Məhkəmə qərarları › İş №1(023)-41/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-41/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-41/2024 29.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir uşaq atası, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, 01 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təmiz çəkisi 0,949 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 15:20-də Qazax şəhəri, Azadıq küçəsində yerləşən “Qazax” adlanan şadlıq sarayının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 30 avqust 2023-cü il tarixdə saat 16:30-dan saat 17:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,949 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təmiz çəkisi 0,552 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 30, mənzil 5 ünvanında yataq otağında olan uşaq çarpayasının siyirməsində saxlamış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 noyabr 2023-cü il tarixdə saat 01:15dən 02:05-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 30, mənzil 5 ünvanına baxış keçirilən zaman yataq otağında olan uşaq çarpayısının siyirməsindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,552 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Binn’tov S’rxan K’mal’ddin o]lu ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 30, mənzil 5 ünvanında 29 avqust 2023-cü il tarixdə axşam saatlarında Qazax şəhərində yerləşən bazarın yanında piyada hərəkət edən zaman yerdən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində heroin taparaq özü istifadə etmək üçün götürüb əynindəki idman şalvarının cibinə qoymuşdur. 30 avqust 2023-cü il tarixdə saat 15:20 radələrində Qazax şəhəri, Azadlıq küçəsində, mərkəzi bazarın arxasında yerləşən “Qazax” şadlıq sarayının qarşısında olan zaman polis əməkdaşları onu saxlayıb Qazax rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsində o, müdafiəçi iə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əynindəki idman şalvarının cibindən içərisində heroin olan, bir gün əvvəl yerdən tapıb cibində saxladığı gümüşü rəngli büküm aşkar edilmiş, o, bükümün içindəkinin heroin olmasını, yerdən tapdığını və şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib olunmuş, o da tanış olaraq protokolu imzalamışdır. Bundan başqa, 30 noyabr 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman evin giriş qapısının döyüldüyünü eşidib qapını açmış, həmin vaxt mülki və polis geyimində olan bir neçə nəfər şəxsin qapınını qarşısında olduqlarını görmüş, polis əməkdaşlarından biri evində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli olduğunu, evinə baxış keçirilməli olduğunu demiş, o isə evinə baxış keçirilməsinə etiraz etməyib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə videoçəkiliş apararaq evinə baxış keçirmiş, baxış zamanı evin yataq otağımdakı uşaq çarpayısının siyirməsindən 01 ədəd sellofan bükümdə metamfetamin aşkar etmişlər. Polis əməkdaşları həmin kütlənin nə olmasını, haradan əldə etdiyini soruşduqda o, metamfetamin olduğunu, Ağstafa şəhərində yerdən tapıb özü istifadə etmək üçün götürüb saxladığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı var. Gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qazax RPŞ-də CAB-nin əməliyyat müvəkkili işləyir. ünvan 1-də qeydiyyatda olmaqla Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 30, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi, əldə etməsi və yaşadığı evdə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı barədə raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Elmir Şıxıyev, kriminalistik tədiqatlar qrupunun baş inspektor-kriminalisti Rahil Hüseynov, post-patrul xidməti bölüyünün manqa komandiri Şahid4 və polis nəfərləri Hüseyn Əhmədov ilə X2 daxil edilmişdirlər. 30 noyabr 2023-ci il tarixdə saat 01 radələrində o, Elmir Şıxıyev, Rahil Hüseynov, Şahid4, Hüseyn Əhmədov və Əlamin Novruzov ilə birlikdə Təqsirləndirilən şəxs Qazax şəhəri, N. Nərimanov yaşayış massivində yerləşən yaşadığı binanın həyətinə getmiş, həmin vaxt Rahil Hüseynov videokameradan istifadə edərək videoçəkiliş aparmağa başlamış, onlar binanın həyətindən Təqsirləndirilən şəxs yaşadığı evə qalxmış, X5 ev sahibini səsləmiş, bundan sonra Təqsirləndirilən şəxs qapını açmış, onar evə daxil olduqdan sonra X5 Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi, əldə etməsi və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur, ona görə də evinə baxış keçirməlidirlər. Təqsirləndirilən şəxs isə evinə baxış keçirilməsinə etiraz etməyib bu barədə ərizə yazmışdır. X5 Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr və psixotrop maddələr olub-olmaması barədə sual verdikdə o, olmadığını bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlamışdırlar. O, evin yataq otağının girişindən sağ tərəfdə yerləşən uşaq çarpayısının üzərinə, daha sonra siyirimələrinə baxış keçirtmiş, siyirmələri bir-bir açıb baxan zaman Təqsirləndirilən şəxs “orada yox, aşağıdadı” sözlərini demiş, alt siyirmədən 01 ədəd şəffaf rəngli polietilen büküm aşkar edilmiş, X5dən həmin bükümün nə olması barədə sual verdikdə Sərxan mteamfetamin olduğunu, Ağstafa şəhəri ərazisində yoldan tapdığını, öz istifadəsi üçün götürüb saxladığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilib qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılmış, o və digər iştirakçılar həmin zərfi imzalamışdırlar. Bundan sonra protokol tərtib edilmiş, iştirak edənlər protokolla tanış olub onu imzalamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə Qazax rayonu, N.Nərimanov qəsəbəsində yaşayan Sərxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Sərxan adlı şəxsin xx.xx.1984-cü il Qazax şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla N.Nərimanov qəsəbəsi, ev 30, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O həmin əməliyyat məlumatı barədə raportla Şöbənin rəisinə məruzə etmiş, həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna üzv kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin polis nəfəri Şahid2 Kamaləddin oğlu daxil edilmişdir. O əməliyyat qrupunun üzvü olan Şahid2 keçiriləcək tədbir barədə təlimatlandırdıqdan sonra Qazax rayonuna yola düşmüşdürlər. Onlar Qazax şəhərinə çatdıqdan sonra 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qazax” adlanan restoranın qarşısında olmasını müəyyən edib həmin yerə getmişdirlər. Həmin gün saat 15:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qazax” adlanan restoranın qarşısında saxlamışdırlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduğuqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Qazax rayon polis şöbəsinə getməli olduğunu izah etmişdirlər. Təqsirləndirilən şəxs isə etiraz etmədən avtomobilin arxa oturacağına əyləşmiş, o Təqsirləndirilən şəxs yanında əyləşmiş, Şahid2 xidməti avtomobili idarə edərək Qazax rayon Polis Şöbəsinə gəlmişdir. Bundan sonra o keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı Omər İsmayılov tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunmuş vəkillərin siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün vəkil seçdikdən sonra həmin müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri ona izah edilib bu barədə yazılı bildirişlər verilmişdir. Həmin gün saat 17 radələrində Polis Şöbəsinin inzibati binasının üçüncü mərtəbəsində yerləşən xidməti otaqda onun iştirakı, Şahid2, müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axatrış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid2 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı Ömər İsmayılov şəxsi axtarış və götürmə aparılması haqqında qərarla Təqsirləndirilən şəxs tanış edərək ona təklif etmişdir ki, üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxardıb otaqdakı masanın üzərinə qoyaraq təqdim etmiş, 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1,11 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfi imzalamışdırlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə olan heroin istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni 29 avqust 2023-cü il tarixdə axşam saatlarında Qazax şəhərində yerləşən bazarın yaxınlığında yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış və götürmə aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tanış olduqdan sonra protokolu imzalamışdırlar. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər iki epizod üzrə 02 gün olmaqla ümumilikdə 04 gün tutulmaqla, bundan başqa, axtarışda olduğu üçün də 01 gün tutulmaqla, cəmi 05 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 16/862 nömrəli rəyindən görünr ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,949 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir (0,949 qram heroindən 0,02 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,929 qram heroin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 16/1227 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,552 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (0,552 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,502 qram metamfetamin qalmışdır). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2024cü il tarixli, 707 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 30 avqust 2023-cü il tarixdə, saat 16:30-dan saat 17:00-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini 29 avqust 2023-cü il tarixdə axşam saatlarında Qazax şəhərində yerləşən bazarın yanından tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 30 noyabr 2023-cü il tarixdə, saat 01:15-dən saat 02:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivi ev 30, mənzil 5 ünvanına baxış keçirilən zaman yataq otağında olan uşaq çarpayısının siyirməsindən 01 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, Ağstafa şəhəri ərazisində yerdən tapıb götürərək şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırıqlarına verilmiş cavablarda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,949 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,552 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancndan dövlət nəfinə 10 % məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarında olan 29 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında aparılan təkrar məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli, 1061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında göndərilən sorğu nəticəsində əldə edilmiş "xxxx" MMC-nin 25 iyun 2024-cü il tarixli, 13518 nömrəli məktubunda göstərilmişdir ki, ********** saylı nömrədən istifadə edilməmiş, ********** saylı nömrə xx.xx.2018-ci il tarixdə etibarən nömrə daşınma xidməti vasitəsilə "xxxx" operatorunun abunəçisidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında göndərilən sorğu nəticəsində alınmış "xxxx" MMC-nin 24 iyul 2024-cü il tarixli, BKC/LGL- 7969/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ********** nömrə Qazax rayonu Daş Salahlı kəndi ərazisində və ********** saylı nömrə Ağstafa rayonu əraizisində olmuşdur. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 1124-C-24 saylı material üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(023)-36/2020 nömrəli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü, Binnətova Aysu adlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələ və ya psixotrop maddə əldə edib saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 05 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,929 qram heroin və 0,502 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərciekspertiza tədqiqatlarının dəyəri olan 64,8 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 05 (beş) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) gün çıxılaraq onun üzərində 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,929 qram heroin və 0,502 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar