Məhkəmə qərarları › İş №1(023)-41/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-41/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-41/2023 19.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi– Qazax rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Qazax şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 19 mart 2022-ci il tarixdə, saat 14 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti 123 ünvanında yerləşən mərkəzi bazarın içərisində olan “Oba market” mağazasında olarkən əvvəlcədən tanımadığı, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 diqqətinin yayındığını görüb sonuncunun əynindəki yun materialdan hazırlanmış jaketin sağ yan cibindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd, 140 manat dəyərində “Realme C11” markalı mobil telefonu gizli yolla çıxarıb talayaraq zərərçəkmiş şəxsə 140 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə 07 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə şəhərin Ağstafa rayonu istiqamətdə çıxacağına doğru hərəkətdə olan Qazax şəhərdaxili 1 nömrəli marşrut mikroavtobusunda əvvəlcədən tanımadığı, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Səhlədar qızının diqqətinin yayındığını görüb sonuncunun əynindəki pencəyin sağ yan cibindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd, 300 manat dəyərində “X7 11” markalı mobil telefonu gizli yolla çıxarıb talayaraq zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Qazax şəhəri, mərkəzi bazarında olan zaman banan almaq məqsədi ilə mərkəzi bazarda yerləşən “Oba market” mağazasına gedərək mağazanın içərisinə daxil olmuşdur. Meyvə tərəvəz satılan piştaxtaya yaxınlaşmış və oradan təxminən 1 kq banan götürərək pulunu vermək məqsədi ilə kassanın qarşısına keçmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra növbəsi çatmış və bananları satıcıya təqdim etmiş, satıcı bananlara görə 2 manat pul ödəməli olduğunu demiş və o, cibindən 2 manat pul çıxarıb satıcıya vermişdir. Aldığı bananı götürüb mağazadan çıxmaq istəyərkən kassaya yaxınlaşan əvvəlcədən tanımadığı qadının əynindəki yun jaketin sağ yan cibində 01 ədəd mobil telefon olduğunu görmüş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, qadının diqqətinin yayındığını, fikrinin satıcıda olduğunu görüb ətrafda heç kəsin görmədiyinə əmin olduqdan sonra əlini gizlincə qadının jaketinin sağ yan cibinə salaraq telefonu oradan götürmüş və öz şalvarının yan cibinə qoyaraq mağazadan çıxıb getmişdir. Mağazadan çıxdıqdan sonra birbaşa yaşadığı evə getmişdir. O, evdə qadının cibindən götürdüyü mobil telefonun “Realme C11” markalı mobil telefon olduğunu görmüşdür. Yaşadığı evdə bir neçə saat qaldıqdan sonra oğurlamış olduğu mobil telefonu satmaq məqsədi ilə şəhərə çıxmışdır. Qazax şəhərində piyada və tək halda hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq “Oba market” mağazasından qadının mobil telefonunun oğurlandığını, həmin hadisədə şübhəli olduğunu və birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da heç bir etiraz etmədən polis şöbəsinə getmiş, polis şöbəsində əməlini etiraf eləmiş və mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Qazax şəhəri, mərkəzi bazarından çıxıb Qazax şəhərində şəhərdaxili işləyən 1 nömrəli marşrut mikroavtobusu ilə yaşadığı evə getdiyi vaxt sərnişin çox olduğundan mikroavtobusda ayaq üstə dayanmış, həmin vaxt yanında tanımadığı bir nəfər qadının da ayaq üstdə dayandığını və qadının pencəyinin sağ yan cibində 01 ədəd mobil telefon olduğunu görmüşdür. O, qeyd olunan mobil telefonu oğurlamaq qərarına gəlmiş və qadının diqqətinin yayındığını görüb gizli yolla əlini qadının cibinə salaraq telefonu onun cibindən götürmüş və əynindəki şalvarın yan cibinə qoymuşdur. Mikroavtobusu “Bazarstore” adlı mağazanın yaxınlığına çatanda qadın mikroavtobusdan düşmüş, o da yaşadığı evə getmişdir. Oğurladığı mobil telefonun “Redmi Note 11” markalı mobil telefon olduğunu görmüş və mobil telefonun içərisində olan nömrəni çıxararaq öz adına qeydiyyatda olan, hal-hazırda xatırlamadığı mobil nömrəni ona yerləşdirib istifadə etməyə başlamışdır. Sonradan götürdüyü mobil telefonun sahibinin Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onların mobil telefonları özlərinə qaytarılmışdır, zərərçəkmiş şəxslər onunla barışmışlar. Məhkəmədən ona yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda olan zaman Qazax şəhəri, Mərkəzi Kolxoz bazarında yerləşən “Oba market” mağazasına gedib müəyyən ərzaq məhsulları almaq qərarına gəlmişdir. Həmin gün, saat 14 radələrində yuxarıda göstərilən ünvanda yerləşən “Oba market”ə daxil olmuş və lazimi ərzaq məhsullarını vitrindən götürməyə başlamışdır. Bir neçə dəqiqə ərzində ərzaq məhsullarını vitrindən götürdükdən sonra ərzaq məhsullarının pulunu ödəmək məqsədi ilə xəzinəyə yaxınlaşmış, növbəsinin gəlməsi ilə bağlı vitrindən götürdüyü ərzaq məhsullarını xəzinadara vermişdir. Xəzinadar aldığı malların qiymətini hesabladıqdan sonra ərzaq məhsullarına görə ödəyəcəyi məbləği demişdir. O da əynində olan yun materialından olan jaketin altındakı donun cibindən pulu çıxarıb xəzinadara vermiş və aldığı ərzaq məhsullarını götürüb mağazanın qarşısına çıxmışdır. Mağazanın qarşısında zəng etmək qərarına gəldiyindən əynindəki yun materialından olan jaketin sağ yan cibinə qoyduğu mobil telefonunu götürmək istədikdə mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Belə olan halda mobil telefonunun mağazada alver edən zaman naməlum şəxs tərəfindən əynindəki jaketin cibindən gizli olaraq götürüldüyü məlum olmuşdur. Mobil telefonunu jaketin cibindən götürən şəxsin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün Qazax rayon PŞ-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Cibindən götürülmüş mobil telefonun markası “Realme C11” olmuşdur. Hal-hazırda Nemət ondan üzrxahlıq etdiyi, oğurlanmış telefonu özünə qaytardığı üçün təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Səhldar qızı ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə Qazax şəhərində yerləşən telefon mağazalarının birindən “X7 11” markalı mobil telefon almış və istifadə etməyə başlmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Qazax şəhərində yerləşən “Bazarstore” adlı mağazaya getmək məqsədi ilə Qazax şəhəri Mərkəzi bazarının qarşısında olan avtobus dayanacağında 1 nömrəli şəhərdaxili marşurut mikroavtobusuna minmiş, mikroavtobusda adamlar çox olduğu üçün ayaq üstə dayanmışdır. Həmin vaxt mobil telefonu əynindəki pencəyinin sağ yan cibində olmuşdur. Mikroavtobusda onun sağ tərəfində sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs də ayaq üstə yanında dayanmışdır. Mikroavtobus H. Əliyev prospekti ilə şəhərin Ağstafa rayonu istiqamətində çıxışına doğru hərəkət etmiş, “Bazarstore” mağazasının yanına çatanda o, mikroavtobusdan enmiş, saata baxmaq üçün mobil telefonunu cibindən çıxarmaq istəmiş, lakin mobil telefonunun yerində olmadığını görmüş, telefonunu itirdiyini fikirləşərək dərhal Qazax rayon polis şöbəsinə getmiş və telefonunun itməsi barədə ərizə yazmışdır. Sonradan telefonun itirmədiyini, mikroavtobusda yanında ayaq üstə dayanmış Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən cibindən oğurlandığını bilmişdir. Oğurlandığı vaxt telefonunun qiyməti 300 manat olmuşdur. Hazırda mobil telefonu özünə qaytarıldığı, Təqsirləndirilən şəxs da ondan üzrxahlıq etdiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, dəymiş ziyan ödənilmişdir, məhkəmədən Təqsirləndirilən şəxs yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da, 2020-ci ildən isə Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir, Qazax RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə icraatına Qazax şəhəri N.Nərimanov qəsəbəsi bina 39 ev 5-də yaşayan Zərərçəkmiş şəxs1 Səhlədar qızının “Redmi Note 11” markalı mobil telefonunu Qazax rayon ərazisində naməlum şəraitdə itirməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Həmin ərizə icraatına daxil olduqdan sonra tərəfindən Cəmaləyə məxsus mobil telefonun tapılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və xx.xx.2022-ci il tarixdə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Redmi Note 11” markalı mobil telefonu Qazax şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən olunmuş və bundan sonra həmin məlumat barədə raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai isdtintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2011-ci ildən DİO-da, 2022-ci ildən isə Qazax RPŞ-nin Daş Salahlı PB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. Hal-hazırki vəzifəyə qədər isə Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Qazax şəhər sakinləri Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç biri ilə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə o Qazax RPŞ-nin əməliyyat istintaq qrupunun üzvü olarkən Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edədər naməlum şəxs tərəfindən “Realme C11” markalı mobil telefonunun “Oba” market mağazasında oğurlandığı bildirmişdir. O da həmin məlumatla əlaqədar əməliyyat axtarış tədbirləri keçirməyə başlamışdır. Əməliyyat məlumatı əsasında ona məlum olmuş ki, Qazax şəhər sakini Təqsirləndirilən şəxs günorta saatlarında Mərkəzi bazarda yerləşən “Oba” market mağazasında olmuş və əvvəllər də oğurluq və sair cinayətlər törədərək məhkumluq həyatı yaşadığı üçün mobil telefonu oğurlamaqda şübhəlidir. Bu məqsədlə o, Nemətin ətrafında əməliyyat tədbirləri həyata keçirmiş və həmin gün saat 22 radələrində Nemətin tək şəkildə piyada hərəkətdə olduğunu görüb yaxınlaşmış və günorta saatlarında mərkəzi bazarda yerləşən “Oba” market mağazasında bir nəfər qadından mobil telefon oğurlandığını bildirirək həmin oğurluqda şübhəli olduğunu demiş və onu polis şöbəsinə dəvət eləmişdir. Nemət də onun tələbinə heç bir etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, Nemətin oğurluqda şübhəli olması və tərəfindən Qazax RPŞ-nə gətirilməsi barədə raportla RPŞ-nin rəhbərliyinə məruzə eləmişdir. Daha sonra Nemət özü də mobil telefon oğurladığını etiraf edərək, oğurlamış olduğu “Realme C11” markalı mobil telefonu təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3113 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 32 GB yaddaş tutumlu, “Realme C11” markalı, “RMX2185” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 140 manat müəyyən olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1850 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qərarda göstərilən, xx.xx.2022ci il tarixdə alınmış, alındığı tarixdən istifadədə olmuş, “X7 11” markalı mobil telefonun 2022-ci ilin noyabr ayına orta bazar qiyməti nəzəri olaraq təxminən 300 manat müəyyən olunur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 165 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman və hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs ona şamil edilən hadisəz zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdr, yəni ona şamil edilən cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs şamil edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Qazax rayon Psixiatriya xəxtəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1464 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında xx.xx.2020-ci il tarixdən şəxsiyyət pozuntusu diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, X1 Nemət Şöhrət oğlunu tanımışdır. Qazax rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və olduğu yer müəyyən edildikdə dərhal tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasına etap olunması qərara alınmışdır. 29 aprel 2023-cü il tarixli axtarışda olan təqsirləndirilən şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində turulmuşdur. 18 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.2 və 177.2.5ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və iş üzrə götürülmüş 01 ədəd “Realme C11” və 01 ədəd “X7 11” markalı mobil telefonların Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs1 Səhlədar qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri tam ödəmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.3 və 29, 177.3.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CMnin 177.3.3-cü maddəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-ci il tarixli hökmündən xaric edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.3.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Qazax şəhər İƏD üzrə nümayəndəliyinin xx-xx/1571 nömrəli, 18 noyabr 2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, səhhətində problemlər olmasını, zərərçəkmiş şəxslərdən üzrxahlıq etməsini, onlara dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, ondan şikayət və tələblərinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətlkəndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi və məhkumluğunun ödənilməsinə baxmayaraq məhkəmə hesab edir ki, onun əvvəllər dəfələrlə analoji cinayətlər törətməsi onun şəxsiyyətini xarakterizə edən hal kimi cinayət törətməyə meyilli şəxs olmasını, əvvəllər təyin olunmuş cəzaların onun islah olunmasına kifayət etməməsinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Realme C11” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs1 Səhlədar qızına məxsus 01 ədəd “X7 11” markalı mobil telefonun isə sahibi Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanı tərəfindən qaytarılmalı, məhkəmə xərciekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul N. Əzizovdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Realme C11” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs1 Səhlədar qızına məxsus 01 ədəd “X7 11” markalı mobil telefonun isə sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesadfbı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar