Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-49/2024 28.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qazax rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qazax rayonu Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Ağstafaçay su anbarının Qazax rayonu Cəfərli kəndi ərazisində yerləşən hissəsində sahilinə gələrək, orada özü ilə gətirdiyi 01 ədəd aluminium qayıq, 02 ədəd taxta avar və uzunluğu 11 metr, eni 7 metr, sapının diametrinin ölçüsü 0,75 mm, dəliklərinin daxili ölçüsü 90x90 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş, 2 qatlı sapla toxunmuş açıq boz rəngli 01 ədəd torla həmin ərazidən Ağstafaçay su anbarına daxil olub, qeyd olunan balıq ovlama vasitələrindən istifadə etməklə 25 yanvar 2024-cü il tarixə saat 21 radələrinədək olan müddət ərzində hər biri 11 manat dəyərində olmaqla, ümumi dəyəri 1045 manat olan 95 ədəd dabanbalığı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1045 (bir min qırx beş) manat məbləğində maddi ziyan vurmuş və xx.xx.2024-cü tarixdə saat 22:15-də Su Nəqliyyatında polis idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd aluminium qayıq, 02 ədəd taxta avar, uzunluğu 11 metr, eni 7 metr, sapının diametrinin ölçüsü 0,75 mm, dəliklərinin daxili ölçüsü 90x90 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş, 2 qatlı sapla toxunmuş açıq boz rəngli 01 ədəd tor və 95 ədəd dabanbalığı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Qazax rayonunun Cəfərli kəndində yaşayır. 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında Ağstafaçay su anbarının kəndlərinin ərazisinə düşən hissəsində suya tor yerləşdirmişdir. 25 yanvar 2024cü il tarixdə saat 21 radələrində həmin toru və tora düşən balıqları birlikdə götürmək məqsədilə Ağstafaçay su anbarına qayıqla daxil olmuşdur. O, qayıqla və 2 ədəd avar kimi istifadə etdiyi bellə hərəkət edib toru quraşdırdığı yerə çatmış, toru balıqlarla birlikdə yığıb sahilə yaxınlaşdıqda polis əməkdaşlarının sahildə olduğunu görmüşdür. Onlar özlərini təqdim edərək balıqlara və balıqovlama vasitələrinə baxış keçirmişlər. Bundan sonra protokol tərtib edilmiş və balıqovlama vasitələri balıqlarla birlikdə götürülmüşdür. Onun balıq tutmaq üçün balıqovlama bileti olmamışdır. O, həmin vaxt 95 ədəd dabanbalığı tutmuş, qeyd olunan balıqla da polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin vaxt, həmçinin bir gün əvvəl suya tor yerləşdirəndə də təkbaşına olmuş, balıqları özü tək ovlamışdır. Hazırda əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi nümayəndəsi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçimüfəttiş vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Şəmkir xətt polis şöbəsinin əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı Qazax rayonu Cəfərli kəndində yaşayan Aşırov X2 anbarının Qazax rayonu Cəfərli kəndində yerləşən hissəsində qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd aluminium qayıq, 02 ədəd taxta avar, 01 ədəd tor və 95 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1045 manat zərər dəymiş və həmin zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur, ona qarşı verilmiş mülki iddiadan imtina edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN Su NPİ-nin Şəmkir XPM-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən DİO-na xidmətə qəbul olmuşdur. 2023-cü il tarixdən Su NPİ-nin Şəmkir XPM-nin rəisi vəzifəsində işləyir. 25 yanvar 2024-cü il tarixdə Su NPİ-nin Şəmkir xətt polis məntəqəsinin polis nəfəri Şahid2 Aydın oğlu ilə birlikdə xidmətdə olduqlar vaxt, saat 22 radələrində Ağstafaçay su anbarının Qazax rayonu Cəfərli kəndi əraisində yerləşən hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmış,videoçəkilişlə baxış keçirilərkən ondan 01 ədəd aluminium qayıq, 02 ədəd taxta avar, uzunluğu 11 metr, eni 7 metr olan 01 ədəd tor və 95 ədəd dabanbalığı balıqları aşkar edilərək эютцрцлmüşdür. İlham 95 ədəd dabanbalığı balıqlarını tor vasitəsilə Ağstafaçay su anbarından tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş, iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin Şəmkir XPM-nin polis nəfəri Şahid2 Aydın oğlu digər Şahid1 verdiyi ifayədə uyğun oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı “CD” diskin yaddaşında 3 ədəd faylın olması, həmin faylda video və foto görüntünün əks olunması, birinci faylda 01 ədəd foto olması, həmin fotoda Təqsirləndirilən şəxs qanunsuz tutduğu balıqları göstərməsi, ikinci və üçüncü fayllarda video görüntünün olması, ikinci faylda olan videogörüntünün 02:41 dəqiqədən ibarət olması, üçüncü faylda olan video görüntünün 01:58 dəqiqədən ibarət olması, həmin vaxt ərzində bir nəfər şəxsin qanunsuz balıq tutduğuna görə saxlanılması, həmin şəxsdən götürülmüş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxslərin balıqları Ağstafaçay su anbarından tutmasını bildirməsi, həmçinin saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs 95 ədəd dabanbalığı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresurslarına 1045 (bir min qırx beş) manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-362/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarının 1.5, 1.6, 1.7, 1.8 və 3.4-cü bəndlərinə əsasən qeyd olunan cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Kapital Bank ASC-yə məxsus ödəniş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 2 azyaşlı adlı uşağı vardır. İş materiallarından görünür ki, mülki iddiaçı məhkəmə istintaqı zamanı mülki iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qazax RİH-nin Cəfərli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, vurmuş olduğu ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, maddi sübutlar olan, saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş 95 ədəd dabanbalığı satılaraq əldə edilmiş pul dövlət büdcəsinə ödənilməli, DİN SNP İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, İlham Aşurovdan götürülmüş 01 ədəd aluminium qayıq, 02 ədəd bel, uzunluğu 11 metr, eni 7 metr ölçüdə olan 01 ədəd tor dövlət nəfinə müsadirə edilməli, mülki iddiaçı məhkəmə istintaqı zamanı mülki iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməli, məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 154 manat məbləğində pul İ. Aşırovdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş 95 ədəd dabanbalığı satılaraq əldə edilmiş pul dövlət büdcəsinə ödənilsin, DİN SN Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd aluminium qayıq, 02 ədəd bel, uzunluğu 11 metr, eni 7 metr ölçüdə olan 01 ədəd tor dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddiaçı məhkəmə istintaqı zamanı mülki iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 154 (bir yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №1(023)-49/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-49/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver