Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-21/2023 01.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,849 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, daha sonra həmin narkotik vasitənin 0,06 qramını Qazax rayonu Xanlıqlar kənd sakini Şahid1 20 avqust 2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri M.P.Vaqif küçəsində 10 manat müqabilində satmış, həmin heroinin qalan 0,789 qramını öz şəxsi istifadəsi üçün qanunsuz olaraq üzərində saxlamış, 20 avqust 2022-ci il tarixdə saat 21:00-da Qazax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Qazax şəhəri Z.Tağıyev küçəsi ilə piyada hərəkətdə olarkən saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 21:45-dən 22:35-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə, Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 0,789 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü tam olaraq təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir müddət əvvəl Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerdən bükülü tapmışdır. Həmin bükülünün içinə baxanda orada heroin olmasını görüb gələcəkdə istifadə eləmək məqsədi ilə götürüb cibinə qoymuş və sonra rayona qayıtmışdır. 20 avqust 2022-ci il tarixdə saat 18 radələrində tanışı, narkotik maddələrin istifadəçisi olan Ramiz onunla telefonda danışarkən söhbət əsnasında heroin almaq istədiyini, lakin tapmadığını dedikdə o, bir müddət əvvəl tapdıb öz istifadəsi üçün götürmüş olduğu heroindən bir qədərini Ramizə satmaq qərarına gəlmişdir. O, Ramizə özündə heroin olmasını və bir hissəsini ona sata biləcəyini demişdir. Bir neçə dəqiqə sonra Ramizlə Qazax şəhərindəki Vaqif küçəsində görüşmüş, və o, 10 manata Ramizə birdəfə istifadə etməsi üçün heroin satmış, qalanını isə cibində saxlamışdır.Ramiz çıxıb getmiş, o isə qalan heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün, saat 21 radələrində Qazax şəhəri Z. Tağıyev küçəsi ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirərək birlikdə Qazax rayon PŞ-nə gedəcəyini demişlər.O, etiraz etmədən onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-nin inzibati binasında vəkilinin də iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış, əvvəlcə ona üzərində üzərində narkotik tərkibli vasitə olub olmamasını soruşulmuş, varsa təqdim etməyini bildirmişlər. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki heroini çıxarıb təqdim etmiş, bir qədər əvvəl Bakı-Sumqayıt avtomobil yolunun kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayon Xanlıqlar kəndində yaşayır və hal-hazırda heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə Qazax şəhərində olarkən Seymura mobil telefonla zəng edib hal-əhval tutmuş və söhbət əsnasında heroin almaq istədiyini, lakin tapa bilmədiyini demişdir. Seymur ona heroin sata biləcəyini bildirmişdur. Həmin gün, saat 18 radələrində Seymurla o, Qazax şəhəri Vaqif küçəsində görüşmüş və 10 manat pul verərək Seymurdan bir dəfə istifadə etmək üçün heroin almış və bundan sonra onlar ayrılmışlar. O, stadiona gedərək gizli yer tapıb heroini qəbul etmək istəmişdir. Saat 18:35 radələrində piyada və tək halda gedən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələri saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu, bu səbəbdən də birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Orada hüquq və vəzifələri izah edilmiş, vəkilin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, o da öz növbəsində əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə heroini təqdim etmiş və əvvəlcədən tanıdığı Seymur adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2021-ci ildən isə Qazax RPŞ-nin NMQ-nun baş inspektoru vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Qazax rayonu Xanlıqlar kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istehlakı ilə məşğul olması barədə məlumat daxil olmuşdur.Bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Onun özündən, kiçik inspektor Cavid Qurbanov, təhqiqatçı İsgəndər Qasımov, PPXB-nin polis nəfəri Şahid3 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin rəhbərliyi tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Şahid3la birlikdə RPŞ-dən çıxaraq Şahid1 mütəmadi vaxt keçirdiyi, Qazax şəhərində yerləşən “Kinoteatr” binasının ətrafında, birləşən küçələrdə tədbiri davam etdirməyə başlamışdır. Bir qədər sonra Şahid1 piyada S.Vurğun küçəsi ilə üzü Qazax şəhər stadionu istiqamətində getməsi barədə məlumat əldə etmiş və Elşənlə birlikdə məlumatda göstərilən istiqamətdə getməyə başlamışlar. Bir qədər sonra Ramizin piyada və tək halda hərəkətdə olduğunu görüb yaxınlaşaraq özlərini təqdim edərək Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra Ramizə narkotik vasitələri əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət eləmişlər. Ramiz narazılıq etməyərək onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. RPŞ-də vəkilin də iştirakı ilə videoçəkilişlə Ramizin üzərində şəxsi axtarış aparılan zaman Ramiz əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim edərək içərisində heroin olduğunu və Seymur adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Seymur adlı şəxsi müəyyən etmək məqsədi ilə tərəfindən əməliyyat tədbirləri davam etdirilmişdir. Bir müddətdən sonra o, Seymur adlı şəxsin ünvan 3 ünvanında qeydiyyatda olmaqla Qazax şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və Seymurun narkotik vasitələri saxlanmasında, istifadəsində və dövriyyəsi ilə məşğul olması barədə raportla rəhbərliyə məruzə eləmişdir. Rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. O, Şahid3la birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi olaraq vaxt keçirdiyi Z.Tağıyev küçəsində xidmətini davam etdirmişdir. Həmin gün saat 21:00-da Təqsirləndirilən şəxs Z. Tağıyev küçəsi ilə piyada və tək hərəkətdə olduğunu görüb yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz narkotik vasitələri əldə etməkdə, saxlamaqda daşımaqda və Şahid1 adlı şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu izah etmişlər. Seymur razılaşmış və onlarla birlikdə Qazax RPŞ-nə getmişdir. Polis Şöbəsində vəkilin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Seymur əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim edərək içərisində heroin olduğunu, Bakı-Sumqayıt avtomobil yolunun kənarından tapdığını, xx.xx.2022-ci il tarixdə Ramizə ondan bir qədər satdığını demişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı saat 21:45də başlamış, saat 22:35-də bitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2la oxşar məzmunlu ifadələr verərək göstərilən xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 şəxsi axtarışı zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə, bükümlə birlikdə 0.11 qram çəkidə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şahid1 həmin narkotik vasitəni Qazax şəhər sakini Seymur adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir, şəxsi axtarış saat 19:20-də başlamış, saat 19:50-də bitmişdir. xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan qara rəngi idman şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə bükümlə birlikdə çəkisi 1.19 qram heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı Ramiz adlı şəxsə narkotik vasitə olan heroini 10 manat müqabilində satdığını təsdiq etmişdir, şəxsi axtarış saat 21:45-də başlamış, saat 22:35-də bitmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli, 16/991 saylı rəyində göstərilmişdir ki- tədqiqata təqdim olunmuş üzərinə “Şahid1 üzərindən çıxan 01 ədəd bükümdə kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0,06 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (Heroinin təmiz çəkisi 0,06 qram olmuş tədqiqata 0,02 qram sərf edildən sonra 0,04 qram qalıq qalmışdır). Məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli, 16/992 saylı rəyində göstərilmişdir ki - tədqiqata təqdim olunmuş üzərinə: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkiləri 0,789 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız kütlə” yazıları olan kağız paketdəki 1 (bir) ədəd büküm heroin ilə üzərində “Şahid1 üzərindən çıxan 01 ədəd bükümdə kütlə” yazılar olan paketdəki 1 (bir) ədəd büküm heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (Heroinlərin təmiz çəkiləri 0,789 qram və 0,04 qram olmuş, tədqiqata 0,05 qram və 0,02 qram sərf edildikdən sonra 0,739 qram və 0,02 qram qalıq qalmışdır). Məhkəmə narkoloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 1620 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Qazax rayon Məhkəməsindən alınmış hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qazax rayon İcra və probasiya şöbəsinin vermiş olduğu 01 fevral 2023-cü il tarixli 23 nömrəli arayışından görünür ki, Qazax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2020-ci il tarixdə bitmişdir. Qazax rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı ŞİH Nəsimi rayonu MKTB-nin 51 saylı MKİ sahəsinin verdiyi 18 oktyabr 2022-ci il tarixli, 302 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və o, qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,739 qram və 0,02 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul S. Ağacanovdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,739 qram və 0,02 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-21/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-21/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver