Məhkəmə qərarları › İş №1(023)-4/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-4/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-4/2025 15.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu Qazax rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir ona görə ki, Təqsirləndirilən şəxs 01 ədəd göy rəngli polietilen torbanın içərisindəki bir ədəd sarı rəngli sellofan qablaşdırmanın içərisində, təmiz çəkisi 380 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib əynində olan tünd göy rəngli qış gödəkcəsinin sağ iç tərəfində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 20:05-də Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax şəhəri H.Əliyev prospekti 172 ünvanında yerləşən Qazax rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında olan zaman saxlanılaraq Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin tarixdə saat 20:40-dan saat 21:30-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli parça materialdan hazırlanmış gödəkcənin sağ iç tərəfində saxladığı göy rəngli polietilen torbanın içərisindəki sarı rəngli sellofan qablaşdırmanın içərisindən təmiz çəkisi 380 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ailəsilə birlikdə Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayır və ailəsinin maddi təminatını ödəmək məqsədi ilə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 3- 4 il olar ki, mütamadi olaraq marixuanadan istifadə edir, bununla əlaqədar əvvəllər məhkumluq həyatı yaşamışdır. 27 yanvar 2024-cü il tarixdə təxminən saat 14-15 radələrində yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən evində təmir işləri aparan zaman Qazax rayon Polis şöbəsinin əməkdaşları Şahid1 və adını bilmədiyi polis əməkdaşı onun evinə gələrək, evdə olunla birgə işləyən Rivi ləqəbli ustanı soruşmuş, Rivi ləqəbli şəxsin yaşadığı ünvanda ustalıq etməsinə baxmayaraq hazırda işə gəlmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə Qazax rayon polis şöbəsinə getməsini bildirmiş, o da, həmin polis əməkdaşları ilə birlikdə Qazax rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsinə çatan zaman polis əməkdaşlar onu Qazax RPŞ-nin inzibati binasının üçüncü mərtəbəsinə qaldırmışlar. Həmin vaxt ona polis əməkdaşları ona sellofan torbanada marixuana təqdim edərək onu qəbul etməli olduğunu və bununlada Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona ittiham ediləcəyini və həbs olunmayacağını bildirmiş, əks təqdirdə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaqlarını, külli miqdarda narkotik vasitə ilə yüklənərək 2 nəfər hal şahidin üzünə duracaqlarını və işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşəcəyini bildirmişlər. Daha əvvəl məhkum olan zaman bir neçə şəxslərin bu tip halla rastlaşdığı barədə məlumatı olduğundan qorxmuş və məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan xeyli vaxt keçəndən sonra çəkilişlə onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, polis əməkdaşları tərəfindən ona təqdim edilmiş içərisində marixuana olan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ona polis şöbəsində Ağstafa ərazisində fəaliyyət göstərən qonuşusu olan Mehdi adlı şəxs vəkil qismində verilmiş, o Mehdini yalnız çəkilişdə olan zaman görmüş, ona Mehdinin müdafiəçi qismində təyin edilməsini xahiş etməmişdir. Polis əməkdaşları özləri Mehdini müdafiəçi qismində təyin etmişlər. O, Qazax RPŞ-nin inzibati binasına gətirilən zaman təxminən saat 15 radələri olmuş, lakin video çəkilişin nə zaman aparılması barədə məlumatı yoxdur. Yalnız onu deyə bilər ki, o, Qazax RPŞ-nin inzibati binasında əməliyyatçılara məxsus otaqda bir qədər saxlanıldıqdan sonra ona içərisində marixuana olan sellofan paket polis əməkdaşları tərəfindən təqdim edilmiş, oda həmin sellofan paketi video çəkiliş zamanı çıxardaraq polis əməkdaşlarına özünə məxsus kimi təqdim etmişdir. Onu saxlayan şəxslərin arasında şahid qismində dindirilmiş Şahid2 olmamış, onu Şahid1 və adını bilmədiyi başqa bir polis əməkdaşı yaşadığı Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən evdən polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə dəvət edilən zaman heç bir etiraz etmədən polis əməkdaşlarının idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt üzərində heç bir qanunla qadağan edilmiş əşya və predment olmamışdır. O, həmin günü Qazax şəhərində yerləşən xəstəxananın yaxınlığında olmamış, şahid qismində dindirilmiş polis əməkdaşları yalan ifadə verirlər. Polis əməkdaşları yaşadığı evdən Qazax RPŞ-nə dəvət edən zaman yaşadığı evin qarşısında yaxınlıqda yaşayan qonşular olmuş və onu polis əməkdaşlarına məxsus avtomobilə əyləşərək gedən zaman görmüşlər. Belə ki, yaşadığı Ağstafa rayonu, Dağkəsəmən kəndində daimi olaraq su gəlməmiş, o və kənd sakinləri su ehtiyaclarını təmin etmək məqsi ilə su maşınında pul müqabilində su alırlar. xx.xx.2024-cü il tarixdə su maşını onun yaşadığı evin yaxınlığında dayanmış, bütün qonşuları və kəndin digər sakinləri su almaq üçün onun yaşadığı evin yaxınlığında olmuşlar. Ondan aşkar edilərək götürülmüş marixuana ona məxsus olmamış, ona görədə verilmiş ittihamla özünü təqsirli bilməyərək barəsində bəraət hökmü qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində xidmətdə olarkən Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, o bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Şahid6, Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X3 və Qazax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin ƏİÜ rəis müavini, polis mayoru Əşrəf Yusifzadə tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Şahid2la birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi vaxt keçirdiyi Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan zaman saat təxminən 20:05 radələrində Təqsirləndirilən şəxs piyada və tək halda hərəkətdə olduğunu görüb Sarıya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət eləmişlər. Sarı da qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-nə gəldikdən sonra o raportla RPŞ-nə məruzə eləmiş və raportun icraası Qazax RPŞ-nin TB-nin təhqiqatçısı Şahid6 həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquqlarının qorunması məqsədi ilə vəkil X5 dəvət edilmişdir. Daha sonra təhqiqatçı Şahid6 xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları bir daha izah edildikdən sonra şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin altında saxladığı göy rəngli polietilen torbanı təqdim edərək içərisində narkotik maddə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin göy rəngli torba açılmış, həmin torbanın içərisindən də sarı rənlgli digər bir torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin marixuanaya bənzər kütləni haradan əldə etdiyi soruşulmuş, Sarı da yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən sahələrin kənarlarından yığdığını, həmin yerdə qurutduğunu, özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron əl tərəzisində çəkilmiş, çəkisi 405 qram olmuşdur. Sonra həmin qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin “Zərflər üçün №64” mətninə malik möhürlə möhürlənmiş, o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bütün gün ərzində Qazax RPŞ-nin inzibati binasında Şahid2la birlikdə olmuş, Təqsirləndirilən şəxs barədə məlumat daxil olduqdan təxminən 1 saat sonra onu axtarmaq məqsədi ilə Qazax RPŞ-nin inzibati binasından Şahid2la birlikdə çıxaraq mərkəzi xəstəxana istiqamətində getmişlər. Xəstəxananın yaxınlığında Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs səhv etmirsə mərkəzi xəstəxananın təxminən qapısı tərəfdə saxlamışlar. Mobil telefonu xx.xx.2024-cü il tarixdə bütün gün ərzində üzərində olmuş, daimi olaraq istifadə etdiyi Bakcell MMC-yə məxsus ***-***-**-** və Azercell MMC-yə məxsus ***-***-**-** mobil nömrələri aktiv vəziyyətdə olmuşdur. Həmin günü ümumiyyətlə Ağstafa rayonu ərazisinə keçid etməmiş və Qazax RPŞ-nin inzibati binasını yalnız Təqsirləndirilən şəxs saxlayan zaman tərk etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi təxminən 50 dəqiqə yəni, 20:40-dan 21:30-dək olan müddətdə aparılmış, həmin vaxt o və Şahid2 sözügedən şəxsi axtarışda iştirak etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan da sonra RPŞ-nin rəhbərliyi altında əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞnin ƏİÜ rəis müavini, polis mayoru Əşrəf Yusifzadə tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra o, Şahid1lə birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi vaxt keçirdiyi Qazax şəhəri H.Əliyev prospektində yerləşən Qazax rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan zaman saat təxminən 20:05 radələrində Təqsirləndirilən şəxs piyada və tək halda hərəkətdə olduğunu görüb Sarıya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət eləmişlər. Sarı da qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-nə gəldikdən sonra Şahid1 raportla RPŞ-nə məruzə etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqlarının qorunması məqsədi ilə vəkil X5 dəvət edilmiş sonra şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin altında saxladığı göy rəngli polietilen torbanı təqdim edərək içərisində narkotik maddə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin göy rəngli torba açılmış, həmin torbanın içərisindən də sarı rənlgli digər bir torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin marixuanaya bənzər kütləni haradan əldə etdiyi soruşulmuş, Sarı da yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən sahələrin kənarlarından yığdığını, həmin yerdə qurutduğunu, özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron əl tərəzisində çəkilmiş, çəkisi 405 qram olmuşdur. Sonra həmin qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bütün gün ərzində Qazax RPŞ-nin inzibati binasında Şahid2la birlikdə olmuş, Təqsirləndirilən şəxs barədə məlumat daxil olduqdan təxminən 1 saat sonra onu axtarmaq məqsədi ilə Qazax RPŞ-nin inzibati binasından Şahid1lə birlikdə çıxaraq mərkəzi xəstəxana istiqamətində getmişlər. Xəstəxananın yaxınlığında Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs səhv etmirsə mərkəzi xəstəxananın yaxınlığında şəhid lövhəsi tərəfdə saxlamışlar. Mobil telefonu xx.xx.2024-cü il tarixdə bütün gün ərzində üzərində olmuş, daimi olaraq istifadə etdiyi Bakcell MMC-yə məxsus ***-***-**-** vı ***-***-**-** mobil nömrələri aktiv vəziyyətdə olmuşdur. Həmin günü ümumiyyətlə Ağstafa rayonu ərazisinə keçid etməmiş və Qazax RPŞ-nin inzibati binasını yalnız Təqsirləndirilən şəxs saxlayan zaman tərk etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi təxminən 21 radələrində həyata keçirilmiş, həmin vaxt o və Şahid1 sözügedən şəxsi axtarışda iştirak etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahid qismində dindirilmiş hazırki işin təhqiqatçısı Şahid6 ifadəsində bildirmişdir ki, Qazax rayon Polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı işləyir. Təqsirləndilən şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gərilmiş, təhqiqat bölməsinə təhvil verilmiş, şəxsə vəkil təqdim olunaraq, şəxsi axtarış keçirmə protokolunda qeyd olunduğu kimi saat 20:05-də saxlanılmış, onun üzərinə şəxsi axtarış keçirildiyi, axtarış zamanı onun üzərindən yaşıl rəngli kütə aşkar edildiyini, həmin kütlənin nakotik vasitə olub olmamasını müəyyən etmək üçün bioloji ekspertiza təyin edildiyini, şəxsi axtarış zamanı ona hər hansı bir təziq göstərilmədiyini, əməliyyat müvvəkkiləri əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradıldığını, həmin əməliyyat məlumatı ilə bağlı məlumatlandırıldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, X1 rayonu ərazisində fəaliyyət göstərən Qazax rayon vəkil bürosunun vəkili olmasa da, fərdi qaydada fəaliyyət göstərdiyi üçün müdafiəçi qismində dindirilmişdir. İzahat alınan zaman izahata tarix qoyulmadan tərtib edilmiş, sonradan tarixi qeyd etmək yadından çıxdığı üçün izahatın tarixi yoxdur. Şübhəli şəxs qismində tutma haqqında qərarda şəxsin saxlanıldığı saat sonradan yerləşdirilməmiş, ola bilərki həmin qərar çap edilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı saat baş növ şriftlə yazıldığı üçün digər formatda görünür. Müdafəçi təyin etmə qərarında təqsirləndirilən şəxsin adı X2 qeyd edilsədə, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və onun müdafiə hüququ pozulmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Ağstafa rayonu Dağ kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, onunla heç bir düşmənçiliyi ədavəti yoxdur. Onların yaşadığı kəndə içməli su maşın vasitəsi ilə gəlir, evlərə paylanılır. xx.xx.2024-cü il tarixdə yaşadıqları Ağstafa rayonu Dağ kəsəmən kəndindən təxminən saat 14 radələrində su maşını gəlmiş, su maşını Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanmışdır, oda sözügedən maşınından su götürmək üçün maşının yanında dayanan zaman küçə balaca olduğundan su maşının arxasında qara rəngdə bir maşın dayanaraq içərisindən 2 nəfər mülki geyimdə şəxs düşərək Sarının evini soruşmuş, daha sonra Sagilə daxil olaraq Sarı ilə birlikdə getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Ağstafa rayonu Dağ kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Ağstafa rayonu Dağ kəsəmən kəndinə içməli su maşın vasitəsi ilə gəlir evlərə paylanılır. xx.xx.2024-cü il tarixdə arvadı Almas ilə birlikdə nahardan sonra təxminən saat 14-15 radələrində su maşınından su daşıyan zaman küçə balaca olduğundan, arxadan gələn maşın su maşının ötüb keçməsi mümükün olmadığından, qara rəngli hündür maşın su maşının arxasında dayanmış, 2 nəfər şəxs mülki geyimdə maşından düşərək Sarının evini soruşmuşlar. Daha sonra Sarıgilin həyətinə daxil olaraq Sarı ilə birlikdə evdən çıxıb getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Sarını aparan şəxslər Qazax rayon polis şöbəsinin əməkdaşlarıdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Ağstafa rayonu Dağ kəsəmən kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Ağstafa rayonu Dağ kəsəmən kəndinə içməli su maşın vasitəsi ilə gəlir evlərə paylanılır. xx.xx.2024-cü il tarixdə işdən icazə almış, evə tez gəlmişdir. Nahar vaxtı idi. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə su maşınından su daşıyan zaman 2 nəfər şəxs mülki geyimdə polisin Sarını şöbəyə aparmasını danışdıqlarını eşitmişdir. Daha sonra ona məlum olmuşdur ki, Sarını aparan şəxslər Qazax rayon polis şöbəsinin əməkdaşlarıdır. Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən yazılmış 27 yanvar 2024-cü il tarixli raportdan görünür ki, daxil olmuş əməliyyat məlumatlarında xx.xx.1989-cü il təvəllüdlü Ağstafa rayonu Dağ kəsəmən kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma və saxlamaqda şübhəlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli “əməliyyat qrupunun yaradılması” barədə əmrdən görünür ki, Qazax RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, Qazax RPŞ-nin KTQ-nun baş inspektorukriminalisti X3 və Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 20:30-də Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid6 tərəfindən şübhəli şəxs qismində tutulması qeyd edilsə də, həmin qərarda şəxsin tutulması saat solmuş yazılarla 20:30 kimi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, X7 müdafiəçi ilə təmin edilmiş, ona müdafiəçi kimi fərdi qaydada fəaliyyət göstərən vəkil X8 təyin edilmişdir. Lakin şübhəli şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan göy rəngli gödəkcəsinin altında saxladığı göy rəngli polietilen torbanın içərisindəki sarı rəngli polietilen torbanın içərisindən 405 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan göy rəngli polietilen paketdəki 1 (bir) ədəd sarı rəngli sellofan paketdə təmiz çəkisi 380 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 827 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əmirov X9 Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onun həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə müvafiq qərarına əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin verdiyi izahatı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsi axtarış və götürmə protokolu sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə sübut növü kimi qəbul edilmişdir. Məhkəmə, qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlayaraq, ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələr mötəbərdir, iş materialları ilə tamamlanır. İlkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olmasına dair polis orqanına əməliyyat məlumatı daxil olmuş, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərarda Ağstafa rayonu Dağ kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirlərin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müəyyən edilməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi qərara alınmış, həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” əmrlə də Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, Qazax RPŞ-nin KTQ-nun baş inspektorukriminalisti X3 və Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid6 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili Şahid1 27 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qazax rayon Mərkəzi Xəstəxananın qarşısında tutularaq Qazax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona tarixdə təxminən saat 14:00 radələrində yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən evdə təmir işləri aparan zaman Qazax rayon Polis şöbəsinin əməkdaşları Şahid1 və adını bilmədiyi başqa bir polis əməkdaşı onun evinə gələrək, evdə olunla birgə işləyən ustanı soruşmuş, daha sonra onlarla birlikdə Qazax rayon polis şöbəsinə getməsini bildiyini, o da, həmin polis əməkdaşları ilə birlikdə Qazax rayon polis şöbəsinə gəldiyini, həmin vaxt ona polis şöbəsində mənəvi təsir göstərildiyini, həmin şəxslər ona əvvəllər bir dəfə tutulduğunu və ona hörmət edərək işini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirildiyini, bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, eyni zamanda polis əməkdaşları nakotik vasitə olan torbanı ona polis şöbəsində verdiklərini, çəkilişdə üzərində çıxarıb təhvil verməsini, ona rayon polis şöbəsində vəkillərin siyahısı təqdim edilmədiyini, çəkilişdə iştirak edən vəkili özü seçmədiyini, polis əməkdaşları onu Qazax şəhəri Mərkəzi xəstaxananın qarşısından deyil öz yaşadığı evdən apardıqlarını göstərmişlər. Hafiz adlı şəxsi rayon polis şöbəsində çəkilişdə gördüyünü bildirmişdir. Lakin iş üzrə ittiham tərəfinin təqdim etdikləri şahidlər Təqsirləndirilən şəxs Qazax rayon mərkəzi xəstəxananın qarşısında saxladıqlarını bildirsələr də, məhz xəstəxanın harasında saxladıqlarını dəqiq göstərə bilməmişlər. Müdafiə tərəfin təqdim etdiyi şahidlər isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı Ağstafa rayonu Dağ kəsəmən kəndində yerləşən evindən aparıldığını bildirmişlər. Hazırki halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa nəzərə almaq lazımdır ki, istintaq orqanı öz müvafiq sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərarında təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol və s istintaq hərəkətlərini sübut növü kimi qəbul etmişdir. Lakin müdafiəçi təyin edilməsi haqqında qərarı ilə X4 müdafiəçi ilə təmin edilməsi hissəsinə qiymət verilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı tam olaraq təqdim edilməmiş və Qazax rayonu ərazisində fəaliyyət göstərməyən yəni, Ağstafa rayonu ərazisində fəaliyyət götərən vəkil X8 təqdim edilmişdir. Həmin sübutların mötəbərliliyinin şübhəli olması ilə bağlı hallar təqsirləndirilən şəxsin tutulması anı ilə də tam sübut edilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs, əlavə şahidlər Şahid3, Şahid4 və Şahid5 bir-biri ilə uzlaşan ifadələri ilə təsdiq olunur ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları Ağstafa rayonu Dağ kəsəmən kəndindən təxminən saat 14 radələrində su maşını gəlmiş, su maşını Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanmışdır, oda sözügedən maşınından su götürmək üçün maşının yanında dayanan zaman küçə balaca olduğundan su maşının arxasında qara rəngdə bir maşın dayanaraq içərisindən 2 nəfər mülki geyimdə şəxs düşərək Sarının evini soruşmuş, daha sonra Sarının yaşadığı evə daxil olaraq Sarı ilə bir müddət söhbət etmiş və sonra Sarı ilə birlikdə onların idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Qazax RPŞ-nin əməkdaşlarıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşən zaman Təqsirləndirilən şəxs əlində və ya üzərində heç bir əşya vəya predment görməmişdir. Təqsirləndirilən şəxs Qazax RPŞ-nin əməkdaşları Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısından xx.xx.2024-cü il saat 14-15 radələrində Qazax RPŞ-nə aparmalarını bildirmişlər. Təqsirləndirilən şəxsin polisin nəzarətinə keçənədək hadisələrin baş verməsi ardıcıllığı şəxsin öz üzərində narkotik vasitə saxlayaraq polis əməkdaşı ilə polis bölməsinə yollanması ehtimalını sıfıra endirir, ağlabatan və məntiqli görünmür. Hadisənin qeyd olunan şəraitdə inkişafı (tutulma şəraiti) sonradan tərtib olunmuş rəsmiləşmə sənədlərini də şübhəli hala gətirir və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması faktı ilə bağlı sübutları heçə endirir. Şərh olunanlar təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini, həmçinin, şəxsi axtarış və götürmə aparılması barədə protokolu sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola, təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrə istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki nəfər polis əməkdaşının ifadələrini və şəxsi axtarış və götürmə aparılması barədə protokolu təqsirləndirilən şəxsə elan edilmiş itiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Yuxarıda göstərilənlər baxımından məhkəmə hesab edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı gəzdirməsinə dair ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahatı və sonrakı mərhələdə verdiyi etirafedici ifadəsi təqsirləndirilən şəxsin həqiqi iradəsini əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs izahatının hansı tarixdə alınmasını təsdiq edəcək mötəbər sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla (müdafiə hüququnun pozulması, ona müdafiəçi təyin edilməsi barədə qərarın formal olaraq yazılması və şəxsi axtarış və götürmə haqqında protokolun prosessual pozuntularla keçirilərək formal xarakter daşıması) müqayisəli surətdə qiymət verməklə onun məhkəmə istintaqında verdiyi ifadəsini inandırıcı və işin faktiki hallarına uyğun hesab edir. Müdafiə tərəfin vəsatəti əsasında "xxxx"MMC-dən və "xxxx"MMC-dən götürülmüş telefon məlumatlarından görünür ki, 27 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 Natiq oğlu və Təqsirləndirilən şəxs istifadələrində olan mobil nömrələrin anten dairələri Ağstafa rayonu Dağ Kəsəmən kəndi göstərir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman saat 20:40-da 21:30 dəqiqəyədək olan vaxtda Şahid1 və Şahid2 anten dairələri Ağstafa rayonu Dağ Kəsəmən kəndi göstərir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saat 20:05 dəqiqədə Qazax şəhəri Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qazax rayonu Mərkəzi Xəstəxananın qarşısında saxlanılaraq Qazax rayon Polis şöbəsinə aparılmış, həmin Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 20:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 20:40 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirmə 21:30-da başa çatmışdır. Şəxsi axtarış keçirmə protokolunda axtarış keçirmə vaxtı 50 dəqiqə göstərilmişdir. Lakin iş materiallarında olan video yazılarda şəxsi axtarış keçirmə müddəti hər iki videoda 12 dəqiqə 21 saniyə olmuşdur. Bundan başqa, müdafiə tərəfin vəsatəti əsasında "xxxx"MMC-dən və "xxxx"MMCdən götürülmüş telefon məlumatlarından görünür ki, Şahid1 Natiq oğlu və Şahid2 xx.xx.2024-cü il tarixdə onların şəxsi istifadələrində olan mobil nömrələrin anten dairələri Ağstafa rayonu Dağ Kəsəmən kəndi göstərir. Eyni zamanda Təqsirləndirilən şəxs izahatında qeyd etdiyi vaxt 14 radələrində və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 anten dairələri Ağstafa rayonu Dağ Kəsəmən kəndi göstərir. Göründüyü kimi, ittiham aktında qeyd edilən şəxsi axtarış keçirmə vaxtı təqsirləndirilən, hal şahidləri Qazax rayon Polis şöbəsində olmamışlar. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxt deyil qeyri müəyyən vaxtda aparılmış, video çəkiliş formal olaraq hazırlanmışdır. Təqsirləndirilən şəxs tutulmasından sonra üzərinə bir neçə saat sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında təxminən 6 saat vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Məhkəmə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı bir sıra xüsusatları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qazax rayon Polis şöbəsində tutulan zaman ona dövlət hesabına Qazax rayonu ərazisində fəaliyyət göstərən vəkil qrumundan müdafiəçinin təyin edilməsi barədə ərizə ilə müraciət etməli, ona həmin qrumda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilməli, həmin siyahıdan təqdim olunmuş növbətçi vəkil təyin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli müdafiəçi tutmaq hüququnun izah edilməsi barədə protokol tərtib edilmiş, həmin protokolda Qazax rayonu ərazisində fəaliyyət göstərməyən fərdi qaydada Ağstafa rayonunda fəaliyyət göstərən vəkil növbətçi vəkil kimi təqdim edilmiş, lakin müdafiəçi təyin etmə qərarında X4 vəkil olaraq X8 təyin edilmiş, bununla bağlı sübutların qiymətləndirilməsi qərarında qiymət verilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və qanunuzidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 27 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, şübhəli şəxs statusuna düşməklə, həmin vəziyyətdə şübhəli şəxsin bütün mümkün hüquq və vəzifələrinə malik olur. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.10.1-ci maddəsinə əsasən, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunmuşdur. Həmin Məcəllənin 92.11.1-ci maddəsinə əsasən, müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək vəzifələrini yerinə yetirməlidir. Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra yaranan mənzərə bundan ibarətdir ki, sanki müdafiəçi 27 yanvar 2024-cü il tarixdə, saat 20:40-də Qazax rayon Polis şöbəsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra videoçəkilişdə iştirak etmişdir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətində Ağstafa rayonu ərazisində fəaliyyət göstərən vəkili şəxsən seçməmiş, ona vəkil təhqiqatçı tərəfində çəkilişdə formal olaraq təqdim edilmiş və vəkili ilə görüşmək imkanı olmamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. İzahatdan görünür ki, 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxsin izahatı alınarkən ona şübhənin mahiyyəti elan edilməmiş, habelə ifadə verməkdən imtina etmək hüququ izah edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxsin 27 yanvar 2024-cü il tarixli ilkin izahatı da sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından və 27 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi mümkünsüz sübut hesab edildiyindən, şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan 2024-cü ilin yanvar ayında (izahatın alınma tarixi qeyd olunmamışdır) şübhəli şəxsin izahatı və 29 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolların da mötəbərliyini şübhə altına almış olur. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İbtidai istintaq orqanının sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 27 yanvar 2024-cü il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, anten dairələrindən də görünüdüyü kimi şəxsi axtarış keçirmə zamanı təqsiləndirilən şəxş, hal şahidləri Qazax Rayon Polis şöbəsində olmamışlar. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Protokola əsasən şəxsi axtarış saat 20:40 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 25 dəqiqə, faktiki tutulmasından isə 35 dəqiqə sonra başlanmış və saat 21:30-da bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş fərqli məzmundadır, video çəkişi 12 dəqiqə 21 saniyə aparılmış və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 12 dəqiqə 21 saniyə davam etmişdir. Videoçəkilişi kimin aparması çəkilişin özündən məlum deyil. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 yanvar 2024-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/150 rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan narkoloji yoxlamanın xx.xx.2024-cü il tarixli 827 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla əməlini törətməsini təsdiq etmir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların müdafiə hüququ pozulmaqla, habelə ilkin sübutlar qanunsuz yolla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CinayətProsessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilərdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ,İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumrsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Qazax Rayon Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 379.8 qram təşkil edən narkotik vasitə mariuxana materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 30.40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 379.8 qram təşkil edən narkotik vasitə mariuxananın kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar