Məhkəmə qərarları › İş №1(023)-21/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-21/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-21/2024 13.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Oğuz rayonunun Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Həsənov X2 ərazisində özünə məxsus ümumvətəndaş pasportunu itirdiyinə görə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına qayıda bilmədiyindən 5 dekabr 2023-cü il tarixdə, saat 18:15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Qazax" X1 Qazax rayonunun 2-ci Şıxlı kəndində yerləşən 1-ci sərhəd zastavasının 1-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 7 sentyabr 2023-cü il tarixdə işləmək məqsədilə rəsmi yolla Azərbaycan Respublikasından Gürcüstanın Kutaisi şəhərinin Çıxaltubo kəndinə getmiş, orada ev ustası kimi fəaliyyət göstərmişdir. Gürcüstanın Kutaisi şəhərində sənədlərini itirmişdir. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etmiş, səfirlikdə ondan itmiş sənədlərin surətləri tələb edilmiş, sənədlərin kseresurəti olmadığı üçün sənədləri bərpa etdirə bilməmişdir. Buna görə də, dövlət sərhədini qanunsuz yolla keçərək Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə Tbilisi şəhərinə, sonra Tbilisi şəhərindən də Marnueli şəhərinə getmiş və 2 gün Marnueli şəhərində qalmış, tək hərəkət etmiş və onun yanında heç kəs olmamışdır. 05 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Marnueli şəhərindən çıxıb Gürcüstan - Azərbaycan Respublikası sərhədinə getmişdir. 05 dekabr 2023-cü il tarixdə, saat 17-18 radələrində Azərbaycan Respublikası tərəfə hərəkət etmiş, təxminən 1500- 2000 metr getmişdir ki, qarşısına tikanlı məftildən sərhəd çəpəri çıxmış, həmin çəpəri əli ilə aralayaraq arasından keçmiş, bir qədər də irəliləmiş və ucadan "Dayan!" komandası eşitmiş və dərhal yerində dayanmışdır. Sərhədçilər gəlib onu saxlamışlar. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DSX "Qazax" X1 1-ci sərhəd zastavası rəisinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edir. 05 dekabr 2023-cü il tarixdə, saat 17:00-dan 20:00-dək "Sərhəd Gözətçisi" sərhəd naryadına naryad başçısı, əsgər Şahid2 isə sərhəd naryadının üzvü olmaqla xidmət etdikləri 1-ci sərhəd zastavasının 1-2-ci sahələrinə sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Həmin gün, saat 18:15 radələrində "Növbətçi Operator" xidmətindən radiorabitə vasitəsilə ona məlumat verilərək bildirilmişdir ki, 1 nəfər mülki geyimli naməlum şəxs 1-ci sahədə hərəkət edir. O və sərhəd naryadının üzvü, əsgər X4 dərhal 1-ci sahə istiqamətində hərəkət etmiş və qeyd olunan xidməti ərazidə naməlum şəxsin hərəkət etməsini görüb ona yaxınlaşaraq "Dayan!" komandası vermiş, şəxs dayanmış, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Gürcüstandan qanunsuz yolla Azərbaycan Respublikasına gəldiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da digər şahd Şahid1la eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları "Qazax" X1 1-ci sərhəd zastavasının rəisi, baş leytenant Vahid Hüseynlinin raportundan görünür ki, 4/5 dekabr 2023-cü il tarixdə, saat 18:13 radələrində "Növbətçi Operator" sərhəd naryadı tərəfindən "PTZ" tipli kamerası vasitəsilə 4-cü sahənin arxa istiqamətində 1 nəfər naməlum şəxsin hərəkət etməsi müşahidə olunmuşdur. Aparılmış müşahidəyə əsasən saat 18:15-də sərhəd zastavasının şəxsi heyəti "Silaha" komandasına qaldırılmış və "Həyəcan" qrupu 2-5-ci sahələrdə arxa hüdudu qapamaq məqsədilə hadisə yerinə doğru hərəkət etmişdir. Həmçinin ərazidə xidmət aparan "Sərhəd Gözətçisi" sərhəd naryadını məlumatlandıraraq sərhəd pozucusunun təqib edilərək saxlanılması tapşırığı verilmişdir. Saat 18:45-də sərhəd pozucusu dövlət sərhəd xəttindən 700 metr aralıda, arxa istiqamətdə, Qazax rayonunun 2ci Şıxlı kənd ərazisində yerləşən kənd qəbirstanlığında saxlanılmışdır. İlkin araşdıma zamanı saxlanılan şəxs özünü xx xxxxxx 1991-ci il təvəllüdlü, Oğuz rayonunun Padar kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 6 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 dekabr 2023-cü il tarixdə, saat 18:45 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları "Qazax" X1 Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən keçməklə dövlət sərhədini pozmuş və dövlət sərhəd xəttindən 700 metr aralıda saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlardan görünür ki, o, 7 sentyabr 2023-cü il tarixdə, saat 19:20 radələrində "Heydər Əliyev" X3 müəyyən edilmiş qaydada Gürcüstanın Tbilisi şəhərinə getmiş və həmin tarixdən etibarən Azərbaycan Respublikasına qayıtmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.5-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62.1, 67.1 və 68.1.1-ci maddələrinə əsasən qəti olaraq 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 14 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Respublika Narkoloji Mərkəzin” verdiyi 07 yanvar 2024-cü il tarixli, 19/51-152 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal RİH MKTB 42 saylı Mənzil Kommunal İstismar sahəsinin verdiyi 11 yanvar 2024-cü il tarixli, 03 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mədinə Həsənli, Fatimə Həsənli və İbrahim Həsənli adlı uşaqları var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Sarxan Hasanov öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Sarxan Hasanovun əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndinə uyğun olaraq məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib ona təqsirli bilindiyi CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən tutulduğu müddət nəzərə alınaraq cərimə yüngülləşdirirlməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Bakı Şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1 maddəsi ilə təqsirli bilinərək 2700 (iki min yeddi yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 2500 (iki min beş yüz) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı Şəhər Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar