Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-53/2023 19.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə 01 yanvar 1981-ci ildə Pakistan İslam Respublikasının Mərdan şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Pakistan İslam Respublikasının Mərdan şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən Gürcüstana getmək məqsədi ilə şəxsiyyəti istintaqa Can Muhamməd adı ilə məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş və 02 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 3-cü sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən, Azərbaycan Respublikasına gəlmək üçün 25 fevral 2023-cü il tarixdə, saat 22:27 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 3-cü sahəsinin xidməti ərazisindən təkrarən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Pakistanda yaşayış minimum səviyyədə olduğuna görə həyat şəraitinin daha yaxşı olduğu ölkələrin birinə köçüb orada yaşamaq qərarına gəlmişdur. Bu məqsədlə o, "Youtube" kanalları vasitəsilə bir neçə ölkə haqqında maraqlanmış və Azərbaycan Respublikasına köçmək istəmiş, Pakistanın Mərdan şəhərində fəaliyyət göstərən turizm şirkətlərinin birinə müraciət etmiş və bilet alaraq 28 oktyabr 2022-ci il tarixdə İslamabad-Dubay-Bakı aviareysi ilə tranzit yolla Bakı şəhərinə gəlmişdir. Pakistanda olarkən turizm şirkəti Bakı şəhərindəki "Mark" otelinə rezervasiya etmiş, Bakı şəhərinə çatan kimi taksi ilə həmin otelə getmiş və orada yerləşmişdir. Bakı şəhərində olduğu müddətdə əfqan əsilli Can Muhamməd adlı şəxslə təsadüf nəticəsində Bakı şəhərinin mərkəzi küçələrinin birində tanış olmuşdur. Söhbət əsanasında o, Can Muhamməddən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün nə etməli olduğunu soruşmuş, sonuncu ona burada yaşaya bilməyəcəyini, lakin Gürcüstanda müvəqqəti yaşamaq icazəsini almağın asan olduğunu və Gürcüstana getməyinə köməklik edəcəyini bildirmişdir. Can Muhamməd 500 ABŞ dolları müqabilində onu qanunsuz yolla Gürcüstana apara biləcəyini demiş, o da öz növbəsində Can Muhammədin təklifi ilə razılaşmışdır. 02 noyabr 2022-ci il tarixdə sonuncu ilə birlikdə saat 13 radələrində Bakı Beynəlxalq avtovağzalından Bakı-Qazax istiqamətində hərəkət edən avtobusla saat 21 radələrində Qazax rayonuna gəlmişlər. Qazax rayonuna çatdıqdan sonra Can Muhamməd mobil telefonla kiminləsə əlaqə saxlamış və təxminən 20 dəqiqədən sonra ağ rəngli, nömrə nişanını xatırlamadığı "Toyota" markalı avtomobil yanlarına gəlmişdir. Onlar həmin avtomobilə əyləşərək bir qədər getdikdən sonra Qazax rayonunun hansısa kəndinə çatmış, avtomobildən düşüb təxminən 1 saat müddətində 4 km piyada yol getdikdən sonra qarşılarına qəbirstanlıq çıxmış və həmin yerdən keçərək dövlət sərhəd xəttinə çatmışlar. 02 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Can Muhamməd və o, dövlət sərhədini qanunsuz olaraq keçdikdən sonra Gürcüstanın Qardabani rayonuna, oradan isə Tbilisi şəhərinə getmişlər. Can Muhamməd onunla bir gün Tbilisi şəhərində hoteldə qaldıqdan sonra çıxıb getmiş və bir daha onun yanına qayıtmamışdır. Həmin tarixdən sonra Can Muhammədi görməmiş və onun harada olması barədə heç bir məlumatı olmamışdır. Bundan sonra o, Tbilisi şəhərində qalaraq iş axtarmış və orada fəhlə bazarında fəhləlik etməyə başlamışdır. O, 3 ay ərzində Tbilisi şəhərində yaşamış və həmin fəaliyyətlə məşğul olmuşdur. Yaşadığı müddətdə Tbilisi şəhərində bir neçə həmyerlisi ilə tanış olmuş və onlarla daima ünsiyyət saxlamışdır. Həmin şəxslərlə təsadüfən tanış olmuş, onları heç kim tanış etməmişdir. Arvadının səhhətində müəyyən problemlər olduğundan və Gürcüstanda işləri istədiyi qaydada getmədiyindən Pakistana qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə taksi ilə Tbilisi şəhərindən çıxıb Azərbaycan Respublikasının sərhədinə gəlmiş, Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstana getdiyi istiqaməti yadında saxladığı üçün Azərbaycana Respublikasına qayıdarkən də o yoldan istifadə etmiş və həmin gün, saat 22:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gizlin şəkildə, tək təkrar keçmişdir. Sərhədi keçdikdən sonra Azərbaycan Respublikası ərazisində sərhədçilər tərəfindən saxlanılmışdır. Əməllərindən peşmandır, himayəsində 5 uşağı var, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DSX SQ N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasında atıcı vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə, saat 22:15 radələrində xidmət etdiyi 17-ci sərhəd zastavasının 3-cü sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar “Növbətçi operator” xidmətindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə 1 nəfər şübhəli şəxsin hərəkət etməsi müşahidə edilmişdir. Şəxs 22:27 radələrində sərhədi pozaraq Azərbaycan Republikası ərazisinə daxil olmuş, sərhəd zastavası “Silaha” komandasına qaldırılaq əraziyə doğru hərəkət etmiş və ərazidə axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı 3-cü sahədə bir nəfər şübhəli şəxs saxlanılmışdır. Həmin şəxs özünü Pakistan İslam Respublikası vətəndaşı kimi təqdim etmiş və dövlət sərhədini pozaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə keçdiyini, bundan əvvəl isə eyni ərazidən 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından Gürcüstana bir nəfər digər şəxslə birlikdə qanunsuz olaraq keçib getmələrini bildirmişdir. Ərazidə axtarış aparılan zaman həmin şəxsdən başqa heç kəs olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, X2 və Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Zaur Qasımovun 26 fevral 2023-cü il tarixli, 16/464 nömrəli məktubundan görünür ki, 25 fevral 2023-cü il tarixdə, saat 22:27 radələrində hərbi hissənin Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 3-cü sahəsindən mühafizə olunan dövlət sərhədinin buraxılış məntəqələrindən kənar, qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sərhəd pozucusunun saxlanıldığı ərazi sərhəd zastavasının dislokasiya yerindən 1000 metr, Qazax rayonunun 2-ci Şıxlı kəndindən 1700 metr, "Qırmızı körpü" SNM-dən 1900 metr aralıda yerləşir. Ərazidə Kür çayı keçir. Sərhəd pozucusunun saxlanıldığı ərazi dövlət sərhəd xəttindən 200 metrdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSX ƏABİ-dən daxil olan məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının 3-cü sahəsində qaçaq yolla AR-dən Gürcüstana keçmiş, o cümlədən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə birlikdə dövlət sərhədini pozmuş Can Muhamməd və onların sərhədyanı əraziyə gətirmiş şəxsin şəxsiyyətinin hazırkı vaxtadək müəyyənləşdirilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Təqsirləndirilən şəxs "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə qeydiyyatlarından görünür ki, o, 28 oktyabr 2022-ci il tarixdə X3 Dubay şəhərindən Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarımndan şəxsiyyəti istintaqa Can Muhammed adı ilə məlum olan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. Beləliklə məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 318.1 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini və səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşıdaran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1 və 318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 318.1 və 318.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 52.1-ci maddəsinə əsasən o, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax Rayon Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Qazax Rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün (Azərbaycan Beynəlxalq Bankın Qazax filialındakı AZ15İBAZ******************** nömrəli hesabı). Hökm elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-53/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-53/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver