Məhkəmə qərarları › İş №1(023)-33/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-33/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-33/2025 21.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 23 radələrində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ Tovuz RQİTBŞ tərəfindən verilmiş BC dərəcəli sürücülük vəsiqəsinə sahib olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford Transit yük” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax şəhəri, H.Əliyev prospekti ilə S.Vurğun küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü kimi sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda həmin maddənin tələblərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozub qarşı istiqamətdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib hərəkətini davam etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz 220 CDİ” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi “Ford Transit yük” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısı ilə toqquşması nəticəsində zərbənin təsirindən hərəkət zolağından çıxmaqla sol tərəfi ilə həmin vaxt Qazax şəhəri, Səməd Vurğun küçəsində yolu piyada keçməkdə olan zərərçəkmiş şəxs - xx.xx.1957-ci il təvəllüdlü X7 vuraraq zərərçəkmiş şəxs Şahlıx Mustafayevanın açıq kəllə-beyin travması, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı yerdəyişməli sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyəsinin, 8-12-ci qabırğalar səviyyəsinin və bel şöbəsinin qançırları, yetirildiyi anda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almasına və sonuncunun başın alın sümüyünün basılmış sınığı nəticəsində törənən baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişası altına qansızması nəticəsində 12 iyun 2024-cü il tarixdə Qazax rayon X13 şöbəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Ağköynək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri, Ə.Seyidov küçəsində Qaz İdarəsinin yaxınlığında yerləşən “Bəyaz bərəkət” adlı çörək sexindən 40 qəpik və 50 qəpik qarşılığında aldığım çörəkləri Qazax şəhəri ərazisində yerləşən müxtəlif ərzaq mağazalarına sataraq maddi qazanc əldə etmişdir. Çörəkləri əldə etdiyi “Bəyaz bərəkət” adlı çörək sexinin sahibi X9r. İdarə etdiyi “Ford Transit” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili də ona 15000 (on beş min) manat qarşılığında Rüfət Bədəlov qeyrirəsmi şəkildə satmışdır. Lakin, o, pulun bir qismini verdiyi üçün Rüfət Bədəlov ona müvəqqəti olaraq nəqliyyat vasitəsini istifadə etmək haqqında etibarnamə vermişdir. O, pulu tam ödəyib qurtardıqdan sonra Rüfət Bədəlovun ona nəqliyyat vasitəsinin üzərində sərəncam vermək barədə etibarnamə verəcəyi barədə razılıq əldə etmişlər. Bundan əlavə, çörəyi özü alıb satdığı üçün Rüfətlə aralarında əmək müqaviləsi yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində həmişə olduğu kimi iş gününün sonunda o, idarə etdiyi “Ford” markalı avtomobildə olan boş çörək qutularını çörək sexinə boşaltmışdır. Daha sonra isə Qazax rayonu, Ağköynək kəndində yerləşən evinə getmək məqsədi ilə sexin yerləşdiyi Əhməd Seyidov küçəsindən Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Yeddi qaya” adlanan mağazanın qarşısındakı yol ayrıcına çatdıqda evinə yaxın məsafədən getmək üçün sol tərəfdə yerləşən Səməd Vurğun küçəsinə dönmək qərarına gəlmişdir. Yol ayrıcında H.Əliyev prospekti ilə Qazax rayon Mərkəzi Xəstəxanası istiqamətində yolun boş olduğunu görmüşdür. Lakin, anidən uzaq məsafədən avtomobil işığını görmüşdür. Həmin vaxt avtomobil təxminən ondan 150-200 metr uzaqlıqda olmuşdur. Ona görə də, hərəkətini dayandırmadan Səməd Vurğun küçəsi istiqamətində dönmə əməliyyatını həyata keçirməyə başlamışdır. Bu vaxt səs gəldiyini eşitmiş və həmin avtomobil qəflətən idarə etdiyi avtomobilin sağ ön qapısına çırpılmışdır. Zərbənin təsirindən o, huşunu itirmiş və bir müddət sonra xəstəxanada gözlərini açmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, onun idarə etdiyi avtomobili vuran “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1dur və həmin avtomobil onun idarə etdiyi avtomobillə toqquşduqdan sonra avtomobilim sürüşərək yolu piyada keçən X8 dəymişdir. X14 xəstəxanada ölmüşdür. Hadisə zamanı o, qadın piyadanın yolu keçdiyini xatırlasa da, qadını vurmağını xatırlamır. Belə ki, bu barədə ona sonradan məlumat verilmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili təxminən 10-15 km/saat sürətlə idarə etmişdir. Onun hərəkəti üçün təhlükəni o, görməmişdir. Belə ki, o, sonuncu dəfə “Mercedes Benz” markalı avtomobili ondan təxminən 150-200 metr məsafədə görmüşdür. Hadisə zamanı avtomobildə ondan başqa heç kəs olmamışdır. Hadisə nəticəsində müxtəlif travma xəsarətləri almışdır. Onun sürücülük hüququ, yəni sürücülük vəsiqəsi vardır. Yol-nəqliyyat hadisəsi zamanı o, “Ford Transit” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə tanış olmuşdur. Lakin, o, həmin rəylərlə razı deyildir. Belə ki, onun hərəkəti üçün təhlükə yaranmamış, “Mercedes Benz” markalı avtomobil ilə onun idarə etdiyi avtomobil arasındakı məsafə təxminən 150-200 metr olduğundan o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmamışdır. Ona görə də, özünü ümumiyyətlə təqsirli bilmir. Həmçinin, göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixli ifadəsini tanış olmadan imzalamışdır. Belə ki,o, ifadəsində təhlükənin yaranması xüsusatı ilə bağlı heç bir hal göstərməmişdir. Bu səbəbdən də ifadələr arasında ziddiyyət yaranmışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqiq varisi Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona maddi yardım göstərmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı onun hüquqi varisinə tamamilə ödəmiş və onunla barışmışdır. Sonda yaşının və mövcud xəstəliyinin nəzərə alınmasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Birinci Şıxlı kəndində yaşayır. Rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. X10 onun doğma anasıdır. 11 iyun 2024-cü il tarixdə təxminən saat 23 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərində olan zaman ünvan 2 ünvanında anası Şahlıx Mustafayeva ilə birlikdə yaşayan bacısı Şahid2 mobil telefon vasitəsilə ona zəng edərək yol-nəqliyyat hadisəsini baş verməsi, hadisə zamanı avtomobilin yolu piyada keçən anası Şahlıx Mustafayevanı vuraraq xəsarət yetirməsi və Qazax rayon X13 Şöbəsinə daxil olması barədə məlumat vermişdir. O, bunu eşitdikdən sonra dərhal Qazax şəhəri istiqamətində yola düşmüşdür. Lakin, bir qədər sonra, yəni 12 iyun 2024-cü il tarixdə təxminən saat 00:30 radələrində bacısı Əfsanə yenidən zəng edərək anasının yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada öldüyünü bildirmişdir. Bundan bir neçə saat sonra o, Qazax şəhərinə çatmış və anasıgilin yaşadığı ünvana gəldikdə anasının vəfat etdiyini müəyyən etmişdir. 12 iyun 2024-cü il tarixdə günorta saatlarında isə anasını dəfn etmişlər. Daha sonra ona məlum olmuşdur ki, 11 iyun 2024-cü il tarixdə saat 23 radələrində anası psixi xəstə olan, 1986-cı il təvəllüdlü, 1-ci qrup əlil qardaşı X11 axtarıb taparaq evə gətirmək üçün yaşadığı ünvan 2 ünvanından çıxıb piyada şəkildə həmin prospektin kənarı ilə hərəkətdə olan zaman Səməd Vurğun küçəsinin kəsişməsində yolu keçməyə az məsafə qalmış Qazax rayonu, Ağköynək kənd sakini Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Ağköynək kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə “Ford” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yolu piyada keçən anası Şahlıx Mustafayevanı vurmuşdur. O, həmçinin ifadəsində bildirmişdir ki, yolnəqliyyat hadisəsi nəticəsində anasının vəfat etməsindən sonra sürücülər Şahid1 və Təqsirləndirilən şəxs saymamazlıq edərək yaşadıqları evə gəlməmiş, onlara maddi və ya mənəvi dəstək olmamışlar. Bu səbəbdən də, o, həm Şahid1, həm də Təqsirləndirilən şəxs şikayətçidir və hər iki şəxsin həbs edilməsini tələb edir. Bundan əlavə, anası Şahlıx Mustafayeva sağlığında həm 1-ci qrup əlil olan qardaşı Məqsədə, həm də yaşlılıqla əlaqədar xəstə olan atası X15 qayğı göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona maddi yardım göstərmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır, ondan şikayəti və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Eyni zamanda çıxışında iş üzrə verdiyi mülki iddiasından imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, ailə üzvlərimlə birlikdə ünvan 2 ünvanında yaşayır. Bacısı Zərərçəkmiş şəxs isə evli olduğu üçün öz ailəsi ilə birlikdə Qazax rayonu, Birinci Şıxlı kəndində yaşayır. 1986-ci il təvəllüdlü qardaşı X16 anadan olduğu gündən ruhi-əsəb xəstəsidir və 1-ci qrup əlildir. Atasının isə qocalıqla əlaqədar səhhətində bir sıra problemlər vardır. Qardaşı Məqsədə və atasına daima anası X10 qayğı göstərmişdir. Hətta qardaşı 1-ci qrup əlil olduğu üçün ona göstərdiyi qayğıya görə dövlət tərəfindən anasına hər ay müavinət verilmişdir. O isə 1 aylıq evlilik həyatından sonra anasıgillə birlikdə yaşamağa davam etmişdir. Qardaşı Məqsəd gün ərzində Qazax şəhəri ərazisində olan parklarda gəzdiyi üçün hər gün axşam saatlarında anası Şahlıx Mustafayeva şəhərə çıxaraq Məqsədi tapıb evə gətirmişdir. 11 iyun 2024-cü il tarixdə təxminən saat 23 radələrində evdə olan zaman anası Şahlıx Mustafayeva həmişə olduğu kimi qardaşı Məqsədi tapmaq üçün evdən çıxıb getmişdir. Anası evdən çıxdıqdan təxminən 5-6 dəqiqə sonra o, şəhərdən güclü səs gəldiyini eşitmişdir. O, ilk öncə hansısa avtomobilin yaxınlıqdakı 2 nömrəli məktəbin divarına çırpıldığını zənn etmişdir. Lakin, bundan bir qədər sonra yaşadıqları evin qapısının döyüldüyünü eşitmişdir. Qapını açdıqda qonuşuluqda yaşayan, adını dəqiq bilmədiyi oğlan yol-nəqliyyat hadisəsi baş verdiyini, hadisə zamanı avtomobilin onun anasını vurduğunu və anasını xəstəxanaya apardıqlarını bildirmişdir. O, dərhal üzərindəki paltarları dəyişib həmin şəxslə birlikdə Qazax rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda anasının Acil Şöbəsində ağır vəziyyyətdə olduğunu və alın nahiyyəsindən qan axdığını görmüşdür. O çatdıqdan bir neçə dəqiqə sonra anasını xəstəxananın reanimasiya şöbəsinə qaldırmışlar və o gözləməyə başlamışdır. Lakin, bir qədər sonra anasının ölməsi barədə ona məlumat verilmişdir. Sonradan ona məlum olmuşdur ki, 11 iyun 2024-cü il tarixdə saat 23 radələrində anası psixi xəstə olan, 1986-cı il təvəllüdlü, 1-ci qrup əlil qardaşı X11 axtarıb taparaq evə gətirmək üçün yaşadığı ünvan 2 ünvanından çıxıb piyada şəkildə həmin prospektin kənarı ilə hərəkətdə olan zaman Səməd Vurğun küçəsinin kəsişməsində yolu keçməyə az məsafə qalmış Qazax rayonu, Ağköynək kənd sakini Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Ağköynək kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə “Ford” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yolu piyada keçən anası Şahlıx Mustafayevanı vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 11 iyun 2024-cü il tarixdə axşam saat 23 radələrində xidmətdə olarkən Qazax şəhəri, H.Əliyev prospekti ilə Qazax şəhəri, S.Vurğun küçəsinin kəsişməsində, yəni “7 Qaya” adlanan marketin qarşısında 2 avtomobilin toqquşması və toqquşma zamanı 1 nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat əldə etdikdən sonra dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqda toqquşan avtomobillərin “Mercedes Benz E220” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Transit” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduqlarını müəyyən etmişdir. Hadisə yerinə toplaşan şəxslərdən toqquşan avtomobillərin sürücülərinin və hadisə zamanı yolu piyada keçən bir nəfər qadının almış olduqları xəsarətlərlə əlaqədar o, hadisə yerinə gəlməmişdən qabaq xəstəxanaya aparıldıqlarını öyrənmişdir. Bundan sonra o, dərhal rayon polis şöbəsinin Növbətçi Hissəsinə məlumat verərək hadisə yerinə müstəntiq göndərilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra müstəntiq yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gələrək onun, şöbənin əməliyyat-istintaq qrupunun digər üzvlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirərək protokol tərtib etmişdir. O və digər iştirakçılar həmin protokolla tanış olub imzalamışlar. İstintaq hərəkəti bitdikdən sonra o, ərazi üzrə xidmətinə davam etmişdir. Həmin vaxt yol-nəqliyyat hadisəsində iştirak etmiş “Mercedes Benz E220” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 və “Ford Transit” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət aldıqlarına görə onlar dərhal Qazax rayon X13 Şöbəsinə aparıldıqları üçün hadisə yerinə baxış müstəntiq tərəfindən sürücülərin iştirakı olmadan həyata keçirilmişdir.Sürücülərdən heç biri hadisə yerindən yayınmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 9-10 radələrində sinif yoldaşı Məmməd və Məmmədin Bakı şəhərindən gələn dostu ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yerləşən kafelərdən birində oturub xaş yeməyə və spirtli içki qəbul etməyə başlamışlar. Təxminən 1-2 saat müddətində kafedə olmuşlar və həmin müddət ərzində 3 nəfərə 0,5 litr miqdarda spirtli içki olan araq içmişlər. Təqribən 30 dəqiqə sonra o, tərkibində spirt olan “Go” markalı enerji içkisi də içmişdir. Kafedən çıxdıqdan sonra bir neçə saat müddətində onun idarə etdiyi, atası X17 məxsus olan “Mercedes Benz” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri ərazisində gəzmişlər və çayxanalardan birində oturub çay içmişlər. Daha sonra o, uşaqlarla sağollaşıb sürücü qismində işçi axtaran fərdi sahibkarla görüşmək üçün Qazax rayonu, İkinci Şıxlı kəndinə getmişdir. Axşam saatlarına qədər İkinci Şıxlı kəndində olduqdan sonra yenidən Qazax şəhərinə qayıtmışdır. Saat 22 radələrində Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, “Su-15” adlanan ərazidə yerləşən avtoyuma məntəqələrindən birində 50 (əlli) qəpik qarşılığında özü idarə etdiyi avtomobili yumuşdur. Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən avtomobilə dizel yanacağı tökmək qərarına gəlmişdir. Bu məqsədlə Qazax şəhərinin mərkəzindən keçən Heydər Əliyev adına prospekt ilə hərəkət etməyə başlamışdır. Bakı Dövlət Universitetinin Qazax filialının binasınının və bir neçə metr məsafədə yerləşən Qazax şəhər 2 nömrəli məktəbin qarşısından təxminən 100 km/saat sürətlə keçib Dağ Kəsəmən kəndi istiqamətində hərəkətini davam etdirərkən “Yeddi Qaya” adlanan marketin qarşısında, Qazax şəhəri, H.Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən yol ayrıcına ona əks istiqamətdə digər yolla Qazax şəhəri istiqamətində hərəkət olan ağ rəngli “Ford” markalı avtomobilin yol ayrıcını onun hərəkət etdiyi zolaq istiqamətində döndüyünü görmüşdür. O, həmin avtomobili görən zaman aralarında təxminən 40 metr məsafə olmuşdur. O, “Ford” markalı avtomobilin yol ayrıcını dönüb dayanacağını və onun keçib getməsini gözləcəyini zənn etmişdir. Bu səbəbdən də, sürətini azaltmadan yoluna davam etmişdir. Lakin, “Ford” markalı avtomobil gözlədiyinin əksinə yol ayrıcını dönüb Səməd Vurğun küçəsi istiqamətində hərəkət edərək onun hərəkət etdiyi zolağa, yəni qarşısına çıxmışdır. O, bunu gördükdə dərhal əyləc pedalını basaraq siqnal vermiş və toqquşma olmaması üçün müəyyən müddət və məsafə qazanmaq məqsədilə sükanı sağ tərəfə çevirmişdir. Lakin, bu heç bir müsbət nəticə verməmiş və idarə etdiyi “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi “Ford” markalı avtomobilin sağ ön tərəfi ilə toqquşmuşdur. Nəticədə “Ford” markalı avtomobil sol tərəfə istiqamətlənib səkinin üzərinə çıxmışdır. Onun idarə etdiyi avtomobil isə “Ford” markalı avtomobilin sağ tərəfində üzü Səməd Vurğun küçəsi istiqamətində dayanmışdır. O, hadisənin təsiri ilə qorxudan huşunu itirmiş və ayılanda xəstəxanada olduğumu görmüşdür. Daha sonra həkimlər onu müayinə edib hadisə nəticəsində ciddi bir xəsarət almadığı qənaətinə gəlmişlər. Yol-nəqliyyat hadisəsi zamanı avtomobili təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobillə “Ford” markalı avtomobillə toqquşmamışdan qabaq hər hansı bir piyada şəxsi vurmamış və toqquşmadan sonra isə hər hansı piyada şəxsə toxunduğunu görməmişdir. O, hadisə zamanı idarə etdiyi avtomobillə hər hansı bir piyadanı vurduğunu görməmişdir. Toqquşmadan sonra “Ford” markalı avtomobilin X8 dəyərək ona xəsarətlər yetirdiyini ehtimal edir. Amma bu barədə dəqiq fikirlər söyləyə bilmir. Hadisədən əvvəl onun hərəkəti üçün təhlükənin dəqiq hansı məsafədən yarandığını deyə bilmir. Ancaq, o, “Ford” markalı avtomobilin onun hərəkət zolağına çıxmağını təxminən 20-30 metr məsafə qalmış görmüşdür. Hadisə zamanı avtomobildə ondan başqa heç kəs olmamışdır. Hadisə nəticəsində bədənində hər hansı bir sınıq və çıxıq xəsarəti almasa da, sağ diz və sol dirsək nahiyyələrində yüngül qançır xəsarətləri yaranmışdır. Onun sürücülük hüququ, yəni sürücülük vəsiqəsi vardır. Lakin, hadisə zamanı atası X17 məxsus olan “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili hər hansı bir sənəd, yəni etibarnamə olmadan idarə etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 iyun 2024-cü il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X6 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Açıq kəllə-beyin travması, başın alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş beyinin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı-yerdəyişməli sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyyəsinin, 8-12-ci qabırğalar səviyyəsinin və bel şöbəsinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum Şahlıx Mustafayevanın ölümündən bir qədər əvvəl küt-bərk əşyaların təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə yetirildiyi anda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb başın alın sümüyünün basılmış sınığı nəticəsində törənən baş-beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişası altına qansızma olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 8/2293 nömrəli ekspert rəyindən görünür ki, “Ford Transit” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz E220” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Cinayət işinin materiallarında olan Komisyon məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2024-cü il tarixli T788/2024 nömrəli ekspert rəyindən görünür ki, mərhum Ş.M.Mustafayevanın meyitinin müayinəsi zamanı açıq kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün açıq-qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin aşağı 1/3 hissəsinin qapalı yerdəyişmiş sınığı, sol bazunun və sol saidin, gövdənin arxa hissəsinin, onurğa nahiyəsinin, Vİİİ-Xİİ qabırğalar səviyyəsinin və belin qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, yetirilmə müddəti qərarda göstərilən vaxta yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Ş.M.Mustafayevanın ölümünə səbəb bədənin küt travması nəticəsində yaranan baş beyin toxumasının əzilməsi, baş-beyin toxumasına, onun mədəciklərinə və qişası altına qansızma ilə müşayiət olunan alın sümüyünün açıq qəlpəli sınığı olmuşdur. X1 bədəni üzərində olan xəsarətlər vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Ford Transit” markalı avtomobillə piyadanın vurulması zamanı və piyadanın atılması, zərblə yer örtüyünə çırpılması zamanı yarana bilərdi. Yetirilmiş xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Cinayət işinin materiallarında olan Təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 dekabr 2024-cü il tarixli 8/3349 nömrəli ekspert rəyindən görünür ki, sürücü nəqliyyat vasitəsini hadisə baş verdiyi yerdə icazə veriləndən artıq sürətlə idarə etdiyi və ya nəqliyyat vasitəsində texniki nasazlıq olduqda, sürücünün qeyd olunan hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən olunur. Çünki həmin uyğunsuzluqlar hadisənin baş verməsinə səbəb olmaya bilər.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Ford Transit markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa birbaşa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan 11 iyun 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qazax şəhəri, H.Əliyev prospekti ilə Qazax şəhəri, Səməd Vurğun küçəsinin kəsişməsidir. Cinayət işinin materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə olan 12 iyun 2024-cü il tarixli 34 nömrəli aktla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan X4 12 iyun 2024-cü il tarixli məktubundan görünür ki, 12 iyun 2024-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətləri yoxlanılarkən onlarda narkoloji sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. (Şahid1 alkoqol sərxoşluğu müəyyən edilmişdir). Cinayət işinin materiallarında olan X2 daxil olmuş 14 iyun 2024-cü il tarixli 1284 nömrəli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X5 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan “MTE və PA Birliyi” X26 Qazax rayon şöbəsinin rəisi X18 iştirakı ilə həyata keçirilməklə müstəntiq tərəfindən tərtib olunmuş 12 iyun 2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışı aparılan meyit 11 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 12 iyun 2024-cü il tarixdə Qazax rayon Mərkəzi Xəstəxanasında ölmüş zərərçəkmiş şəxs X8 məxsusdur. Baxış keçirilməsi istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, meyit qadın cinli olub düzgün bədən quruluşlu, izafi köklükdədir, boyunun uzunluğu 173 santimetrdir. Meyit əllə toxunduqda tam soyumamışdır, dəri örtüyü solğundur. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Başın alın-təpə nahiyyəsində, boylama-çəp istiqamətdə yerləşmiş, 7x1,2 santimetr ölçüdə, üzəri qanla örtülü, əzilmiş- cırılmış yara vardır. Ağzı qapalıdır, dili ağız boşluğunda öz yatağında yerləşmişdir. Boynu orta uzunluqda, adi hərəkətlidir. Döş qəfəsi silindirik formasındadır, simmetrikdir. Qabırğalar və döş sümüyü əllədikdə tamlıqları pozulmamışdır. Qarını qabırğa qövslərindən bir qədər yuxarı səviyyədədir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir. Sağ saidin aşağı 1/3-də pataloji hərəkətlilik və kreptasiya qeyd edilir. Digər yuxarı və aşağı ətraf sümükləri düzgü inkişaf etmişdir və sümükləri tamdırlar. Sol bazunun orta1/3-nin ön səthində 4x2 santimetr, sol saidin yuxarı 1/3-nin ön səthində 3x2 santimetr, gövdənin arxa hissəsində, onurğa nahiyyəsində 8-12-ci qabırğalar səviyyəsində 6x2 santimetr, bel şöbəsində 5x2 santimetr ölçüdə, qırmızımtıl-göy rəngli, qeyri-müəyyən formalı qançır vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 12 iyun 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti ilə Qazax rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olan bir nəfər qadın cinsindən olan şəxsin adi yerişlə Qazax şəhəri S.Vurğun küçəsinin sağ hərəkət hissəsinin kənarındakı səkidən yolun hərəkət hissəsinə daxil olub, sol hərəkət hissəsinin kənarındakı səki istiqamətində hərəkətdə olduğu, Qazax rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin Qazax rayon Mərkəzi Xəstəxanası tərəfdən Qazax şəhər Mütəfəkkirlər Parkı istiqamətində hərəkətdə olan Qazax şəhəri, H.Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolu sol tərəfə, yəni S.Vurğun küçəsi istiqamətində dönən “Ford” markalı avtomobilin yol ayrıcında toqquşduğu və toqquşmanın təsiri ilə “Ford” markalı avtomobilin yolu piyada keçən 1 nəfər qadın piyadanı vurduğu müəyyən edilmişdir. Baxış istintaq hərəkətində iştirak edən Şahid1 videogörüntüdə Qazax rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olan “Mercedes Benz” markalı avtomobilin onun idarə etdiyi **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, toqquşduğu “Ford” markalı avtomobilin isə Təqsirləndirilən şəxs idarə etdiyi **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, toqquşmanın təsiri ilə “Ford” markalı avtomobilin vurduğu piyada qadının isə X10 olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan 28 iyun 2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışı keçirilən **-FO-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit yük” markalı avtomobilin texniki məlumatları yoxlanılmış və texniki sənədlərlə uyğun gəlmişdir. Baxış zamanı qeyd edilən avtomobilin BD441025 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan X12məxsus olması, həmin avtomobilin vaqon tipli, 2000-ci il buraxılışlı, WF0LXXGBFLYT12515 ban nömrəli, ağ rəngli olması qeydiyyat şəhadətnaməsində avtomobilin mühərrik nömrəsinin qeyd olunmaması, 4 qapılı olması müəyyən edilmişdir. Bundan başqa həmin avtomobilin sağ ön qapısının əzilərək orta hissədən aşağı əyilməsi, orta qapısının sınaraq yerindən çıxması və həmin qapının avtomobilin yük yerinə qoyulmuş vəziyyətdə olması, mühərrikxananın sağ ön hissəsinin əzilərək deformasiyaya məruz qalması, ön alın şüşəsinin bütün hissələrində çatlar, ön təkərlərin yerləşdiyi valın sınması, sağ ön təkərin əyilməsi, sol ön qapıda əzik izləri, sürücü və ön sərnişin təhlükəsizlik yastıqları açılmış vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli 016-854 nömrəli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 10 sentyabr 2019-cu il tarixdən 10 sentyabr 2029-cu il tarixə kimi AE-342256 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan Qazax RİH başçısının Ağköynək kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 14 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət, narazılıq və təqsirləndirici sənəd daxil olmamışdır. İş materiallarında olan xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs diaqnozunda anadangəlmə inkişaf qüsuru, ikincili xroniki piolenefritlə fəsadlaşmış hər iki böyrəyin natamam ikiləşməsi, sağ böyrəyin ifrazat funksiyasının mülayim, solda cüzi dərəcədə pozulması, sağ böyrəyin mərcanvari daşına görə aparılmış pielolitotomiyadan sonrakı bel nahiyyəsinin sağ yarısında bərkimiş dəri çapığı müşahidə olunur. İş materiallarında olan 048704 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarında olan 052600 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs mübaribə veteranıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Qazax Rayon Notariat ofisində təsdiq edilmiş **********974 nömrəli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, cinayət hadisəsi üzrə digər təqsirləndirilən şəxs Şahid1 barəsində ittiham hökmü çıxarılmış və iş üzrə aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri olan 328 manat pul vəsaitinin yarısı olan 164 manat pul ondan tutulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183-cü maddəsində mülki iddianın verilməsi aşağıdakı kimi göstərilmişdir: 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 183.4. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 186-cı maddəsinə əsasan cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə çıxışları mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs iş üzrə verdiyi mülki iddiasından imtina etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıb, onlara dəymiş maddi ziyanı tam ödəməsini, İİ qrup əlil olmasını, müharibə veteranı olmasını, 61 yaşının olmasını və xəstəliyini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “Ford Transit yük” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə mülki iddia üzrə icraata xitam verilməli, iş üzrə məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 164 manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Ford Transit yük” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə olan mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar