Məhkəmə qərarları › İş №1(023)-48/2023

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-48/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-48/2023 26.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax Rayon Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1969-cu ildə Qazax rayon Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti göstərən, əvvəllər məhkum olunmamış, Qazax rayon Aşağı Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Buzovna qəsəbəsi Natavan küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə ümumilikdə 1,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış, qeyd olunan marixuanadan xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən avtovağzalın yaxınlığında təmiz çəkisi 0,22 qram qurudulmuş marixuananı X8 10 manata satmış, sonuncu isə xx.xx.2022ci il tarixdə saat 15:45 radələrində Qazax RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Qazax şəhəri, Bakı küçəsində saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş və Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasında həmin gün saat 16:45-dən 17:36-dək olan müddət ərzində keçirilən şəxsi axtarışı zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində qara rəngli siqaret kağızı bükümündə qeyd olunan, 0,22 qram çəkidə narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2022-ci il tarixdə saat 18:00-da Qazax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində İbrahimov X4 Respublikasına məxsus, FZ 835 ZF dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə Qazax şəhəri Bakı küçəsində hərəkətdə olan zaman Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilmiş və Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 18:55-dən 20:20-dək olan müddət ərzində şəxsi axtarışı zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda qeyd edilən, satış məqsədi ilə əldə edilmiş narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan 3 ədəd təmiz çəkiləri 0,43 qram, 0,36 qram və 0,42 qram olmaqla qara rəngli siqaret kağızı bükümlərində ümumilikdə təmiz çəkisi 1,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi qaydada taksi sürücüsü işləyir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə əlaqədar sol ayağının pəncə hissəsinin bir hissəsinin amputasiya olunmasıdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri Bakı küçəsində yerləşən avtovağzalın yaxınlığında taksi kimi fəaliyyət göstərdiyi “Mercedes” markalı ZF 835 FZ Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim edərək narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu izah edərək, birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşlarının tələbinə uyğun Qazax RPŞ-nin inzibati binasına gəlmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunmuş, nə səbəbə tutulmağı və hüquqları izah olunmuşdur. Daha sonra polis şöbəsindəki iş otaqlarının birində polis əməkdaşları videoçəkiliş etməklə vəkilin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 3 ədəd qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə olan marixyuananı aşkar edərək götürmüşlər. Həmin narkotik narkotik vasitəni Bakı şəhərində olan zaman adını bilmədiyi şəxsdən bükümü 10 manata olmaqla 30 manat verərək 3 büküm aldığını demişdir. Bundan sonra həmin 3 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə çəkiləri müvafiq olraq 0.58, 0.53 və 0.43 qram təşkil etmişdir. Daha sonra həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri o də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Qazax rayon Qarapapaq kənd sakini Şahid1 əvvəllər tanımış, bir neçə dəfə ona avtomobilinin təkərlərini təmir etmişdir. O, xx.xx.2022-ci il tarixdə Qazax şəhər Avtovağzalında olan zaman Elton ona zəng edərək “təkər varmı”, yəni narkotik varmı soruşmuş, o da olduğunu demiş, həmin gün, saat 13 radələrində Şahid1 Qazax şəhər avtovağzalına düşərək onun taksi kimi avtomobili ilə dayandığı yerə gəlmiş, ona yaxınlaşıb salamlaşmış və cibindən 1 ədəd 10 manatlıq pul əskinası çıxararaq ona vermişdir. O da 10 manat nəğd pulu Eltondan almış və şalvarının cibindən 1 ədəd qara rəngli kağızın içərisində narkotik vasitə çıxararaq Eltona vermişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada təkər təmiri ilə məşğul olur. Narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 4-5 aydır ki, arabir istifadə edir. Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Əhməd müəyyən vaxtlarda onun işlədiyi təkər təmiri sexinə gəlib o da avtomobilinin təkərlərini təmir etmişdir. Bir müddət sonra Əhmədin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Əhməd avtomobilinin təkərini təmir etməyi qarşılığında ona narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Bundan başqa aralarında olan söhbətlər zamanı narkotik vasitəyə “təkər” demişlər. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Əhmədin 055 815 68 11 saylı mobil nömrəsinə zəng vuraraq “təkər varmı”, yəni narkotik varmı demiş, Əhməd də olduğunu bildirmişdir. Bundan sonra Qazax şəhər avtovağzalına düşərək Əhmədin taksi kimi avtomobili ilə dayandığı yerə getmiş, oraya çatanda Əhmədin avtomobilinin yanında ayaq üstə durduğunu görmüş, Əhmədə yaxınlaşıb salamlaşmış və cibindən 1 ədəd 10 manatlıq pul əkinası çıxararaq Əhmədə vermişdir. Əhməd də pulu götürərək şalvarının cibindən 1 ədəd qara rəngli kağızın içərisində narkotik vasitə çıxararaq ona vermişdir. O da Əhməddən aldığı narkotik vasitəni əvvəlcə şalvarının yan cibinə qoymuşdur. Bir qədər sonra, həmin gün, saat 15 radələrində o, Bakı küçəsi ilə piyada gedən zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirərək birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Polis əməkdaşlarının bu sözündən sonra o razılaşaraq polis şöbəsinə gəlmiş, Polis şöbəsində hüquqlarının qorunması üçün vəkillə təmin olunmuş, sonra hüquqları izah olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Daha sonra polis əməkdaşları onun və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış zamanı ona yenə də hüquqları izah edildikdən sonra üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki qara rəngli parça materialdan hazırlanmış idman şalvarının sağ yan cibində olan qara rəngli siqaret kağızına bükülü vəziyyətdə olan narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitəni Əhməd adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da, 2020-ci ildən isə Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Qazax rayon sakinləri Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç biri ilə ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xidmətdə olarkən ona Qazax rayon Qarapapaq kəndində yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istehlakı ilə məşğul olması barədə məlumat daxil olmiş, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Şahid1 cinayət əməlini ifşa edilməsi üçün əməliyyat tədbiri keçirilsin. Bundan sonra RPŞ-nin rəhbərliyi altında o, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı X5 və Qazax RPŞ-nin KTQ-nun ekspert kriminalisti polis kapitanı X3 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Qazax RPŞ-nin rəisi tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. O, Şahid3lə birlikdə RPŞ-dən çıxaraq Şahid1 mütəmadi vaxt keçirdiyi, həmçinin təkər təmiri ilə məşğul olduğu Qazax şəhər avtovağzalı ətrafında, avtovağzala birləşən küçələrdə tədbiri davam etdirməyə başlamışdır. Həmin gün saat 15:45 radələrində Şahid1 Bakı küçəsi ilə piyada və tək halda hərəkətdə olduğunu görüb Eltona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələri əldə etməsində, daşımasında, saxlamasında və istehlakında şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. Elton də qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-nə gəldikdən sonra o raportla RPŞ-nə raportla məruzə etmiş və raportun icrası Qazax RPŞ-nin TB-nin təhqiqatçısı Cabbar İmamquluyevə həvalə edilmişdir. Şahid1 hüquqları izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquqlarının qorunması məqsədi ilə vəkil X13 dəvət edilmişdir. Daha sonra təhqiqatçı Cabbar İmamquluyevin xidməti iş otağında Şahid1 hüquqları bir daha izah edildikdən sonra şəxsi axtarışı keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükümünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni saat 13 radələrində Əhməd adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Şahid1 təqdim etdiyi büküm açılmış, içərisində yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş. Həmin kütlə bükümlə birlikdə elektron tərəzdə çəkilmiş və bükümlə birlikdə çəkisi 0.36 qram olmuşdur. Sonra həmin qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası DİN-in Qazax RPŞ-nin “Zərflər üçün №64” mətninə malik möhürlə möhürlənmiş, o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 şəxsi axtarışı zamanı üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış Rahil Hüseynov tərəfindən videoçəkilişlə aparılmış, sonda aparılmış videoçəkilişə baxış keçirilmiş, baxış zamanı heç bir etiraz olmamışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, həmçinin şəxsi axtarış aparılarkən çəkilmiş videogörüntü 1 ədəd DVD diskin yaddaşına köçürülərək protokola əlavə edilmişdir. Eltonun üzərində aparılmış şəxsi axtarış həmin gün, saat 16:45-də başlamış, saat 17:36-da bitmişdir. Bundan sonra Şahid1 şəxsi axtarışı zamanı narkotik vasitəni almış olduğunu göstərdiyi Əhməd adlı şəxsi müəyyən etmək məqsədi ilə tərəfindən əməliyyat tədbirləri davam etdirilmiş, bir müddətdən sonra o Əhməd adlı şəxsin Qazax rayon Aşağı Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və Qazax RPŞ-nin əməliyyat müvəkkili Şahid3lə birlikdə Əhmədin mütəmadi olaraq vaxt keçirdiyi Qazax şəhəri, Bakı küçəsində, avtovağzalın yaxınlığında olması müəyyən edilmiş, həmin gün saat 18:00-da Əhmədin idarə etdiyi “Mercedes” markalı ZF 835 FZ Gürcüstan Respublikasına məxsus dövlət nömrə nişanlı avtomobilə yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, saxlamaqda daşımaqda və Şahid1 adlı şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu izah etmişlər. Əhməd də heç bir etiraz etmədən və müqavimət göstərmədən istifadəsində olan avtomobili ilə birlikdə Qazax RPŞ-nə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra o bu barədə raportla Qazax RPŞ-nin rəhbərliyinə məruzə eləmiş və onun raportunun icraası təhqiqatçı Cabbar İmamquluyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və saxlaması barədə şübhəli olduğu bildirilib üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış aparılarkən yenə Əhmədə hüquqları izah edilmiş və üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 ədəd qara rəngli siqaret kağızı bükümlərini təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2022-ci il tarixdə Elton adlı şəxsə avtomobilinin təkərini təmir etdikdən sonra bir büküm narkotik vasitə olan qurudulmuş marixuana verdiyini bildirmişdir. Bundan sonra bükümlər açılmış və içərilərində yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılmış, üzəri Qazax RPŞ-nin 64 saylı möhürü ilə möhürlənmiş və üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı FZ 835 ZF Gürcüstan Respublikasına məxsus dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı hər hansı bir narkotik vasitə, Psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış, avtomobilə baxış və götürmə haqqında protokol tərtib edilmiş, həmin protokolu o da imzalamışdır. Şəxsi axtarış və avtomobilə baxış zamanı Qazax RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoçəkiliş aparılmış və videogörüntülər 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Əhmədin üzərində şəxsi axtarış həmin gün-xx.xx.2022-ci il tarixdə, saat 18:55-də başlamış, saat 20:20-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində digər Şahid2lə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 16/1157 saylı rəyində göstərilmişdir ki-tədqiqata təqdim olunmuş üzərində, “Şahid1 üzərindən aşkar edilmiş kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,22 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 3 (bir) ədəd qara rəngli kağız bükümlərdə təmiz çəkisi 0,43 qram, 0,36 qram, 0,42 qram, ümumi təmiz çəkisi 1,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. QEYD: marixuananın ümumi təmiz çəkisi-0,22 qr, 1,21 qr, tədqiqata cəmi sərf edildi-0,08 qram, qalıq 0,20 qram, 1,15 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan əlavə məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/535 nömrəli rəyində göstərilmişdir ki, vət. Şahid1 və vət. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. QEYD: marixuananın ümumi çəkisi 1,35 qram, cəmi tədqiqata 0,08 qram istifadə edildi, qalıq 1,27 qram. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 1507 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax rayon Psixiatriya xəstəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1841 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış, avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 3 ədəd qara rəngli siqaret kağızı bükümündə, kağız bükümlə birlikdə çəkiləri müvafiq olraq 0.58, 0.53 və 0.43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür, Şəxsi axtarış, avtomobilə baxış və götürmə xx.xx.2022-ci il tarixdə, saat saat 18:55-də başlamış, saat 20:20-də bitmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 02 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qazax Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 28 oktyabr 2022-ci il tarixli, 11-21/394 və həmin tarixli 11-21/395 saylı arayışlardan və xasiyyətnamədən görünür ki, İbrahimov X15 rayonu Aşağı Salahlı kəndində daimi pasport qeydiyyatındadır, arvadı xx.xx.1966-cı il təvəllüdlü X9, uşaqları xx.xx.1999-cu il təvəllüdlü X10 və xx.xx.2001-ci il təvəllüdlü X11 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X11 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2717 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2022ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X7 verdiyi epikrizdən görünür ki, Təqsirləndirilən şəxs sol ayağın İV barmağının diabetik yaş qanqrenası, şəkərli diabet, tip 2 ağır forma Trikuspid çatışmazlıq xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin verdiyi ******* saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol pəncənin V barmağının amputasiyası xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan “BAKU CİTY HOSPİTAL”-ın verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 süd vəzinin Cr-i, BİRADS 5 kateqoriyada dəyərləndirilən sol qotuqaltı nahiyədə patoloji limfa düyünləri xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 14 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmşdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, arvadının və özünün xəstə olmalarını, oğlunun “Ağdamın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsində saxlanılan 1,27 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 104,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********00020 88501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsində saxlanılan 1,27 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 104 (yüz dörd) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar