Məhkəmə qərarları › İş №1(023)-20/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-20/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-20/2025 25.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Ələmdar oğlu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikası, Qardabani rayonu, Ağtəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, bina 40, mənzil 93-də yaşamış, barəsində həbs qəimkan tədbiri seçilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etməklə sonuncunu aldadaraq Zərərçəkmiş şəxs1 həmin məqsədlə 11 noyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin inzibati binasının yaxınlığında ona verdiyi 2000 manat, 25 yanvar 2021-ci il tarixdə saat 16:13-də ünvan 2 ünvanında yerləşən “Alvadı” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürdüyü 1800 manat, 02 fevral 2021-ci il tarixdə saat 17:06-da ünvan 3 ünvanında yerləşən “Yol” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 100 manat, 28 fevral 2021-ci il tarixdə saat 15:56-da ünvan 3 ünvanında yerləşən “Yol” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 100 manat, yəni cəmi 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib şəxsi ehtiyacları üçün istifadə edərək əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olmaqla əldə etdiyi pul vəsaitinin müqabilində vəd etdiyi məsələnin müsbət həll olunmasına köməklik göstərmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq aldatma yolu ilə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Ələmdar oğluna sonuncunun oğlu X12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs4 aldadaraq sonuncunun həmin məqsədlə 02 iyul 2021-ci il tarixdə saat 11:37-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürdüyü 2005 manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyacları üçün istifadə edərək əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olmaqla əldə etdiyi pul vəsaitinin müqabilində vəd etdiyi məsələnin müsbət həll olunmasına köməklik göstərmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq aldatma yolu ilə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 sonuncunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs3 aldadaraq sonuncunun atası Şahid1 həmin məqsədlə 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində Ağstafa rayonu ərazisində yerləşən “Samovar” adlanan restoranda ona verdiyi 3500 manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyacları üçün istifadə edərək əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olmaqla əldə etdiyi pul vəsaitinin müqabilində vəd etdiyi məsələnin müsbət həll olunmasına köməklik göstərmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq aldatma yolu ilə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 sonuncunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs5 aldadaraq sonuncunun həmin məqsədlə 28 iyun 2021-ci il tarixdə saat 13:40-da Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən “Oba” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürdüyü 2500 manat və həmin tarixdə saat 14:54-də ünvan 6 ünvanında yerləşən “Göycə” adlanan marketdəki “eManat” adlanan ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 1502 manat, 07 iyul 2021-ci il tarixdə saat 18:57-də Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən “Oba” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 2010 manat, 11 avqust 2021-ci il tarixdə saat 10:38-də Qazax şəhəri, H.Əliyev prospekti 99, Asel kredit təşkilatı ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürdüyü 1500 manat və 13 avqust 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, X37 küçəsi 116A ünvanında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasının yaxınlığında ona verdiyi 3000 manat olmaqla cəmi 10512 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib şəxsi ehtiyacları üçün istifadə edərək əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olmaqla əldə etdiyi pul vəsaitinin müqabilində vəd etdiyi məsələnin müsbət həll olunmasına köməklik göstərmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etməklə sonuncunu aldadaraq Zərərçəkmiş şəxs2 həmin məqsədlə 03 avqust 2021-ci il tarixdə saat 22 radələrində Qazax rayonu, Ağköynək kəndində yerləşən X17 yaşadığı evin həyətində ona verdiyi 1000 manat, 09 avqust 2021-ci il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən “Oba” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə onun adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürdüyü 500 manat, 20 avqust 2021-ci il tarixdə saat 12 radələrində Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Elçin” adlanan restoranda ona verdiyi 5000 manat olmaqla cəmi 6500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib şəxsi ehtiyacları üçün istifadə edərək əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olmaqla əldə etdiyi pul vəsaitinin müqabilində vəd etdiyi məsələnin müsbət həll olunmasına köməklik göstərmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 əri Aqilin avtomobilinə sərnişin kimi minmiş, Aqillə söhbət zamanı həyat yoldaşı Günelin xəstə olduğunu və bununla əlaqədar olaraq əlillik təqaüdünə çıxmaq istədiyini öyrənmişdir. Bu məsələ ilə bağlı Aqilə tanışının olduğunu və köməklik edə biləcəyini demişdir. Bundan sonra isə Günel ilə münasibəti yaranmış, Günellə görüşərək bu barədə danışmışdır. Günel ilə söhbət zamanı tanışı X8 zəng etmiş, Əlizadə bu barədə köməklik göstərə biləcəyini demişdir. Həmçinin, Əlizadə Güneli təqaüdə çıxartmaq üçün 4000 manat pul istəmiş, o bu barədə Günelə bildirmişdir. Bundan sonra isə Günelə lazım olan sənədlərin Əlizadəyə çatmalı olduğunu demişdir. Günel də razılaşmış, lakin maddi imkanının zəif olduğunu bildirdiyi üçün ondan əvvəlcə 2000 manat, daha sonra isə yenidən 2000 manat alaraq Əlizadəyə verəcəyini bildirərək razılaşmışlar. Təxminən 1-2 gündən sonra Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, dəmiryolu vağzalının yaxınlığında görüşmüş, həmin vaxt Günel ona 2000 manat pulu və xəstəliyi ilə əlaqədar olaraq sənədlərin surətini vermişdir. O həmin 2000 manat pulu alarkən Günel videogörüntü çəkmişdir. O növbəti gün Güneldən aldığı 2000 manat pulu Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığındakı “Yaşıl ada” adlanan kafenin yaxınlığında Əlizadəyə vermişdir. Təxminən 1 aydan sonra isə Əlizadə ona zəng edərək Güneldən almalı olduğu yerdə qalan 2000 manat pulu da tələb etmişdir. O Günelə bu barədə məlumat vermiş, Günel də onun bank kartına 1800 manat, 100 manat və 100 manat olmaqla ümumilikdə 2000 manat pulu göndərmişdir. Bir neçə gün sonra, dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında o “Access” bankın Həzi Aslanov filialının qarşısında Əlizadə ilə görüşmüş, həmin filialdakı bankomatdan 1500 manat pul nağdlaşdırıb həmin pulu Əlizadəyə vermişdir. Qalan 500 manat pulu nağdlaşdıra bilmədiyi üçün Əlizadəyə verə bilməmişdir. Əlizadə özü də Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamışdır. Günel onunla tez-tez əlaqə saxlayıb Əlizadənin xəstəliklə əlaqədar sənədlər verəcəyini demişdir. O 1500 manat pulu Əlizadəyə verəndən təxminən 10 gün sonra Bakı şəhərində, Əhmədli qəsəbəsində, “Yaşıl ada” adlanan kafenin həyətində Əlizadə Zərərçəkmiş şəxs1 adına olan xəstəlik tarixindən çıxarışı ona vermişdir. O da Əlizadəyə qalan 500 manat pulu vermişdir. Əlizadə Günelin qalan sənədlərini təxminən 21 gün sonra verəcəyini demişdir. Təxminən 21 gün sonra Əlizadə Bakı şəhərində, Əhmədli qəsəbəsində, “Yaşıl ada” adlanan kafenin həyətində ona Zərərçəkmiş şəxs1 adına olan xəstəlik sənədini vermişdir. Təxminən 1-2 ay sonra 20 Yanvar metrostansiyasının yanında Əlizadə ona Zərərçəkmiş şəxs1 adına olan xəstəlik sənədini vermişdir. Əlizadənin ona verdiyi Zərərçəkmiş şəxs1 adına olan xəstəlik sənədlərini o Günelə vermişdir. Əlizadə həmçinin özü Zərərçəkmiş şəxs1 ilə mobil telefonla danışıb onu başa salmışdır. Əlizadənin deməsinə görə Zərərçəkmiş şəxs1 əlillik təqaüdü 2021-ci ilin sentyabr ayında hazır olmalı idi. Buna baxmayaraq həmin vaxtdan bir neçə ay keçsə də, Əlizadə vədinə əməl etməmişdir. Güneldən alıb ona verdiyi 4000 manat puldan ibtidai istintaq və məhkəmə istintaqı başlandığı vardan cəmi 250 manat pul geri qaytarmışdır. Barəsində olan cinayət işi üzrə bütün epizodlar üzrə icraata xitam verilməsini xahiş edir. Bundan başqa, İmişli rayon sakini Şahid4 tanışı Rabilin vasitəsi ilə tanımışdır. Ağstafa rayon sakini Zərərçəkmiş şəxs5 mərhum xalası oğlu Rafiqin vasitəsi ilə tanımışdır. Təxminən 2021-ci ilin fevral-mart aylarında o xalası oğlu Rafiqin yaşadığı Ağstafa rayonunda olan zaman Pərviz ona iş axtardığını demişdir. Həmin vaxt o Pərvizə Nizamın onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini, lakin hansı məbəğdə pul istəyəciyini və hansı müddətə işə düzəldə biləcəyini bilmədiyini bildirmişdir. Bundan sonra o Nizamın nömrəsini Pərvizə vermiş və onlar öz aralarında razılaşmışlar. Nizam Pərvizi 8500 manat müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini demiş, Pərviz də razılaşmışdır. Daha sonra Nizam ona özünə məxsus kartda problem olduğunu, Pərvizin pulları ona məxsus karta göndərəcəyini və ona məxsus kartı ona verməyini demiş, o da razılaşmışdır. 2021-ci ilin aprel-may aylarında Pərviz təxminən 2-3 dəfə olmaqla təxminən 7000 manat məbləğində pulu ona məxsus karta göndərmişdir. O həmin pul vəsaitlərini nağdlaşdırıb xatırlamadığı tarixlərdə və ünvanlarda Nizama vermişdir. Nizam 2 ay ərzində Pərvizin işinin həll olunacağını desə də, həmin vaxtda işi düzəldə bilməmişdir. Bundan sonra Pərviz pulu ondan tələb etmiş və o Nizama iş həll olunmayacağı təqdirdə pulu geri qaytarmalı olduğunu demişdir. Həmin vaxt o Ağstafa rayonuna xalası oğlu Rafiqgilin evinə qonaq getmiş və orada olan zaman Nizamla əlaqə saxlayaraq Pərvizin işinin həll olunubolunmayacağı soruşduqda o Pərvizlə əlaqə saxlayıb işin alınmayacağı təqdirdə pulu özünün qaytaracağını demişdir. O Ağstafa rayonunda olan vaxt Nizam da həmin rayona gəlmiş, bir sıra anket məlumatları yazılmaq üçün nəzrdə tutulan blank gətirərək Pərvizlə birlikdə yazmış və həmin blankları Gəncə şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyini regional İdarəsinə verəcəyini demişdir. Nizam Ağstafa rayonundan getməzdən əvvəl Pərvizə 2 gün sonra Gəncə şəhərində yerləşən Fövqəladə Hallar Nazirlyinin Regional İdarəsində olmağını bildirmişdir. O, bacısı Gülbəniz və Pərviz Gəncə şəhərinə getmişdirlər. Onlar Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin yaxınlığında Nizam və onun sürücüsü Nadir ilə görüşmüş, daha sonra Nizam Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin inzibati binasına daxil olmuş, təxminən 1 saatdan sonra Fövqəladə Hallar Nazirliyinin formasını geyinən tanımadığı şəxslə birlikdə gəlmiş və Pərvizə 1 həftədən sonra işə başlayacağını demişdir. Bundan sonra Pərviz onların yanında qalan 3000 manat məbləğində pulu Nizama vermişdir. X40 Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə kömək etməmiş və onun pulunu qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 Ələmdar oğlunu Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdır. Pərviz Ələsgərin öz oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini demişdir. O isə Nizamla danışıb bu barədə maraqlanacağını bildirmişdir. Bundan sonra Nizamla danışmış, Nizam 7000 manata həmin işi düzəldəcəyini demişdir. O isə bu barədə Ələsgərə demişdir. Həmin razılaşmadan təxminən 3-4 gün sonra o Bakı şəhərində olan vaxt Ələsgər onun adına olan, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus karta 2000 manat pul köçürmüşdür. O həmin pul vəsaitini nağdlaşdıraraq bir neçə gün sonra yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən 40 nömrəli binanın arxasında Nizama vermişdir. X13 Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinə kömək etməmiş və onun pulunu qaytarmamışdır. Bundan başqa, 2021-ci ilin iyul ayının xatırlamadığı günündə o Nizam, Nadir və bacısı Gülbənizlə birlikdə Ağstafa rayonuna qohumunun toy məclisinə gəlmişdirlər. Həmin toy məclisindən sonra saat 16-17 radələrində Ağstafa rayonunda yerləşən restoranların birində o, Nizam, Nadir və bacısı Gülbənizlə birlikdə Qulammirzə Bayramov, atası Şahid1, Zərərçəkmiş şəxs5, Pərvizin əmisi oğlu Ələmdar Aşırovla görüşmüşdür. Pərviz Qulamirzəni və Çərkəzi Nizamla tanış etdikdən sonra onlar Nizamla iş barədə öz aralarında razılaşmışdırlar. Həmin restoranın həyətində yerləşən çardaqda Çərkəz 3500 manat məbləğində pulu və oğluna aid bir neçə sənədi Nizama vermiş, Nizam aldığı pulu sənədlərin arasına qoymuş və köynəyinin qolunu qatladığı üçün pulu sənədlərin içərisində saxlamaq üçün ona vermiş, Nizam köynəyinin qolunu qatladıqdan sonra o pulu və sənədləri Nizama qaytarmışdır. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışdırlar. Bir müddət keçdikdən sonra Nizam Pərvizi və onun əmisi oğlu Ələmdarı, X16 Nazirliyinə işə düzəltmədiyi üçün onlar verdikləri pulları ondan tələb etmişdirlər. O dəfələrlə Nizamla və Nadir ilə əlaqə saxlayaraq həmin pulları qaytarmağını desə də, Nizam pulları qaytamamışdır. Bundan başqa, 2021-ci ilin iyul ayında o Qazax rayonu, Ağköynək kəndində xalası qızı Fərqanənin yaşadığı ünvana getmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 xalası qızının evinə gəlmişdir. Zərərçəkmiş şəxs2 Fərqanənin yoldaşı Mahirlə dost olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, əlilliklə bağlı təqaüdə çıxmaqdan ötrü kiməsə 1000 manat pul verib, lakin, işi alınmayıb. Həmin vaxt Mahir Azərə demişdir ki, Nizama pul verib, pensiya düzəltməsinə, avtomobil və ev almasına ona kömək edəcək. Mahir Azərə demişdir ki, Nizam onun tanışıdır. Bu zaman o Azərə demişdir ki, Nizam onun da işini düzəldə bilər. O Nizama zəng etmişdir. Bu barədə Nizamla özü danışmış, eləcə də, Zərərçəkmiş şəxs2 də Nizamla telefon vasitəsilə danışmışdır. Bundan sonra Azərə işin 9000 manata 2 ay ərzində həll oluna biləcəyini demişdir. Azər isə 9000 manat pulunun olmadığını bildirmişdir. Bundan sonra o yenidən Nizamla danışmış və Nizam ona işi 7000 manata həll edə biləcəyini demişdir. O bu barədə Azərə dedikdə Azər pul tapdıqdan sonra bir söz deyəcəyini bildirmişdir. Nizam demişdir ki, özü Qazax rayonuna gələcək. Həmin gün axşam Nizam xalası qızı Fərqanənin yaşadığı evə gəlmişdir. Bir neçə dəqiqə sonra Azər də oraya gəlmişdir. Onlar yemək yeyib spirtli içki içmişdirlər. Həmin gün axşam saatlarında Azər onun və Şahid6 yanlarında xalası qızının yaşadığı evin həyətində Nizama 1000 manat pul vermişdir. Bundan sonra Azər Nizamla özü danışmışdır. Təxminən 2-3 gündən sonra Nizam ona zəng vurub Azərin onun kartına 500 manat göndərəcəyini demişdir. Həmin vaxt onun "xxxx" QSC-yə məxsus olan olan kartı Nizamda olmuşdur. Nizam kodu bilmədiyi üçün həmin gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında onunla görüşmüş, Nizam xatırlamadığı yerdə olan xatırlamadığı bankın bankomatına kartı daxil etmiş, o kartın pin kodunu özü yığmış, 500 manat pul bankomatdan çıxandan sonra pulu götürüb Nizama vermişdir. Qalan 5500 manat pulu göndərməsini də Nizam Azərə demişdir. 20 avqust 2021-ci il tarixdə mən Nizamla və Nadirlə birlikdə Qazax rayonuna getmişdirlər. Onlar Qazax şəhərində yerləşən “Kapital bank” filialının qarşısında Azərlə görüşmüşlər. Əvvəl Nadir və Azər birlikdə banka daxil olmuşlar. Azərə bankdan kart verilmişdir. O həmin kartın nə kartı olduğunu bilməmişdir, lakin kartın üstündə Azərin adı yazılmamışdır. Azər Nizamdan nə üçün adının yazılmadığını soruşanda Nizam narahat olmamasını demişdir. Bundan sonra Azər kartı alması münasibəti ilə onlara qonaqlıq verəcəyini demiş, onlar Qazax şəhərində adını bilmədiyi kafelərdən birinə gedib orada oturmuşdurlar. Lakin Mahir bir qədər oturub getmişdir. Lakin həmin restoranda Azər ona 5000 manat pul verməmişdir. Nizam Azərin təqaüd məsələsinə kömək etməmiş və ondan aldığı pulu qaytarmamışdır. Qalan zərərçəkmişlərə maddi imkanı olmadığı üçün ziyan ödəyə bilməmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pullar şəxsən onun özünə çatmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında keçmiş iş yoldaşı Raqifın vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. O Sevinclə telefonla danışan zaman Sevinc yuxarı vəzifədə işləyən tanışı olduğunu və adamları dövlət orqanlarında işə düzəldə bildiyini demişdir. O X29 Nazirliyində işə düzəlmək istədiyini dedikdə Sevinc bunun üçün çox pul lazım olduğunu bildirmişdir. O Sevincdən nə qədər olduğunu soruşmuş, Sevinc yuxarı vəzifədə işləyən tanışı ilə danışıb pulun məbləğini deyəcəyini bildirmişdir. Sonra Sevinc ona zəng edib dediyi işə görə 10500 manat pul lazım olduğunu demişdir. O da razılaşmışdır. Daha sonra Sevinc ona məxsus "xxxx" kartına 4000 manat pul göndərməyini demişdir. Həmin məbləğdə pulu olmadığı üçün 20 iyun 2021-ci il tarixdə Qazax rayonunda yerləşən “Oba” marketdə olan “eManat” aparatı vasitəsi ilə Sevincin kart hesabına 2500 manat pul göndərmişdir. Bundan sonra 28 iyun 2021-ci il tarixdə Qazax rayonunda yerləşən “Göyçə” marketdə olan “eManat” aparatı vasitəsi ilə Sevincin kart hesabına 1502 manat pul göndərmişdir. 07 iyul 2021-ci il tarixdə Qazax rayonundan yerləşən “Oba” marketdə olan “eManat” aparatı vasitəsi ilə Sevincin kart hesabına 2010 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Qazax rayonunda yerləşən Asel kredit təşkilatında olan “eManat” aparatı vasitəsi ilə Sevincin kart hesabına 1500 manat pul göndərmişdir. Bundan sonra Sevinc işin tam həll olması üçün pulun hamısının verilməyini tələb etmişdir. O 2021-ci ilin avqust ayının 15-də Sevinc ilə Gəncə şəhərində görüşmüş və orada ona 3000 manat pul vermişdir. Sevinc sentyabr ayında işə çıxacağını demiş, lakin belə olmamışdır. O Sevincə dəfələrlə zəng etsə də, o zənglərə cavab verməmişdir. O bir müddət gözlədikdən sonra aldadıldığını başa düşüb Sevincin barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları və həmkəndliləri X27 və həyat yoldaşı X4 vasitəsilə tanımışdır. 1993-cü ildə 1-ci Qarabağ müharibəsində qəlpə yarası almış və bu səbəblə də əlillik təqaüdünə çıxmaq istəmiş, lakin, əlillik təqaüdünə çıxmaqla bağlı aidiyyəti orqanlara müraciət etsə də, əlillik təqaüdünə çıxa bilməmişdir. 2021-ci ilin iyul ayında qohumları Mahir Qiyasov və Fərqanə Qiyasova yaşadığı evə gəlmişdirlər. Onlar əvvəlcədən onun əlillik təqaüdünə çıxmaq istəməyini bilmişdirlər. Yaşadığı evdə olarkən Mahir və Fərqanə tanışları olduğunu və həmin tanışlarının onu əlillik təqaüdünə çıxarda biləcəklərini demişdirlər. 2021-ci ilin avqust ayının əvvəllərində Mahir ona zəng edərək həmin tanışlarının yaşadığı evə gəldiyini deyib onu yaşadığı evə dəvət etmişdir. O da Mahirin yaşadığı evə getmişdir. Mahirin yaşadığı evdə Təqsirləndirilən şəxs və Sevincin bacısı Gülbəniz ilə tanış olmuşdur. Fərqanə həmin şəxsləri ona öz xalası qızları kimi təqdim etmişdir. O əlillik təqaüdünə çıxmağı ilə bağlı həmin şəxslərlə söhbət etmişdir. Təqsirləndirilən şəxs ona əlillik təqaüdünə 2 ay müddətində çıxacağını bildirmişdir. O bunun xərcini soruşduqda Təqsirləndirilən şəxs kiməsə zəng etmiş və işin 8000 manata həll olacağını bildirmişdir. O maddi vəziyyətinin pis olması ilə əlaqədar bununla razılaşmamış və yaşadığı evə getmək istəmiş, lakin, Mahir onu buraxmayıb həmin şəxslərlə razılaşmağını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən kiməsə zang etmiş və 7000 manata da həll ola biləcəyini demişdir. Bundan sonra o pulun 1500-2000 manatını əvvəlcədən verəcəyini, yerdə qalan pulu isə təqaüdə çıxacağı təqdirdə, yəni ki, işin sonunda verəcəyini bildirmişdir. Həmin gün axşam o 1000 manat pulu Mahirin yaşadığı evdə Mahirə vermişdir, X34 verəcəyini bildirmişdir. 1-2 gün gündən sonra Mahir və Fərqanə yaşadığı evə gəlmiş, həmin vaxt Mahirə Təqsirləndirilən şəxs zəng gəlmiş və Mahir telefonu ona vermişdir. Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı əlillik təqaüdünə çıxmağı ilə bağlı Sevinc yenidən pul istəmiş, o isə 500 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o növbəti gün 500 manat pulu Qazax şəhərində yerləşən Oba marketdəki ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank hesabına göndərmişdir. Bundan sonra dəfələrlə Mahir və Fərqanə, eləcə də, Təqsirləndirilən şəxs ondan 5500 manat almaq üçün israr etməyə başlamışdırlar. O isə işin tam həll olacağından sonra yerdə qalan 5500 manatı verə biləcəyini demişdir. 20 avqust 2021-ci il tarixdə Qazax şəhəri, Nərimanov qəsəbəsində yerləşən “Elçin” adlanan kafedə 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs onun əlillik təqaüdünə çıxmağı ilə bağlı heç bir hərəkət etməmiş, onu aldadaraq ümumilikdə 6500 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında əri Şahid2 taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilinə Təqsirləndirilən şəxs müştəri qismində əyləşmişdir. Həmin vaxt əri Aqil ilə Təqsirləndirilən şəxs arasında söhbət zamanı Aqil Sevincə onun xəstə olduğunu və xəstəliyi ilə əlaqədar ona əlillik təyin etdirmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə bununla bağlı tanışları olduğunu və ona köməklik göstərə biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs buna görə 4000 manat pul tələb etmişdir. Həmin gün axşam əri Aqil evə gəldikdə ona bu barədə məlumat vermiş, o da razılaşmış, Aqildən Təqsirləndirilən şəxs mobil nömrəsini götürmüşdür. Təqsirləndirilən şəxs ilə telefon danışığı zamanı Aqilə bildirdiklərini, yəni ki, onu xəstəliyi ilə əlaqədar olaraq əlillik təqaüdünə çıxardacağını bildirərək bunun müqabilində 4000 manat pul tələb etmiş, ona əvvəlcə 2000 manat, 9 aydan sonra isə yerdə qalan 2000 manat pulu vermək barədə razılığa gəlmişdirlər. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Dəmiryolu vağzalanın inzibati binasının 1-ci mərtəbəsinin çıxışında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu xəstəliyi ilə əlaqədar olaraq əlillik təqaüdünə çıxardacağını, bunun müqabilində 4000 manat pul alacağını yenidən bildirmiş, həmin yerdə o Sevincə 2000 manat pulu və xəstəliyi ilə əlaqədar olaraq sənədlərin surətini vermişdir. O Sevincə həmin 2000 manat pulu verərkən videogörüntü çəkmişdir. Həmin videogörünütünü istintaqa təqdim etmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs da ona zəng vuraraq qalan 2000 manat pulu da təcili olaraq tələb etmiş və bank hesab nömrəsini ona vermişdir. O inananaraq xx.xx.2021-ci il tarixdə saat 16:13-də ünvan 11 ünvanında yerləşən “Alvadi” marketdən “eManat” aparatı vasitəsilə Təqsirləndirilən şəxs məxsus olan **********805447 nömrəli "xxxx" bank hesabına manat pulu göndərmişdir. xx.xx.20221-ci il tarixdə saat 17:06-da ünvan 12 ünvanında yerləşən “Yol” marketdən “eManat” aparatı vasitəsilə 100 manat pulu, xx.xx.2021-ci il tarixdə saat 15:56-da ünvan 12 ünvanında yerləşən “Yol” marketdən “eManat” aparatı vasitəsilə 100 manat pulu Təqsirləndirilən şəxs məxsus olan **********805447 nömrəli "xxxx" bank hesabına göndərmişdir. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməmiş, 4000 manat pulunu ələ keçirmişdir. Mülki iddiasının təmin olunmasını, ona dəymiş maddi ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında həmkəndlisi Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdır. Belə ki, o 2020-ci ilin dekabr ayının 27-də müharibədən qayıtdıqdan bir neçə ay sonra həmkəndlisi Zərərçəkmiş şəxs5 ona tanışı olduğunu və işə düzələcəyini bildirmişdir. Pərviz əvvəlcə kimin vasitəsi ilə işə düzələcəyini deməmiş, lakin bildirmişdir ki, həmin şəxs qadındır, etibarlı adamdır və Ağstafada bir neçə şəxsi həqiqətən işə düzəltmişdir. Pərviz ona demişdir ki, həmin qadın onu Fövqəladə Hallar Nazirliyində təcili yardım xidmətində sürücü kimi işə düzəldəcək. Bundan sonra o Pərvizə demişdir ki, həmin qadınla danışsın, əgər alınsa o da işə düzəlmək istəyir. Bundan sonra Pərviz sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadınla danışıb ona bildirmişdir ki, həmin Sevinc adlı qadın onu da işə düzəldə biləcəyini demişdir. 2021-ci ilin iyun ayının sonlarında Pərviz ona zəng edərək həmin Sevinc adlı xanımla danışdığını, Təqsirləndirilən şəxs ümumilikdə onu işə düzəltmək üçün 10500 manat pul istədiyini və həmin pulun 1/3-ni yəni 3500 manatını sənəd düzəltməyə görə əvvəlcədən vermək lazım olduğunu bildirmişdir. O özü Sevinclə əlaqə yaratmamışdır. Daha sonra 14 iyul 2021-ci il tarixdə X35 rayonunda olduğunu və görüşmək istədiyini bildirmişdir. O da 3500 manat pulu düzəldib Zərərçəkmiş şəxs5, Pərvizin əmisi oğlu Ələmdar Aşırov, atası Şahid1, Nizam, Nadir və Gülbəniz adlı şəxslə birlikdə Ağstafa rayonunda “Akkord” şirkəti ilə üzbəüz yerləşən “Samovar” restoranında görüşdük. Orada o Sevinclə iş barəsində danışdıqda Sevinc onu Fövqəladə Hallar Nazirliyinin X24 Xidmətinə yanğınsöndürən işinə düzəldəcəyini demişdir. Onlar çay içmiş, o sənədləri Sevincə təqdim etmiş, Sevinc sənədlərə baxdıqdan sonra Nizam adlı şəxsə vermiş və Nizam da sənədlərə baxdıqdan sonra heç bir problem olmadığını demişdir. Bundan sonra Nizam, Nadir və Gülbəniz restorandan çölə çıxmışdırlar. Həmin vaxt içəridə Sevinc, o, Zərərçəkmiş şəxs5, Pərvizin əmisi oğlu Ələmdar Aşırov və atası Çərkəz qalmış, atası onların yanında 35 ədəd 100 manatlıq pul əskinası, bununla birlikdə hərbi biletini və şəxsiyyət vəsiqəsini, o cümlədən “Covid-19” vaksinasiyası üzrə məlumat formasını Sevincə vermişdir. Həmin pul ona məxsus olsa da, böyük kimi atası pulu Sevincə vermişdir. Lakin bir müddət sonra, yəni 2021-ci ilin sentyabr ayında artıq bilmişdir ki, Təqsirləndirilən şəxs həm onu, həm də Pərvizi aldatmış, yalan vəd verərək həm Pərvizdən, həm də ondan pul almışdır. O Sevincə işə düzəltməyini istəmədiyini, pulunu qaytarmağını desə də, Sevinc pulu qaytarmamışdır. Ona dəymiş ziyan ödənimədiyi üçün Vüsal Mehdiyevdən şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Ələmdar oğlu ifadəsində göstərmişdir ki, X21 onun oğludur. Oğlu Ələmdar heç bir yerdə işləmədiyi üçün onu işə düzəltmək istəmişdir. Oğlu Ələmdar əvvəl də ANAMA-da işlədiyi üçün onun iş yoldaşı olmuş Raqif adlı şəxs onu öz xalası qızı Təqsirləndirilən şəxs ilə tanış etmiş ki, o, oğlu Ələmdarı işə düzəldəcəkdir. 2021-ci ilin yay aylarında o Aqstfa rayon Mərkəzi xəstəxanasının qarşısında Zərərçəkmiş şəxs5la birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona və Pərvizə oğlu Ələmdarı və Pərvizi dörd ay müddətində FHN-də işə düzəldəcəyini söz verərək 9000 manat pul istəmişdir. Onlar Təqsirləndirilən şəxs ilə razılaşmışdırlar. Bundan sonra o, 2021-ci ilin iyul ayının əvvəllərində Qazax rayonunda yerləşən “Bazar Store” mağzasının içərisində olan “MilliÖn” aparatından Təqsirləndirilən şəxs adına olan “Acsses bank” tərəfindən verilmiş plastik karta 2005 manat pul köçürmüşdür. Eyni zamanda “votsap” sosial şəbəkəsi vasitəsi ilə X3 hərbi biletinin və şəxsiyyət vəsiqəsinin sürətini çəkib atmışdır. Təqsirləndirilən şəxs ona oğlu Ələmdarı FHN-də yanğın söndürən kimi işə düzəldəcəyinə söz vermiş, təxminən 3-4 ay keçdikdən sonra Təqsirləndirilən şəxs onlara narahat olmamaqlarını, işin tez bir zamanda düzələcəyini desə də, vədinə əməl etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qulammirzə oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun oğludur. Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında həmkəndlisi Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanımışdır. Belə ki, oğlu Qulamirzə 2020-ci ilin dekabr ayının 27-də müharibədən qayıtdıqdan bir neçə ay sonra həmkəndlisi Zərərçəkmiş şəxs5 tanışı olduğunu və işə düzələcəyini bildirmişdir. Pərviz ona həmin şəxs qadın olduğunu, etibarlı adam olduğunu və Ağstafada bir neçə şəxsi həqiqətən işə düzəltdiyini bildirmişdir. Həmin qadın X31 Nazirliyində təcili yardım xidmətində sürücü kimi işə düzəldəcəyini bildirmişdir. Qulamirzə Pərvizin həmin qadınla onun işini də danışdığını, ümumilikdə onu işə düzəltmək üçün 10500 manat pul istədiyini və həmin pulun 1/3-ni yəni 3500 manatını sənəd düzəltməyə görə əvvəlcədən istədiyini bildirmişdir. Qulamirzə özü Sevinclə əlaqə yaratmamışdır. Daha sonra 14 iyul 2021-ci il tarixdə X35 rayonunda olduğunu və görüşmək istədiyini bildirmiş, onlar həmin 3500 manat pulu düzəldib Zərərçəkmiş şəxs5, Pərvizin əmisi oğlu Ələmdar Aşırov, Qulamirzə ilə birlikdə Sevinc, Nizam və Nadir adlı şəxslərin və onların yanında olan bir nəfər tanımadığı xanımın yanında Ağstafa rayonunda, “Akkord” şirkəti ilə üzbəüz yerləşən “Samovar” restoranında görüşmüşlər. Orada o Sevinclə iş barəsində danışdıqda o, X16 Nazirliyinin X24 Xidmətinə yanğınsöndürən işinə düzəldəcəyini demişdir. Onlar çay içmiş və Qulamirzə sənədləri Sevincə təqdim etmişdir. Sevinc sənədlərə baxdıqdan sonra Nizam adlı şəxsə vermiş və Nizam da sənədlərə baxdıqdan sonra heç bir problem olmadığını demişdir. Bundan sonra Nizam, Nadir və digər qadın restorandan çölə çıxmışlar. Həmin vaxt içəridə Sevinc, o, Zərərçəkmiş şəxs5, Pərvizin əmisi oğlu Ələmdar Aşırov və Qulamirzə qalmışdır. O Təqsirləndirilən şəxs həmin şəxslərin yanında 35 ədəd 100 manatlıq pul əskinası, bununla birlikdə Qulamirzənin hərbi biletini və şəxsiyyət vəsiqəsini, o cümlədən “Covid-19” vaksinasiyası üzrə məlumat formasını vermişdir. Həmin pul Qulamirzəyə məxsus olsa da, həmin vaxt böyük kimi o pulu Sevincə vermişdir. Lakin bir müddət sonra yəni 2021-ci ilin sentyabr ayında artıq bilmişdirlər ki, Təqsirləndirilən şəxs həm Qulamirzəni, həm də Pərvizi aldatmış, yalan vəd verərək həm Pərvizdən həm də onlardan pul almışdır. Onlar Sevincə işə düzəltməyini istəmədiklərini, pulu qaytarmağını desələr də o, pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Rabil adlı şəxs vasitəsi ilə tanımışdır. Bacısının Sosial Müdafiə nazirliyində işlədiyini bildirmişdir. Rabillə birlikdə Sevinc və onun bacısı Gülbəniz görüşmüşlər. Zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə Qazax rayonuna gəlmiş, zərərçəkmiş şəxslərlə Qazax rayonunda görüşmüşlər. Zərərçəkmiş şəxs2lə birlikdə kafedə yemək yemişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə kənarda söhbət etmişlər. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslərin işə düzəlmələri ilə bağlı heç bir söhbət olmamışdır. Zərərçəkmiş şəxslər ona pul verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 daha əvvəl tanımış, lakin sonra Sevinclə birlikdə 4-cü mkr-da çayxanada görüşmüşdür. Təqsirləndirilən şəxs Günelin əlillik pensiyanının bərpasını düzəldirdi. Daha sonra Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, həmin vaxt Sevincdən pulunu almasını bildirmişdir. Pul söhbəti ilə bağlı Sevinclə heç bir əlaqəsi yoxdur. 2-3 dəfə Qazax rayonuna xəstə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı ilə Bakı şəhərində tikintidə tanış olmuşdur. Sevinci qardaşı vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs Qazax rayonuna gətirmişdir. Nizam bibisinin kürəkənidir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 başqa heç birini tanımır. Mahir adlı qazi qohumunu Qazaxa gətirmişdir. Həmin gün onun evində qalmış, səhəri günü yuxudan duranda nə Mahiri nə də Sevinci görmüşdür. Bakı şəhərinə qayıtmaq istəyəndə Mahirin oğlu onuda şəhərə aparmasını bildirmiş, bankın qarşısına çatanda Mahirin, Sevincin, Azərin bankın qarşısında olduğunu görmüşdür. Bakı şəhərinə qayıtmaq istəyəndə Azər Qazax şəhərində kafedə yemək yeyəcəklərini, onunda getməsi bildirmişdir. Onlarla birlikdə kafedə yemək yeyərək Bakı şəhərinə qayıtmışdır. Yemək yeyən zaman Sevinclə Azər qırağa çəkilərək söhbət etmişlər. Zərərçəkmiş şəxslərin ona pul verməsini görməmişdir. Zərərçəkmiş şəxs2 başqa digər şəxsləri görməmiş, tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Qazax rayon X32 bölməsinin mütəntiqi işləyir. Hazırkı cinayət işinin istintaqını onun tərəfindən aparılmışdır. Cinayət işi ilə bağlı tərəfləri tanımışdır. Cinayət işi onun icraatında olan zaman dəymiş ziyanla bağlı hər hansı bir məbləğ ödənilməmişdir. Günəş Əliyeva hazırkı işlə bağlı hər hansı bir müraciət olmamışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs1 bacısı Günəş Əliyeva ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Zərərçəkmiş şəxslərin ifadələri, şahidlər Şahid6, Şahid4 izahatları və cinayət işinin materialları ilə sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı iş üzrə Zərərçəkmiş şəxs1ın evində görmüş onunla orada tanış olmuşdur. Onu 3000 manat pul müqabilində Ağstafa rayon Mərkəzi xəstəxanasına resepşın olaraq işə düzəldəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs 2-3 həftəyə işə qəbul olunacağını bildirmişdir. Ona 1000 manat daha sonra da 2000 manat olmaqla cəmi 3000 manat pul vermişdir. İşə düzəlməsi gecikdiyi üçün pulunu tələb etmiş, Təqsirləndirilən şəxs ondan aldığı 3000 manat pulu qaytarmışdır. Bacısı Zərərçəkmiş şəxs1 verdiyi pulun onula heç bir əlaqəsi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki idda verərək təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə sonuncunun təqdim etdiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskə yazılmış videogörüntüdə Təqsirləndirilən şəxs 2000 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb sayması, 9 aydan sonra qalan 2000 manat pulu alacağını və pensiya məsələsini həll edəcəyini bildirməsi əks olunmuşdur. Günel Əİiyeva həmin videogörüntünü Təqsirləndirilən şəxs pul verən zaman çəkdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə maliyyə əməliyyatları barədə məlumatlarının ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" QSC-dən əldə olunmuş sənədlərə və 01 ədəd diskə baxış keçirilmişdir. Qazax rayon Məhkəməsindən 13 yanvar 2023-cü il tarixli, 5(023)-65/2023 nömrəli məktubla təqdim olunmuş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan, "xxxx" QSC-yə məxsus **********805447 nömrəli kart hesabından çıxarışa baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1800 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT21025M4BHB), həmin məbləğdə pul vəsaiti nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 100 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT21033BG3VL), həmin məbləğdə pul vəsaiti nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “Emanat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 100 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT2105721BGN), həmin məbləğdə pul vəsaiti nağdlaşdırılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsindən 13 yanvar 2023-cü il tarixli, 5(023)-65/2023 nömrəli məktubla təqdim olunmuş 1 ədəd diskə baxış zamanı içərisindəki fotoşəkillərdə üz hissəsi aydın görünən qadın cinsli şəxsin bank kartını bankomata daxil edərək pul vəsaitini nağdlaşdırması əks olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə maliyyə əməliyyatları barədə məlumatlarının ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" QSC-dən əldə olunmuş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-də olan AZ05ACAB******************** saylı kart hesabı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" QSC-nin bankomatlarından nağdlaşdırma əməliyyatı aparılmamışdır. Həmin məktuba əlavə edilmiş çıxarışa baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 2487.50 manat (bank tranzaksiya nömrəsi - FT21180YLC3L) və 1494.49 manat (bank tranzaksiya nömrəsi - FT21180GXP0G) pul vəsaitləri mədaxil edilmiş, həmin pul vəsaitləri nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1994.97 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT21183XS8GY), həmin pul vəsaiti nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1999.95 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT21188VMBLL), həmin pul vəsaiti nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 497.50 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT2122112T2Z), həmin pul vəsaiti nağdlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1492.50 manat pul vəsaiti mədaxil edilmiş (bank tranzaksiya nömrəsi - FT21223NQYC3), həmin pul vəsaiti nağdlaşdırılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə maliyyə əməliyyatları barədə məlumatlarının ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" QSC-dən əldə olunmuş 01 ədəd diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin fotoşəkillərdəki şəxs özüdür. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində “Azerfon” məhdud məsuliyyətli cəmiyyətindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:41:25-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* saylı nömrəyə zəng edilmiş, aralarında 22 saniyə danışıq olmuş, zəng zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrə “UBBK1104F/UBBK1104 X42/Bakı şəhəri, Fikrət Əmirov 24/7 Dəmir yol vağzalı/Nasimi/ (40.380xx/xx.84987)” anten dairəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrə xx.xx.2020-ci il tarixdə saat 14:41:00-dan saat 16:04:08-dək “UBBK1104C/UBBK1104 X42/Bakı şəhəri, Fikrət Əmirov 24/7 Dəmir yol vağzalı/Nasimi/ (40.38007/ 49.84987), LBBK4807O1/LBBK4807 28_May/28 May Texnoloji korpusunun damında/ Nasimi/ (40.380xx/xx.84814), LBBK1104O3/LBBK1104 X42/ /Nasimi/ (40.380xx/xx.84987), UBBK2451A/UBBK2451 Demiryolu_vagzali/Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 239/8/Nasimi/ (40.379xx/xx.85093) anten dairələrində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 16:12:11-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrəyə zəng edilmiş, aralarında 145 saniyə danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrə xx.xx.2021-ci il saat 09:55:16-dan saat 16:22:56-dək Ağstafa rayonu ərazisində müxtəlif anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrə xx.xx.2021-ci il saat 11:03:42-dən xx.xx.2021-ci il saat 08:58:03-dək Qazax rayonu ərazisində müxtəlif anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrə xx.xx.2021-ci il saat 08:18:27-dən saat 12:39:55-dək Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı nömrə xx.xx.2021-ci il tarixdə saat saat 10:38:15-də Qazax rayonu ərazisində anten dairəsində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 11 avqust 2021-ci il tarixdə saat 10:38-də Qazax şəhəri, H.Əliyev prospekti 99, Asel kredit təşkilatı ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 1500 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21223NQYC3). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 28 iyun 2021-ci il tarixdə saat 14:54-də ünvan 6 ünvanında yerləşən “Göycə” adlanan marketdəki “eManat” adlanan ödəmə terminalı vasitəsi ilə 1502 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21180GXP0G). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 07 iyul 2021-ci il tarixdə saat 18:57-də Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən “Oba” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 2010 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21188VMBLL). Cinayət işinin materiallarına əlavə edilmiş Qəbzin surətindən görünür ki, 28 iyun 2021-ci il tarixdə saat 13:40-da Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən “Oba” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 2500 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21180YLC3L). Cinayət işinin materiallarına əlavə edilmiş Qəbzin surətindən görünür ki, 02 iyul 2021-ci il tarixdə saat 11:37-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 2005 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına köçürülmüşdür FT21183XS8GY). Cinayət işinin materiallarına əlavə edilmiş Qəbzin surətindən görünür ki, 25 yanvar 2021-ci il tarixdə saat 16:13-də ünvan 2 ünvanında yerləşən “Alvadı” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 1800 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, “Acces Bank” qapalı səhmdar cəmiyyətinə məxsus **********805447 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21025M4BHB). Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 02 fevral 2021-ci il tarixdə saat 17:06-da ünvan 3 ünvanında yerləşən “Yol” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, “Acces Bank” qapalı səhmdar cəmiyyətinə məxsus **********805447 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT21033BG3VL). Cinayət işinin materiallarına əlavə edilmiş Qəbzin surətindən görünür ki, 28 fevral 2021-ci il tarixdə saat 15:56-da ünvan 3 ünvanında yerləşən “Yol” adlanan marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaiti Təqsirləndirilən şəxs adına olan, “Acces Bank” qapalı səhmdar cəmiyyətinə məxsus **********805447 nömrəli kart hesabına köçürülmüşdür (bank tranzaksiya nömrəsi - FT2105721BGN). DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayon icra hakimiyyətinin başçısı Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, bina 40, mənzil 93də yaşayır, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadələrində X2 Günel İsmixan qızına əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etdivi üçün o Zərərçəkmiş şəxs1 4000 manat pul vəsaitini alıb Əlizadə Rzayeva verməsi, tək özü və ya Əlizadə Rzayev ilə birlikdə Zərərçəkmiş şəxs1 aldatmaq fikri olmaması, Əlizadə Rzayevin onu və Zərərçəkmiş şəxs1 aldatması, Qazax rayonu, Ağköynək kəndində xalası qızı Fərqanənin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs2 Şahid4 1000 manat pul verməsi, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu ona verməməsi, təxminən 2- 3 gündən sonra Nizamın ona zəng vurub Azərin onun kartına 500 manat pul göndərəcəyini deməsi, həmin gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında Nizamla görüşüb 500 manat pulu bankomatda nağdlaşdırdıqdan sonra Nizama verməsi, Azərdən pul istəməməsi, 20 avqust 2021-ci il şəhərində yerləşən adını kafedə Zərərçəkmiş şəxs2 ona 5000 manat pul verməməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və tam təkzib olunduğundan, sonuncunun özünü müdafiəsi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs ifadələrində X2 Günel İsmixan qızına əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etdiyi üçün o Zərərçəkmiş şəxs1 4000 manat pul vəsaitini alıb Əlizadə Rzayevə verməsi, tək özü və ya Əlizadə Rzayev ilə birlikdə Zərərçəkmiş şəxs1 aldatmaq fikri olmaması, Əlizadə Rzayevin onu və Zərərçəkmiş şəxs1 aldatması, Qazax rayonu, Ağköynək kəndində xalası qızı Fərqanənin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs2 Şahid4 1000 manat pul verməsi, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu ona verməməsi, təxminən 2-3 gündən sonra Nizamın ona zəng vurub Azərin onun kartına 500 manat pul göndərəcəyini deməsi, həmin gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında Nizamla görüşüb 500 manat pulu bankomatda nağdlaşdırdıqdan sonra Nizama verməsi, Azərdən pul istəməməsi, 20 avqust 2021-ci il şəhərində yerləşən adını kafedə Zərərçəkmiş şəxs2 ona 5000 manat pul verməməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və tam təkzib olunduğundan, sonuncunun özünü müdafiəsi kimi qiymətləndirilmiş, Şahid4 və Şahid6 Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq cinayətlərində Təqsirləndirilən şəxs ilə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiklərindən, Təqsirləndirilən şəxs, Şahid4, Şahid6 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid6 və X5 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq cinayətlərində Təqsirləndirilən şəxs ilə Şahid6 və Gülbaniz Rahimovanın barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiyindən, Təqsirləndirilən şəxs, Şahid6 və Gülbəniz Rəhimovanın barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs adına olan, "Access bank qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına 28 iyun 2021-ci il tarixdə 2500 manat va 1502 manat, 07 ivul 2021-ci il tarixdə 2010 manat, 11 avqust 2021-ci il tarixdə 1500 manat məbləğində pul vəsaitləri köçürməsi, komissiya haqqı çıxıldıqdan sonra hamin kart hesabına müvafiq olaraq 2487.50 manat, 1494.49 manat, 1999.95 manat, 1492.50 manat pul vəsaiti mədaxil edilməsi, beləliklə də zərərçəkmiş şəxsin 7512 manat pul vəsaitinin ələ keçirməsi Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 məxsus 10512 manat pulu ələ keçirib daladuzluq etməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələrində X2 Günel İsmixan qızına əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etdiyi üçün o Zərərçəkmiş şəxs1 4000 manat pul vəsaitinı alıb Əlizadə Rzayevə verməsi, tək özü və ya Əlizadə Rzayev ilə birlikdə Zərərçəkmiş şəxs1 aldatmaq fikri olmaması, Əlizadə Rzayevin onu və Zərərçəkmiş şəxs1 aldatması, Qazax rayonu, Ağköynək kəndində xalası qızı Fərqanənin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs2 Şahid4 1000 manat pul verməsi, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu ona verməməsi, təxminən 2-3 gündən sonra Nizamım ona zang vurub Azərin onun kartına 500 manat pul göndərəcəyini deməsı, həmin gün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında Nizamla görüşüb 500 manat pulu bankomatda nağdlaşdırdıqdan sonra Nizama verməsi, Azərdən pul istəməməsi, 20 avqust 2021-ci il şəhərində yerləşən adını kafedə Zərərçəkmiş şəxs2 ona 5000 manat pul verməməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığından va tam akzib olunduğundan, sonuncunun özünü müdafiəsi kimi qiymətləndirilmiş, X14 Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayətində Təqsirləndirilən şəxs ilə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiyindən. Təqsirləndirilən şəxs və Əlizadə Rzayevin barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, X6 Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq cinayətində təqsirləndirilən şəxs X10 ilə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiyindən Təqsirləndirilən şəxs və Gülbəniz Rəhimovun barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Bəbirov X23 Azər Rəşid oğluna qarşı törədilmiş dələduzlog cinayətində Təqsirləndirilən şəxs ilə qabaqcaqdan əlbir olan bir qrup saxs halmda istirak etmədivindan. Təqsirləndirilən şəxs və Nizam Babirovun barəlarində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid6 və X1 Azər Rəşid oğluna qarşı törədilmiş dələduzluq cinayətində Təqsirləndirilən şəxs ilə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiklərindən, Təqsirləndirilən şəxs, Şahid6v və Gülbəniz Rəhimovanın barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Mahir Qiyasovun və sonuncunun həyat yoldaşı X20 Nizam Əzizağa oğlu Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətində təqsirləndirilən şəxs X11 ilə qabaqcaqdan əlbir olan bir qrup şəxs halında iştirak etmədiklərindən, Təqsirləndirilən şəxs, Mahir Qiyasovun və Fərqanə Qiyasovanın barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs2 09 avqust 2021-ci il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti 72A ünvanında yerləşən "Oba" adlanan marketdəki "eManat" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, "xxxx" qapalı səhmdar cəmiyyətinə məxsus **********982666 nömrəli kart hesabına 500 manat pul vəsaiti köçürməsi və komissiya haqqı çıxıldıqdan sonra həmin kart hesabına 497.50 manat pul vəsaiti mədaxil edilməsi. beləliklə də zərərçəkmiş şəxsin 500 manat pul vəsaitinin ələ keçirilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 4000 manat, Zərərçəkmiş şəxs4 məxsus 2005 manat, Zərərçəkmiş şəxs3 məxsus 3500 manat, Zərərçəkmiş şəxs5 məxsus 10512 manat, Zərərçəkmiş şəxs2 məxsus 6500 manat pul vəsaitlərini ələ keçirib dələduzluq etməsi əməlləri vahid niyyətlə əhatə olunmuş qəsdlə deyil, hər dəfə müstəqil yaranmış niyyətlə təkrar törədilmiş cinayət əməlləri kimi tövsif edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs vasitələri ilə hansısa vəzifəli şəxslərə rüşvət verməyə cəhd etməsi əməllərinə hüquqi qiymət verilməsi və sonuncuların rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi üçün cinayət işindən material ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16- cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Məhkəmə qeyd edir ki, hər üç dələduzluq epizodu üzrə ayrı-ayrılıqda cinayət əməllərinin törədildiyi gündən, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək tutulanadək işin icraatının dayandırıldığı vaxtdan tutulması ilə əlaqədar işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, hal-hazırdək iki ildən artıq müddət keçmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə üç epizod üzrə icraata xitam verilməlidir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs digər iki epizodu üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir, onun əməli düzgün tövsif edilmişdir, o, qeyd olunan maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Qazax Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Ələmdar oğlu və Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etməsi epizodları ilə bağlı cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Məhkəmə hesab edir ki, mülki cavabdeh- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ziyandan ibtidai və məhkəmə istintaqı zamanı 250 manat pul ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş zərərə görə 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd disk və Təqsirləndirilən şəxs ödəmə terminalları vasitəsi ilə pul vəsaitlərinin göndərilməsini təsdiq edən 08 ədəd vərəqdə 08 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalı, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 3750 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd disk və Təqsirləndirilən şəxs ödəmə terminalları vasitəsi ilə pul vəsaitlərinin göndərilməsini təsdiq edən 08 ədəd vərəqdə 08 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 3750 manat məbləğində pul alınaraq mülki iddiaçı X22 ödənilsin. Zərərçəkmiş şəxslərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar