Məhkəmə qərarları › İş №1(023)-42/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-42/2023

28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-42/2023 28.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, Müdafiəçi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 miqdarı 10 manat, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olma, əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmamış Təqsirləndirilən şəxs MMCnin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Nümayəndə1 hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı –İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, mənzil 99 olan Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 16 aprel 2020-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin, yük daşımaları fəaliyyətinin operatorna verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin mart ayından 18 avqust 2022-ci il tarixədək olan müddət ərzində Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsində operator işləyən Şahid1 ilə aralarında olan razılaşmaya əsasən sonuncu vasitəsi ilə həmin ünvanda Gürcüstan Respublikasına yükdaşınmasına icazə verən “İcazə” blanklarının əldə edilməsinə köməklik göstərilməsi üçün müraciət edən ayrı-ayrı şəxslərə satışını həyata keçirmək üçün, faktiki olaraq həmin şəxslərlə müqavilə bağlamadan və X2 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcüstan Respublikasına aid 144130, 144131, 144132, 144133, 144101, 142264, 142263 nömrəli və digər 20 ədəd olmaqla ümumilikdə 27 ədəd “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 (əlli) ABŞ dolları olmaqla cəmi 1.350 (bir min üç yüz əlli) ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 2.295 (iki min iki yüz doxsan beş) manata Şahid1 satıb qazanc əldə etməklə, Şahid1 tərəfindən isə həmin blankların ayrı-ayrı yük maşınlarının sürücülərinə hər biri 55 (əlli beş) ABŞ dollarına satılmasına nail olmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Nümayəndə1 Azərbaycan Respublikası CM-in 308.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, 30 yanvar 2023-cü il tarixdə şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyi aradan qalxdığından Azərbaycan Respublikası CM-in 74-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən iş üzrə icraata Nümayəndə1 aid olan hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən yükdaşıma ilə məşğul olur. 2020-ci ilin aprel ayınadək özü "xxxx" MMC və digər şirkətlərdən beynəlxalq yükdaşınması üçün “İcazə” blankları alaraq fəaliyyət göstərmişdir. Fiziki şəxs kimi DANX-dan İcazə blankı almaq mümkün olmadığı üçün 2020ci ilin aprel ayında Təqsirləndirilən şəxs MMC-ni təsis etmiş və həmin vaxtdan halhazıradək cəmiyyətin qanuni təmsilçisidir. Cəmiyyətin hüquqi ünvanı ünvan 3ırdalan şəhəri, “Evrohome” ticarət mərkəzində yerləşir. Cəmiyyətin 3 işçisi vardır, bank hesabı "xxxx" ASC və "xxxx" ASC-də mövcuddur. Cəmiyyət beynəlxalq yükdaşıma və nəqliyyat ekspeditoru şirkəti kimi fəaliyyət göstərir. Cəmiyyətin əsas iş fəaliyyəti ölkədən xaricə və ya xarici ölkələrdən bizim ölkəyə daxil olan yüklərin daşınmasıdır. O, hər bir icazə üçün 20 ABŞ dolları olduğu halda 2022-ci ilin mart ayından 18 avqust 2022-ci il tarixədək olan müddət ərzində, dəqiq xatırlamadığı vaxt və saatlarda Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisində yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsində Alı Hüseynovla aralarında olan razılaşmaya əsasən Alının vasitəsi ilə həmin ünvanda Gürcüstana yükdaşınmasına icazə verən “İcazə” blanklarının əldə edilməsinə köməklik göstərilməsi üçün müraciət edən ayrı-ayrı şəxslərə satışını həyata keçirmək üçün, faktiki olaraq həmin şəxslərlə müqavilə bağlamadan və X2 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu hüquqi şəxsə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcüstana aid ümumilikdə 27 ədəd “İcazə” blanklarını 01 ədədi 50 ABŞ dolları olmaqla cəmi 1350 ABŞ dollarına satmışdır. Blankları Qazax rayonunda işləyən sürücülərin sifarişi ilə onlara çatası sayda həmin “Nur Oil” yanacaqdoldurma məntəqəsinə göndərmişdir. 27 ədəd icazə blankının satışından 1377 manat gəlir əldə edilmişdir. Hazırda törədilmiş əməldən peşmandır, hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2016-cı ildən Qazax-Gürcüstan magistral yolunun Şıxlı kənd ərazisindən keçən hissəsinin sağ tərəfində yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsində operator kimi çalışır, həmin məntəqəninin sahibi Nurəddin Məmmədovdur. Təxminən 2020-ci ilin mart ayından etibarən Təqsirləndirilən şəxs MMC-in direktoru Ayaz adlı şəxsdən sonuncunun işçisi Şahid3 vasitəsi ilə “Nur Oil” yanacaqdoldurma məntəqəsinin sahibi Nurəddin Məmmədovla razılaşmalarına əsasən şirkətlərinin möhürü olan icazə blanklarını məntəqədə saxlamışlar və həmin şirkətə məxsus yükmaşınları yanacaq doldurma məntəqəsinə gələrək Ayazın adını verib həmin blankları götürmüş və məntəqədən yanacaq doldurmuşlar. Təxminən 2022-ci ilin iyun ayında “Nur Oil” yanacaq doldurma məntəqəsində çalışdığı dövrdə beynəlxalq yükdaşıma üçün “İcazə” blankının satışında qazanc olduğunu eşitmiş və operator işlədiyi məntəqədən tez-tez yük maşınları keçdiyi üçün həmin maşınların sürücülərinə təklif edərək satışını həyata keçirməklə pul qazanmaq qərarına gəlmiş və "xxxx" Logistika MMC-in rəhbəri Ayazın öz maşınları üçün göndərdiyi blanklardan artıq qaldıqda həmin Cəmiyyətin əməkdaşı Şahid3lə danışaraq sonuncudan məntəqədə qalan icazə blanklarını 50 ABŞ dollarına alıb 55 ABŞ dollarına Şahid2 satışını həyata keçirmişdir. Hal-hazıradək Şahid2 təxminən 20 ədəd Təqsirləndirilən şəxs MMC-in möhürü olan Gürcüstan Respublikasına aid “İcazə” Blankını 55 ABŞ dollarına sataraq hər birində 5 ABŞ dolları qazanc əldə etmişdir. Şahid2 satdığı blankların sonuncu tərəfindən hansı maşınların sürücüsünə satışının həyata keçirilməsindən məlumatı yoxdur və ümumiyyətlə satışını həyata keçirdiyi blanklarla bağlı şirkətlə hər hansı müqavilə bağlamamışdır. Şahid2 “İcazə” blankına müştəri olduqda ona zəng edərək bu barədə bildirmiş, öz növbəsində Cavada bu barədə deyərək onun razılığı ilə göndərdikləri “İcazə” blanklarını müqaviləsiz hər birini 50 ABŞ dollarına Elbrusa satmış və həmin məbləği sonuncudan alaraq Bakı şəhərinə gedən xatırlamadığı maşınlar vasitəsi ilə Nümayəndə1 çatdırılması üçün Şahid3 göndərmiş, xx.xx.2022-ci il tarixdə çalışdığı yanacaq doldurma məntəqəsində keçirilən baxış zamanı aşkar edilmiş Gürcüstan Respublikasına aid "xxxx" MMC-in ştampı olan 22-142263, 22-144101, 22-142264, 22-144131, 22-144130, 22-144132 və 22- 144133 nömrəli icazə blanklarını 12 avqust 2022-ci il tarixdə Şahid3 ona göndərmişdir. Cavad vasitəsi ilə həmin Cəmiyyətin direktoru Nümayəndə1la olan razılaşmalarına əsasən blankları satdıqdan sonra onlara hər birinə görə 50 ABŞ dolları göndərəcəyi nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən hal-hazıradək Bakı-Qazax yolunun Şıxlı kəndinin ərazisindən keçən hissəsində yerləşən “Uğur” yanacaq doldurma məntəqəsində operator kimi çalışır. Məntəqənin sahibi Əbduləli Abduləliyevdir. Çalışdığı yanacaq doldurma məntəqəsi avtomagistral yolunda olduğu və sərhəd keçid məntəqəsinə yaxın olduğu üçün müştərilərin əksəriyyətini Gürcüstan istiqamətində gedən yük avtomobilləri təşkil edir. 2022-ci ilin mart ayında yük maşınlarının Gürcüstan Respublikası ərazisində hərəkət etmələri üçün “İcazə” blanklarının tələb olunduğunu öyrənmiş və həmin blankları alaraq baha qiymətə satmaq qərarına gəlmişdir. Təxminən 2022-ci ilin mart ayında həmkəndlisi “Nur OİL” yanacaq doldurma məntəqəsində çalışan Şahid1 həmin icazə blanklarının satışını həyata keçirdiyini öyrənmiş və həmin icazə blanklarını ondan alaraq bir qədər baha qiymətinə sürücülərə satmaq qərarına gəlmişdir. Beləliklə, həmin vaxtdan etibarən yanacaqdoldurma məntəqəsinə yük avtomaşınları gəldikdə “İcazə” blanklarının lazım olubolmadığını soruşmuş, lazım olduğu təqdirdə dərhal Allahverdinin istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək sonuncudan blankın olub-olmadığını soşuraraq müsbət halda həmin şəxsdən “İcazə” blankının 1 ədədini 85 manata alaraq xatırlamadığı sürücülərə hər hansı müqavilə bağlamadan 100 manata satmışdır. Allahverdidən aldığı bütün “İcazə” blanklarının üzərində "xxxx" Logistika MMC-nin ştampı olmuşdur. Qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs MMC-nin ştampı olan 20 ədəd “İcazə” blankını Allahverdidən 50 ABŞ dollarına alaraq 100 manata hazırda xatırlamadığı yük avtomaşınlarının sürücülərinə satışını həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ildə qohumu Nümayəndə1 sözü ilə ailə ilə birlikdə Naxçıvan şəhərindən Bakı şəhərinə köçərək sonuncunun yanında Təqsirləndirilən şəxs MMC-də qeyri-rəsmi olaraq çalışmaqla işlərində köməklik etmişdir. Nümayəndə1 özünə məxsus 30a yaxın yük maşını olduğundan həmin maşınların qarajında nəzarətçi kimi işləmişdir. 2022-ci ilin may ayından etibarən isə "xxxx" MMC-də rəsmi olaraq çalışır, aylıq 500 manat əmək haqqı alır. Cəmiyyətin hüquqi ünvanı ünvan 4ə Xırdalan şəhəri, “Evrohome” ticarət mərkəzində yerləşir. Cəmiyyətin 3 işçisi vardır. Cəmiyyətin fəaliyyəti beynəlxalq yükdaşımadan ibarətdir və nəqliyyat ekspeditoru şirkəti kimi fəaliyyət göstərir. Lakin paralel olaraq müraciət edən yük maşınlarının sürücüləri ilə müqavilə əsasında Cəmiyyətin xidmətindən istifadə etməyi təklif edirlər. Belə ki, yüklərin daha çox Rusiya, Türkiyə, İran və Gürcüstan istiqamətində daşınması ilə əlaqədar şirkətin adına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən alınan beynəlxalq yükdaşınması üçün “İcazə” blanklarını 20 ABŞ dollarına alaraq müqavilə əsasında fəaliyyət göstərən sürücülərə 50 manata satışını həyata keçirirlər. Cəmiyyətin bütün fəaliyyətinə nəzarəti Nümayəndə1 həyata keçirir. “Nur oil” yanacaqdoldurma məntəqəsinə baxış zamanı aşkar edilən Gürcüstana yükdaşınması üçün verilmiş Təqsirləndirilən şəxs MMC-nin ştampı olan 22-142263, 22-144101, 22- 142264, 22-144131, 22-144130,22-144132,22-144133, 22-142692 nömrəli “İcazə” blanklarını Cəmiyyətlə müqavilə bağlamış sürücülərə çatdırılması üçün Nümayəndə1 tapşırığı ilə “Nur Oil” yanacaq doldurma məntəqəsində işləyən Şahid1 göndərmişdir. Həmin “İcazə” blanklarının hər birini Nümayəndə1 tapşırığına əsasən 50 ABŞ dolları məbləğinə Allahverdiyə vermiş və pullarını alıb Ayaza vermişdir. “İcazə” blanklarının qiymətini Ayaz özü müəyyən etmiş, o, yalnız blankları Ayazdan alaraq Bakı-Qazax marşrutu ilə işləyən taksi sürücüləri vasitəsi ilə Şahid1 göndərmiş və sonuncudan eyni qaydada pulları alıb Ayaza vermişdir. Şahid1 iki dəfəyə cəmi 27 ədəd “İcazə” blankı göndərərək hər birinə görə 50 ABŞ dolları almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Qazax-Gürcüstan magistral yolunun Şıxlı kənd ərazisindən keçən hissəsində yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsində operator kimi çalışır. Təxminən 2022-ci ilin mart ayından etibarən Təqsirləndirilən şəxs MMC-in direktoru Ayaz adlı şəxsdən sonuncunun işçisi Şahid3 vasitəsi ilə “Nur Oil” yanacaq doldurma məntəqəsinin sahibi Nurəddin Məmmədovla razılaşmalarına əsasən şirkətlərinin möhürü olan icazə blanklarını məntəqədə saxlamış və həmin şirkətə məxsus yük maşınları yanacaqdoldurma məntəqəsinə gələrək Ayazın adını verib həmin blankları götürmüşlər. “Nur Oil” yanacaqdoldurma məntəqəsində çalışdığı dövrdə beynəlxalq yükdaşıma üçün icazə blanklarının satışını həyata keçirməmişdir. "xxxx" Logistika” MMC-yə məxsus icazə blanklarını həmin məntəqədə onunla birlikdə çalışan Şahid1 Bakı-Qazax marşrutu ilə işləyən yol maşınlarından götürərək məntəqədə saxlamış və o, özü növbəsində gələn maşınlar Ayazın adını verdikləri halda həmin blankları sürücülərə vermiş, müqabilində hər hansı pul vəsaiti almamışdır. "xxxx" logistika şirkətinin əməkdaşları və müdiri Ayaz adlı şəxslə ümumiyyətlə əlaqə saxlamamış, həmin şəxsin adını Allahverdidən eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Qazax rayonu ərazisində yerləşən “Nur Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid4 könüllü olaraq Gürcüstan Respublikasına aid üzərində Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-142263, 22-144101, 22-142264, 22-144131, 22-144130, 22- 144132 və 22-144133 nömrəli “İcazə” blanklarını təqdim edərək həmin blankları həmin Cəmiyyətin rəhbəri Ayaz adlı şəxsin göndərdiyini bildirmişdir. Təqdim olunan blanklar video müşahidə ilə götürülmüşdür. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan və əlavə edilmiş siyahıdan görünür ki, 22-142263 və 22-142264 nömrəli “İcazə” blankları xx.xx.2022-ci il tarixdə, 22-144101, 22-144131, 22- 144130, 22-144132 və 22-144133 nömrəli “İcazə” blankları isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs MMC-nin Nizamnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs MMC xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı–İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegir Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 5 əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyətlə məşğul ola bilər. Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Nümayəndə1 olmaqla 16 aprel 2020-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2020-ci ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı ünvan 6pitalının miqdarı 10 manatdır, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1dur. Məhkəmə baxışında tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamədən görünür ki, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənilir. “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağandır. Bundan başqa, qeyd olunan 29 yanvar 2023-cü il tarixli Arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş 30 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Nümayəndə1 aid hissədə xitam verilməsi haqqında qərar qəbul edilmiş, hazırki cinayət işindən "xxxx" MMC, "xxxx" MMC, “X3” MMC, "xxxx" MMC və digər hüquqi şəxslərin rəhbər vəzifəli şəxslərin qanunsuz əməlləri və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və Şahid4, Şahid3 və Şahid1 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barələrində CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 yanvar 2023-cü il tarixli iş üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Nümayəndə1 aid olan hissədə xitam verilməklə, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında iştirak etmək istəmədiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakılar nəzərə alınır. 99-5.4.1-cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsi; 99-5.4.2- cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; 99-5.4.3- cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; 99-5.4.4-cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; 99-5.4.5- cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən tədbirlər; 99-5.4.6- hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. Məhkəmə işin hallarını, cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsini, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, nəzərə alaraq təqsirləndirilən hüquqi şəxsə CM-in 99- 6-cı maddəsinə əsasən cərimə cəzası təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsinə əsasən Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Həmin Məcəllənin 9-6.2-ci maddəsinə əsasən Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 99-6.3.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən hüquqi şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 99- 6.3.2-ci maddəsinə əsasən ona cərimə cəzası təyin edilməli, iş üzrə maddi sübutlar olan Gürcüstana aid olmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 22-142263, 22- 144101, 22-142264, 22-144131, 22-144130, 22-144132 və 22-144133 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarına əlavə edilməli, hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə (şöbəsinə) həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-6.3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əldə edilmiş 1377 (bir min üç yüz yetmiş yeddi) manat gəlirin 02 (iki) misli- 2754 (iki min yeddi yüz əlli dörd) manat miqdarda cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübutlar olan Gürcüstana aid olmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 22-142263, 22-144101, 22-142264, 22-144131, 22-144130, 22-144132 və 22-144133 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar