Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-25/2023 22.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Qazax rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qazax rayonu, Cəfərli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saat 13 radələrində Qazax rayonu, Cəfərli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs İgəndər qızının ona irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə sonuncunun üz nahiyyəsinə qəsdən bir neçə dəfə vuraraq ona sol yanaq və sol almacıq nahiyyəsinin qançırları, sol gözün konyuktiva qişasına qansızma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs İgəndər qızı onun arvadıdır. O, Aytənlə 2010-cu ilin sentyabr ayında qeyri-rəsmi olaraq ailə həyatı qursada, 2019-cu ilin iyul ayında rəsmi olaraq nikaha daxil olmuşdur. Onların bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Onların münasibətləri evləndikdən hadisə baş verən günədək yaxşı olmamışdır. Belə ki, onların münasibətlərinin korlanmasına xasiyyətlərinin fəqli olması olmuşdur. Buna görə də onların arasında müxtəlif vaxtlarda mübahisələr olmuşdur. Onların sonuncu mübahisəsi xx.xx.2023cü il tarixdə baş vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə günorta saat 13 radələrində yenə arvadı Aytənlə aralarında söz mübahisəsi baş vermişdir. O, mübahisə zamanı əsəbləşərək əli ilə Aytənin üz nahiyyəsinə 1 dəfə sillə vurmuşdur. Sonradan əsəbi keçdiyindən otağına keçib öz işi ilə məşğul olmağa başlamışdır. Səhəri gün xx.xx.2023-cü il tarixdə axşam saatlarında Aytənlə yenidən aralarında mübahisə baş vermişdir. Aytəndə münasibətlərinin düzəlməcəyini görüb yaşadığı evi tərk edib getmişdir. xx.xx.2023-cü il tarixdə ona məlum oldu ki, arvadı Aytən onun barəsində Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə yaşadıqları evin içərisində baş vernış, hadisə vaxtı yalnız Aytənin üz nahiyyəsinə 1 sillə vurduğunu, hadisə zamanı isə ətrafda başqa heç kəsin olmadığını qeyd etmişdir. Sonradan əməlindən peşman olmuş, Aytəndən üzrxahlıq etmiş, ona dəymiş maddi ziyanı ödəmişdir. Hal hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı heçbir şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, 2010-cu ilin sentyabr ayında İlhamla qeyri-rəsmi olaraq ailə həyatı qursada, 2019-cu ilin iyul ayında rəsmi olaraq nikaha daxil olmuşdur. Onların bu nikahdan 2 övladı dünyaya gəlmişdir. Onların ailədə əvvəllər münasibətləri yaxşı olsada, son 3 ildir ki münasibətləri korlanmışdır. Belə ki, onların münasibətlərinin korlanmasına səbəb əri İlhamın onu başqa qadınla aldatması olmuşdur. Bu məsələyə görə onların arasında müxtəlif vaxtlarda mübahisələr olmuşdur. Onların sonuncu mübahisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə günorta saat 13 radələrində yenə eyni məsləyə görə əri İlhamla aralarında söz mübahisəsi baş vermişdir. İlham mübahisə zamanı əsəbləşərək əli ilə onun üz nahiyyəsinə vurmağa başlamışdır. Sonradan əsəbi keçmədiyindən əri evdə olan dəmir maşa ilə yenidən onun üz nahiyyəsinə 3 (üç) dəfə zərbə endirmişdir. Əsəbi keçdikdən əri İlham yenidən yaşadıqları evə daxil olaraq heç nə olmamış kimi rəftar etməyə başlamışdır. O, da İlhamın əsəbinin keçdiyini görüb şikayət etmək istəməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında İlhamla yenidən aralarında mübahisə baş vermişdir. O, da İlhamın düzəlməyəcəyini görüb yaşadığı evi tərk edib, baldızı Könülgilə getmişdir. xx.xx.2023-cü il tarixdə də Qazax RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Hadisə zamanı İlhama hər hansı bir formada qarşılıq vermədiyini və onu vurmadığını, hadisənin yaşadıqları evin içərisində baş verdiyini, bu səbəbdən də, hadisə zamanı ətrafda başqa heç kəsin olmadığını, bundan əlavə, hadisə nəticəsində üz nahiyyəsindən xəsarət aldığını qeyd etmişdir. Sonradan İlham ondan üzrxahlıq etmiş, ona dəymiş maddi ziyanı ödəmişdir. Hal hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “MTE və PA” ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 09 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs İgəndər qızının bədənində “sol yanaq və sol almacıq nahiyyəsinin qançırları, sol gözün konyuktiva qişasına qansızması ” xəsarətləri müəyyən edilmiş, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qazax rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 85.2; 69.4-cü maddələrinə əsasən şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası seçilmiş, lakin, AR Milli Məclisinin xx.xx.2007-ci il tarixli aministiya qərarı ilə 1.5, 1.6, 1.7, 1.8 və 3.4 bəndlərinə əsasən Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. İş materiallarına olan Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə bаrışmış, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir, zərər çəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmişdir, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi subut, mülki iddiа və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulmuş əməli törədən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-25/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-25/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver