Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-41/2025 11.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdfiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə,, xx xxxx 1961-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə saat 10:07-də X14 məxsus olan etibarnamə əsasında və BCD kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi Daewoo FX212 markalı ** ML *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Qazax şəhəri, X19ndə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən ünvan 3vanında yerləşən Qazax şəhər Avtovağzalından sərnişin götürmək üçün yoldan sağa manevr edib dönərək avtovağzalın giriş hissəsinə daxil olub 5-10 km/saat sürətlə hərəkətini davam etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları hərəkət zamanı diqqətini daimi dəyişən yol şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda qeyd olunanlara əməl etməyərək piyada Bədriyə Sadıkovanı ehtiyatsızlıqdan idarə etdiyi Daewoo FX212 markalı ** ML *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sağ yan hissəsi ilə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən döş sümüyünün orta 1/3-dən, sağ döş qəfəsinin 3-4-5-6-cı, sol döş qəfəsinin 3-4-5-ci qabırğalarının yerdəyişməli sınığı, sağ-sol ağciyərlərin deşilmiş yaraları və bədənin sıyrılmış xəsarətləri yetirməklə sonuncunun daxilə qanaxma nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yaşayır. Əvvəllər Daşkəsən-Qazax marşurutu üzrə avtobus sürücüsü işləmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2001-ci ildən o, Bakı-Qazax-Qırmızı Körpü marşurutu üzrə sürücü işləmiş, hal-hazırda X14 məxsus 47 yerlik sərnişin tutan Daewo FX212 markalı, **- ML-*** dövlət qeydiyyat nişanlı avtobusunu etibarnamə əsasında idarə etmişdir. O, əsasən Bakı-X25 Azərbaycan Gürcüstan sərhədi və Qırmıza Körpü-Bakı marşurutu ilə işləmiş və avtobusla təyinatı üzrə sərnişin daşımışdır. O, marşurut üzrə reysə çıxarkən Bakı Beynəlxalq avtovağzalında etibarnamə ilə idarə etdiyi Daewo FX212 markalı, **-ML- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu texniki vəziyyətini reys qabağı yoxladır, ondan sonra marşurut üzrə sərnişinləri daşıyıb təyinatı üzə çatdırır. X26-Bakı marşurutu üzrə avtobusun texniki vəziyyəti yoxlanılmır. X25, Bakı marşurutu üzrə reysə çıxarkən Qazax şəhər avtovağzalından kassalarından bilet alan sərnişinləri avtobusa yerləşdirib təyinatı üzrə daşımışlar. 29 iyun 2024-cü il tarixdə saat 09-da Bakı Beynəlxalq avtovağzalda avtobus texniki baxışdan keçirtmiş və bu barədə ona arayış verilmiş, həmin gün saat 10:15 dəqiqədə avtobusa 47 nəfər sərnişin götürmüşdür. O, avtobusla Bakı şəhərindən idarə edərək Qazax şəhərində yerləşən avtovağzalda sərnişinləri düşürərək, avtobusda qalan bir neçə sərnişinləri aparıb saat 18 radələrində Qırmızı körpüdə düşürmüşdür. Bundan sonra həmin gün istirahət etmək üçün Qazax rayonu İİ Şıxlı kəndində gecələmişdir. 30 iyun 2024-cü il tarixdə saat 09:15 dəqiqədə idarə etdiyi Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Qazax rayonu İİ Şıxlı kəndindən sərnişin götürmədən təkcə çıxaraq saat 10:15-radələrində Qazax şəhərinə çatmışdır. O, avtobusu Qazax şəhəri, X19 ilə yolun sağ hərəkət zolağı ilə saatda 60 km sürətlə hərəkət edərək ünvan 3vanda yerləşən Qazax avtovağzalına yaxınlaşmış və avtovağzala çatmamış işıqforun qırmızı işığı yandığından avtobusu tormoz verib işıqforda saxlamış, işıqforun göy işığı yandıqda isə avtobusu işə salaraq saatda 5 km sürətlə hərəkətini davam etdirib avtovağzalın qarşısından keçmiş və avtovağzalın ərazisinə daxil olub avtobusu parklayıb sərnişin götürmək üçün yoldan sağa manevr edib dönmək istəmiş, lakin qarşısında eyni istiqamətdə nömrəsini xatırlamadığı Mersedes Benz markalı mikroavtobus sağ hissədə saxlamışdır. O, avtobusu saxlamış mikroavtobusun sürücüsünə siqnal verərək yolu boşaltması barədə xəbərdarlıq etmişdir. Mikroavtobusun sürücüsü yolu boşaltmış və o, avtobusla saatda 5-10 km sürətlə hərəkətini davam etdirmiş bu zaman ətrafda olan adamlar qışqıraraq ona “saxla, avtobusu işarə etdirib saxlatmışlar. O, avtobusu saxlayıb yerə düşmüş və bu zaman adamların avtobusun ətrafına toplanmasını, bir qadının baş və bədən hissəsi avtobusun sağ hissəsində yerdə ayaq hissəsi isə avtobusun kuzovunun altında olmasını görmüşdür. Qadın sağ olmuş və dərhal orada olan adamların köməkliyi ilə qadını VAZ- 2106 markalı taksi avtomobilinə yerləşdirib Qazax rayon Xəstəxanasına gətirmişdir. O, xəsarət alan qadını xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişdir. Bundan sonra xəstəxanadan Qazax rayon polis şöbəsinin əməkdaşları ilə birbaşa hadisə yerinə gəlmiş və orada ona polislər bildirmişlər ki, adı və sonradan ona məlum olan Sadıkova Bədriyə vəfat etmişdir. Hadisə yerinə baxışda o, da iştirak etmişdir. İdarə etdiyi Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə vurduğu piyada Bədriyə Sadıkovanı hadisədən əvvəl görməmiş, həmin qadının avtobusun hansı tərəfində neçə metrliyində dayandığını da görməmişdir. O, 30 iyun 2024-cü il tarixdə saat 10 radələlərində idarə etdiyi Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə vurduğu piyada Bədriyə Sadıkovanı əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf edir, zərərçəkmiş Bədriyə Sadıkovanın oğlu və hüquqi varisi Zəfər Məcidovla barışıq əldə etmiş, zərərçəkmişə vurulmuş ziyanı və dəfn mərasimində çəkilmiş xərci tam ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. ehtiyarsızlıqdan törətdiyi cinayət əməlinə görə peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmış, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. 30 iyun 2024cü il tarixdə ünvan 3vanda yerləşən Qazax şəhər Avtovağzalında yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Qazax Mərkəzi xəstəxanasında vəfat edən 1948-ci il təvəllüdlü Bədriyə Sadıkova onun anasıdır. X21 ilə ailəsi ilə birlikdə ünvan 2 ünvanda bir yaşamışlar. X12 30 iyun 2024-cü il tarixdə saat 10 radələrində Qazax şəhər avtovağzalının giriş hissəsində sürücü Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi Daewo FX212 markalı, **- ML-*** dövlət qeydiyyat nişanlı avtobusla vurulmasını, anasının xəsarətlə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılmasınıı həmin gün saat 10:30-da eşidərək dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. X12 həkimlərin tibbi yardım göstərmələrinə baxmayaraq xəstəxanada vəfat etmişdir. 01 iyul 2024-cü il tarixdə anası X16 rayonu Ağköynək kənd qəbirstanlığında el adəti ilə dəfn etmişlər. X17 Daewo FX212 markalı, **- ML-*** dövlət qeydiyyat nişanlı avtobusla vuran Daşkəsən rayonu, Bayan kənd sakini sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nə onun nə də ki, anası Bədriyənin, nə də ki, digər qohum əqrabalarının qohumluğu, düşmənçiliyi, ədavəti və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona maddi yardım göstərmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Əslən “Mesxeti Türkü” olan qonşusu Bədriyə Sadıkovanı 2 ilə yaxındır ki, tanımış, onunla münasibətləri yaxşı olmuşdur. Bədriyə Sadıkova da əvvəllər Qazax rayonu, Musaköy kəndində müəllim işləmiş və yaşı ilə bağlı olaraq təqaüdə çıxmışdır. X4 və sonuncunun ailəsi ilə birlikdə yaşamışdır. 29 iyun 2024-cü il tarixdə Bədriyə Sadıkova ilə evinin yaxınlığında küçədə görüşərək səhəri gün Qazax şəhəri, Mərkəzi Avtovağzalına gedib orada “Qazel” mikroavtobusla pendir gətirib satan kənd adamlarından pendir alacaqları barədə vədələşmiş, bundan sonra onlar ayrılmış və evinə gəlmişdir. 30 iyun 2024-cü il tarixdə səhər saat 09:35 radələrində Bədriyə Sadıkova ilə birlikdə görüşüb piyada Qazax şəhəri, Bakı küçəsində yerləşən Qazax şəhər Mərkəzi avtovağzalına gəlmişlər. Onlar əvvəlcə avtovağzalda olan mağazalara baş çəkmiş, daha sonra saat 10 radələrində mağazadan çıxaraq kəndlərdən rayona işləyən marşurut mikroavtobusla satmaq üçün pendir gətirən kənd sakinlərindən pendir almaq üçün Qazax şəhər, Mərkəzi avtovağzalının arxa hissəsinə keçmək istəmişlər. O, Bədiyə Sadıkova ilə birlikdə avtovağzalın küncünə dönmüş, divar tərəfdə onun özü, Bədriyə Sadıkova isə onun sol tərəfində asta-asta getmişlər. Avtovağzalın binasının küncünü dönüb 6-7 metr getdikdən sonra qəfildən Daewo FX212 markalı, ** ML *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu həmin yolla avtovağzala girdiyini və onun sol tərəfi ilə avtovağzalın arxa hissəsinə doğru hərəkət etdiyini görmüşdür. Həmin vaxt Bədriyə Sadıkovanın qışqırıq səsini eşitmiş və çevrilib baxanda Bədriyə Sadıkovanı yanında görməmiş, onu Daewo FX212 markalı, ** ML *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun onun tərəfindən olan hissəsində sağ hissəsi ilə vurub avtobusun banının altına saldığını, Bədriyə Sadıkovanın ayaq və orta hissəsinini avtobusun banının altında olduğunu görüb qışqırmışdır.Həmin vaxt ətrafda olan insanlar da qışqırmış və onların qışqırığını eşidən sürücüsü avtobusu dərhal saxlamışdır. Bədriyə Sadıkova huşsuz vəziyyətdə olmuş, onun əllərinin hər ikisindən tutaraq avtobusun banının altından dartıb çıxartmaq istəsə də gücü çatmamış, sürücü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs və digər oraya toplaşan adamlar Bədriyə Sadıkovanı avtobusun altından çıxararaq yaxınlıqda dayanmış şəxsiyyəti sonradan ona məlum olan X11 iştirakı və köməkliyi ilə onun ağ rəngli VAZ-2106 markalı avtomobilinin arxa sərnişin oturacağında uzadaraq, özü də arxa sərnişin otiracağında əyləşmiş və Bədriyə Sadıkovanın başını qucağıma almışdır. X27 idarə etdiyi VAZ-2106 markalı avtomobilini işə salıb təcili Qazax Rayon Mərkəzi xəstəxanası istiqamətində hərəkət etməyə başlamış, yolda gedərkən Bədriyə Sadıkovanın xırıldadığını ağır nəfəs aldığını, lakin danışa bilmədiyini görmüşdür. Bədriyə Sadıkova avtobusla vurulub ağır bədən xəsarətləri alsa da onun üst başında qan olmamışdır. Sürücü avtomobili Qazax Rayon X1rşısına sürmüş və avtomobili dayandırmışdır. Xəstəxananın tibb işçiləri təcili gələrək Bədriyə Sadıkovanı avtomobildən yerə düşürüb xərəyə qoyub xəstəxananın Acil şöbəsinə aparmışlar. Orada gözləmiş təxminən bir saatdan sonra Bədriyə Sadıkovanın aldığı xəsarətlərdən xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Qazax şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. VAZ-2106 markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilindən taksi kimi istifadə etmişdir. 30 iyun 2024-cü il tarixdə 08 radələrində avtomobili ilə Qazax şəhər mərkəzi avtovağzalının giriş hissəsində üzü çıxışa doğru dayanmış, saat 10 radələrində Qırmızı Körpü istiqamətindən Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtobusla asta sürətlə gəlmiş və sağa avtovağzalaın giriş qapısından daxil olmuşdur. Həmin vaxt o, öz avtomobilində sükan arxasında əyləşmiş, avtobus da onun sağından avtovağzala daxil olub arxa tərəfdən keçməli olduğu halda, bunu etməyərək avtobusun yarısı avtomilin yanından keçmişdir ki, səs-küy, qışqırıq səsi gəlmiş, dərhal avtomaşınından düşmüş və avtobusun onun tərəfində olan hissəsinə adını soyadını sonradan bildiyi Bədriyə Sadıkovanın avtobusun orta hissəsindən adamlar çıxarmışlar. X10 avtobusun altında olmasını bilmədiyindən hərəkətini davam etdirmək istədiyi halda kənardan bunu insanlar görərək qışqırmağa başlamışlar və sürücü avtobusu saxladıqdan sonra qadını avtobusun altından çıxararaq xəsarət alan Bədriyə Sadıkovanı onun idarə etdiyi VAZ-2106 markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilinə yerləşdirmişlər. X16 şəhər sakini Şahid1 ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirib Xəstəxananın Acil şöbəsinə təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, Bədriyə Sadıkova xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Sərnişin avtobusu idarə edir. Daewo FX212 markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, belə ki, sürücü həmkar kimi onunla münasibəti yaxşı olmuşdur. 30 iyun 2024-cü il tarixdə saat 10 radələrində avtovağzalda olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi Daewo FX212 markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtobusla adı və soyadı sonradan ona məlum olan piyada X16 şəhəri, Bakı küçəsində yerləşən Qazax avtovağzalının giriş hissəsində vurmasını və qadının xəsarət alaraq xəstəxanaya aparıldığını və xəstəxanada ölməsini eşitmişdir. Həmin gün saat təxminən 11:20 radələrində hadisə baş verən yerə gəldikdə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinə baxış keçirildikdən sonra orada olan polis əməkdaşları ona hadisə törədən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Daewo FX212 markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtobusu Qazax şəhəri, X19 165 a ünvanda yerləşən Qazax RPŞ-nin həyətinə sürüb aparmağını xahiş etmişlər. Həmin avtobusu idarə edərək Qazax RPŞ-nin həyətinə gətirib saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, "xxxx" ASC-nin sədri vəzifəsində işləyir. Fəaliyyət göstərdiyi ünvan 7 ünvanda yerləşir. 30 iyun 2024-cü il tarixdə saat 10 radələrində Qazax avtovağzalının giriş hissəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtobusla ilə Qazax şəhəri, Vaqif küçəsi 5 ünvanda yaşayan Bədriyə Sadıkovanı vurmasını saat 10:10-da eşitmişdir. Dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına gəlmiş və xəstəxanada Bədriyə Sadıkovaya tibbi yardım göstərildiyini görmüşdür. Lakin həkimlərin tibbi səyinə baxmayaraq Bədriyə Sadıkova xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadə verərək bildirmişdir ki, MTE və PAB-nin PHŞ-in Ağstafa rayon şöbəsinin rəisi vəzifəsində işləyir. Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyini o vermişdir. Bədriyə Sadıkovanın meyiti müayinə olunmuş, müayinə zamanı döş sümüyünün orta, sağ döş qəfəsinin sol döş qəfəsinin qabırğalarının yerdəyişməli sınığı və sağ-sol ağciyərlərin deşilmiş yaraları, daxili qanaxma və bədənin sıyrılmış yaraları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyati olmuş, mərhum B.Sadıkovanın ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Bədriyə Sadıkovanın ölümü daxili qanaxma nəticəsində baş vermişdir. Həmin vaxt Bədriyə Sadıkova xəsarət alan zaman ayaq üstə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Qazax rayon X18 bölməsinin müstəntiqi olaraq sözügedən cinayət işinin istintaqını aparmışdır. Cinayət işinin başlanılmasına səbəb Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə saat 10 radələrində X14 məxsus olan etibarnamə və BCD kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Qazax rayonu “Qırmızı Körpü”-“Bakı” marşurutu ilə Qazax şəhəri, X19 ilə yolun sağ hərəkət zolağı ilə hərəkət edərək ünvan 3vanda yerləşən Qazax şəhər Avtovağzalından sərnişin götürmək üçün yoldan sağa manevr edib dönərək avtovağzalın giriş hissəsinə daxil olub saatda 5/10 km sürətlə hərəkətdə olarkən avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirərək avtobusun sağ yan hissəsi ilə piyada Bədriyə Sadıkovanı ehtiyatsızlıqdan vurması, nəticədə Bədriyyə Sadıkova “Qazax Rayon Mərkəzi Xəstəxanası” X23 TTY bölməsinə çatdırılsa da xəstəxanada aldığı xəsarətlərdən ölməsi, əsas isə yol-nəqliyyat hadisəsinə dair Qazax RPŞ-nin istintaq bölməsində toplanılmış material olmuşdur. piyada Bədriyə Sadıkovanı avtobusun zərbəsindən altına düşüb, sıxılma nəticəsində qabırğalar banın altında qalaraq sınmışdır. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 6 noyabr 2024-cü il tarixli, 3-16-16/2-8/2865 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan fotoşəkillərdə Daewo FX212 markalı avtobusun qabaq və ya sağ hissəsində hər hansı bir deformasiyanın olunması aşkar olunmur. Ona görə də iş materiallarında olan fotoşəkillərə əsasən piyadanın avtobusun hansı hissəsi ilə vurulmasını yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertiza və X6” PHŞ-in məhkəmə-trasoloji, kriminalistik ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 566/2024-cü MTKŞ saylı rəyindən məlum olmuşdur ki, ekspertizaya təqdim edilmiş mərhum Bədriyə Sadıkovaya məxsus koftanın arxa səthinin sol yarısında bir ədəd kəsilmiş zədə var. Bu zədə kəsici kənara malik hər hansı bir əşyanın (alətin) təsirindən törənə bilər. Ekspertizaya təqdim edilmiş mərhum Bədriyə Sadıqovaya məxsus koftanın kəskin çürümə dəyişikliyi fonunda, ön səthində sağda iki ədəd, arxa səthində solda dörd ədəd cırılmış zədələr vardır. Bu zədələr bərk küt təsirindən törənməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş mərhum Bədriyə Sadıkovaya məxsus kofta üzərində aşkar edilmiş zədələrin (kəsik və cırılmalar) müxtəlif şəraitdə o cümlədən , qərarın təsviri hisssəsində göstərilən şəraitdə əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Bədriyə Sadıkovaya məxsus ətək və gecə köynəyi üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş mərhum Bədriyə Sadıkovaya məxsus paltarların üzərində avtomobil təkərinin izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertiza və X6” PHŞ-nin məhkəmə-biologiya ekspertizasının 02 dekabr 2024-cü il tarixli, 807/2024-MTBŞ saylı rəyindən məlum olmuşdur ki, Bədriyə Sadıkovanın pasportunun kserosurətinə əsasən ABO sistemi üzrə, qan qrupu A beta (İİ), Ekspertizaya təqdim edilmiş 01 ədəd gecə köynəyi, 01 ədəd qadın koftası və 01 ədəd ətək üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində yolun hərəkət hissəsi asfaltbeton örtüklü, birtərəfli, yol örtüyünün ümumi eni 9,4 metrdir. Hadisə yerində iştirak edən Təqsirləndirilən şəxs göstərməsinə əsasən ölçülər aparılarkən piyadanın aşkar edildiyi (vurulduğu) yerlə yolun sağ tərəfinə qədər 3,6 metr, sol tərəfinə isə 5,8 metr olması müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə dönmə əməliyyatına başladığı yerlə mərhum piyada Bədriyə Sadıkova vurulduğu yer arasında məsafənin 8,4 metr olması müəyyən edilmişdir. Hadisə yerində tormozlanma izləri aşkar edilməmişdir. Hadisənin şahidi Şahid1 göstərməsinə əsasən tanışı Bədriyə Sadıkova ilə birlikdə yolun sağ tərəfi ilə yavaş yerişlə avtovağzalın içərisinə doğru düz istiqamətdə piyada hərəkətdə olmuşlar. Cinayət işinin materiallarında xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nin 38 nömrəli aktindan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıqdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 264-cü maddənin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, iş üzrə maddi sübut olan Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu etibarnamə əsasında idarə edən X8 məsul saxlanışa verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-c 8239/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2031-ci il tarixdək BC 140 845 saylı –BCD- kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşmamışdır. Cinayət işinin materiallarında olan Daşkəsən rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-33/2-594/2024 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Paşayev X9 şəhər poliklinikasının narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan Daşkəsən Rayon Mərkəzi X13 şəxsin xx.xx.2024-cü il tarixli 18-1-33/3-66/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Daşkəsən rayon Mərkəzi Xəstəxanası” X23 Poliklinika şöbəbəsində (C67.8) “sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət”diaqnozu ilə qeydiyyatda durur Cinayət işinin materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısının, Bayan kənd İnzibati Ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli, 5-42- 2/2-207/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Paşayev X9 rayonu Bayan kəndində qeydiyyatda olmaqla, tək yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəbhəli şəxsin tutulması haqqında protokoldan görünü ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 gün tutulmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, cinayəti törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı ödəməsini, həmin şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, həbsdə saxlanıldığı müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılması üçün etibarnamə əsasında idarə edən X8 verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməli, hökmün icrası Daşkəsən Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakk yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəsisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Daewo FX212 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusun etibarnamə əsasında idarə edən X8 verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Hökmün icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür /İmza var/ Hakim Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-41/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-41/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver