Məhkəmə qərarları › İş №1(023)-37/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-37/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-37/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, işsiz, İİ qrup əlil, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd qara rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2023-cü il tarixdə saat 18:05-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Qazax şəhəri, X6 küçəsi ilə Qazax şəhəri, Heydər Əliyev prospekti 91 ünvanı istiqamətdə hərəkətdə olarkən həmin küçələrin kəsişməsində saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165a ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 18:55-dən saat 19:52-dək vaxt ərzində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 0,230 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə, gündüz saatlarında Qazax şəhərində piyada gəzdiyi vaxt Mədəniyyət evinin arxasındakı daşlıq ərazidə kağız parçası gözünə sataşmış, götürüb kağız parçasının içərisinə baxmış, onun heroin bükümü olmasını görmüş, şəxsi istifadəsi üçün götürüb cibinə qoymuşdur. 31 may 2023-cü il tarixdə saat 18 radələrind Qazax şəhəri, X6 küçəsi ilə Qazax şəhəri, Heydər Əliyev prospekti 91 ünvanı istiqamətə evə doğru hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində mülkü geyimli şəxslər ona yaxınlaşaraq Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında, daşınmasında, istifadəsində və istehlakında şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax rayon PŞ-nə gedəcəyini demiş, polis əməkdaşlarına etiraz eləməmiş, birlikdə Qazax RPŞ-nə getmişlər. Şöbədə o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş əşya varsa təqdim etməyi təklif edilmiş, o da üzərində narkotik maddə olduğunu deyərək əynindəki şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağız bükümü çıxarıb könüllü təqdim etmiş və bükümün içərisində heroin olduğunu demişdir. Təhqiqatçı onun təqdim etdiyi bükümə açıb baxmış, bükümü orada olan şəxslərə göstərmiş, sonra elektron tərəzidə çəkmiş, qablaşdırıb götürmüşdür. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Nizami oğlu ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı işləyir. 31 may 2023-cü il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti, ev 91 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan məlumatın yoxlanılması üçün raportla rayon polis şöbəsinin rəisinə məruzə edilmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı İlham Rəhimov, Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov, CAB-nın əməliyyat müvəkkili Şahid2 daxil edilmişlər. 31 may 2023-cü il tarixdə saat 18:05-də Qazax şəhəri, Zeynalabdin Tağıyev küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs həmin küçə ilə H. Əliyev prospektinin kəsişməsinə saxlayın özlərini təqdim etdikdən sonra Qazax RPŞ-aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, saat 18:55 saat 19:52 dəqiqəyədək Elxanın üzərində şəxsi axtarış aparılmış, videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmiş, Elxan da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun qara rəngli kağızına bükülmüş büküm təqdim edib içərisində heroin olmasını, bir müddət əvvəl Mədəniyyət evinin arxasında yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüş, sonra Elxanın üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hansısa qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olduqdan sonra onu protokolu imzalamışlar. İş üzrə şahid olan X7 və X4 məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 31 may 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 31 may 2023-cü il saat 18:55-dən, saat 19:52-dək olan müddət ərzində Qazax rayon polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 0,41 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinəbənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2023-cü il tarixli, 16/568 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 01 ədəd qara rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,230 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (0,230 qram heroindən 0,02 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,210 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 1652 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görrülür. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 640 saylı rəyində göstərilmişdir ki, ekspert komissiyası cinayət işinin materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamneestik məlumatların, həmçinin hal-hazırdakı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtətrəfli təhlili sayəsində yekun nəticəyə gəlir ki, diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs stasionar X3 göndərilməsi zəruridir. İş materiallarında olan stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 20 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Onun cinayət əməli anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarəti altında saxlanması və zərurət yarandığı tədqirdə həkim psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. İş materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,230 qram heroini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 29 sentyabr 2023-cü il tarixli, 1558 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən X2 psixoloji qeydiyyatdadır, lakin narkoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 02 iyun 2023-cü il tarixdə azad edilməklə, şübhəli şəxs qismində 02 gün tutulmuşdur. İş materiallarında olan Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ƏƏSMN yanında DTSER Agentliyi, TE Komissiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs paranoid şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı diaqnozuna əsasən ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan DSMF-nin Qazax rayon şöbəsinin 027639 nömrəli vəsiqənin surətindən görünür ki, X5 müddətsiz İİ qrup əlildir. Məhkəmə, stasionar məhkəmə psixiatrik ekspertizasının 17 fevral 2024-cü il tarixli, 20 nömrəli rəyi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Qeyd olunan ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni 31 may 2023-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır, onun cinayət əməli anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür, o, cinayət hadisəsini törətdikdən sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür, ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarəti altında saxlanması və zərurət yarandığı tədqirdə həkim psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası CM-nin 98.1 və 99-cu maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş “İctimai təhlükəli əməl törətmiş psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin tətbiq edilməsi qaydaları haqqında Nümunəvi əsasnamə”də göstərilmişdir ki, ictimai təhlükəli əməl törətmiş ağır psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin tətbiq edilməsində əsas məqsəd göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. “Psixiatriya yardımı haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun11-ci maddəsinə əsasən qeyri-könüllü müalicənin əsasları aşağıdakılardır: - Şəxsin bilavasitə özü və (və ya) ətrafdakılar üçün təhlükəli olması; - Şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması; - Şəxsə psixiatriya yardımının göstərilmədiyi halda onun psixi vəziyyətinin pisləşməsi. Yuxarıda sadalanan 3 haldan heç biri Təqsirləndirilən şəxs müşahidə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs davranışını, hərəkətlərini, özü və (və ya) ətrafdakılar üçün təhlükə törətməməsini, psixi vəziyyətinin sabit olmasını nəzərə alaraq onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Elxan Müfizadənin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını-CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, 2-ci qrup əlil olmaqla onda anlaqlılığı istisna etməyən psixi pozuntu olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi CM-nin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan CM-nin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə CM-nin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,210 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,210 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar