Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-27/2025 05.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş Fəqan və xx.xx.2013-cü ildə anadan olmuş Əhməd adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qazax Rayon Məhkəməsinin 3(023)-28/2021 saylı, xx.xx.2021-ci il tarixli və 3(023)- 40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək birinci halda 15 gün, ikinci halda isə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 16426,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə el adəti ilə evlənmiş, nikah qeydi xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə Fəqan, xx.xx.2013-cü il tarixdə isə Əhməd adını verdikləri iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Xəyalə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkməsinin 2(012)-2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə, xx.xx.2017-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada 15 və 20 gün müddətinə həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğundan müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Abşeron Rayon Məhkməsinin 2(012)-2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 24588,00 manat aliment borcundan icra dövründə cəmi 8162,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 16426,00 manat aliment borcu qalmışdır. Maddi imkanı olmadığına görə həmin aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir. Hazırda yaşadığı rayon ərazisində fərdi qaydada fəhlə işləyir, aylıq gəliri 500,00-600,00 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, müvafiq işlə təmin olunmaq məqsədi ilə Məşğulluq Mərkəzinə müraciət etmiş və işaxtaran şəxs kimi qeydiyyata alınmışdır. Məşğulluq Mərkəzi tərəfindən ona "xxxx" Fərdi Firmasında usta köməkçisi işi təklif olunmuş, lakin təklif olunan işə görə ödənilməsi nəzərdə tutulan əməkhaqqı məbləği gündəlik gəlirindən az olduğuna görə həmin iş təklifini qəbul etməkdən imtina etmişdir. Məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs 1000 manat məbləğində ödəniş etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə el adətilə ailə qurmuşdur. Nikahları xx.xx.2015-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə Fəqan və xx.xx.2013-cü ildə Əhməd adını verdikləri iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılarkən hər iki övladı onun himayəsində qalmasına baxmayaraq Ramil uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaqlarıda mümkünsüz olmuşdur. Bu səbəbdən də 2017-ci ildə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 136,60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 2(012)- 2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından yeddi ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və ötən müddətdə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Halbuki, Ramil fərdi qaydada tikinti sahəsində usda kimi işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Ramil yenə də alimenti vaxtı-vaxtında ödəmir. Borclu Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin müvafiq qərarları ilə 2 dəfə inzibati qaydada həbs olunmasına və ölkədən getmə hüququnun məhdudlaşdırılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Borclu Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qətnamə üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 24588,00 manat aliment borcundan icra müddətində cəmi 8162,00 manat ödəniş etsədə, ödənilməmiş aliment borcu 16426,00 manat təşkil edir. Məndə olan məlumata görə Təqsirləndirilən şəxs Qazax rayonunda fərdi qaydada tikinti sahəsində usta kimi işləyir və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs dəymiş ziyandan cəmi 1000 manat ödəniş etmişdir. Borcu qəsdən ödəmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi işləyir. Qazax rayon icra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2831/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci ildə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tərəfimizdən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin dərhal icra edilməsi üçün bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını bu müddət ərzində təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs ünvanına icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıqlar göndərilmiş, buna baxmayaraq o, aylıq aliment pulunu və borcunu tələbkara vaxtıvaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Belə olan halda onun barəsində dəfələrlə axtarış qərarları qəbul edilərək icra edilməsi üçün Qazax rayon polis şöbəsinə göndərilmiş və barəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs tutularaq şöbəyə təhvil verilmiş, onun izahatları alınaraq aylıq aliment pulunun və borcunun ödənilməsinin vacibliyi bildirilərək, İXM-nin 528.1-ci maddəsinin tələbləri izah olunmuşdur. İcra sənədi üzrə icraatda Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə borcu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədi üzrə yaranmış aliment borcu Təqsirləndirilən şəxs tərəfindən tələbkara ödənilmədiyindən o, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə,xx.xx.2024-cü il taixdə isə yenidən həmin məhkəmənin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu tələbkara ödəməsi üçün yeni müddət verilərək, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və nəzərinə çatdırılmışdır ki, aliment borcunu tələbkara ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təstiq olunan təqdimat veriləcəyi nəzərinə çatdırılmışdır. Borclu Təqsirləndirilən şəxs işlə təmin edilməsi məqsədi ilə X5 X1 müraciət edilmişdir. Filial tərəfindən verilmiş məktubdan da görünür ki, borclu Təqsirləndirilən şəxs əməkhaqqı məbləği 350,00 manat olan iş təklif olunmasına baxmayaraq borclu ona təklif edilən işi qəbul etməmişdir. İcra səndinin icrası ilə bağlı Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana gedilmiş, evə baxış keçirilmiş, aliment borcunun yönəldilə biləcək əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu Təqsirləndirilən şəxs qeyd olunan icra vərəqəsi üzrə xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək ödənilməli olan 24588,00 manat aliment borcundan icra dövründə 8162,00 manat tələbkar Zərərçəkmiş şəxs ödəmiş, 16426,00 manat məbləğində aliment borcu isə ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment bocunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə anadan olmuş Fəqan və xx.xx.2013-cü ildə anadan olmuş Əhməd adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Qazax rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Qazax Rayon Məhkəməsinin 8(023)- 14/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan X5 X2 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından "xxxx" Fərdi Firmasında usta köməkçisi işi təklif olunsada müxtəlif bəhanələr gətirərək iş təklifini qəbul etməkdən imtina etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq qazancı orta hesabla aylıq 500,00-600,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən çıxma hüququnun məhdudlaşdırılmasına baxmayaraq, məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu 16426,00 manat aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir. Cinayət işinin materiallarında olan müvafiq xəbərdarlıq məktublarından, eyni zamanda Qazax Rayon Məhkəməsinin 3(023)-28/2021 saylı, xx.xx.2021-ci il və 3(023)- 40/2024 saylı, 1xx.xx.2024-cü il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-2831/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs sonuncunun xeyrinə ödənilməli olan 16426 manat maddi ziyandan 1000 manat ödəniş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəmə istintaqında araşdırılmış istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-27/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-27/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver