Məhkəmə qərarları › İş №1(023)-43/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-43/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-43/2023 13.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, Müdafiəçi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 10 manat, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq, əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmamış, Təqsirləndirilən şəxs MMC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Nümayəndə1 hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək vahid niyyətlə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı –İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, ev 3, mənzil 0476 olan Təqsirləndirilən şəxsn təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 12 sentyabr 2019-cu ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (Cəmiyyət) üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirildiyi, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi, “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağan olduğu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları olduğu halda, 2022-ci ilin may ayında Qazax rayonu ərazisində yerləşən “Əhməd Petrol” yanacaqdoldurma məntəqəsində operator işləyən Şahid1 ilə aralarında olan razılaşmaya əsasən sonuncu vasitəsi ilə həmin ünvanda Gürcüstan Respublikasına yükdaşınmasına icazə verən “İcazə” blanklarının əldə edilməsinə köməklik göstərilməsi üçün müraciət edən ayrı-ayrı şəxslərə satışını həyata keçirmək üçün, faktiki olaraq həmin şəxslərlə müqavilə bağlamadan və X2 Xidmətinə avtonəqliyyat vasitələri barədə məlumat vermədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbəri olduğu Cəmiyyətə verilmiş etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Gürcüstan Respublikasına aid 141789,141790, 141791 və digər 7 ədəd olmaqla ümumilikdə 10 ədəd “İcazə” blanklarını dövlət rüsumundan bir neçə dəfə baha, yəni bir ədədi 50 manat olmaqla cəmi 500 (beş yüz) manata Şahid1 satıb qazanc əldə etməklə, Şahid1 tərəfindən isə həmin blankların 45 ABŞ dolları məbləğinə ayrı-ayrı yük maşınlarının sürücülərinə satılmasına nail olmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidməti tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesinin şəffaflığına, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınmasına və bununla digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə, cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi prosedurlar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bununla da, Nümayəndə1 Azərbaycan Respublikası CM-in 308.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin, 10 fevral 2023-cü il tarixdə şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin ictimai təhlükəliliyi aradan qalxdığından Azərbaycan Respublikası CM-in 74-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən iş üzrə icraata Nümayəndə1 aid olan hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə "xxxx" MMC təsis etmiş və həmin vaxtdan Cəmiyyətin qanuni təmsilçisi vəzifəsində işləyir. Cəmiyyət xx.xx.2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 3əsuliyyətli Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi kimi cəmiyyətin 12 sentyabr 2019-cu ildə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. "xxxx" ASC-də Cəmiyyətin bank hesabı mövcuddur. Hazırda Cəmiyyət 54 yükmaşının sürücüləri ilə müqavilə bağlayaraq yükdaşıma xidmətləri göstərir. Beynəlxalq yükdaşıma ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən hər biri 20 ABŞ dolları olmaqla cəmi 340 manata 10 ədəd “İcazə” blankı almış, həmin vaxt belindəki ağrılarla bağlı “Neyrocərrahiyyə” xəstəxanasında olduğu müddətdə qeyd olunan blankları Cəmiyyətin balansında olan maşınların sürücüləri istəmədiyi üçün və pula ehtiyacı olduğundan satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 2022-ci ilin may ayında Qazax rayonundakı “Əhməd Petrol” yanacaqdoldurma məntəqəsində işləyən tanışı Şahid1la danışaraq sonuncuya müqaviləsiz hər biri 50 manat olmaqla ümumilikdə 500 manata 10 ədəd blank satmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Gürcüstan Respublikasına aid 22-142810, 22-141790, 22-141789 və 22-141791 nömrəli beynəlxaq yükdaşıma “İcazə” blanklarında olan Təqsirləndirilən şəxs MMC-nin ştampı onun tərəfindən həmin blanklar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən götürülərkən vurulmuşdur. Təxminən 2022-ci ilin iyul ayında cəmi 10 ədəd, o cümlədən Gürcüstan Respublikasına aid 22-142810, 22-141790, 22-141789 və 22-141791 nömrəli beynəlxaq yükdaşıma “İcazə” blanklarını hər birini 20 ABŞ dolları ödəməklə almış və həmin blankları pula ehtiyacı olduğu üçün müavilə bağlamadan hər birini Şahid1 50 manatdan satmışdır. Beynəlxalq “İcazə” blanklarının 3-cü şəxsə satışının qadağan olduğu bilsə də, 2 ay işə çıxmadığı üçün 10 ədəd blank istifadəsiz qalmış və ziyan etməmək məqsədilə həmin blankların satışını həyata keçirmişdir. Hazırda törədilmiş əməldən peşmandır, hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər Qazax rayonu ərazisində yerləşən “Əhməd” petrol yanacaqdoldurma məntəqəsində operator işləmiş, təxminən 2 ay bundan əvvəl xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. Bundan başqa, əlavə olaraq Gürcüstan Respublikasına yük daşıyan sürücülərə köməklik edərək 5-10 manat müqabilində kuryer kimi sənədlərini lazım olan yerlərə çatdırmaqla məşğul olur və bu minvalla təxminən 2022-ci ilin may ayında “Ələt” limanında olarkən Təqsirləndirilən şəxs MMC-in direktoru Qalib Əliyevlə tanış olmuşdur. Həmin vaxt Qabilin xahişi ilə ona bir neçə yük maşının sürücüləri ilə müqavilə bağlamasına köməklik etmişdir. 2022-ci ilin iyul ayında əlavə pul qazanmaq məqsədilə Qalibdən Təqsirləndirilən şəxs MMC-in ştampı olan 10 ədəd Gürcüstan Respublikasına aid beynəlxalq yükdaşıma icazə blankının hər birini 50 manatdan alaraq Qazax rayonunda “ST oil” yanacaq doldurma məntəqəsində operator işləyən Şahid2 hər birini 45 ABŞ dollarına satmışdır. Qalib Əliyevdən “İcazə” blanklarını alarkən aralarında hər hansı müqavilə bağlanmamış, sonuncudan icazə blanklarını nağd qaydada alıb Şahid2 satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2002-ci ildən Qazax-Gürcüstan magistral yolunda yerləşən müxtəlif yanacaq doldurma məntəqələrində operator işləyir, 2019-cu ilin yay aylarından isə həmin yolda yerləşən “ST Oil” yanacaq doldurma məntəqəsində operator işləyir. Məntəqənin sahibi Çingiz Şıxməmmədovdur. "ST Oil” yanacaq doldurma məntəqəsində operator kimi çalışdığı son dövrlər yükdaşıma işi ilə məşğul olan sürücülər bir neçə dəfə ondan Gürcüstana yükdaşınması üçün “İcazə” blankının olub-olmadığını soruşmuşlar. Bu barədə çox müraciət olunduğundan tanışlarından beynəlxalq yükdaşınması üçün icazə blanklarını haradan əldə edərək sata biləcəyi ilə maraqlanmışdır. 2022-ci ilin iyul-avqust ayında Təqsirləndirilən şəxs MMC-in ştampı olan Gürcüstana yükdaşıma “İcazə” blanklarını Qazax rayonu, Şıxlı qəsəbəsində fəaliyyət göstərən “Əhməd” Petrol yanacaqdoldurma məntəqəsəsində operator işləyən Arzuman adlı şəxsdən bir ədədi 45 ABŞ dolları olmaqla ümumilikdə 10 ədəd blank almış və pulunu qabaqcadan, yəni 450 ABŞ dollarını Arzumana vermişdir. Həmin vərəqələrin 9 ədədini hazırda xatırlamadığı yük maşınlarının sürücülərinə hər birini 100 manatdan satmış, qalan 1 ədədi isə baxış zamanı ofisdə aşkar edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən götürülmüşdür., Arzumandan yalnız 1 dəfə 10 ədəd Təqsirləndirilən şəxs MMC-in ştampı olan Gürcüstanın yükdaşıma icazə vərəqələrini almış, hər hansı müqavilə bağlamamış və həmin blankları müqaviləsiz hazırda xatırlamadığı yük maşınlarının sürücülərinə satmışdır. Bundan başqa, o ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə adını bilmədiyi bir nəfər ona yaxınlaşaraq ondan Türkiyə və Gürcüstana yükdaşınması üçün icazə blankı tələb etmişdir. Öz növbəsində Türkiyəyə yükdaşınması üçün 050708 nömrəli, Gürcüstan üçün isə 22-141791 və 22- 141789 nömrəli blankların hər birini 102 manata olmaqla, ümumilikdə 306 manata həmin şəxsə satmışdır. Bundan əlavə özündə 2 ədəd Türkiyə üçün, 1 ədəd Gürcüstana yükdaşınması üçün icazə blank qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı həmin məntəqədə operator işləyən Şahid2 tərəfindən könüllü olaraq Gürcüstan Respublikasına aid üzərində Təqsirləndirilən şəxs MMC-in ştampı olan 22-141790 nömrəli “İcazə” blankını təqdim edərək həmin blankla birlikdə ümumlikdə 10 ədəd Təqsirləndirilən şəxs MMC-in ştampı olan “İcazə” blanklarını Arzuman adlı şəxsdən alaraq satışını həyata keçirmişdir. Təqdim olunan blank video müşahidə ilə götürülmüşdür. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 22-141790, 141789 və 22-14191 nömrəli “İcazə” blankları xx.xx.2022-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs MMC-in Nizamnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs MMC xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (hazırki adı –İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi) tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 4zərbaycan Respublikasının qanunvericiliyi ilə qadağa olunmayan bütün fəaliyyətlə məşğul ola bilər. Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Nümayəndə1 olmaqla 12 sentyabr 2019-cu il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, bank hesabları açmaq, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək, qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin, təkliflərin hazırlanmasını həyata keçirmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. 09 fevral 2023-cü il tarixli Arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamədən görünür ki, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və X1 atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir, “İcazə” blankı” növündən (ölkəyə gəlmək haqqında icazə, yüklərin yüklənməsinə icazə, üçüncü ölkəyə tranzit gediş üçün icazə) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənilir. “İcazə” blanklarının üçüncü şəxsə verilməsi qadağandır. Bundan başqa, qeyd olunan 09 fevral 2023-cü il tarixli Arayışla cinayət işinin istintaq materiallarına əlavə edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsindən görünür ki, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu yük avtomobil daşıyıcılarına görə hər bir icazə üçün 20 (iyirmi) ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə qeydiyyatdan keçmişdir, hüquqi ünvanı ünvan 5arı 10 manatdır, təsisçisi və qanuni təmsilçisi Nümayəndə1dur. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolu ilə Qazax rayonu ərazisində yerləşən “ST Oil” yanacaqdoldurma məntəqəsinin ofisinə baxış zamanı aşkar edilərək götürülmüş Gürcüstan Respublikasına aid olmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilmiş 22-141790 nömrəli “İcazə” blankı, Şahid3 tərəfindən istintaq materiallarına əlavə edilmiş 22-141789 və 22-141791 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 9 fevral 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 10 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Nümayəndə1 aid hissədə xitam verilməsi haqqında qərar qəbul edilmiş, hazırki cinayət işindən "xxxx" MMC, "xxxx" MMC, “X3” MMC, "xxxx" MMC və digər hüquqi şəxslərin rəhbər vəzifəli şəxslərin qanunsuz əməlləri və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və Şahid1 və Şahid2 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barələrində CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 fevral 2023-cü il tarixli iş üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Nümayəndə1 aid olan hissədə xitam verilməklə, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında iştirak etmək istəmədiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən hüquqi şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakılar nəzərə alınır. 99-5.4.1-cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsi; 99-5.4.2- cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; 99-5.4.3- cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; 99-5.4.4-cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; 99-5.4.5- cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən tədbirlər; 99-5.4.6- hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. Məhkəmə işin hallarını, cinayətin ictimail təhlükəliliyinin xarakteri və dərəcəsini, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, nəzərə alaraq təqsirləndirilən hüquqi şəxsə CM-in 99- 6-cı maddəsinə əsasən cərimə növündə cinayət hüquqi tədbir tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsinə əsasən Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Həmin Məcəllənin 9-6.2-ci maddəsinə əsasən Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 99-6.3.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə- yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən hüquqi şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 99- 6.3.2-ci maddəsinə əsasən ona cərimə növündə cinayət-hüquqi tədbir tətbiq edilməli, iş üzrə maddi sübutlar olan Gürcüstan Respublikasına aid olmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilmiş 22-141790 nömrəli “İcazə” blankı, Şahid3 tərəfindən istintaq materiallarına əlavə edilmiş 22-141789 və 22-141791 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarına əlavə edilməli, hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək ona cərimə növündə cinayət-hüquqi tədbir tətbiq edilməklə həmin Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-6.3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əldə edilmiş 160 (bir yüz altmış) manat miqdarda gəlirin 02 (iki) misli- 320 (üç yüz iyirmi) manat miqdarda cərimə edilsin. İş üzrə maddi sübutlar olan Gürcüstan Respublikasına aid olmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilmiş 22-141790 nömrəli “İcazə” blankı, Şahid3 tərəfindən istintaq materiallarına əlavə edilmiş 22-141789 və 22-141791 nömrəli “İcazə” blankları, qeyd edilən “İcazə” blanklarının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş siyahı cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar