Məhkəmə qərarları › İş №1(023)-32/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-32/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-32/2023 14.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il də Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, ailəli, Qazax şəhəri, Heydər Əliyev prospekti ev 171-də qeydiyyatda olmaqla Qazax şəhəri ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı X4 ilə birlikdə şərikli, yəni hər biri 75 (yetmiş beş) manat pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini sifarişləri əsasında istintaqa məlum olmayan şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kəndindən keçən hissəsində, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri və rəqəmləri həkk olunmuş yol nişanın yaxınlığında olan qoyulmuş nisbətən iri həcmli daşın dibindən götürüb əldə edərək istifadəsində olan “Khazar” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Babək Mansurovla birlikdə daşıyaraq sonuncunun Qazax rayon Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlayan zaman narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istifadəsində olan avtomobilin qabaq sol qapısının iç hissəsində yerləşən tutacağın iç cibliyində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı “Khazar” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə saat 01:30-dan 03:35 radələrinədək olan müddət ərzində baxış zamanı avtomobilin qabaq sol qapısının iç hissəsində yerləşən tutacağın iç cibliyində 2 ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,701 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,248 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri ünvan 1 ünvanında yaşayır. Həbs edilməmişdən təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İlqar və İran vətəndaşı kimi təqdim edən bir nəfərlə tanış olmuş, onun narkotik vasitə satmasını bilmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı və aralarında dostluq münasibəti olan Babək Mansurov ona zəng vuraraq narkotik maddəyə ehtiyacı olduğunu bildirmiş, o da həmin vaxt narkotik maddəyə ehtiyacının olduğunu hiss etmiş, Babəkə tapa biləcəyini və əgər istəyirsə birlikdə pul qoyub ala biləcəklərini demiş, Babək də onunla razılaşmış və narkotik vasitənin qiymətini soruşmuş, o, 1 büküm metamfetaminin 40 manat, heroinin isə 35 manat olduğunu, eyni məbləğdə pulu da özünün qoyacağını bildirmişdir. Babək razılaşmış və o da İlqar adlı şəxslə “Whatsapp” mobil proqramı vasitəsi ilə əlaqə saxlayaraq 2 büküm heroin və 2 büküm metamfetamin lazım olduğunu demiş, İlqar kimi tanıdığı şəxs ondan harada olduğunu soruşmuş, İlqara Qazax rayonu Yuxarı Salahlı kəndinə gedəcəyini söyləmiş, o İlqar ona “sən get, mən malı sənə çatdıracam” demişdir. O da evdən çıxaraq istifadəsində olan “Khazar” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobillə Yuxarı Salahlı kəndi istiqamətində getməyə başlamış, yolda olan zaman həmin şəxs ona “Whatsapp” mobil proqramı vasitəsi ilə zəng edərək istədiyi miqdarda “malı” Yuxarı Salahlı kəndininin çıxacağında, Bakı-Qazax yolunun kənarında olan, üzərinə “Bakı”, “Gəncə” və “Qazax 20” sözləri yazılmış yol nişanının kənarında olan daş parçasının yan alt hissəsində sellofan torbanın içərisində olduğunu bildirmişdir. Az bir müddətdə Yuxarı Salahlı kəndinə çatmış və yolda Babəki götürmüşdür. Bundan sonra Babəklə birlikdə Qazax rayon Yuxarı Salahlı kəndinin çıxacağında, Bakı-Qırmızı Körpü magistral yolunun üzü Qırmızı Körpü istiqamətində yolun sol hissəsinə və üz tərəfi Qırmızı Körpü istiqamətində quraşdırılmış, üzərinə alt-alta “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri yazılmış yol nişanının yanına çatmışlar. Hər ikisi də avtomobildən enmiş və nişana yaxınlaşmışdır. Həmin vaxt saat 23 radələri olmuşdur. O, həmin yerdə nişanın yan tərəfinə yaxınlaşaraq mobil telefonunun işığını yandırmış və orada nisbətən iri bir daş parçası olduğunu görmüş, daş parçasının yan alt hissəsində sellofan bükülü olduğunu görüb götürmüş, həmin vaxt Babək də yanında olduğu üçün bükülünü götürdüyünü görmüşdür. Sellofanı tələm-tələsik açmış və içərisində 4 ədəd büküm olduğunu görmüş və oradan tez bir zamanda uzaqlaşmaq üçün avtomobilə qayıdaraq Yuxarı Salahlı kəndi istiqamətində gəlməyə başlamışdır. Yolda olan zaman bükümü Babəkə vermiş, Babək də “mallara” baxaraq yerində olduqlarını demiş, sonra ona qaytarmışdır. Sonra Babək yaşadığı evə getməyi təklif eləmiş və evində pulu verəcəyini bildirmişdir. Bundan sonra X11 kəndində olan yaşadığı evə gəlmişlər və avtomobili Babəkin evinin girişinin qarşısında saxlamışdır. Babək avtomobildən düşərək ona “mənim payımı gətir evdə ver, pulunu da verim” demiş, yaşadığı evə getmiş, o isə Babəkin yaşadığı evin qarşısında avtomobili saxladıqdan sonra cibinə qoyduğu sellofan bükülünü açmış içərisində olan iki ədəd metamfetamin bükümündən bir ədədini və 2 ədəd heroin bükümündən bir ədədini Babəkə vermək məqsədi ilə cibinə qoymuş, boş sellofanı isə tullamışdır. Özünə saxladığı bükümləri isə avtomobilinin qabaq sol qapısının iç cibliyinə qoymuş və avtomobildən düşərək Babəkin yaşadığı evə daxil olmuşdur. Evə daxil olduqdan sonra Babəklə birlikdə qonaq otağına daxil olmuş, orada əynində olan şalvarın sağ cibindən 2 ədəd sellofan kəsiyi bükümlərini çıxararaq stolun üzərinə qoymuş və Babəkə birinin içərisində metamfetamin, digərinin içərisində isə heroin olduğunu, əvvəlcədən razılaşdıqları kimi, yəni metamfetaminin qiymətinin 40, heroinin isə 35 manat olmasını bildirmiş, Babək dərhal evin digər otağına keçərək 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinasları olmaqla ümumilikdə 75 manat pul gətirərək ona vermiş və “mən öz payıma düşəni verdim, mən raşot” demişdir. O da pulu götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2002-ci il tarixdə, saat 01 radələrində bir neçə nəfər mülki və polis geyimində şəxslər Babəkin yaşadığı evə gələrək özlərini təqdim edib Qazax RPŞ-nin əməkdaşları olduqlarını, Babəkin yaşadığı evdə qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu, bu səbəbdən də evinə baxış keçirməli olduqlarını bildirmişlər. Babək də baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmış, arxasınca evin ikinci mərtəbəsinə qalxıb mətbəx otağına baxış keçirmişlər. Baxış zamanı mətbəx otağından hər hansı bir narkotik vasitə aşkar olunmamış, Babəkin evindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, ondan Babəkin yaşadığı ünvana hansı vasitə ilə gəldiyi soruşulmuş, o isə istifadəsində olan “Khazar” markalı avtomobil ilə gədiyimi demiş və polis əməkdaşları avtomobilində narkotik vasitə saxlamaqda şübhəsi olduğunu deyərək avtomobilə də baxış keçirilməli olduqlarını izah etmişlər. O, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə vermişdir. Həmin gün, saat 01:30 radələrində o, Babəklə və polis əməkdaşları ilə birlikdə avtomobilinə baxış keçirilməsi üçün darvazanın qarşısına çıxmış, avtomobilə baxış zamanı onun avtomobilinin sol ön qapısından iç tutacaq hissəsindəki cibliyə qoyduğu iki ədəd sellofan kəsiyində büküm aşkarlanmış, həmin bükümlərdən kiçik olanının özünə məxsus olduğunu və bükümün içərisindəki kütlənin heroin olduğunu, digər büküm barədə heç bir məlumatının olmadığını bildirmişdir. Avtomobilin digər hissələrinə baxış keçirilsə də hər hansı qanunsuz predmet aşkar olamamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə gəlmiş, polis şöbəsində vəkil dəvət olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və video çəkiliş vasitəsi ilə, vəkilin iştirakıyla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir narkotik vasitə, pisxotrop maddə və ya qanunsuz predmet aşkar olunmamış, lakin Babəkin vermiş olduğu 75 manat pul cibindən aşkar edilərək götürülmüş və kağız zərfdə qablaşdırılmışdır. Avtomobilindən aşkar olunan narkotik vasitəni saxlamaqda məqsədi gələcəkdə həmin narkotik vasitəni yalnız özü üçün istifadə etmək olmuş, narkotik vasitədən heç kimə satmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və o cür fikrə düşməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində və polis kapitanı xüsusi rütbəsində xidmət edir. Qazax rayon Yuxarı Salahlı kəndində yaşayan X4 və Qazax şəhərində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç biri ilə ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində xidmətdə olarkən ona əməliyyat məlumatı daxil olmuşdur ki, Qazax rayon Yuxarı Salahlı kəndində yaşayan X4 qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı və satışı ilə məşğul olur. Оna görə də o bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Babək Mansurovun cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid3, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5 və Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X2 ibarət əməliyyat istintaq qrupu yaradılmışdır. Sonra o əməliyyat istintaq qrupuna daxil edilmiş əməkdaşlarla birlikdə RPŞ-dən çıxaraq Babək Mansurovun yaşadığı Qazax rayon Yuxarı Salahlı kəndi istiqamətində getməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Babək Mansurovun yaşadığı evin qarşısına çatıb evin giriş darvazasını döyməyə başlamış, bu zaman Babək Mansurov darvazanı açmış və evin həyətinə daxil olmuşlar. İlk öncə təhqiqatçı tərəfindən Babək Mansurova evinə baxış keçiriləcəyini bildirilmiş və hər hansı bir etirazının olub-olmaması soruşulmuş, Babək də narazılıq etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra Babəkdən yaşadığı evdə hər hansı bir narkotik vasitə olub-olmadığı soruşulmuş, Babək isə “xeyr” cavabını vermişdir. Bundan sonra evin İİ mərtəbəsinə qalxmışlar və əvvəlcə mətbəx otağına baxış keçirmişlər, mətbəx otağından hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya müəyyən olunmamışdır. Daha sonra evin qonaq otağına daxil olmuşlar, həmin vaxt otaqda əvvəlcədən tanımadıqları bir nəfər şəxsin otaqda olan stolun kənarına qoyulmuş çarpayıda oturduğunu görmüşlər. Həmin vaxt Babəkdən həmin şəxsin kim olduğu və nə məqsədlə evində olduğu soruşulduqda Babək həmin şəxsin “Akoş” olduğunu və “mal” gətirdiyini bildirmiş, “malın” yarım qram “kokos”, yarım qram da “şüşə” olduğunu əlavə etmişdir. Stolun üzərinə baxış zamanı stolun üzərində 2 ədəd büküm olduğu, bükümlərin yanında isə bir ədəd şpris və çay qaşığı olduğu müəyyən edilmişdir. Həmin vaxt Babək bükümləri şəxsi istifadəsi üçün, bükümlərdən içərisində “şüşə” olanı istifadəsi üçün 40 manata, içərisində “kokos” olanı isə 35 manata aldığını bildirmişdir. “Akoş” ləqəbli şəxs isə həmin bükümləri Babəkə satmadığını, Babəkin çoxdan narkotik vasitə istifadə etdiyini, Babəkgilə isə kart oynamağa gəldiyini bildirmişdir. Bundan sonra stolun üzərindən aşkar edilmiş bükümlərdən biri açılmış, içərisində şəffaf rəngli psixotrop maddə olan metamfetminə banzər maddə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,58 qram təşkil eləmişdir. Daha sonra digər büküm açılmış, içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmiş, həmin büküm də elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,55 qram təşkil etmişdir. Bundan sonra hər iki büküm ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri 64 saylı möhürlə möhürlə möhürlənmiş və “Akoş” ləqəbli Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar tərəfindən imzalanmış, Şükür isə zərfin üzərini imzalamaqdan imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs Babəkin yaşadığı evə nə ilə gəldiyi soruşulmuş, Şükür şəxsi avtomobili ilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilində və üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, həmin vaxt Şükür avtomobilində az miqdarda narkotik vasitə olduğunu demiş, üzərində isə olmadığını bildirmişdir. Avtomobilinə baxış keçiriləcəyi bildirildikdə isə Təqsirləndirilən şəxs etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra Babək Mansurovun evinə baxış keçirilməsi davam etdirilmiş və Babəkin yaşadığı evdən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Babəkin yaşadığı evdən çıxaraq, evin qarşısında dayanmış Təqsirləndirilən şəxs istifadəsində olan “Khazar” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmışlar. xx.xx.2022-ci il tarixdə, saat 01:30-dan 03:35 radələrinə qədər Şükürün avtomobilinə baxış keçirilmiş, baxışdan əvvəl Şükür avtomobili kənardan idarə etmə pultu vasitəsi ilə avtomobilin qapılarını açmış və avtomobilə baxış zamanı avtomobilin sağ qabaq qapısının iç cibliyindən iki ədəd büküm aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən nisbətən iri həcmli olanının özünə məxsus olmadığını, digər bükümün isə özünə məxsus olduğunu və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs özünə aid olduğunu bildirdiyi büküm açılmış, içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmış, həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmış, çəkisi 0.33 qram olmuşdur. Daha sonra digər büküm açılmış, içərisindən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0.78 qram təşkil eləmişdir. Hər iki büküm ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri 64 saylı möhürlə möhürlənmiş və Təqsirləndirilən şəxs başqa digər iştirakçılar tərəfindən imzalanmışdır, Şükür içərisində metamfetamin olan bükümün ona məxsus olmadığını bildirərək zərfin üzərini imzalamaqdan imtina etmişdir. Bundan sonra avtomobilin salonuna, yük yerinə və motor olan hissəsinə baxış keçirilmiş, avtomobildən başqa hər hansı bir narkotik vasitə, psoxotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxışın keçirilməsi Qazax RPŞ-nin KTQ-nun inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoqeydiyyatla aparılmış, baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu o da imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Babək Mansurovla birlikdə Qazax RPŞ-nin inzibati binasına gəlmişlər. RPŞ-də əvvəlcə Babək Mansurov şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və təhqiqatçının xidməti iş otağında hüquqları izah edilməklə şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarışı zamanı Babək Mansurovun üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanması qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi Qazax RPŞ-nin KTQ-nun inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoçəkiliş vasitəsi ilə videoqeydiyyata alınmış, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və təhqiqatçının xidməti iş otağında hüquqları izah edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə psixotrop maddə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinasları olmaqla ümumilikdə 75 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs pul vəsaitinin özünə məxsus olduğunu bildirmişdir. Həmin pul vəsaiti sayıldıqdan sonra 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri 64 saylı möhürlə möhürlənmiş və Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi Qazax RPŞ-nin KTQ-nun inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoqeydiyyata alınmış, şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokol da Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində bildirmişdir ki, X4 əridir, birlikdə yaşamışlar, əvvəllər Babək müxtəlif cinayətlər törədərək məhkumluq həyatı yaşasa da, narkotik vasitələrdən istifadə etdiyini bilmirmiş, lakin buna baxmayaraq Babəkin narkotik vasitə istifadə etməsindən şübhələnirmiş. Təqsirləndirilən şəxs isə Babəkin dostu-tanışı kimi tanımış, Şükürlə arasında heç bir münasibəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o yaşadığı evdə olarkən Babək ona “indi qayıdıram” deyərək evdən çıxıb harasa getmişdir. Babək getdikdən bir qədər sonra, Babəkin bibisi oğlu Elyar yaşadıqları evə qonaq gəlmiş və Babəki soruşmuş, o da Elyara “indilərdə çıxdı, harda olsa gələr, Babək gələnə qədər bir stəkan çay iç” demiş, Elyar da razılaşmışdır. Babək evdən çıxdıqdan bir qədər sonra, xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində evin giriş qapısının qarşısında avtomobil dayanmasının səsini eşitmiş və bundan bir neçə dəqiqə sonra Babək evə daxil olmuş, Elyarla salamlaşıb görüşmüşdür. Bundan da bir neçə saniyə sonra Şükür evə daxil olmuş, ümumi şəkildə “axşamınız xeyir” demiş və Babəklə birlikdə qonaq otağına keçmişlər. Otağa daxil olduqdan sonra Babək onun olduğu otağa daxil olaraq ona 75 manat pul lazım olduğunu demiş, o, pulun nəyə lazım olduğunu soruşduqda, ona “sonra deyərəm, indi lazımdır” demişdir. O da 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinasları olmaqla ümumilikdə 75 manat pulu saxladığı yerdən götürərək Babəkə vermişdir. Babək otaqdan çıxan zaman Babəkin pulu nə edəcəyini bilmək üçün arxasınca qonaq otağına daxil olmuş, həmin vaxt Babəkə verdiyi pulu Şükürə vermiş və Şükürə “mən öz payıma düşəni verdim, mən raşot” demişdir. Bu zaman o otaqdakı stolun üzərində də 2 ədəd əvvəllər görmədiyi və hardasa şübhəli gələn büküm görmüşdür. Bu zaman Babəkin Şükürlə birlikdə narkotik vasitə aldığını düşünərək etiraz eləmək istəmiş, həmçinin həmin vaxt evə qonaq gəlmiş Elyar da Babəkə etiraz etmək istəmiş, elə həmin vaxt bir neçə nəfər mülki və polis geyimində şəxslər evə gələrək özlərini təqdim etmişlər və Qazax RPŞ-nin əməkdaşları olduqlarını, Babəkin evdə qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bu səbəbdən də evə baxış keçirməli olduqlarını bildirmişlər. Babək isə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları evə baxış keçirməyə başlamışlar, o isə baxışda iştirak etməmişdir. Sonra polis əməkdaşları Şükürü və Babəki də götürüb evdən çıxmışlar, o isə evdən bayıra çıxmamışdır. O sonradan bilmiş ki, yaşadığı evdə olan bükülülər narkotik maddələr imiş, həmçinin Şükürün də avtomobilindən narkotik maddələr aşkar edilib və Babək Şükürlə birlikdə hərəsinə 75 manat pul qoyaraq birlikdə narkotik maddələr əldə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2022-ci il tarixli, 16/1180 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə “X3 fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə bənzəyən kütlələr..” sözləri və imzalar olan kağız paketdəki; -2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,289 qarm maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -1 (bir ) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,547 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr..” sözləri və imzalar olan kağız paketdəki; -1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,248 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. -2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,701qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketdə olan herionlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd:Heroinin təmiz çəkiləri 0,289 qram, 0,248 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,239 qram, 0,198 qram. Metamfetamin ümumi təmiz çəkisi-0,547 qram, 0,701 qram, tədqiqata cəmi sərf edildi – 0,25 qram, qalıq 0,497 qram, 0,651 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1742 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmiş. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİNin BƏSİİ-dən alınmış tələbnamədən və Qazax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya xəxtəxanasının verdiyi xx.xx.2021-ci il tarixli 1886 nömrəli arayışdan görünrür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasının narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, X3 yaşadığı fərdi yaşayış evinə baxış zamanı evin qonaq otağında olan stolun üzərindən 1 ədəd sellofan bükümdə, bükümlə birlikdə 0,58 qram psixotrop maddə olan metamfetaminə, 1 ədəd sellofan bükümdə, bükümlə birlikdə 0,55 qram çəkidə narkotik vasitə olan heroinə bənzər maddə, Təqsirləndirilən şəxs istifadəsində olan “Khazar” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı isə avtmobilin qabaq sol qapısının iç tutacaq hissəsində olan cibliyindən 1 ədəd sellofan bükümdə, bükümlə birlikdə 0,78 qram psixotrop maddə olan metamfetaminə bənzər maddə və 1 ədəd sellofan bükümdə bükümlə birlikdə 0,33 qram narkotik vasitə olan herionə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonda olan “Whatsapp” mobil proqramınin içərisində İran İslam Respublikası məxsus +98 939 755 41 44 mobil nömrə ilə qeydiyyat keçilmiş nömrə olduğu, həmin mobil nömrə ilə səsli zəngdən istfadə edildiyi, belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:06, 23:12 və 23:20 radələrində zəngli danışıqlar olduğu, həmin nömrə ilə danışıq zamanı səs yazmadan, şəkillərdən və adi yazışmadan istifadə edilmədiyi, Təqsirləndirilən şəxs məxsus mobil telefonun telefona daxil olan və çıxan zənglərin qeydiyyatı bölməsində xx.xx.2022-ci il tarixində saat 20:09-20:24 radələri arasında Qazax rayon Yuxarı Salahlı kəndində yaşayan X3 arasında sonunucya məxsus 099 710 10 13 saylı mobil nömrə vasitəsi ilə telefon danışığının olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 607 15 05 saylı mobil nömrə ilə X3 istifadəsində olan 099 710 10 13 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 20:24:16-dan xx.xx.2022-ci il saat 20:25:37-dək 81 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:23:09-dan xx.xx.2022-ci il tarixi saat 20:23:09dək 48 saniyə və xx.xx.2022-ci il tarixi saat 20:09:33-dən xx.xx.2022-ci il tarixi saat 20:10:27-dək 54 saniyə danışıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan əməliyyat tapşırığına cavabdan görünür ki, X4 və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmış şəxsin istifadəsində olan İran İslam Respublikasına məxsus +98 939 755 41 44 saylı mobil nömrə xarici ölkə mobil operatoruna məxsus olduğundan kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamış, B.Mansurov və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kəndindən keçən hissəsində quraşdırılmış, üzərinə “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri yazılmış yol nişanının yaxınlığından əldə etmişlər, X12 Məmmədov əlbir olmuşlar, Təqsirləndirilən şəxs Babək Mansurova heç bir narkotik vasitə və ya psixotrop maddə satmamış, hər ikisinin barəsində narkotik vasitələrdən istifadə etmələri barədə məlumat daxil olsa da, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə heç bir məlumat öz təsdiqini tapmamış, narkotik və psixotrop maddələri “Qazax 20”, “Gəncə 137” və “Bakı 487” sözləri yazılmış yol nişanının yaxınlığına qoymuş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 18 oktyabr 2022-ci il tarixli, xx-xx/1460 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri H.Əliyev prospekti, ev 171-də qeydiyyatda olmasına baxmayaraq Qazax şəhəri ünvan 3 ünvanında yaşayır. Arvadı- xx.xx.1984-cü il təvəllüdlü X7, oğlu- xx.xx.2003cü il təvəllüdlü X8 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 12 noyabr 2019-cu il tarixli, 002203 saylı ambulator və ya stasionar xəstənin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bronxial astma infeksiyon alergik mənşəli, tez-tez təkrarlanan boğulma tutmaları ilə normadan asılı vəziyyət. EMFİZEM, TC İİ dərəcə virus mənşəli nefratif xroniki qastrid. Bruselyoz xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon Mərkəzi X6 Şəxsin verdiyi xx.xx.2020-ci il tarixli, 1137 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “hepatit”dən (virus) əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 27 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, X4 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barələrində həmin hissədə cinayət təqibinə xitam verilmiş, X3 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə və psixotrop maddə əldə etməsi faktına əsasən ********* №-li cinayət işindən barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilmiş, X4 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etdikləri mənbənin müəyyən edilərək araşdırma aparılması məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılmış, X3 yaşadığı evdən aşkar olunub götürülmüş dəqiq çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qaytarılmış hissəsi, dəqiq çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qaytarılmış hissəsi, Təqsirləndirilən şəxs istifadəsində olan avtomobildən aşkar olunub götürülmüş dəqiq çəkisi 0,248 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,198 qram qaytarılmış hissəsi və dəqiq çəkisi 0,701 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,651 qram qaytarılmış hissəsi maddi sübut kimi tanınmış, saxlanılmaları üçün Qazax RPŞ-də məsul saxlanca verilmiş və ********* nömrəli cinayət işi üzrə də maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəza ona Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 21 gün hissəsi ilə qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan, təmiz çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qalığı, təmiz çəkisi 0,248 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,198 qram qaytarılmış hissəsi, təmiz çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qalığı, təmiz çəkisi 0,701 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,651 qram qalığı məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğdə pul Ş. Məmmədovdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ0 **********000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş hazırki cəza ona Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 21 (iyirmi bir) gün hissəsi ilə qismən birləşdirilsin, o, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan təmiz çəkisi 0,289 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,239 qram qalığı, təmiz çəkisi 0,248 qram olan narkotik vasitə heroinin ekspertizadan 0,198 qram qaytarılmış hissəsi, təmiz çəkisi 0,547 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,497 qram qalığı, təmiz çəkisi 0,701 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan 0,651 qram qaytarılmış hissəsi məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ0**********000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar