Məhkəmə qərarları › İş №1(023)-40/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-40/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-40/2025 02.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Xüsusi ittihamçı X1, Təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X1 X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə təqsirli bilinib 6(altı) ay müddətinə 148-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə cəmi 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X2 ərizə ilə müraciət edərək X3 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1 və 39.1.9-cu maddələrinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37, 39, 321 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar