Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-40/2023 19.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdfiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Qazax RİHB Aparatı yanında fəaliyyət göstərən YYÇİHM üzrə Komissiyanın məsləhətçi psixoloqu Qanuni nümayəndə iştirakları ilə xx.xx.2006-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta məktəb şagirdi, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Qazax rayonun Daş Salahlı kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığını bilərək sonuncuya məxsus fərdi yaşayış evinin daş hasarını aşıb, evin pəncərəsindəki toru açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla cinayətkar niyyətini həyata keçirib yataq otağındakı stolun üzərində olan pul qabından 01 ədəd 20 manatlıq, 06 ədəd 5 manatlıq əskinaslar olmaqla ümumilikdə 50 manat pulu, eyni zamanda şkafa qoyulmuş stəkanın içərisində olan 583/585 əyarlı qızıldan hazırlanmış, 4,34 qram kütləli, qırmızımtıl-sarı rəngli, 369 manat dəyərində 01 cüt sırğanı və 583/585 əyarlı qızıldan hazırlanmış, 4,65 qram kütləli, qırmızımtıl-sarı rəngli, 395 manat dəyərində 01 ədəd boyunbağını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 814 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Qazax RİHB Aparatı yanında fəaliyyət göstərən YYÇİHM üzrə Komissiyanın məsləhətçi psixoloqu Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində X1nın himayəsində yaşayır, ona nənəsi baxır. Atası və anası hələ o körpə ikən ayrılmışlar. Valideynləri barəsində heç bir məlumatı yoxdur. O, kənddəki Araz Əmirov adına 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs tanıyır, qonşudurlar, münasibətləri həmişə yaxşı olmuşdur, ədavət və düşmənçilikləri yoxdur. O, Zərərçəkmiş şəxs ilə birlikdə Qazax rayonu Cəfərli kəndi ərazisində kartof sahəsində işləmişdir. Hadisədən bir neçə gün əvvəl orta məktəbsinif yoldaşları ilə birlikdə kənddə yerləşən Rzaya məxsus kafedə məzun olmaları ilə əlaqədar yeyib içdikdən sonra kafeyə olan borclarını ödəmiş, lakin 22 manat borcları qalmışdır. Həmin borc ona aid olmuşdur. Rza pulu tələb etdiyindən və pulu ödəyə bilmədiyindən xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evdən çıxaraq Vüsalənin yaşadığı evə tərəf gəlmiş, evdə heç kəsin olmadığını bilib oradan oğurluq etmək qərarına gəlmiş və həmkəndlisi Nəsimiyə olan borcunu ödəmək istəmişdir. Həmin vaxt ətrafda heç kəs olmamış, o, daş hasarı aşaraq həyətə keçmiş, evə doğru gələrək torla örtülü açıq pəncərəyə yaxınlaşmış, pəncərənin torunu əli ilə çıxarıb yerə ataraq pəncərədən evə daxil olmuş, yataq otağını axtarmağa başlamış, stolun üstündə yaşıl rəngli pul qabını yoxlamış, oradan 1 ədəd 20 manatlıq, 6 ədəd 5 manatlıq olmaqla cəmi 50 manat pulu götürmüş, sonra isə şkafın içərisindəki qablara baxmağa başlamış, şkafdakı çay stəkanında olan 1 ədəd qızıl boyunbağı və 1 cüt sırğanı da götürmüşdür. Oğurluq etdikdən sonra gəldiyi yolla evdən çıxıb öz evlərinə qayıtmışdır. Oğurlamış olduğu sırğa və boyunbağını evlərinin arxasındakı damda olan su qabının içərisində gizlətmiş, oğurladığı puldan 30 manatını gödəkçəsinin cibinə öz pullarının yanına qoymuş, 20 manatı özü ilə götürərək dostu Ramilin evlərinə gedərək onu çağırmış, 20 manat oğurladığı pulun üstünə 2 manat pul qoyub Ramildən xahiş etmişdir ki, kafeyə olan borcunu Nəsimiyə versin. Ramilin razı olmuş və onlar birlikdə yaşadıqları kənddə Nəsiminin işlətdiyi kafeyə gedərək ona 22 manat borcunu vermişlər. Ramilin onun oğurluq etməsindən xəbəri olmamışdır. Bundan sonra o, yaşadığı evə qayıtmış, qonşusu Vüsalə onlara gələrək pulunu və qızıllarını qaytarmasını ondan tələb etmiş, o, oğurluq etmədiyini və bu məsələdən məlumatı olmadığını bildirmiş, Vüsalə evlərinə qayıtmışdır. Təxminən 30 dəqiqə sonra onun yaşadığı evə polis əməkdaşları yaxınlaşmış və oğurluq haqqında ondan soruşmuşlar. O, polis işçilərinə Vüsalənin evindən oğurluq etməsini etiraf eləmişdir. Zərərçəkmiş şəxs evindən oğurluq edərkən tək olmuş, heç kəs onu görməmiş, heç kəs ona köməklik etməmiş, oğurluqdan əvvəl və sonra bu barədə heç kəsə bildirməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxslə barışmış, üzrxahlıq etmiş və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. 11 aydan sonra 18 yaşı tamam olacaq, o, hərbi xidmətə getmək istəyir, ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Daş Salahlı kəndində yaşayır, ailəlidir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir, Kənan nənəsi Nəsibə ilə birlikdə onun qonşuluğunda yaşayır. Atası və anası hələ o körpə ikən ayrılmışlar. Kənana nənəsi baxır. 2022-ci ilin yayında əri Şahid3 işləmək üçün RF-na getmiş, o isə müəyyən təsərrüfatlarda muzdla işləyib pul qazanmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində o, evdən çıxaraq Qazax rayonu Cəfərli kəndində yerləşən kartof sahəsində işləmək üçün getmiş, çıxarkən evin qapılarını bağlamış, həmin gün, saat 12 radələrində işdən evlərinə qayıtmışdır. Evə daxil olanda hər hansı dəyişiklik gözünə çarpmamış, lakin yataq otağında pəncərənin torunun yerdə olduğunu və pul qabının açıq olduğunu görüb şübhələndiyi üçün dərhal pul qabını yoxlamış və orada olan 50 manat (1 ədəd 20 manatlıq, 6 ədəd 5 manatlıq əskinas) pulların oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, qızıl ziynət əşyalarını yoxlamış və şkafda stəkanın içərisində olan 1 cüt sırğanın (sadə daşları olan) və 1 ədəd boyunbağının oğurlandığını da müəyyən etmişdir. O, oğurluğun törədilməsində qonşuluqda yaşayan, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şübhələnmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, onun evindən oğurladığı əşyalarını qaytarmasını tələb etmiş, lakin Kənan oğurluq etmədiyini bildirmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Bu zaman Kənan onun evindən oğurluq etməsini etiraf edərək oğurladıqları qızılları və pulları polisə təqdim etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş və dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Kənandan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu Daş Salahlı kəndində yaşayır, ailəlidir, Zərərçəkmiş şəxs ilə 2007-ci ilin may ayında evlənmişlər. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Arvadı Vüsalə də rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır, bəzən gündəlik ödənişlə əkin sahələrində işləyir. O, 2022-ci ilin yayında işləmək üçün RF-na getmiş və 2022-ci ilin noyabr ayının ortalarında evlərinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs qonşunun uşağı kimi tərbiyəli, ağıllı, əməksevər bir şəxs kimi tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Onların evindən oğurluq olması barədə ona arvadı Vüsalə məlumat vermişdir. Həmin vaxt o, RF-da olmuş, Vüsalə ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onların evindən oğurluq olmuşdur. Belə ki, Vüsalə Qazax rayon Cəfərli kəndi ərazisində yerləşən kartof sahəsində işləmək üçün xx.xx.2022-ci il tarixdə səhər saat 03 radələrində işə aparan mikroavtobusla getmişdir. Bundan əvvəl evin qapılarını bağlamış, həmin gün saat 11 radələrinə kimi sahədə işləmiş və saat 12 radələrində evə qayıtmış, qaytıdıqdan sonra evlərindən 50 manat pulun, 01 ədəd qızl boyunbağının və 01 cüt qızıl sırğanın oğurlandığını, oğurluğun onlarla qonşuluqda nənəsi ilə yaşayan Təqsirləndirilən şəxs tərəfindən edilməsini bilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi olan anası X4 iştirakı ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Daş Salahlı kəndində vadideynlərilə birlikdə yaşayır. Qazax şəhər Araz Əmirov adına 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Həmkəndliləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun əri Şahid3 yaxşı tanıyır, onlarla münasibətləri həmişə yaxşı olub, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsla həmyaşıddır, onların uşaq yaşlarından münasibətləri yaxşı olmuş və bir məktəbdə paralel siniflərdə oxuyurlar. O, Təqsirləndirilən şəxs tərbiyəli, ağıllı, əməksevər, siqaret çəkməyən və spirtli içki qəbul etməyən bir şəxs kimi tanıyır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onu səsləmiş, o, evdən çıxıb Kənanla görüşmüşdür. Kənan yaşadıqları kənddə kafe işlədən Nəsimiyə olan borcunu vermək üçün onunla birlikdə kafeyə getməsini xahiş etmiş, o da razı olmuş və Təqsirləndirilən şəxsla birlikdə Nəsiminin kafesinə getmişlər, orada Təqsirləndirilən şəxs Nəsimiyə olan 22 manat borcunu vermiş, sonra isə onlar oradan evlərinə qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qonşusu Vüsalənin evindən oğurluq etmiş, evdən 50 manat pul və qızıl ziynət əşyaları oğurladığına görə Kənanı polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər şahid X8 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 6/5327- 9/6737 nömrəli rəyindən görünür ki, təqdim olunmuş 4,34 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl-sarı rəngli, 1 cüt sırğanın dəyəri 369 manat və 4,65 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağının dəyəri 395 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Qazax rayonu Daş Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs evində baş vermişdir. Baxış zamanı iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə heç kəs olmamış və onun evinə pəncərədən daxil olaraq 50 manat pul, qızıldan hazırlanmış 1 cüt sırğa və 1 ədəd boyunbağı oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 avqust 2022-ci il tarixli əşyaya baxış və götürmə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Daş Salahlı kəndində yerləşən evdə saxladığı bir ədəd boynbağı, 1 cüt sırğa və 30 manat pulu təhvil vermiş, onları 20 avqust 2022-ci ildə saat 15 radələrində Qazax rayonu Daş Salahlı kəndində yaşayan Zərərçəkmiş şəxs oğurladığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən əməliyyat tapşırığına cavablardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs evindən 50 manat pulu, 1 cüt sırğa və 1 ədəd boyunbağı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və həmin cinayəti o, tək törətmiş, hadisədən məlumatı olmuş şəxslərin dairəsini, Təqsirləndirilən şəxs tərəfindən başqa hansı cinayətin törədilməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax rayon Psixiatriya Xəstəxanasının 15 mart 2023-ci il tarixli, 460 nömrəli cavab məktubunda göstərilmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Qazax RİHB-nın Daş Salahlı kənd İƏDÜ nümayəndəliyinin verdiyi 15 mart 2023-cü il tarixli, 5-58-11-12-21/2-552/2023 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Daş Salahlı kəndində yaşayır. X1, atası X7 və qardaşı X6 tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən17 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157-ci maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 cüt sırğa, 1 ədəd boyunbağı və 30 manat pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 27 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. 87.4-cü maddəsinə əsasn asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər. 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 88.2.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; 88.2.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək kimi tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 88.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayət işlərinə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 4 saylı qərarının 18-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğunu, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını, məktəbli olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və işin digər hallarını nəzərə alaraq barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olmasını mümkün hesab edərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin vəziyyətinə, habelə cəmiyyətin mənafeyinə uyğun hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində valideynləri əvəz edən şəxs- nənəsi Nəsibə Qurbanovanın nəzarətinə vermək, asudə vaxtını məhdudlaşdırmaq və davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli, ona yetkinlik yaşına çatanadək tərbiyəvi təsir göstərmək, onun davranışına, təhsilini davam etdirməsinə nəzarət etmək vəzifəsi nənəsi Nəsibə Qurbanovanın üzərinə qoyulmalı, ona yetkinlik yaşına çatanadək gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerindən çıxması qadağan edilməli, qərarın icrasına nəzarət Qazax RİHB aparatı yanında fəaliyyət göstərən YYÇİHM üzrə Komissiyaya həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübutlar olan, Qazax RPŞdə saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 20 manatlıq, 06 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaql cəmi 30 manat məbləğində pul, 01 cüt sırğa və 01 ədəd boyunbağı sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, məhkəmə xərcləri-ekspertiza tədqiqatlarının dəyəri olan 110 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 321.2.1, 348, 348.1, 384, 428, 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən barəsində valideynləri əvəz edən şəxs-X1nın nəzarətinə vermək, asudə vaxtını məhdudlaşdırmaq və davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək tərbiyəvi təsir göstərmək, onun davranışına, təhsilini davam etdirməsinə nəzarət etmək vəzifəsi X1nın üzərinə qoyulsun. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerindən çıxması qadağan edilsin. Qərarın icrasına nəzarət Qazax RİHB Aparatı yanında fəaliyyət göstərən YYÇİHM üzrə Komissiyaya həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 20 manatlıq, 06 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 30 manat məbləğində pul, 01 cüt sırğa və 01 ədəd boyunbağı sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000000 3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-40/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-40/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver