Məhkəmə qərarları › İş №1(023)-39/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-39/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-39/2024 14.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdfiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda cəza çəkən, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, təmiz çəkisi 0,351 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:28-də Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda xx.xx.2024-cü il tarixdə saat 12:20-dən saat 13:20-dək müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sağ ayağında olan corabın boğaz hissəsində 01 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,351 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər Tovuz "xxxx" MMC-də təmizlikçi olaraq işləmişdir. 07 yanvar 2024-cü il tarixdə “İnstagram” sosial mobil şəbəkəsi vasitəsilə tanış olduğu şəxsdən 10 manat nəgd pul müqabilində şəxsi istifadəsi üçün metamfetamin almış, satan şəxs ona mobil telefon vasitəsi ilə “Kapitalbank” ın plastik kartının hesab nömrəsini göndərmiş və həmin məbləğdə pulu Tovuz rayonu, Aşağı Quşçu kəndində xatırlamadığı ödəmə terminalı vasitəsilə telefonla tanış olduğu şəxsin plastik kartının hesab nömrəsinə göndərmiş, sonra şəxs ona hesab nömrəsini və yazışmaları tamamilə silməsini tapşırmış, o da telefonundan yazışmaları silmişdir. Metamfetamini satan şəxs onu qırıq maqnitafonun içərisinə qoyduğunu deyib Tovuz şəhərində “Asan Xidmət”in qarşısındakı ərazidən götürməsini bildirmiş, deyilən əraziyə gedərək metamfetmaini qırıq maqnitafonun içindən tapıb corabının baş nahiyəsinə qoyandan sonra maqnitafonu zibilliyə atmışdır. Növbəti gün, yəni 08 yanvar 2024-cü il tarixdə gəzmək üçün Qazax şəhərinə gəlmiş, həmin gün, saat 11-12 radələrində Qazax şəhərində piyada gəzdiyi vaxt boz rəngli avtomobillə bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək onu Qazax RPŞ-nə dəvət eləmişlər, o da etiraz eləməmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı deyilmiş, əvvəlcə polis əməkdaşı üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, varsa könüllü təqdim etməyini demişdir. O da üzərində metamfetamin olmasını deyib sağ ayağındakı corabın boğaz hissəsindən 01 ədəd sellofan kəsiyində gümüşü rəngli kağıza bükülü metamfetamini könüllü olaraq təqdim etmiş, içindəkinin metamfetamin olmasını, Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən pemandır, iki azyaşlı uşağı var. Azyaşlı oğlu açıq ürək əməliyyatı edilmişdir, ailədə ondan başqa işləyən şəxs yoxdur, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qazax rayon Polis Şöbəsinin CAB-də əməliyyat müvəkkili işləyir. 08 yanvar 2024-cü il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə edilmiş və rəisin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra, keçirilmiş tədbirlər nəticəsində 08 yanvar 2024-cü il tarixdə saat 11:28-də Təqsirləndirilən şəxs Qazax şəhəri, M. Ə. Rəsulzadə küçəsində piyada gedərkən saxlayaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Qazax RPŞ-nə dəvət etmişlər, Ramil etiraz eləməmiş, birlikdə Qazax RPŞ-nə getmişlər. Orada Ramil müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə Ramilin üzərində şəxsi axtarış aparılmış, əvvəlcə təhqiqatçı ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmiş, Ramil sağ ayağında olan corabın boğaz hissəsindən şəffaf rəngli sellofon kəsiyinə bükülü halda olan siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki kristal formalı kütləni təqdim edərək metamfetamin olmasını, təxminən 20 gün əvvəl Bakı şəhərində yaşayan tanımadığı şəxsin ona vermiş olduğu kart hesabına 10 manat göndərdikdən sonra əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılııb götürülmüş, sonra Ramilin paltarları, bədən səthi yoxlanılmış, lakin onun üzərindən digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olduqdan sonra protokolu imzalamışlar. İş üzrə şahid olan Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Qazax RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili xidmət edir. 08 yanvar 2024-cü il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş və rəisin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X5 və Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişlər. Onun və əməliyyat qrupunun üzvləri keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra, keçirilmiş tədbirlər nəticəsində polis leytenantı Şahid2lə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 11:28-də Təqsirləndirilən şəxs Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada gedərkən saxlayaraq özlərini xidməti vəsiqələri ilə polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu “Fiat” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti bölüyünün xidməti avtomobilinə əyləşdirib rayon polis şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs gətirilməsi barədə raportla rəisə məruzə etmişdir. Daha sonra təhqiqatçı Anar Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş siyahıdan fərdi fəaliyyət göstərən vəkil X1 və göstırdiyi vəkil ona təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə ona hüquq və vəzifələri izah edilib bununla bağlı yazılı bildirişlər təqdim edilmişdir. Həmin gün saat 12:20-də Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, polis leytenantı Şahid2 və müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Anar Hüseynov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ ayağında olan corabın boğaz hissəsindən bir ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülü halda olan siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki ağ rəngli, kristal formalı kütləni öz razılığı ilə, könüllü olaraq təqdim edərək kağız kəsiyinin içərisindəki kütlənin psixotrop maddə olan “şüşə” olmasnı bildirərək həmin psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhərində yaşayan tanımadığın şəxsin ona vermiş olduğu kart hesabına 10 manat göndərdikdən sonra həmin kütləni əldə edərək şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və bükümün içərisindəki kütlənin kağız ilə birlikdə çəkisi 0,56 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış, digər iştirakçılarla birlikdə zərfi imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs paltarları, bədən səthi yoxlanılmış, lakin onun üzərindən digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, və digər iştirakçılar protokolla tanış olduqdan sonra protokolu imzalamışlar. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 16/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,351 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 0,351 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,301 qram metamfetamin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli, 547 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan təkrar məhkəmə narkoloji ekspertizasının 09 avqust 2024-cü il tarixli, 1322 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 08 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 08 yanvar 2024-cü il saat 12:20dən saat 13:20-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun sağ ayağında olan corabın boğaz hissəsindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülü halda olan siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki çəkisi 0,56 qram təşkil edən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,351 təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Tovuz Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 fevral 2024-cü il tarixdən hesablanması göstərilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki uşağı vardır. Cinayət işinin materiallarında olan Tovuz RİHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5, 66.2-ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş cəza, Tovuz Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün ona qəti olaraq təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan, Qazax RPŞnin saxlanc anbarında saxlanılan 0,301 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5, 66.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Tovuz Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün ona qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq onun barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0,301 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar