Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-23/2024 19.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlu, onun müdafiəçisi-Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, 26 sentyabr 2001-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Türkiyə Respublikasının İstanbul şəhərində qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu “COVİD 19” pandemiyası səbəbindən quru sərhədlər bağlı olduğundan qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələ bilmədiyindən 03 yanvar 2024-cü il tarixdə saat 10:10-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Şərhəd Xidmətinin X5 rayonunda yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən 17 iyul 1984-cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Sultan Gunel tərəfindən idarə edilən “Mercedes Benz” markalı,” 61-ADC-992” qeydiyyat nişanlı yük avtomobilinin alt hissəsində gizlənərək qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmiş, 05 yanvar 2024-cü il tarixdə X6 X9 Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və göstərmişdir ki, 26 sentyabr 2001-ci ildə İstanbul şəhərində anadan olmuşdur. İstanbul şəhərində avtoyuma obyektlərində işləyərə maddi qacanc əldə etmişdir. İşləmək məqsədi ilə Avropa ölkələrinə getmək qərarına gəlmiş, 31 dekabr 2023-cü il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə dövlət sərhədini keçib Gürcüstanın Batumi şəhərinə getmiş, təxminən bir neçə gün Batumi şəhərində qalmış, Batumi şəhərində tanımadığı şəxslərlə dalaşmış və məcbur Azərbaycan Respublikasına getmək qərarına gəlmişdir. Batumi şəhərində tanımadığı taksiyə minmiş və Gürcüstan-Azərbaycan sərhədinə gəlmişdir. Gürcüstanla Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğu üçün Azərbaycan Respublikasının ərazisinə buraxılmayacağını bildiyinə görə dövlət sərhədini qanunsuz yolla keçmək üçün Gürcüstan gömrüyündə yük avtomobillərinin dayandığı Azərbaycan Respublikasına gedən tanımadığı Türkiyə Respublikasına məxsus dövlət qeydiyyat nişanlı yük avtomobilinin altında gizlənərək 03 yanvar 2024-cü il tarixdə təxminən saat 10-11-də "Qırmızı Körpü" sərhəd nəzarəti şöbəsindən yük avtomobilinin altında gizlənərək sərhəd nəzarətindən yayınaraq Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Avtomobilin altında keçməsindən sürücünün xəbəri olmamışdır. Azərbaycan Respublikasının ərazisinə keçdikdən sonra Bakı şəhərinə getmiş və Bakı şəhərində iş tapa bilmədiyi üçün Türkiyə Respublikasına geri qayıtmaq qərarına gəlmişdir. 05 yanvar 2024-cü ildə səhər saatlarında X6 Hava Limanına getmiş, hava limanında saat 11 radələrində sərhədçildər tərəfindən saxlanılmışdır. İş üzrə şahid olan Şahid teleqramla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, DSX X2-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2024-cü il tarixdə xidməti ərazidə olarkən X6 Hava Limanının ərazisində 1 nəfər şübhəli şəxsin olması barədə məlumat daxil olmuş, daxil olan məlumatla bağlı saat 11 radələrində həmin şəxsin olduğu əraziyə getmiş, onunla ilkin söhbət zamanı o özünü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğlu olduğunu, 03 yanvar 2024-cü il tarixdə Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd keçid məntəqəsindən yük avtomobilinin alt hissəsində qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs oğlu tərəfindən saxlanılaraq, əlavə filtirasiya aparılamsı üçün Sərhəd Nəzarətinin inzibati binasına aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidmətinin X4-axtarış şöbəsinin rəisi polkovnik Rəsul Əliyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 26 sentyabr 2001-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğlunun 03 yanvar 2024-cü il tarixdə “Qırmızı körpü” sərhəd nəzarəti şöbəsindən sərhəd nəzarətindən yayınaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdiyi üçün 05 yanvar 2024-cü il tarixdə saat 11:30-da saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-nin daxil olmuş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun dövlət sərhədini keçməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mobil telefona baxış keçriliməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 03 yanvar 2024-cü il tarixdə, saat 10:10-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Şərhəd Xidmətinin X5 rayonunda yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən “Mercedes Benz” markalı,” 61-ADC-992” qeydiyyat nişanlı yük avtomobilinin alt hissəsində gizlənərək Gürcüstandan Azərbaycan Respublikasına keçərkən çəkdiyi 20 saniyəlik və 1 dəqiqə 29 saniyəlik video görüntülər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DTX Arxiv-uçot İdarəsinin verdiyi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs oğlu hər hansı xarici ölkələrdə silahlı birləşmələrdə və ya qruplarda iştirak edibetməməsi və ya barəsində hər hansı nüfuzdansalıcı material olub-olmaması ilə bağlı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Sultan Günelin əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs oğlu 03 yanvar 2024-cü il tarixdə DSX-nin X5 rayonunda yerləşən “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən Gürcüstandan Azərbaycn Respublikasına qanunsuz olaraq keçməsi ilə bağlı hərbi qulluqçuların əməllərində cinayət tərkibinin əlamətləri olmadığı üçün barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə elan edilmiş şahid ifadəsi, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, səmimi peşman olaraq əməlini etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndinə uyğun olaraq məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cərimə yüngülləşdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, hökmün icrası müvafiq İcra və Probasiya idarəsinə (şöbəsinə) həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 1000 (bir min) manata endirilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu 1000 (bir min) manat miqdarında cəriməni ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmün icrası müvafiq İcra və Probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-23/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-23/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver