Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-33/2024 24.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil, məhkumluğu olmayan, Qazax şəhəri, Azadlıq küçəs ev 98-də qeyddiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,353 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 09:55-də ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qazax rayon X8 Hissəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 21 fevral 2023-cü il tarixdə saat 10:50-dən saat 11:40-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,353 qram təşkil edən miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o təkrarən təmiz çəkisi 34,86 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 17:05-də Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mütəfəkkirlər” adlanan parkda saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 31 iyul 2023-cü il tarixdə saat 18:00-dan saat 19:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 34,86 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax şəhəri Azadlıq küçəsi 98 nömrəli evdə yaşayır. X7ndə işrtirak edib yaralanmışdır, 2-ci qrup əlildir. 20 fevral 2023-cü il tarixdə Ayaz adlı tanışı ona istifadə etməsi üçün bir büküm heroin vermiş, o, heroin bükümünü şalvarının cibinə qoymuşdur. 21 fevral 2023-cü il tarixdə saat 09-10 radələrində yaşadığı küçədə yerləşən FHN Yanğından Mühafizə hissəsinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlayıb Qazax RPŞ-nə aparmışlar, orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxs axtarış aparılmış, əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli bükümdə heorin aşkar edilmiş, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilib qablaşdırılmış, axırda protokol tərtib edilmiş, onun özü, həmçinin orada iştirak edənlər tərəfindən protokol imzalanmışdır. Bundan başqa, o, 2023-cü ilin iyul ayının təxminən ortalarında Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən “Qroxod” adlanan ərazidə piyada gəzən zaman yabanı halda bitmiş 1 ədəd çətənə bitkisi görmüş, şəxsi istifadəsi üçün bitkinin yarpaqlarını toplayıb həmin yerdə qurutmuş, 31 iyul 2023-cü il tarixdə saat 16 radələrində artıq yarpaqların quruduğunu fikirləşib yenidən həmin yerə gedərək çətənə bitkisinin yarpaqlarını əli ilə əzərək sarı rəngli sellofan torba torbaya yığmış, torbanı əynində olan boz rəngli cins şalvarın arxa sağ cibinə qoyub Qazax şəhərinə qayıtmış, saat 17 radələrində Qazax şəhərində yerləşən “Mütəfəkkirlər” parkının içərisində piyada yaşadığı evə tərəf gedən zaman Qazax rayon polis şöbəsinin əməkdaşları kimi tanıdığı Hikmət, Həmid, Elşən və Hafiz adlı şəxslər onu saxlayıb polis şöbəsinin inzibati binasına aparmışlar. Qazax RPŞ-də o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd sellofan bükümdə göstərilən qurudulmuş marixuana aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilib qablaşdırılmış, bu haqda protokol tərtib olunmuş, o da protokolu imzalamışdır. Əməllərindən peşmandır, İİ qrup əlil olmaqla himayəsində azyaşlı uşaqları var, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt, 21 fevral 2023-cü il tarixdə Qazax şəhəri, Azadlıq küçəsi ev 98-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat barədə raportla rayon polis şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 21 fevral 2023-cü il tarixdə saat 09:55-də o və Şahid2 Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən FHN-nin Qazax rayon X8 hissəsinin inzibati binasının yaxınlığında saxlayaraq Qazax RPŞ-nə aparımışlar. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu vaxt videoçəkiliş aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Raqif əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə heroinə oxşar kütlə çıxarıb təqdim etmiş, heroin olmasını demişdir. Qeyd olunan büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüş, onlar da zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən hər hansı ba.qa qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Qazax RPŞ PPX bölüyündə serjant rütbəsində xidmət edir. 31 iyul 2023-cü il tarixdə saat 17:05-də onun özü, həmçinin, CAB-nin əməliyyat müvəkkili Şahid3, Narkotiklərlə mübarizə qrupunun əməkdaşı Hikmət Nəsibov və PPX bölüyünün polis nəfəri Şahid2 Qazax şəhəri, H. Əliyev prospektində yerləşən “Mütəfəkkirlər” adlı parkda Təqsirləndirilən şəxs saxlayaraq sonuncunu Qazax RPŞ-nə aparmışlar. Orada müdafiəçsinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılmış, əvvəlcə Raqifə üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim eləməsi təklif edilmiş, Raqif şalvarının arxa cibindən 01 sellofan büküm çıxarıb içərisində qurudulmuş marixuana olmasını, şəxsi istifadəsi üçün “Qroxod” adlanan yerdən yığıb qurutduğunu demiş, həmin bükümə baxış keçirilmiş, çəkilib qablaşdırılmış, Raqifin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, onun özü və orada iştirak edən digər şəxslər protokolu imzalamışlar. İş üzrə şahid olan Şahid2 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli, 16/249 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd büküm..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,353 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir (0,353 qram heroindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,303 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 avqust 2023cü il tarixli, 16/768 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli polietilen torba kəsiyi bükümündə təmiz çəkisi 34,86 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (34,86 qram qurudulmuş marixuanadan 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 34,81 qram qurudulmuş marixuana qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023cü il tarixli, 1035 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 10:50-dən saat 11:40-dək olan müddət ərzində Qazax rayon Polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 18:00-dan saat 19:00-dək olan müddət ərzində Qazax rayon Polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd sarı rəngli polietilen bükümdə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, 10 gün əvvəl “Qroxod” adlana ərazidən toplayaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavablarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 0,353 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 34,86 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 21 fevral 2023-cü il tarixli və 31 iyul 2023-cü il tarixli “Şübhəli şəxs qismində tutma haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub xx.xx.2023-cü il tarixdə azad edilməklə 02 gün, bundan başqa, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 02.08. 2023-cü il tarixdə azad edilməklə 02 gün olmaqla, cəmi 04 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Qazax mənzil İstismar sahəsinin verdiyi 5-58-13-17/2-411/2023 nömrəli, xx.xx.2023-cü saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri Azdlıq küçəsi ev 98-də qeydiyyatda olmaqla ailə üzvləri arvadı xx.xx.1985-ci il təvəllüdlü X3, qızı xx.xx.2011-ci il təvəllüdlü X4 və oğlu xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan M/V 009801 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 iştirakçısıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və İİ qrup əlildir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 17 mart 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 14 fevral 2006-cı il tarixli qərarı ilə 10 ay 11 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmunu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində iki azyaşlı uşaqları olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak eləməsini, müharibə veteranı və 2-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan CM-nin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə CM-nin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 04 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,303 qram heroin və 34,81 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 64,8 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılaraq onun üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,303 qram heroin və 34,81 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-33/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-33/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver