Məhkəmə qərarları › İş №1(023)-38/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-38/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-38/2023 22.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, 3 uşaq atası, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, daşıyaraq, saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 460 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üstündə saxlamış, 17 may 2022-ci il tarixdə saat 16 radələrində Qazax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Qazax rayonu Kosalar kəndindəki evinin qarşısında olarkən və həmin marixuananı daşıyarkən saxlanılıb Qazax şəhəri H.Əliyev prospekti 165A ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, həmin gün saat 16:45-dən 17:30-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan göy rəngli polietilen bağlamanın içərisindən həmin 460 qram qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu, Kosalar kəndində yaşayır. 2021-ci ilin yay fəslinin sonlarında Qazax rayonun Kosalar kəndində yerləşən meşə massivində su arxının qırağında çətənə kollarını görüb onları gələcəkdə şəxsi istifadəsi üçün qurutmaq məqsədilə çıxarıb yerə düzmüş, 2-3 gün sonra yerə sərdiyi çətənə kollarının olduğu yerə getmiş, kolları təmizləyib üzərində olan yarpaqları toplayıb cibində olan rəngli polietilen torbaya yığmış, sonra polietilen torbanı Kosalar kəndində ona məxsus çöl sahəsinə torpağın altına gizlətmiş, gizlətdiyi marixuanaya toxunmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15:30-15:40 radələrində yaşadığı evdən çıxaraq piyada çöl sahəsinin yanına getmiş, içərisində qurudulmuş marixuana olan polietilen torbanı gizlətdiyi yerdən çıxarıb orada olan marixuananı cibindəki göy rəngli digər polietilen torbaya yığmış, piyada geri qayıtmağa başlamış, yolda əvvəlki torbanı cırıb tullamışdır. Həmin gün, saat 16 radələrində Kosalar kəndindəki ona məxsus evin qarşısına çatanda 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib Qazax RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması ilə məşğul olması barədə məlumat daxil olmasını bildirmiş, birlikdə Qazax RPŞ-nə getməli olduqlarını demişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə çatdıqdan sonra müdafiəçi ilə təmin edilmiş, ona izah edilmişdir ki, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəkdir. İlkin olaraq ondan üzərində qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olub-olmaması soruşularaq vardırsa təqdim etməyi təklif edilmiş, o, üzərində olan 01 ədəd göy rəngli polietilen torbanı təqdim etmiş, torbanın içərsindəki kütlənin qurudulmuş marixiuana olduğunu, 2021-ci ilin yay aylarında Kosalar kəndində yerləşən meşə massivində yığaraq qurutduğunu bildirmişdir. Təqdim etdiyi həmin marixuana götürülərək çəkilmiş, qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Daha sonra polis əməkdaşları onun əynindəki geyim paltarlarını yoxlamışlar, üzərindən narkotik vasitə, o cümlədən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş qurudulmuş marixuananı o, şəxsi istifadəsi üçün üzərində saxlamış, ondan heç kəsə satmamış, satmaq fikri olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. xx.xx.2022-ci il tarixdə Qazax rayonu Kosalar kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlması barədə əməliyyat məlumat daxil olmuş, məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib olunmuş və o, əməliyyat qrupuna daxil olan digər iş yoldaşları ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Qazax rayonu Kosalar kəndində yaşadığı evin qarşısında hərəkətdə olarkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz narkotik vasitə gəzdirməkdə şübhəli oluğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər, Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və birlikdə Qazax RPŞ-nə getmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, o, Müdafiəçila təmin olunaraq şübhəli şəxsi qismində tutulmuş, Təqsirləndirilən şəxs vidoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs sol əlində tutduğu göy rəngli polietilen torbanı təqdim edərərək torbanın içərisində qurudulmuş marixuana olduğunu demişdir. Həmin kütlə torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, 01 ədəd zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüş, zərfin üzərini iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs imzalamış, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 2021-ci ilin yay aylarında Kosalar kəndində yerləşən meşə massivində su arxının qırağında çətənə kollarından yığıb qurutduğunu, polietileln torbada Kosalar kəndində yerləşən özünə məxsus çöl sahəsində gizlətdiyini, həmin gün- yəni xx.xx.2022-ci il tarixdə torbanı gizlətdiyi yerdən çıxarıb içərisindəki qurudulmuş marixuanayı özü ilə gətirdiyi digər torbaya qoyub yaşadığı evə gedən zaman evinin yaxınlığında onlar tərəfindən yaxalanaraq polis şöbəsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı videoçəkiliş ilə həmin gün saat 16:45-dən 17:30-dək olan müddət ərzində aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1la oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/576 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzaları olan 01 ədəd polietilen torbada, təmiz çəkisi 460 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qurudulmuş marixuananın təmiz çəkis 460 qram olmuş, ondan 0,2 qramı tədqiqata sərf edilmiş, 459,8 qram qurudulmuş marixuana qalmışdır). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1146 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilərək DVD diskinə köçürülmüş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polietilen torbanın içərisindən 460 qram marixuana aşkar olunaraq götürülmüşdür, şəxsi axtarış xx.xx.2023-cü il tarixdə, saat 16:45-də başlamış, saat 17:30-da bitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 1495 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 may 2022-ci il tarixdə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Kosalar Kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 13 iyun 2022-ci il tarixli, 11-21/469 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-xx.xx.1985-ci il təvəllüdlü arvadı X3, xx.xx.2007-ci il təvəllüdlü qızı X4, xx.xx.2008ci il təvəllüdlü qızı X5 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X2 ibarətdir, o, yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 15 aprel 2022-ci il tarixli, İİ№ 481508 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə X6 ilə Qazax Rayon Qeydiyyat Şöbəsində 109 nömrəli nikah bağlamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən görünür ki, xx.xx.2007ci il təvəllüdlü Nurcan, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2021-ci il təvəllüdlü Cahandar adlı uşaqların atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün ona həmin maddələrlə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəsinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən material ayrılaraq Qazax RPŞ-də araşdırma aparılmış və onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 459,8 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax RPŞ-nin saxlancına verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsasların- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, himayəsində biri azyaşlı olmaqla 3 uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin evli olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onların azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan CM-nin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan cəmi 459,8 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 459,8 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar