Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-29/2024 25.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Şəmsi oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, məhkumluğu olmayan, Cəbrayıl rayonu Sarıcalı ərazi dairəsində Əmirvarlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, 24/22 yarımçıqtikili ünvanda yaşamış, barəsində həbs qəimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs1 aldadaraq sonuncunun həmin məqsədlə 2022-ci ilin oktyabr ayının istintaqa məlum olmayan tarixlərində iki dəfə olmaqla Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan mağazanın qarşısında Şahid1, Şahid1 isə 01 noyabr 2022-ci il tarixdə saat 13 radələrində cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 Fətula oğluna sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayon ərazisində, istintaqa məlum olmayan ünvanda yerləşən evdə verdiyi 3500 ABŞ dollarını, yəni həmin tarixdə Azərbaycan Respublikasında ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə əsasən 5950 manat pul vəsaitini 01 noyabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Salyan 052” adlanan kafedə Şahid2 alaraq, Zərərçəkmiş şəxs1 həmin məqsədlə 07 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 verdiyi və sonuncunun həmin tarixdə saat 10:07-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun öz adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 676867******7757 nömrəli kart hesabına köçürdüyü 500 manat pul vəsaitini nağdlaşdıraraq, Zərərçəkmiş şəxs1 həmin məqsədlə 20 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 verdiyi 1000 manat pul vəsaitini isə Qazax rayon sakini X1 qızı X7 Qazax rayon X26 hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edib Əntiqə Abdullayevanı aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda ələ keçirdiyi sonuncuya məxsus 2000 manat pul vəsaitinin əvəzinə Şahid1 vasitəsi ilə Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 23 dekabr 2022-ci il tarixdə saat 14:37-də X6 Abdullayevanın adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416974******8815 nömrəli və X4 Vüsal Abdulla oğlunun adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******8926 nömrəli kart hesablarına köçürərək Zərərçəkmiş şəxs1 məxsus cəmi 7450 manat pul vəsaiti ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs2 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs2 aldatmış, Zərərçəkmiş şəxs2 həmin məqsədlə 15 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 3000 manat pul vəsaitini verdikdən sonra sonuncu Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 olan 500 manat borcunu həmin pul vəsaitinə əlavə etmiş, aralarında olan razılığa əsasən Şahid1 Təqsirləndirilən şəxs ona olan 200 manat borcunun əvəzində 200 manatını özü götürmüş, 1300 manat pul vəsaitini 15 dekabr 2022-ci il tarixdə saat 13:53-də Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına köçürmüş, 2000 manat pul vəsaitini isə Təqsirləndirilən şəxs Qazax rayon sakini X30 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərəcəyini vəd verib Azər Əsgərovu aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda ələ keçirdiyi sonuncuya məxsus 2000 manat pul vəsaitinin əvəzinə 21 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketin yaxınlığında Azər Əsgərova ödəmiş, Zərərçəkmiş şəxs2 həmin məqsədlə 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 5000 manat pul vəsaitini verdikdən sonra sonuncu həmin pul vəsaitinin 500 manatını həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 6 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 olan 500 manat borcunun əvəzində sonuncuya, qalan 4500 manat pul vəsaitini 28 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında Təqsirləndirilən şəxs vermiş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 8000 manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs3 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək sonuncunun qızı X17 Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs3 aldadaraq sonuncunun həmin məqsədlə 30 noyabr 2022ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yanında Şahid1 verdiyi və sonuncunun onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 30 noyabr 2022-ci il tarixdə saat 13 radələrində 100 manat və 2900 manat olmaqla köçürdüyü 3000 manat, Zərərçəkmiş şəxs3 həmin məqsədlə 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yanında Şahid1 verdiyi və sonuncunun onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 21 dekabr 2022-ci il tarixdə saat 13:39:22-də 4075 manat və həmin tarixdə saat 14:01:04-də 675 manat, Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 03 yanvar 2023-cü il tarixdə saat 14:46-da 250 manat olmaqla köçürdüyü 5000 manat, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 8000 manat pul vəsaitini nağdlaşdıraraq ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək əlilliyə görə təqaüd təyin edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs1 aldadaraq sonuncunun həmin məqsədlə 2022-ci ilin oktyabr ayının istintaqa məlum olmayan tarixlərində iki dəfə olmaqla Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan mağazanın qarşısında Şahid1, Şahid1 isə 01 noyabr 2022-ci il tarixdə saat 13 radələrində cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 Fətula oğluna sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 6cı mikrorayon ərazisində, istintaqa məlum olmayan ünvanda yerləşən evdə verdiyi 3500 ABŞ dollarını, yəni həmin tarixdə Azərbaycan Respublikasında ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə əsasən 5950 manat pul vəsaitini 01 noyabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Salyan 052” adlanan kafedə Şahid2 alaraq, Zərərçəkmiş şəxs1 həmin məqsədlə 07 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 verdiyi və sonuncunun həmin tarixdə saat 10:07-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun öz adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 676867******7757 nömrəli kart hesabına köçürdüyü 500 manat pul vəsaitini nağdlaşdıraraq, Zərərçəkmiş şəxs1 həmin məqsədlə 20 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 verdiyi 1000 manat pul vəsaitini isə Qazax rayon sakini X1 qızı X7 Qazax rayon X26 hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edib Əntiqə Abdullayevanı aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda ələ keçirdiyi sonuncuya məxsus 2000 manat pul vəsaitinin əvəzinə Şahid1 vasitəsi ilə Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 23 dekabr 2022-ci il tarixdə saat 14:37-də X6 Abdullayevanın adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416974******8815 nömrəli və X4 Vüsal Abdulla oğlunun adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******8926 nömrəli kart hesablarına köçürərək Zərərçəkmiş şəxs1 məxsus cəmi 7450 manat pul vəsaiti ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs2 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs2 aldatmış, Zərərçəkmiş şəxs2 həmin məqsədlə 15 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 3000 manat pul vəsaitini verdikdən sonra sonuncu Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 olan 500 manat borcunu həmin pul vəsaitinə əlavə etmiş, aralarında olan razılığa əsasən Şahid1 Təqsirləndirilən şəxs ona olan 200 manat borcunun əvəzində 200 manatını özü götürmüş, 1300 manat pul vəsaitini 15 dekabr 2022-ci il tarixdə saat 13:53-də Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına köçürmüş, 2000 manat pul vəsaitini isə Təqsirləndirilən şəxs Qazax rayon sakini X30 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərəcəyini vəd verib Azər Əsgərovu aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda ələ keçirdiyi sonuncuya məxsus 2000 manat pul vəsaitinin əvəzinə 21 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketin yaxınlığında Azər Əsgərova ödəmiş, Zərərçəkmiş şəxs2 həmin məqsədlə 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 5000 manat pul vəsaitini verdikdən sonra sonuncu həmin pul vəsaitinin 500 manatını həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 6 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 olan 500 manat borcunun əvəzində sonuncuya, qalan 4500 manat pul vəsaitini 28 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında Təqsirləndirilən şəxs vermiş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 7500 manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə və vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Şahid1 vasitəsi ilə Qazax rayon sakini Zərərçəkmiş şəxs3 Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri ilə geniş işgüzar və şəxsi əlaqələrinin olması barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib həmin əlaqələrindən istifadə edərək sonuncunun qızı X17 Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd etməklə Zərərçəkmiş şəxs3 aldadaraq sonuncunun həmin məqsədlə 30 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yanında Şahid1 verdiyi və sonuncunun onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 30 noyabr 2022-ci il tarixdə saat 13 radələrində 100 manat və 2900 manat olmaqla köçürdüyü 3000 manat, Zərərçəkmiş şəxs3 həmin məqsədlə 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yanında Şahid1 verdiyi və sonuncunun onun öz istifadəsində olmaqla cinayətkar niyyətindən xəbərsiz olan qardaşı X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 21 dekabr 2022-ci il tarixdə saat 13:39:22-də 4075 manat və həmin tarixdə saat 14:01:04-də 675 manat, Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kür” adlanan marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 03 yanvar 2023-cü il tarixdə saat 14:46-da 250 manat olmaqla köçürdüyü 5000 manat, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 8000 manat pul vəsaitini nağdlaşdıraraq ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməklə aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, lakin zərərçəkmişlər onun üzrxahlığını qəbul etməmişlər. Zərərçəkmiş şəxs3 vurmuş olduğu ziyandan 2700 manatını ödəmişdir. Qalan zərərçəkmişlərə maddi imkanı olmadığı üçün ziyan ödəyə bilməmişdir. Zərərçəkmiş şəxsləri Şahid1 vasitəsi ilə aldatsa da Elxanın onun əməllərindən xəbəri olmamış, yalan danışıb Elxanı da inandırmışdır, zərərçəkmiş şəxslərdən aldığı pullardan heç vaxt Elxana pul verməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşa görə əmək pensiyası alır. Qazax rayon sakini Şahid1 uzun müddətdir ki, tanıyır, əvvəllər münasibətləri yaxşı olmuşdur. O Elxanla tez-tez Qazax şəhərində görüşüb çay içmişdir. 2022-ci ilin yay aylarında Elxanla oturub çay içən zaman onun mobil telefonla kimləsə təqaüdün bərpa olunması barədə danışdığını eşitmiş, bu barədə maraqlanan zaman Elxan tanışı Vüsal adlı şəxsin vasitəsi ilə ayrı-ayrı şəxslərə təqaüd məsələsinin həll edilməsinə kömək etdiyini, Vüsal adlı şəxsin isə Dövlət Sosial Müdafiə fondunda işləyən “Qara Musa” adlı şəxsin işçisi olduğunu bildirmişdir. Elxan həmin şəxsin vasitəsi ilə özünü avtomobil növbəsinə yazdırdığını, özünün və həyat yoldaşının pensiya məsələsini həll etdiyini bildirmişdir. Bundan sonra o bir neçə nəfər şəxsdən Dövlət Sosial Müdafiə fondunda “Qara Musa” deyilən şəxsin işləyib-işləmədiyini soruşmuş, həmin şəxsin Dövlət Sosial Müdafiə fondunda işlədiyini öyrənmişdir. Bundan sonra Elxanın dediklərinə inanmışdır. Yaşa görə aldığı əmək pensiyasının məbləği az olduğu üçün qərara gəlmişdir ki, özünə əlilliyə görə təqaüd təyin edilməsi barədə Elxana müraciət etmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Elxanla görüşən zaman ona bu barədə demiş, ona kömək etməsini xahiş etmişdir. Elxan isə 7500 manata ona kömək edə biləcəyini, 3500 manatını əvvəlcədən verməli olduğunu, qalanını isə ona həkim komissiyasından keçməyi barədə mesaj mətni göndərildikdən sonra verməli olduğunu bildirmiş, o isə razılaşmışdır. Bundan sonra o qohumu Zərərçəkmiş şəxs2 də bu barədə demişdir. Belə ki, Saleh müharibədə iştirak etmiş, əvvəllər 2-ci qrup əlilliyə görə təqaüd almış, lakin sonradan təqaüdü dayandırılmışdır. Saleh isə hələ ki pulu olmadığını ona demişdir. Bundan sonra o 3500 manat pulu tapıb 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Qazax şəhərində yerləşən “Yeddi Qaya” adlanan mağazanın qarşısında Elxanla görüşüb ona 2000 ABŞ dolları və 100 manat pul vermişdir. Bir neçə gün sonra Elxan sığorta puluna görə 500 manat pul ödənilməli olduğunu demiş, o razılaşmış, 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə, günorta saatlarında o Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin yanında görüşüb ona 500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Elxanın vasitəsi ilə pensiya məsələlərini düzəldən Qazax rayon sakinləri olan tanışları Əvəz Həsənov və Bəhlul Nəsibova həkim komissiyasından keçməkləri barədə mesaj göndərildiyini öyrənmiş, həmin şəxslərlə görüşən zaman mesajı telefonlarından oxumuş, özü də işinin düzələcəyinə sevinmişdir. Bundan sonra 20 noyabr 2022-ci il tarixdə saat 07 radələrində o Qazax şəhərində mərkəzi stadionunda idmanla məşğul olan zaman Elxan ona zəng vurub Qazax rayonuna qonağı gəldiyini, “Məkan” adlı restoranda olduğunu deyib onu oraya çağırmışdır. O Elxanın pulunun olmadığını fikirləşib oraya getmiş, Elxandan qonağının kim olduğunu soruşduqda o “Qara Musanın” köməkçisi Vüsal adlı şəxs olduğunu demişdir. Elxanın pulu olmadığı üçün o təxminən 20 manat restorana hesab ödəmişdir. Elxan ona həmin şəxsə “Qazax” adlanan oteldə otaq kirayələdiyini demiş, birlikdə otelə getməklərini təklif etmiş, o isə həmin şəxsi tanımadığını bildirib razılaşmamışdır. Bir neçə gün sonra Elxan ona zəng vurub sənədlərinin hazır olduğunu bldirmiş, onu “Məkan” adlı restorana çağırmış, oraya gedən zaman Elxan özü ona 1 ədəd sənədə qol çəkdirmiş, lakin Elxan onu tələsdirdiyi üçün həmin sənədi oxuya bilməmişdir. Sənədi Elxan özü götürmüşdür. 2022-ci ilin dekabr ayında Saleh əlilliyinin bərpası üçün yenidən onunla danışıb maraqlanmış, o isə Elxanla danışmış, Elxan 8000 manat müqabilində kömək edə biləcəyini, ilkin olaraq 3000 manat verməli olduğunu demişdir. O isə bu barədə Salehə demiş, Saleh razılaşmışdır. 15 dekabr 2022-ci il tarixdə saat 14 radələrində o Salehlə və Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin qarşısında görüşmüş, Elxan yanlarında mobil telefonla kimləsə danışmış, hansısa yerinə Salehin məsələsini həll etməyini demişdir. Bundan sonra Saleh onunla birlikdə "xxxx" ASC-nin Qazax rayon filialına gedib 3000 manat pulu götürmüş, daha sonra yenidən Səməd Vurğun heyəkəlinin yanına qayıtmışdır. Həmin gün saat 14 radələrində həmin heykəlin arxa tərəfində Elxanla yenidən görüşmüş, Saleh onun yanında Elxana 3000 manat pul vermişdir. Bundan sonra onlar günorta yeməyi üçün yaxınlıqdakı “Məkan” adlı restorana getmək qərarına gəlmiş, Elxan isə pulu ödəmə terminalı vasitəsi ilə göndərmək üçün getmişdir. O Saleh ilə “Məkan” adlı restoranada oturduqdan bir neçə dəqiqə sonra Elxan da oraya gəlmiş, Salehə çeki verib pulu göndərdiyini demşdir. Elxan Salehə kömək edəcək şəxslərin növbəti həftənin 5-ci günü Qazax rayonuna gələcəyini, Salehi həmin şəxslərlə görüşdürəcəyini, həmin vaxta qədər 5000 manat pulu da hazır etməyini demiş, Saleh isə razılaşmışdır. Növbəti həftə Elxan həmin şəxslərin gəlməyəcəyini, pulu özünün Bakı şəhərinə aparacağını demişdir. Saleh isə razılaşmışdır. Həmçinin Elxan onun da qalan pulu ödəməli olduğunu demiş, o isə yenidən özündə olan 2000 ABŞ dolları və 70 manat pulu toplayıb 20 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhərində yerləşən Səməd Vurğun heyəkəlinin arxa tərəfində Elxanla görüşmüş, həmin məbləğdə pulu ona vermişdir. Elxan 2023-cü ilin yanvar ayında işinin düzələcəyini demişdir. 21 dekabr 2022-ci il tarixdə saat 13-14 radələrində Saleh onunla birlikdə Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin arxa tərəfində görüşmüş, həmin yerdə Saleh 5000 manat pulu Elxana vermiş, Elxan isə narahat olmamağını, Bakı şəhərinə gedib pulu danışdığı adama verəcəyini demişdir. Sonradan aldadıldığını bilib Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazıradək ona dəymiş 7450 manat pul ödənilməmişdir. Mülki iddiasının təmin olunmasını istəyir. Ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid1 Qazax rayon sakini kimi uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs isə tanımır, onunla görüşməmiş və danışmamışdır. O 1992-ci ildə Qazax rayonu, Yuxarı Əksipara kəndində döyüş əməliyyatında iştirak edən zaman xəsarət almış, həmin xəsarətlə əlaqədar sonradan ona ikinci qrup əlilliyə görə təqaüd təyin edilmiş, lakin 2021-ci ilin mart ayından həmin təqaüd dayandırılmışdır. Təqaüd dayandırıldıqdan sonra o bir neçə dəfə bərpası üçün müraciət etsə də, lakin təqaüdü bərpa edilməmişdir. 2022-ci ilin oktyabr ayında qohumu Zərərçəkmiş şəxs1 Şahid1 tanışları vasitəsi ilə dayandırılmış təqaüdün bərpa edilməsi məsələsinə kömək edəcəyini, Elxanın ona da kömək edə biləcəyini demişdir. O həmin vaxt bu barədə maraqlanmış, Mirzə Elxanın həmin məsələni 8000-10000 manata həll edə bildiyini bildirmişdir. Lakin həmin vaxt pulu olmadığı üçün həmin məbləğdə pulu verə bilməmişdir. Mirzənin isə özünə əlilliyə görə təqaüd təyin edilməsi üçün Elxana pul verdiyini bilmiş, lakin həmin vaxt məbləğini dəqiq bilməmişdir. 2022-ci ilin dekabr ayında o əlilliyinin bərpası üçün yenidən Mirzə ilə danışıb maraqlanmış, o da Elxanla danışmış, Elxan 8000 manat müqabilində ona kömək edə biləcəyini, ilkin olaraq 3000 manat verməli olduğunu Mirzəyə demiş, Mirzə də ona demişdir. Bundan sonra o Bakı şəhərində yaşayan oğlu Qafar Vəliyevdən borc pul istəmiş, o isə 15 dekabr 2022-ci il tarixdə ona "xxxx" ASC vasitəsi ilə 3000 manat pul göndərmişdir. Bundan sonra o Mirzə və Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heyəkəlinin qarşısında görüşmüş, Elxan onun yanında mobil telefonla kimləsə danışmış, danışdığı şəxsə Azər adlı şəxsin pulunu qaytardığını, həmin şəxsin yerinə onun məsələsini həll etməyini demiş, bundan sonra onun şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonu ilə çəkib həmin şəxsə göndərmişdir. Bundan sonra Mirzə ilə birlikdə "xxxx" ASC-nin Qazax rayon filialına gedib 3000 manat pulu götürmüş, daha sonra yenidən Səməd Vurğun heykəlinin yanına qayıdıb həmin gün saat 14 radələrində həmin heykəlin arxa tərəfində Elxanla yenidən görüşüb Mirzənin yanında ona 3000 manat pul vermişdir. Bundan sonra onlar günorta yeməyi üçün yaxınlıqdakı “Məkan” adlı restorana getmək qərarına gəlmiş, Elxan isə pulu ödəmə terminalı vasitəsi ilə göndərmək üçün getmişdir. Mirzə ilə “Məkan” adlı restoranada oturduqdan bir neçə dəqiqə sonra Elxan da oraya gəlib ona üzərində 3500 manat rəqəmi və imza olan çeki verib pulu göndərdiyini demişdir. O, nə üçün 3500 manat yazılması barədə maraqlanan zaman Elxan pulu göndərdiyi şəxsin ona borcu olduğunu demişdir. O həmin qəbzin surətini Qazax rayon Polis Şöbəsinin təthqiqat bölməsinə təqdim etmişdir. Elxan ona kömək edəcək şəxslərin növbəti həftənin 5-ci günü Qazax rayonuna gələcəyini, onu həmin şəxslərlə görüşdürəcəyini, həmin vaxta qədər 5000 manat pulu da hazır etməyini demiş, o isə razılaşmışdır. Növbəti həftə Elxan ona həmin şəxslərin gəlməyəcəyini, pulu özünün Bakı şəhərinə aparacağını demiş, o isə razılaşmış, 21 dekabr 2022-ci il tarixdə saat 13-14 radələrində o Mirzə və Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heyəkəlinin arxa tərəfində görüşmüş, həmin yerdə o 5000 manat pulu Elxana vermiş, Elxan isə narahat olmamağını, Bakı şəhərinə gedib pulu danışdığı adama verəcəyini demişdir. O isə Elxana inandığı üçün heç nə deməyib evinə qayıtmışdır. Sonradan aldadıldığını anlamış, Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazıradək ona dəymiş 8000 manat pul təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Mülki iddiasının təmin olunmasını istəyir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1 Qazax rayon sakini kimi uzun müddətdir ki, tanıyır. O Elxanla və digər tanışları ilə çox vaxt Qazax şəhərində yerləşən Sərhəd adlı şəxsə məxsus olan çayxanada oturub çay içmişdir. 2022-ci ilin yay aylarında o Elxanla çayxanada oturub söhbət edən zaman qızının, oğlunun evlənib-evlənmədiklərini, hansısa işdə işləyib-işləmədiklərini soruşmuş, o isə qızının evlənmədiyini, oğlunun evləndiyini, lakin qızını yaxşı bir işə düzəltmək istədiyini demişdir. Elxan isə tanışlarının olduğunu, ona kömək edəcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə Qazax şəhərində Elxanla görüşən zaman tanışının vasitəsi ilə qızını Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsinə təyin etdirə biləcəyini demişdir. O isə sevinmiş, Elxandan ona kömək etməsini xahiş etmişdir. Elxan isə başqasına həmin işin yüksək məbləğə düzəldildiyini, ona az məbləğə düzəldiləcəyini, həmin pulun hansısa fonda köçürüləcəyini demişdir. O isə razılaşmışdır. 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə o Qazax şəhərində Elxanla görüşən zaman o cəmi 8000 manat pul tələb edildiyini, 3000 manatını əvvəlcədən verməli olduğunu bildirmişdir. O isə Elxanın dediyi işə həmin məbləğin münasib olduğunu fikirləşib onunla razılaşmışdır. Bundan sonra 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə o həyat yoldaşı X18 adına "xxxx" ASC-nin Qazax rayon filialından 3000 manat kredit götürmüş, bundan sonra 30 noyabr 2022-ci il tarixdə saat 13 radələrində o Elxanla Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin yanında görüşüb 3000 manat pulu Elxana vermişdir. Bundan sonra Elxan pulu ödəmə terminalı vasitəsi ilə işi düzəldən adama göndərəcəyini demiş, o Elxanla birlikdə yaxınlıqda yerləşən “Kür” adlanan mağazaya getmiş, orada Elxan özü ödəmə terminalına hansısa kart nömrəsini yazmış, bundan sonra 3000 manat pulu terminal vasitəsi ilə hansısa hesaba ödəmişdir. Terminaldan çıxmış qəbzi onun və ya Elxanın götürdüyünü bilmir, həmin qəbzlər onda yoxdur. Bir neçə gün sonra o Elxana pulu verməyinə baxmayaraq qızını heç bir yerdən çağırmadıqları halda onun işinin necə düzələcəyini soruşmuş, Elxan isə narahat olmamağını, qızını çağıracaqlarını demişdir. Bundan sonra Elxan qızını Bakıya çağırdıqlarını demiş, bundan sonra 2022-ci ilin dekabr ayının xatırlamadığı günündə qızı Aygül Axundova Bakı şəhərinə getmiş, qızı Bakı şəhərində Elxanın tanışı olan Vüsal adlı şəxslə görüşmüşdür. Görüşdən sonra qızı ona zəng vurub həmin şəxsin dövlət işində işləyən şəxsə oxşamadığını demişdir. O isə Elxana bu barədə demiş, Elxan arxayın olmağını, qızının işinin düzələcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının xatırlamadığı günündə Elxan qızının işinin həll edilməsi üçün 5000 manat pul lazım olduğunu demiş, qızı və digər ailə üzvləri həmin şəxslərin dələduz ola biləcəklərini deməklərinə baxmayarq Elxan işin həll ediləcəyini deyib inandırmış, o Elxanı uzun müddətdir ki, tanıdığı üçün onun və ya tanışının onu aldatmayacığını düşünmüşdür. Bundan sonra o "xxxx" ASC-nin Qazax rayon filialından öz adına 5000 manat kredit götürmüş, belə ki, əvvəlcədən krediti olmuş, kreditini yenilədikdən sonra 5000 manat pul götürmüşdür. 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin yanında Elxanla görüşüb 5000 manat pulu Elxana vermişdir. Bundan sonra pulu göndərmək üçün Elxanla birlikdə yaxınlıqda yerləşən “Yeddi Qaya” adlanan mağazaya getmiş, Elxan onun yanında pulu terminal vasitəsi ilə hanısa hesaba ödəmiş, pulun göndərilməsi barədə qəbzləri o götürmüş, həmin qəbzlərin surətlərini Qazax rayon X34 bölməsinə təqdim etmişdir. O Elxana 5000 manat pulu verdikdən bir neçə gün sonra Elxan qızının işə təyin edilməsi barədə əmrinin verilməsini demiş, lakin o maraqlanan zaman qızının hansısa işə təyin edilməsi barədə heç bir əmr verilmədiyini öyrənmişdir. Şübhələndiyi üçün Elxandan qızının işini düzəldəcək şəxslə onu görüşdürməsini tələb etmiş, 2022-ci ilin dekabr ayının sonrlarında Elxan həmin şəxsi Qazax rayonuna gətirmiş, o Elxanla birlikdə Qazax şəhərində yerləşən “Su 15” dairəsi adlanan yol dairəsinin yanında Elxanla və onun tanışı, sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə görüşmüşdür. O Vüsalın “Hundai Elxantra” markalı avtomobil ilə gəldiyini görmüş, onun avtomobilinin dövlət qeydiyyat nişanına baxan zaman nömrənin lizinq nömrəsini olduğunu görmüşdür. Bundan sonra onlar Qazax şəhərində yerləşən “555” adlı çayxanaya gedib söhbət etməyə başlamış, söhbət zamanı Vüsal qızının işinin düzələcəyini demiş, o isə pulunu tələb etmişdir. Vüsal xx.xx.2022-ci il tarixədək qızının işi düzəlməsə pulu qaytarmasını Elxana demiş, Elxan da razılaşmışdır. Bundan sonra o 29-xx.xx.2022-ci il tarixdə Elxanla əlaqə saxlamış, Elxana xx.xx.2023-cü il tarixdə Qazax rayonuna qayıdan zaman pulu ondan alacağını demiş, Elxan isə razılaşmışdır. O xx.xx.2023-cü il tarixdə Qazax rayonuna qayıtmış, lakin Elxanla əlaqə saxlamaq istəsə də, o mobil telefonuna cavab verməmiş, sonradan Elxan zənglərə cavab verib Bakı şəhərində olduğunu, pulu almaq üçün getdiyini demişdir. Lakin sonradan Elxan onun pulunu qaytarmamış, onunla əlaqə saxlaya bilməmişdir. Bir neçə ay sonra Elxan ona dəymiş ziyandan 2700 manatını ödəmiş, lakin hal-hazıradək ona vurulmuş qalan 5300 manat maddi ziyan ödənilməmişdir. Mülki iddiasının təmin olunmasını, ona dəymiş maddi ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhərində Şamaxinka adlanan yerdə yerləşən çayxanada X10 ilə tanış olmuş, Şahnaz onu Şahid2 ilə tanış etmişdir. 2022-ci ilin oktyabr ayının axırlarında Taleh ona zəng vurub nazirlikdə işləyən “Vüsal müəllimlə” Qazax şəhərinə qonaq gəldiklərini demişdir. 27-28 oktyabr 2022-ci il tarixdə Vüsal və Taleh Qazax rayonuna gəlmiş, o həmin şəxsləri axşam saatlarında Qazax şəhərində yerləşən “Bazarstore” adlanan marketin qarşısında qarşılayıb yemək üçün “Dinamo” adlanan restorana aparmışdır. Orada söhbət zamanı Taleh Təqsirləndirilən şəxs təqdim edərək nazirlikdə Musa müəllimin köməkçisi olduğunu bildirmiş, Taleh və Vüsal onu inandırmışdırlar ki, onlar müəllim, məktəb direktoru, xəstəxanaya həkim və digər qurumlara işə düzəltmək məsələlərini də həll edirlər. Yeməkdən sonra qonaqları “Göyəzən” adlanan otelə aparmış, həmin günün səhəri Vüsalı və Talehi yemək üçün “Məkan” adlanan restorana aparmışdır. Həmin vaxt Qazax rayon sakini, tanışı Zərərçəkmiş şəxs1 oraya gəldiyini görüb onu yanlarına çağırmış, Mirzə də onlarla oturub xaş yemişdir. O Mirzəyə əvvəlcədən təqaüd məslələrinin həlli üçün kömək edə biləcək tanışlarının olduğunu demiş, həmin yerdə Mirzəyə həmin şəxslərin təqaüd məslələrinin həlli üçün kömək edə biləcək şəxslərin olduğunu bildirmişdir. Mirzə onlarla oturub yemək yemiş, lakin Mirzə həmin şəxslərlə söhbət etməmişdir. Yemək yedikdən sonra kafedən çıxıb getmiş, o sonradan bilmişdir ki, o yeməyə görə hesabı ödəyib. Vüsal və Taleh Qazax rayonundan getdikdən bir neçə gün sonra Mirzə ilə görüşən zaman o hərbi xidmət zamanı aldığı xəsarətlə əlaqədar hərbi həkim komissiyasının qərarı olduğunu, yaşa görə əmək pensiyası aldığını, əlilliyə görə pensiya almaq istədiyini demişdir. O Mirzənin yanında həmin məsələ ilə bağlı öz mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng vurub maraqlanmış, Vüsal sənədləri ona göndərməyini tapşırmışdır. Mirzə sənədləri gətirdikdən sonra o “whatsapp” proqramı vasitəsi ilə sənədlərin şəkillərini çəkib Vüsala göndərmişdir. Vüsal Mirzənin təqaüd məsələsini 7500 manata həll edə biləcəyini demişdir. O isə bu barədə Mirzəyə demişdir. Bundan sonra Mirzə 2022-ci ilin oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı tarixlərdə iki dəfə olmaqla Qazax şəhərində yerləşən “Yeddi Qaya” adlanan mağazanın qarşısında Mirzə ilə görüşüb ondan 3500 ABŞ dolları pul almışdır. Bundan sonra 01 noyabr 2022-ci il tarixdə o Vüsala həmin məbləğdə pulu vermək üçün Bakı şəhərinə getmişdir. Vüsal ona əvvəlcədən demişdir ki, Bakı şəhərinə çatdıqdan sonra Şahid2la əlaqə saxlasın, Taleh onları görüşdürəcək. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı Beynəlxalq avtovağzalına çatdıqdan sonra Talehlə əlaqə saxlayıb X51 metrostansiyasının yaxınlığında yerləşən evinə getmiş, orada Talehlə görüşmüşdür. Həmin vaxt Şahnaz da oraya gəlmişdir. O Şahnazın yanında 3500 ABŞ dolları pulu masanın üstünə qoymuş, Taleh pulu götürmüş, həmin gün saat 13-14 radələrində Talehlə birlikdə ünvan 3 ünvanında yerləşən “Salyan 052” adlanan kafeyə gedib Təqsirləndirilən şəxslə görüşmüşdürlər. Həmin gün saat 14 radələrində kafenin otaqlarından birində onun yanında Taleh 3500 ABŞ dolları pulu Vüsala vermiş, Vüsal isə pulu sayıb götürmüşdür. Onlar yemək yedikdən sonra Taleh onu Bakı Beynəlxalq avtovağzalına aparıb Qazax rayonuna yola salmışdır. Bir neçə gün sonra Vüsal onunla əlaqə saxlayıb Mirzənin təqaüd məsələsi ilə əlaqədar sığorta pulunun ödənilməsi üçün 500 manat pul ödənilməli olduğunu bildirmişdir. O Mirzə ilə əlaqə saxlayıb bu barədə demiş, Mirzə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mirzə ilə Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin yanında görüşmüş, həmin yerdə Mirzə ona 500 manat pul vermiş, o isə yaxınlıqda yerləşən “Bazarstore” adlanan mağazaya gedib 500 manat pulu Vüsalın ona göndərdiyi kart hesabına köçürmüşdür. Həmin məbləğdə pulun ödənilməsi barədə qəbzi araşdırma zamanı Qazax rayon Polis Şöbəsinə təqdim etmişdir. Bundan sonra 19 noyabr 2022-ci il tarixdə Vüsal Talehlə birlikdə Qazax rayonuna gəlmiş, həmin gün Qazax rayonunda yerləşən “Qazax” adlanan oteldə qalmışlar. 20 noyabr 2022-ci il tarixdə saat 07 radələrində o Taleh və Vüsalla birlikdə Qazax şəhərində yerləşən “Məkan” adlı restorana gedib orada yemək yemiş, o Mirzəyə zəng vurub onu da oraya çağırmışdır. Mirzə oraya gəlib onlarla yemək yemiş, bir neçə dəqiqə sonra Mirzə qalxıb getmişdir. Həmin vaxt hesabı Mirzə ödəmişdir. Bir neçə gün sonra Vüsal yenidən Qazax rayonuna gəlmiş, o Mirzənin və digər şəxslərin təqaüdlərinin düzəlməsi üçün sənədləri gətirdiyini demişdir. Həmin gün o Vüsalla “Məkan” adlı restoranda görüşmüş, Mirzəyə zəng vurub onu həmin restorana çağırmışdır. Vüsal Mirzənin, həmçinin təqaüdlərini bərpa etdirmək üçün müraciət etmiş Qazax rayon sakinləri olan Bəhlul, Əvəz, Hamayılın adları yazılmış sənədlərini vermiş, hər şəxsin adına olan sənəd 1-2 səhifədən ibarət olmuşdur. Vüsal Mirzəyə və digər şəxslərə imza etdirib sənədləri özü götürmüşdür. 2022-ci ilin dekabr ayının əvvəllərində Mirzə ona qohumu Saleh adlı şəxsin 2-ci qrup əlilliyinin bərpası üçün kömək etmək lazım olduğunu demişdir. Bundan sonra o Vüsalla əlaqə saxlamış, o 8000 manat müqabilində kömək edə biləcəyini, ilkin olaraq 3500 manat verməli olduğunu demişdir. O isə bu barədə Mirzəyə demişdir. 15 dekabr 2022-ci il tarixdə Mirzə ona zəng vurub görüşmək istədiyini demiş, həmin gün saat 14 radələrində o Mirzə və onun qohumu Salehlə Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin qarşısında görüşmüşdür. Mirzə Salehə kömək etmək lazım olduğunu demiş, o isə onların yanında mobil telefonla Vüsalla danışmış, o Salehə kömək edə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayında Qazax rayon sakini Azər adlı şəxsin təqaüd məsələsinin həlli üçün Vüsal ilə danışıb ona 2000 manat pul göndərmişdir. Lakin Azər sonradan pulu borc götürdüyünü, pulu qaytarmalı olduğunu demiş, 2000 manat pulunu tələb etmiş, o isə Vüsala bu barədə demişdir. Salehin təqaüd məsələsinin həlli barədə danışan zaman Vüsal demişdir ki, Salehdən ilkin olaraq alacağı 3500 manat pulun 2000 manatını Azərə versin. Həmin vaxt Vüsalın ona 200 manat borcu olmuş, o Vüsala demişdir ki, ona 1300 manat pul göndərəcək, Salehin adına 3500 manat pul yazsın, Vüsal da razılaşmışdır. Bundan sonra Saleh Mirzə ilə birlikdə pulu götürmək üçün "xxxx" ASC-nin Qazax rayon filialına getmiş, bir neçə dəqiqə sonra qayıtmış, onlar birlikdə “Məkan” adlı restorana getmişdirlər. Restoranın otaqlarından birində Saleh və ya Mirzə ona 3000 manat pul vermişdir, o pulu aldıqdan sonra restorandan çıxıb “Kür” adlanan marketə gedib oradakı ödəniş terminalı vasitəsi ilə 1300 manat pulu Vüsalın ona göndərdiyi, qardaşı X13 adına olan kart hesabına ödəmiş, terminaldan çıxmış qəbzin üzərinə 3500 rəqəmi yazmış və özü imzalamışdır. Bundan sonra o Azər adlı şəxsin xatırlamadığı mobil telefon nörməsinə zəng vurub onunla “Kür” adlanan marketin yaxınlığında görüşüb ona 2000 manat pul vermişdir. Bundan sonra “Məkan” adlı restorana gedib qəbzi Salehə vermişdir. O Salehə kömək edəcək şəxslərin növbəti həftənin 5-ci günü Qazax rayonuna gələcəyini, Salehi həmin şəxslərlə görüşdürəcəyini, həmin vaxta qədər 5000 manat pulu da hazır etməyini demiş, Saleh isə razılaşmışdır. Lakin Vüsal növbəti həftənin 5-ci günü Qazax rayonuna gələ bilməyəcəyini demiş, pulları alıb özünün Bakı şəhərində ona verməyini xahiş etmişdir. O isə bu barədə Mirzəyə demişdir. 20 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin arxa tərəfində Mirzə ilə görüşmüş, Mirzə orada ona öz təqaüd məsələsinin həlli üçün qalan 1000 manat pulu vermişdir. Bundan sonra o Vüsalla danışmışdır. Vüsal ona demişdir ki, Qazax rayon sakini Səkinə Abullayevanı işə düzəltmək üçün aldığı 2000 manat pulu qaytarmaq lazımdır, Mirzədən aldığı 1000 manat pulu Səkinəyə ödəsin. O isə razılaşmışdır. Belə ki, Səkinənin anası Əntiqə ona qızını işə düzəltmək istədiyini demiş, o isə Taleh və Vüsalla tanış olduqdan sonra onların vasitəsi ilə Səkinənin işə düzəltmək qərarına gəlmişdir. Təxminən 2022-cü ilin oktyabr ayında Taleh və Vüsal Qazax rayonuna gələn zaman onları Əntiqənin yaşadığı evə aparmış, orada Əntiqə və Səkinə Taleh və Vüsalla danışmış, 2000 manat müqabilində Səkinəni işə düzəltməyə razılaşmışdırlar. Həmin gün Səkinə və Əntiqə 2000 manat pulu tapıb Talehin kart hesabına köçürmüşdürlər. Lakin sonradan Taleh və Vüsal Səkinəni işə düzəltməmiş, ona görə Səkinə və ailə üzvləri pulu qaytarmağını tələb etmişdir. Bundan sonra 21 dekabr 2022-ci il tarixdə saat 13-14 radələrində o Mirzə və Salehlə Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin arxa tərəfində görüşmüş, həmin yerdə Saleh 5000 manat pulu ona vermişdir. O, Mirzəyə olan 500 manat borcunu qaytarmaq istəmiş, Mirzə isə sonra görüşməklərini demişdir. Həmin gün saat 19 radələrində Mirzə ona zəng vurmuş, o Mirzə ilə görşüb öz yaşadığı evə getmişlər. Bir neçə dəqiqə evdə oturduqdan sonra evdən çıxmışlar, evin həyətində o 500 manat pulu Mirzəyə vermiş, bundan sonra o Səkinə ilə danışmış, Səkinə 2000 manat pul versə də, Bakı şəhərinə gedib-gəldiyini, xərci çıxdığını demiş, əlavə 600 manat pul tələb etmişdir. O bu barədə Vüsala dedikdə Vüsal ona həmin pulu ödəməyini, ona qaytaracağını demişdir. Əvvəlcədən o Qazax rayon sakini X14 təqaüdünün bərpa etdirilməsi üçün Vüsalla danışmışdır, Məqsəd pulun qalan 600 manatını həmin ərəfələrdə Vüsala göndərmək üçün ona vermişdir. O Məqsəddən aldığı 600 manat, Mirzədən aldığı 1000 manat pula özünün 1000 manat pulunu əlavə edib 2600 manat pulu 23 dekabr 2022-ci il tarixdə Qazax şəhərində yerləşən “Yeddi Qaya” adlnana marketdəki ödəmə terminalı vasitəsi ilə Səkinənin və qardaşı Vüsalın adlarına olan kart hesablarına ödəmiş, həmin qəbzləri araşdırma zamanı Qazax rayon Polis Şöbəsinə təqdim etmişdir. Bundan sonra o xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getmiş, lakin həmin gün Vüsalla görüşə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o Vüsalla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan ərazidəki yerüstü piyada keçidinin yanında görüşmüş, həmin yerdə o 4500 manat pulu Vüsala vermişdir. Həmin vaxt Vüsal Tovuz rayon sakini Elza adlı qadından oğlunu işə düzəltmək üçün aldığı 3150 manat pulu qaytarmaq lazım olduğunu demiş, belə ki, Elza adlı qadını 1 neçə il əvvəl Bakı şəhərinə gedən zaman yolda tanımış, həmin vaxtdan münasibəti yaranmışdır. Elza oğlunu işə düzəltmək istədiyini demiş, o Vüsal və Talehi tanıdıqdan sonra Elzaya bu barədə demiş, Elzaya Vüsalın mobil telefon nömrəsini vermiş, onlar özləri danışmışdırlar. 2022-cü ilin noyabr ayında Elzanın qohumu olan tanımadığı şəxs Qazax rayonuna gəlib onunla görüşmüş, o həmin şəxslə birlikdə Qazax şəhərində yerləşən “Kür” adlanan mağazaya getmiş, orada 3000 manat pulu həmin şəxs onun verdiyi Vüsalın kart hesabına ödəyib qəbzi özü götürmüşdür. Lakin sonradan Vüsal Elzanın oğlunu da işə düzəltməmiş, Elza narazılıq etmişdir. Vüsal həmin yerdə ona 3200 manat pul vermişdir, 50 manatını yol pulu etməyini, 3150 manatını Elzaya verməyini demişdir. O isə Bakı şəhərindən qayıtdıqdan bir neçə gün sonra o Tovuz rayonu, Cəlilli kəndinə gedib 3150 manat pulu Elzaya qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 Qazax rayon sakini kimi uzun müddətdir ki, tanıyır. O, Elxanla və digər tanışları ilə çox vaxt Qazax şəhərində yerləşən Sərhəd adlı şəxsə məxsus olan çayxanada oturub çay içmişdir. İftarın qızını işə düzəltməyi Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir. O isə bu barədə Vüsala bu barədə demiş, Vüsal 8000 manat müqabilində İftarın qızını Dövlət Sosial Müdafiə Fonduna işə düzəldəcəyini, əvvəlcədən 3500 manat tələb edildiyini demiş, o da bu barədə Mirzəyə demişdir. Bundan sonra Vüsalın dediyi sənədləri, yəni diplomun, şəxsiyyət vəsiqəsinin də digər sənədlərin surətlərini Vüsala göndərmiş, həmçinin həmin qızın nömrəsini Vüsala vermişdir. Mirzə isə demişdir ki, iş düzələndən sonra pul verilə biləcəyini demişdir. O isə bu barədə Vüsala demişdir. Bundan sonra İftar onunla görüşüb Mirzənin dediyi qızın onun qızı olduğunu demişdir. Təxminən xx.xx.2022-ci il tarixdə İftarın yanında Vüsala zəng vurmuş, onu Vüsalla danışdırmış, onlar özləri razılaşmışdırlar. Növbəti gün, yəni xx.xx.2022-cü il tarixdə saat 13 radələrində Vüsal ona zəng vurub İftarın qızının onun yanında olduğunu, atası ilə danışmaq istədiyini demişdir. Bundan sonra o İftara zəng vurub onunla Qazax şəhərində yerləşən “Kür” adlanan marketin yaxınlığında görşmüşdür. Vüsala zəng vurub teleofnu İftara vermiş, onlar özləri danışmışdırlar. Danışdıqdan sonra İftar Vüsala 3000 manat pul göndərməli olduğunu demiş, ondan Vüsalın kart nömrəsini istəmişdir. Bundan sonra onalr “Kür” adlanan marketə gedib marketin içərisindəki “MilliÖn” ödəmə terminalə vasitəsi ilə 2900 manat və 100 manat olmaqla 3000 manat pulu Vüsalın qardaşı X13 adına olan kart hesabına ödəmiş, qəbzi İftar özü götürmüşdür. 2022-ci ilin dekabr ayının xatırlamadığı günündə Vüsal ona zəng vurub İftarın qızının işinin həll ediləcəyini demişdir, qalan 5000 manat pulu tələb etmişdir. O isə İftara demişdir. İftar kredit götürüb pulu verəcəyini demişdir. 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhərində yerləşən Səməd Vurğun heykəlinin yanında İftarla görüşmüş, İftar ona 5000 manat pul vermişdir. O isə bir neçə gün əvvəl Vüsala 250 manat borc pul göndərmişdir. Vüsalla danışıb ona olan borcunu çıxdıqdan sonra qalan pulu kart hesabına ödəyəcəyini demiş, Vüsal isə razılaşmışdır. Bundan sonra o 21 dekabr 2022-ci il tarixdə saat 13-14 radələrində Vüsalın qardaşı X13 adına olan, "xxxx" ASC-yə məxsus kart hesabına 4750 manat pul köçürmüşdür. 4750 manat pulun köçürülməsi barədə qəbzi araşdırma zamanı təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə o Bakı şəhərinə getdikdən sonra Vüsalla birlikdə Qazax rayonuna gəlib İftarla görüşmüş, Qazax şəhərində yerləşən “777” adlı çayxanaya gedib söhbət etməyə başlamış, söhbət zamanı Vüsal İftara qızının işinin düzələcəyini demiş, İftar isə narazılıq etməmişdir. Bir neçə gün keçdikdən sonra Vüsal ona zəng vurub İftarın qızının işinin həllinə görə 250 manat pul göndərməyimi istəmiş, ona olan 250 manat borcunu özünün ödəyəcəyini, xx.xx.2023-cü il tarixdə iş başlayan zaman bütün işlərin həll olunacağını demişdir. O isə xx.xx.2023-cü il tarixdə Vüsalın kart hesabına 250 manat pul ödəmiş, həmin qəbzi araşdırma zamanı təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə o Bakı şəhərinə getmiş, lakin Vüsalla əlaqə saxlaya bilməmişdir. Bundan sonra bilmişdir ki, Vüsal onu və digər şəxsləri aldatmışdır. Bir neçə ay sonra o, Vüsalın xahişi ilə sonuncunun əvəzinə İftara 2700 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından tanıyır. X11 tanış etmiş, Kamran Əliyevi isə 2022-ci ilin ortalarından tanımış, onunla qohumu Mirzə tanış etmişdir. Sonradan Kamranla münasibəti yarandığı üçün onunla görüşmüş, Kamran ona demişdir ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin müdafiəsi nazirliyində şöbə müdiri vəzifəsində işləyən Musa müəllimin köməkçisidir. Qazax rayon sakini Şahid1 tanışı X5 vasitəsi ilə tanımışdır. O əvvəllər Qazax rayonunda hərbi xidmətdə olduğu üçün Elxanla ortaq tanışları olmuş, ona görə də Elxanla münasibəti yaranmışdır. Qazax rayon sakini Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir münasibəti olmayıb. 01 noyabr 2022-ci il tarixdə səhər saatlarında Elxan ona zəng vurub Bakı şəhərinə gəldiyini, Vüsalla görüşməli olduğunu demişdir. O isə Elxanı Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən kirayədə yaşadığı evinə dəvət etmişdir. Elxan evinə gəlmiş, hansısa Qazax rayon sakininin təqaüd məsələsənin həlli üçün Vüsalla görüşəcəyini, Vüsala 3500 ABŞ dolları pul verəcəyini demişdir. O isə Elxanı Vüsalla görüşdürə biləcəyini demişdir. Həmin vaxt tanışı Şahnaz Əliyeva da evə gəlmiş, Şahnazın nə ilə bağlı evinə gəldiyini xatırlamır. Elxan Şahnazın yanında 3500 ABŞ dolları pulu ona verib Vüsala verməyini xahiş etmişdir. Elxanla əlaqə saxlayan zaman Vüsal Bakı şəhəri, Xətai rayonunda yerləşən “Salyan 052” adlanan kafedə görüşməyi təklif etmiş, o Elxanla birlikdə həmin kafeyə getmiş, orada Vüsalla görüşüb otaqlardan birində əyləşmiş, həmin otaqla Elxanın yanında o, 3500 ABŞ dolları pulu Vüsala vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki idda verərək təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 7500 (yeddi min beş) manat məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki idda verərək təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs- mülki iddiaçı X36 mülki idda verərək təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə maliyyə əməliyyatları barədə məlumatlarının ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" açıq səhmdar cəmiyyətindən əldə olunmuş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kartın hesabına xx.xx.2022-ci il tarixdə 2900 manat və 100 manat olmaqla 3000 manat, xx.xx.2022-ci il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 4,075 manat pul vəsaiti mədaxil edilmiş və 675 manat, xx.xx.2023-cü il tarixdə 250 manat pul vəsaiti mədaxil edilmişdir. Təqsirləndirilən şəxs adına olan, "xxxx" ASC-yə məxsus 676867******7757 nömrəli kartın hesabına xx.xx.2022ci il tarixdə 500 manat pul vəsaiti mədaxil edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********31 saylı nömrə xx.xx.2022-ci il saat 13:01:13-dən saat 15:38:57-dək Bakı şəhəri, Suraxanı və Xətai rayonları ərazisində, xx.xx.2022-ci il saat 14:26:17-dən saat 14:34:55-dək Bakı şəhəri, Nəsimi rayonu ərazisində anten dairələrində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə zərərçəkmiş şəxslərə məxsus pul vəsaitlərini aldığı və ələ keçirdiyi tarixlərdə öz istifadəsində olan nömrə ilə Şahid1 istifadəsində olan nömrə arasında zənglər aşkar edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid2 istifadəsində olan **********24 saylı nömrə xx.xx.2022-ci il saat 14:33:44-dən saat 15:35:38-dək, Şahid1 istifadəsində olan **********79 saylı nömrə xx.xx.2022-ci il saat 14:46:14-dən saat 14:58:07-dək dək Bakı şəhəri, Suraxanı və Xətai rayonları ərazisində anten dairələrində olmuşdur. Şahid1 istifadəsində olan **********79 saylı nömrə xx.xx.2022-ci il saat 14:21:06-dan saat 14:34:28-dək Bakı şəhəri, Nəsimi rayonu ərazisində anten dairələrində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə zərərçəkmiş şəxslərə məxsus pul vəsaitlərini aldığı və ələ keçirdiyi tarixlərdə Şahid1 istifadəsində olan nömrə ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 istifadələrində olan nömrələr arasında zənglər aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “https://www.cbar.az” rəsmi internet informasiya resursunun “AZN məzənnələri” bölməsinə baxış zamanı xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə ABŞ dollarının Azərbaycan manatına qarşı olan rəsmi məzənəsinin 1.7000 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:53:56-da Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına pul vəsaiti mədaxil edilmişdir, məbləğ hissəsi pozulduğu üçün oxunmur. Qəbzin üzərində əlyazma ilə 3500 rəqəmləri yazılmış və imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə saat 10:07:18-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 676867******7757 nömrəli kart hesabına 500 manat pul vəsaiti mədaxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 416973******0210 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 13:39:22-də 4075 manat, həmin tarixdə saat 14:01:04-də 675 manat pul vəsaiti mədaxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2023cü il tarixdə saat 14:46:11-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 250 manat pul vəsaiti mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanmasının əvvəli 31 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Cəbrayıl RİH başçısının Sarıcallı kənd İƏD üzrə nümayəndəsinin verdiyi 01 mart 2024-cü il tarixli, 50 saylı arayışdan görünür ki, Mehdiyev X24 rayonu, Sarıcalı ərazi dairəsində, Əmirvarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 24/22 yarımçıq tikili ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Cəbrayıl RİH başçısının Sarıcallı kənd İƏD üzrə nümayəndəsinin verdiyi 01 mart 2024-cü il tarixli, 50 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X31 və xx.xx.2022-ci il təvəllüdlü X53 adlı iki uşağı var. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 19 dekabr 2023cü il tarixli ifadəsində Şahid1 və Şahid2la 2022-ci ilin noyabr ayının xatırlamadığı günündə Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən “052” adlanan kafedə görüşsə də, həmin vaxt onları qonaq çağırması, lakin həmin vaxt Şahid1 və Şahid2 ona 3500 ABŞ dolları, həmçinin başqa məbləğdə pul verməməsi barədə göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və tam təkzib olunduğundan, sonuncunun özünü müdafiəsi kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs1 Şahid1 2022-ci ilin oktyabr ayının istintaqa məlum olmayan tarixlərində iki dəfə olmaqla Qazax şəhərində yerləşən “Yeddi Qaya” adlanan mağazanın qarşısında 3500 ABŞ dolları, 07 noyabr 2022-ci il tarixdə Qazax şəhəri H.Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında 500 manat, 20 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri H.Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin arxa tərəfində 1000 manat pul verməsi faktının Şahid1 ifadəsindən başqa iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə təsdiq olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs digər şəxslərə qarşı törətdiyi dələduzluq faktları üzrə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi nəzərə alınaraq Vüsal X2 təqaüdünün bərpa edilməsinə kömək edəcəyini vəd edərək Məqsəd Məmmədovu aldadıb sonuncunun pul vəsaitini ələ keçirməsi faktına həmin cinayət işi üzrə hüquqi qiymət verilmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 7450 manat pul vəsaitini ələ keçirməsi əməlinin sonuncu dəfə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pul vəsaitini alıb həmin pul vəsaitinə sərəncam verdiyi vaxtda və yerdə, yəni X15 aldadaraq ələ keçirdiyi sonuncuya məxsus 2000 manat pul vəsaitinin əvəzinə Şahid1 vasitəsi ilə Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 23 dekabr 2022-ci il tarixdə saat 14:37-də X6 Abdullayevanın adına olan, "xxxx" ASC-yə məxsus 416974******8815 nömrəli və X4 Vüsal Abdulla oğlunun adına olan, "xxxx" ASC-yə məxsus 416973******8926 nömrəli kart hesablarına köçürdüyü vaxtda və yerdə başa çatması nəzərə alınmış, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 7450 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adına olan hər hansı rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırması və həmin saxta sənəddən bilə-bilə istifadə etməsində təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs2 21 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında Şahid1 5000 manat pul vəsaiti verməsi, Şahid1 həmin pul vəsaitinin 500 manatını həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 6 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 olan 500 manat borcunun əvəzində sonuncuya, qalan 4500 manat pul vəsaitini 28 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında Təqsirləndirilən şəxs verməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 8000 manat pul vəsaitini ələ keçirməsi əməlinin sonuncu dəfə Zərərçəkmiş şəxs2 məxsus 4500 manat pul vəsaitini aldığı vaxtda və yerdə, yəni 28 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında başa çatması nəzərə alınmış, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus 8000 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 məxsus 8000 pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 7500 manat, Zərərçəkmiş şəxs2 məxsus 8000 manat və Zərərçəkmiş şəxs3 məxsus 8000 manat pul vəsaitini ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi əməlləri vahid niyyətlə əhatə olunmuş qəsdlə deyil, hər dəfə müstəqil yaranmış niyyətlə təkrar törədilmiş cinayət əməlləri kimi tövsif edilmiş, Təqsirləndirilən şəxs X20 əlilliyə görə təqaüd təyin edilməsinə köməklik edəcəyini vəd edib 7500 manat, Zərərçəkmiş şəxs2 əvvəllər 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik edəcəyini vəd edib 8000 manat, Zərərçəkmiş şəxs3 sonuncunun qızı X23 Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində işə təyin edilməsinə köməklik edəcəyini vəd edib 8000 manat pul vəsaitlərini ələ keçirməsi əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs vasitələri ilə hansısa vəzifəli şəxslərə rüşvət verməyə cəhd etməsi əməllərinə hüquqi qiymət verilməsi və sonuncuların rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi üçün cinayət işindən material ayrılmış, Şahid2 Təqsirləndirilən şəxs vasitəsi ilə hansısa vəzifəli şəxslərə 3500 ABŞ dolları pul vəsaitini rüşvət verməyə cəhd etməsi əməlinə hüquqi qiymət verilməsi və sonuncunun rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi üçün cinayət işindən material ayrılmış, Təqsirləndirilən şəxs X8 vasitəsi ilə Qazax rayon sakini X30 2-ci qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa edilməsinə köməklik göstərəcəyini vəd verib Azər Əsgərovu aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda 2000 manat, Qazax rayon sakini X1 qızı X7 Qazax rayon X26 hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edib Əntiqə Abdullayevanı aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda 2000 manat, Tovuz rayon sakini X3 oğlunun işə düzəlməsinə köməklik göstərəcəyini vəd edib Elza Cəlilovanı aldadaraq 2022-ci ilin noyabr ayının istintaqa məlum olmayan tarixində və istintaqa məlum olmayan ünvanda 3150 manat pul vəsaitini ələ keçirərək dələduzluq etsə də, zərərçəkmiş şəxslərin şikayətləri olmadığından, həmin faktlar üzrə Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, X38, X28, X37, X12 və Təqsirləndirilən şəxs vasitələri ilə hansısa vəzifəli şəxslərə rüşvət verməyə cəhd etsələr də, rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat vermədiklərindən, əməllərinə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılmışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və o, qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalandırılmaldır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X32 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir, onun əməli düzgün tövsif edilmişdir, o, qeyd olunan maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını, zərərçəkmiş şəxslərdən birinə vurmuş olduğu ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslərdən üzrxahlıq etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qitmətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Məhkəmə mülki iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi hazırkı cinayət mühakimə icraatında mülki iddia Аzərbaycan Respublikası CPM-nin 181, 183, 187-ci maddələrində göstərilən əsaslarla və qanunun tələblərinə tam əməl edilməklə verilmiş və həmin mülki iddiaya cinayət mühakimə icraatında baxılıb mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 7450 manat, Zərərçəkmiş şəxs2 8000 manat, Zərərçəkmiş şəxs3 da 8000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 dəymiş 8000 manatlıq ziyandan 2700 manat ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şəmsi oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onlara dəymiş 2000 manat mənəvi ziyan tələb etmişdir. Məhkəmə, mənəvi ziyan tələbi ilə bağlı iddiasına hüquqi qiymət verərək hesab edir ki, zərəçəkmiş şəxslərə mənəvi ziyan dəyməsi ilə bağı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7450 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1, 8000 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs2, 5300 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə saat 10:07:18-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, "xxxx" ASC-yə məxsus 676867******7757 nömrəli kart hesabına 500 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 13:53:56-da Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 1300 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 13:39:22-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 4075 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 14:01:04-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 675 manat pul vəsaitinin, xx.xx.2023-cü il tarixdə saat 14:46:11-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 250 manat pul vəsaitinin mədaxil edilməsini təsdiq edən qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılmalı, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7450 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1, mülki cavabdeh Təqsirləndirilən şəxs 8000 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs2, mülki cavabdeh Təqsirləndirilən şəxs 5300 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə saat 10:07:18-də Qazax şəhəri, H.Əliyev prospekti 170 ünvanında yerləşən “Bazarstore” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, "xxxx" ASC-yə məxsus 676867******7757 nömrəli kart hesabına 500 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 13:53:56-da Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 1300 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 13:39:22-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 4075 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə saat 14:01:04-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “7 Qaya” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 675 manat pul vəsaitinin, xx.xx.2023-cü il tarixdə saat 14:46:11-də Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlanan marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə X13 adına olan, "xxxx" ASC-yə məxsus 416973******0210 nömrəli kart hesabına 250 manat pul vəsaitinin mədaxil edilməsini təsdiq edən qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 7450 (yeddi min dörd yüz əlli) manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs1, mülki cavabdeh Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs2, mülki cavabdeh Təqsirləndirilən şəxs 5300 (beş min üç yüz) manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-29/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-29/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver