Məhkəmə qərarları › İş №1(023)-46/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-46/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-46/2025 11.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də Avtomatika üzrə təmir ustası işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,378 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 mart 2025-ci il tarixdə saat 12:43-də Qazax şəhəri, Nizami küçəsində saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 12:43-dən 12:50-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,378 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda "xxxx" MMC–nin Qazax rayonunda yerləşən sement zavodunda avtomatika üzrə təmir ustası işləyir. Bir ildir ki, psixotrop maddə olan “patı”dan, yəni metamfetamindən istifadə etmişdir. Təxminən 15 gün əvvəl əsgər yoldaşının toy şənliyidə iştirak etmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman orada Elşən adlı əvvəllər tanımadığı bir nəfərlə tanış olmuşdur. Elşənlə “Samsunq” markalı mobil telefonunun “İnstagram” sosial şəbəkəsində “Reyhan.Feryadi” adlı səhifənin ona “takip” istəyi atdığından həmin şəxsin istəyini qəbul etdikdən sonra həmin səhifənin sahibi ona sosial şəbəkədə mesaj yazaraq hər növ narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, əgər lazım olsa sata biləcəyini yazmışdır. Öz şəxsi istifadəsi üçün “patı” adlanan psixotrop maddə almaq istədiyini yazmış, həmin şəxsdə ona metamfetamin adlana psixotrop maddənin bir bükümünün 50 manat qiymətində olduğunu demişdir. Həmin şəxsin sözlərindən sonra sonuncunun ona dediyi xatılamadığı M10 hesabına Bakı şəhərindən “Milliön” aparatı vasitəsilə 50 manat göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxs ona “məkan” ataraq göstərilən metamfetamin bükümünü gedib götürməyini demişdir. Bakı şəhəri Binəqədi rayonu ərazisində “məkan”da göstərilən ünvanda tanımadığı məhləyə gedib ağacların birinin dibinə qoyulmuş siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş “patı” adlanan psixotrop maddə olan metamfetamini götürmüşdür. Həmin gün psixotrop maddənin bir qismini istifadə etmiş və səhəri gün Bakı şəhərindən çıxıb Qazax şəhərinə gəlmişdir. 26 mart 2025-ci il tarixdə səhər saat 12 radələrində yaşadığı evi tərk edib Qazax şəhəri, Nizami küçəsi ilə nənəsigilin yaşadığı evə piyada olaraq hərəkətdə olan zaman bir neçə şəxs video çəkiliş vasitəsi ilə ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını, onun narkotik vasitə istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirmişdilər. Bundan sonra ona üzərində narkotik vasitə yaxud psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində olan şalvarın sağ yan cibində olan psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim edərək bükümdə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi bildirmişdir. Siqaret qutusunun kağızının içərisində olan kütləyə baxış keçirildikdən sonra 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırmışlar. Polis əməkdaşlarına metamfetamini on beş gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən bir bükümünü 50 manat olmaqla öz istifadəsi üçün aldığını üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra isə polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə gəlmiş və üzərinə şəxsi axtarış və zərfə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində olan şəffaf rəngli sellofanın içərisindəki siqaret qutusunun gümüşü rəngli kağızının içərisindəki ağ rəngli kütləyə baxış keçirilmiş və həmin kütlə elektron tərəzi ilə çəkildikdən sonra yenidən zərfə qoyulub qablaşdırılmışdır. Bunadan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, ancaq psixotrop maddədən istifadə etmişdir. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qazax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət edir. 26 mart 2025-ci il tarixdə 1993-cü il təvəllüdlü, Qazax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı olaraq raport tərtib edərək Qazax RPŞnin rəisinə məruzə etmişdir. RPŞ-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri onun özü, üzvləri isə Qazax rayon X13 Cinayətkarlıqla Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik- leytenantı Şahid2, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3,Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X6 və Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X5 ibarət tərkibdə təşkil edilmişdir. Qrupun üzvlərinə Təqsirləndirilən şəxs ətrafında keçiriləcək əməliyyat axtarış tədbirinin həyata keçirilməsi üçün təlimatlandırmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyata keçirməyə başlamışlar. 26 mart 2025-ci il tarixdə təxminən saat 12:43 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün xidməti avtomobillə Qazax şəhəri, Nizami küçəsi ilə hərəkətdə olarkən küçə ilə əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti və xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs təkcə piyada getdiyini görmüşlər. Ekspert kriminalist Rahil Hüseynov tərəfindən videokamera vasitəsi ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış və onun üzərində 26 mart 2025-ci il tarixdə saat 12:43 radələrində videoçəkilişlə baxış keçirmişlər. Baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək müdafiə hüququnu həyata keçirməsi üçün vəkil tutmaq, buna maddi imkanı olmadıqda dövlət hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhənin mahiyyəti izah olunduqdan sonra üzərində saxlanılması qadağan olunmuş hər hansı bir narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları varsa təqdim etməsini təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda içərisindən ağ rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı X9 həmin bükülü özünə məxsus olmasını, təxminən 15 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üzərində saxlamaqla daşımağını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə içərisi boş olan zərfə qoyularaq üzəri möhürlənmişdir. Onun ətrafında keçirilmiş əməliyyat tədbiri saat 12:50-də başa çatmış, keçirilmiş əməliyyat tədbiri açıq hava şəraitində videokamera vasitəsi ilə çəkiliş aparılmış, həmin videogörüntü bir ədəd DVD diskinə köçürülərək tərtib edilmiş raporta əlavə edilmişdir. Təqsirləndirilən şəxs saat 12:55-də Qazax RPŞ-nə gətirərək raport əsasında növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq müdafiəçi ilə təmin edilmişdir. Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat qrupunun rəhbəri və üzvləri, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçisi X3 iştirakları ilə videokamera vasitəsilə videoçəkiliş aparmaqla saat 13:30-da şəxsi axtarış, baxış və götürülmə aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə Qazax şəhəri Nizami küçəsində saxlanılarkən üzərindən aşkar edilmiş və imzalanaraq qablaşdırılmış metamfetamin kütləsinin olduğu zərf baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən açıldıqda zərfin içərisində olan 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş kristal formalı kütlə olan metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmiş və metamfetaminin kağız ilə birlikdə ümumi çəkisi 0,55 qram təşkil etmişdir. Daha sonra həmin aşkar edilmiş metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən yenidən kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-nin 64 saylı zərflər üçün möhürü ilə möhürlənmiş və zərfin üzəri protokol iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni təxminən 15 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunla daşınması qadağan olunan əşyalar, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları olubolmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində hər hansı bir qanunla daşınması qadağan olunan əşyalar, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları olmadığını bildirmişdir. Daha sonra baş təhqiqatçı Elmir Şıxıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində hər hansı bir sübut əhəmiyyətə malik ola biləcək narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aşkar olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başa çatdırılmışdır. Onun üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskinə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə oxşar ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 28 mart 2025-ci il tarixdə Qazax RPŞ-nin MSY-dən azad edilərək ümumilikdə 02 gün tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2025-ci il tarixli 16/305 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,378 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Məhkəmə kimyəvi ekspertizasının rəyinin qeyd hissəsində: Metamfetamin təmiz çəkisi -0,378 qram, tədqiqata sərf edildi-0,05qr qalıq-0,328 qr Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2025-ci il tarixli, 496 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profoloktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması” haqqında 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş 1 (bir ) ədəd bükümün birində olan ağ rəngli kristalşəkilli kütlənin 0,55 qram çəkidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs ağ kristalşəkilli kütlənin “patı” adlanan psixotrop maddə olmasını 15 gün əvvəl Bakı şəhərində əldə edib üzərində saxlamaqla daşımasını etiraf etmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,378 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun hər hansı bir şəxsə narkotik vasitə və yaxud psixotrop maddə satması barədə məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon Psixiatriya Xəstəxanasının 16 aprel 2025-ci il tarixli, 704 nömrəli məktubundan görünür ki, Qazax şəhəri, Mehdi Hüseyn küçəsi 145 ünvanda yaşayan Təqsirləndirilən şəxs Qazax Psixatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-58-1-12-21/2- 443/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən ünvan 5 ünvanda yaşayır. Eləcə də Təqsirləndirilən şəxs Qazax şəhər İƏD üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan TƏBİB PHŞ Qazax RMX-nı PHŞ-in direktoru Afiq Fərruxov tərəfindən 22 may 2025-ci il tarixli, 18-1-51/2-Ə-42-133/2025 nömrəli arayışından görünür ki, X4 RMX-nın PHŞ-in yoluxucu xəstəliklər şöbəsində qeydiyyatdadır ambulator müalicə alır. DZ:Xroniki virus mənşəli C hepatiti, qaraciyərin piy distrofiyası. Cinayət işinin materiallarında olan TƏBİB PHŞ Qazax RMX-nı PHŞ-in direktoru Afiq Fərruxov tərəfindən 22 may 2025-ci il tarixli, 18-1-51/2-Ə-42-133/2025 nömrəli arayışından görünür ki, X2 RMX-nın PHŞ-in yoluxucu xəstəliklər şöbəsində qeydiyyatdadır ambulator müalicə alır. DZ:Xroniki virus mənşəli C hepatiti, qaraciyərin piy distrofiyası. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Ali Məhkəmənin qeyd olunan Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların mövcud olması, lakin ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin Saxlanc anbarında saxlanılan 0,328 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 0,328 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar