Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-3/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Qazax rayonu Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 4000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəmiş, Qazax rayonu, Aşağı Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 8119,90 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,15 manat məbləğində pulun alınaraq “Mətanət A” şirkətinin xeyrinə ödənilməsinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(023)-2306/2017 saylı, 141580,40 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-2974/2018 №-li və 6500,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 oğluna ödənilməsinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-853/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və inzibati qaydada 1000,00 manat məbləğində cərimə olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borclarını tələbkarlara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmişlərə qeyd edilən məbləqlərdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2017-ci ildə tanış olmuş, Bəhrəmtəpə-Yevlax-Mingəçevir yolunun tikinitisi ilə əlaqədar Zərərçəkmiş şəxs1 ilə birgə işləmiş, iş görmək üçün pul lazım olduğu üçün sonuncudan hissə-hissə 50000,00 manat pul almış, sonra həmin borca dair notariusda xx.xx.2017-ci il tarixli kredit müqaviləsini imzalamışlar. Bundan sonra gördüyü işlərlə bağlı xx.xx.2017-ci il tarixdə borc haqqında razılaşmaya imza etmiş, həmin sənədə əsasən onun Zərərçəkmiş şəxs1 88000,00 manat borcu yaranmışdır, lakin bu pulu nəqd olaraq almamışdır. Tikinti işində zərərə uğramış və bu səbəbdən Zərərçəkmiş şəxs1 ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı məhkəmədə iddia qaldırılmış və Bakı Şəhəri Səbayıl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-2974/2018 nömrəli qətnaməsi ilə cavabdeh kimi ondan Bakı Şəhəri 28 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50000,00 manat pulun, xx.xx.2017-ci il tarixli borc haqqında razılaşma aktına əsasən 88000,00 manat pulun, əldən çıxmış faydaya görə 3450,00 manat, hüquqi xidmətə görə ödənilən 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub iddiaçı kimi Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs1 10000 manat ödəniş etmişdir. Hazırda Zərərçəkmiş şəxs1 ümumi 131580 manat borcu qalmışdır. xx.xx.2016-cı il tarixdə “Mətanət A” şirkəti ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən 8019,90 manat məbləğində müxtəlif tikinti materiallarını almış, lakin biznesdə işləri pis getdiyi üçün aldığı malın dəyərini ödəyə bilməmişdir. Həmin borcdan 3000 “Mətanət A” şirkətinə ödəniş etmiş, 5119,90 manat borcu qalmışdır. 2016-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 təxminən 6500,00 manat məbləğində aldığı sementə dair notariat kontorunda borcu olması barədə imza etmişdır. Müqaviləyə əsasən bu borcu 1 ay müddətində qaytarmalı idi, lakin gördüyü işlərə görə pullarını ala bilmədiyi üçün Zərərçəkmiş şəxs2 da borcu qaytara bilməmişdir. Bu qətnamə üzrə Zərərçəkmiş şəxs2 3500 manat ödəniş etmiş, 3030 manat borcu qalmışdır. Əməlindən peşman olmaqla, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüququ şəxs «Mətanət-A» şirkətinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 8019,90 manat məbləğində şirkətin istehsal etdiyi müxtəlif tikinti materiallarını almışdır. Lakin Təqsirləndirilən şəxs aldığı malın dəyərini ödəmədiyi üçün şirkət həmin pulun qaytarılması üçün məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-2306/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 8119,90 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,15 manat məbləğində pulun alınaraq “Mətanət A” şirkətin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödəməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC adlı müəssisəsi var, həmçinin tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs həmin borcdan 2990 manat ödəmişdir. Hazırda ona Zaurun «Mətanət-A» şirkətinə cəmi 5200 manat borcu var. Təqsirləndirilən şəxs şikayətçidir, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fərdi sahibkar kimi biznes fəaliyyəti ilə məşğul olur, 2016-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə başqa şəxsin vasitəsi ilə tanış olmuşdur. 2017-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs semet lazım olmuş, o Bakı şəhərində sement zavodla öz adından müqavilə bağlayaraq 01 ədəd sement kisəsini 4,20 manat olmaqla 6500,00 manat dəyərində sement almış və Təqsirləndirilən şəxs vermişdir. Sonralar həmin zavodun sahibi ona zəng edərək bildirmişdir ki, onun götürdüyü sement 3,20 manata zavoda təklif edilir. Bu barədə o Zaura bildirmiş və aralarında mübahisə yaranmışdır. Daha sonra Zaurdan sementin dəyəri olan 6500 manat borcu istəmiş, Zaur müxtəlif bəhanələr gətirərək borcu ödəməmiş, borcu qaytaracağına söz vermiş, lakin borcu yalan vədlər verərək borcunu qaytarmamışdır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs indiyədək həmin borcdan 2500 manat ödəniş etmişdir. Hazırda Zaurun ona 4000 manat borcu var. Borcunu tələb edir. Zaurdan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı Şəhər 19 saylı vəkil bürosunun vəkili Nümayəndə2 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 141580,4 manat borcu yaranmış, Təqsirləndirilən şəxs borcdan 10000 manat ödəniş etmişdir. X1 Qurbanova 131580,4 manat borcu vardır. Təqsirləndirilən şəxs həmin borcu ödəmir. Ona görədə Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisidir. Qazax Rayon Məhkəməsinin 2(023)- 2306/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 8119,90 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 12,15 manat alınaraq tələbkar “Mətanət A” şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi icraata daxil edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş və bu barədə borclunun ünvanına bildiriş göndərilmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2974/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasən borclu Təqsirləndirilən şəxs ümumilikdə 141580,40 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş və bu barədə borclunun ünvanına bildiriş göndərilmişdir. Bundan başqa Qazax Rayon Məhkəməsinin 2(023)-853/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasən borclu Təqsirləndirilən şəxs 6500,00 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil edilmiş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün 10 gün müddət verilmiş və bu barədə borclunun ünvanına bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs hər üç icra sənədi üzrə qərar və bildirişi qəbul etsə də, icra sənədlərinin icrasını təmin etməmişdir. İcra vərəqələri üzrə tələbin icrasının qısa müddət ərzində borclu tərəfindən yerinə yetirilməsi barədə dəfələrlə borclunun ünvanına rəsmi xəbərdarlıqlar göndərilmiş, icra şöbəsinə dəvət edilərək izahatı alınmış, Qazax Rayon Məhkəməsinin qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbləri izah edilmiş və cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenə də, Qazax Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000,00 manat miqdarında cərimə edilmiş, buna baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarlara heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-2306/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 8119,90 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,15 manat məbləğində pulun alınaraq “Mətanət A” şirkətin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-2974/2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 141580,40 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-853/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 6500,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədindəki tələbləri icra etməsi üçün xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağcabədi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. Qazax Rayon İcra və Probasiya şöbəsinin verdiyi 07 iyul 2023-cü il tarixli, 65 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü üzrə ona təyin edilmiş 4000 manat cəriməni xx.xx.2021-ci il tarixdə tam olaraq dövlət büdcəsinə ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimlan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapıladək dayandırılmışdır. Qazax RPŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli, 3-13-88/2-3026/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon ərazisində saxlanılaraq Qazax RPŞ-nə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Qazax RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 11-21/140 saylı, xx.xx.2021-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Aşağı Salahlı kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərə olan borcunun bir hissəsini ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini və ödənilməmiş borcun məbləğini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-3/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-3/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver