Məhkəmə qərarları › İş №1(023)-42/2024

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-42/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-42/2024 21.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri- Qazax Rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1968-ci ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, gözətçi işləyən, evli, məhkumluğu olmayan, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx.xx.1962-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,398 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak məqsədi ilə 23 dekabr 2023-cü il tarixdə saat 10-11 radələrində tanışı Təqsirləndirilən şəxs2 10 manat nəğd pul müqabilində sonuncunun yaşadığı ünvan 3 ünvanda əldə edib üstündə saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə saat 12:15-də Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Qazax rayon Mərkəzi xəstəxanasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilib qeyd olunan ünvanda həmin tarixdə saat 13:10-dan saat 13:55-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz jiletin sağ yan cibindən 01 ədəd sellefon bükümdə təmiz çəkisi 0,398 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdar narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,962 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,358 qram təşkil edən kustar üsulla hazılanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,398 qram təşkil edən xeyli miqdarda hissəsini 23 dekabr 2023-cü il tarixdə saat 10- 11 radələrində yaşadığı ünvan 3 ünvanda 10 manat müqabilində Qazax rayon, Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs1 satmış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə saat 12:15-də Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Qazax rayon Mərkəzi xəstəxanasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilib qeyd olunan ünvanda həmin tarixdə saat 13:10-dan saat 13:55-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz jiletin sağ yan cibindən 01 ədəd sellefon bükümdə təmiz çəkisi 0,398 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin götürülmüş, 23 dekabr 2023-cü il tarixdə saat 16:30-da isə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilib qeyd olunan ünvanda həmin tarixdə saat 17:10-dan saat 18:00-dək olan müddətdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli plaş materialdan olan idman geyimin sol yan cibindən 01 ədəd sellefon bükümdə təmiz çəkisi 0,564 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd sellefon bükümdə təmiz çəkisi 0,358 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq Qazax şəhəri 2 saylı Uşaq Bağçasında gözətçi işləyir. Digər Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanımış, onunla normal münasibəti olmuşdur. 23 dekabr 2023-cü il tarixdə saat 10-11 radələrində narkotik vasitə almaq məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evinə getmiş, orada Nadirə narkotik vasitə almaq istədiyini bildirmiş, sonuncu isə ona 10 manat qarşılığında 01 büküm heroin satmış, Nadirdən almış olduğu heroini əynindəki qolsuz jiletin cibinə qoyub bəzi sənədlərini götürmək üçün Qazax rayon Mərkəzi Xəstəxanası istiqamətdə getmişdir. Həmin gün, saat 12:15-də Qazax rayon Mərkəzi Xəstəxanasının giriş qapısının qarşısında olan zaman bir neçə şəxs ona yaxınlaşaraq özlərini Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu izah edib, birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da razılaşmış, polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. RPŞ-nin inzibati binasında müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, o da könüllü surətdə əynindəki qolsuz jiletin sağ yan cibindən 01 ədəd siqaret qutusunun qızılı rəngli kağızına bükülü vəziyyətdə şəffaf sellofanın içərisində olan heroini çıxarıb təqdim etmiş, içində heroin olmasını, 10 manat müqabilində Təqsirləndirilən şəxs2 aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilib qablaşıdırılmış, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin ortalarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, narkotikə olan tələbatını ödəmək üçün “Papanin” adlanan yerdən əvvəldən tanıdığı, təxminən 30-33 yaşlı Elnur adlı şəxsdən 50 manat pul müqabilində heroin və metmafetamin almış və özü ilə Qazax şəhərinə gətirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1la bir neçə dəfə narkotikdən inyeksiya yolu ilə narkotik vasitə olan heroini müxtəlif vaxtlarda, müxtəlif yerlərdə istifadə etmişlər. 23 dekabr 2023-cü il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs1 onun evinə gələrək heroin istəmiş, Farizə heroinin qurtardığını və almaq üçün pulu olmadığını, cibində 3 manat 60 qəpik olduğunu, şərikli narkotik ala bilməyəcəyini bildirmiş, Fariz də bundan sonra sağollaşıb çıxıb getmişdir. Həmin gün saat 16:30 radələrində evində yatan zaman onun mənzilinə polis əməkdaşları gəlib özlərini təqdim edərək narkotik vasitə ilə bağlı onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına getmiş, orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o, könüllü şəkildə idman geyiminin sol yan cibindən 01 ədəd sellofan kəsiyinin içərisindəki 02 ədəd şəffaf rəngli sellofan kəsiklərinin içərisində olan kütlələri polis əməkdaşlarına təqdim etmiş, onların heroin və metamfetamin olmasını bildmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis şöbəsində onu vurduqları üçün videogörüntü zamanı Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində heroin satmasını məcbur qalaraq bildirmişdir. Əslində isə Farizə heroin satmamışdır. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Qazax RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı xüsusi rütbəsində xidmət etmişdir. 23 dekabr 2023-cü il tarixdə RPŞ-də xidməti işdə olarkən, Qazax rayonu, Ağköynək kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə alıb istifadə etməsi, üzərində saxlaması və daşıması barədə həmin vaxt RPŞ-nin əməliyyat müvəkkili işləyən Şahid1 əməliyyat məlumatı daxil olmuş, Şahid1, Kamandar Ocaqverdiyev və Şahid4 ilə birlikdə 23 dekabr 2023-cü il tarixdə saat 12:15-də Təqsirləndirilən şəxs1 Qazax şəhəri, H. Əliyev prospektində yerləşən Qazax rayon Mərkəzi Xəstəxanasının qarşısından xidməti avtomobillə rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Orada təhqiqatçının otağında müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Farizin üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Farizə üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmiş, Fariz əynindəki jiletin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofon kəsiyinin içərisindəki tünd qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, heroin olmasını, xx.xx.2023-cü il tarixdə Nadir adlı Qazax şəhər sakinindən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofon büküm açılmış, içərisində tünd qəhvəyi rəngli heroinə bənzər kütlə olması məlum olmuş, büküm elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 paltarları, bədən səthi yoxlanılmış, lakin üzərində digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra, həmin gün, saat 16:30-da ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlayaraq özlərini təqdim etmiş, birlikdə Qazax RPŞ-nə getməsini təklif etmiş və onu polis şöbəsinə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş, müdafiəçisinin də iştirakı ilə Nadirin üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli plaş materialdan olan idman geyiminin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofon kəsiyinin içərisindəki iki ayrı-ayrı olan şəffaf sellofan kəsiklərini çıxarıb təqdim etmiş və həmin bükümlərin birində heroin, digərində isə metamfetamin olmasını, narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində ancaq adını bildiyi Elnur adlı şəxsdən 50 manata aldığını və həmin heroinin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 10 manata satdığını etiaraf etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər açılıb baxılmış, elektorn tərəzidə çəkilib qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 və Şahid4 da eyni məzmunlu ifadələr verərək Şahid2 göstərdiklərini bir daha təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, ünvan 9 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 tanışdır. 23 dekabr 2023-cü il tarixdə səhər tezdən bədənində şiddətli ağrılar baş verdiyindən saat 09 radələrində istifadə etdiyi ***-***- **-** mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq bədənimdə şiddətli ağrılar olduğunu ona deyərək ondan istifadə etmək üçün narkotik istəmişdir. Təqsirləndirilən şəxs1 da onda narkotik vasitə olmadığını arvadını xəstəxanaya aparacağını, Qazax şəhərindən narkotik tapıb alsa ona xəbər verəcəyini demişdir. Həmin gün saat 10-11 radələrində onlar telefonla danışanda Təqsirləndirilən şəxs1 Qazax şəhər sakini Nadir adlı şəxsdən 10 manata “kakos” aldığını demişdir. Həmin gün, saat 12 radələrində yaşadığı evdən çıxaraq piyada Qazax rayon Mərkəzi Xəstəxanasının qarşısına getmiş, uzaqdan xəstəxananın qarşısında Farizin polis əməkdaşları tərəfindən aparıldığını görmüş, bundan sonra evinə qayıtmış, bir gündən sonra Farizin və ona narkotik satan Nadirin polis tərəfindən tutulmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Qazax şəhərində yaşadığı evin yaxınlığında bərbər işləyir. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Nadir 2023-cü ilin dekabr ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan həbs edilmişdir. Gəncə şəhərindəki istintaq təcridxanasından Nadir ona zəng vurub onun üçün ərzaq, paltar və siqaret göndərməsini xahiş etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Nadir ona mobil telefon vasitəsi ilə zəng vuraraq Təqsirləndirilən şəxs1la görüşməsini, Farizə onun adı ilə məhkəmədə gedib izahatını və ifadəsini dəyşməsini, üzünə durmamağı çatdırmasını demişdir. Nadirlə olan telefon danışığından bir həftə sonra Təqsirləndirilən şəxs1la təsadüfən rastlaşdıqları vaxt Nadirin dediklərini Farizə bildirsə də Fariz izahatını dəyişməyəcəyini bildirmişdir. Cinayət işi üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Qazax rayon Polis Şöbəsinin Cinayətaxtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət etmiş, 23 dekabr 2023-cü il tarixdə Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə alıb istifadə etməsi, üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəisin rəsmi göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü Qazax RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X11, kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X6, post-patrul xidməti bölüyünün polis nəfərləri: polis serjantı X4 və polis kiçik serjantı Şahid4 daxil edilmişlər. Əməliyyat qrupunun üzvlərinə keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində əməliyyat qrupunun üzvləri: Şahid2, Kamandar Ocaqverdiyev və Şahid4 ilə birlikdə 23 dekabr 2023-cü il tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs1 Qazax rayon Mərkəzi Xəstəxanasının qarşısında saxlayaraq, ona özlərini polis əməkdaşları kimi təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımasında şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs1 xidməti avtomobillə rayon polis şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilməsi barədə raportla RPŞ-nin rəisinə məruzə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı Elmir Şıxıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş Təqsirləndirilən şəxs1 siyahıda Vəkillər kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1. Vəkil Mehti Hüseynov ona təqdim edilmiş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş, bununla bağlı yazılı bildirişlər ona təqdim edilmişdir. Bundan sonra həmin gün saat 13 radələrində Polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda özünün, polis işçilərinin və müdafiəçi Mehti Hüseynovun iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalısti Rahil Hüseynov tərəfindən videokameradan istifadə etməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış aparılan zamanı təhqiqatçı Elmir Şıxıyev şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 bu təklifdən sonra əynindəki qara rəngli plaş materialdan olan qolsuz jiletin altındakı parça materialdan olan jiletin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyinin içərisindəki tünd qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş və həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Qazax şəhər sakini Nadir adlı Qazax şəhər sakinindən 10 manata aldığını, bir qismini istifadə edib qalan qismini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofon büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli heroinə bənzər kütlə olması məlum olmuşdur. Həmin büküm təhqiqatçı Elmir Şıxıyev tərəfindən elektron tərəzidə çəkildikdə 0,50 qram çəkidə olmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənərək qeydlər aparılmış, polis əməkdaşları və digər protokol iştirakçıları tərəfindən zərf imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 paltarları, bədən səthi yoxlanılmış, lakin üzərində digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol onun özü və digər iştirakçılar tərəfindən imazalanmış, bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə satmış Nadir adlı şəxsin müəyyən edilməsi və polis şöbəsinə gətirilməsi ilə bağlı təhqiqatçı Elmir Şıxıyevin xx.xx.2023-cü il tarixli əməliyyat tapşığına əsasən tərəflərindən əməliyyat tədbirlərini davam etdirilərək ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 saxlanılaraq ona özlərini polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə satışında şübhəli olduğunu bildirmişlər və onu xidməti avtomobil ilə rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Elmir Şıxıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş, təqdim edilmiş siyahıda o, Vəkillər Kollegiyasınınüzvü Qazax Vəkil Bürosunun vəkili X2 və vəkil Asif İsmayılov ona təqdim edilmişdir. Müdafiəçini iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş və bununla bağlı olaraq yazılı bildirişlər ona təqdim edilmişdir. Bundan sonra həmin gün saat 17 radələrində Polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda özünün, polis əməkdaşlarının və müdafiəçi Asif İsmayılovun iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Elmir Şıxıyev şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları varsa təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli plaş materialdan olan idman geyiminin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyinin içərisindəki iki ayrı-ayrı olan şəffaf sellofan kəsiklərini çıxarıb təqdim etmiş və həmin bükümlərin birində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olması bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni və psixotrom maddəni Bakı şəhərindən ancaq adını bildiyi Elnur adlı şəxsdən 50 manata aldığını və həmin heroinin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 10 manata satdığını etiaraf etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofon büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli heroinə bənzər kütlə, digərində isə kristal formada ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 0,63 qram, metamfetaminə bənzər kütlə isə 0,46 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər qablaşdırılmış və üzərləri möhürlənərək qeydlər aparılmış, özünün və digər iştirakçılar tərəfindən zərf imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 paltarları, bədən səthi yoxlanılmış, lakin onun üzərindən digər narkotik vasitə, psixotrop maddə aşkar edilməmiş, onun üzərində şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş özü və digər iştirakçılar protokolla tanış olduqdan sonra protokolu imzalamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması və azad edilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 23 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 25 dekabr 2023-cü il tarixdə azad edilməklə 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılması müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmışdır, o, həmin vaxtdan hazırki vaxtadək həbsdə saxlanılır. Cinayət işinin materiallarına əlavə edilmiş “Diskə baxış keçirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" MMCdən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ********* saylı nömrə Təqsirləndirilən şəxs1 ********* saylı nömrə xx.xx.2023 saat 09:17:33-də Gazakh-ATS, Qazax rayonu Heydər Əliyev küçəsi 97”, xx.xx.2023 saat 09:18:32-də Gazakh-ATS, Qazax rayonu, Heydər Əliyev küçəsi 97”, xx.xx.2023 saat 09:25:29-də Gazakh-ATS, Qazax ,rayonu Heydər Əliyev küçəsi 97”, xx.xx.2023, saat 09:40:35-də Gazakh-ATS, Qazax rayonu ,Heydər Əliyev küçəsi 97”, xx.xx.2023, saat 09:41:05-də Gazakh-ATS, Qazax rayonu ,Heydər Əliyev küçəsi 97”, xx.xx.2023, saat 11:02:49-da Gazakh-college, “Qazax rayonu,Qazax bələdiyyəsi, xx.xx.2023, saat 11:03:25-də Gazakh-college, “Qazax rayonu ,Qazax bələdiyyəsi, xx.xx.2023, saat 11:07:30-da Gazakh-Merkez, “Qazax şəhəri, Sabir küçəsi 16, xx.xx.2023, saat 11:35:49-da Alpout Gazakh” Qazax rayonu ,Ürkməzlik kəndi”, xx.xx.2023, saat 11:36:26-da Gazakh-ATS, Qazax rayonu, Heydər Əliyev küçəsi 97”, xx.xx.2023, saat 11:44:14-da Gazakh-Merkez, “Qazax şəhəri, Sabir küçəsi 16, xx.xx.2023, saat 11:44:41-də Gazakh-college, “Qazax rayonu, Qazax bələdiyyəsi anten dairələrində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2023-cü il tarixli, 16/1285 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01(bir) ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofon bükümdə, təmiz çəkisi 0,398 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (1№-li ob). Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02(iki) ədəd büküm” yazı və imzalar olan kağız paketdəki: -1 (bir) ədəd sellofon bükümdə, təmiz çəkisi 0,564 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (2№-li ob). -1 (bir) ədəd sellofon bükümdə, təmiz çəkisi 0,358 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindır (3№-li ob). Tədqiqata təqdim olunmuş heroinlər kimyəvi tərkibinə görə eynidirlər (1,2№-li ob). (0,398 qram heroinin, 0,564 qram heroinin 0,358 qram metamfetaminin hər birindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,348 qram heroin, 0,514 qram heroin və 0,308 qram metamfetamin qalmışdır). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2024-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda nakotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2024-cü il tarixli, 159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 23 dekabr 2023-cü il saat 13:10-dən saat 13:55-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli plaş materialdan olan qolsuz jiletin altındakı parça materialdan olan jiletin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisindəki tünd qəhvəyi rəngli kütləni öz razılığı ilə, könüllü olaraq təqdim edərək kağızın içərisindəki kütlənin heroin olduğunu, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Nadir adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 23 dekabr 2023-cü il saat 17:10-dən saat 18:00-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli plaş materialdan olan idman geyiminin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisindəki 02 ədəd şəffaf rəngli sellofon kəsiklərini öz razılığı ilə, könüllü olaraq təqdim edərək sellofon kəsiklərinin içərisindəki kütlələrin heroin və metamfetamin olduğunu, onları Bakı şəhərində Elnur adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,962 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,358 qram təşkil edən kustar üsulla hazılanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etdiyi, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 əldə etdiyi 0,398 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilərkən qeyd olunan diskdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 10 manat müqabilində heroin satmasını etiraf etməsi görünür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilərkən qeyd olunan diskdə Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş heroini Təqsirləndirilən şəxs2 almasını etiraf etməsi görünür. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qazax Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 29 dekabr 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 25 gün vaxtından əvvəl cəzadan şərti şərti azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RİHB-nın Qazax şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Qazax RİHB-nın Ağköynək kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluqdan daxil olmuş məktubdan görünür ki, Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs2 Qazax RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, təzyiq, təhqir və qeydi insani davranışa məruz qalması xüsusatları təsdiqini tapmadığı üçün 18 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satmadığını qeyd etsə də həm Təqsirləndirilən şəxs1 və digər şahidlərin ifadələri, həm də digər istintaq hərəkətləri ilə onun göstərdikləri təsdiq edilmədiyindən, məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə ifadəsini sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hal, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətdiyi üçün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən 23 dekabr 2023-cü il tarixdə az ağır cinayət olan CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivi hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cinayətin digər iştirakçısını ifşa etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Yuxarıda göstərilənlərə əssasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona münasibətdə hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,348 qram heroin, 0,514 qram heroin və 0,308 qram metamfetamin məhv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,8 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 münasibətdə hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,348 qram heroin, 0,514 qram heroin və 0,308 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar