dəfə yumruqla zərbə vurmuşdur. O, həmin zərbədən ağrı hiss etsə də, heç nə deməmiş, Alimi vurmamış və yenidən parka tərəf gəlmişlər. Orada Anar və Tunar onun dodağında qan olduğunu dedikdə, o, yıxıldığını bildirmiş, Alimin onu vurmasını biruzə verməmək üçün normal danışmış, hətta Alim ondan 200 manat borc istəsə də o, imkanı olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kollecə istədiyi qızın yanına getmək istədiyini və ona birlikdə kollecə getməyi təklif etsə də o, razılaşmamış və Alim oradan çıxıb getmişdir. Sonradan ağız hissəsində ağrılar şiddətləndiyindən o, xəstəxanaya müraciət etmiş, səhərsi günü Təqsirləndirilən şəxs onu vurb xəçsarət yetirməsi ilə əlaqədar Qazax rayon polis şöbəsinə ərizə vermişdir. Təqsirəndirilən şəxs hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını, ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi ilə normal münasibəti var. Onlarla qohumluq və ya düşmənçilik əlaqəsi yoxdur.17 oktyabr 2023-cü ildə günortadan sonra “Mütəşəkirlər” parkında olarkən Zərərçəkmiş şəxs və Alım Məmmədovun kənardan onlara tərəf söhbət edə-edə yaxınlaşdığını görmüşdür. Həmin vaxt Nadirin dodağında qan olduğunu görüb ondan nə baş verdiyini soruşanda Nadir təsadüfən yıxıldığını bildirmişdir. Alimin Nadiri vurmasını bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs onunla görüşəndə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs parkda yumruqla sifətindən vurub xəsarət yetirmiş, ona görə də onun dodağında qan olmuşdur. Alim Nadiri vurarkən yanlarında heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmiş və onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 17 oktyabr 2023-cü il tarixdə Qazax RMX-na müraciət edib, 18 oktyabr 2023-cü il tarixdə ekspertiza keçirilməsi üçün təhqiqat qərarına əsasən onun müayinəsindən keçmişdir. Ekspertiza rəyində qeyd etdiyi xəsarətlər Zərərçəkmiş şəxs aşkar olunmuşdur. Fizyoloji baxanda xəsarət bilinmir, lakin retgen müyinəsi ilə müəyyən edilir. 18 oktyabr 2023-cü il tarixdə ekspertizadan keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən aşagıdakı sübutlarla təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetir. Belə ki, məhkəmə-tibb ekspertizasının 340 nömrəli 19 oktyabr 2023-cü il nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində –çənə sümüyünün qapalı sınığı, sağ yanaq nahiyyəsinin şişkinliyi və selikli qişasına qansızma ilə nəticələnən küt əşyanın təsirindən törənməyə xarakterik olan yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibb ekspertizasının 04 mart 2025 il tarixli T-346/2025 nömrəli təkrar rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin şişkinliyi və selikli qişasına qansızma ilə müşahidə edilən alt çənə sümüyündə sağ mental zonanın qeyri-düzgün bitişmiş sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən , qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxsin tərəfindən yetirilən zərbə nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-cı maddəsi ilə 2 il 7 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərində 2 il 6 ay sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Qazax RPŞ-nin ********* nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 127.1-cı maddəsi qəsdən sağlamlığa az ağır zərər vurma ilə fakta görə cinayət işi başlanmış, Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2-ci maddəsində əsasən xitam edilmişdir. Ağstafa rayon İcra və Probisiya şöbəsindən verilmiş 42311/2023 saylı xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, məhkum Təqsirləndirilən şəxs hazırda 8 ay 16 gün cəzasının çəkilməmiş hissəsi qalmışdır Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1884 nömrəli məktubdan görünür ki, X1 rayon Psixiatriya Xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Firət oğlu ilə bağışmış, ona dəymiş ziyan ödənilmiş və heç b ir şikayəti tələbi yoxdur. Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti başçısının Poylu qəsəsi İƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbıt xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 127.2.3, 180.1, 181.1 və 221.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə bağırşmasını, ondan üzr istəməsini, zərərçəkmiş şəxs Nadır Əhmədovun ondan heç bir şikayətinin tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs CM-nin 72- 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilməsi üçün zəruri olan hərəkətləri icra etməsi CM-nin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Nadir İsmayılovun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmişlə barışması və ona dəymiş ziyanı ödəyərək bu formada cinayət məsuliyyətindən azad olunması qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri baxımından mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağstafa şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar