Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-30/2023 21.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 Zeynalabdi oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qazax rayonu, Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Qazax şəhərinin ərazisini əhatə edən Qazax bələdiyyəsinə xx.xx.2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv seçilməklə bələdiyyənin xx.xx.2015-ci il tarixli iclas protokoluna əsasən səlahiyyətləri tanınmış və xx.xx.2017-ci il tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilmiş, növbəti xx.xx.2019-cu il tarixdə keçirilən seçkilərdə bələdiyyə üzvü və xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2018-ci il tarixli 11 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qazax rayonunun X1”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1- 3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanmış bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına baxmayaraq, cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə Qazax bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə etməklə mənimsəmək məqsədilə 2017-ci ilin iyul ayından 2020-ci ilin avqust ayınadək olan müddət ərzində Qazax şəhəri ərazisində bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, vahid tamah niyyətilə öz imzası və üzərində “Azərbaycan Respublikası Qazax bələdiyyəsi” sözləri yazılan dairəvi möhürlə təsdiq etdiyi, məzmununa guya bələdiyyədə iclasın bütün bələdiyyə üzvlərinin iştirakı ilə keçirilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etdiyi Qazax şəhərində abadlıq və ya təmir-tikinti işlərinin aparılmasına, habelə həmin işlərin yerinə yetirilməsinə görə pul vəsaitinin bələdiyyənin bank hesabından, yaxud bələdiyyə xəzinəsindən fiziki və ya hüquqi şəxslərə nağd olaraq verilməsinə və ya nağdsız formada bank hesabına köçürülməsinə dair qərar qəbul edilməsi ilə bağlı rəsmi sənəd hesab olunan 24 ədəd iclas protokolunu, o cümlədən, xx.xx.2017-ci il tarixli 40 №-li, xx.xx.2018-ci il tarixli 05 №-li, xx.xx.2018-ci il tarixli 14 №-li, xx.xx.2018-ci il tarixli 16 №-li, xx.xx.2018-ci il tarixli 18 №-li, xx.xx.2018-ci il tarixli 19 №-li, xx.xx.2018-ci il tarixli 20 №-li, xx.xx.2018-ci il tarixli 22 №-li, xx.xx.2018-ci il tarixli 31 №-li, xx.xx.2018-ci il tarixli 36 №-li, xx.xx.2018-ci il tarixli 41 №-li, xx.xx.2018-ci il tarixli 43 №-li, xx.xx.2018-ci il tarixli 45 №-li, xx.xx.2018-ci il tarixli 46 №-li, xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 03 №-li, xx.xx.2019cu il tarixli 07 №-li, xx.xx.2019-cu il tarixli 09 №-li, xx.xx.2019-cu il tarixli 12 №-li, xx.xx.2019-cu il tarixli 25 №-li, xx.xx.2019-cu il tarixli 29 №-li, xx.xx.2019-cu il tarixli 45 №li, xx.xx.2019-cu il tarixli 47 №-li, xx.xx.2020-ci il tarixli 05 №-li iclas protokollarını tərtib edib təsdiq etməklə saxtalaşdırıb, tərtib etdiyi həmin saxta sənədlərə əsasən Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar şəhərin H.Əliyev prospekti, Azadlıq küçəsi, Nərimanov qəsəbəsi və digər ünvanlarda yerləşən yaşayış binalarının və körpələr evinin əsaslı təmir olunması, qeyd olunan küçə və prospektlərdə, habelə “Ədəbiyyat muzeyi”nin ətrafında, Şəhidlər Xiyabanında, “Təyyarə” meydanında, “Fəxri Qazaxlılar”, “Dədə Qorqud”, “S.Vurğun”, “Mehdi Hüseyn”, “İsmayıl Şıxlı” adına olan parkda və digər parklarda əsaslı təmir-tikinti və abadlıq işlərinin görülməsi, o cümlədən, tamet daşlarının və bardürlərin alınıb quraşdırılması, dekorativ güllərin və kolların, şam ağaclarının, qazon örtüyünün alınıb əkilməsi, dövlət bayrağının alınması, təmiri və digər işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün Qazax bələdiyyəsinin hesabından qeyd olunan işləri yerinə yetirən və xidmətləri göstərən şəxslərin hesabına pul köçürülməklə, 2017-ci ilin iyul ayından 2020-ci ilin avqust ayınadək olan müddət ərzində guya təmir-tikinti və abadlıq işlərinin aparılması ilə əlaqədar Qazax bələdiyyəsinin (VÖEN № **********) "xxxx" ASC-nin Qazax filialında olan AZ51İBAZ******************** saylı və "xxxx" ASC-nin Qazax şöbəsində olan AZ56TURA**********470011 4944 saylı hesabından müxtəlif şəxslərə məxsus hesablara pul vəsaitlərini köçürüb, qeyd edilən abadlıq və təmir işlərini yerinə yetirməyib, hesabına pul köçürülmüş şəxslərin pul vəsaitlərini bankomatdan çıxardıqdan sonra özünə təqdim etmələrinə nail olmaqla, o cümlədən, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar parklara 2.000 ədəd qızılgül kolu və 1.980 kv.metr sahədə qazon alınıb əkilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq və göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli forma 2 №-li aktla, həmçinin Qazax şəhərində yerləşən “Səməd Vurğun” parkına 10.425 ədəd şimşək kolu alınıb əkilməsi və Qazax şəhəri Mərkəzi parkında 550 kv.metr sahədə yeni tamet daşlarının döşənməsi məqsədilə göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid17 "xxxx" ASC-də olan AZ98TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.524 manat, xx.xx.2018-ci il tarixdə 15.154 manat, habelə sonuncunun direktoru olduğu "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ07İBAZ**********3353 123254 saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.476 manat və "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ13TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.318 manat olmaqla, ümumilikdə 61.472 manat məbləğində pul köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, köçürülmüş 61.472 manat pul vəsaitindən Şahid17 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə 2018-ci ilin may ayında 30.374 manat və 2018-ci ilin iyun ayında 30.630 manat olmaqla, ümumilikdə 61.004 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Qazax şəhəri, Azadlıq küçəsində Hərbi Komissarlığın qarşısından “Fəxri Qazaxlılar” parkına qədər yolun sağ və sol hissəsində 750 metr məsafədə köhnə bardürlərin sökülüb yenisi ilə əvəz olunması məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli forma 2 №-li aktla, Qazax şəhərində yerləşən “Dədə Qorqud” parkında 410 kv.metr sahədə yeni tamet daş döşənməsi, 235 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz olunması, Qazax şəhərində yerləşən parklarda səkilərdə 310 kv.metr sahədə yeni tamet daş döşənməsi, 300 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz olunması, Qazax şəhəri, H.Əliyev prospektində 310 kv.metr sahədə yeni tamet daş döşənməsi, 300 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz oluması və Qazax şəhəri, H.Əliyev prospektində 540 kv.metr sahədə yeni tamet daş döşənməsi məqsədilə göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid24 "xxxx" ASC-də olan AZ47İBAZ******************** saylı hesabına xx.xx.2017-ci il tarixdə 2.000 manat, xx.xx.2017-ci il tarixdə 1.520 manat, xx.xx.2017-ci il tarixdə 10.080 manat, xx.xx.2017-ci il tarixdə 6.120 manat, xx.xx.2017-ci il tarixdə 6.120 manat, xx.xx.2017-ci il tarixdə 2.700 manat, xx.xx.2018-ci il tarixdə 4.860 manat, xx.xx.2018-ci il tarixdə 4.950 manat, xx.xx.2018-ci il tarixdə 4.950 manat, xx.xx.2018-ci il tarixdə 2.250 manat, xx.xx.2018-ci il tarixdə 1.350 manat, xx.xx.2018-ci il tarixdə 6.000 manat, xx.xx.2018-ci il tarixdə 15.007 manat olmaqla, cəmi 67.907 manat və "xxxx" ASC-də olan AZ80TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 5.311 manat, xx.xx.2018-ci il tarixdə 15.473 manat, xx.xx.2018-ci il tarixdə 15.345 manat, xx.xx.2018-ci il tarixdə 3.100 manat olmaqla 49.229 manat olmaqla, ümumilikdə 117.136 manat pul köçürülüb, göstərilən işlərin 24.000 manatlıq hissəsi yerinə yetirilməyərək, köçürülmüş 117.136 manat pul vəsaitindən Şahid24 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə xx.xx.2017-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hər dəfə 1.500 manat olmaqla, cəmi 3.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat, xx.xx.2018ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat olmaqla, ümumilikdə 24.000 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Qazax şəhəri, H.Əliyev prospekti 175 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60 ədəd pəncərə bloklarının yeni plastik pəncərə ilə əvəz olunması və quraşdırılması, H.Əliyev prospekti 175 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 60 ədəd pəncərə bloklarının yeni plastik pəncərə ilə əvəz olunması və quraşdırılması və H.Əliyev prospekti 175 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının pəncərə bloklarının 600 kv.metr, pəncərə dəyərinin 60 kv.metr dəyişdirilərək yenisi ilə əvəz olunması məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il xx.xx.2018-ci il tarixli, forma 2 №-li aktlarla, habelə Qazax şəhər 6 saylı körpələr evinin əsaslı təmir olunması, yəni daxili divar səthində suvaq qatının hissəvi təmiri və rənglənməsi, pəncərələrin köhnə boyadan təmizlənib yağlı boya ilə rənglənməsi, xarici divar səthində suvaq qatının hissəvi təmiri məqsədilə göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid25 "xxxx" ASC-də olan AZ87TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.337 manat, xx.xx.2018-ci il tarixdə 15.493 manat, xx.xx.2018-ci il tarixdə 15.477 manat və xx.xx.2018-ci il tarixdə 15.500 manat olmaqla, ümumilikdə 61.807 manat məbləğində pul köçürülüb, göstərilən işlərin 12.000 manatlıq hissəsi yerinə yetirilməyərək, köçürülmüş 61.807 manat pul vəsaitindən Şahid25 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hər dəfə 3.000 manat olmaqla, ümumilikdə 12.000 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhərində yerləşən Qazax bələdiyyəsinin inzibati binasındakı xidməti otağında almaqla, eyni niyyətlə, Qazax şəhəri, H.Əliyev prospektində yerin daş döşəməsinin 390 kv.metr sahəsinin yeni tamet daşla əvəz olunması, güllüklərin kənarında 280 kv.metr sahəsi bardürlərin dəyişdirilərək yenisi ilə əvəz olunması, Qazax şəhəri, Nərimanov qəsəbəsi 1, 2 və 3 saylı yaşayış binasının xarici divar səthinin suvaq qatının 795 kv.metr, daxili suvaq qatının 100 kv.metr, daxili divarların 100 kv.metr, fasad hissəsinin 790 kv.metr sahədə emusiya ilə rənglənərək əsaslı təmir olunması, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar “Təyyarə” meydanının ərazisində 116 ədəd küknar ağacının alınıb əkilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid19 "xxxx" ASC-də olan AZ42TURA**********8500 114944 saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.560 manat, xx.xx.2018-ci il tarixdə 15.428 manat, xx.xx.2018-ci il tarixdə 11.600 manat olmaqla, ümumilikdə 42.588 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, köçürülmüş 42.588 manat məbləğində pul vəsaitindən Şahid19 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə xx.xx.2018-ci il tarixdə 14.560 manat, xx.xx.2018-ci il tarixdə 14.428 manat və xx.xx.2018ci il tarixdə 11.100 manat olmaqla, ümumilikdə 40.088 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Qazax şəhərində yerləşən Ədəbiyyat muzeyinin ətrafında yerin daş döşəməsinin 380 kv.metr sahədə yeni tamet daşlarla, güllüklərin kənarında 290 kv.metr sahədə bardürlərin yenisi ilə əvəz olunması, H.Əliyev prospektinin sağ və sol hissəsindəki, eləcə də mərkəzi yol ayrıcındakı səkilərə 2.150 ədəd mövsümi güllər və 1.590 ədəd şimşək kollarının alınıb əkilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid20 "xxxx" ASC-də olan AZ60TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.500 manat, xx.xx.2018-ci il tarixdə 11.865 manat olmaqla, ümumilikdə 27.365 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, köçürülmüş 27.365 manat pul vəsaitindən Şahid20 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə xx.xx.2018-ci il tarixdə 14.900 manat və xx.xx.2018-ci il tarixdə 11.265 manat olmaqla, ümumilikdə 26.165 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar parklara 4.070 kv.metr qazon yaşıl ot örtüyünün alınıb əkilməsi, Qazax şəhərində yerləşən parklara 280 ədəd şimşək və 3.350 ədəd qızılgül kollarının alınıb əkilməsi, “Qələbə” parkında 1690 kv.metr sahədə qazon salınması və 2250 ədəd qızılgülün alınıb əkilməsi, Qazax şəhərində yerləşən “mal bazarı” ərazisinin ətrafındakı yolların və nəqliyyat dayanacağının xır materialı ilə düzəldilməsi və qreyderlə hamarlanması, Qazax şəhəri, H.Əliyev prospektinə 6.000 ədəd həmişəyaşıl şimşək kollarının əkilməsi və həmin ərazidə ağacların budanması, gövdə hissələrinin ağardılması və həmin ərazidən tullantıların daşınaraq abadlıq işlərinin aparılması, Qazax şəhərinin müxtəlif yerlərində magistral yol kənarlarına 730 ədəd şam ağacının alınıb əkilməsi, 730 ədəd taxta dirəklərin alınaraq ağacların diblərinə basdırılması və bağlanması, eləcə də H.Əliyev prospektinin sağ və sol hissəsindəki, eləcə də mərkəzi yol ayrıcındakı səkilərə 800 ədəd şimşək və 900 ədəd qızılgül kollarının alınıb əkilməsi, H.Əliyev prospektində yerin daş döşəməsinin 150 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 300 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi, H.Əliyev prospektində yerin daş döşəməsinin 140 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 300 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi, H.Əliyev prospektində yolun səki hissələrinə və parka 1790 kv.metr sahədə qazon yaşıl ot örtüyünün alınıb əkilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli forma 2 №-li aktlarla, habelə Qazax rayonu, Ağköynək kəndi ərazisində Qazax şəhərinin tullantılarının məhv edilməsi üçün ayrılmış ərazinin 937 kv.metr sahəsində dəmir dirəklər, 1500 kv.metr sahəsinin dəmir torlar ilə hasarlanması, H.Əliyev prospektində yolun sağ və sol hissəsindəki, eləcə də, mərkəzi yol ayrıcındakı səkilərə 3.800 ədəd dekorativ kollar alınması və 2.850 ədəd dekorativ güllər əkilməsi, ünvan 5 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki xeyir-şər evinin suvaq qatının 100 kv.metr sahədə hörülməsi, daxili suvaq qatının 210 kv.metr sahədə suvanması, daxili divarların 210 kv.metr sahədə emusiya ilə boyanması, damda 200 kv.metr-lik dəmir şəbəkənin quraşdırılması, dəmir dam örtüyünün 200 kv.metr sahədə dəyişdirilməsi, 150 kv.metr sahədə plastik pəncərələrin quraşdırılması və “İsmayıl Şıxlı” parkında yerin daş döşəməsinin 100 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 200 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi məqsədilə göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid21 rəhbərlik etdiyi “Elvin AS X19” MMC-nin "xxxx" ASC-də olan AZ25TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.466 manat, xx.xx.2018-ci il tarixdə 15.540 manat, xx.xx.2019-cu il tarixdə 19.700 manat, xx.xx.2019-cu il tarixdə 11.970 manat, xx.xx.2019-cu il tarixdə 18.694 manat, xx.xx.2019-cu il tarixdə 11.390 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 22.000 manat, xx.xx.2019-cu il tarixdə 5.400 manat, xx.xx.2019-cu il tarixdə 6.300 manat, xx.xx.2019-cu il tarixdə 10.420 manat, xx.xx.2019-cu il tarixdə 10.310 manat, xx.xx.2019-cu il tarixdə 7.160 manat, xx.xx.2019-cu il tarixdə 11.680 manat olmaqla və "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 12.996 manat olmaqla, ümumilikdə 179.626 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, köçürülmüş 179.626 manat pul vəsaitindən Abdi Yaqubaliyev tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə 2018-ci ilin may ayında 14.966 manat, 2018-ci ilin iyun ayında 28.036 manat, 2019-cu ilin yanvar ayında 27.670 manat, 2019-cu ilin fevral ayında 30.184 manat, 2019cu ilin mart ayında 21.000 manat, 2019-cu ilin may ayında 4.900 manat, 2019-cu ilin iyun ayında 5.800 manat, 2019-cu ilin iyul ayında 9.920 manat, 2019-cu ilin avqust ayında 9.810 manat, 2019-cu ilin oktyabr ayında 18.340 manat olmaqla, ümumilikdə 170.626 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Bayraq Meydanında asılmış bayrağın yenisi ilə əvəz edilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid23 "xxxx" QSC-də olan AZ67ACAB**********0000 481049 saylı hesabına xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 530 manat, xx.xx.2018-ci il tarixdə 1.000 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 210 manat, xx.xx.2019cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il 1.000 manat olmaqla, ümumilikdə 11.040 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlərin 2.000 manatlıq hissəsi yerinə yetirilməyərək, köçürülmüş 11.040 manat pul vəsaitindən Şahid23 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə 2018-ci ilin mart, may və iyul aylarında hər dəfə 300 manat olmaqla, cəmi 900 manat, 2019-cu ilin iyul ayında 350 manat və 2019-cu ilin noyabr ayında 750 manat olmaqla, ümumilikdə 2.000 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eləcə də, predmetinə guya işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsinin aid olduğu müqaviləni formal olaraq bağlamaqla Qazax bələdiyyəsinin (VÖEN № **********) "xxxx" ASC-nin Qazax filialında olan AZ51İBAZ******************** saylı və "xxxx" ASC-nin Qazax şöbəsində olan AZ56TURA**********470011 4944 saylı hesabından Qazax şəhərində yerləşən parklarda 48 dekorativ ağacın, 1.208 ədəd şimşək kolunun və 1.140 kv.metr sahədə qazon örtüyünün alınıb əkilməsi və Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar parklarda 15.520 ədəd həmişəyaşıl şimşək kollarının alınıb əkilməsi məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla, habelə Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar parklarda 1.800 ədəd həmişəyaşıl şimşək kollarının, 2.000 ədəd dekorativ ağacların, 750 kv.metr sahədə qazon yaşıl ot örtüyünün alınıb əkilməsi məqsədilə Sabir Məhərrəmov, Şahid14, Şahid15, Şahid11 və bələdiyyənin sektor müdiri Şahid16 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə Şahid18 "xxxx" ASC-də olan AZ60TURA******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.520 manat, xx.xx.2018-ci il tarixdə 13.839 manat və xx.xx.2018-ci il tarixdə 6.250 manat olmaqla, ümumilikdə 35.609 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, Şahid18 tərəfindən bankomatdan çıxarılmış vəsait üzrə xx.xx.2018ci il tarixdə 15.520 manat, xx.xx.2018-ci il tarixdə 13.839 manat və xx.xx.2018-ci il tarixdə 6.250 manat olmaqla, ümumilikdə 35.609 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar parklarda quraşdırılmış tamet döşəmənin yenisi ilə əvəz olunması və “Mehdi Hüseyn” parkında yerin daş döşəməsinin 340 kv.metr sahəsinin yenilənərək yeni tamet daşının döşənməsi, 240 kv.metr güllüklərin kənarında bardürlərin dəyişdirilərək yenisi ilə əvəz olunması məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il və xx.xx.2018-ci il, habelə Qazax şəhərində yerləşən parklarda 4.225 ədəd mövsümi dekorativ güllərin alınıb əkilməsi ilə əlaqədar göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə X6 "xxxx" ASC-də olan AZ46TURA ******************** saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.540 manat, xx.xx.2018-ci il tarixdə 15.479 manat və xx.xx.2018ci il tarixdə 8.450 manat olmaqla, ümumilikdə 39.469 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, həmin vəsaitdən Göyçək Cəfərova tərəfindən hesabdan çıxarılmış 2018-ci ilin iyun ayında 15.540 manat, 2018-ci ilin iyul ayında 15.479 manat və 2018-ci ilin dekabr ayında 8.450 manat olmaqla, ümumilikdə 39.469 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla, eyni niyyətlə, H.Əliyev parkında tamet döşəmənin 650 kv.metr sahədə yenisi ilə əvəz olunub quraşdırılması məqsədilə bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunaraq göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli forma 2 №-li aktla rəsmiləşdirilməklə X7 "xxxx" ASC-də olan AZ11TURA**********650011 4944 saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.435 manat məbləğində pul vəsaiti köçürülüb, göstərilən işlər yerinə yetirilməyərək, həmin vəsaitdən İlham Cəfərov tərəfindən hesabdan çıxarılmış vəsait üzrə 2018-ci ilin iyun ayında 15.435 manat məbləğində pul vəsaitini sonuncudan Qazax şəhəri ərazisində almaqla ələ keçirib, habelə, bələdiyyənin Qazax şəhəri, H.Əliyev prospekti 177 ünvanında yerləşən xəzinəsindən guya işlərin yerinə yetirilməsi ilə əlaqədar məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı qüsur aktı və smeta kimi sənədlər əsasında tərtib olunaraq bələdiyyə sədri kimi özü tərəfindən təsdiq olunub, göstərişi ilə Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar dekorativ gül kollarının alınması, güllərin qorunması üçün ziyanvericilərə qarşı dərmanların alınması, Qazax rayonu, İkinci Şıxlı kəndində əkilməsi üçün güllərin alınması ilə əlaqədar göstərişi ilə bələdiyyədə təsdiq olunmuş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli forma 2 №-li aktlarla rəsmiləşdirilməklə 2017-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan müddət ərzində cinayətdən xəbərsiz Şahid26 nağd olaraq verilmiş 15.583 manat və xx.xx.2018-ci il tarixdə cinayətdən xəbərsiz Şahid27 nağd olaraq verilmiş 7.000 manat məbləğində olmaqla, Qazax bələdiyyəsinin xəzinəsindən Qazax bələdiyyəsinin texniki Şahid26 və operatoru Şahid27 nağd olaraq verilmiş cəmi 22.583 manat məbləğində pul vəsaitini sonuncuların ona həmin rayon ərazisində təqdim etməsinə nail olmaqla ələ keçirib, qeyd edilən qaydada Qazax bələdiyyəsinin büdcəsindən ümumilikdə 448.979 manat məbləğində pul vəsaitini forma 2 №-li aktlarda göstərilən işlərə və xidmətlərə xərcləməyib, 2017-ci ilin iyul ayından 2020-ci ilin avqust ayına qədər olan müddət ərzində ələ keçirməklə, cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edildiyi əməli üzrə Qazax bələdiyyəsinə məxsus olmaqla ona etibar olunmuş cəmi 448.979 (dörd yüz qırx səkkiz min doqquz yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması ilə əlaqədar Qazax bələdiyyəsinin lokal səviyyədə qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, bu məqsədlə ayrılmış pul vəsaitlərinin düzgün yönəldilməsi, sərf edilməsi və görülmüş işlərin yerli xarakterli sənədlərə uyğun obyektiv qiymətləndirilib təhvil alınması və bələdiyyə vəsaitlərinin qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozub, yerli özünü idarəetmə orqanını nüfuzdan salmaqla bələdiyyənin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Qazax bələdiyyəsinə məxsus olan və ona etibar edilmiş bələdiyyənin "xxxx" və "xxxx"da olan hesablarındakı pul vəsaitlərini abadlıq və təmir-tikinti işləri görmək adı ilə ayrı-ayrı şəxslərin və şirkətlərin hesabına köçürərək, bəzilərindən tam olaraq, bəzi fiziki və hüquqi şəxslərdən isə qismən nağdlaşdırmaqla ələ keçirib istintaq orqanına bildirmək istəmədiyi öz şəxsi məqsədləri üçün mənimsəmişdir. Dəymiş zərəri tam olaraq ödədiyi üçün, həmin xüsusatlar üzrə barəsində cinayət təqibinə xitam verilmiş, cinayət işinin qeyd olunan hissəsində cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd etdiyi pul vəsaitlərini mənimsəməkdən ötrü ayrı-ayrı parklarda, prospektlərdə, yaşayış binalarında və digər yerlərdə təmir-tikinti və abadlıq işləri görməkdən ötrü pul vəsaitlərinin köçürülməsini Qazax şəhəri ərazisində bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan özbaşına olaraq tərtib etdiyi iclas protokolları əsasında təmin etmişdir. Həmin əməlləri ilə Qazax bələdiyyəsinin nüfuzuna xələl gətirməklə bərabər, bələdiyyənin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Hazırda törətdiyi cinayət əməllərinə görə peşmandır, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə barəsində olan cinayət təqibinə dəymiş ziyanı ödədiyi üçün, CM-nin 313-cü maddəsi ilə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə2 Zeynalabdi oğlu ifadəsində göstərmişdir ki, Qazax Rayon Bələdiyyəsinin işçisidir. Bələdiyyənin sədri Təqsirləndirilən şəxs tərəfindən Qazax Rayon Bələdiyyəsinə dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2009 və 2014-cü illərdə Qazax Bələdiyyəsinin üzvü seçilmiş, 2019-cu ilin dekabr ayına qədər Qazax Bələdiyyəsinin üzvü kimi fəaliyyətini davam etmişdir. 2014-cü ildə keçirilmiş Bələdiyyə seçkilərindən sonra 15 nəfər bələdiyyə üzvü arasından bələdiyyə sədri və müavinlərinin seçilməsi üçün iclaslarda, 2017-ci ildə Oqtay Hüseynov nəqliyyat hadisəsi törətdikdən sonra, Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilməsi və X13 üzvlüyündən çıxarılması ilə əlaqədar keçirilmiş iclaslarda iştirak etmişdir. Oqtay müəllimin dövründə bələdiyyə üzvləri tez-tez çağrılaraq yığıncaq keçirilmişdir. Təqsirləndirilən şəxs dövründə isə nadir hallarda iclas keçirilmiş, həmin dövrdə bələdiyyə üzvlərinin, həmçinin Təqsirləndirilən şəxs Qazax bələdiyyəsinin sədri seçilməsi, Şahid12 və Sabir Məhərrəmovun sədr müavini seçilməsi ilə əlaqədar iclaslarda iştirak etmiş, həmin iclaslardan başqa heç bir iclasda iştirak etməmişdir. Bələdiyyənin digər üzvləri Şahid5, Elvin Carçiyev, doktor Şahid2, Şahid9, İsgəndər Qurbanov, Şahid7, habelə bələdiyyə qulluqçularından baş mühasib Şahid15, mühasib Şahid13, mühəndis Şahid14 və torpaq müfəttişi Şahid11 tanıyır, Şahid11 əvvəllər Qazax Ərazi Şöbəsində işləmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi işlədiyi dövrdə torpaq sahəsinin ayrılması, mülkiyyətə satılması, müsabiqəyə çıxarılması, bələdiyyə xərcləri və ya digər hər hansı məsələlərlə əlaqədar Bələdiyyə iclaslarına dəvət edilməmiş və qeyd edilən məsələlərə dair iclaslarda iştirak etməmişdir. İştirak etdiyi bələdiyyə iclaslarında yalnız yeni bələdiyyə sədrinin və sədr müavinlərinin seçilməsi, bələdiyyə sədri vəzifəsinin Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti icra edilməsi, Azər müəllimin üzvlükdən çıxarılması məsələləri müzakirə edilmiş, başqa məsələlər müzakirə edilməmiş, səsə qoyulmamış və başqa məsələlərlə bağlı heç bir bələdiyyə üzvü çıxış etməmişdir. Qazax Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 50 saylı iclas protokolunda və digər protokollarda onun çıxış etməsi və digər xüsusatlarla əlaqədar göstərilənlər həqiqəti əks etdirmir. X28 üzvlükdən çıxarılması ilə əlaqədar keçirilmiş iclasda X14 şəhərində abadlıq işləri görülməsinə dair əlaqədar çıxışlar olmuşdur, həmin vaxt da konkret hansısa iş görülməsi və buna görə pul ayrılması bildirilməmişdir. Qazax Bələdiyyəsində işlədiyi dövrdə heç vaxt Bələdiyyədən əmək haqqı və ya digər formada hər hansı məvacib almamışdır. Qazax şəhəri, Yeni yaşayış massivində, eləcə də, Qazax şəhərinin digər yerlərində torpaq sahələrinin normativ bazar qiymətinin hansı məbləğdə olmasını bilməmiş və hazırda da bilmir. Qazax Bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılmasının hansı qaydada həyata keçirilməsi, rüsumların hansı qaydada toplanması, bələdiyyə xərclərinin hansı qaydada rəsmiləşdirilməsi barədə məlumatı yoxdur. Bələdiyyə üzvü olsa da, Qazax Bələdiyyəsində hər hansı işə dəvət edilməmiş və çağırılmamışdır. Qazax şəhərində Qazax Bələdiyyəsinin hesabına hansı işlərin görülməsi və buna görə bələdiyyə büdcəsindən hansı məbləğdə pul vəsaitlərinin xərclənməsi, xərclərin hansı qaydada rəsmiləşdirilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, 2014 və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində Qazax bələdiyyəsinin üzvü seçilmişdir. Təqsirləndirilən şəxs sədrliyi dövründə bələdiyyə üzvlərinin səlahiyyətinin təsdiq olunması və bələdiyyə sədrinin seçilməsi ilə əlaqədar keçirilmiş iclasda iştirak etmiş, həmin iclasdan sonra bir dəfə, yəni 2019-cu ildə bir iclasda iştirak etmək üçün çağırsalar da, həmin vaxt Rusiya Federasiyasında olduğu üçün iclasda iştirak edə bilməmişdir. Cəmi iki iclasa dəvət olunmuş, başqa heç bir bələdiyyə iclasına dəvət olunmamış və iştirak etməmişdir. Qeyd olunanlardan başqa bələdiyyənin hər hansı iclası keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur. Qazax bələdiyyəsinin hazırkı sədri Təqsirləndirilən şəxs, müavini Şahid12dur, əvvəl müavin Sabir Məhərrəmov, baş mühasib Şahid15 olmuşdur, lakin onların hazırda Qazax bələdiyyəsində işləyib-işləməmələrini bilmir. Bələdiyyədə işlədiyi dövrdə əmək haqqı və ya digər formada hər hansı məvacib almamış, ümumiyyətlə Qazax Bələdiyyəsində faktiki olaraq fəaliyyəti olmamışdır. Gündəlik məsələ kimi torpaq sahələrinin mülkiyyətə satılması, torpaq sahələrinin müsabiqəyə çıxarılması və Bayraq meydanında yağış və külək nəticəsində yararsız vəziyyətə düşmüş iki ədəd dövlət bayrağının alınaraq yenisi ilə əvəz edilməsi qeyd edilmiş Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 50 nömrəli iclas protokolunda onun həmin iclasda iştirak etməsi barədə göstərilənlər tamamilə yalandır. Belə ki, o torpaq sahəsinin ayrılması, torpaq sahələrinin mülkiyyətə satılması, torpaq sahələrinin müsabiqəyə çıxarılması, bələdiyyə xərcləri və ifadəsində göstərdiyi iki iclasdan başqa digər hər hansı məsələlərlə əlaqədar bələdiyyə iclaslarına dəvət edilməmiş və digər hər hansı bələdiyyə iclasında iştirak etməmişdir. Qazax şəhərində Qazax bələdiyyəsinin hesabına hansısa işlərin görülüb-görülməməsindən xəbərsizdir. Qazax Bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılmasının hansı qaydada həyata keçirilməsi, rüsumların hansı qaydada toplanması, bələdiyyə xərclərinin hansı qaydada rəsmiləşdirilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və X26 şahid Elvin Carçiyevlə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayından etibarən Qazax bələdiyyəsinin yerquruluşçu mühəndisi vəzifəsində işləyir. Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə meşə təsərrüfatına aid 54 ha torpaq sahəsinin təyinatı dəyişdirilərək bələdiyyə mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin təsdiq olunmuş layihəsinə əsasən orada fərdi yaşayış evlərindən başqa, sosial obyektlərin, o cümlədən, məktəb və bağçanın tikintisi, həmçinin parkın salınması nəzərdə tutulmuşdur. Lakin onun da xəbərdarlıq etməsinə baxmayaraq Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bütün ərazini fərdi yaşayış evinin tikintisi üçün ayırıb satmış, əksər alıcıların pulunu da rəsmiləşdirmə işləri aparılmazdan, hərrac keçirilməzdən əvvəl bələdiyyənin bank hesabına keçirilməsini təmin etməklə əldə etmişdir. Bundan başqa, bəzi şəxslərə bir neçə pay ayırmış, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmasına baxmayaraq, sosial vəziyyəti yaxşı olmayan, şəhid ailəsi, müharibə əlili, müharibə iştirakçısı statusunda olan bütün şəxslərin “Əriklik” adlanan Yeni yaşayış massivində torpaq sahəsi alması hüququnu təmin etməmişdir. Massivdə Xəyyam adlı şəxsə 2 ha, Zeynal adlı şəxsə 0,48 ha və Sevda həkimə 0,5 ha torpaq sahəsin ayrılmasını ayrı-ayrı şəxslərin adına rəsmiləşdirməklə təmin etmişdir. Təqsirləndirilən şəxs və sonuncunun göstərişi ilə özü də torpaq sahələrini satın almağa görə 2018-ci ildə ödəniş etmiş şəxsləri çağırıb 2019-cu ildə keçiriləcək hərracda qalib gəlməsindən ötrü Qazax ərazi şöbəsində keçiriləcək müsabiqədə iştirak etmələrini, ora yaxın qohumlarını və ya tanışlarını aparmalarını bildirmişlər. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə pul vəsaitinin daxil olmasına görə bu işdə maraqlı olmuşdur. Tikinti və abadlıq üçün pul vəsaitləri Qazax bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilmiş, lakin tikinti və abadlıq üçün ayrılan pul vəsaitlərinin mənimsənilməsi barədə məlumatı olmamışdır. Qazax bələdiyyəsi tərəfindən Qazax şəhəri və digər yerlərdə aparılan abadlıq və tikinti işləri ilə bağlı hansı məbləğdə pul xərclənməsini və hansı şirkətlərlə iş görülməsini xatırlamır, ümumiyyətlə tikinti işlərindən məlumatsız olmuş, ona bu barədə məlumat verilməmişdir. Tikinti işləri ilə əsasən Şahid16 maraqlanmış, tikinti işlərinin aparılmasında iştirak etmişdir. Həmçinin, Şahid16 şirkətlərinin hesabına ödənişlər olunmaqla nağdlaşdırılıb tikinti materialları alınmasını da onun özündən eşitmişdir. Şahid11 əlavə ifadəsində göstərmişdir ki, maliyyə sənədlərində Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktlar Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilməklə, S.Məhərrəmovun, Şahid12, Şahid16, Şahid14, Şahid15, Şahid26 və onun imzaları ilə təsdiq edilməsi göstərilsə də, Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktları və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzalamış, həmin aktlar və təmir-tikinti, abadlıq sahəsində digər sənədlər formal xarakter daşımış, həmin işlər faktiki olaraq təhvil alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax bələdiyyəsinin sədr müavini Şahid12 Şahid11la oxşar məzmunlu ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, 2014 və 2019-cu ildə bələdiyyə üzvü və növbəti bələdiyyə iclaslarında bələdiyyə sədrinin müavini seçilmiş və hazırda da həmin vəzifədə işləyir. Qazax şəhəri, Yeni yaşayış massivində yerləşən torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar bələdiyyə iclasları formal şəkildə keçirilmiş, həmin iclaslarda bələdiyyə üzvləri iştirak etməmişdir. Formal xarakterli həmin iclaslarda ondan başqa sədr Təqsirləndirilən şəxs, öldüyü vaxtadək sabiq sədr müavini Sabir Məhərrəmov, dəvət olunan şəxslər qismində isə mühasib Şahid13 və iqtisadçı Şahid15, bəzən isə təqaüdə çıxdığı vaxtadək dəvət olunmuş bələdiyyənin mühəndisi Şahid14 iştirak etmişlər. Təqsirləndirilən şəxs göstərişinə əsasən, bələdiyyənin mühasibi Şahid13 torpaq sahəsi üçün müraciət etmiş şəxslərə bələdiyyənin bank hesabı barədə yazılı məlumat vermiş, müvafiq ödənişlər ödənilmiş, həmin şəxslərin əlaqə nömrələri qeyd edilərək təxminən 1 il sonra torpaq sahəsinin bazar dəyəri qalxdığı vaxt onlara zəng olunaraq, alqı-satqı müqaviləsi bağlamaları və ya Qazax şəhərində 5 ildən artıq qeydiyyatda olmadığı halda hərracda iştirak etmələri ayrı-ayrı bələdiyyə işçiləri tərəfindən bildirilmişdir. O, bələdiyyənin sədr müavini olsa da, hansı ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi barədə məlumatsız olmuş, çünki bütün rəsmiləşdirmə işlərini Təqsirləndirilən şəxs aparmışdır. Qazax bələdiyyəsi tərəfindən Qazax şəhəri və digər yerlərdə aparılan abadlıq və tikinti işləri ilə bağlı hansı məbləğdə pul xərclənməsini, hansı şirkətlərlə iş görülməsini, ümumiyyətlə tikinti ilə əlaqədar xərcləri bilməmişdir. Tikinti və abadlıq üçün pul vəsaitləri Qazax bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilmişdir. Tikinti və abadlıq üçün ayrılan pul vəsaitlərinin mənimsənilməsi barədə məlumatı olmamışdır. Təmir, tikinti və abadlıq işlərinin aparılması, həmin işlərə görə pul vəsaitinin ayrılması barədə bələdiyyə iclasları da formal xarakterli olmuş, həmin iclaslarda bələdiyyə üzvləri iştirak etməmişdir. Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə büdcəsindən pul vəsaiti mənimsəməsi barədə məlumatı olmamış, həmin pul vəsaitindən ona verilməmiş, bələdiyyədə əmək haqqından başqa əlavə heç bir gəliri olmamışdır. Şahid12 əlavə ifadəsində, Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin bir qisminin onun iştirakı ilə təhvil alındığını, lakin bir qisminin isə faktiki olaraq təhvil alınmadığını, qeyd olunan işlərin görülməsinin rəsmiləşdirildiyi akt və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzaladığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax bələdiyyəsinin mühasibi Şahid13 Şahid12 ilə oxşar məzmunlu ifadə verməklə, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Şahid12la oxşar məzmunlu ifadə vermiş, əvvəllər Qazax Bələdiyyəsində mühəndis vəzifəsində işlədiyini, Qazax Bələdiyyəsinin yerquruluşçu mühəndisi Şahid11la birlikdə torpaqların mülkiyyətə verilməsi ilə əlaqədar bölgü işlərinin aparılmasını təşkil etdiyini, Qazax şəhərində yerləşən parklarda və digər yerlərdə təmizlik işlərinin görülməsinə nəzarət etdiyini, lakin hansı məbləğdə pul vəsaiti xərclənməsi barədə məlumatı olmadığını, təmir-tikinti, abadlıq, torpaq sahəsinin mülkiyyətə verilməsi və ya digər hər hansı bələdiyyə iclasında iştirak etmədiyini göstərmişdir. Maliyyə sənədlərində Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktlar Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilməklə, S.Məhərrəmovun, Şahid12, Şahid16, Şahid15, Şahid11, Şahid26 və onun imzaları ilə təsdiq edilməsi göstərilsə də, Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktları və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzalamış, həmin aktlar və təmir-tikinti, abadlıq sahəsində digər sənədlər formal xarakter daşımış, həmin işlər faktiki olaraq təhvil alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax bələdiyyəsində iqtisadçı vəzifəsində işləyən Vəliyev X23 Comərdov ilə oxşar məzmunlu ifadə verməklə, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək X15 sektorunun müdiri vəzifəsində işləmiş, həmin vaxtdan etibarən isə bələdiyyənin katibi vəzifəsində işləyir. Qazax şəhərində yerləşən parklarda Qazax Bələdiyyəsinin hesabına hər ay müxtəlif növ güllər əkilmiş, qazon salınmış, təmir işləri görülmüş, işıq dirəklərində elektrik lampaları dəyişdirilmiş, yerlərdə quraşdırılmış tamet daşları dəyişdirilməklə yenisi ilə əvəz olunmuş, bağçalarda təmir işləri aparılmışdır. Lakin hansı təmir işlərinin görülməsini və buna görə hansı məbləğdə vəsait xərclənməsini xatırlamır. Qazax bələdiyyəsində torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar iclas keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur, bununla bağlı iclaslarda iştirak etməmişdir. Qazax bələdiyyəsində yalnız vergi borcları ilə əlaqədar iclaslarda iştirak etmişdir. Şahid16 həmçinin ifadəsində bildirmişdir ki, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə hesabından tanıdığı ayrı-ayrı şəxslərin hesabına köçürdüyü pul vəsaitlərini həmin şəxslərdən nağd formada geri almaqla, bir hissəsini malmateriala xərclədiyini, bir hissəsini fəhlələrə və prorablara əmək haqqı kimi verdiyini, qalan hissəsini isə öz şəxsi xərclərinə sərf etməsini, bunu Təqsirləndirilən şəxs özünün ona deməsini, lakin Təqsirləndirilən şəxs bələdiyyə hesabından tanışlarının hesabına köçürdüyü hansı məbləğdə pul vəsaitlərini öz xərcləri üçün ələ keçirməsini bilmədiyini, təxminən 10 il əvvəl "xxxx" MMC adlı Cəmiyyət yaratdığını, Cəmiyyətin nizamnaməsində qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olması öz əksini tapdığını, lakin sonradan əlavə sifarişlər olduğu üçün, təxminən 2016-cı ildə qohumu Şahid17 adına "xxxx" MMC adlı müəssisə yaratdığını, qohumu Şahid17 formal olaraq "xxxx" MMC-nin direktoru olsa da, həmin Cəmiyyətə faktiki olaraq özü rəhbərlik etdiyini, Aslanın isə əsasən fəhlələrə nəzarət etdiyini, bəzən fəhlələrlə birlikdə işlədiyini, Təqsirləndirilən şəxs göstərişi ilə Şahid17 rəhbərlik etdiyi Cəmiyyətin hesabına keçirilmiş və sonuncunun nağdlaşdırdığı pul vəsaitlərindən cəmi 400 manat pulu məvacib kimi qaytardığını, qalan nağdlaşdırılmış pul vəsaitlərini isə Təqsirləndirilən şəxs verdiyini, təmir-tikinti və abadlıq işlərinin görülməsi, habelə həmin işlərin görülməsi ilə əlaqədar pul vəsaitinin ayrılmasına dair bələdiyyə iclaslarında iştirak etmədiyini, Təqsirləndirilən şəxs tələbi ilə bələdiyyənin iclas protokollarını formal olaraq tərtib etdiyini göstərmişdir. Şahid16 həmçinin ifadəsində bildirmişdir ki, Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin bir qisminin onun iştirakı ilə təhvil alındığını, lakin bir qisminin isə faktiki olaraq təhvil alınmadığını, qeyd olunan işlərin görülməsinin rəsmiləşdirildiyi akt və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzaladığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru, "xxxx" MMC-də işçi kimi, həmçinin fərdi sahibkar kimi rəsmiləşdirilməklə ayrı-ayrı qurumlarla müqavilələr bağlamaq yolu ilə müxtəlif işlər görmüş və xidmətlər göstərmişdir. Lakin həmin Cəmiyyətlərə faktiki olaraq Qazax bələdiyyəsinin işçisi olan qohumu Şahid16 rəhbərlik etmişdir. O, isə sadəcə işlərin görülməsinə nəzarət etmişdir. Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs sifarişi əsasında Qazax şəhərində yerləşən parklara qazon, qızılgül və şimşək kolları gətirmiş, tamet daşlar və bardür quraşdırmışdır. Qazon örtüyünün dəyişdirilməsi, güllərin və ağacların əkilməsi, tamet və bardürlərin quraşdırılması kimi işləri “X41” MMC-nin fəhlələri görmüş, işlərin görülməsinə Qazax bələdiyyəsinin işçiləri, o cümlədən onun qohumu Şahid16, bələdiyyə sədri Təqsirləndirilən şəxs və digər şəxslər, eləcə də özü tərəfindən nəzarət edilmişdir. Qazax Bələdiyyəsinin hesabından "xxxx" ASC vasitəsilə rəhbəri olduğu "xxxx" MMC-nin hesabına tamet daşın yerə döşənməsi üçün xx.xx.2018-ci il tarixdə 15.476 manat, "xxxx" ASC vasitəsilə onun hesabına dekorativ ağacların alınması üçün xx.xx.2018-ci il tarixdə 07 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında 15.524 manat və xx.xx.2018-ci il tarixdə 08 nömrəli xx.xx.2018 tarixli müqavilə əsasında 15.154 manat məbləğində pul vəsaitləri formal olaraq köçürülmüş olsa da, o həmin pul vəsaitlərini nağdlaşdırıb qohumu Arifə qaytarmış, sonuncu isə gördüyü işlərə görə ona iki dəfə 200 manat olmaqla, cəmi 400 manat məvacib vermişdir. İşləri isə “X41” MMC-nin Qazax Bələdiyyəsinə təhkim olunmuş sosial işçiləri yerinə yetirmişdir. Şahid17 ifadəsində həmçinin, "xxxx" MMC ilə Qazax bələdiyyəsi arasında bağlanmış müqavilə, smeta və aktlardakı imzaların özü tərəfindən icra olunduğunu, lakin həmin sənədlərdə konkret hansı işlərin görülməsinə, hansı məbləğlərdə pulların alınmasına diqqət yetirmədiyini, həmin sənədlərə Şahid16 xahişi ilə imza etdiyini, Şahid16 da Qazax şəhərində təmir-tikinti və abadlıq işlərinin aparılmasına nəzarət etdiyini, güllər, ağaclar və qazon örtüklərinin Lənkəran şəhərindən, tamet daşları və bardürlərin isə Bakı şəhəri, Dərnəgül adlı ərazidə yerləşən inşaat materialları mağazalarından Şahid16 sifarişi əsasında gətirildiyini, güllərdən yalnız bir ədədinin qiyməti 3-3,5 manat təşkil edən qızılgül kolları, ağaclardan da cəmi 1.200 ədəd “şimşək” ağacları gətirildiyini göstərmişdir. Şahid17 həmçinin ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin hesabına köçürülüş 15.318 manat pul vəsaitini Şahid16la birlikdə nağdlaşdırıb, sonuncu tərəfindən 15.250 manat pul vəsaiti Təqsirləndirilən şəxs verilmişdir. Həmçinin, qohumu Arif "xxxx" MMC-nin hesabına köçürülmüş və onun tərəfindən nağdlaşdırılmış pul vəsaitlərinin 400 manat hissəsi ona qaytarıldıqdan sonra qalan hissəsini Təqsirləndirilən şəxs verdiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən özünə məxsus təsərrüfatında əkinçilik və heyvandarlıqla məşğuldur və bununla əlaqədar vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Qazax Bələdiyyəsindən yalnız Təqsirləndirilən şəxs tanıyır, onunla yaxşı münasibətləri vardır. 4-5 il əvvəl Qazax Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onun VÖEN-indən istifadə etməklə maliyyə əməliyyatı aparmasını ondan xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun verdiyi sənədləri oxumadan imzalamışdır. Sonradan Təqsirləndirilən şəxs xahişi ilə "xxxx"ın Qazax filialına gedib, xatırlamadığı məbləğdə pulu çıxarmış və Qazax Bələdiyyəsinin xatırlamadığı işçisinə vermişdir. Gül və ya kol alıb-satmamış, ümumiyyətlə Qazax Bələdiyyəsinin sifarişi əsasında heç bir iş görməmiş, yalnız heyvandarlıqla və əkinçiliklə məşğuldur. Qazax Bələdiyyəsi adından nə iş aparılmışdırsa Təqsirləndirilən şəxs özü görmüş, sadəcə onun VÖEN-indən istifadə etmişdir. 26-xx.xx.2018-ci il tarixli, həm də xx.xx.2018-ci il tarixli smeta və müqavilə kimi sənədlərdəki imzalar ona məxsusdur, həmin sənədləri Təqsirləndirilən şəxs xahişi ilə oxumadan imzalamışdır, lakin mahiyyətini və məzmununu bilməmişdir. Neçə dəfə və hansı bələdiyyə işçisinə hansı məbləğdə pul verməsini xatırlamır. Lakin Qazax bələdiyyəsinin hesabından onun hesabına köçürülmüş pul vəsaitini "xxxx"ın Qazax filialından nağdlaşdırmasını və sonra nağdlaşdırdığı həmin pul vəsaitini Təqsirləndirilən şəxs bildirdiyi bələdiyyə işçinə həmin bankın inzibati binasının qarşısında verməsini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğuldur, “Təyyarə Meydanı”nda 3-4 gün işləmiş, orada köhnə tamet daşlarını söküb yenisini quraşdırmışdır. Təxminən 10 ədəd şam ağacı və 10 ədəd “şimşək” ağacı əkmiş, digər fəhlələr də ağac əkmişlər. Sökülmüş tamet daşları əvəzinə yenisini quraşdırmaq üçün palçıq qarışdırıb gətirmişdir. Təxminən 50 kv.metr sahəyə yeni tamet daşları vurduqdan sonra “Mütəfəkkirlər” parkına getmiş, “Mütəfəkkirlər” parkının Mədəniyyət Evinin qarşısındakı hissəsində yer səthində olan köhnə tamet daşlarını söküb yeni tamet daşlar döşəmiş və həmin hissədə Ağstafa rayon Dağ Kəsəmən kəndi istiqamətində yolun sağ tərəfində yol kənarı bardürləri quraşdırmışdır. Həmçinin yolun digər tərəfində "xxxx"ın Qazax filialı ilə üzbəüz, Ağstafa rayon Dağ Kəsəmən kəndi istiqamətində yolun sol tərəfində yol kənarlarında təxminən 70 metr məsafədə köhnə bardürləri və həmin məsafədə səki üzərindəki köhnə tamet daşlarını yenisi ilə əvəz etmişdir. Qazax şəhərində yerləşən H.Əliyev parkı ilə üzbəüz yolun digər tərəfindəki 5 mərtəbəli binanın qarşısında səkinin üstündəki təxminən 50 metr məsafədə köhnə tamet daşlarını söküb əvəzinə yenilərini quraşdırmışdır. Oğlu Şahid20 da ona köməklik etmiş, lakin sonuncu binanın qarşısında işləməmişdir. Buna görə onun hesabına pul köçürülmüşdür. Qazax Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin pul vəsaitləri ümumi olaraq köçürülmüşdür. Təqsirləndirilən şəxs göstərişi ilə onun hesabına köçürülmüş pul vəsaitlərini "xxxx"ın Qazax filialından nağdlaşdıraraq, bankın inzibati binasının qarşısında dayanan Qazax bələdiyyəsinin xatırlamadığı işçisinə vermişdir. Götürdüyü pulların hansı məbləğdə olmasına diqqət yetirməmiş, pulu verdiyi bələdiyyə işçisi də həmin puldan ona iş görməsi müqabilində ümumilikdə 2.500 manat pulu ayırıb vermişdir. Tamet daş, kol, gül və s. mal almamışdır. Yalnız usta kimi tamet daşı və bardür quraşdırıb, ağac əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 Şahid19la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə, istintaqa verdiyi ifadəsində eləcə də, ona gördüyü işin müqabilində hər dəfə nağd olaraq 600 manat olmaqla, cəmi 1.200 manat pulun ona zəhmət haqqı olaraq ödənildiyini, nağdlaşdırdığı pulların hansı məbləğdə olmasına diqqət yetirmədiyini, iş görməsi ilə bağlı Qazax bələdiyyəsi ilə müqavilə bağladığını və bununla bağlı bir neçə sənədə imza etdiyini, lakin həmin sənədləri oxumadığını və məzmunundan məlumatlı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, Qazax şəhərində yerləşən istehsalat binasında dülgər, plastik, dəmir qapı, tamet, aqlay kimi tikinti materialları istehsal etməklə fərdi əməklə məşğul olur. Həmin tikinti materiallarını fərdi şəxslərə, mağazalara və ya qurumlara sifariş əsasında satır. Qazax bələdiyəsinin sədri Təqsirləndirilən şəxs sifarişi əsasında dəfələrlə “bardür” adlandırılan səki tamet döşəməsi, tamet daş, aqlay, plakat üçün dəmir çərçivə, ağac əkmək üçün taxta dayaq və taxta barmaqlıq satmışdır. Həmin materialları Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən etibarən satmışdır. Lakin qeyd edilən materialları hansı sayda və hansı məbləğdə satmasını unutmuşdur. Bank çıxarışlarına əsasən Təqsirləndirilən şəxs satdığı materiallara görə sonuncu Qazax bələdiyyəsinin hesabından onun "xxxx"ı ASC-dəki hesabına 67.907 manat məbləğində, "xxxx" ASC-dəki hesabına isə 49.229 manat, ümumilikdə 117.136 manat məbləğində pul vəsaiti köçürmüşdür. Plakat üçün dəmir çərçivə qiymətini xatırlamır, lakin səki tamet döşəməsinin bir metri 18 manat, tametin 1 kv.metri 6 manat, aqlay 1 kv.metri 10 manat, aqlay çərçivə 1 metri 5 manat, ağac əkmək üçün taxta dayaq bir ədədi 1 manat, taxta barmaqlığın 1 kv.metri 30 manat dəyərində Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs Qazax bələdiyyəsinin hesabından onun hesabına böyük məbləğlərdə pul vəsaitləri köçürdüyü zaman geri ödəniş tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs çox vaxt 10.000 və ya 15.000 manat civarında ödənişlər etdiyi zaman təxminən 3.000 və ya 5.000 manat məbləğində pulları bilmədən artıq ödədiyini deyib geri almışdır. O cümlədən Qazax bələdiyyəsinin hesabından onun "xxxx" hesabına köçürülən pul vəsaitlərindən, yəni xx.xx.2017-ci il tarixdə 10.080 manatdan 3.000 manat, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hər dəfə 4.950 manat olmaqla, cəmi köçürülən 9.900 manat pul vəsaitindən 3.000 manat, xx.xx.2018-ci il tarixdə 15.007 manat puldan 5.000 manat, "xxxx" ASC-dəki hesabına köçürdüyü pul vəsaitlərindən xx.xx.2018-ci il tarixdə 10.000 manatdan 3.000 manat, xx.xx.2018-ci il tarixdə 15.473 manatdan 5.000 manat, xx.xx.2018-ci il tarixdə 15.345 manatdan 5.000 manat olmaqla ümumilikdə köçürülən 117.136 manat pul vəsaitindən cəmi 24.000 manat məbləğində pul vəsaitini nağdlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, PVC qapı-pəncərələr, jalüz pərdə, şüşə təmiri kimi işlər görməklə bərabər həmin materialların satışını həyata keçirmişdir. Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsla razılaşaraq 2018-ci ilin yaz aylarında Qazax Rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz yerləşən binada, Qazax şəhər 2 saylı uşaq bağçasında təmir işləri aparmışdır. Binanın yola baxan hissəsində bütün pəncərələri dəyişmiş, yeni PVC pəncərələri, həmçinin 2 və ya 3 PVC qapı quraşdırmışdır. Daha sonra 2 №-li uşaq bağçasının təmirinə başlamış, orada bütün qapı və pəncələri PVC materialdan olan qapı və pəncərələrlə əvəz etmiş, materiallar və işçi qüvvəni də özü gətirmişdir. Pəncərənin birini ölçüsündən asılı olaraq 200 manatdan 300 manatadək qiymətə hazırlamış, paket olaraq şüşə ilə birlikdə qiyməti 1 kv.metr üçün 22 manat təşkil etmişdir. Bir pəncərəni 30 və ya 40 manata quraşdırmış, yəni paqon metri 9 manatdan işləmişdir. Adlarını xatırlamadığı 5 nəfər fəhlələrə bir işə görə 10-15 gün ərzində işlədikləri üçün hər birinə 300 manat, özü ilə gətirdiyi 2 nəfər ustaya isə işin sonunadək ona köməklik etdiklərinə görə hər birinə 500 manat pul vermişdir. Təqsirləndirilən şəxsla həmin işlərə görə haqq-hesab etmiş, sonuncu ona həm usta pulu, həm material pulunu vermişdir. İşlədiyi işə və materiallara görə Qazax Bələdiyyəsinin hesabından onun hesabına köçürülən pul vəsaitlərini çıxarıb nağd olaraq Təqsirləndirilən şəxs vermiş, sonuncu pulun bir hissəsini ona vermiş, qalanını digər işlərə lazım olduğunu deyib götürmüşdür. Hesabına köçürülmüş pulları nağdlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya Qazax Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında hər dəfə pul nağdlaşdırdığı zaman 3.000 manat olmaqla ümumilikdə 12.000 manat pulu nağd şəkildə geri qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs xahişi ilə anası X6 və atası X7 hesablarına köçürülmüş pul vəsaitlərini atasından və anasından alıb tamamilə və nağd olaraq Təqsirləndirilən şəxs özünə vermişdir. Həmin pulları Təqsirləndirilən şəxs hara xərcləməsini bilmir. Götürdüyü pulların hansı məbləğdə olmasına diqqət yetirməmişdir. Qazax bələdiyyəsi ilə bağladığı müqavilədə, habelə smeta və akt kimi sənədlərdə icra olunmuş imzalar onun özünə məxsusdur, lakin yazılar başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax bələdiyyəsinin mühəndisi Şahid26 ifadəsində, Qazax bələdiyyəsinin xəzinəsindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ona ödənilməsi qeyd edilən 15.583 manat məbləğində pul vəsaitinin ona verilmədiyini, həmin pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini, sadəcə Təqsirləndirilən şəxs göstərişi əsasında verilən tapşırıqları yerinə yetirdiyini, bu səbəbdən də məxaric orderinə imza etdiyini, ona nağdsız formada verilən əmək haqqından başqa, Qazax Bələdiyyəsindən nağdsız formada və nağd olaraq heç bir pul vəsaiti verilmədiyini, alınan güllərə hansı məbləğdə pul vəsaiti ödənilməsini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax bələdiyyəsinin operatoru Şahid27 Şahid26la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də sosial işçi kimi işləyir. Qazax Bələdiyyəsinə təhkim olunmuş və Qazax şəhərində yerləşən Mütəfəkkirlər parkında bağban kimi xidmət etmişdir. Şənbə və bazar günü istisna olmaqla hər gün parkın ərazisini təmizləmiş, parkdakı güllərə xidmət etmişdir. Bəzən isə ot biçimi, gül əkimi, yarpaq tökülməsi ilə əlaqədar mövsümi işlər gördükdə şənbə və bazar günləri də işləmişdir. Zaur adlı Bələdiyyə işçisi parklara nəzarət etmiş, əlavə işlərin görülməsi ilə əlaqədar yemək pulu və digər xərcləri isə Qazax bələdiyyəsinin sədri Tofiq müəllim ödəmiş, lakin sonuncunun dəqiq olaraq hansı məbləğdə pul xərcləməsini bilməmişdir. Parkda ondan başqa, Qərib və Murad da sosial işçi kimi işləmişlər. Parkda həmçinin, metlax quraşdırılması, yapışdırılması, su borularının və su kranlarının yenilənməsi və s. kimi işlərdə ondan başqa Qərib və Murad Zaura köməklik etmişlər. Tofiq müəllim şənbə və bazar gününə görə hər adam üçün bir günə 10-15 manat pul vermişdir. Əmək haqqı isə 250 manat olsa da, vergi tutulduqdan sonra 236 manat təşkil etmişdir. 2 ildir ki, hər ay ərzində ən azı iki dəfə şənbə və ya bazar günü Təqsirləndirilən şəxs tərəfindən çağrılmış və parkda işləmişdir. Həmçinin, səkilərdə beton təbəqə yararsız vəziyyətə düşdükdə, sement və qum alınmış, o və digər sosial işçilər isə fəhlə kimi işləmişlər. Materialları Tofiq müəllim alıb gətirmiş, qeyd olunan işlərə hansı məbləğdə pul xərclənməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid30, Şahid31 və Şahid32 Şahid28la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid X10, X8 və Şahid9 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Şahid23, Şahid7 və Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai sitintaqa verdikləri ifadələrini təsdiq etdiklərini və məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmişdirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Bələdiyyəsinin xəzinə kitabına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qazax Bələdiyyəsinin hesabından Şahid26 hesabına 01-30 noyabr 2017-ci il tarixlərdə 300 manat, 363 manat və 262 manat, 01-31 dekabr 2017-ci il tarixlərdə 2.348 manat, 01- 31 yanvar 2018-ci il tarixlərdə 1.200 manat, 700 manat, 01-31 may 2018-ci il tarixlərdə 305 manat, 800 manat, 1.575 manat, 01-30 iyun 2018-ci il tarixlərdə 115 manat, 1.418 manat, 1.540 manat, 01-31 avqust 2018-ci il tarixlərdə 450 manat, 235 manat, 01-30 sentyabr 2018-ci il tarixlərdə 420 manat, 525 manat, 01-30 oktyabr 2018-ci il tarixlərdə 120 manat, 1.275 manat, 01-30 noyabr 2018-ci il tarixlərdə 120 manat, 01-31 dekabr 2018-ci il tarixlərdə 712 manat, 01-30 sentyabr 2019-cu il tarixlərdə 800 manat olmaqla ümumilikdə 15.583 manat məbləğində pul vəsaiti, habelə Şahid27 hesabına 01-31 may 2018-ci il tarixlərdə 7.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İbtidai istintaq zamanı məhkəmə qərarı əsasında Qazax bələdiyyəsinin maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə məlumatlar götürülmüş, habelə şahid qismində dindirilmiş və ifadələrində Qazax bələdiyyəsinin hesabından onların hesablarına və ya direktoru olduqları Cəmiyyətlərin hesabına köçürülən pul vəsaitlərini nağdlaşdırdıqdan sonra həmin pul vəsaitlərini tam olaraq və qismən bələdiyyə işçiləri vasitəsilə yaxud da şəxsən Təqsirləndirilən şəxs nağd olaraq təqdim etmələrini göstərmiş şəxslər hesabları barədə çıxarışları istintaq orqanına təqdim etmişlər. Həmin məlumatlardan görünür ki, Qazax Bələdiyyəsinin hesabından "xxxx" ASC vasitəsilə Şahid17 rəhbəri olduğu "xxxx" MMC-nin ******************** saylı hesabına “tamet daşın yerə döşənməsi üçün” xx.xx.2018-ci il tarixdə 15.476 manat, həmçinin "xxxx" ASC vasitəsilə Şahid17 AZ98TURA******************** saylı hesabına “dekorativ ağacların alınması üçün 07 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında” xx.xx.2018-ci il tarixdə 15.524 manat və “08 nömrəli xx.xx.2018 tarixli müqavilə əsasında” xx.xx.2018-ci il tarixdə 15.154 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Həmçinin, Qazax bələdiyyəsinin hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ13TURA 4006 0015 1095 0011 4944 saylı hesabına xx.xx.2018-ci il tarixdə 15.318 manat pul vəsaiti köçürülmüş və 2018-ci ilin may və iyun aylarında nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid17 və Şahid16 ifadələrində, Şahid17 direktor kimi rəsmiləşdirildiyi "xxxx" MMC-nin hesabına, eləcə də "xxxx" MMC-nin hesabına köçürülmüş cəmi 61.472 manat məbləğində pul vəsaiti nağdlaşdırıldıqdan sonra həmin pul vəsaitindən Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya 61.004 manat məbləğində pul vəsaitinin qaytarılması barədə göstərdikləri xüsusatlarla uzlaşır. Bank məlumatlarına əsasən, “Parklarda dekorativ ağacların, şimşək həmişəyaşıl kolların, qızılgül kollarının alınması ilə əlaqədar bağlanmış xx.xx.2018-ci il tarixli 14 №-li müqavilə üzrə görülmüş işlərə və xidmətlərə görə” Şahid18 hesabına cəmi 13.839 manat məbləğində, Qazax Bələdiyyəsinin hesabından Şahid18 AZ60TURA 4104 0024 1386 0011 4944 saylı hesabına "xxxx" ASC vasitəsilə xx.xx.2018-ci il tarixdə “12 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında Şimşək gül kollarının alınması və əkilməsi üçün” 15.520 manat, xx.xx.2018-ci il tarixdə isə “03 №-li xx.xx.2018-ci il tarixli müqavilə əsasında parkına dekorativ gül kollarının və şimşək kollarının alınması və əkilməsi üçün” 6.250 manat məbləğində pul vəsaiti köçürülmüş və 2018-ci ilin may ayından dekabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid18 ifadəsində, onun hesabına köçürülmüş 35.609 manat pul vəsaitini nağdlaşdırdıqdan sonra qeyd olunan pul vəsaitini Təqsirləndirilən şəxs tələbi ilə tam olaraq sonuncuya qaytarması barədə göstərdiyi xüsusatlarla təsdiq olunur. Bank məlumatlarına əsasən, Qazax Bələdiyyəsinin hesabından "xxxx" ASC-nin Qazax filialı vasitəsilə Şahid19 AZ42 TURA 4104 0032 2385 0011 4944 saylı hesabına xx.xx.2018-ci il tarixdə “Qazax şəhərində gedən abadlıq işləri üçün 01 nömrəli xx.xx.2018ci il tarixli müqavilə əsasında” 15.560 manat, xx.xx.2018-ci il tarixdə “Qazax şəhəri N.Nərimanov qəsəbində binaların təmiri işləri üçün 02 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında” 15.428 manat, xx.xx.2018-ci il tarixdə “Qazax şəhəri Təyyarə Meydanının ətrafına dekarativ ağacların alınması və əkilməsi üçün 05 nömrəli xx.xx.2018ci il tarixli müqavilə əsasında” 11.600 manat pul köçürülmüş və 2018-ci ilin iyun ayından dekabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid19 ifadəsində, onun hesabına köçürülmüş 42.588 manat məbləğində pul vəsaitini nağdlaşdırdıqdan sonra, qeyd olunan pul vəsaitindən 40.088 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya qaytarması barədə göstərdiyi xüsusatlarla təsdiq olunur. Bank məlumatlarına əsasən, Qazax Bələdiyyəsinin hesabından "xxxx" ASC-nin Qazax filialı vasitəsilə Şahid20 AZ60TURA**********8100 114944 saylı hesabına xx.xx.2018-ci il tarixdə Qazax şəhərində gedən abadlıq işləri üçün 01 nömrəli xx.xx.2018ci il tarixli müqavilə əsasında 15.500 manat, xx.xx.2018-ci il tarixdə “Qazax Şəhəri H.Əliyev prospekti mövsümi güllərin və şimşək kollarının alınması və əkilməsi üçün 04 nömrəli xx.xx.2018 tarixli müqavilə əsasında” 11.865 manat pul vəsaiti köçürülmüş və 2018-ci ilin iyun ayından dekabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid20 ifadəsində, onun hesabına köçürülmüş 27.365 manat məbləğində pul vəsaitini nağdlaşdırdıqdan sonra, qeyd olunan pul vəsaitindən 26.165 manat məbləğində pul vəsaitini xatırlamadığı bələdiyyə işçisinə qaytarması barədə göstərdiyi xüsusatlarla təsdiq olunur. Bank məlumatlarına əsasən, Qazax Bələdiyyəsi tərəfindən "xxxx" ASC vasitəsilə Şahid21 rəhbərlik etdiyi "xxxx" MMC-nin hesabına “qazon ot örtüyünün alınması və əkilməsi üçün 14 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında” xx.xx.2018-ci il tarixdə 12.996 manat, həmçinin "xxxx" MMC-nin hesabına “qazon yaşıl ot örtüyünün alınması üçün 12 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında” xx.xx.2018-ci il tarixdə 15.466 manat, “şimşək kollarının alınması üçün 13 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında” xx.xx.2018 tarixdə 15.540 manat, “dekorativ kolların və güllərin alınması və əkilməsi üçün 08 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 19.700 manat, “məişət tulllantılarının məhv edilməsi üçün ərazinin düzəldilməsi məqsədilə 09 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 11970 manat, “mal bazarı ərazisinin düzəldilməsi məqsədilə 10 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında xx.xx.2019-cu il tarixdə 18.694 manat, “Azadlıq 206 A çoxmənzilli yaşayış binasının həyətində "Xeyir-Şər" evinin tikintisi məqsədilə köçürülməsinə əsas 11 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019 tarixdə 11390 manat, “Azadlıq 206 A çoxmənzilli yaşayış binasının həyətində "Xeyir-şər" evinin təmiri məqsədilə 09 №-li xx.xx.2019-cu il tarixli protokolun qərarı əsasında” xx.xx.2019-cu il tarixdə 600 manat, “H.Əliyev prospektində dekorativ kolların əkilməsi və abadlıq işlərinin aparılması məqsədilə 12 №-li xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 22.000 manat, “H.Əliyev prospektində şimşək və qızılgül kollarının əkilməsi və abad işləri aparılması məqsədilə 13 №-li xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 5.400 manat, “İsmayıl Şıxlı parkında abadlıq işləri aparılması məqsədilə 14 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 6.300 manat, “parkda abadlıq işləri aparılması məqsədilə köçürülməsinə əsas 15 №-li xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 10.420 manat, “H.Əliyev prospektində abadlıq işləri aparılması məqsədilə 33 №-li xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 10.310 manat, “H.Əliyev prospektində abadlıq işləri aparılması məqsədilə 37 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019 tarixdə 7.160 manat, “Bakı-Tbilisi şossesinin Qazax şəhərindən keçən hissəsində abadlıq işləri aparılması məqsədilə 38 №-li xx.xx.2019-cu il tarixli müqavilə əsasında” xx.xx.2019-cu il tarixdə 11.680 manat məbləğində olmaqla cəmi 166.630 manat məbləğində pul vəsaiti, ümumilikdə hər iki Cəmiyyətin hesabına 179.626 manat məbləğində pul vəsaitləri köçürülmüş və 2018-ci ilin may ayından 2019-cu ilin oktyabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid22 və Şahid21 ifadələrində, "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabına köçürülmüş cəmi 179.626 manat məbləğində pul vəsaitindən 170.626 manat məbləğində pul vəsaitinin Şahid21 tərəfindən nağdlaşdırıldıqdan sonra, Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya qaytarılması barədə göstərdikləri xüsusatlarla təsdiq olunur. Bank məlumatlarına əsasən, Qazax bələdiyyəsinin hesabından Şahid24 "xxxx" ASC-dəki hesabına xx.xx.2017-ci il tarixdə 2.000 manat, xx.xx.2017-ci il tarixdə 1.520 manat, xx.xx.2017-ci il tarixdə 10.080 manat, xx.xx.2017-ci il tarixdə 6.120 manat, xx.xx.2017-ci il tarixdə 6.120 manat, xx.xx.2017-ci il tarixdə 2.700 manat, xx.xx.2018-ci il tarixdə 4.860 manat, xx.xx.2018-ci il tarixdə 4.950 manat, xx.xx.2018-ci il tarixdə 4.950 manat, xx.xx.2018-ci il tarixdə 2.250 manat, xx.xx.2018-ci il tarixdə 1.350 manat, xx.xx.2018-ci il tarixdə 6.000 manat, xx.xx.2018-ci il tarixdə 15.007 manat, "xxxx" ASCdəki hesabına səki tamet döşəməsi üçün xx.xx.2018-ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə 5.311 manat, xx.xx.2018-ci il tarixdə 15.473 manat, xx.xx.2018-ci il tarixdə 15.345 manat, həmçinin ağac əkməkdən ötrü taxta dayaq üçün 3.100 manat ödənilmişdir. Beləliklə, Şahid24 ABB-dəki hesabına cəmi 67.907 manat, TB-dəki hesabına isə 49.229 manat, ümumilikdə 117.136 manat pul ödənilmiş və 2017-ci ilin iyul ayından 2018-ci ilin sentyabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid24 ifadəsində, onun hesabına köçürülmüş 117.136 manat məbləğində pul vəsaitini nağdlaşdırdıqdan sonra, qeyd olunan pul vəsaitindən 24.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya qaytarması barədə göstərdiyi xüsusatlarla təsdiq olunur. Bank məlumatlarına əsasən, Qazax Bələdiyyəsinin hesabından "xxxx" ASC-nin Qazax filialı vasitəsilə Şahid25 AZ87 TURA 4104 0031 8689 0011 4944 saylı hesabına H.Əliyev 175 nömrəli binanın təmiri üçün 10 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə 15.337 manat, xx.xx.2018-ci il tarixdə 15.493 manat və xx.xx.2018-ci il tarixdə 15.477 manat, eləcə də, Qazax şəhəri Körpələr evinin təmiri üçün 09 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018 tarixdə 15.500 manat olmaqla cəmi 61.807 manat, bundan başqa, Şahid25 atası X7 AZ11 TURA 4104 0032 1465 0011 4944 saylı hesabına Qazax şəhər H.Əliyev parkına yerə tamet döşənməsi üçün 01 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə cəmi 15.435 manat, habelə Şahid25 anası X6 AZ46 TURA 4104 0032 1468 0011 4944 №-li hesabına Qazax şəhər H.Əliyev parkına yerə tamet döşənməsi üçün 01 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə 15.440 manat, Qazax şəhərində yerləşən parkda yerə tamet döşənməsi üçün 02 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə 15.479 manat və Qazax şəhəri Fəxri Qazaxlılar parkına və Şəhidlər Xiyabanına dekarativ güllərin alınması və əkilməsi üçün 04 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə 8.450 manat olmaqla cəmi 39.469 manat, ümumilikdə qeyd olunan 3 nəfərin hesabına 116.711 manat məbləğində pul vəsaitləri köçürülmüş və 2018-ci ilin may ayından dekabr ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid25 ifadəsində, onun hesabına köçürülmüş 61.807 manat məbləğində pul vəsaitini nağdlaşdırdıqdan sonra qeyd olunan pul vəsaitindən 12.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya qaytarması, habelə anası X16 və atası X7 hesabına köçürülən müvafiq olaraq 39.469 manat və 15.435 manat pul vəsaitlərini nağdlaşdırdıqdan sonra qeyd olunan pul vəsaitlərini Təqsirləndirilən şəxs tələbi ilə tam olaraq sonuncuya verməsi barədə göstərdiyi xüsusatlarla uzlaşır. Bank məlumatlarına əsasən, Qazax bələdiyyəsinin hesabından Şahid23 "xxxx"dakı AZ67 ACAB 0021 0100 0000 0048 1049 saylı hesabına xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 530 manat, iki ədəd dövlət bayrağının alınması üçün xx.xx.2018-ci il tarixdə 1.000 manat, bir ədəd dövlət bayrağının alınması üçün xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, bayrağın dəyişdirilməsi üçün xx.xx.2019-cu il tarixdə 1000 manat, bayraq alınması üçün xx.xx.2019-cu il tarixdə 350 manat, təmiri üçün xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 210 manat, dövlət bayrağının alınması üçün xx.xx.2019-cu il tarixdə 1.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 1.000 manat, təmiri üçün xx.xx.2020-ci il tarixdə 200 manat, 2 ədəd dövlət bayrağının alınması üçün xx.xx.2020-ci il 1.000 manat məbləğində ödənişlər olunmuş və 2018-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayınadək olan dövrdə nağdlaşdırılmışdır. Həmin məlumatlar Şahid23 ifadəsində, Qazax bələdiyyəsinin hesabından onun hesabına köçürülmüş ümumilikdə 11.040 manat təşkil edən pul vəsaitinin özü tərəfindən nağdlaşdırıldıqdan sonra, həmin vəsaitdən 2.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya özü tərəfindən qaytarılması barədə göstərdiyi xüsusatlarla təsdiq olunur. Qazax bələdiyyəsinin maliyyə qovluqlarına baxış keçirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol ilə müəyyən edilmişdir ki, Qazax bələdiyyəsinin xx.xx.2018ci il tarixli 41 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuş, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar Qazax şəhərində yerləşən parklara dekorativ güllərin, həmişəyaşıl şimşək kollarının əkilməsi və qazon ot örtüyünün salınmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid18 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini güllərin və şimşək kollarının alınıb satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 03 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid16, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 1.800 ədəd həmişəyaşıl şimşək kollarının, 2.000 ədəd dekorativ ağacların, 750 kv.metr sahədə qazon yaşıl ot örtüyünün alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 15.250 manat məbləğində Şahid18 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı Şahid18 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının alınıb satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 12 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 15.520 ədəd həmişəyaşıl şimşək kollarının alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 15.520 manat məbləğində Şahid18 bank hesabına köçürülməsi göstərilmişdir. Qazax Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 18 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə Şahid18 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 14 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) H.Əliyev adına parka 48 dekorativ ağacların, 1.208 ədəd şimşək kollarının və 1.140 kv.metr sahədə qazon örtüyünün alınıb əkilməsi, işlərin dəyərinin 13.839 manat məbləğində Şahid18 bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 41 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev adına parka dekorativ güllərin, həmişəyaşıl şimşək kollarının əkilməsi və qazon ot örtüyünün salınmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı Şahid17 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının və qazonun alınıb satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 07 №li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli forma 2 №-li aktda Qazax şəhərində yerləşən parklara 2.000 ədəd qızılgül kolları və 1.980 kv.metr sahədə qazon alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 15.524 manat məbləğində Şahid17 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 18 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı üzrə xx.xx.2018-ci il tarixli 08 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) S.Vurğun parkına 10.425 ədəd şimşək kolları alınıb əkilməsi, işin dəyərinin 15.154 manat məbləğində Şahid17 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 01 №-li müqavilə üzrə S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanaraq xx.xx.2018-ci il tarixli forma 2 №-li aktda Qazax şəhəri Mərkəzi parkında 550 kv.metr sahədə yeni tamet daşlarının döşənməsi və 15.476 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 46 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar “Təyyarə” meydanının ərazisinə küknar ağaclarının əkilməsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid19 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini dekorativ ağacların alınıb satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 05 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 116 ədəd küknar ağacının alınıb əkilməsi, alınmış ağacların və görülmüş işlərin dəyərinin 11.600 manat məbləğində Şahid19 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid19 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhər Nərimanov qəsəbəsi 1,2,3 saylı yaşayış binasının xarici divar səthinin suvaq qatının 795 kv.metr, daxili suvaq qatının 100 kv.metr, daxili divarların 100 kv.metr, fasad hissəsi 790 kv.metr sahədə emusiya ilə rənglənərək əsaslı təmir olunmuş, işlərin dəyərinin 15.428 manat məbləğində Şahid19 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş smeta sənədi üzrə satıcı Şahid19 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) H.Əliyev prospektində yerin daş döşəməsi 390 kv.metr sahəsi yeni tamet daşla, güllüklərin kənarında 280 kv.metr sahəsi bardürlər dəyişdirilərək yenisi ilə əvəz olunması, işlərin dəyərinin 15.560 manat məbləğində Şahid19 bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 45 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, bələdiyyənin sədr müavinləri Sabir Məhərrəmov və Şahid12, bələdiyyənin sektor müdiri Şahid16, baş iqtisadçısı Şahid15 və yer quruluşçusu Şahid11 tərəfindən imzalanmış, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektinin sağ və sol hissəsindəki, eləcə də mərkəzi yol ayrıcındakı səkilərə həmişəyaşıl şimşək kollarının əkilməsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid20 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının və mövsümi güllərin satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 04 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmovun, Şahid12, Şahid15, Şahid11 və bələdiyyənin mühəndisi Şahid14 imzaladığı xx.xx.2018-ci il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 2.150 ədəd mövsümi güllər və 1.590 ədəd şimşək kollarının alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 11.865 manat məbləğində Şahid20 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 20 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid20 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Ədəbiyyat muzeyinin ətrafında yerin daş döşəməsi 380 kv.metr sahədə yeni tamet daşlarla, güllüklərin kənarında 290 kv.metr sahədə bardürlər yenisi ilə əvəz olunması, işlərin dəyərinin 15.500 manat məbləğində Şahid20 bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 25 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmovun, Şahid12, Şahid14, Şahid15 və Şahid11 imzaladığı, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektinin sağ və sol hissəsindəki, eləcə də mərkəzi yol ayrıcındakı səkilərə həmişəyaşıl şimşək və qızılgül kollarının əkilməsi və digər abadlıq işlərinin görülməsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək və qızılgül kollarının alınması və verilməsi barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2019-cu il tarixli 13 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və sonuncunun göstərişi ilə S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019cu il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 800 ədəd şimşək və 900 ədəd qızılgül kollarının alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 5.400 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 47 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmovun, Şahid12, Şahid16, Şahid15 və Şahid11 imzaladığı, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar Qazax rayonu ərazisində müxtəlif yerlərdə yol kənarı ərazilərə şam ağaclarının alınıb əkilməsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı və xx.xx.2019-cu il tarixli smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2019-cu il tarixli 38 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) Qazax şəhərinin müxtəlif yerlərində magistral yol kənarlarına 730 ədəd şam ağacı alınıb əkilməsi və 730 ədəd taxta dirəklər alınaraq diblərinə basdırılıb bağlanması, işlərin dəyərinin 11.680 manat məbləğində "xxxx" MMCnin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmovun, Şahid12, Şahid14, Şahid15 və Şahid11 imzaladığı, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektinə həmişəyaşıl şimşək kollarının əkilməsi və həmin ərazidə abadlıq işləri aparılaraq ağacların budaqlarının budanması, gövdə hissələrinin əhənglə ağardılması və həmin ərazidən tullantıların daşınaraq təmizlənməsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı və xx.xx.2019-cu il tarixli smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının alınması və abadlıq işlərinin görülməsi təşkil edən xx.xx.2019-cu il tarixli 12 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və sonuncunun göstərişi ilə S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektinə 6.000 ədəd həmişəyaşıl şimşək kollarının əkilməsi və həmin ərazidə ağacların budanması, gövdə hissələrinin ağardılması və həmin ərazidən tullantıların daşınaraq abadlıq işlərinin aparılması kimi işlərin dəyərinin 22.000 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixli 01 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, bələdiyyənin sədr müavinləri X5 və Şahid12, bələdiyyənin sektor müdiri Şahid16, baş iqtisadçısı Şahid15 və yer quruluşçusu Şahid11 tərəfindən imzalanmış, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektinə dekorativ kolların və güllərin əkilməsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini dekorativ kolların və güllərin alınması təşkil edən xx.xx.2019-cu il tarixli 08 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və sonuncunun göstərişi ilə S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektində yolun sağ və sol hissəsindəki, eləcə də, mərkəzi yol ayrıcındakı səkilərə 3.800 ədəd dekorativ kollar alınması və 2.850 ədəd dekorativ güllər əkilməsi kimi işlərin dəyərinin 19.700 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 45 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmovun, Şahid12, Şahid16, Şahid15 və Şahid11 imzaladığı, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektində yolun səki hissələrinə və parka qazon yaşıl ot örtüyünün alınıb əkilməsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini qazon ot örtüyü ilə bağlı görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2019-cu il tarixli 37 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və sonuncunun göstərişi ilə S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) H.Əliyev prospektində yolun səki hissələrinə və parka 1790 kv.metr sahədə qazon yaşıl ot örtüyünün alınıb əkilməsi kimi işlərin dəyərinin 7.160 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 15 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) H.Əliyev prospektində yerin daş döşəməsinin 150 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 300 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi kimi işlərin dəyərinin 10.420 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid14, Şahid16 və Şahid15 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) H.Əliyev prospektində yerin daş döşəməsinin 140 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 300 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi kimi işlərin dəyərinin 10.310 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2019-cu il tarixli 29 №-li iclas protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 14 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) İ.Şıxlı adına parkda yerin daş döşəməsinin 100 kv.metr sahədə yeni tamet daşla əvəz edilməsi, güllüklərin kənarının 200 kv.metr sahədə yeni bardürlərlə əvəz edilməsi kimi işlərin dəyərinin 6.300 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 09 №-li iclas protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixli qüsur aktı və xx.xx.2019-cu il tarixli smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019cu il tarixli aktda (forma №2) ünvan 5 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki xeyir-şər evinin suvaq qatı 100 kv.metr sahədə hörülməsi, daxili suvaq qatının 210 kv.metr sahədə suvanması, daxili divarların 210 kv.metr sahədə emusiya ilə boyanması, damda 200 kv.metr-lik dəmir şəbəkə quraşdırılması, dəmir dam örtüyünün 200 kv.metr sahədə dəyişdirilməsi, 150 kv.metr sahədə plastik pəncərələr quraşdırılması kimi işlərin dəyərinin 14.396 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 03 №-li iclas protokolu ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixli qüsur aktı və xx.xx.2019-cu il tarixli smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 09 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019cu il tarixli aktda (forma №2) Qazax rayonu, Ağköynək kəndi ərazisində Qazax şəhərinin tullantılarının məhv edilməsi üçün ayrılmış ərazinin 937 kv.metr sahəsində dəmir dirəklər, 1500 kv.metr sahəsində dəmir torlar quraşdırılması, işlərin dəyərinin 11.970 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 №-li iclas protokolu əsasında xx.xx.2019-cu il tarixli qüsur aktı və xx.xx.2019-cu il tarixli smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda (forma №2) Qazax şəhərində yerləşən “mal bazarı” ərazisinin ətrafındakı yolların və nəqliyyat dayanacağının xır materialı ilə düzəldilməsi və qreyderlə hamarlanması kimi işlərin dəyərinin 18.694 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və "xxxx" MMC-nin möhürü və direktorunun imzaları ilə təsdiq edilməklə tərtib edilmiş xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı "xxxx" MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının alınması və verilməsi barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 13 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və sonuncunun göstərişi ilə S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhərində yerləşən parklara 280 ədəd şimşək və 3.350 ədəd qızılgül kollarının alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 15.540 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs və "xxxx" MMC-nin möhürü və direktorunun imzaları ilə təsdiq edilməklə tərtib edilmiş xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı "xxxx" MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini qazon alınması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 12 №li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhəri, H.Əliyev parkına 4.070 kv.metr qazon yaşıl ot örtüyü alınıb əkilməsi kimi işlərin dəyərinin 15.466 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixli 05 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmovun, Şahid12, Şahid14, Şahid15 və Şahid11 imzaladığı, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospektində qurumuş şimşək kollarının çıxarılması, ərazinin təmizlənməsi və yeni kolların alınıb əkilməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı “Elvin AS X19” MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının alınıb əkilməsi təşkil edən xx.xx.2020ci il tarixli 01 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid16, Şahid15 və Şahid11 imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktda (forma №2) Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar H.Əliyev prospekti boyunca qurumuş şimşək kollarının çıxarılması, ərazinin tullantılardan təmizlənməsi və yeni 2.198 şimşək kolların alınıb əkilməsi kimi işlərin dəyərinin 10.330 manat məbləğində "xxxx" MMC-nin bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 20 №-li iclas protokolu əsasında xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı "xxxx" MMC ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhəri 1941-1945 X32 iştirakçılarının şərəfinə ucaldılmış “Qələbə” parkında abadlıq işlərinin aparılması və yaşıllıq salınması, xx.xx.2018-ci il tarixli elektron qaimə 1690 kv.metr sahədə qazon salınması və 2250 ədəd qızılgül alınıb əkilməsi kimi işlərin görülməsindən ötrü MMC-nin hesabına 15.422 manat məbləğində pul vəsaiti köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 04 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə Qazax bələdiyyəsi tərəfindən Şahid23 (xx.xx.2018-ci il tarixli EAAG 936452 №-li elektron qaimə, VÖEN: **********) hesabına 500 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Bayraq Meydanında asılmış, uzunluğu 16 metr, eni 8 metr olan bayrağın külək və qar nəticəsində cırılaraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar yenisi ilə əvəz etməkdən ötrü xx.xx.2018-ci il tarixdə bayraq dəyişdirilərək yenisi ilə əvəz edilməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 24 №-li iclas protokolu əsasında eyni tarixli tarixli qüsur aktı və smeta sənədi üzrə Qazax bələdiyyəsi (VÖEN: 4200 1040 71) tərəfindən Şahid23 (xx.xx.2018-ci il tarixli EAAK 798172 №-li ELEKTRON QAİMƏ, VÖEN: **********) hesabına 100 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli aktda (forma №2) Bayraq Meydanında asılmış, uzunluğu 16 metr, eni 8 metr olan bayraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar yenisi ilə əvəz edilməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 05 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid24 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 05 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi və S.Məhərrəmov, Şahid12 və Şahid14 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhəri Azadlıq küçəsində Hərbi Komissarlığın qarşısından Fəxri Qazaxlılar parkına qədər yolun sağ və sol hissəsində 750 metr məsafədə köhnə bardürlərin sökülüb yenisi ilə əvəz olunması kimi işlərin dəyərinin 13.500 manat məbləğində Şahid24 bank hesabına köçürülməli olduğu, maliyyə imkanları nəzərə alınaraq 9.900 manat köçürüldüyü, 3.600 manat köçürüləcəyi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 18 №-li iclas protokolu əsasında xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid24 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 15 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Dədə Qorqud parkında 410 kv.metr sahədə yeni tamet daş döşənməsi, 235 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz oluması kimi görülmüş işlərin dəyərinin 21.007 manat məbləğində Şahid24 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid24 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) H.Əliyev parkında gölün ətrafındakı səkilərdə 310 kv.metr sahədə yeni tamet daş döşənməsi, 300 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz oluması kimi görülmüş işlərin dəyərinin 15.312 manat məbləğində Şahid24 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı Şahid24 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 07 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) H.Əliyev prospektində 310 kv.metr sahədə yeni tamet daş döşənməsi, 300 kv.metr sahədə güllüklərin kənarında bardürlərin yenisi ilə əvəz oluması kimi görülmüş işlərin dəyərinin 15. 473 manat məbləğində Şahid24 bank hesabına köçürülməsi göstərilmişdir. Amma qəbzdə 15.494 manat köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 31 №-li iclas protokolu əsasında xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və xx.xx.2018-ci il tarixli smeta sənədi üzrə satıcı Şahid24 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 08 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) H.Əliyev prospektində 540 kv.metr sahədə yeni tamet daş döşənməsi kimi görülmüş işlərin dəyərinin 15.345 manat məbləğində Şahid24 bank hesabına köçürülməsi göstərilmişdir. Qeyd olunan aktda 15.345 manat pul vəsaitinin köçürülməsi göstərilsə də, bank məlumatlarına əsasən həmin işlərin görülməsi üçün Qazax bələdiyyəsinin hesabından Şahid24 hesabına 15.336 manat köçürülmüşdür. xx.xx.2018-ci il tarixli 16 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Mərkəzi Xəstəxana ilə üzbəüz H.Əliyev prospekti 175 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 52 ədəd pəncərə blokları yeni plastik pəncərə ilə əvəz olunması və quraşdırılması, işlərin dəyərinin 15.337 manat məbləğində Şahid25 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 16 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı Şahid25 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Mərkəzi Xəstəxana ilə üzbəüz H.Əliyev prospekti 175 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 60 ədəd pəncərə blokları yeni plastik pəncərə ilə əvəz olunmuş və quraşdırılmış, işlərin dəyərinin 15.493 manat məbləğində Şahid25 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 16 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Mərkəzi Xəstəxana ilə üzbəüz H.Əliyev prospekti 175 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının pəncərə blokları 600 kv.metr, pəncərə dəyəri 60 kv.metr dəyişdirilərək yenisi ilə əvəz olunması, işlərin dəyərinin 15.477 manat məbləğində Şahid25 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş smeta sənədi üzrə podratçı Şahid25 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, Şahid12, Şahid16, Şahid15, Şahid11 və Şahid26 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) Qazax şəhər 6 saylı körpələr evinin əsaslı təmir olunması, yəni daxili divar səthində suvaq qatının hissəvi təmiri və rənglənməsi, pəncərələrin köhnə boyadan təmizlənib yağlı boya ilə rənglənməsi, xarici divar səthində suvaq qatının hissəvi təmiri kimi görülmüş işlərin dəyərinin 15.500 manat məbləğində Şahid25 bank hesabına köçürülməsi göstərilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 43 №-li iclas protokolu ilə rəsmiləşdirilməklə, Qazax bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunaraq, S.Məhərrəmov, Şahid16, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış, Qazax şəhərində aparılan abadlıq işləri ilə əlaqədar Fəxri Qazaxlılar parkına və Şəhidlər Xiyabanına mövsümi dekorativ güllərin əkilməsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı X16 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmaqla predmetini şimşək kollarının və mövsümi güllərin alınıb satılması barədə görülmüş işlər və xidmətlər təşkil edən xx.xx.2018-ci il tarixli 04 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid15, Şahid11 və Şahid16 tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli aktda (forma №2) qeyd olunan ərazilərdə 4.225 ədəd mövsümi dekorativ güllər alınıb əkilməsi, alınmış kolların və görülmüş işlərin dəyərinin 8.450 manat məbləğində X6 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 22 №-li iclas protokolu əsasında xx.xx.2018-ci il tarixli qüsur aktı və smeta sənədi üzrə satıcı X16 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 02 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli aktda (forma №2) Qazax şəhərində yerləşən Mehdi Hüseyn parkında yerin daş döşəməsinin 340 kv.metr sahəsi yenilənərək yeni tamet daşı döşənməsi, 240 kv.metr güllüklərin kənarında bardürlərin dəyişdirilərək yenisi ilə əvəz olunması, işin dəyərinin 15.479 manat məbləğində X6 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 19 №-li iclas protokolu əsasında eyni tarixdə tərtib edilmiş qüsur aktı və smeta sənədi üzrə satıcı X16 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli aktda (forma №2) H.Əliyev parkında tamet döşəmə yenisi ilə əvəz olunması və quraşdırılması, işlərin dəyərinin 15.540 manat məbləğində X6 bank hesabına köçürülməsi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 19 №-li iclas protokolu əsasında xx.xx.2018-ci il tarixdə tərtib edilmiş smeta sənədi üzrə satıcı X17 ilə alıcı Qazax bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 №-li müqavilə əsasında Təqsirləndirilən şəxs təsdiq etdiyi, S.Məhərrəmov, Şahid12, Şahid14, Şahid15 və Şahid11 tərəfindən imzalanmış xx.xx.2018ci il tarixli aktda (forma №2) H.Əliyev parkında tamet döşəmə 650 kv.metr sahədə yenisi ilə əvəz olunması və quraşdırılması, işlərin dəyərinin 15.435 manat məbləğində X7 bank hesabına köçürülməsi göstərilmişdir. Maliyyə sənədlərində Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktların S.Məhərrəmovun, Şahid12, Şahid14, Şahid16, Şahid15, Şahid11 və Şahid26 imzaları ilə Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilməsi göstərilsə də, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15, Şahid11 və Şahid26 ifadələrində göstərmişlər ki, Qazax şəhərində aparılan təmir-tikinti və abadlıq işlərinin təhvil verilməsi ilə bağlı aktları və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzalamışlar, həmin aktlar və təmir-tikinti, abadlıq sahəsində digər sənədlər formal xarakter daşımış, həmin işlər faktiki olaraq təhvil alınmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 və Şahid16 isə ifadələrində işlərin bir qisminin onların iştirakı ilə təhvil alındığını, lakin bir qisminin isə faktiki olaraq təhvil alınmadığını, qeyd olunan işlərin görülməsinin rəsmiləşdirildiyi akt və digər sənədləri Təqsirləndirilən şəxs göstərişi ilə imzaladıqlarını göstərmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan ödəniş tapşırığı və mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iş üzrə vurulmuş maddi ziyanın ödənişi kimi ümumilikdə 521.857 manat və cinayət məsuliyyətindən azad olunmaq üçün qanunda nəzərdə tutulmuş ödəniş kimi 255.228 manat pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Qazax şəhəri, Yeni yaşayış massivində yerləşən torpaq sahələrinin satışından 1.815.675,8 manat (bir milyon səkkiz yüz on beş min altı yüz yetmiş beş manat, səksən qəpik) məbləğində pul vəsaiti Qazax bələdiyyəsinin bank hesablarına mədaxil olunmuşdur. Həmçinin, torpaq satışından Qazax bələdiyyəsinin "xxxx" ASC-də olan hesabına 1.847.101 manat, "xxxx" ASC-də olan hesabına 478.956 manat olmaqla cəmi 2.326.057 manat, ianələrdən "xxxx" ASC-də olan hesaba 134.180 manat və "xxxx" ASC-də olan hesaba 41.590 manat olmaqla cəmi 175.770 manat, vergi ödənişlərindən "xxxx" ASC-də olan hesaba 186.122,6 manat və "xxxx" ASC-də olan hesaba 249.924,18 manat olmaqla cəmi 436.046,78 manat məbləğində, yəni ümumilikdə Qazax bələdiyyəsinin "xxxx" ASC-də olan hesabına 2.167.403,60 manat və "xxxx" ASC-də olan hesabına 770.470,18 manat olmaqla ümumilikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində bələdiyyə hesabına 2.937.873,78 manat (iki milyon doqquz yüz otuz yeddi min səkkiz yüz yetmiş üç manat, yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti mədaxil olmuşdur. Qazax bələdiyyəsinin cari hesablarından xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində cəmi təmir-tikinti, mal-material alınması üçün sahibkarlara 1.175.138,4 manat, hüquqi şəxslərə isə 459.639 manat, nağd məxaric (mal-material alınması) 227.440 manat, əmək haqqına 254.872,96 manat, geri qaytarmaya (torpaq alışından imtina) 199.574 manat, digər xərclərə (DƏRX, Vergi, DSMF, yanacaq, Gürcüstan-Azərbaycan transsərhəd Əməkdaşlıq və s.) 621.133,39 manat olmaqla cəmi 2.937.770,75 manat (iki milyon doqquz yüz otuz yeddi min yeddi yüz yetmiş manat yetmiş beş qəpik) məbləğində vəsait məxaric olunmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Qazax Bələdiyyəsi tərəfindən abadlıq işlərinə ümumilikdə 527.867,30 manat, təmir-tikinti işlərinə isə ümumilikdə 980.854 manat xərc edilmişdir. Hesabat dövrü ərzində Qazax Bələdiyyəsi tərəfindən təmir-tikinti və abadlıq işlərinə birlikdə cəmi 1.508.721,3 manat (bir milyon beş yüz səkkiz min yeddi yüz iyirmi bir manat, otuz qəpik) xərc edilmişdir. Xərc edilmiş 1.508.721,3 manat vəsaitin təyinatı üzrə xərclənməsi barədə iş materiallarına əlavə edilmiş 2 №-li Formalarda göstərilən işlərin dəyəri cəmi 1.097.812 manat təşkil etmişdir. 2 №-li Formalarda göstərilən işlərin müqayisəli şəkildə orta bazar qiymətləri araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Qazax Bələdiyyəsi tərəfindən təmir-tikinti və abadlıq işlərinə 2 №-li Formalar əsasında cəmi 653.345,97 manat məbləğində vəsait faktiki olaraq xərclənmişdir. Həmin rəydən görünür ki, Qazax Bələdiyyəsi tərəfindən təmir-tikinti və abadlıq işlərinə birlikdə cəmi 1.508.721,3 manat xərclənməsi göstərilsə də, faktiki olaraq həmin işlərə 653.345,97 manat məbləğində vəsait xərclənmişdir. Beləliklə, mütəxəssis rəyinə əsasən, Qazax bələdiyyəsinin maliyyə sənədlərində 444.466,03 manat (dörd yüz qırx dörd min dörd yüz altmış altı manat, 3 qəpik) məbləğində pul vəsaitinin təmir-tikinti və abadlıq işlərinə sərf edilməsi göstərilsə də, faktiki olaraq həmin işlərə xərclənməmişdir. Qazax bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 1 saylı iclas protokoluna əsasən Təqsirləndirilən şəxs bələdiyyə üzvü kimi səlahiyyətləri təsdiq edilmiş və o, bələdiyyə üzvlərinin səsverməsi ilə bələdiyyə sədri seçilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 2 №-li əmri ilə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilməsi rəsmiləşdirilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 3 saylı iclas protokoluna əsasən Təqsirləndirilən şəxs bələdiyyə üzvü kimi səlahiyyətləri təsdiq edilmiş və o, bələdiyyə üzvlərinin səsverməsi ilə bələdiyyə sədri seçilmişdir. Qazax bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 3 №-li əmri ilə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilməsi rəsmiləşdirilmişdir. Qeyd olunan iclas protokollarından görünür ki, Şahid1, Şahid2, Şahid3, Şahid4, X9 və Şahid5 2015-ci ildən 2019-cu ilədək Qazax bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs, Şahid12, Şahid7, Şahid8, Şahid6, Şahid9 2015-ci ildə və 2019-cu ildə bələdiyyə üzvü kimi seçilərək bələdiyyə üzvü kimi fəaliyyətlərini davam etdirmişlər. Materiallara əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı 204976 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qazax bələdiyyəsinin sabir sədr müavini X5 baş bronxların bədxassəli yenitörəməsi səbəbindən xx.xx.2019-cu il tarixdə Qazax şəhərində ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2021-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Şahid16 istifadəsində olan ********** saylı nömrə arasında 165 zəng qeydə alınmaqla aralarında mütəmadi olaraq danışıq aparılması müəyyən edilmişdir. Həmin danışıqların əksəriyyətində anten dairəsi Qazax şəhəri kimi göstərilmiş, danışıqlar qeyd edilən dövrdə 2018-ci ilin aprel ayından 2020-ci ilin avqust ayınadək olan müddət ərzində aparılmışdır. Baxış keçirilən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə Şahid16 istifadəsində olan ********** saylı mobil nömrə arasında 1.107 zəng qeydə alınmaqla aralarında mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Sorğu edilən dövrdə həmin nömrələr arasındakı ilk zəng xx.xx.2020-ci il tarixdə, son zəng isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Baxış keçirilən ********** saylı nömrə ilə Şahid12 istifadəsində olan ********** saylı nömrə arasında ilk zəng xx.xx.2018-ci il tarixdə, son zəng isə xx.xx.2021-ci il tarixdə olmaqla cəmi 584 zəng qeydə alınmaqla, habelə baxış keçirilən nömrə ilə Şahid12 istifadəsində olan ********** saylı mobil nömrə arasında ilk zəng xx.xx.2018-ci il tarixdə, son zəng isə xx.xx.2021-ci il tarixdə olmaqla cəmi 8.525 zəng qeydə alınmaqla aralarında mütəmadi olaraq telefon danışıqları aparılması müşahidə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə bələdiyyə üzvləri Şahid2 istifadəsində olan ********** saylı mobil nömrə və ünvan 7 ünvanda istifadədə olan ***-******* saylı nömrə arasında, Şahid4 yaşadığı ünvan 8 ünvanda istifadədə olan ***-******* saylı nömrə arasında, Şahid8 istifadəsində olan ***-******* saylı mobil nömrə arasında, X3 istifadəsində olan ***-*******, ***-*******, ***-******* saylı mobil nömrələr arasında, Şahid5 istifadəsində olan ***-******* saylı mobil nömrə və yaşadığı ünvan 9 ünvanda istifadədə olan ***-******* saylı nömrə arasında, Şahid1 istifadəsində olan ***-******* saylı mobil nömrə arasında, X11 istifadəsində olan ***-******* saylı mobil nömrə arasında danışıq qeydə alınmamışdır. Baxış keçirilən nömrə ilə bələdiyyə üzvü olan Şahid7 istifadəsində olan ***-******* saylı mobil nömrə arasında yalnız 1 dəfə, yəni xx.xx.2018-ci il tarixdə saat 06:40:58-də 43 saniyə ərzində, Şahid3 istifadəsində olan ***-******* saylı mobil nömrə arasında isə yalnız iki dəfə xx.xx.2020-ci il tarixdə saat 16:48:52-də və xx.xx.2020-ci il tarixdə saat 15:10:05də müvafiq olaraq 24 saniyə və 19 saniyə ərzində danışıq aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Şahid6 istifadəsində olan **********, ********** və ********** saylı mobil nömrələr arasında, habelə baxış keçirilən nömrə ilə Şahid9 istifadəsində olan ********** saylı mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə saat 12:29:57-də 51 saniyə ərzində aparılan danışıq istisna olmaqla 2018-2019-cu illərdə danışıq aparılması qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli xx-xx/1624 və xx-xx/1625 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, S.Vurğun küçəsi, ev 156 ünvanda qeydiyyatdadır, arvadı X18, uşaqları X30, X22 və X27 tərkibdə ailə üzvləri vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Materiallara əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət əməlləri toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələrindən həmin Məcəllənin 179.3.2, 32.5,179.3.2, 308.2 və 313-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Qazax bələdiyyəsinə məxsus olmaqla ona etibar olunmuş külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törətməsi ilə əlaqədar vurduğu ziyanı və cinayət məsuliyyətindən azad edilmək üçün qanunda nəzərdə tutulmuş məbləği ödədiyindən, barəsində CM-in 179.3.2, 32.5,179.3.2-ci maddələri ilə cinayət işi üzrə icraata hissəvi xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Qazax bələdiyyəsinə məxsus olmaqla ona etibar olunmuş külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törətməsi ilə əlaqədar vurduğu ziyanı və cinayət məsuliyyətindən azad edilmək üçün qanunda nəzərdə tutulmuş məbləği ödədiyindən, ibtidai istintaq orqanı tərəfindən barəsində CM-in 179.3.2, 32.5,179.3.2-ci maddələri ilə cinayət işi üzrə icraata hissəvi xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli “Məhkəmə hökmü haqqında” qərarının 39-cu bəndindən görünür ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutlmuş vəzifə saxtakarlığı böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. İş materiallarndan aydın olur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla vəzifə saxtakarlığı cinayətini sonuncu dəfə 2020-ci ildə törətmişdir. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətini törətdiyi gündən 02 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 39.1.7-ci maddələrinə əsasən hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübutlar- Qazax bələdiyyəsinin xəzinə kitabının və xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli forma 2 №-li aktların əsillərinin surətləri çıxarılaraq, surətlər cinayət işinin materiallarına əlavə edilməklə əslləri Qazax şəhər bələdiyyəsinə qaytarılmalı, bundan başqa, Qazax bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 40 №-li, xx.xx.2018-ci il tarixli 04 №-li, xx.xx.2018-ci il tarixli 05 №-li, xx.xx.2018-ci il tarixli 14 №-li, xx.xx.2018-ci il tarixli 16 №-li, xx.xx.2018-ci il tarixli 18 №-li, xx.xx.2018-ci il tarixli 18 №-li, xx.xx.2018-ci il tarixli 19 №-li, xx.xx.2018-ci il tarixli 20 №-li, xx.xx.2018-ci il tarixli 22 №-li, xx.xx.2018-ci il tarixli 24 №-li, xx.xx.2018-ci il tarixli 31 №-li, xx.xx.2018-ci il tarixli 36 №-li, xx.xx.2018-ci il tarixli 41 №-li, xx.xx.2018-ci il tarixli 43 №-li, xx.xx.2018-ci il tarixli 45 №-li, xx.xx.2018-ci il tarixli 46 №-li, xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 03 №-li, xx.xx.2019-cu il tarixli 07 №-li, xx.xx.2019-cu il tarixli 09 №li, xx.xx.2019-cu il tarixli 12 №-li, xx.xx.2019-cu il tarixli 25 №-li, xx.xx.2019-cu il tarixli 29 №-li, xx.xx.2019-cu il tarixli 45 №-li, xx.xx.2019-cu il tarixli 47 №-li, xx.xx.2020-ci il tarixli 05 №-li iclas protokolları, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 41-16675/2021 saylı və "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 4098 saylı məktublara əlavə edilmiş Qazax bələdiyyəsinin hesabından çıxarışlar, Şahid24 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-nin Qazax şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş hesabından və "xxxx" ASC-dəki hesabından çıxarışlar, Şahid23 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-də olan hesabından çıxarışlar, X2 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-nin Ağstafa filialı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Elvin AS X19” MMC-nin və "xxxx" MMC-nin hesablarından çıxarışlar, Azercell Telekom” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 18173 saylı məktuba, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL- 28122/21 saylı məktuba, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL- 15965/21 saylı və xx.xx.2021-ci il tarixli BKC/LGL-21645/21 saylı məktublara əlavə edilmiş cəmi 04 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39, 40.1, 43.3, 321, 346-347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar-Qazax bələdiyyəsinin xəzinə kitabının və xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli forma 2 №-li aktların əsillərinin surətləri çıxarılaraq, surətlər cinayət işinin materiallarına əlavə edilməklə əsilləri Qazax şəhər bələdiyyəsinə qaytarılsın, bundan başqa, Qazax bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 40 №-li, xx.xx.2018-ci il tarixli 04 №-li, xx.xx.2018-ci il tarixli 05 №-li, xx.xx.2018-ci il tarixli 14 №-li, xx.xx.2018-ci il tarixli 16 №-li, xx.xx.2018-ci il tarixli 18 №-li, xx.xx.2018-ci il tarixli 18 №-li, xx.xx.2018-ci il tarixli 19 №-li, xx.xx.2018-ci il tarixli 20 №-li, xx.xx.2018-ci il tarixli 22 №-li, xx.xx.2018-ci il tarixli 24 №-li, xx.xx.2018-ci il tarixli 31 №-li, xx.xx.2018-ci il tarixli 36 №-li, xx.xx.2018-ci il tarixli 41 №-li, xx.xx.2018-ci il tarixli 43 №-li, xx.xx.2018-ci il tarixli 45 №-li, xx.xx.2018-ci il tarixli 46 №-li, xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 03 №-li, xx.xx.2019-cu il tarixli 07 №li, xx.xx.2019-cu il tarixli 09 №-li, xx.xx.2019-cu il tarixli 12 №-li, xx.xx.2019-cu il tarixli 25 №-li, xx.xx.2019-cu il tarixli 29 №-li, xx.xx.2019-cu il tarixli 45 №-li, xx.xx.2019-cu il tarixli 47 №-li, xx.xx.2020-ci il tarixli 05 №-li iclas protokolları, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 41-16675/2021 saylı və "xxxx" ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 4098 saylı məktublara əlavə edilmiş Qazax bələdiyyəsinin hesabından çıxarışlar, Şahid24 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-nin Qazax şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş hesabından və "xxxx" ASC-dəki hesabından çıxarışlar, Şahid23 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-də olan hesabından çıxarışlar, X2 ifadəsinə əlavə etdiyi "xxxx" ASC-nin Ağstafa filialı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Elvin AS X19” MMC-nin və "xxxx" MMC-nin hesablarından çıxarışlar, Azercell Telekom” MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 18173 saylı məktuba, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-28122/21 saylı məktuba, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli BKC/LGL-15965/21 saylı və xx.xx.2021-ci il tarixli BKC/LGL- 21645/21 saylı məktublara əlavə edilmiş cəmi 04 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-30/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-30/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver