Məhkəmə qərarları › İş №1(023)-52/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-52/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-52/2025 06.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, X2 iştirakları ilə, 06 avqust 1993-cü ildə Türkiyə Respublikasının Bursa şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Bursa şəhəri, X17 rayonu, Karaoğlan kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məkəməyə verilmişdir ondan ötrü o, Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə özünün fotoşəkli və anket məlumatları daxil edilməklə, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış U24598246 nömrəli, Türkiyə Respublikasına məxsus pasportu qəsdən, qanunsuz olaraq əldə edib, 23 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 08:02-də qeyd olunan pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edib sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Türkiyə Respublikasına məxsus U24598246 nömrəli pasport Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yoxlanıldıqda həmin pasportda saxtalıq əlamətləri müəyyən edilərək saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 avqust 1993-cü ildə Türkiyə Respublikasının Bursa şəhərində anadan olmuş, Bursa şəhərində qəssab işləmiş, Türkiyə Respublikasında törətdiyi cinayət əməlinə görə barəsində cinayət işi başlanılmış, azadlıqdan məhrum ediləcəyindən qorxduğu üçün bacısı Gülefşan Çalım rəfiqəsinin qardaşı özünü Turhan kimi təqdim edən milliyyətcə azərbaycanlı olan şəxs ilə Türkiyə Respublikasında tanış olmuş, Turhana vəziyyətini izah edərək Türkiyə Respublikasında barəsində cinayət işi istintaq olunduğu üçün qanuni şəkildə ölkədən çıxa bilmədiyini, qanunsuz yolla hər hansı başqa bir ölkəyə getmək istədiyini bildirmiş, Turhan onu Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçirəcək şəxsi tanıdığını və onu həmin şəxs ilə qısa müddətdə tanış edəcəyini demiş, 2024-cü ilin avqust ayında Turhan onu milliyyətcə azərbaycanlı olan Naxçıvan Muxtar Respublikasının sakini, özünü Qurban kimi təqdim edən şəxslə tanış etmiş. Qurban onu 1.500 (min beş yüz) ABŞ dolları pul müqabilində Türkiyə Respublikasının dövlət sərhədini qanunsuz yolla keçirərək Azərbaycan Respublikasına aparacağını bildirmiş, Qurbanla razılaşdıqdan sonra 02 avqust 2024-cü ildə Qurbanın göndərdiyi şəxslərlə görüşmüş, həmin şəxslər onu idarə etdikləri «Chevrolet Cruze» markalı avtomobilinin yük yerində gizlətmiş, Türkiyə Respublikasının dövlət sərhədini qanunsuz keçirərək Azərbaycan Respublikasının dövlət sərhədinə gətirmişlər, Azərbaycan Respublikasının dövlət sərhədində neytral ərazidə həmin şəxslərə 1.500 (min beş yüz) ABŞ dolları pul vermiş, «Sədərək» sərhəd nəzarəti şöbəsində üzərində olan özüməməxsus şəxsiyyət vəsiqəsini sərhədçiyə təqdim edib dövlət sərhədini keçmiş, həmin gün Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, hava limanında onu Turhan adlı şəxs qarşılamış, ondan 400 (dörd yüz) azn pul alaraq Binə qəsəbəsində Bəhruz adlı şəxsin evində kirayədə yerləşdirmiş, bir müddət orada yaşadıqdan sonra Xırdalan şəhərində kirayə ev tutub orada yaşamış, daha sonra həyat yoldaşı Rabia Çalım və 2 övladı Türkiyə Respublikasından Bakı şəhərinə gələrək onlarla birlikdə ünvan 1 ünvanında kirayə yaşamış, Bakı şəhərində müxtəlif şirkətlərdə kuryer kimi işləmiş, 16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycan Respublikasında müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyə Respublikasına göndərmiş, 30 oktyabr 2024-cü və 26 yanvar 2025-ci il tarixlərdə müvəqqəti qalma müddətini pozmamaq üçün Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində «Sədərək» sərhəd nəzarəti şöbəsindən dövlət sərhədindən hərəkət etmiş, lakin Türkiyə Respublikasının dövlət sərhədini keçməmiş, Azərbaycan Respublikasında işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyi üçün Gürcüstana getmək qərarına gəlmiş, lakin pasportu olmadığından yenidən Qurbanla WhatsApp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış, Qurban ona 57.000 (əlli yeddi min) lirə pul (təxminən 1.500 ABŞ dolları) müqabilində pasport hazırlaya biləcəyini demiş, xx.xx.2025-ci ildə 57.000 (əlli yeddi min) lirə pulu Qurban aldı şəxsin göndərdiyi bank hesabına göndərmiş, daha sonra şəxsiyyət vəsiqəsinin, fotoşəkilini WhatsApp mobil tətbiqi vasitəsi Qurban adlı şəxsə göndərmiş, Qurban ona Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələn şəxs ilə pasportu göndərəcəyini, həmin şəxsə pasportunun guya Qurbangildə qonaq olduğu zaman unutduğunu deməsini bildirmiş, saxlanılmamışdan 2-3 gün əvvəl «Heydər Əliyev» X11 Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələn tanımadığı şəxsdən üzərində onun fotoşəkli və şəxsi məlumatları qeyd olunmuş pasportu götürmüş, xx.xx.2025-ci ildə Azərbaycan Respublikasından Gürcüstana getmək üçün «Qırmızı Körpü» sərhəd nəzarəti şöbəsinə getmiş, həmin U24598246 nömrəli pasportu sərhədçiyə təqdim etmiş, sərhədçi pasportu yoxlayan zaman pasportun saxta olduğunu aşkar etmiş və 23 aprel 2025-ci ildə saat 08.02 radələrində saxlanılmışdır. O, ilk dəfə belə hərəkətə yol verdiyini və törətdiyi cinayət əməlindən peşman olduğunu və barəsində cərimə cəzasının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhət Xidməti Sərhəd Nəzarəti “Qırmızı Körpü” SNŞ baş nəzarətçisi Şahid1 ifadəsində bildirmişdir ki, 22 aprel 2025-ci il tarixdən saat 20:00-dan 23 aprel 2025-ci il tarixdə saat 09:00-dək «Qırmızı Körpü» sərhəd nəzarəti şöbəsində «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman 23 aprel 2025-ci il tarixdə saat 08 radələrində Azərbaycan Respublikasından Gürcüstan istiqamətdə piyada xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan gizir Şahid2 ona Azərbaycan Respublikasından Gürcüstana gedən, xx.xx.1993-cü il təvəllüdlü Türkiyə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi Türkiyə Respublikasına məxsus U24598246 nömrəli ümumvətəndaş pasportunun saxtalıqda şübhə doğurması barədə məlumat vermiş, o həmin istiqamətdə hərəkət edərək U24598246 nömrəli pasportun saxta olduğunu dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs U24598246 nömrəli pasportun məlumat və 3-cü səhifələrinin qismən saxtalaşdırılaraq öz məlumatların həmin pasportun üzərinə yapışdırıldığını ona etiraf etmiş, baş vermiş hadisə barədə aidiyyəti üzrə məlumat verdikdən sonra X5 23 apel 2025ci il tarixdə saat 08 radələrində «Qırmızı Körpü» sərhəd nəzarəti şöbəsində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsinin rəisi mayor Əli Zəkiyevin 23 aprel 2025-ci il tarixli raportunda göstərilmişdir ki, 23 aprel 2025-ci il tarixdə saat 08:02-də Azərbaycan Respublikasından Gürcüstana gedən 06 avqust 1993cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Çalım X1 İAMAS-da rəsmiləşdirən zaman “sərhəd yoxlanışı” sərhəd naryadına təqdim etdiyi Türkiyə Respublikasına məxsus U24598246 nömrəli pasport qismən saxta olduğu üçün saxlanılmışdır. Cinayət işinin materiallarında olan İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 02 avqust 2024-cü ildən 26 yanvar 2025-ci il tarixədək A42J44716 nömrəli şəxsiyyət vəsiqəsi ilə 5 halda qanunla müəyyən edilmiş qaydada dövlət sərhədini keçmiş, 23 aprel 2025-ci il tarixdə qismən saxta U24598246 nömrəli pasportla Azərbaycan Respublikasından Gürcüstana dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılmışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavab məktubdan görünür ki, xx.xx.2025-ci ildə Türkiyə Respublikası vətəndaşı xx.xx.1993-cü il təvəllüdlü Çalım X4 pasportla “Qırmızı Körpü” DSBM-də Azərbaycan Respublikasından Gürcüstana getməyə cəhd göstərərkən saxlanılaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsində cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncunun əlaqələri olduğu “Qurban” və “Turxan” adlı Azərbaycan Respublikası vətəndaşlarının müəyyənləşdirilməsi ilə əlaqədar DSX Sərhəd Nəzarətinin əməliyyataxtarış şöbəsi tərəfindən mümkün tədbirlər həyata keçirilmiş, nəticədə istintaqa şəxsiyyəti “Qurban" kimi məlum olan şəxsin hazırda Türkiyə Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1976-cı il təvəllüdlü, Naxçıvan MR Şərur rayon Çomaxtur kənd sakini X15 (FİN:1LL70CW) olması müəyyən edilmişdir. “Turxan“ adlı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətinin və yaşayış yerinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində məlum olmuşdur ki, Türkiyə vətəndaşı Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında Bakı şəhərinə gəldikdən sonra “Turxan” tərəfindən qonşusu olan “Bəhruz” adlı şəxsin mənzilində bir neçə günlük yerləşdirilmiş, həmçinin “Bəhruz adlı şəxsin mənzilinin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunu son dayanacağından sağdakı mağazanın yaxınlığında olan kafenin qarşısında yerləşməsi, eləcə də “Bəhruz”un hansısa orta məktəblərdən birində mühafizəçi işləməsinə dair məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarında olan 23 may 2025-ci il tarixli 5/416 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan U seriyalı 24598246 nömrəli Türkiyə Respublikasına məxsus pasportun 2-ci və 3-cü səhifələri ilkin deyildir, dəyişdirilmişdir. (ilkin səhifənin üzərinə yapışdırılmışlar) və xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Həmin pasportun digər vərəqləri (2-ci və 3-cü səhifələri istisna olmaqla) mətbəə üsulla çap olunub, poliqrafiq, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələrlə təchiz edilmişdir. Cinayət işinin materiallarında olan 29 may 2025-ci il tarixli qərarla U seriyalı 24598246 nömrəli Türkiyə Respublikasına məxsus pasport maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Yusuf Eren Təqsirləndirilən şəxs və xx.xx.2024-cü il təvəllüdlü Ahsen Təqsirləndirilən şəxs adlı iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 318.1 və 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünun etirafedici ifadəsi, şahid ifadələri və məhkəmə iclasında araşdırılmış digər materiallarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və o, qeyd edilən maddələr ilə təqsirli bilinərək cəzalandırılmaldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, himayəsində 2 nəfər az yaşlı uşağın olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən əməl olduğu üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzalar qismən toplanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, iş üzrə maddi sübutlar olan, U seriyalı 24598246 nömrəli Türkiyə Respublikasına məxsus pasport hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxsdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ013601xxxxxxx003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE xxxxxxx00**********, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan, U seriyalı 24598246 nömrəli Türkiyə Respublikasına məxsus pasport hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ013601xxxxxxx003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE xxxxxxx00000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar