Məhkəmə qərarları › İş №1(023)-32/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-32/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-32/2024 18.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci Qazax rayonu, Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 0,95 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özünə məxsus olan “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasında yerəşən saxlanc yerində saxlamaqla daşımış, həmin narkotik vasitənin 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrı təmiz çəkiləri 0,35 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,67 qram hissəsini 10 may 2023-cü il tarixdə saat 14 radələrində Qazax rayonu, Canallı kəndində yerləşən pay torpaq sahəsinin kənarında özünə məxsus olan həmin avtomobilin içərisində Şahid1 20 (iyirmi) manat müqabilində satdıqdan sonra 10 may 2023-cü il tarixdə saat 14 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 və Təqsirləndirilən şəxs Qazax rayonu, Canallı kəndində yerləşən pay torpaq sahəsinin kənarında saxlanılaraq sonuncuya məxsus olan həmin avtomobillə birlikdə Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 10 may 2023-cü il tarixdə tarixdə saat 15:00-dan saat 15:45-dək olan müddət ərzində Şahid1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli parça materialından hazırlanmış jiletin sol yan cibindən 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrı təmiz çəkiləri 0,35 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,67 qram, həmin tarixdə saat 16:30-dan saat 18:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı ön oturacaqlarının arasında yerəşən saxlanc yerindən təmiz çəkisi 0,28 qram olmaqla ümumi təmiz çəkisi 0,95 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd 20 manatlıq pul əsginası aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 əvvəlcədən tanıyır, Vüsal onun həmkəndlisi və qonşusudur. Aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavətləri olmamış, münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023cü il tarixdə günorta saatlarında Şahid1 onun mobil nömrəsinə zəng edərək marixuana istifadə etmək istədiyini bildirmiş və ondan haradan əldə edə biləcəyini soruşmuş, o, Vüsala bir qədər gözləməsini və daha sonra zəng edib bu barədə məlumat verəcəyini bildirmiş, təxminən 20-25 dəqiqə sonra o, Vüsala zəng edərək marixuana tapdığını demiş, Vüsal Qazax rayonu, Canallı kəndində əkin sahəsini pul müqabilində suvardığını bildirib marixuananı onun yanına aparmasını istəmişdir. O, etibarnamə əsasında idarə etdiyi “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Qazax rayonu, Canallı kəndinə getmiş, Qazax rayonun Xanlıqlar kəndində çayın kənarında heyvan otaran zaman əldə etdiyi qurudulmuş marixuananı özü ilə aparmış, Vüsalın olduğu yerə çatmış və avtomobilini Vüsalın yanında saxlamış, dayanan kimi Vüsal qapını açıb ön sərnişin oturacağında oturmuş, o, sürücü oturacağının qolaltı hissəsindən 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağıza bükülü vəziyyətdə olan qurudulmuş marixuananı Vüsala vermiş, Vüsal isə onları götürüb maşının qoltuqaltı adlanan yerinə 01 ədəd 20 manatlıq qoymuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər avtomobilə yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edərək onların narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduqlarını izah edib onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Vüsal və o, polislərə etiraz etməmiş, polis əməkdaşları Vüsalı və onu avtomobili ilə birlikdə Qazax RPŞ-yə aparmışlar, avtomobili polis əməkdaşı idarə etmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, lakin hansısa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra videioçəkilişlə və müdafiəçisinin iştirakı ilə polis şöbəsinin inzibati binasının həyətində saxlanılan “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı sürücü oturacağının qolaltı hissəsindən Vüsalın marixuanaya görə qoyduğu 01 ədəd 20 manatlıq əsginas, bundan başqa, həmin qolaltının içinə tökülmüş marixuana qalıqları aşkar edilmiş, pul və qurudulmuş marixuananın qalıqları götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, o da protokolu imzalamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi şəkildə heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində yaşadığı evdən çıxıb pul müqabilində Səməndər adlı şəxsə məxsus olan əkin sahəsini suvarmaq məqsədi ilə Qazax rayonu, Canallı kəndinə getmişdir. Qeyd olunan ünvana çatıb günorta saatlarına qədər işlədikdən sonra marixuana istifadə etmək istəmiş, istifadəsində olan mobil telefonla həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs zəng edərək ona marixuana tapmasını istəmiş, az sonra Şahmar ona zəng edərək özündə marixuana olduğunu demiş, Şahmara Qazax rayonu, Canallı kəndində Səməndər adlı şəxsə məxsus əkin sahəsini suvardığını deyib əkin sahəsinin olduğu yeri başa salaraq marixuananı ora gətirməsini Şahmardan xahiş etmiş, bir neçə dəqiqə sonra, saat 14 radələrində Şahmar “AzSamand” markalı **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun olduğu yerə gəlmiş, avtomobili saxlayan kimi o, sağ ön qapını açıb ön sərnişin oturacağında oturmuş, oturan kimi Şahmar ön oturacaqların arasında yerləşən, saxlanc yeri olan qolaltı hissəni açıb oradan 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, o da 01 ədəd 20 manatlıq əsginası çıxarıb avtomobilin qolaltısına qoymuşdur. Bu vaxt mülki geyimdə olan bir neçə nəfər şəxs avtomobilə yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib onu və Şahmar Ağstafa RPŞ-nə dəvət etmişlər. Şahmarla o da razılaşmışlar, polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə gəlmişlər. Orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində üzərində narkotik vasitə və digər əşyalar varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qəhvəyi rəngli parça materialından olan qolsuz jiletin sol yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim etmiş və həmin bükümlərin içərisində marixuana olduğunu, həmin gün həmkəndlisi Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qeyd olunan bükümlər çəkilib qablaşdırıılmış, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs öz həmkəndlisi Şahid1 narkotik vasitə satacağı barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna təhqiqat bölməsinin rəisi, polis polkovnik-leytenantı X18, təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13 və post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs və Şahid1 ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmışlar. Bundan sonra daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmaq üçün Qazax rayonu, Canallı kəndi ərazisində olduğunu müəyyən etmişlər. Daxil olmuş məlumat əsasında o, Şahid2 və Şahid4la birlikdə Qazax rayonu, Canallı kəndi ərazisində yerləşən, həmçinin “Azpetrol” yanacaq doldurma məntəqəsinə yaxın məsafədə olan əkin sahəsinə getmişlər. Həmin gün, saat 14 radələrində əkin sahəsinə çatdıqda Təqsirləndirilən şəxs “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin sürücü oturacağında, Şahid1 isə həmin avtomobilin ön sərnişin oturacağında əyləşdiyini müəyyən etmişlər. Dərhal avtomobilə yaxınlaşaraq Təqsirləndirilən şəxs və Şahid1 özlərini təqdim edərək onlar Qazax RPŞ-nə dəvət etmişlər. Şahmar və Vüsal razılaşdıqdan sonra onların ikisini də Şahmara məxsus “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Qazax RPŞ-nə aparmışlar. Avtomobili həyətdə saxlamış, qapılarını bağlamışlar. Təhqiqatçının iş otağında müdafiəçi ilə təmin edilmiş Vüsalın üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Şahid1 əynindəli qəhvəyi rəngli parça materialından olan jiletin sol yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb təqdim etmiş, siqaret qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində 02 ədəd gümüşü rəngli kağız bükümün olduğu aşkar edilmiş, Vüsal onların içərisində marixuana olduğunu, həmkəndlisi Şahmar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat qarşılığında sonuncunun avtomobilində aldığını və Şahmarın həmin 20 manatlıq pulu avtomobilindəki ön oturacaqların arasında yerləşən qolaltı hissənin içərisinə qoyduğunu bildirmiş, onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Şahid1 üzərində keçirilmiş şəxsi axtarış başa çatdıqdan sonra müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Şahmarda narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Şahid1 üzərində şəxsi axtarış aparılan zaman 02 ədəd bükümdə marixuanayabənzər kütlə aşkar edildiyini və Şahid1 həmin kütlələri ondan 20 manat qarşılığında aldığını, onun da həmin 20 manatlıq əsginası götürüb avtomobilinin ön oturacaqlarının arasında yerləşən qolaltı hissənin içərisinə qoyduğunu deməsini Şahmara bildirdikdə Şahmar Vüsalın dediklərini təsdiq edərək “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında öz avtomobilində Şahid1 20 manat qarşılığında qurudulmuş marixuana satdığını, satmış olduğu marixuananı kənddə su kanalının kənarından tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını deyərək bu barədə ərizə yazıb imzalamış, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə polis şöbəsinin inzibati binasının həyətində olan “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, baxış zamanı avtomobilin ön oturacaqlarının arasında yerləşən qolaltı hissədə 01 ədəd 20 manatlıq əsginas, 01 ədəd ağ rəngli xüsusi kağız və açıq vəziyyətdə, quru halda olan, spesifik iyə malik, yaşıl rəngli bitki hissəcikləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki hissəciklərinin Şahid1 20 manat qarşılığında satmış olduğu marixuananın qalıqları, 20 manatlıq pulun isə Şahid1 narkotik vasitə qarşılığında ona verdiyi pul olduğunu, ağ rəngli kağızı isə tütün doldurmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılıb götürülmüş, başqa qanunsuz əşya aşkar edilməmiş, X11 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqnda elan edilmiş ifadəsindən görünür ki,10 may 2023-cü il tarixdə Qazax rayonu, Xanlıqlar kənd sakini Təqsirləndirilən şəxs öz həmkəndlisi Şahid1 narkotik vasitə satacağı barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O həmin əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, təhqiqat bölməsinin rəisi, polis polkovnik-leytenantı X18, təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13 və post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 daxil edilmişlər. O və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs və Şahid1 ətrafında keçiriləcək əməliyyat-axtarış tədbirləri barədə təlimatlandırılmışlar. Bundan sonra daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmaq üçün Qazax rayonu, Canallı kəndi ərazisində olduğunu müəyyən etmişlər. Daxil olmuş məlumat əsasında o, əməliyyat qrupunun üzvləri olan Şahid3 və Şahid4la birlikdə Qazax rayonu, Canallı kəndi ərazisində yerləşən, həmçinin “Azpetrol” yanacaq doldurma məntəqəsinə də yaxın məsafədə olan əkin sahəsinə getmişlər. Əkin sahəsinə çatdıqda Təqsirləndirilən şəxs “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin sürücü oturacağında, Şahid1 isə həmin avtomobilin ön sərnişin oturacağında əyləşdiyini müəyyən etmişlər. Dərhal avtomobilə yaxınlaşaraq Təqsirləndirilən şəxs və Şahid1 özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satması barədə əməliyyat məlumatının daxil olduğunu, bu səbəbdən də, onlarla birlikdə Qazax rayon Polis Şöbəsinə getməli olduqlarını izah etmişlər. Hər iki şəxs buna hər hansı bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra həm Şahid1, həm də Təqsirləndirilən şəxs sonuncuya məxsus olan “AzSamand” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirərək növbətçi hissəyə təhvil vermişlər və o, raportla məruzə etmişdir. Bundan sonra, ilk öncə Şahid1 X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş və vəkillərin siyahısı təqdim edilmişdir. Şahid1 siyahıdan X2 sonra həmin müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilərək bu barədə yazılı bildirişlər verilmişdir. Həmin gün saat 15 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mətəbəsində yerləşən xidməti otaqda onun və əməliyyat qrupunun digər üzvlərinin, müdafiəçi Rüfət Mahmudovun iştirakları ilə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqat bölməsinin rəisi Fərid Rüstəmov tərəfindən videokameradan istfadə edilərək videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı X11 hüquq və vəzifələrini izah etdikdən sonra Şahid1 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsini təklif etmişdir. Bunun qarşılığında Şahid1 əynində olan qəhvəyi rəngli parça materialından olan jiletin sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusu X11 tərəfindən açıldıqda içərisində 2 ədəd gümüşü rəngli kağız bükümün olduğu aşkar edilmişdir. X11 Şahid1 həmin bükümlərin içərisindəki kütlələrin nə olduğunu soruşduqda Şahid1 onların içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin kütlələri haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduqda isə Şahid1 həmin kütlələri həmkəndlisi Şahmar adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat qarşılığında sonuncunun avtomobilində aldığını və Şahmarın həmin 20 manatlıq əskinazı ondan götürüb avtomobilindəki ön oturacaqların arasında yerləşən qolaltı hissənin içərisinə qoyduğunu bildirmişdir. Bundan sonra Şahid1 təqdim etdiyi həmin bükümlər X11 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmişdir. Kütlələrin ayrı-ayrılıqda çəkilərinin 0,45 və 0,50 qram olduğu müəyyən edilmişdir. Hər iki büküm birlikdə 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra o, Şahid1 paltarlarını və bədən səthini yoxlamış, lakin üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra X11 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid1 üzərində keçirilmiş şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və ona vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahıdan X3 sonra həmin müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilərək bu barədə yazılı bildirişlər verilmişdir. Həmin gün saat 16 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mətəbəsində yerləşən xidməti otaqda onun və əməliyyat qrupunun digər üzvlərinin, müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqat bölməsinin rəisi Fərid Rüstəmov tərəfindən videokameradan istifadə edilərək videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı X11 hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində hər narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs paltarlarını və bədən səthini yoxladmış, lakin, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra, X11 Təqsirləndirilən şəxs ondan əvvəl şübhəli şəxs qismində tutulan Şahid1 üzərində şəxsi axtarış aparılan zaman 2 (iki) ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edildiyini və Şahid1 həmin kütlələri ondan 20 (iyirmi) manat qarşılığında aldığını, onun həmin 20 (iyirmi) manatlıq əskinazı götürüb avtomobilinin ön oturacaqlarının arasında yerləşən qolaltı hissənin içərisinə qoyduğunu bildirməsi barədə məlumat verib bu barədə nə deyə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə qarşılığında Şahid1 dediklərini təsdiq edərək “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında öz avtomobilində Şahid1 20 (iyirmi) manat qarşılığında narkotik vasitə satdığını, həmin 20 manatlıq əskinazı avtomobilinin qolaltı hissəsinə qoyduğunu və Şahid1 satmış olduğu narkotik vasitəni kənddə su kanalının kənarından tapdığını bildirmişdir. Arxasınca Təqsirləndirilən şəxs idarə etdiyi “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə də baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını deyərək bu barədə ərizə yazıb imzalamışdır. Təqsirləndirilən şəxs ərizəni yazıb yekunlaşdırdıqdan sonra bütün iştirakçılarla birlikdə xidməti otaqdan çıxıb polis şöbəsinin inzibati binasının həyətində olan “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar və X11un göstərişi əsasında onun tərəfindən həmin avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin ön oturacaqlarının arasında yerləşən qolaltı hissədə 1 ədəd 20 (iyirmi) manatlıq əskinaz, 1 (bir) ədəd ağ rəngli xüsusi kağız və açıq vəziyyətdə, quru halda olan, spesifik iyə malik, yaşıl rəngli bitki hissəcikləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki hissəciklərinin Şahid1 20 (iyirmi) manat qarşılığında satmış olduğu narkotik vasitə olan marixuananın qalıqları, 20 manatlıq əskinazın isə Şahid1 narkotik vasitə qarşılığında ona vermiş olduğu pul olduğunu, ağ rəngli kağızı isə tütün doldurmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, 1 ədəd 20 manatlıq əskinaz və 1 ədəd ağ rəngli kağız birlikdə kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışlar. Qolaltı hissədən aşkar edilmiş yaşıl rəngli bitki hissəcikləri təhqiqatçı tərəfindən bir ədəd kağız kəsiyinin üzərində toplanaraq elektron tərəzi vasitəsilə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 1,13 qram təşkil etmişdir. Həmin büküm də təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışlar. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilsə də, digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra X11 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışlar. Cinayət işinin materiallarında olan;- məhkəmə-bioloji ekspertizasının 11 may 2023-cü il tarixli, 16/495 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 02 ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,32 qram, ümumi təmiz çəkisi 0,67 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (0,35 qram və 0,32 qram qurudulmuş marixaunalın hər birindən 0,02 qramı ekspertiza tədqiqatına sərf edilmiş, müvafiq olaraq 0,33 qram və 0,30 qram qurudulmuş marixuana qalmışdır). Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,28 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (0, 28 qram qurudulmuş marixuanadan 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,26 qram qurudulmuş marixuana qalmışdır). Məhkəmə narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli, 1268 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təkrar məhkəmə narkoloji ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 1597 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 10 may 2023-cü il tarixdə saat 15:00-dan saat 15:45-dək olan müddət ərzində Şahid1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli parça materialından olan qolsuz jiletin sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,45 qram və 0,50 qram təşkil edən yaşıl rəngli qurudulmuş halda olan, narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüş, Şahid1 həmin narkotik vasitəni 10 may 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs 20 manat qarşılığında alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını və Təqsirləndirilən şəxs həmin 20 manatlıq əskinazı götürüb özünün idarə etdiyi avtomobilin salonunda qolaltı deyilən yerə qoyduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 10 may 2023-cü il tarixdə saat 16:30-dan saat 18:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı bir narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları aşkar edilməsə də, həmin müddət ərzində idarə etdiyi “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı ön sərnişin orturacaqlarının arasında yerləşən qolaltı hissənin içərisindən üzərində B10886571 seriya nömrəsi olan 1 ədəd 20 manatlıq əsginas, 1 ədəd ağ rəngli kağız və açıq vəziyyətdə olan, spesifik iyili kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə kağız kəsiyinin üzərində toplanaraq elektron tərəzi vasitəsilə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 1,13 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə həmkəndlisi Şahid1 20 manat qarşılığında narkotik vasitə olan marixuana satdığını, idarə etdiyi avtomobilin ön oturacaqlarının arasında yerləşən qolaltı hissədən aşkar edilmiş 20 manatlıq əskinazın Şahid1 ona vermiş olduğu həmin 20 manat olduğunu, həmçinin avtomobilin qolaltı hissəsindən aşkar edilmiş açıq vəziyyətdə olan kütlənin Şahid1 satmış olduğu narkotik vasitə olan marixuananın hissəcikləri olduğunu, aşkar edilmiş bir ədəd ağ rəngli kağızdan isə tütün doldurmaq üçün istifadə etdiyini bildirmişdir. “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına və istifadəsində olan **********40 saylı nömrə xx.xx.2023-cü il tarixdə saat 00:40:26dan saat 07:33:55-dək “Qazax rayonu, Canali baladiyyasi”, saat 09:33:57-dən saat 10:07:43-dək “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, “Qazax rayonu, Canali baladiyyasi”, saat 10:38:39-dan saat 10:59:38-dək “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 11:47:49-dan saat 12:22:45-dək “Qazax rayonu, Neft Terminali arazisi”, “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 14:23:22-dən saat 15:27:29-dək “Qazax shahari, Nizami kuchasi, 3 X28 Maktab” anten dairələrində olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs adına və istifadəsində olan **********40 saylı nömrə ilə Şahid1 adına və istifadəsində olan **********93 saylı nömrə arasında cəmi 39 dəfə danışıq olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixdə saat 07:33:35-dən həmin tarixdə saat 12:22:45dək Təqsirləndirilən şəxs adına və istifadəsində olan **********40 saylı nömrə ilə Şahid1 adına və istifadəsində olan **********93 saylı nömrə arasında zənglər aşkar edilmişdir. 10 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 16:15-da şübhəli şəxs qismində tutulmuş və 12 may 2023-cü il tarixdə saat 12:05-də müvəqqəti saxlanma yerindən azad edilmişdir. Qazax rayon Psixiatriya Xəstəxanasının verdiyi 17 may 2023-ci il tarixli, 875 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs X6 narkoloji və psixoloji qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Qazax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndində əsasən xx.xx.2021-ci il tarixdə azad edilmiş və ona təyin olunmuş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını da çəkib qurtarmışdır. Qazax RİHB-ın Xanlıqlar kənd İƏDÜ nümayəndəliyinin verdiyi arayışdan və xasiyyətnamədən görünür ki, Məhərrəmov X1 qeydiyyatda olmaqla atası X16, anası X4, arvadı X8, qızı X12 və oğlu X9 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı iki uşağı vardır. 22 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai sitintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Şahid1 satdığı, eyni zamanda idarə etdiyi “AzSamand” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,95 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan başqa əldə edərək istifadə etdiyi narkotik vasitənin miqdarını müəyyən etmək mümkün olmadığından, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, Şahid1 ümumi təmiz çəkisi 0,67 qram təşkil edən şəxsi istehlak miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, Şahid1 həmin maddə ilə inzibati qaydada məsulliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub, törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,33 qram, 0,30 qram və 0,26 qram qurudulmuş marixuana məhv edilməli, B10886571 seriya nömrəli 01 ədəd 20 manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X5 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ0 **********00000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,33 qram, 0,30 qram və 0,26 qram qurudulmuş marixuana məhv edilsin, B10886571 seriya nömrəli 01 ədəd 20 (iyirmi) manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X5 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ0**********000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar