Məhkəmə qərarları › İş №1(023)-23/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-23/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-23/2023 22.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X5 və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, xx xxxxxx 1970-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq Gürcüstana getmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları X27, Təqsirləndirilən şəxs2, X11 , X7, X17 və yetkinlik yaşına çatmayan X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin avqust ayında qanunsuz olaraq Gürcüstana getmək məqsədilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Covid-19 pandemiyası səbəbindən sərhəd baraxılış məntəqələri müvəqqəti fəaliyyət göstərmədiyindən və sənədləri olmadığından qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları X27, X11, X17, Təqsirləndirilən şəxs2, X7 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Qazax” X4 Qazax rayonunun 2ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikasına təkrarən qəsdən qanunsuz olaraq keçdikdən sonra DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq Gürcüstana getmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları X27, Təqsirləndirilən şəxs1, X11 , X7, X17 və yetkinlik yaşına çatmayan X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin avqust ayında qanunsuz olaraq Gürcüstana getmək məqsədilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonu ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Covid-19 pandemiyası səbəbindən sərhəd baraxılış məntəqələri müvəqqəti fəaliyyət göstərmədiyindən və sənədləri olmadığından qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları X27, X11, X17, Təqsirləndirilən şəxs1, X7 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Qazax” X4 Qazax rayonunun 2ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikasına təkrarən qəsdən qanunsuz olaraq keçdikdən sonra DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, Nizami küçəsi, mənzil 214-də qeydiyyatda olmaqla yaşayır. Dilənçiliklə məşğul olaraq ailəsini dolandırır. 2020-ci ilin avqust ayında, dəqiq xatılamadığı gündə və vaxtda Azad Qulamov, Təqsirləndirilən şəxs2, Zarina Bukavazin, Rəhim Bəkirov, Ceyhun Qulmaov, Nicat Əmiraslanov ilə birlikdə gizlin şəkildə Qazax rayonu ərazisində Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana keçmiş, Gürcüstanda dilənçiliklə məşğul olmuş, Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər qoyulduğu üçün Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmişdir. 07 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində qohumları Ceyhun Qulamov, Azad Qulamov, Nicat Əmiraslanov, Rəhim Bəkirov, Zarina Bukavazin və Təqsirləndirilən şəxs2 ilə birlikdə pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu üçün qanunsuz yolla Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində Gürcüstandan Azərbaycan Respublikasına keçmiş, Azərbaycan Respublikasına keçdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yevlax şəhərində yaşayır, dilənçiliklə məşğul olur. 2020-ci ilin avqust ayında, dəqiq xatırlamadığı gün və vaxtda Azad Qulamov, Təqsirləndirilən şəxs1, Zarina Bukavazin, Rəhim Bəkirov, Ceyhun Qulmaov və Nicat Əmiraslanov ilə birlikdə Qazax rayonu ərazisindən gizlincə Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana getmiş, Gürcüstanda dilənçiliklə məşğul olmuş, Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər qoyulduğu üçün işləyə bilmədiyindən Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmişdir. 07 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində qohumları Ceyhun Qulamov,Azad Qulamov, Nicat Əmiraslanov, Rəhim Bəkirov, Zarina Bukavazin və Təqsirləndirilən şəxs1 ilə birlikdə pandemiya əlaqədar sərhədlər bağlı olduğu üçün qanunsuz yolla Dövlət Sərhəd Xidmətinin “Qazax” X4 Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində Gürcüstandan Azərbaycan Respublikasına keçmiş, Azərbaycan Respublikasına keçdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin “Qazax” X4 hərbi qulluqçusu X22 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində əsgər Anar Qocayev radio rabitə vasitəsi ilə ona məruzə edərək bir neçə nəfər naməlum şəxslərin 4-cü sahə istiqamətinə doğru hərəkət edərək Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə keçmək istədiklərini bildirmiş, ona həmin şəxsləri nəzarətdə saxlamağı göstəriş vermiş, dərhal sərhəd zastavasını “Silaha” komandasına qaldırmış və həmin istiqamətə hərəkət etmiş və hadisə yerində sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Orada həmin şəxslərin Təqsirləndirilən şəxs2, Ceyhun Qulamov,Azad Qulamov, Nicat Əmiraslanov, Rəhim Bəkirov, Zarina Bukavazin və Təqsirləndirilən şəxs1 olmaları müəyyən edilmişdir. X1 və X3 məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSX-nin Sərhəd Qoşunları “Qazax” X4 komandiri polkovnik Bəhmən Babayevin 08 sentyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, xx.xx.2021-ci il tarixdə “Qazax” X4 Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, dövlət sərhədini qanunsuz yolla pozan Azərbaycan Respublikası vətəndaşları X27, X11, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X7, X8 və X2 naryadları tərəfindən saxlanılmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, “Qazax” X4, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 1-ci sərhəd zastavasının sağ cinahının 4-cü sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədi pozulmuş, bir neçə nəfərə məxsus qarışıq ayaq izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2004-xx.xx.2019cu il tarixlər ərzində sonuncu dəfə xx.xx.2019-cu ildə C01270919 nömrəli pasport ilə Gürcüstandan Azərbaycan Respublikasına keçməklə cəmi 12 halda qanunla müəyyən edilmiş qayda da dövlət sərhədindən keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-xx.xx.2019cu il tarixlər ərzində sonuncu dəfə xx.xx.2019-cu ildə C00110266 nömrəli pasport ilə Gürcüstandan Azərbaycan Respublikasına keçməklə cəmi 56 halda qanunla müəyyən edilmiş qayda da dövlət sərhədindən keçmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri 02 gün tutulmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X41 verdiyi 21 sentyabr 2021-ci il tarixli, 7975 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X41 verdiyi 19 sentyabr 2021-ci il tarixli, 3024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə ambulator və stasionar məhkəmə-psixiatrik ekspertizadan keçməmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X41 verdiyi 27 sentyabr 2021-ci il tarixli, xx/xx-10572 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 27 oktyabr 2021-ci il tarixli, 320 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri Nizami küçəsi 224 A saylı evdə yaşayır. 05 aprel 1994-cü il təvəllüdlü X17, 28 avqust 1995-ci il təvəllüdlü X6, 29 sentyabr 1996-cı il təvəllüdlü X24, 17 fevral 1999-cu il təvəllüdlü X27 və qızı 04 yanvar 2002-ci il təvəllüdlü X18 adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 27 oktyabr 2021-ci il tarixli, 320 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri Nizami küçəsi 214 A saylı evdə yaşayır. 07 yanvar 1994-cü il təvəllüdlü X9, 18 mart 1999-cu il təvəllüdlü X11, 25 yanvar 2001-ci il təvəllüdlü X12, 30 aprel 2003-cü il təvəllüdlü X19, 08 may 2004-cü il təvəllüdlü X13, 25 fevral 2005-ci il təvəllüdlü X14, 29 iyun 2007-ci il təvəllüdlü X28, 14 dekabr 2011-ci il təvəllüdlü X15 və 12 oktyabr 2014-cü il təvəllüdlü X20 adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər X27, X11, X7 və X8 barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmiş və həmin hökm qanuni qüvvəyə minmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin etiraf edici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahid ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqları olmasını, səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməllər etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, onların cəmiyyətdən təcrid olunmadan islah olunmaları mümkündür, onlara CM-nin 70-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə onların davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması məqsədə müvafiqdir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərlərinə onların davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs2 sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar