Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-35/2024 31.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə İsmayıllı rayonu Quşençə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək üzərində 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, İsmayıllı rayonu Quşençə kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda azadlıqdan məhrum etmə cəzası çəkən və Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cəbiyev X3 qanunsuz olaraq getmək məqsədi ilə X1 qabaqcadan vəd etməklə göstərdiyi köməkliyi ilə, yəni sonuncunun idarə etdiyi “Volvo” markalı ** AC *** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerində gizlənməklə 24 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin X7 rayonunda yerləşən "Qırmızı Körpü" sərhəd nəzarəti şöbəsindən sərhəd naryadından yayınaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, külli miqdarda borcu olduğuna görə həmin borcu ödəmək üçün işləmək məqsədi ilə Türkiyə Respublikasına getmək qərarına gəlmiş, ölkə hüdudlarından kənara çıxmağının qadağan olduğunu öyrəndikdən sonra ölkə ərazisini qanunsuz tərk etməyi planlaşdırımış, Elnur adlı tanışına müraciət etmiş, sonuncu onu öz tanışı, adını sonradan bildiyi Nürəddin Babayevlə tanış etmiş, Nurəddinin onu öz yük avtomobilində gizlədib sərhədi Qazax rayonundan Gürcüstan ərazisinə keçirəcəyi ilə bağlı razılaşmışlar. 19 oktyabr 2023-cü il tarixdə Elnur onu özünə məxsus “VAZ 2107” markalı minik avtomolbili ilə “Meyvəli Bazarı” adlanan yerə, orada məkana aparmış, bir qədər sonra Nurəddin idarə etdiyi ağ rəngli yük avtomobili ilə yanına gəlmiş, o, həmin yük avtomobilinə minmiş, Nurəddinin arvadı da maşında olmuşdur. Yolda o, mobil telefonunda olan “ABB” mobil tədbiqi vasitəsilə Nurəddinə məxsus “Kapital Bank”a məxsus bank kartına 3060 manat pul köçürmüşdür. Kürdəmir rayonu ərazisində Nurəddin və arvadı düşüb getmişlər, o da gecəni yük avtomobilində qalmışdır. xx.xx.2023-cü il tarixdə Nurəddin özü tək qayıtmış və onlar hərəkətə davam etmiş, Qazax rayonundakı “Qırmızı Körpü” SNM-nə çatmışlar. Nurəddin avtomobili SNM-nə yaxın ərazidə saxlayaraq ona toy mərasimində iştirak etmək məqsədilə gedəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yük avtomobilində qalmışdır. Təbii ehtiyaclarını qarşılamaq məqsədilə yaxınlıqda olan restorana gedib sonra yenidən həmin yük avtomobilinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Nurəddin geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Nurəddin ona yük avtomobilinin kuzasının sol tərəfində, yük yerinin içində gizlənmək üçün yer etmiş, həmin gün, saat 04 radələrində o, qeyd olunan yerdə gizlənərək dövlət sərhədini Gürcüstana keçmiş, Gürcüstanda Nurəddinin avtomobilindən düşmüş, çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid olan Şahid1 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 18 noyabr 2023-cü il tarixdə saat 09.00-dan 19 noyabr 2023-cü il tarixdə saat 09.00-dək DSX “Sədərək” sərhəd nəzarəti şöbəsində piyada xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 18 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, xx xxxx 1985-ci təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi C02830092 nömrəli pasportu rəsmiləşdirdiyi zaman lAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini görüb bu barədə aidiyyəti üzrə «Sədərək» sərhəd nəzarəti şöbəsində «Növbə rəisi» sərhəd naryadı xidmətində olan leytenant Şahid2 məruzə etmişdir. Leytenant Şahid2 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi C02830092 nömrəli pasportu yoxlayıb, lAMAS-da sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İş üzrə Şahid2 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş aşagıdakı sənədlərdən: DSX Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyevin xx.xx.2023-cü il tarixli məktubunda görünür ki, 2023-cü ilin oktyabr ayında vətəndaş Təqsirləndirilən şəxs "Qırmızı Körpü" SNŞ-dən Azərbaycan Respublikasından Gürcüstana dövlət sərhədini qanunsuz olaraq keçmişdir. İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:00-da X8 Aeroportundan Türkiyə Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada giriş etsə də, ölkə ərazisindən çıxışı olmadan yenidən xx.xx.2023-cü il tarixdə Sədərək SNŞ-dən Türkiyə Respublikasından Azərbaycan Respublikasına girişə gəlmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-527/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək üzərində 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-635/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarından görünür ki, zərəçəkmiş şəxs X16 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlə Məhkəməsinin 1(101)-527/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün tutulmuşdur. İsmayıllı rayon İcra hakimiyyətinin Quşençə kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri anası 1961-ci il təvəllüdlü X2, arvadı 1984-cü il təvəllüdlü X4, oğlanları 2003-cü il təvəllüdlü X10, 2006-cı il təvəllüdlü X11, 2006-cı il təvəllüdlü X12 və qızı 2022-ci il təvəllüdlü X5 olmaqla İsmayıllı rayonu Quşençə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Həsən oğlunun ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə elan edilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5, 66.2-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılıb ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 gün ona qəti olaraq təyin edilmiş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmalı, onun azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 66.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün ona qəti olaraq təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasəndan çıxılaraq üzərində 06 (altı) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-35/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-35/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver