Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-29/2025 11.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Qazax şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Qazax şəhəri, Səməd Vurğun küçəsi, ev 97 ünvanında qeydiyyatda olmaqla, Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində yerləşən Qazax Dövlət Sosial -İqtisad Kollecinin yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı olan “AK-74” markalı avtomatı, təyinatı üzrə istifadəyə yararlı, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan 1 (bir) ədəd sandıqçanı, SSRİ-də 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və.s yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olan 21 (iyirmi bir) ədəd patronu, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 405 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıyaraq, yaşadığı Qazax Sosial-X7 şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən yataqxana binasının 3-cü mərtəbəsindəki 1 otaqlı mənzildə saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 sentyabr 2024-cü il tarixdə saat 11:01-dən saat 11:25-dək olan müddətdə yaşadığı Qazax Sosial-X7 şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən yataqxana binasının 3-cü mərtəbəsindəki 1 otaqlı mənzilə fasiləsiz videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin otaqda giriş qapısından sol tərəfdə olan kreslonun arxa hissəsindən 1 (bir) ədəd göy-qəhvəyi rəngli idman çantasının içərisindən zavod üsulu ilə istehsal edilmiş, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı olan “AK-74” markalı avtomat, təyinatı üzrə istifadəyə yararlı, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan 1 (bir) ədəd sandıqça, SSRİ-də 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və.s yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olan 21 (iyirmi bir) ədəd patron və həmin çantanın içərisindəki 1 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 405 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, 2017-ci ildən ailə üzvlərilə birlikdə Qazax Sosial-X7 şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən yataqxanasının 3-cü mərtəbəsindəki 1 otaqlı mənzildə yaşayır. Həmin ünvanda az təminatlı ailə olduqları üçün rayon rəhbərliyinin təşəbbüsü ilə məskunlaşmışlar. X4 ilə rəsmi olaraq evlidir. Evliliklərindən 2 oğlu vardır. Böyük oğlu Kamran hal-hazırda müddətli həqiqi hərbi xidmətdədir. Təxminən 4-5 ay əvvəl arvadı Səbinə Mehtixanova, aralarında baş vermiş mübahisə ucbatından küsüb öz atası evinə getmişdir və həmin vaxtdan müvəqqəti olaraq orada yaşayır. Səbinə gedərkən kiçik oğlu Kənanı da özü ilə aparmışdır. Həmin vaxtdan o, Qazax Sosial-X7 şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən yataqxanasının 3-cü mərtəbəsindəki 1 otaqlı mənzildə tək qalır. Təxminən 12 ildir ki, narkotik vasitə aludəçisidir. Bugünədək bir neçə dəfə məhkumluq həyatı yaşasa da, bütün məhkumluqları ödənilmişdir. Təxminən 3 ay əvvəl o, dəmir toplamaq məqsədilə tək vəziyyətdə “Ağstafa” çayının Qazax rayonu ərazisindən keçən hissəsinin kənarında, mal bazarının yaxınlığında yerləşən “Amonların meşəsi” adlanan meşəyə getmişdir. Həmin meşədə dəmir axtaran zaman kolluqlardan birinin içərisində bükülü vəziyyətdə sellofan torba olduğunu görmüşdür. Torbanın içərisində nə olduğunu müəyyən etmək məqsədilə götürüb içərisinə baxdıqda 1 (bir) ədəd qundağı olmayan avtomat silahının, 1 (bir) ədəd avtomat silahına aid sandıqçanın və 21 (iyirmi bir) ədəd avtomat silahına aid patronun olduğunu görmüşdür. Əvvəlcədən silahlara marağı olduğu avtomat silahı, sandıqçanı və 21 ədəd patronu yaşadığı evə gətirib saxlamaq qərarına gəlmişdir. Onları evə gətirərək evdə olan idman çantasının içərisinə qoyub kreslonun arxa hissəsində gizlətmişdir. Təxminən 2 ay əvvəl o, balıq tutmaq məqsədilə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsinə getmişdir. Balıq tutan zaman çayın kənarında yabanı halda narkotik tərkibli çətənə bitkisinin bitdiyini görmüşdür. İstifadəçisi olduğu üçün həmin bitkinin yarpaqlarından toplayıb yaşadığı ünvana gətirmişdir. Həmin çətənə bitkisinin yarpaqlarını quruması üçün yaşadığı ünvanın balkonunda yerə sərmişdir. Bir neçə gün müddətində quruduqdan sonra qara rəngli sellofan torbanın içərisinə dolduraraq daha sonra az-az özü istifadə edər deyə kreslonun arxasındakı avtomat silahın, sandıqçanın və patronların olduğu idman çantasının içərisinə qoymuşdur. 29 sentyabr 2024-cü il tarixdə saat 11:00 radələrində yaşadığı Qazax Sosial- X7 şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən yataqxanasının 3-cü mərtəbəsindəki 1 otaqlı mənzildə təkbaşına olan zaman qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda bir neçə nəfər mülki geyimli şəxsin qapının qarşısında dayandıqlarını görmüşdür. Həmin şəxslərdən ikisi onun qollarından tutduqdan sonra digər şəxs ondan özünü təqdim etməyini istəmişdir. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşı onun anket məlumatları barədə qeydlər apardıqdan sonra özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və videoçəkiliş aparıldığını izah etmişdir. Daha sonra onun yaşadığıı evdə odlu silah və narkotik vasitə saxlamağı barədə əməliyyat məlumatı əldə etdiklərini bildirmiş və əgər varsa təqdim etməyini təklif etmişdir. Bundan sonra o, kreslonun arxasına gizlətdiyi 1 (bir) ədəd göy-qəhvəyi rəngli idman çantasını çıxardıb təqdim etmişdir. Polis əməkdaşı çantanın içərisində nə olduğunu soruşduqda o, qara rəngli torbanın çıxardıb içərisindəki kütlənin “nəşə” adlanan narkotik vasitə olduğunu, digər predmetin avtomat silah olduğunu, sandıqçanın və içərisindəki patronların da həmin avtomat silaha aid olduğunu bildirmişdir. O, avtomat silahı, sandıqçanı və patronları “Amonların meşəsi” adlanan ərazidə tapdığımı, narkotik vasitəni isə Kür çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən toplayıb qurudaraq öz şəxsi istifadəsi üçün saxladığını demişdir. Daha sonra polis əməkdaşı silahı götürüb bütün hissələrinə diqqət yetirməyə başlamışdır. Arxasınca sandıqçada olan patronları tək-tək içərisindən çıxarıb saylarının 21 (iyirmi bir) ədəd olduğunu müəyyən etmişdir. Qara sellofan torbanı açdıqda içərisində yaşıl rəngli, qurudulmuş halda kütlə olduğunu görmüşdür. İlk öncə qara sellofan torbadakı narkotik vasitəni torba ilə birlikdə bir ədəd ağ rəngli kağız paketin içərisinə qoyub qablaşdıraraq üzərini möhürləmişdir. O və polis əməkdaşları həmin qablaşdırmanın üzərini imzalamışlar. Daha sonra polis əməkdaşı 1 (bir) ədəd avtomat silahını, 1 (bir) ədəd sandıqçanı və 21 (iyirmi bir) ədəd patronu bir ədəd ağ rəngli kisənin içərisinə qoyub qablaşdıraraq üzərini möhürləmişdir. O və polis əməkdaşları qablaşdırmanın üzərini imzalamışlar. Arxasınca polis əməkdaşı onlarla birlikdə polis şöbəsinin inzibati binasına getməli olduğunu izah etmişdir. O, isə buna hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş başa çatdırılmışdır. O, polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdən sonra təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulduğunu, müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib ona vəkillərin siyahısı təqdim etmişdir. O, siyahıdan vəkil X1 onun dövlət büdcəsinin vəsaiti hesabına mənə müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək bu barədə yazılı bildirişlər verilmişdir. Daha sonra polis şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində videoçəkiliş aparılaraq vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. İlk öncə təhqiqatçı yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı 1 ədəd ağ rəngli kağız paketi açaraq içərisində olan qara torbadakı yaşıl rəngli, qurudulmuş halda olan kütlənin nə olduğunu, haradan, nə vaxt və hansı məqsədlə əldə edib saxladığını soruşmuşdur. O, həmin kütlənin “nəşə” olduğunu, təxminən 2 ay əvvəl Kür çayının kənarından toplayıb öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və o, kütlənin sellofan torba ilə birlikdə çəkisinin 445 qram olduğunu görmüşdür. Həmin kütlə qara torba ilə birlikdə digər göy rəngli torbanın içərisinə qoyularaq yenidən qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar qablaşdırmanın üzərini imzalamışlar. Daha sonra təhqiqatçı ağ rəngli kisəni açaraq içərisindəki 1 (bir) ədəd silahı, sandıqçanı və 21 ədəd patronu çıxararaq nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda o, həmin silahın “AKM” markalı avtomat silah olduğunu, yanındakı sandıqça və patronlarla birlikdə çayın kənarında, mal bazarının yaxınlığında “Amonların meşəsi” adlanan ərazidə təsadüfən tapdığını bildirmişdir. Daha sonra silah, sandıqça və patronlar həmin kisənin içərisinə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar qablaşdırmanın üzərini imzalamışlar. Bundan sonra təhqiqatçı üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməyini təklif etmişdir. O, isə üzərində hər hansı bir narkotik vasitə və ya digər qanunsuz predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Lakin, şəxsi axtarış zamanı üzərindən və əynindəki paltarlardan hər hansı bir narkotik vasitə və yaxud qanunsuz predmet aşkar edilməmişdir. Videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuşdur. Fasilə zamanı video görüntüyə baxdıqdan sonra o, hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və o, protokolla tanış olub imzalamışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, heç kimə narkotik vasitə, psixotrop maddə satmamışdır. O, həmin narkotik vasitəni təxminən 2 ay əvvəl Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsinin kənarında yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından toplayıb özü istifadə etmək üçün qurudaraq yaşadığı evdə saxlamış, kiməsə satmaq məqsədi olmamışdır. O, həmin vaxt tək olmuşdur. Bundan əlavə, narkotik vasitəni evdə saxlamağı barədə heç kəsin məlumatı olmamışdır. Belə ki, ailə üzvləri həmin müddət ərzində qayınatasının evində olmuşdurlar. O, avtomat silahı, sandıqçanı və patronları tapan zaman yanında heç kəs olmamışdır. Bundan əlavə, onları yaşadığı evdə saxlamağı barədə nə ailə üzvlərinin, nə də digər şəxslərin hər hansı bir məlumatı olmamışdır. Belə ki, ailə üzvləri həmin müddət ərzində qayınatasının evində olmuşdurlar. Onun həmin odlu silahı, sandıqçanı və patronları yaşadığı evdə saxlamaqda hər hansı bir xüsusi bir məqsədi və niyyəti olmamışdır. Sadəcə olaraq, əvvəlcədən silahlara marağı olduğu üçün tapan zaman götürüb saxlamaq qərarına gəlmişdir. Bundan əlavə, odlu silahdan və patronlardan heç vaxt hər hansı bir məqsədlə istifadə etməmişdir. O, bir neçə gündür ki, hər hansı bir nömrə istifadə etmir. Lakin, uzun müddət "xxxx" MMC-yə məxsus olan ***-***-**-** saylı nömrəni istifadə etmişdir. Sadəcə olaraq, bir neçə gündür ki, həmin nömrə fəaliyyət göstərmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq özünü təqsirli hesab etməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onun yaşadığı yerə polis əməkdaşları baxış keçirməzdən 3 saat əvvəl yəni həmin günü saat 08 radələrində onu Qazax rayon polis şöbəsinə aparmışlar və ona deyilmişdir ki, narkotik və silahı boynuna alarsan təxminən 3 saat polis şöbəsində saxlanıldıqdan sonra fiziki və psixi zorakılığa məruz qaldığı üçün polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Daha sonra onu yaşadığı evə gətirmişlər göstərilənlər təzyiqlərə dözə bilmədiyi üçün qeyd olunan narkotik vasitə və silahın ona məxsus olduğunu boynuna almışdır. Əvvəllər məhkumluq həyatı yaşamışdır. Ailəni yeganə dolandıran şəxsdir. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hazırda Qazax RPŞ-in CAB-in rəisi vəzifəsində xidmət edir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində narkotik vasitə marixuna, həmçinin, odlu silah əldə etməsi və yaşadığı evdə saxlaması ilə bağlı məlumat daxil olduğundan 29 sentyabr 2024-cü il tarixdə Qazax RPŞ-in rəisinin əmri əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə əməliyyat qrupu təşkil olunmuş və 29 sentyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində Qazax RPŞ-in Cinayət Axtarış bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı Qazax Dövlət Sosial X7 şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən yataqxanasına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın üçüncü mərtəbəsində yerləşən mənzilə qalxaraq qapını döymüşlər. Görünüşü əvvəlcədən əməliyyat məlumatı əsasında onlara məlum olan Təqsirləndirilən şəxs qapını açdıqdan sonra onlar özlərini təqdim edib gəlişimin mahiyyətini izah etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında həmin mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 onun qaçması ehtimalının və ya qeyri-adekvat hərəkətlər etməsi ehtimalının qarşısını almaq üçün onun qollarından tutaraq saxlamışlar. O, yenə də özünü və qrupun digər üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona şübhənin mahiyyəti izah olunduqdan sonra onun tərəfindən ona üzərində və yaşadığı mənzildə qanunsuz predmet varsa təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra isə onun qolları sərbəst buraxılmışdır. O, isə yaşadığı mənzilin sol tərəfində yerləşən divanın arxasından bir ədəd göy-qəhvəyi rəngli idman çantasını çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə marixuana və odlu silah olmasını bildirmişdir. Bundan sonra isə həmin idman çantası onun tərəfindən açılmış və içərisində bir ədəd qara rəgli polietilen torbada narkotik vasitə marixuanaya bənzər kütlə, digər polietilen torbada isə avtomat silahına bənzər predmet və komplekt hissələri aşkar edilmişdir. Daha sonra isə həmin silaha bənzər predmet, onun komplekt hissələri və narkotik vasitəyə bənzər kütlə tərəfindən qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə onlar həmin predmetləri və Təqsirləndirilən şəxs bilavasitə təqdim etmək üçün Qazax RPŞ-in inzibati binasına aparmışlar. Orada isə xidməti otaqların birində təhqiqatçı İsgəndər Qasımov onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini izah etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib, müdafiəçi qismində Qazax rayon Vəkil Bürosunun üzvü X5 təyin etdikdən sonra, video çəkiliş aparılmaqla onların və müdafiəçi Pərvin Əhmədovun iştirakı ilə onlar tərəfindən götürülərək təqdim edilmiş predmetlərə və Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış və şəxsi axtarış keçirilməsi başlanmışdır. Torbalardan birində spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin kütlələrin nə olması ilə bağlı suala Təqsirləndirilən şəxs şifahi cavab verərək həmin kütlənin narkotik vasitə marixuana olmasını, təxminən 2 (iki) ay əvvəl Kür çayının Qazax rayonu Yuxarı Salahlı kənd ərazisində keçən hissəsində çətənə bitkisinin yarpaqlarını toplayıb şəxsi istifadəsi üçün saxlamasını bildirmişdir. Digər torbada aşkar edilmiş silaha bənzər predmet və onun komplekt hissələri ilə bağlı isə şifahi suala cavab olaraq həmin predmetin “AK” markalı odlu avtomat silahı olmasını, bir müddət əvvəl Qazax rayonu ərazisində yerləşən “Omonların meşəsi” adlanan yerdə tapmasını və yaşadığı evdə saxlamasını bildirmişdir. Onun üzərinə daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış aparılsa da, heç bir qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra isə narkotik vasitəyə bənzər olan kütlə elektron tərəzidə ölçüldükdən sonra təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Digər torbada aşkar edilmiş silaha bənzər predmet və onun komplekt hissələri də eyni qaydada qablaşdırılaraq müvafiq ekspertiza təyin edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 3/1561 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülərək tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı, seriyanömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın lülə qutusunun sol ön səthində və çaxmaq çərçivəsinin üzərindəki zavod nömrə nişanlarını həkk olunduğu sahələr sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən silahın istehsal ilini və seriya-nömrəsinin ilkin mətnini müəyyən etmək mümkün deyil. Silahın lülə qutusunun qapağının arxa tərəfində, çaxmağının üzərində və qaz borusunun alt tərəfində seriya nömrəsinin son üç rəqəmini bildiriən “100” rəqəmləri həkk edilmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK-74 (“AK-74 M”, “AKS-74 U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 5,45 x 39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Sandıqçanın üzərində istehsal ilinə dair hər hansı yazı-işarə olmadığından istehsal tarixini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 21 (iyirmi bir) ədəd patron keçmiş SSRİ-də 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK- 74” (“AK-74 M”, “AKS-74”, “AKS-74 U”) markalı avtomat silahlarda , “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və sait yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 7/1628 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülərək tədqiqata təqdim edilmiş təmiz çəkisi 405,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 03 dekabr 2024-cü il tarixli 1929 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması, şəxsi axtarış keçirilməsi” haqqında 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun yaşadığı evdən aşkar edilmiş predmetlərin “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı avtomat silahı, 30 (otuz) ədəd 5,45 x 39 mm kalibrli patron tutumuna malik olan sandıqça, 21 (iyirmi bir) ədəd patron və 405,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı bir müddət əvvəl Kür çayının Qazax rayonu Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində bitmiş kolların yarpaqlarından hazırladığını, silah və onun komplekt hissələrini isə Qazax rayonu ərazisində yerləşən “Omonların meşəsi” adlanan ərazidə tapdığını və yaşadığı evə gətirərək saxladığını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən əldə edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 24 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri (20 faiz) cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarıın 1.5-ci bəndinə əsasən 19 iyul 2016-cı il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa o, Qazax rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, 27 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Qazax rayon məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 02 fevral 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi 02 fevral 2023-cü il tarixdən bir il keçdikdən, yəni üzərində olan məhkumluq ödənildiyi və götürüldükdən sonra 29 sentyabr 2024-cü il tarixdə ibtidai istintaqı aparılan Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədən zaman Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs olmuşdur. İş materiallarından görünür ki, X2 daxil olmuş 07 oktyabr 2024-cü il tarixli sənədlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin 2021-ci ildən xəstəxanada narkoloji kabinetdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(023)-29/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Qazax RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan və xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20-də tutularaq Qazax RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(023)-29/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı təzələnməşdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasını Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Qazax RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor, hədə-qorxu,fiziki-psixoloji təzyiqlərə, qəddar, qeyr-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmadığından toplanmış 11/772-C-25 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün ibtidai istintaq verdiyi etirafedici ifadəsi ilə yanaşı, həmçinin məhkəmədə dindidirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsi digər mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ailəsini yeganə dolandıran şəxs olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmalı, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 31 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- Qazax RPŞ-nin maddi sübutlar anbarında saxlanılan, ekspertiza tədqiqindən sonra qalmış qalmış 404,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, “Kalaşnikov” konstruksiyalı, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı olan “AK-74” markalı avtomat, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 (otuz) ədəd patron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və 15 ədəd patronlar Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 136 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin maddi sübutlar anbarında saxlanılan 404,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, “Kalaşnikov” konstruksiyalı, seriya nömrəsi silinmiş yivli odlu avtomatik döyüş silahı olan “AK-74” markalı avtomat, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74U”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd patron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və 15 ədəd patronlar Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 136 (yüz otuz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu, hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-29/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-29/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver