Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-25/2025 22.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-X9, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 2007-ci ildə Ağstafa rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2024-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən Qazax Avtovağzalı MMC-nin çoxmərtəbəli inzibati binasının birinci mərtəbəsində yerləşən “Böyük Ucuzluq” adlanan mağazaya müştəri kimi daxil olub cinayətkar niyyətini həyata keçirmək üçün ətrafı müşayiət etdikdən sonra qeyd edilən mağazanın ayaqqabı və uşaq oyuncağı bölməsinin qarşısında hərəkət sıxlığının yaranmasını görüb, həmin vaxt müştəri qismində məhsulları nəzərdən keçirən Qazax rayonu Kəmərli kənd sakini Zərərçəkmiş şəxs azyaşlı qız uşağının hərəkətinə mane olduğundan əyilib qolundan ehmalca tutub kənara çəkdiyini və diqqətinin yayınmasını görüb sonuncunun çiynindən asdığı qara rəngli parça materialdan olan əl çantasının zəncirbəndinin açıq olmasından ani məqamda istifadə edərək sol əli ilə çantada olan pul kisəsinin içərisindən sonuncuya məxsus 250 manat məbləğdə 2 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq əskinaslarını çıxarmaqla pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Qanuni nümayəndə iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan X9 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2007-ci ildə Ağstafa rayonu, Xətai kəndində anadan olmuş, atası X10 ilə anası Qanuni nümayəndə boşadığından anasının himayəsində yaşamışdır. Heç vaxt psixi xəstəlik keçirməmiş, rəsmi qaydada işləməsə də xeyirxaq insanların ianəsi ilə maddi qazanc əldə etmiş və maddi tələbatını ödəmişdir. X17 Qazax şəhərində yaşadığından Ağstafa şəhərindən tez tez Qazax şəhərinə gəlib, getmişdir. 05 iyul 2024-cü il tarixdə Ağstafa rayonu Xətai kəndindən “Qazel” markalı marşurut mikroavtobusuna əyləşərək saat 14 radələrində Qazax şəhəri, Bakı küçəsində yerləşən Qazax avtovağzalına gəlmişdir. Avtovağzalının giriş hissəsində yerləşən “Böyük Ucuzluq” adlanan mağazadan özünə ayaqqabı almaq məqsədi ilə mağazaya daxil olaraq mağazanı gəzməyə başlamışdır. Mağazada xeyli sayda müştəri olmuş, mağazanın rəflərinin arasını gəzərkən əvvəllər tanımadığı bir qadının çiynində qara rəngli əl çantası geyim paltarları, ayaqqabı və sair əşyalar düzülmüş rəflər arasında gəzdiyini, əl çantasında olan pul kisəsinin açıq şəkildə və içərisində kağız əksinazlar olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan hal-hazırda ona soyadı, adı və atasının adı məlum olan Zərərçəkmiş şəxs çantasında olan pul əksinazlarını oğurlamaq qərarına gəlmiş, bu məqsədlə özünü müştəri kimi görüntüsü yaratmaq üçün ayaqqabı bölməsindən bir cüt ayaqqabını əlinə götürmüş və Zərərçəkmiş şəxs yanından keçəndə yüngülcə sağ çiyni il ona toxunaraq arxa hissəsinə keçmişdir. Ətrafda olan adamlar ona tərəf baxmadığından və Zərərçəkmiş şəxs isə əyilərək orada 2-3 yaşlı azyaşlı qızı əli ilə kənara çəkdikdə onun arxa tərəfindən sol əli ilə çiynindən asdığı qadın əl çantasının içərisində olan pul kisəsindən pul əksinazlarını çıxarıb döşəməyə atmışdır. Zərərçəkmiş şəxs və ətrafdakı adamlar onun əl çantasında olan pul kisəsindən pul əksinazlarını döşəməyə atmağını hiss etməmişlər, görməmişlər. Bundan sonra dərhal əyilib sağ əli ilə pul əksinazlarını götürüb əliində gizlədərək əlindəki ayaqqabını rəfə qoyaraq mağazanın zirzəmisində olan birinci mərtəbəyə pilləkən vasitəsi ilə düşüb orada Zərərçəkmiş şəxs oğurladığı pulları saymışdır. Oğurladığı pulun 2 ədədi 100 manatlıq, 1 ədədi isə 50 manatlıq əksinazı olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 250 manat pulunu əl çantasından oğurlamışdır. Bundan sonra mağazadan çıxmış və mikroavtobusa minərək Ağstafa rayonu Xətai kəndinə gəlmişdir. Zərərçəkmiş şəxs oğurladığı puldan özü üçün geyim paltarları almış və digər şəxsi ehtiyacları üçün xərcləmişdir. 10 iyul 2024-cü il tarixdə Qazax RPŞ-nin polis əməkdaşları tərəfindən şöbənin təhqiqat bölməsinə gətirilmiş və Zərərçəkmiş şəxs 250 manat pulunu çantasında olan pul kisəsindən oğurladığını etiraf etmişdir. Oğurluq etdiyi üçün əməlindən peşmandır. Güllü Məmədovadan üzrxahlıq etmiş, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayonu Kəmərli kəndində ailə üzvlərilə birlikdə yaşamışdır. 05 iyul 2024-cü il tarixdə özünə geyim paltarları almaq üçün yaşadığı Kəmərli kəndindən marşurut mikroavtobusu ilə Qazax şəhərinə gəlmişdir. Həmin gün saat 14 radələrində Qazax avtovağzalının inzibati binasının giriş hissəsində olan “Böyük Ucuzluq“ adlanan mağazaya daxil olduqda mağazada xeyli sayda müştərilər olduğunu görmüş və mağazanın qadın geyimləri bölməsində özü üçün rəflərə düzülmüş geyim paltarları və ayaqqabı seçmişdir. Həmin ərəfədə yanında təxminən 16 yaşlarında qız da ayaqqabı olan rəflərə və geyim paltarlarına baxmışdır. Mağazada başqa bölməyə keçmək üçün qarşısında olan 3-4 yaşlı qızın dayandığını görüb həmin azyaşlı uşağı yolundan kənarlaşdırmaq üçün aşağı əyilərək uşağın qolundan tutub ehmalca yolundan kənara çəkmişdir. Daha sonra mağazanın pilləkəni ilə zirzəmi hissəsində düşmüş və orada özü üçün geyim paltarı seçərək soyunma və geyinmə bölməsində üst paltarını dəyişmişdir. Bir müddətdən sonra üzərində olan qara rəngli çiynindən keçirdiyi parça materialdan olan əl çantasında olan pul kisəsindən pul çıxarmaq istəyərkən çantanın zəncir seplə açılıb bağlanan orta gözlüyündə olan 250 manat pulun yerində olmadığını görmüşdür. Əvvəlcə pulun götürülməsində yanında olan bir qadından şübhələnmiş və qadından onun pul kisəsindən pul götürüb götürməməsini soruşmuş, qadın isə and içərək onun pulunu çantasından götürmədiyini bildirmişdir. Daha sonra 250 manat pulunun çiynindən asdığı pul kisəsindən oğurlanması haqqında mağazanın rəhbərliyinə bildirmişdir. Mağazanın sahibi olan bir kişi və mağazanın qadın işçiləri ilə birlikdə mağazada quraşdırılmış müşahidə kamerası ilə çəkilmiş videogörüntüyə kompüterdə onun iştirakı ilə baxdıqda videogörüntüdə əvvəlcə ətrafında olan qızın onu izləməsini özünü müştəri kimi rəfləri müşahidə etməsini, əşyalara baxan kimi göstərməsini, onu ötüb geri qayıdaraq arxa tərəfdən əl çantasına baxdığını mağazada qarşısında 3-4 yaşlı azyaşlı qız uşağının dayandığını görüb həmin azyaşlı uşağı yolundan kənarlaşdırmaq üçün aşağı əyilərək uşağın qolundan tutub ehmalca kənara çəkdikdə qızın arxasınca gələrək əl çantasında olan pulu götürüb yerə atdığını, o, uzaqlaşdıqda isə pulu döşəmədən götürüb oradan uzaqlaşdığını müşahidə etmişdir. Əvvəlcədən naməlum qızın onun pulunu çantasından götürdüyünü görməmiş və hiss etməmişdir. Mağazanın sahibi və ətrafda olan mağazanın satıcıları onun pul kisəsindən 250 manat pulu oğurlayan şəxsi tanıdıqlarından həmin qızın “qaraçı” olan Ağstafa rayonu, Xətai kənd sakini X9 olduğunu bildirmişlər. Mağazanın videokamerası vasitəsi ilə çəkilmiş videogörüntüdəki Zilal Bukovadzenin “Böyük Ucuzluq” mağazasında geyim paltarlarına baxarkən yanında olan qız olduğunu bilmişdir. X4 çiynindən asdığı əl çantasında olan pul kisəsindən 250 manat pul vəsaitini çıxarmasından əvvəlcədən hiss etməmişdir. X18 250 manat puldan başqa hər hansı bir əşya, predmet və paltar oğurlamamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən Qazax Avtovağzalı MMC-nin inzibati binasının birinci mərtəbəsində yerləşən “Böyük Ucuzluq” mağazasında əmək müqaviləsi olmadan şifahi razılaşma əsasında satıcısı işləmişdir. 05 iyul 2024-cü il tarixdə saat 09-da “Böyük Ucuzluq” mağazasında iş başlamış və mağazaya müştərilər gələrək alver etməyə başlamışlar. Həmin gün saat təxminən 14 radələrində mağazada alış veriş edən şəxsiyyəti sonradan ona məlum olan Qazax rayonu, Kəmərli kənd sakini Zərərçəkmiş şəxs həyacanlı halda bir qadından onun 250 manat pulunun onun tərəfindən götürülüb götürülməməsini soruşmuşdur. Lakin həmin qadın onun çantasından pul götürmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğurluq hadisəsi haqqında mağazanın müdiriyyətinə müracət etmişdir X1 ilə birlikdə mağazada quraşdırılmış videokameranın videogörüntüsünə baxış keçirdikdə videogörüntüdə Zərərçəkmiş şəxs mağazada olan geyim paltarları, ayaqqabılara və digər oyuncaq və idman alətlərinə nəzər yetirib yavaş yavaş gəzərkən onun ətrafında olan 15-17 yaşlı qızın onu izləməsini, daha sonra Zərərçəkmiş şəxs qarşısında olan azyaşlı qız uşağını əyilib yolundan kənarlaşdıran zaman qız cəld hərəkətləri ilə onun əl çantasının zəncir sepini açdığını və oradan pul əksinazlarını çıxarıb yerə atdığını, Zərərçəkmiş şəxs uzaqlaşdıqda isə ətrafa boylanıb onun pulu çıxarıb döşəməyə atmasını heç kim görmədiyinə əmin olduqdan sonra əyilib cəld hərəkətləri ilə pulu götürüb əlində tutduğu pul kisəsini altında gizlətdikdən sonra əlində olan ayaqqabını rəfə qoyaraq oradan uzaqlaşmasını görmüşdür. Mağazanın işçiləri dərhal həmin qızın adının Zilal olduğunu, onun tez tez mağazaya gəldiyindən və etnik qaraçılardan olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs baş vermiş oğurluq barəsində Qazax rayon polis şöbəsinə məlumat verməsini məsləhət görmüşlər. Bunadan sonra Zərərçəkmiş şəxs çıxıb getmiş və bir azdan polis əməkdaşları gələrək orada araşdırma aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşayır.ünvan 1 ünvanda yerləşən Qazax Avtovağzalı MMC-nin inzibati binasının birinci mərtəbəsində yerləşən “Böyük Ucuzluq” mağazasında 5 ilə yaxındır ki, əmək müqaviləsi əsasında satıcı işləyir. Mağazada əsasən sənaye malları: qadın və kişi paltarları, ayaqqabıları, məişət və idman geyimləri, predmetləri və əşyaları satılır. Ağstafa rayonu, Xətai kənd sakini X6 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 05 iyul 2024-cü il tarixdə “Böyük Ucuzluq” adlı mağazada olarkən Qazax rayonu Kəmərli kənd sakini Zərərçəkmiş şəxs əl çantasında olan pul kisəsindən 250 manat miqdarında pul vəsaitinin oğurlaması haqqında məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi mağazada quraşdırılmış videokameranın yaddaşına düşmüşdür. Diskə köçürülmüş videogörüntüyə baxdıqda Zərərçəkmiş şəxs mağazada olan geyim paltarları, ayaqqabılara və digər oyuncaq və idman alətlərinə nəzər yetirib gəzərkən onun ətrafında olan 15-17 yaşlı qızın izləməsini, daha sonra Zərərçəkmiş şəxs qarşısında olan azyaşlı qız uşağını əyilib yolundan kənarlaşdıran zaman qız cəld hərəkətləri ilə onun əl çantasının zəncir sepini açdığını və oradan pul əksinazlarını çıxarıb yerə atdığını, Zərərçəkmiş şəxs uzaqlaşdıqda isə ətrafa boylanıb onun pulu çıxarıb döşəməyə atmasını heç kim görmədiyinə əmin olduqdan sonra əyilib cəld hərəkətləri ilə pulu götürüb əlində tutduğu pul kisəsini altında gizlətdikdən sonra əlində olan sürtmə ayaqqabını rəfə qoyaraq oradan uzaqlaşmasını videoyazıda görmüşdür. Cinayət işinin materiallarında olan 05 iyul 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirmə protokolu”ndan görünür ki, hadisə Qazax şəhəri, Bakı küçəsi 28 ünvanda yerləşən Qazax Avtovağzalı MMC-nin İnzibati binasının birinci mərtəbəsində yerləşən “Böyük Ucuzluq” adlanan mağazanın paltar, ayaqqabı, uşaq oyuncaqları və idman alətləri satış şöbəsində baş vermişdir. Cinayət işinin materiallarında olan Qazax şəhəri, Bakı küçəsi 28 ünvanda yerləşən, Qazax Avtovağzalı MMC-nin İnzibati Binasında yerləşən “Böyük Ucuzluq” mağazasında quraşdırılmış videokameranın yaddaşında olan videogörüntünün DVD diskinə köçürülmüş videoyazıdan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mağazada olan geyim paltarları, ayaqqabılara və digər oyuncaq və idman alətlərinə nəzər yetirib yavaş yavaş gəzərkən onun ətrafında X4 onu izləyərək təqib etməsini,daha sonra Zərərçəkmiş şəxs qarşısında olan azyaşlı qız uşağını əyilib yolundan kənarlaşdıran zaman Zilal Bukovadzenin cəld hərəkətləri ilə onun əl çantasının zəncir sepini açdığını və oradan pul əksinazlarını çıxarıb yerə atdığını, Zərərçəkmiş şəxs uzaqlaşdıqda isə ətrafa boylanıb onun pulu çıxarıb döşəməyə atmasını heç kim görmədiyinə əmin olduqdan sonra əyilib cəld hərəkətləri ilə pulu götürüb əlində tutduğu pul kisəsini altında gizlətdikdən sonra əlində olan ayaqqabını rəfə qoyaraq oradan uzaqlaşmasını görmüşdür. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 04 oktyabr 2024-cü il tarixli, 1863 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu, Xətai kəndində yaşayan xx.xx.2007-ci il təvəllüdlü X2 rayon Psixatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 14 noyabr 2024-cü il tarixli, 18-1-24/2-690/2024 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu, Xətai kəndində yaşayan xx.xx.2007-ci il təvəllüdlü X2 Psixatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X4 məhkumluğu yoxdur. Ağstafa rayon İcra Hakimiyyəti başçısının Xətai kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 0511.2024-cü il tarixli, 979/8 saylı arayışdan və xasiyyətnamədən görünür ki, X8 anası X7 himayəsində Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olub, yaşamaqla və müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilən 18 noyabr 2024-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası CM-in 180-cı maddəsinin tərkibi əlamətləri olmadıgından onun barəsində cinayət təqibi başlanması rədd edilmişdir. X2 şəhəri Bakı küçəsi 28 ünvanda yerləşən, Qazax Avtovagzal MMC-in İnzibati binasında yerləşən “Böyük Ucuzluq ” magazasında quraşdırılmış videokameranın yaddaşında olan video görüntü baş vermiş oğurluq cinayətinin izlərini və əlamətlərini özündə əks etdirdiyindən 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Zilal Bukovadzenin əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Zilal Bukovadzenin səmimi peşiman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, dəymiş ziyanın ödənilməsini, yetkinlik yaşına çatmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Cərimə cəzasının təyin edilməsi isə onun vəziyyətini ağırlaşdırır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, onun azadlıqdan məhrum edilməsi həyat şəraitinə çox mənfi təsir etmiş olar. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edirki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Zilal Bukovadzeyə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. X4 üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X9 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-25/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-25/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver