Məhkəmə qərarları › İş №1(023)-37/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-37/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-37/2023 19.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi- Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Xocavənd rayon Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 ədəd tünd göy rəngli polietilen torbanın içərisində olan şəffaf rəngli polietilen torbanın içərisində təmiz çəkisi 420 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əlində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 12:40-da Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax şəhəri Bakı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 13:30-dan saat 14:35-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu 01 ədəd tünd göy rəngli polietilen torbanın içərisində olan ağ rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 420 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin sentyabr ayında Qazax rayonu, Xanlıqlar kəndi ərazisindən keçən Ağstafa çayının kənarında gəzən zaman çayın kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görmüş və həmin bitkilərdən öz istifadəsi üçün yığıb qurutmaq qərarına gəlmişdir. Bir qədər sonra yenidən həmin əraziyə getmiş və yabanı halda bitmiş çətənə bitkilərinin kollarının yarpaqlarından yığaraq quruması üçün həmin yerdə yerə düzmüşdür. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evdən çıxaraq həmin əraziyə getmiş, oraya çatanda çətənə kollarının yerində olduğunu və quruduqlarını görmüşdür. Bundan sonra qurumuş bitki yarpaqlarını üzərində götürdüyü şəffaf rəngli sellofan torbaya yığmış, həmin içərisində qurudulmuş marixuana olan şəffaf rəngli torbanı da yenə özü ilə aparmış olduğu tünd göy rəngli digər bir sellofan torbanın içərisinə qoymuş və yaşadığı ünvan istiamətində geri qayıtmağa başlamışdır. ünvan 3mətində gedən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olduğunu izah edib onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polislərlə birlikdə polis şöbəsinə getmişdir. Orada - polis şöbəsində Müdafiəçi1 da iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış aparılarkən ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində hər hansı bir narkotik vasitə və ya qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əlində olan tünd göy rəngli sellofan torbadanı təqdim edərək içərisində marixuana olduğunu, Xanlıqlar kəndi ərazisindən keçən “Ağstafa” çayının sahilindən yığdığını, həmin yerdə qurutduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yaşadığı evə apardığını demişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmur, sadəcə özü arada bir qurudulmuş marixuanadan istifadə edir. Onda aşkar edilmiş qurudulmuş marixuana barədə heç kimə deməmiş, ondan heç kimə satmamış, o cür fikri də olmamışdır. Törətdiyi əməlindən peşman olmasını və Himayəsində azyaşlı uşaqları olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999-cu ildən DİO-da, 2021-ci ildən isə Qazax RPŞ-nin NMQ-nun baş inspektoru vəzifəsində və polis mayoru xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində xidmətdə olarkən ona ünvan 4 ünvanında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilməsi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3, Qazax RPŞ-nin ƏRQ-nun kiçik inspektoru Şahid2, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı X3 və Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X2 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini Rəşad Abdullayev tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Şahid3 və Şahid2la birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi vaxt keçirdiyi Qazax şəhərində yerləşən FHN-nin Qazax YMH-nin inzibati binasının ətrafında və həmin binaya yaxın olan küçələrdə, küçələrin kəsişmələrində tədbirlərini davam etdirməyə başlamışlar. Həmin gün saat 12:40-da Təqsirləndirilən şəxs FHN YMH-nin inzibati binasının arxa hissəsindən keçən Bakı küçəsi ilə piyada tək halda, əlində də tünd göy rəngli sellofan torba ilə yaşadığı ev istiqamətində hərəkətdə olduğunu görüb birlikdə İlhama yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələri əldə etməsində, daşımasında, saxlamasında, istehlakında şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət eləmişlər. İlham heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə getmişdir. Qazax RPŞ-də, təhqiqatçının otağında vəkil Müdafiəçi1 da iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan tünd göy sellofan torbanı təqdim etmiş, torba açıldıqda içərisində başqa bir şəffaf rəngli sellofan torba olduğu, həmin torbanın içərisində isə yaşıl rəngli, spesifik qoxulu qurudulmuş marixuanaya bənzər maddə kütlə olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, Xanlıqlar kəndi ərazisində Ağstafa çayının kənarında yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, qurutduğunu və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Daha sonra həmin kütlə sellofan torbalarla birlikdə elektron əl tərəzisində çəkilmiş, elə tünd göy rəngli sellofan torbada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin “Zərflər üçün №64” mətninə malik möhürlə möhürlənmiş, 1 ədəd A4 kağız vərəq həmin qablaşdırmanın üzərinə bərkidilmiş və üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həmin gün, saat 13:30-dan 14:35-dək davam etmişdir. Şəxsi axtarış Rahil Hüseynov tərəfindən videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əlində olan göy rəngli polietilen paketin içərisində olan şəffaf rəngli sellofan torbanın içərisindən, polietilen paket və sellofan torba ilə birlikdə 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, şəxsi axtarış xx.xx.2022-ci il tarixdə saat 13:30da başlamış, saat 14:35-də bitmişdir. Məhkəmə-bioloji ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 16/1244 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan göy rəngli polietilen paketdə olan 1 (bir) ədəd ağ sellofan paketdə təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (420 qram qurudulmuş marixuanadan 0,02 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 419,98 qram qurudulmuş marixuana qalmışdır). Məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli 1948 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Qazax rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Qazax rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 03 ay müddətə həbs qətimkan tədbiri ev dustaqlığı qətmikan tədbiri ilə əvəz edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Qazax rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qeyd olunan qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Qazax RİHB-nin Qazax şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qazax rayon qeydiyyat şöbəsinin vermiş olduğu doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Ayşə Nəsibli və xx.xx.2013-cü il təvəllüdlü Fazil Nəsiblinin atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlilidir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən, Qazax rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünün və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubilikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarına əsasən o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və 3-cü qrup əlil olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İ. Nəsibovun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 419,98 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir (CPM-198.1). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax rayon Vəkil Bürosunun hesabına 96 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 419,98 qram marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesadfbı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax rayon Vəkil bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülsün (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar