Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-31/2025 22.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim sədrliyi, katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,661 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə saat 15:10-da Qazax şəhəri, Bakı küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti, 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 31 iyul 2024-cü il tarixdə saat 16:10-dan saat 17:00-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli parça materialından hazırlanmış qısaqol köynəyin sol döş cibindən 1 (bir) ədəd ağ-göy rəngli salfet kağızın içərisindəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,661 qram təşkil edən, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, müxtəlif yerlərdə fəhləlik edərək maddi qazanc əldə edir. Hazırki iş üzrə tutulmamışdan təxminən 5 gün əvvəl o, Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman təsadüfən yerdə bükülü vəziyyətdə salfet kağızın olduğunu görmüşdür. İçərisində nə olduğuna baxmaq üçün əlinə götürdükdə içərisində 01 ədəd şəffaf sellofan kəsiyində büküm, bükümün içində isə metamfetamin olduğunu aşkar etmişdir. Gələcəkdə özü istifadə etməsi üçün həmin bükümü əynindəki açıq göy rəngli qısaqol yay köynəyinin sol döş cibinə qoymuşdur. 30 iyul 2024-cü il tarixdə səhər saatlarında bacısı ərinin bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar avtobusla Bakı şəhərindən ata yurdu olan Qazax şəhəri, Bakı küçəsi, ev 7 ünvanına qayıtmışdır. 31 iyul 2024-cü il tarixdə saat 15 radələrində Qazax şəhəri, Bakı küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin daravazasından çıxıb evinin qarşısında piyada getdiyi vaxt bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu izah etmişlər və birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da etiraz bildirməmiş və polis əməkdaşları onu Qazax rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı onun üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. O, əynində olan açıq göy rəngli parça materialından hazırlanmış qısaqol yay köynəyinin sol döş cibindən 01 ədəd safet kağızın içərisində 01 ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxardıb otaqdakı stolun üzərinə qoymuş, içərisində metamfetamin olmasını, bir neçə gün əvvəl Bakı şəhərində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilib qablaşdırılmış, sonra üzərində şəxsi axtarış davam etmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və o, protokolla tanış olub onu imzalamışdır. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 31 iyul 2024-cü il tarixdə Qazax şəhəri, Bakı küçəsi, ev 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı X2, Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2, Əməliyyat-rabitə qrupunun kiçik inspektoru, polis baş serjantı X4 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində o, İlkin İsgəndərov və Şahid2 ilə birlikdə 31 iyul 2024cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlayaraq ona özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu rayon polis şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. O, bu barədə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, müdafiəçsinin də iştirakı ilə videoçəkiliş aparılmaqla İlqarın üzərində şəxsi axtarış keçirilməyə başlanmış, əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli parça materialından hazırlanmış qısaqol yay köynəyinin sol döş cibindən 01 ədəd salfet kağızın içərisində 01 ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxardıb otaqdakı masanın üzərinə qoymuş, içərisində metamfetamin olmasını, təxminən 2-3 gün əvvəl Bakı şəhərində olan zaman təsadüfən yerdən tapdığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə təhqiqatçı İlham Rəhimov tərəfindən sellofan kəsiyi ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra İlqarın üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı İlham Rəhimov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 02 avqust 2024-cü il tarixdə Qazax RPŞ-nin MSY-dən azad edilərək ümumilikdə 02 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2024-cü il tarixli, 16/824 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,661 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (0,661 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,611 qram metamfetamin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 1807 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 31 iyul 2024-cü il saat 16:10-dan saat 17:00-dək olan müddət ərzində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli parça materialından hazırlanmış qısaqol köynəyin sol döş cibindən 01 ədəd ağ-göy rəngli salfet kağızın içərisində 01 ədəd şəffaf sellofan kəsiyin bükümündə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, 2-3 gün əvvəl Bakı şəhərində olan zaman yerdən taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,661 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün əldə etdiyi müəyyən edilmiş, lakin, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə, psixotrop maddə satması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı məhəllə sakinləri tərəfindən nümayəndəliyə heç bir şikayət və narazılıq, cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların mövcud olması, lakin ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞnin Saxlanc anbarında saxlanılan 0,611 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,611 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-31/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-31/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver