Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-38/2024 29.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağdam rayonu, Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs boşanmaq üçün Qazax 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş həyat yoldaşı Şahid2 onu azyaşlı övladları ilə görüşdürməməsinə görə 25 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində, yetkinlik yaşına çatmayan şəxslərlə profilaktiki işin təşkili qrupunun inspektorunun xidməti otağının qarşısında qaynatası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sağ əli ilə iki dəfə Zərərçəkmiş şəxs ağız nahiyyəsinə qəsdən zərbə vuraraq sonuncuya alt dodağın selikli qişasına qansızma və alt çənədə 1 ədəd kəsici dişin sınığı və alt dodağın sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumlikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Qazax rayonu, Kosalar kənd sakini X7 ilə evlənmiş, həmin evlilikdən 2 övladı - xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Sonradan yola getmədikləri üçün aralarında mübnasibətlər pisləşmiş, həyat yoldaşı azyaşlı uşaqları ilə ata evinə getmiş və geri qayıtmamışdır. 25 yanvar 2024-cü il tarixdə arvadı ilə boşanmağı ilə əlaqədar Qazax rayonunda yerləşən medasiya təşkilatında görüşmüş, lakin həmin vaxt da onu uşaqları ilə görüşməyə qoymamışdır. O mediasiya təşkilatından çıxdıqdan sonra uşaqları ilə görüşmək üçün Qazax rayon Polis Şöbəsinə gəlib bu barədə şifahi müraciət etmiş, yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə inspektor olan Ramin adlı polis əməkdaşı arvadının ailə üzvlərinə zəng vurub onları polis şöbəsinə dəvət etmişdir. Həmin gün saat 13 radələrində o, Şölə və azyaşlı uşaqları ilə şöbənin birinci mərtəbəsində yerləşən Ramin adlı polis əməkdaşının otağında görüşmüşdür. Həmin vaxt Ramin adlı polis əməkdaşı otaqda olmuş, atası Elçin uşaqlara şirniyyat almaq üçün mağazaya getmiş, anası Samurə və qardaşı Zamin, qaynatası Famil və qaynanası Mədinə isə həmin otağın qabağında gözləmişdirlər. Otaqda uşaqları ilə görüşmüş, Şölə ilə danışıb böyük qızı Samirəni özü ilə aparmağına icazə verməsini xahiş etmiş, Şölə razılaşmaq istəsə də qaynanası Mədinə bir neçə dəfə otağın qapısını açıb Şöləni çağırmağa başlamış, evə getməli olduqlarını bildirmişdir. Bundan sonra qızı Samirəni qucağına alıb hava almaq üçün otaqdan çıxıb şöbənin həyətinə getmək istəmiş, otaqdan çıxdıqdan sonra qaynatası Famil və qaynanası Mədinə səs-küy salıb uşağı qaçırtdığını demiş, qaynatası ona tərəf gəlib boğazından sıxmış, uşağı almaq istəmiş, həmin vaxt qardaşı Zamin qaynatası Famili və onu aralaşdırmağa çalışmış, o, sağ əli ilə qaynatası Familin ağız nahiyəsindən itələyib onu özündən uzaqlaşdırmaq istəmiş, onun əli qaynatasının ağzına dəymiş, bundan sonra bir neçə nəfər polis əməkdaşı onları ayırmışdırlar. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadə verərək göstərmişdir ki, qızı Şölə, İbrahimlə evləndikdən sonra Mingəçevir şəhərində İbrahimin atası evində yaşamış, son vaxtlar onların ailəsində narazılıq və sözsöhbət olduğundan qızı artıq 4 aydır ki, Qazax rayonu Kosalar kəndindəki onun evində yaşayır. Qızı boşanma ilə əlaqədar Qazax Rayon Məhəməsinə müraciət etmişdir. 2024-cü ilin yanvar ayının 25-də saat 11 radələrində o arvadı Mədinə və qızı Qazax şəhərində məhkəmə binası yaxınlığında olan Mediatorun yanında olmuş, kürəkəni İbrahim və ailə üzvləri də gəlmiş, orada həm qızı, həm də İbrahim boşanma barədə ərizəni təsdiq etmişdirlər ki, boşanma ilə əlaqədar sənədlər məhkəməyə təqdim olunsun. O və ailə üzvləri oradan çıxıb evlərinə getmiş, həmin gün saat 13 radələrində Qazax rayon polis şöbəsində azyaşlılar üzrə inspektor işləyən Ramin adlı polis əməkdaşı ona zəng vuraraq İbrahimin polis şöbəsinə gələrək narahaçılıq yaratdığını, müharibə iştirakçısı olmasını, onun uşaqlarını ona göstərmədiklərini deməsi ilə bağlı onları polis şöbəsinə dəvət etmişdir. O arvadı Mədinə, qızı Şölə və onun iki azyaşlı uşaqları ilə polis şöbəsinə gəlmiş və şöbənin birinci mərtəbəsində olan azyaşlılar üzrə inspektor Ramin adlı polis əməkdaşının xidməti otağına daxil olmuşlar. Ramin adlı polis əməkdaşının otağında kürəkəni İbrahim, qardaşı Zamin, atası Eçin, anası Samurə də olmuşdur. Onlar uşaqları vermiş və kürəkəni öz uşaqları ilə görüşmüşdür. Bir yaşlı nəvəsi Dəniz arvadı Mədinənin qucağında olmuş, böyük nəvəsi Samirəni isə atası İbrahim qucağına almış və sonra onlar otaqdan çıxıb dəhlizdə dayanmışdırlar. İbrahim, böyük uşaqları Samirə və qızı Şölə isə otaqda Ramin müəllimin yanında olmuşdurlar. İbrahim və qızı ər-arvad söhbət etdiklərinə görə onlar dəhlizdə gözləmiş, həmin vaxt otaqdan qızı Şölənin səsi gəlmiş və o qapını açanda qızı Şölə ona “ay ata İbrahim uşağı aparmaq istəyir, qoyma aparsın” deyə qışqırmışdır. Bu zaman İbrahim uşaq qucağında otaqdan çıxanda o həmin otağın giriş qapısının qarşısında, dəhlizdə onu qarşılamış və İbrahimə “nə qədər istəyirsən uşağınla şöbədə görüş, amma uşağı sənə verməyəcəyəm” deyib onun üstünə getmiş və uşağı almaq istəyəndə İbrahim sol əlində uşağı tutmaqla sağ əli ilə onun sifətinə iki dəfə dalbadal zərbə vurmuş, zərbələr onun ağzına dəymiş, zərbələrin təsirindən dişi sınmış, ağzı qanamışdır. O özünü itirmiş və İbrahim bundan istifadə edib dəhlizdəki qapıdan çölə çıxmış, uşaq qucağında qaçıb getmək istəyəndə pilləkənlərdə polis əməkdaşları onu tutub saxlamış və uşağı ondan almışdırlar. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxsla barışmamış, ona cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun kürəkəni, zərərçəkmiş şəxs isə əridir. O və ailə üzvləri həmin gün saat 13 radələrində Qazax rayon polis şöbəsində azyaşlılar üzrə inspektor işləyən Ramin adlı polis əməkdaşı ona zəng vuraraq İbrahimin polis şöbəsinə gələrək narahaçılıq yaratdığını, müharibə iştirakçısı olmasını, onun uşaqlarını ona göstərmədiklərini deməsi ilə bağlı onları polis şöbəsinə dəvət etmişdir. O əri Famil, qızı Şölə və onun iki azyaşlı uşaqları ilə polis şöbəsinə gəlmiş və şöbənin birinci mərtəbəsində olan azyaşlılar üzrə inspektor Ramin adlı polis əməkdaşının xidməti otağına daxil olmuşdurlar. Ramin adlı polis əməkdaşının otağında kürəkəni İbrahim, qardaşı Zamin, atası Eçin, anası Samurə də olmuşdur. Onlar uşaqları vermiş və kürəkəni öz uşaqları ilə görüşmüşdür. Bir yaşlı nəvəsi Dəniz onun qucağında olmuş, böyük nəvəsi Samirəni isə atası İbrahim qucağına almış və sonra onlar otaqdan çıxıb dəhlizdə dayanmışdırlar. İbrahim, böyük uşaqları Samirə və qızı Şölə isə otaqda Ramin müəllimin yanında olmuşdurlar. İbrahim və qızı ər-arvad söhbət etdiklərinə görə onlar dəhlizdə gözləmiş, həmin vaxt otaqdan qızı Şölənin səsi gəlmiş və o qapını açanda qızı Şölə ona “ay ata İbrahim uşağı aparmaq istəyir, qoyma aparsın” deyə qışqırmışdır. Bu zaman İbrahim uşaq qucağında otaqdan çıxanda o həmin otağın giriş qapısının qarşısında, dəhlizdə əri Famil İbrahimə “nə qədər istəyirsən uşağınla şöbədə görüş, amma uşağı sənə verməyəcəyəm” deyib onun üstünə getmiş və uşağı almaq istəyəndə İbrahim qardaşı Famili tutmuş İbrahim isə sol əlində uşağı tutmaqla sağ əli ilə onun sifətinə iki dəfə dalbadal zərbə vurmuş, zərbələr onun ağzına dəymiş, zərbələrin təsirindən dişi sınmış, ağzı qanamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmiş və onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 25 yanvar 2024-cü ildə o qardaşı İbrahim, atası Elçin, anası Samurə Qazax rayonunda mediatorla görüşmüş, həmin vaxt Şölə də valideynləri ilə gəlmişdir. Lakin qardaşının uşaqlarını gətirməmişdirlər. Qardaşı da uşaqları görmək istəmiş, lakin onlar qardaşına uşaqları göstərməyəcəklərini demişdirlər. Oradan çıxdıqdan sonra qardaşı və atası Qazax rayon polis şöbəsinə gəlib xahiş etmişdirlər ki, qardaşına uşaqları göstərsinlər. Polis əməkdaşları əslində bu işin məhkəməyə aid oldğunu demiş, lakin qardaşı qazi olduğuna görə ailəsi və uşaqları ilə görüşdürəcəklərini demişdirlər. Onlar şöbənin birinci mərtəbəsindəki azyaşlılar üzrə inspektorun otağına getmiş, sonra Şölə, anası Mədinə, atası Famil iki azyaşlı uşağı gətirmişdirlər. İbrahim xidməti otaqda polisin iştirakı ilə söhbət etməyə başlamışdır. Onlar isə qapının qarşısında dəhlizdə dayanmışdırlar. İbrahim böyük qız uşağını qucağına almış, qardaşı istəmişdir ki, həmin uşağı özü ilə Mingəçevirə aparsın və məhkəmə vaxtı qaytarıb gətirsin. Şölə razılaşmaq istəsə də, anası Mədinə xidməti otağın qapısını tez-tez açaraq Şölədən heç nəyə razılaşmamasını tələb etmişdir. Şölə də anasının qorxusundan razılaşmamışdır. Bu zaman İbrahim onun ailəsinə müdaxilə etdiyinə görə əsəbləşmiş və uşaqla otaqdan çıxanda Şölənin atası Famil qardaşımın qarşısna keçib uşağı ondan almaq istəmişdir. İbrahim də uşağı verməyərək əlinin içi ilə Famili sifətindən vurmuş və ondan aralanıb iti addımlarla binanın çöl qapısına tərəf getmişdir. Lakin polislər qardaşını saxlamış və uşağı ondan almışdırlar. Familin ağzı qanadığını görməmişdir. Familin qolundan tutmaqda məqsədi davanın böyüməməsi üçün onları ayırmaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmiş və onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən aşagıdakı sübutlarla təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetir. Belə ki, məhkəmə-tibb ekspertizasının 26 yanvar 2024-cü il tarixli,18 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər:- Alt dodağın selikli qişasına qansızma və alt çənədə 1 ədəd kəsici dişin sınığı və alt dodağın sıyrığı, küt əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müaddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs hərbi əməliyyatlarda iştirakına görə Azərbaycan Respublikası Baş Nazirinin “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Prezidentinin “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Əmək və Əhalinin Dövlət Sosial X8-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. xx.xx.2022-ci il tarixli AZ İV 692926 nömrəli doğum haqqında şəhadətnamənin və xx.xx.2023-xü il tarixli AZ İV 817845 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023cü il təvəllüdlü X2 adlı azyaşlı uşaqları vardır. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə bölməsinin verdiyi arayışdan və Mingəçevir şəhəri Mənzil Kommunal İstismar sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Şahid3 əməlində Azərbaycan Respublikasının CM-nin 32.5, 128-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. İş üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilmədiyini, Zərərçəkmiş şəxsı vurmadığını, ona xəsarətlər yetirmədiyini göstərsə də, istər zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi həmçinin qismən təqsirləndirilən şəxsin özünün ifadəsi və işin digər halları ilə onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdiklərini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhülkə törətməyən cinayət törətməsini, iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Prezidentinin “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə, Azərbaycan Respublikası Baş Nazirinin “Vətən müharibəsi iştirakçısı”, medalı ilə təltif edilməsi, İİ qrup əlil olmasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 05 % məbləğində pul tutulmaqla 02 (iki) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-38/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-38/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver