Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-52/2023 04.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respulbikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Ağstafa rayon X10 hissəsinin kadrlar üzrə kiçik inspektoru vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid1 Azərbaycan Respulbikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 10 iyul 2018ci il tarixdə saat 18 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən çayxanada 11000 (on bir min) manat pulu, 12 iyul 2018-ci il tarixdə saat 18 radələrində X3rşısında yerləşən çayxanada 1000 (bir min) manat olmaqla ümumilikdə 12000 (on iki min) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə, təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Orta Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək oğlu X11 Azərbaycan Respulbikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 04 mart 2020-ci il tarixdə saat 21 radələrində Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evində 8000 (səkkiz) min manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək oğlu Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa və ya Qazax rayon X10 hissələrində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin aprel ayının istintaqa məlum olmayan günündə saat 21 radələrində Qazax şəhəri, Əliağa Şıxlınski küçəsi ilə Bakı-Qazax avtomobil yolunun kəsişməsində yerləşən avtobus dayanacağının qarşısında sonuncuya məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobildə 8000 (səkkiz min) manat pulu, bundan sonra 2020-ci ilin aprel ayının istintaqa məlum olmayan günündə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən Azərbaycan Respulbikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Ağstafa rayon X10 hissəsinin inzibati binasının həyətində 2000 (iki min) manat olmaqla ümumilikdə 10000 (on min) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs4 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 05 aprel 2021-ci il tarixdə saat 21 radələrində Qazax rayonu, Daş Salahlı kəndində, özünün yaşadığı evin yaxınlığında 2000 (iki min) manat pulu, bundan sonra 2021-ci ilin aprel ayının istintaqa məlum olmayan günündə, saat 22 radələrində Qazax rayonu, Daş Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısında 8000 (səkkiz min) manat olmaqla ümumilikdə 10000 (on min) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 26 avqust 2021-ci il tarixdə saat 18 radələrində Qazax-Əskipara avtomobilin yolunun 1-ci kilometrliyində yerləşən avtobus dayanacağının yaxınlığında Şahid7 idarə etdiyi **-TX-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobildə 8000 (səkkiz min) manat pulu, 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Qazax rayonu, Daş Salahlı kəndində yerləşən “Əsədoğlu” marketin qarşısında 2000 (iki min) manat olmaqla ümumilikdə 10000 (on min) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu 8000 (səkkiz min) min manat pul müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Qazax rayonu, Çaylı kəndində yerləşən Şəhidlər Xiyabanının qarşısında sonuncunun dostu Şahid8 vasitəsiylə göndərdiyi 3000 (üç min) manat, 23 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Mütəfəkkirlər” parkında Şahid8 vasitəsiylə ona göndərdiyi 3000 (üç min) manat, 23 sentyabr 2021-ci il tarixdə, saat 17:11-də Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə atası X12 adına olan "xxxx"ASC-nin kart hesabına göndərdiyi 1000 manat olmaqla ümumilikdə 7000 (yeddi min) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs7 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu 27 aprel 2021-ci il tarixdə saat 14 radələrində Qazax şəhəri Avtovağzal ərazisində yerləşən çayaxanada 5000 (beş min) manat pulu, 01 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun 475-ci km-də, Qazax şəhərinin çıxacağında yerləşən X4rşısında 7000 (yeddi min) manat pulu, 2021-ci ilin oktyabr ayının istintaqa məlum olmayan günündə saat 18 radələrində X4rşısında 2000 (iki min) manat olmaqla ümumilikdə 14000 (on dörd min) manat pulu öz qulluq mövqeyinə görə etibardan suiistifadə edərək almaqla ələ keçirib Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa X10 Hissəsinin 53 saylı yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində, xx.xx.2016-cı ildən isə Ağstafa X10 Hissəsində kadrlar üzrə kiçik inspektor vəzifəsində, daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. Ağstafa X10 Hissəsinin rəisinin və onun hansısa işçini işə qəbul etmək və işdən azad etmək səlahiyyətləri olmamış, işə qəbul yalnız FHN X10 Xidməti tərəfindən həyata keçirilmişdir. Hazırda qeyd edilən qurumda çalışmır. 2018-ci ilin iyun ayının xatırlmadığı günündə Zərərçəkmiş şəxs1 Ağstafa X10 Hissəsinə gəlmiş, hissə rəisi Sənan Mansırovla görüşüb oğlunun həmin hissədə hansısa işə düzəldilməsinə kömək etməsini xahiş etmiş, hissə rəisi Sənan Mansırov iş yeri olmadığını və işə də onun adam götürmək səlaiyyəti olmamasını Çingizə bildirmiş, bundan sonra Çingiz onunla görüşüb oğlunun işə düzəlməsinə kömək etməyini xahiş etmiş, o, Çingizi aldadıb pulunu ələ keçirmək məqsədi ilə yalan danışaraq geniş əlaqələrinin olduğunu, tanışları vasitəsi ilə 12000 manat müqabilində oğlunu işə düzəltdirə biləcəyini demiş, Çingiz razılaşıb getmişdir. Çingiz 10 iyul 2018-ci il tarixdə saat 18 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən çayxanada 11000 manat, 12 iyul 2018-ci il tarixdə saat 18 radələrində X3rşısında yerləşən çayxanada 1000 manat olmaqla ümumilikdə ona 12000 manat pul vermiş, o, pulu özü üçün xərcləmişdir. Bundan başqa, təxminən 2020-ci ilin fevral ayının xatırlamadığı günündə həmkəndlisi və dostu Aydın Qarakişiyevin evində olan zaman sonuncunun atası Fevral Qarakişiyev dostunun övladını Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmiş, ona köməklik etməsini xahiş etmiş, o da həmin şəxsi aldadıb pulunu ələ keçirmək qərarına gələrək tanışları vasitəsi ilə bu işi görə biləcəyini demiş, bununla bağlı Qazax rayonu Orta Salahlı kənd sakini Zərərçəkmiş şəxs2lə və sonuncunun adını xatırlamadığı qaynı ilə Ağstafa Dəmiryolu vazğalı ərazisindəki çayxanada görüşüb çay içmişlər, Zərərçəkmiş şəxs2 oğlunun işə düzəldilməsi barədə onunla danışmış, o da FHN-də geniş əlaqələrinin olduğunu, əlaqələrindən istifadə edərək oğlunu FHN Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin etdirəcəyini deyib Mahiri aldatmış, Mahir ona inanaraq sağollaşıb ayrılmışlar. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində o, Fevral Qarakişiyev ilə birlikdə Qazax rayonu Orta Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdə olarkən orada Mahir ona danışdıqları kimi 8000 manat pulu vermişdir. O, qeyd olunan pulu götürüb özü üçün xərcləmişdir. Bundan başqa, o, keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs3 da aldadıb pulunu ələ keçirmişdir. Belə ki, 2020-ci ilin təxminən mart ayında işdə olan zaman Məqsəd ona oğlu Yolçunun əsgərlikdən gəldiyini, işsiz olduğunu, oğlunu FHN-nə işə düzəltməyə kömək etməyini xahiş etmiş, Məqsədi aldadıb nazirlikdə işləyən tanışları vasitəsi ilə əlaqələrindən istifadə edib oğlunu Ağstafa və ya Qazax rayon X10 hissələrində müvafiq vəzifəyə təyin elətdirəcəyini, bunun üçün 10000 manat pul lazım olduğunu demiş, Məqsəd ona inanmışdır. 2020-ci ilin aprel ayının xatırlamadığı günündə, saat 21 radələrində Qazax şəhəri, Əliağa Şıxlınski küçəsi ilə Bakı-Qazax avtomobil yolunun kəsişməsində yerləşən avtobus dayanacağının qarşısında Məqsədin “Mercedes C180” markalı avtomobilində sonuncu ona 8000 manat, bundan bir neçə gün sonra, həmin ilin aprel ayının xatırlamadığı günündə, saat 11 radələrində FHN X10 Xidmətinin Ağstafa rayon DYM hissəsinin inzibati binasının həyətində 2000 manat olmaqla cəmi 10000 manat pul vermiş, o, Məqsəddən aldığı pulu özü üçün xərcləmişdir. Bundan başqa, o, 2021-ci ilin aprel ayının xatırlamadığı günündə həmyerlisi Zərərçəkmiş şəxs4lə görüşdükləri vaxt sonuncu ona FHN-də işə düzəlməsinə kömək etməsini xahiş etmiş, Hüseynə yalan danışıb bu sahədə geniş əlaqələrinin olmasını, əlaqələrindən istifadə edərək onu FHN Ağstafa rayon X10 hissəsində vəzifəyə təyin etdirə biləcəyini demiş, bunun üçün 10000 manat pul lazım olmasını bildirmiş, Hüseyn razılaşmışdır. 05 aprel 2021-ci il tarixdə saat 21 radələrində Qazax rayonu, Daş Salahlı kəndində yaşadığı evin yaxınlığında Hüseyn ona 2000 manat pul vermiş, bundan bir neçə gün sonra, 2021-ci ilin aprel ayının xatırlamadığı günündə, saat 22 radələrində Daş Salahlı kəndindəki Hüseynin yaşadığı evin qarşısında sonuncu ona 8000 manat pul vermişdir. O, Hüseyni aldadıb ələ keçirdiyi 1000 manat pulu özü üçün xərcləmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında həmkəndlisi və dostu Şahid7 ona əmisi oğlu əsgərlikdən gələndən sonra onun FHN-də işə düzəlməsinə kömək etməsini xahiş etmiş, o da razılıq vermiş, 10000 manat müqabilində köməklik edə biləcəyini demiş, Nizami bu barədə əmisinə məlumat verəcəyini söyləmiş, bundan sonra o, Nizaminin əmisi Zərərçəkmiş şəxs5lə mobil telefon vasitəsilə danışmış, sonuncuya FHN-də geniş əlaqələrinin olmasını, əlaqələrindən istifadə edərək oğlunu Ağstafa rayon X10 hissəsində müvafiq vəzifəyə təyin etdirə biləcəyini demiş, sonuncu ona inanmış, 26 avqust 2021-ci il tarixdə saat 18 radələrində Qazax- Əskipara avtomobilin yolunun 1-ci kilometrliyindəki avtobus dayanacağının yaxınlığında Şahid7 idarə etdiyi avtomobildə 8000 manat, 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Daş Salahlı kəndində yerləşən “Əsədoğlu” marketin qarşısında 2000 manat olmaqla cəmi 10000 manat məbləğində Vüqarın pulunu almış, həmin pulları ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, 2021-ci ilin təxminən avqust-sentyabr aylarında dostu Səbuhi Axundovla görüşdükləri vaxt sonuncu FHN-də iş olsa qardaşı oğlu Teymuru orada işə düzəltməsini ondan xahiş etmiş, 2021-ci ilin sentyabr ayında pula ehtiaycı olduğu üçün Səbuhiyə qardaşı oğlunu işə düzəldə biləcəyini söyləmiş, bundan sonra Teymur bir neçə dəfə xatırlamadığı nömrə ilə onun istifadəsində olan nömrəyə zəng vurub Ağstafa Yanğından mühafizə hissəsində işə düzəlmək istədiyini demiş, Teymuru aldadaraq FHNdə yüksək rütbəli şəxslərlə əlaqələrinin olmasını, həmin əlaqələri vasitəsi ilə 8000 manat müqabilində onu istədiyi vəzifəyə təyin etdirəcəyini demiş, Teymur onunla razılaşmış, bundan sonra 2021-ci ilin sentyabr ayında bir neçə dəfə Teymura zəng vurub FHN-dən adam gəldiyini, təcili pulu ona verməli olduğunu söyləmiş, Teymur əvvəl pulun yarısını, sonra da yarısını verə biləcəyini bildirmiş, o da Teymurla razılaşmışdır. 20 sentyabr 2021ci il tarixdə saat 22 radələrində Qazax rayonu, Çaylı kəndində yerləşən Şəhidlər Xiyabanının qarşısında Teymurun dostu Şahid8lə göndərdiyi 3000 manat pulu Eltundan almış, 23 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Mütəfəkkirlər” parkında Eltundan ona Teymurun göndərdiyi 3000 manat pulu almış, elə həmin gün Teymur onun atasının kart hesabına 1000 manat pul göndərmiş, o, Teymurun ümumilikdə 7000 manat məbləğində pulunu ələ keçirmiş, həmin pulu borclarına vermişdir. Bundan başqa, Ağstafa X1 işləyən Qazax rayonu Kosalar kənd sakini X19 2021-ci ilin aprel ayında onun xidməti otağına gəlib qohumunun işə düzəldilməsinə köməklik etməyini xahiş etmiş, o da Arif Alıyevə nömrəsini həmin şəxsə verməyini bildirmiş, bir neçə gün sonra Qazax rayonu Kosalar kənd sakini Zərərçəkmiş şəxs7 ona zəng vurub Arifin qohumu olduğunu deyərək oğlu Şahid9 işə düzəltməsinə kömək etməyini xahiş etmiş, pulunu ələ keçirmək məqsədi ilə Mehdiyə yalan danışaraq FHN-də yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, onların vasitəsilə oğlunu Ağstafa X10 Hissəsində işə düzəldə biləcəyini demiş, xx.xx.2021-ci il tarixdə Mehdi ona zəng vurub pulun bir hissəsinin hazır olduğunu demiş, həmin gün, saat 14 radələrində Qazax şəhərindəki Avtovağzal ərazisində yerləşən çayaxanada Mehdidən 5000 manat, 01 may 2021-ci il tarixdə saat 20 radələrində X4rşısında 7000 manat 2021-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə, saat 18 radələrində X4rşısında yenidən 2000 manat olmaqla cəmi 14000 manat pul almış, pulları xərcləmişdir. Zərərçəkmiş şəxslərdən almış olduğu pullardan heç kimə verməmişdir. Əməllərindən peşmandır, zərərçəkmiş şəxslərin hamısından üzrxahlıq etmiş, onlara dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslər də onunla barışmışlar. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Göycəli kəndində ailəsi ilə birlikdə yaşayır, 2018-ci ilin iyun ayının xatırlamadığı günündə Anarla Ağstafa şəhərində görüşüb ondan oğlunun Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon yanğından mühafizə hissəsində işə düzəldilməsinə kömək etməsini xahiş etmiş, Anar da tanışları olduğunu, oğlunun qısa müddət ərzində Ağstafa rayon yanğından mühafizə hissəsində sürücü və ya digər sıravi işçi vəzifəsində işə düzəlməyinə kömək edəcəyini, bunun üçün 12000 manat pul verməli olduğunu demiş, Anarla razılaşmış, bundan sonra bir neçə gün ərzində həyətində olan 3 baş iribuynuzlu heyvanı, 20 baş xırdabuynuzlu heyvanı satmış, 3000 manat borc pul almış, oğlu Namiq Əmiraslanova məxsus olan VAZ21074 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili satmış və 11100 manat pulu düzəltmiş, daha sonra xx.xx.2018-ci il tarixdə saat 18 radələrində Anarla Ağstafa rayonunun girişində, Bakı- Qazax avtomobil yolunun Ağstafa rayonu istiqamətinə görə sağ kənarında, Qazax rayonu Ağköynək kəndinə aid torpaq sahəsində yerləşən çayxanada görüşmüş, Anar ora tək gəlmiş, özü isə oğlu Hüseynlə getmiş, orada oturub çay içmişlər, Anara 11000 manat pul vermiş, xx.xx.2018-ci il tarixdə saat 18 radələrində Anarla mobil telefon vasitəsi ilə danışıb onunla Ağstafa Dəmiryolu vağzalının qarşısında yerləşən çayxanada görüşmüş, Anar tək gəlmiş, oğlu Hüseyn isə onun yanında olmuş, o, Anara orada 1000 manat pulu vermişdir. Anar ümumilikdə ondan oğlunu işə düzəltdirməsi üçün cəmi 12000 manat pul almışdır. Sonradan oğlunun işə düzəlmədiyini görmüş, bir müddət sonra aldadıldığını anlamışdır. Hazırda Anar ona dəymiş ziyanı ödədiyi, ondan üzrxahlıq etdiyi üçün o, təqsiləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, Anara azadlıqdan məhrum etmə ilə bağlıl olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Orta Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır, 2020-ci ilin fevral ayının sonlarında Qazax rayonu Daşsalahlı kəndində tanışları ilə məclisdə oturan zaman oğlu X7 işsiz olduğunu demiş, həmin vaxt həmin Daşsalahlı kənd sakini Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Ağstafa X10 hissəsində kadrlar şöbəsinin rəisi işlədiyini, onun oğlunun işə düzəldilməsinə kömək edə biləcəyini bilmiş, Anarın telefon nömrəsini almış, bir neçə gün sonra Anara zəng vurmuş, oğlunun işə düzəldilməsi barədə onunla danışmış, 2020-ci ilin fevral ayının sonlarında, xatırlamadığı gündə Anarla Ağstafa şəhərində, dəmiryolu vağzalı ərazisində yerləşən çayxanada görüşüb oğlunun Fövqəladə Hallar Nazirliyində işə düzəldilməsi barədə onunla danışmış, X21 Nazirliyinin xidməti geyim formasında oraya gəlmiş, ona nazirlikdəki əlaqələrindən istifadə edərək 8000 manat müqabilində oğlunu FHN Ağstafa X10 hissəsində işə düzəldə biləcəyini, mart ayının əvvəllərində 8000 manat pulu versə həmin ilin iyun ayının əvvəllərində oğlunun işə çıxacağını demiş, Anarla razılaşmış, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Anar özü tək Qazax rayonu Orta Salahlı kəndində yerləşən onun yaşadığı evə gəlmiş, evinin qonaq otağında Anarla birlikdə oturub söhbət etmiş, ona 8000 manat pul vermiş, Anar da pulu sayıb götürmüş və bir daha həmin ilin iyun ayının əvvəllərində oğlunun işə çıxacağını bildirmiş, bundan sonra Anar onun evindən çıxıb getmişdir. Sonradan Anar tərəfindən aldadıldığını anlamışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu Şahid4 işsiz olduğu üçün 2020-ci ildə onu FHN-nin Ağstafa və ya Qazax rayon yanğından mühafizə hissələrindən birində işə düzəltmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs kadrlar üzrə mütəxəsssis işlədiyi üçün bir neçə dəfə onu işdə görən zaman ondan oğlunun işə düzəlməsinə kömək etməsini xahiş etmiş, Anar isə danışıb ona xəbər deyəcəyini demiş, 2020-ci ilin təxminən mart ayının xatırlamadığı günündə işdə olan zaman Anar ona oğlunu 10000 manat müqabilində Ağstafa və ya Qazax rayon yanğından mühafizə hissəsəsində işə düzəldə biləcəyini demiş, o da Anarla razılaşmış, ondan tələb olunan 10000 manat pul onda olmadığı üçün bankdan kredit götürmək qərarına gəlmiş, bundan sonra o, "xxxx" ASC-nin Qazax rayon filialına gedib kredit barədə maraqlanmış, ona 8000 manat pul verilə biləcəyini, lakin zamin tələb olunduğunu demişlər, o isə Təqsirləndirilən şəxs bu barədə demiş, Anar zamin durmağa razılaşmış, bundan sonra təxminən 2020-ci ilin aprel ayında, xatırlamadığı gündə Təqsirləndirilən şəxsla birlikdə "xxxx" ASC-nin Qazax rayon filialına getmiş, bank əməkdaşı kredit barədə sənədləşmə aparmağa başlamış, Təqsirləndirilən şəxs zamin kimi sənədləşmədə iştirak etmiş, Anar sənədlərə qol çəkdindən sonra işə tələsdiyi üçün ondan qabaq bankdan çıxıb getmiş, sənədləşmə başa çatdıqdan sonra o, 8000 manat krediti götürmüş, bundan sonra Anarın istifadəsində olan xatırlamadığı nömrəyə zəng vurub pulu götürdüyünü demiş, Anar isə işdən çıxdıqdan sonra onunla əlaqə saxlaya biləcəyini demiş, həmin gün axşam saatlarında Anar ona zəng vurub görüşüb pulu ona verməyini istəmiş, bundan sonra o, Qazax rayonu, Kosalar kəndində yerləşən yaşadığı evdən 8000 manat pul götürüb Qazax şəhərinə getmiş, Anarla danışıb onunla Qazax şəhəri ərazisində, Bayraq meydanının yanındakı avtobus dayanacağının qarşısında görüşmüş, həmin gün, saat 21 radələrində Anar ona məxsus olan “Mercedes C180” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobilin içərisində Anara 8000 manat pul vermiş, bundan sonra Anar avtomobildən düşüb getmiş, bir neçə gün sonra Anar qalan 2000 manat pulu da istəmiş, o, da tanışlarından 2000 manat borc pul almış, təxminən 1 həftə sonra, 2020-ci ilin aprel ayının xatırlamadığı günündə, saat 11 radələrində Ağstafa rayon X10 hissəsisində işdə olan zaman binanın həyətində Anarla görüşüb ona 2000 manat pul vermiş, Anar 1-2 aya oğlunu işə düzəldəcəyini demiş, bundan sonra Anar oğlunun işə düzəlməsi üçün tələb edilən sənədlərin siyahısı ona vermiş, o isə siyahıda göstərilən sənədləri yığıb Anara vermiş, lakin oğlunu işə çağırmamışlar. Sonradan Anarın onu aldatdığını bilmiş, Qazax rayon Polis Şöbəsinə gedib ərizə yazmışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında işsiz olduğu üçün hansısa bir işə düzəlmək istəmiş, tanışlarına, qohumlarına iş axtardığını demiş, 2021-ci ilin aprel ayının xatırlamadığı günündə xalası oğlu Şahid5lə görüşən vaxt o, X16 Nazirliyinin Ağstafa rayon yanğından mühafizə hissəsində kadrların rəisi işlədiyini, Anarla onun işə düzəlməyi barədə danışa biləcəyini ona demiş, o da Nicata etiraz etməmiş, bundan sonra Nicat onun yanında mobil telefonla Anara zəng vurmuş, onun Fövqəladə Hallar Nazirliyində işə düzəlməyinə kömək etməsini ondan xahiş etmiş, növbəti gün Anar özü onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə xatırlamadığı telefon nömrəsi ilə zəng vurmuş, Qazax rayonu Daşsalahlı kəndində, poçt şöbəsinin yanında Anarla görüşmüş, Anar ona Ağstafa rayon yanğından mühafizə hissəsində xilasedici yerinin vakant olduğunu, rəhbərlikdəki şəxslərlə əlaqəsindən istifadə edib onun ora təyin olunmasına kömək edə biləcəyini demiş, o da razılaşıb Anardan onun həmin yerə işə düzəldilməyinə kömək etməsini xahiş etmiş, Anar ona onun işə düzəlməyi üçün cəmi 10000 manat pul lazım olduğunu, 2000 manat pulu əvvəlcədən verməli olduğunu, həmin pulu nazirliyə göndərməli olduğunu, qalan 8000 manat pulu isə 5-10 gün sonra verməli olduğunu demiş, o da Anarla razılaşmış, bundan sonra Anar bir neçə dəfə ona zəng vurub onu pulu tez verməsi üçün onu tələsdirmiş, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində o, evindən 2000 manat pul götürüb Anarla Daşsalahlı kəndində yerləşən yaşadığı evin qarşısındakı küçədə görüşmüş, Anarla yaşadığı evdən təxminən 10 metr aralıda, küçədə söhbət etmiş, həmin vaxt ona 2000 manat pul vermiş, Anar da ona narahat olmamasını, 15 günə əmrinin veriləcəyini, ondan aldığı pulu da Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsində işləyən Akif Məmmədov adlı şəxsə göndərəcəyini, qalan 8000 manat pulu da qısa müddətdə ona verməli olduğunu demiş, o da Anarla razılaşmış və onunla sağollaşıb öz evinə getmiş, bundan sonra atası Firudin Rəfiyevə işə düzəlməyi üçün qalan 8000 manat pulu qısa müddətdə Anara verməli olduğunu demiş, atası isə pulu düzəldəcəyini demiş, təxminən 10 gün sonra, 2021-ci ilin aprel ayının xatırlamadığı günündə atası ona 8000 manat pul vermiş, o da Anara zəng vurub pulun hazır olduğunu demiş, bundan sonra həmin gün saat 22 radələrində Anar özünə məxsus olan Opel markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə onun yaşadığı evə gəlmiş, Anarla evinin həyətində görüşmüş, pulu götürüb Anarla onun avtomobilində oturmuş, Anar ondan 8000 manat pulu alıb saymış və Ağstafa rayonuna gedib həmin pulu Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsində işləyən şəxsə göndərəcəyini demiş, sağollaşıb getmişdir. Sonradan Anarın onu aldatdığını bilmiş və şikayət etmişduir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Ağstafa rayon yanğından mühafizə hissəsində kadrlar üzrə mütəxəssis işlədiyini əvvəldən bilmişdir. Qardaşı oğlundan Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsini almış və 2021-ci ilin avqust ayının xatırlamadığı günündə Anara zəng etmiş, söhbət zamanı Anar ona oğlunu 10000 manat müqabilində Fövqəladə Hallar Nazirliyinin Qazax, Ağstafa rayonlarında və ya Daşsalahlı kəndində yerləşən bölmələrindən birində işə düzəldəcəyini bildirərək oğlunun xx.xx.2021-ci il tarixədək işə çıxacağını söyləmiş, bunun üçün əvvəl 8000 manat, işə çıxdıqdan sonra 2000 manat verməli olduğunu qeyd etmiş, o da Anarla razılaşmış, "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayon filialından əmək haqqı aldığı üçün təxminən xx.xx.2021-ci il tarixdə o 10000 manat kredit götürmüş, bundan sonra Qazax rayonu Daşsalahlı kəndinə gəlmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla telefonla danışıb Qazax şəhəri ərazisində yerləşən “Qərb qapısı” adlanan restoranda görüşmüş, o görüşməyə gedən zaman oğlu Elmar və qardaşı oğlu Nizami ilə birlikdə getmiş, onlar birlikdə düşüb restorana getmişlər, restorananın həyətindəki stolda oturmuşlar, 15-20 dəqiqə sonra Anar özü ora tək gəlmiş, Anarla yenə də oğlunun işə düzəldilməsi barədə danışmış, daha sonra avtomobilə əyləşərək hərəkət etmişlər, həmin gün, saat 18 radələrində Qazax-Əskipara avtomobilin yolunun 1-ci kilometrliyindəki avtobus dayanacağının yaxınlığında qardaşı oğlu Şahid7 idarə etdiyi “OPEL” markalı avtomobildə Anara 8000 manat, 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Daş Salahlı kəndindəki “Əsədoğlu” marketin qarşısında 2000 manat olmaqla cəmi 10000 manat pul vermişdir. Sonradan oğlunun işi düzəlməmiş, Anarın onu aladatdığını baa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında tanışlarından Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon yanğından mühafizə hissəsinə işçi axtarıldığını eşitmiş, bundan sonra bu barədə atasına demiş, atası da Təqsirləndirilən şəxs ilə danışacağını söyləmiş, bundan sonra atası ona Anarla 8000 manat müqabilində onu işə düzəltmək barədə danışıb razılaşdığını demiş, bir neçə gün sonra Anar onun mobil telefonuna zəng etmiş, Anara Ağstafada işə düzəlmək istədiyini bildirmiş, bundan sonra Anar bir neçə dəfə ona zəng vurub Fövqəladə Hallar Nazirliyindən adam gəldiyini, təcili ona pul verilməli olmasını demiş, Anarla əvvəl pulun yarısını, sonra da yarısını verməyə razılaşmış, xx.xx.2021-ci il tarixdə Masazır qəsəbəsində yerləşən “Nur” adlanan marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə dostu Şahid8 kartına 3000 manat pul göndərmiş, Eltun 20 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Qazax rayonu, Çaylı kəndində yerləşən Şəhidlər Xiyabanının qarşısında həmin 3000 manatı Anara vermiş, Anara verməsi üçün xx.xx.2021-ci il tarixdə 1050, 23 sentyabr 2021-ci il tarixdə isə 2000 manat olmaqla cəmi dostu Şahid8 kartına 3050 manat pul yenidən göndərmiş, sonuncu da pulun 3000 manatını 23 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Qazax şəhərindəki “Mütəfəkkirlər” parkında Şahid8 vermiş, daha sonra Anar zəng edərək onun əvəzinə 1000 manat pulu özünün verdiyini, həmin pulu ona göndərməsini bildirmiş, o da razılaşıb Anarın ona göndərdiyi kart hesabına 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində xatırlamadığı ərazidə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1000 manat pul göndərmiş, hesabı ödəmə terminalında yazan zaman hesabın Anarın atası Aşır Aşırovun adına olduğunu görmüşdür. Sonradan Anarın onu aldatdığını bilmiş, həmçinin Anarın başqa şəxslərin də pulunu alıb həmin şəxsləri də işə düzəltmədiyini öyrənmiş və şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb onunla oğlunun işə düzəldilməsi barədə danışmış, 2021-ci ilin aprel ayının xatırlamadığı günündə Anar Qazax bazarına gəlib onunla görüşmüş, 12000 manat müqabilində oğlunun Ağstafa X10 hissəsində işə düzəldə biləcəyini söyləmiş, Anarın dediyi məbləğə razılaşmış, Anar 2 ay müddətində oğlunun işə çıxacağını söyləmiş, lakin həmin vaxt pulu olmadığından pulu vermək üçün vaxt istəmiş, daha sonra özünə məxsus olan 4 baş iribuynuzlu heyvanı satıb 5000 manat pul əldə etmiş, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Anarla Qazax şəhərindəki avtovağzal ərazisində yerləşən çayxanada görüşmüş, ona 5000 manat pul vermiş, bundan sonra arvadı Sevinc Mehdixanovanın adına "xxxx" ASC Qazax filialından 7000 manat pul götürmüş, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində X4rşısında, asfalt yolun kənarında Anarla görüşmüş, həmin vaxt oğlu Şahid9 yanında olmuş, Anar tək gəlmiş, orada Anara 7000 manat pul vermiş, Anar pulu götürüb getmiş, bundan sonra bir neçə dəfə mobil telefonla Anara zəng vurub onunla oğlunun işə düzəldilməsi barədə danışmış, Anar qısa müddət ərzində oğlunun işə düzəldiləcəyini demiş, 2021-ci ilin oktyabr ayının xatırlamadığı günündə mobil telefonla Anara zəng vurub onunla danışan zaman Anar ona oğlunun işə düzəldilməsində çətinlik yarandığı üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmiş, əlacsız qalıb Anarla razılaşmış, 2021-ci ilin oktyabr ayının xatırlamadığı günündə, Qazax heyvan bazarında bir neçə baş dana satıb 2000 manat pul əldə etmiş və həmin gün, saat 18 radələrində X4rşısında, asfalt yolun kənarında Anarla görüşmüş, həmin vaxt Anar tək gəlmiş, oğlu Ramil isə onun yanında olmuş, orada Anara 2000 manat pul vermiş, Anar 10-15 günə oğlunun əmrinin veriləcəyini demiş, bundan sonra onlar sağollaşıb oradan ayrılmışlar. 2021-ci ilin noyabr ayında Anarın çox adamdan pul alıb işini düzəltmədiyini öyrənmiş, sonra isə bu barədə Qazax rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2018-ci ilin iyun ayında atası ona Ağstafa rayon yanğından mühafizə hissəsində özüylə birlikdə işləmiş iş yoldaşı ilə onun Ağstafa rayon yanğından mühafizə hissəsində işə düzəldilməyi barədə danışdığını, bunun üçün həmin şəxsə 12000 manat pul verməli olduğunu demiş, lakin atası əvvəllər bu barədə kiminlə danışdığını, pulu kimə verəcəyini ona deməmiş, bundan sonra bir neçə gün ərzində həyətlərində olan 3 baş iribuynuzlu heyvanı, 20 baş xırdabuynuzlu heyvanı sataraq 3000 manat borc pul almış, qardaşı Namiq Əmirəsalanova məxsus olan VAZ21074 markalı avtomobili satmış və cəmi 11100 manat pulu düzəltmiş, daha sonra xx.xx.2018-ci il tarixdə saat 18 radələrində atası Zərərçəkmiş şəxs1 onunla birlikdə Ağstafa rayonunun girişində, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu istiqaməti üzrə yolun sağ kənarında, Qazax rayonu Ağköynək kəndinə aid torpaq sahəsində yerləşən çayxanada atasının iş yoldaşı olmuş Anar adlı şəxslə görüşmüş, Anar oraya tək gəlmiş, orada oturub çay içmişlər, atası Anara 11100 manat pul vermiş, qalanını isə o işə çıxandan sonra verəcəyini demiş, Anar isə razı olmamış, 100 manatı atasına qaytarıb 1000 manat pulu 1-2 günə verməli olduqlarını, 12000 manat pulu Bakı şəhərinə göndərməli olduğunu demiş, atası 100 manat pulu götürmüş, onlar oradan sağollaşıb ayrılmış, bundan sonra atası kimdənsə 900 borc pul almış, təxminən xx.xx.2018-ci il tarixdə saat 18 radələrində atası Zərərçəkmiş şəxs1 və o, Ağstafa Dəmiryolu vağzalının qarşısında yerləşən çayxanada Anarla görüşmüş, Anar tək gəlmiş, atası həmin çayxanada Anara 1000 manat pul vermiş, Anar isə onun tərcümeyi-halını yazmaq üçün məlumatlarını soruşub kağıza yazmış, Anar növbəti gün Bakı şəhərinə gedəcəyini, 3-6 ay ərzində onun işə başlayacağını demiş, bundan sonra onlar sağollaşıb ondan ayrılmış, bundan sonra bir neçə ay keçsə də onun işi düzəlməmiş, Anarla atası özü tez-tez əlaqə saxlamış, lakin uzun müddət keçsə də onun işi düzəlməmiş, Anarın onları aldatdığını anlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Qazax rayonu Orta Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır, hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir, yoldaşı Zərərçəkmiş şəxs2 oğlu X11 Fövqaladə Hallar Nazirliyinin X10 hissəsində işə düzəltmək istədiyini ona və qaynanası Şahid3 bildirmiş, bununla bağlı Ağstafa yanğından mühafizə hissəsinin kadrlar şöbəsində işləyən Təqsirləndirilən şəxs ilə danışdığını söyləmiş, o və qaynanası Gülü buna razılıq verib Sarını işə düzəltməyinin məsləhət olduğunu söyləmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs özü tək şəkildə Qazax rayon Orta Salahlı kəndində yerləşən onların yaşadıqları evə gəlmiş, evdə olarkən əri Mahir Təqsirləndirilən şəxsla oğlu Sarının işə düzəlməsi barədə danışaraq bununla bağlı onlara köməklik etməyini söyləmiş, danışıqlardan oğlu X17 Nazirliyinin Ağstafa rayon X10 hissəsinə işə düzəltməsi üçün Anarın 8000 manat pul istəməsi ona məlum olmuş, qonaq otağında əyləşdikləri zaman Mahir 8000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, Anar 8000 manat pulu götürərək sayıb cibinə qoymuş, oğlunun tezliklə həkim komissiyasından keçəciyini və 1-2 ay ərzində işə çıxacağını bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq oğlu Sarı nə həkim komissiyasından keçmiş, nə də ki, işə çıxmamışdır. Daha sonra Anarın onları aldatdığını başa düşmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Qazax rayonu, Kosalar kəndində ailəsi ilə birlikdə yaşayır, 24 aprel 2022-ci il tarixdən DİO-da xidmətə başlamış, həmin tarixdən etibarən Qazax RPŞ-nin PPX-nın polis serjantı vəzifəsində xidmət edir, atası, Aşırov X18 rayon yanğından mühafizə hissəsində əvvəl dispetçer, daha sonra kadrlar üzrə mütəxəssis vəzifəsində işləmiş, 2020-ci ilin iyul ayında hərbi xidmətdən qayıtdıqdan sonra işsiz olmuş, bu səbəbdən də atası onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa və ya Qazax rayon yanğından mühafizə hissəsələrindən birində işə düzəltmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs kadrlar üzrə mütəxəsssis işlədiyi üçün atası bir neçə dəfə onun işə düzəlməsinə kömək etməyini Anardan xahiş etmiş, 2020-ci ilin təxminən mart ayının xatırlamadığı günündə atası ona işdə olan zaman Anarla danışdığını, 10000 manat müqabilində onu Ağstafa və ya Qazax rayon yanğından mühafizə hissəsələrindən birində işə düzəldə biləcəyini demiş, tələb olunan 10000 manat pul onlarda olmadığı üçün atası bankdan kredit götürmək qərarına gəlmiş, bundan sonra təxminən 2020-ci ilin aprel ayında, xatırlamadığı gündə atası Təqsirləndirilən şəxsla birlikdə "xxxx" ASC-nin Qazax rayon fililialına gedərək 8000 manat kredit götürmüş, həmçinin atası ona Anarın həmin kredit üzrə zamin olduğunu demiş, elə həmin gün atası 8000 manat pul götürüb Qazax şəhərinə gedərək Anarla görüşmüş, Anara 8000 manat pul vermiş, atası ilə Anarın harada görüşdüklərini dəqiq bilməmiş, bndan bir neçə gün sonra atası ona Anarın qalan 2000 manat pulu da istədiyini demiş, atası tanışlarından 2000 manat borc pul almış, təxminən 1 həftə sonra, 2020-ci ilin aprel ayının xatırlamadığı günündə atası ona Ağstafa rayon X10 hissəsində işdə olan zaman Anara 2000 manat pul verdiyini demiş, bundan sonra Anar atasına onun işə düzəlməyi üçün tələb edilən sənədlərin siyahısı vermiş, atası siyahıda göstərilən sənədləri yığıb Anara vermiş, sonradan Anarın onun atasını aldatdığını bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 da zərərçəkmiş Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə verib sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə verib sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxsla barışdıqlarını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işi materiallarına əlavə edilmiş 26 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası FHN-nin DYMX-nin Ağstafa rayon X10 hissəsində kadrlar üzrə kiçik inspektor vəzifəsində xidmət etmişdir. xx.xx.2022-ci il tarixdə öz arzusu ilə FHN-nin DYMX-nin Ağstafa rayon X10 hissəsində xidmət keçməsinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İstintaq materiallarına əlavə edilmiş könüllü təqdim edilmiş "xxxx" sənədlərindən və "xxxx" MMCdən daxil olmuş məktubdan görünür ki, X12 adına olan 510307******3215 saylı kart hesabına xx.xx.2021-ci il tarixdə, saat 17:11-də Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi “Kamran market”də yerləşən “EMANAT-online medaxil” vasitəsiylə həmin karta 1000.00 AZN pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X20, anası X14, arvadı X8, qızları X9 və X15 tərkibdə ailə üzvləri var. Yaşayış yeri üzrə mübət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AZ- İİ№162304 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2016-cı ildə X8 ilə 377 saylı nikah qeydi bağlamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ№ 999220 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 25 sentyabr 2017-cildə anadan olmuş Gülsənəm adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV№ 649521 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 27 yanvar 2022-cildə anadan olmuş Milana adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qazax rayonu Daş Salahlı kənd sakini Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş Qazax rayonu, Daş Salahlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qazax Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir, hal-hazıra qədər də ev dustaqlığındadır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, himayəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını və ondan şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan məhkəmə istintaqı zamanı tamamilə ödənildiyi üçün məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən, ümumi birgə mülkiyyət hüququ ilə 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həbsdən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 07 ay 26 gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən, ümumi birgə mülkiyyət hüququ ilə 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həbsdən azad edilməli və hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı və ev dustaqlığında olduğu 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 03 (üç) ay 22 (iyirmi iki) gün çıxılaraq onun üzərində 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılmaı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən, ümumi birgə mülkiyyət hüququ ilə 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həbsdən azad edilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-52/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-52/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver