Məhkəmə qərarları › İş №1(023)-28/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-28/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-28/2024 06.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Ermənistan Respublikası Krasnoselsk rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qazax şəhəri Bakı küçəsi 161B nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,393 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 10:15-də Qazax şəhəri, Bakı küçəsində mərkəzi bazarın yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 05 dekabr 2023-cü il tarixdə saat 11:15-dən saat 12:05-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli parça materialından olan qolsuz jiletin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,393 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi şəkildə heç bir yerdə işləməsə də, müxtəlif sahələrdə fəhləlik edərək maddi qazanc əldə edir. 05 dekabr 2023-cü il tarixdə saat 10 radələrində bazarda olan valideynlərinin yanına getmək qərarına gəlmiş və Mərkəzi bazarın qarşısı ilə hərəkətdə olan zaman təsadüfən yerdə 01 ədəd kağız büküm olduğunu görmüş və yerdən götürmüş, bükümü açıb içərisindəki digər gümüşü rəngli kağıza nəzər yetirdikdə içərisində metamfetamin olduğunu müəyyən etmiş, şəxsi istifadəsi üçün əynindəki qara rəngli parça qolsuz jiletin sağ yan cibinə qoymuşdur. Bir qədər getdikdən sonra bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu izah etmişlər və birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Qazax RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməsini təklif edilmiş, o da əynindəki qara rəngli parça qolsuz jiletin sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, içində metamfetamin olduğunu, həmin gün bazarın qarşısında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlandığını demişdir. Həmin bükülü tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşlarından biri onun üzərini yoxlamış, lakin üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax rayon Polis Şöbəsinin CAB-də əməliyyat müvəkkili işləyir. 05 dekabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Elmir Şıxıyev, Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov, İTBnin polis nəfəri Şahid2, İTB-nin polis nəfəri Şahid3 Daş Salahlı PB-nin polis nəfəri Yayçı Kazımov daxil edilmişlər. Onlar 05 dekabr 2023-cü il tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsindəki mərkəzi bazarın yaxınlığında saxlayaraq ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu xidməti avtomobillə rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsinin inzibati binasında, X6 tərəfindən Məhərrəm müdafiəçi ilə təmin edilmiş, sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılması videoçəkilişlə lentə alınmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Məhərrəmə üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmiş, Məhərrəm əynindəki qara rəngli parça materialından hazırlanmış jiletin sağ yan cibindən 01 ədəd ağ rəngli kağızın içərisində 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, bükümün içində metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Məhərrəm bükümün içindəkinin metamfetamin olmasını, həmin gün bazarın yaxınlıığında yerdən tapdığını demişdir. X6 tərəfindən elektron tərəzidə qeyd olunan kütlə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda protokol tərtib edilmiş, özü və orada iştirak edən şəxslər protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 16/1243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümündə təmiz çəkisi 0,393 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (0,393 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,343 qram metamfetamin qaımışdır). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 46 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olam metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 05 dekabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 05 dekabr 2023-cü il saat 11:15dən saat 12:05-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli parça materialından olan qolsuz jiletin sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızının içərisində çəkisi 0,54 qram təşkil edən ağ rəngli, kristal formalı kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin “metamfetamin” olduğunu, xx.xx.2023-cü il tarixdə Qazax şəhər mərkəzi bazarının yaxınlığında yerdən taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan 23 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,393 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə, psixotrop maddə satması barədə məlumat əldə edilməmişdir. İşə əlavə olunmuş Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsinin 547 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar müəssisədən azad olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-58-1-12-21/2-126/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqları var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə az ağır cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkib qurtardığı gündən- xx.xx.2022-ci il tarixdən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş, az ağır cinayət hesab edilən cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, aşkar edilmiş narkotik vasitənin miqdarını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-də saxlanılan 0,343 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax rayon polis şöbəsində saxlanılan 0,343 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar