Məhkəmə qərarları › İş №1(023)-53/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-53/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-53/2025 11.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Qazax Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikası Krasnoselsk rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qazax şəhəri Bakı küçəsi 161B nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 avqust 2023-cü il tarixdə saat 17 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən “Halal Ət” adlanan ət məhsullarının satışı mağazasının qarşısına gəldikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmamasına əmin olub həmin mağazanın dəmir üzlüyünün yarıaçıq vəziyyətdə olmasından istifadə edərək çiyin nahiyəsi ilə həmin dəmir üzlüyü yuxarı qaldırmış, daha sonra isə mağazanın plastik materialdan olan qapısının açarla bağlanılmadan sadəcə örtülmüş vəziyyətdə olmasından istifadə edərək çiyin nahiyəsi ilə qapını da itələyib açmaqla qanunsuz olaraq mağazanın içərisinə daxil olduqdan sonra həmin mağazadakı soyuducuda saxlanılan 585 (beş yüz səksən beş) manat dəyərində olan 45 (qırx beş) kiloqram çəkidə dana ətini, 208 (iki yüz səkkiz) manat dəyərində olan 13 (on üç) kiloqram çəkidə quzu ətini və 50 (əlli) manat dəyərində bir ədəd “DA HONG YİNG” əmtəə nişanlı elektron tərəzini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 843 (səkkiz yüz qırx üç) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəldikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmamasına əmin olub hasarın üzərindən tullanaraq qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra isə həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən keçmək üsulu ilə qanunsuz olaraq evə daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki yataq otağında saxlanılan, Zərərçəkmiş şəxs2 məxsus olan 1 (bir) ədəd 340 (üç yüz qırx) manat dəyərində “Kenwood” əmtəə nişanlı ətçəkən aparatı, 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan ağ rəngli ətçəkən aparatı, 1 (bir) ədəd 150 (bir yüz əlli) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan ətçəkən dəsti, 1 (bir) ədəd 100 (bir yüz) manat dəyərində “Beko” əmtəə nişanlı tozsoranı, 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində “Moulinex” əmtəə nişanlı tozsoranı, 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Asel” əmtəə nişanlı şirniyyat bişirən sobanı, 1 (bir) ədəd 93 (doxsan üç) manat dəyərində “Brown” əmtəə nişanlı ütünü, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan saçquruducu aparatı, 1 (bir) ədəd 80 (səksən) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan saçquruducu aparatı, 1 (bir) dəst 180 (bir yüz səksən) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan gümüş qaşıqları, 1 (bir) ədədinin dəyəri 40 (qırx) manat olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edən pambıq materialdan hazırlanmış 3 (üç) ədəd əmtəə nişanı istintaqa məlum olmayan əl-üz dəsmalını, 1 (bir) ədədinin dəyəri 50 (əlli) manat olmaqla ümumi dəyəri 100 (bir yüz) manat təşkil edən alüminium materialdan hazırlanmış 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan qazanı, 1 (bir) ədədinin dəyəri 80 (səksən) manat olmaqla ümumi dəyəri 160 (bir yüz altmış) manat təşkil edən pambıq materialdan hazırlanmış 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan masa süfrəsini, o, cümlədən, həmin evdə əşyaları saxlanılan digər Zərərçəkmiş şəxs3 məxsus olan 1 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində aşılanmış sarı rəngli dəriyəbənzər materialdan hazırlanmış, yaxalıq və cib hissələrində qaşlardan təşkil olunmuş aksesuarları olan “X15” əmtəə nişanlı qadın gödəkçəsini, 1 (bir) ədəd 100 (bir yüz) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan qadın gödəkçəsini, 1 (bir) ədədinin dəyəri 35 (otuz beş) manat olmaqla ümumi dəyəri 70 (yetmiş) manat təşkil edən sintetik materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan 2 (iki) ədəd qadın koftasını, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan biser koftanı, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan qaşla bəzədilmiş qadın şərfini, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan sadə qadın şərfini, 1 (bir) ədədinin dəyəri 15 (on beş) manat olmaqla ümumi dəyəri 75 (yetmiş beş) manat təşkil edən əmtəə nişanı istintaqa məlum olmayan 5 (beş) ədəd istehlak köhnəlməsinə məruz qalmış elektrik qızdırıcısını və 1 (bir) ədəd 85 (səksən beş) manat dəyərində “Sony” əmtəə nişanlı kompyuteri gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 1873 (bir min səkkiz yüz yetmiş üç) manat, Zərərçəkmiş şəxs3 isə 520 (beş yüz iyirmi) manat miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəldikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmamasına əmin olub hasarın üzərindən tullanaraq qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra isə həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən keçmək üsulu ilə qanunsuz olaraq evə daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində “Elenberg” əmtəə nişanlı MX-2601 modelli mikser cihazını, 1 (bir) ədəd 180 (bir yüz səksən) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan 5 litr tutumu olan odun samovarını, 1 (bir) ədəd 220 (iki yüz iyirmi) manat dəyərində 125 diaqonallı “Samsung” əmtəə nişanlı televizoru, 1 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində yun materialdan hazırlanmış 2x3 m ölçülü əmtəə nişanı istintaqa məlum olmayan xalçanı və 1 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində yun materialdan hazırlanmış 1,7 x 2,4 m ölçülü xalçanı gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 45 (qırx beş) manat dəyərində “Tefal” əmtəə nişanlı çaydanı, 1 (bir) ədəd 110 (bir yüz on) manat dəyərində “Samsung” əmtəə nişanlı tozsoranı, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində “İntex” əmtəə nişanlı hava nasosunu və 1 (bir) ədəd 130 (bir yüz otuz) manat dəyərində “Samsung” əmtəə nişanlı mikrodalğalı sobanı gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 80 (səksən) manat dəyərində “Elenberg” əmtəə nişanlı BV-7182 modelli yemək qızdırıcı cihazını gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 80 (səksən) manat dəyərində istehlak köhnəlməsinə məruz qalmış “JVC” əmtəə nişanlı televizoru gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 115 (bir yüz on beş) manat dəyərində “Gallop” əmtəə nişanlı çilçırağı, 1 (bir) dəst 15 (on beş) manat dəyərində 6 (altı) ədəd “Crystal” əmtəə nişanlı qədəhi və 1 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazını gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 65 (altmış beş) manat dəyərində “Tefal” əmtəə nişanlı krem mikserini, 1 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində istehlak köhnəlməsinə məruz qalmış “Victoria” əmtəə nişanlı paltar tikən aparatı və 1 (bir) ədəd 3 (üç) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan nar əzən aləti gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 80 (səksən) manat dəyərində istismara məruz qalmış “Rastok” əmtəə nişanlı şirə çəkən mikseri, 1 (bir) ədədinin dəyəri 10 (on ) olmaqla ümumi dəyəri 20 (iyirmi) manat təşkil edən 2(iki) ədəd “DG Glass” əmtəə nişanlı ləpə qabını və 1 (bir) dəst 6 (altı) ədəd predmetdən ibarət 10 (on) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan kristal qədəhi gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə saat 23 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 140 (bir yüz qırx) manat dəyərində “Daewoo” əmtəə nişanlı D12302S modelli yemək bişirmə cihazını gizli olaraq talayıb oğurladıqdan sonra, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 yanvar 2024-cü il tarixdə saat 21 radələrində istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək eyni üsulla həmin evə qanunsuz daxil olduqdan sonra yenə də evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 75 (yetmiş beş) manat dəyərində “Moulinex” əmtəə nişanlı şirə çəkən cihazını, habelə, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək olan müddət ərzində, istintaqa məlum olmayan saatlarda və şəraitdə, istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki yataq otağında əşyaları saxlanılan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 55 (əlli beş) manat dəyərində istismara məruz qalmış “Scarlet” əmtəə nişanlı elektrin çaydanını, 1 (bir) dəst (içərisində altı ədəd qədəh olmaqla) 5 (beş) manat dəyərində “Syvlana” əmtəə nişanlı araq qədəhini, 1(bir) dəstinin dəyəri 3 (üç) manat olmaqla ümumi dəyəri 6 (altı) manat təşkil edən əmtəə nişanı istintaqa məlum olmayan 2(iki) dəst su qədəhini, 1 (bir) ədəd 140 (bir yüz qırx) manat dəyərində 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6012 modelli çaydantermosu, 1 (bir) ədəd 10 (on) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan peyk cihazını, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində istehlak köhnəlməsinə məruz qalmış “Elenberg” əmtəə nişanlı MG-2501 modelli elektrlikli ətçəkən aparatını, 1 (bir) dəst 20 (iyirmi) manat dəyərində 6 (altı) ədəd stəkan və 6 (altı) ədəd nəlbəkidən ibarət “Luminarc” əmtəə nişanlı çay dəstini, 1 (bir) ədəd 15 (on beş) manat dəyərində “Polaris” əmtəə nişanlı ani su qızdırıcı cihazı, 1 (bir) ədəd 110 (bir yüz on) manat dəyərində istismara məruz qalmış “Panasonic” əmtəə nişanlı videomaqnitofonu, 1 (bir) ədəd 80 (səksən) manat dəyərində “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazını, 1 (bir) ədədinin dəyəri 2 (iki) manat olmaqla ümumi dəyəri 12 (on iki) manat təşkil edən 6 (altı) ədəd əmtəə nişanı istintaqa məlum olmayan stulüstü döşəkçəni, 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində “İnterskol” əmtəə nişanlı direli, 1 (bir) dəst 5 (beş) manat dəyərində 3 (üç) ədəd “Kolobok” əmtəə nişanlı ədviyyat qabını, 1 (bir) ədəd 40 (qırx) manat dəyərində 20 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan mərasim qazanını, 1 (bir) ədəd 160 (bir yüz altmış) manat dəyərində 40 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan mərasim qazanını, 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Butterfly” əmtəə nişanlı yataq örtüyü dəstini, 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 2 (iki) manat təşkil edən 2 (iki) ədəd “X6” əmtəə nişanlı duz-istiot qabını, 1 (bir) ədəd 150 (bir yüz əlli) manat dəyərində 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6030 modelli çaydan-termosu, 1 (bir) ədəd 1(bir) manat dəyərində paslanmayan materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan şəkər qabını, 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 2 (iki) manat təşkil edən 2 (iki) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan çaydanı, 1 (bir) ədəd 1 (bir) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan alüminium materialdan hazırlanmış fincanı, 1 (bir) ədədinin dəyəri 1(bir) manat olmaqla ümumi dəyəri 6 (altı) manat təşkil edən 6 (altı) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan çömçə qaşığını, 1 (bir) ədəd 0,5 manat (əlli qəpik) dəyərində alüminium materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan qaşığı, 1 (bir) ədəd plastik qabda 5 (beş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan avtomobil təmiri açarları dəstini, 1 (bir) ədəd parça torbada 2 (iki) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan avtomobil təmiri açarları dəstini, 1(bir) dəst 20 (iyirmi) manat dəyərində “Luminarc” əmtəə nişanlı su bakalını, 1 (bir) ədəd 2 (iki) manat dəyərində “Ansin” əmtəə nişanlı limon formalı çaydanı, 1(bir) ədədinin dəyəri 0,5 manat (əlli qəpik) olmaqla ümumi dəyəri 8,5 manat (səkkiz manat əlli qəpik) təşkil edən 17 (on yeddi) ədəd istehlak köhnəlməsinə məruz qalmış əmtəə nişanı istintaqa məlum olmayan nəlbəkini, 1 (bir) ədədinin dəyəri 5 (beş) manat olmaqla ümumi dəyəri 10 (on) manat təşkil edən 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan şorba qabını, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla ümumi dəyəri 33 (otuz üç) manat təşkil edən 11 (on bir) ədəd əmtəə nişanı istintaqa məlum olmayan uzunsov yemək boşqabını, 1 (bir) ədəd 2 (iki) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan çəllək formalı suveniri, 1 (bir) dəst 10 (on) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan 6 (altı) qədəhdən ibarət olan viski qrafinini, 1 (bir) ədəd 3 (üç) manat dəyərində “Caraveila Collection” əmtəə nişanlı şəkər qabını, 1 (bir) ədəd 105 (bir yüz beş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan sadə ətçəkən aparatı, 1 (bir) ədəd 260 (iki yüz altmış) manat dəyərində “Daewoo” əmtəə nişanlı yemək bişirmə cihazını, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində 3 litrlik tutum həcmi olan əmtəə nişanı istintaqa məlum olmayan elektrik samovarını, 1 (bir) ədəd 80 (səksən) manat dəyərində 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı çaydan-termosu, 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı çaydan-termosu, 1 (bir) ədədinin dəyəri 15 (on beş) manat olmaqla ümumi dəyəri 30 (otuz) manat təşkil edən 2 (iki) ədəd istismara məruz qalmış əmtəə nişanı istintaqa məlum olmayan ani su qızdırıcı cihazını, 1 (bir) dəst 96 (doxsan altı) predmetdən ibarət olan 450 (dörd yüz əlli) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan Türkiyə Respublikası istehsalı olan nahar, çay və kofe dəstini, 1 (bir) dəst 48 (qırx səkkiz) predmetdən ibarət olan 80 (səksən) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan keçmiş Çexoslovakiya Respublikası istehsalı olan boşqab dəstini, 1 (bir) dəst 52 (əlli iki) predmetdən ibarət olan 360 (üç yüz altmış) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan Almaniya Federativ Respublikası istehsalı olan çay dəstini, 1(bir) ədədinin dəyəri 50 (əlli) manat olmaqla ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 5 (beş) ədəd iç-içə keçirilmiş alüminium qazan dəstini, 1(bir) ədədinin dəyəri 40 (qırx) manat olmaqla ümumi dəyəri 240 (iki yüz qırx) manat təşkil edən 6 (altı) ədəd iç-içə keçirilmiş şüşə qapaqlı qazan dəstini,1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan çəhrayı rəngli yorğan-döşək örtüyünü, 1 (bir) dəst 15 (on beş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan 24 stəkandan ibarət çay dəstini, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla ümumi dəyəri 24 (iyirmi dörd) manat təşkil edən 8 (səkkiz) ədəd əmtəə nişanı istintaqa məlum olmayan kristal qənd qabını, 1 (bir) ədəd 55 (əlli beş) manat dəyərində “Vitek” əmtəə nişanlı çaydanı, 1 (bir) ədəd 80 (səksən) manat dəyərində “Moulinex” əmtəə nişanlı şirə çəkən aparatı, 1 (bir) dəstinin dəyəri 60 (altmış) manat olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edən hər biri 24 predmetdən ibarət 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan qaşıq dəstini, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 40 (qırx) manat təşkil edən 4 (dörd) ədəd əmtəə nişanı istintaqa məlum olmayan kristal şirniyyat qabını, 1 (bir) ədədinin dəyəri 25 (iyirmi beş) manat olmaqla ümumi dəyəri 50 (əlli) manat təşkil edən 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan kristal gül qabını, 1 (bir) ədəd 15 (on beş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan pedikür cihazını, 1 (bir) dəst 6 (altı) ədəd kristal stəkan və 6 (altı) ədəd kristal nəlbəkidən ibarət 20 (iyirmi) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan çay dəstini, 1 (bir) ədədinin dəyəri 60 (altmış) manat olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edən 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan yataq örtüyünü, 1 (bir) dəst 105 (bir yüz beş) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan kürk materialından olan divan-kreslo örtüyünü və 1 (bir) ədədinin dəyəri 80 (səksən) manat olmaqla ümumi dəyəri 160 (bir yüz altmış) manat təşkil edən 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan sinevizyon cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 6013 (altı min on üç) manat miqdarında ziyan vurmaqla xeyli miqdarda təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü ildən 11 yanvar 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan saatlarda və şəraitdə, istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəldikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmamasına əmin olub hasarın üzərindən tullanaraq qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra isə həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən keçmək üsulu ilə qanunsuz olaraq evə daxil olduqdan sonra evin ikinci mərtəbəsindəki zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 məxsus olan əşyaların saxlanıldığı otaqdan sonunculara məxsus olan 1(bir) dəstinin dəyəri 300 (üç yüz) manat olmaqla ümumi dəyəri 900 (doqquz yüz) manat təşkil edən 3 (üç) ədəd əmtəə nişanı istintaqa məlum olmayan qab-qacaq dəstini (hər bir dəstdə 24 ədəd çəngəl, qaşıq, boşqab, kristal şay stəkanı, nəlbəki, kristal kompot stəkanı, araq qədəhi), 1 (bir) dəst 30 (otuz) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan kompot stəkanlarını (içərisində 48 ədəd stəkan), 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 24 (iyirmi dörd) manat təşkil edən 24 (iyirmi dörd) ədəd əmtəə nişanı istintaqa məlum olmayan araq qədəhini, 1 (bir) dəstinin dəyəri 80 (səksən) manat olmaqla ümumi dəyəri 400 (dörd yüz) manat təşkil edən 5 (beş) dəst qazanı (hər bir dəstdə iç-içə 3 ədəd böyük ölçülü qazan), 1 (bir) dəstini dəyəri 50 (əlli) manat olmaqla ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 5 (beş) dəst qazanı (hər bir dəstdə iç-içə 3 ədəd kiçik ölçülü qazan), 1 (bir) ədəd 60 (altmış) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan par ütüsünü, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində “Maxima” əmtəə nişanlı elektrikli ütünü, 1 (bir) ədəd 3 (üç) manat dəyərində dəm çaydanını, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 160 (bir yüz altmış) manat təşkil edən 8 (səkkiz) ədəd əmtəə nişanı istintaqa məlum olmayan istismara məruz qalmamış tavanı, 1 (bir) ədədinin dəyəri 25 (iyirmi beş) manat olmaqla ümumi dəyəri 500 (beş yüz) manat təşkil edən 20 (iyirmi) ədəd əmtəə nişanı istintaqa məlum olmayan istismara məruz qalmamış qazanları, 1 (bir) ədəd 60 (altmış) manat dəyərində ikitaylı yataq dəsti üçün nəzərdə tutulmuş əmtəə nişanı istintaqa məlum olmayan yataq örtüyünü, 1 (bir) ədədinin dəyəri 40 (qırx) manat olmaqla ümumi dəyəri 80 (səksən) manat təşkil edən 2 (iki) ədəd birtaylı yataq dəsti üçün nəzərdə tutulmuş əmtəə nişanı istintaqa məlum olmayan yataq örtüyünü, 1 (bir) ədəd 10 (on) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan qulplu qazanı, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 80 (səksən) manat təşkil edən 4 (dörd) ədəd əmtəə nişanı istintaqa məlum olmayan kristal vazanı, 1 (bir) ədədinin dəyəri 35 (otuz beş) manat olmaqla ümumi dəyəri 140 (bir yüz qırx) manat təşkil edən 4 (dörd) ədəd əmtəə nişanı istintaqa məlum olmayan meyvə qabını, 1 (bir) ədədinin dəyəri 30 (otuz) manat olmaqla ümumi dəyəri 480 (dörd yüz səksən) manat təşkil edən 16 (on altı) ədəd əmtəə nişanı istintaqa məlum olmayan plov qabını qaşıqları ilə birlikdə, 1 (bir) dəst 80 (səksən) manat dəyərində “Luminarc” əmtəə nişanlı 24 (iyirmi dörd) ədədlik boşqab dəstini, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 150 (bir yüz əlli) manat təşkil edən 15 (on beş) ədəd əmtəə nişanları istintaqa məlum olmayan qadın donlarını, 1 (bir) ədədinin dəyəri 15 (on beş) manat olmaqla ümumi dəyəri 225 (iki yüz iyirmi beş) manat təşkil edən 15 (on beş) ədəd əmtəə nişanları istintaqa məlum olmayan qadın kofta-ətək dəstini, 1 (bir) ədədinin dəyəri 5 (beş) manat olmaqla ümumi dəyəri 100 (bir yüz) manat təşkil edən 20 (iyirmi) ədəd əmtəə nişanları istintaqa məlum olmayan qadın koftalarını, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 240 (iki yüz qırx) manat təşkil edən 12 (on iki) ədəd “Chanel”, “Ted Baker” və “Elfa” əmtəə nişanlı qadın çantalarını, 1(bir) ədədinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat təşkil edən 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan jileti, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 40 (qırx) manat təşkil edən 4 (dörd) ədəd əmtəə nişanları istintaqa məlum olmayan su çaydanını, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla ümumi dəyəri 45 (qırx beş) manat təşkil edən 15(on beş) ədəd əmtəə nişanı istintaqa məlum olmayan dəm çaydanını, 6 (altı) ədəd şirniyyat qabından ibarət 30 (otuz) manat dəyərində əmtəə nişanı istintaqa məlum olmayan 1 (bir) ədəd şirniyyat dəstini, 1(bir) qutusunun dəyəri 25 (iyirmi beş) manat olmaqla ümumi dəyəri 150 (bir yüz əlli) manat təşkil edən 6 (altı) qutu əmtəə nişanı istintaqa məlum olmayan şirniyyat qabını, 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Samsung” əmtəə nişanlı ətçəkən aparatı, 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “Sonashi” əmtəə nişanlı blenderi, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat təşkil edən pambıq materialdan hazırlanmış 10 (on) ədəd əmtəə nişanı istintaqa məlum olmayan əl-üz dəsmallarını, 1 (bir) ədədinin dəyəri 35 (otuz beş) manat olmaqla ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən sintetik materialdan hazırlanmış 10 (on) ədəd əmtəə nişanı istintaqa məlum olmayan masa örtüklərini, 1 (bir) ədədinin dəyəri 30 (otuz beş) manat olmaqla ümumi dəyəri 300 (üç yüz) manat təşkil edən 10 (on) ədəd əmtəə nişanı istintaqa məlum olmayan döşək üzlüklərini və 1 (bir) ədədinin dəyəri 25 (iyirmi beş) manat olmaqla ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil edən ipək materialdan olan 10 (on) ədəd parça kəsiklərini gizli olaraq talayıb zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ümumilikdə 5627 (beş min altı yüz iyirmi yeddi) manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumu olmaqla Qazax rayon Mərkəzi Bazarının arxa tərəfində mağaza icarəyə götürərək ət məhsullarının satışı ilə məşğuldur. O, oğurluq edərkən məşğul olmuşdur. 2023-cü ilin yay aylarında onun maddi vəziyyətində müəyyən çətinliklər yaranmışdır. Belə ki, narkotik vasitələrə aludəçiliyi olduğundan insanların ona etibar etməsində və bu səbəblə də iş tapmağında müəyyən çətinliklər yaranmışdır. O, Zərərçəkmiş şəxs1 işlətdiyi ət məhsullarının satışı mağazasında oğurluq etmək qərarına gəlmişdir. 09 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində, artıq bazarda ticarətin səngidiyi, müştərilərin olmadığı vaxt Zərərçəkmiş şəxs1 işlətdiyi ət məhsulları satışı mağazasının yaxınlığına gəlmiş, mağazaya tam yaxınlaşmadan kənardan müşahidə etmişdir. Mağazaya daxil olmuş, sonra isə soyuducunu açaraq orada olan təxminən 30-40 kiloqram çəkidə, bud hissəsindən ibarət olan doğranmamış mal ətini, təxminən 2-3 kiloqram çəkidə doğranmış mal ətini və təxminən 10 kiloqram çəkidə sümüklü-qabırğalı quzu ətini və 1(bir) ədəd elektron tərəzini götürüb orada olan böyük polietilen torbaya yerləşdirmişdir. Bundan sonra isə ilkin olaraq oradan doğranmış vəziyyətdə olan təxminən 2-3 kiloqram çəkidəki mal ətini kiçik torbaya yerləşdirib bazarın yaxınlığına getmişdir. Şahid5 həmin ətə görə ancaq 13 manat verə biləcəyini dedikdə o, məcbur olub həmin 2-3 kiloqram çəkidə olan doğranmış mal ətlərini ona qiymətindən ucuz qiymətə satmışdır. Sonra isə oğurladığı 1 (bir) ədəd elektron tərəzini əmisi arvadı Şahid7 səhv etmirsə 8 (səkkiz) manat müqabilində satmışdır. Daha sonra isə ətləri gizlətdiyi yerə qayıdaraq daha ağır çəkidə olan ətləri də əldən çıxarıb satmaq üçün havanın qaralmasını gözləmişdir. 30-40 kiloqram çəkidə doğranmamış mal əti (bud hissəsi) və təxminən 10 kiloqram çəkidə sümüklü quzu əti olan torbanı gizlətdiyi yerdən çıxarıb çətinliklə də olsa özü ilə sürümək üsulu ilə təxminən 50-60 metr daşıyıb yolun kənarına çıxarmışdır. Həmin vaxt yolun kənarında təxminən 50-55 yaşlarında bir kişinin markasını və dövlət qeydiyyat nişanını tam xatırlamadığı, səhv etmirəsə VAZ -2103 və ya VAZ-2106 markalı ağ rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu görmüşdür. Ona yaxınlaşaraq təxminən cəmi çəkisi 50 kiloqram çəkidə mal və quzu əti satdığını və ona 250 manata sata biləcəyini bildirmişdir. O, ətin haradan əldə olunduğunu soruşduqda günəmuzd fəhləlik etməyi müqabilində əmək haqqı kimi verildiyini, evdə kifayət qədər ət olduğundan evə apara bilməyəcəyini bildirmişdir. O, ətlərə baxdıqdan sonra ətlərin köhnə olmasını və ikrahedici iy gəlməsini irad bildirib cəmi 100 manat verə biləcəyini bildirmişdir. O, da içərisində ətlər olan o ağırlıqda torba ilə hərəkət etməyinin və müştəri axtarmağının mümkün olmadığını düşünərək həmin 30-40 kiloqram çəkidə bütöv bud hissəsindən ibarət olan mal ətini və təxminən 10 kiloqram çəkidə olan sümüklü quzu ətini həmin taksi sürücüsünə 100 manat pula satmışdır. Zərərçəkmiş şəxs2 əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs2 tibb bacısı işləyən bacısı Mehriban əvvəllər ona tibbi yardım göstərmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 evinin olduğu Azadlıq küçəsi onun evinin olduğu Bakı küçəsinin yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs2 Bakı şəhərinə köçdükdən sonra onun Qazax şəhəri, Azadlıq küçəsi, ev 163 ünvanında yerləşən evində heç kəsin yaşamadığını və boş olduğu bilirmiş. Pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədilə Zərərçəkmiş şəxs2 yaşayış olmayan həmin evinə daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə o, gecə saatlarında yaşadığı evdən çıxıb piyada şəkildə Zərərçəkmiş şəxs2 ünvan 4 ünvana çatmış evin həyətyanı bağ sahəsinə ətrafına ağac parçalarından çəkilmiş çəpərin üzərindən bağ sahəsinə keçmişdir. Bundan sonra birinci mərtəbənin pəncərəsinin əli ilə itələyərək açaraq içəri daxil olmuş lakin oğurlayacağı hər hansı bir əşya olmadığından daha sonra ikinci mərətəbənin pəncərəsini itələyib açaraq içəri daxil olmuşdur. Həmin mərtəbədə yerləşən otaqdakı 1 (bir) ədəd “LG” markalı DVD cihazını və paltar dolabındakı 1 (bir) ədəd tünd qəhvəyi rəngli və 1 (bir) ədəd açıq qəhvəyi rəngli qadın qış paltosunu götürüb gəldiyi qaydada çölə çıxmışdır. Daha sonra həmin əşyaları Zərərçəkmiş şəxs2 məxsus olan əl arabası vasitəsilə yaxınlıqdakı qəbirstanlığa daşıyıb orada gizlətmişdir. Bir gün sonra Qazax rayon Mərkəzi Bazarında işləyən tanışı Məsim adlı şəxsə zəng edərək onda 1 ədəd DVD cihazının və 2 dədə qadın qış paltosunun olduğunu bildirmiş və onları almaq istəyib istəmədiyini soruşmuşdur. Məsim də həmin əşyalara baxdıqdan sonra qərar verə biləcəyini demişdir. O, da həmin əşyaları götürüb Qazax rayon Mərkəzi Bazarına Məsimin işlədiyi yerə getmişdir. O, həmin əşyaları ümumilikdə 15 manat qarşılığında Məsimə satmışdır. Satan zamanı isə Məsimə həmin əşyaların Tovuz rayonunda yaşayan qayınansına məxsus olması barədə yalan məlumat vermişdir. Qazax şəhəri Bakı küçəsi ev 165 ünvanında yaşayan X4 tanıyır. O, xeyli vaxtdır ki, Rusiya Federasiyasında yaşayır. Onun yaşadığı ev boşdur, bir müdətdir ki, heç kim yaşamır. 01 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Etibar Əliyevin evinin hasarının üzərindən həyətə daxil olmuşdur. İkinci mərtəbədə keçdikdən sonra yataq otağına daxil olmuş və oradan 01 ədəd Samsung markalı televizor, 02 ədəd xalça, 01 ədəd samovar, 01 ədəd mikser götürmüşdür. Etibar Əliyevin evinin hasarı ilə Məhəmmədəlinin yaşadığı evin hasarı bir-birinə bitişik vəziyyətdədir. O Məhəmmədəli ilə heç bir oğurluq hadisəsi etməmişdir. Qazax Rayon Polis Şöbəsində onu aldadaraq elə ifadı verməsini bildirmişlər. Həmin ifadəni verən zaman narkotik vasitənin təsiri altında olmuşdur. Həmin əşyaları götürüb apararaq qonşuluqda yaşayan Çingiz adlı şəxsin arvadı Şahid10 satmışdır. O, bu əşyaları Şahid10 ümumilikdə, 150 manata satmışdır. xx.xx.2024-cü ildə təxminən saat 23:00 radələrində o, yenidən oğurluq etmək məqsədilə Etibar Əliyevin evinə daxil olmuşdur. Yataq otağından 01 ədəd tozsoran, 01 ədəd hava nasosu, 01 ədəd tefalı, 01 ədəd mikrodalğalı sobanı oğurlamışdır. Sonra isə bu əşyaları o, bir neçə metr məsafədə yerləşən öz evinə aparmışdır. Bundan sonra o, keçmiş qonşusu, hal-hazırda isə Qazax şəhəri, S.Vurğun küçəsində yaşayan Babəkə zəng edərək onda satmaq istədiyi bir neçə əşyanın olduğunu bildirmişdir. Telefon danışığından təxminən 30 dəqiqə sonra Babək arvadı Məryəmlə yaşadığı küçəyə gəlmişdir. bu əşyaları 60 manat qarşılığında Babəkgilə satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, Etibar Əliyevin evinə daxil olmuşdur. Bu dəfə o, yenə həmin yataq otağından 1 (bir) ədəd yemək qızdırıcı cihaz oğurlamışdır. Səhəri gün o, həmin cihazı Qazax şəhər sakini Fəxrəddin adlı şəxsə 30 manata satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, yenidən təkbaşına Etibar Əliyevin evinə daxil olmuş və zaldan 01 ədəd istismara məruz qalmış JVC markalı televizoru zaldan oğurlayıb öz evinə aparmışdır. Həmin televizoru da Fəxrəddinin evinə aparıb 10 manat qarşılığında ona satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, yenidən təkbaşına Etibarın evinə daxil olub həmin yataq otağından 01 ədəd lüstr, 02 ədəd balaca dəmir tava, 06 ədəd su qədəhi, 01 ədəd yemək qızdıran mikrodalğalı sobanı oğurlamış və Fəxrəddinin evinə aparıb ümumilikdə 40 manat qarşılığında ona satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, həmin evdən 01 ədəd tefal, 01 ədəd sarımsaq əzən və 01 ədəd paltartikən maşın aparatı yenə yataq otağından oğurlayıb Fəxrəddinə 30 manata satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, yenə həmin otaqdan 01 ədəd şirə çəkən maşın, 02 ədəd ləpə qabı və 06 ədəd olan araq qədəhlərini oğurlayıb Fəxrəddinə 30 manata satmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində 01 ədəd yemək qızdırcı cihazı götürüb 30 manat qarşılığında Fəxrəddinə satmışdır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində o, yenə Etibarın evinə daxil olaraq 01 ədəd şirə çəkən aparatı oğurlamış, onu aparıb Fəxrəddinə 30 manata satmışdır. Qayıdıb evə gələndə o, Etibargilin həyətinin qarşısından keçən zaman, polis əməkdaşları həmin vaxt onu şübhəli şəxs kimi saxlayaraq Qazax rayon Polis Şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Alıeva Elnara Vəkil qızı ifadəsində göstərmişdir ki, 1995-ci ildə X8 ilə ailə həyatı qurmuş və üç övladı vardır. O, Etibarla evləndikdən sonra onun ata yurdu hesab olunan Qazax şəhəri Bakı küçəsi ev 165 ünvanında yaşamışlar. Həmin evin alt hissəsi zirzəmi olmaqla kürsülü evdir və üç otaq, bir aynabənddən ibarətdir. O, ailə həyatı qurandan təxminən bir ay sonra yoldaşı ilə Rusiya Federasiyası Tomsk vilayətinə getmişlər və orada daimi yaşamışlar. Özü Rusiya Federasiyası vətəndaşıdır. O, Rusiyada yaşadığı dövrdə mütamadi olaraq məişət əşyaları alıb və ildə bir dəfə Azərbaycan Respublikasına gələrkən həmin əşyaları Qazax rayonunda olan qeyd etdiyi ünvana yerləşdirmişdir. ünvan 5ı vardır. Həmin otağın qapısı kilidlənmişdir və açar Şakirin özündə olmuşdur. Digər açar isə onda olmuşdur. xx.xx.2024-cü ildə ona məlumat vermişdirlər ki, həmin evdə oğurluq hadisəsi törədilib və evdən müxtəlif məişət əşyaları oğurlanmışdır. O, həmin gün Qazax rayonuna gəlmişdir. Gələndə görmüşdür ki, evin ona məxsus olan otağının qapısı sındırılmış və evdə olan müxtəlif məişət əşyaları oğurlanmışdır. Oğurlanmış əşyalardan başqa qayını Şakirin də otağının qapısı sındırılmış və onun da əşyalarından bir neçəsi oğurlanmışdır. Ona məlum olmuşdur ki, oğurluğu qonşuları Təqsirləndirilən şəxs törətmişdir. Təhqiqat zamanı oğurlanmış əşyalarının bir qismi satılmış şəxslərdən alınıb və polis şöbəsinə təqdim olunmuşdur. Amma həmin əşyaların içərisində ona məxsus olan əşyaların hamısının olub-olmamasını bilmir. Bundan başqa onun evindən tək adamın apara bilməyəcəyi əşyalar da oğurlanmışdır. Həmin əşyaların ümumi təqribi qiymətini 6000 manat kimi qiymətləndirmişdir. Hər bir əşyanın dəqiq qiymətini deyə bilmir. Çünki bəzi əşyaları uzun illər əvvəl Rusiyadan almışdır. Oğurlanmış əşyaların əksəriyyəti istismara məruz qalmamışdır. Yalnız “Tefal” su qızdırıcı və mərəkə qazanları işlək vəziyyətdə olmuşdur. Nəticədə ona 6000 (altı min) manatdan çox ziyan vurulmuşdur. Baş vermiş oğurluq hadisəsi barədə ona baldızı Elmira mobil telefon vasitəsilə məlumat vermişdir. Böyük ehtimalla ona da qaynı Zərərçəkmiş şəxs4 məlumat vermişdir. O, bu barədə məlumat aldıqdan sonra yaşadığı Bakı şəhərindən Qazax şəhərinə gəlmiş və ona aid olan otaqdan 6000 (altı min) manat dəyərində məişət əşyalarının oğurlanmasını müəyyən etmişdir. Oğurlanan əşyalardan bəziləri ona qaytarılmışdır. Elnara Alıeva ifadəsində həmçinin bildirmişdir ki, oğurluq hadisəsini törədənin Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra sonuncunun yaşadığı evə getmiş, Məhərrəmlə söhbət etmiş, sonuncu ona oğurluq əməlini Şahid8la birgə törətdiyini, ikisinin birlikdə yaşayış evinə daxil olduğunu, birinin onun əşyalarının saxlandığı otağa, digərinin isə qaynı Şakirin əşylarının saxlandığı otağa daxil olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamış, tam ayıq və sərbəst formada onunla söhbət etmiş və əməlini etiraf etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onun heç bir düşməçiliyi ədavəti yoxdur. 23 may 2024-cü il tarixdə isə o, rəfiqəsi Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş və birlikdə evin otaqlarına baxış keçirmişlər. Ona və Zərərçəkmiş şəxs2 məxsus olan bəzi əşyaların saxlanıldığı otağa baxan zaman oradan özünə məxsus olan əşyaların oğurlandığını görmüşlər. Bundan sonra, baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzi xidmətinə məlumat vermişdir. Rəfiqəsi Zərərçəkmiş şəxs2 isə səhərisi gün Qazax RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları Zərərçəkmiş şəxs2 məxsus olan evə gələrək baxış keçirmiş və protkol tərtib etmişlər. Bir müddət sonra isə rəfiqəsinə məxsus olan evdən oğurluq etmiş şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olmasını bilmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 520 (beş yüz iyirmi) manat miqdarında ziyan vurulmuşdur. Həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti tələbi yoxdur. Ona yüngül cəza cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda icarə əsasında işlətdiyi mağazada ət məhsullarının satışı ilə məşğul olub qazanc əldə edir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. Onunla hər-hansı bir problemi, aralarında ədavət və qərəz olmamışdır. 09 avqust 2023-cü il tarixdə səhər saat 07 radələrində mağazaya gələrək işə başlamış və saat 13 radələrində isə qapını və dəmir üzlüyü bağlayaraq evə getmişdir. Həmin gündən qalan dana və quzu ətlərini isə soyuducuya yerləşdirmişdir. 10 avqust 2023-cü il tarixdə saat 07 radələrində o, işlətdiyi mağazaya gəlib həmişəki kimi öncə dəmir üzlüyü, sonra isə qapını açdıqdan sonra içəri keçmişdir. Bundan sonra isə mağazada olan soyuducunu açdıqda oraya yerləşdirdiyi dünənki gündən qalmış 45 kiloqram çəkidə dana ətinin və 13 kiloqram çəkidə olan quzu ətinin və 1 (bir) ədəd “DA HONG YİNG” əmtəə nişanlı elektron tərəzinin yerinə olmadığını görmüşdür. Daha sonra isə polis əməkdaşları onunla əlaqə saxlayaraq ona məxsus olan ət məhsullarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişlər. O, oğurladığı ətləri bir neçə şəxsə satdığından polis əməkdaşları bu yolla onun əməllərini ifşa etmişlər. Daha sonra isə o, da bu barədə ərizə ilə Qazax Rayon Polis Şöbəsinə müraciət edərək oğurluq əməli nəticəsində 800 (səkkiz yüz) manat ziyan vurulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı və anası ona vurulmuş 800 (səkkiz yüz) manat ziyanı tam şəkildə ödəmişlər. Odur ki, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 7 ünvanda qeydiyyatdadır və yaşayır. ünvan 8tbəli fərdi yaşayış evi isə X12 adına olmaqla “ata evi” hesab olunur. Həmin ev qardaşının adına olsa da, ümumi istifadədə olmaqla o da ailə üzvlərilə adətən yay aylarında və xeyir-şər məclisləri ilə əlaqədar Qazax şəhərinə gəldikdə həmin evdə yaşayırlar. 12 yanvar 2024-ci il tarixdə isə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona məxsus olan fərdi yaşayış evindən oğurluq edilməsini və odur ki, Qazax şəhərinə gəlməli olduğunu bildirmişlər. Bakı şəhərindən çıxaraq Qazax şəhərinə gəlmişdir. İlkin olaraq qardaşının adına olan həmin fərdi yaşayış evinə getdikdə istər onun ailə üzvlərinə aid aid otağın, istərsə də qardaşıgilə aid olan otağın tutacağının sındırılmasının, hər iki otaqdan əşyaların oğurlanmasının şahidi olmuşdur. Həmin vaxt onun da iştirakı ilə polis əməkdaşları tərəfindən evə baxış keçirilmişdir. Həmin əşyaların siyahısını dəqiq bilmədiyindən ümumi izahat yazaraq, oğurlanmış əşyalar barəsində arvadı Zərərçəkmiş şəxs6 daha dəqiq məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra arvadı Zərərçəkmiş şəxs6 da gələrək bu barədə izahat vermiş və oğurlanmış əşyaların siyahısını təqdim etmişdir. X12 adına olmaqla ümumi istifadədə olan həmin evdən, daha dəqiqi isə onlara aid olan əşyaların saxlanıldığı otaqdan ona və arvadına məxsus olmaqla, ümumi dəyəri 4277 (dörd min iki yüz yetmiş yeddi) manat miqdarında ziyan vurulmuşdur. Həmin talanmış əşyalar həm ona həm də ki, arvadı Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, onlardan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 ilə eyni ifadə verərək, ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi nəticədə onlara 4277 (dörd min iki yüz yetmiş yeddi) manat miqdarında ziyan vurulmuşdur. Oğurluq hadisəsi nəticəsində həm ona, həm də ki, əri Zərərçəkmiş şəxs4 ümumilikdə 4277 (dörd min iki yüz yetmiş yeddi) manat miqdarında ziyan vurulmuş və bugünə kimi heç bir ziyan ödənilməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, ondan heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş ziyanının ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayətin tələbinin olmadığını bildirib, işə onun iştirakı olmadan baxıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanımışdır. Lakin onunla heç bir şəxsi münasibəti və yaxınlığı olmamışdır. 2023-cü ilin dekabr ayının sonlarında tarixini dəqiq xatırlamadığı tarixdə o, özünə və arvadına məxsus olan bir-iki əşyanı almağını xahiş etmiş və uzaqlaşaraq heç 3-4 dəqiqə keçməmiş yenidən əlində bir torba ilə onun yanına qayıtmışdır. O, həmin əşyaların nə olması ilə maraqlandıqda o, həmin torbanın içərisində 2 (iki) ədəd qadın üçün palto və 1 (bir) ədəd “LG” əmtəə nişanlı DVD aparatı olmasını bildirmişdir. O, həmin əşyaları haradan əldə etməsini və hansı məqsədlə satmasının səbəbini təkidlə soruşduqda o, qeyd edilən paltoların arvadına, DVD aparatının isə özünə məxsus olmasını, sadəcə bütün əşyaları və bəzi geyim dəstlərini satıb Bakı şəhərinə köçəcəklərindən ucuz qiymətə satdıqlarını bildirmişdir. Onun bu sözlərinə inandıqdan sonra həmin əşyaları Təqsirləndirilən şəxs dediyi qiymətə, yəni 15 (on beş) manat müqabilində alıb həmin məbləğdə pulu ona vermişdir. O, isə bundan sonra həmin torbanı ona məxsus olan avtomobilin arxa oturacağına yerləşdirib uzaqlaşmışdır. O, isə aldığı əşyaları yaşadığı evə aparsa da, arvadı həmin paltoları bəyənmədiyindən, DVD aparatı isə işləmədiyindən talvarın atına yerləşdirmiş və həmin gündən də qeyd edilən əşyalar orada qalmışdır. Təxminən 5-6 ay sonra isə səhv etmirsə 2024-cü ilin may ayında Qazax rayon Polis Şöbəsinin əməkdaşları onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl ona satdığı həmin əşyaların oğurluq yolu ilə əldə etdiyini bildirmişlər və həmin əşyaların harada olmasını maraqlanmışlar. O, da həmin əşyaların yaşadığı evdə olmasını, aldığı gündən istifadə etmədiyini bildirib könüllü təhvil verə biləcəyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşları o, yaşadığı Ağstafa rayonu Qarahəsənli kəndində yerləşən evə gələrək həmin əşyaları, yəni 2 (iki) ədəd qadın paltosunu və 1 (bir) ədəd “LG” əmtəə nişanlı DVD aparatını ondan təhvil almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs deyil, onun valideynlərini işlədiyi bazarda satıcı kimi tanımışdır. Onların vasitəsilə də Təqsirləndirilən şəxs tanımışdır. Lakin, onunla hər hansı yaxın tanışlığı və münasibəti olmamışdır. 2023-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs o, yaşadığı ünvana gələrək qapının yanında onunla birlikdə dayanmış “şəmkirli” kimi ona təqdim etdiyi tanışına məxsus olan, əmtəə nişanını xatırlamadığı kondisioneri maddi çətinlik ücbatından dəyərindən ucuz qiymətə satmaq istədiklərini və həmin kondisioneri almaq istəyib-istəməməyilə maraqlanmışdır. O, isə həmin ərəfələrdə həqiqətən də ikinci əl, yəni istifadə olunmuş kondisioner almaq istədiyimdən razılıq vermişdir. Təqsirləndirilən şəxs həmin kondisionerin qiymətini əvvəl nisbətən yüksək desə də, o, ancaq 100 (bir yüz) manat verə biləcəyini dedikdən sonra o, da məcbur olub razılaşmışdır. Bundan sonra əmtəə nişanını xatırlamadığı həmin kondisioneri Təqsirləndirilən şəxs ona məxsus olan evin həyətinə qoymuş, o, isə ona bunun müqabilində 100 (bir yüz) manat pul vermişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı günlərdə Təqsirləndirilən şəxs yenidən o, yaşadığı evə gələrək gəldiyi taksi avtomobilin arxa yük yerində təxminən 40 litrlik tutumu olan alüminium materialdan hazırlanmış qazanı göstərərək içərisində müxtəlif xırdavatların olmasını, həmin xırdavalatların da “şəmkirli” tanışına məxsus olmasını və evdə sahibsiz qaldığından daha da köhnəlin dəyərini itirməmələri üçün satdıqlarını bildirmişdir. O, ilkin olaraq etiraz edib ehtiyacının olmadığını bildirərək almaq istəməsə də, sonradan bəzi əşyaların lazım olacağını düşünüb almağa razılıq vermişdir. Qiymət barədə söhbət edib razılaşdıqdan sonra həmin xırdavatları 80 (səksən) manat müqabilində Təqsirləndirilən şəxs almışdır. 2024-cü ilin yanvar ayının ortalarında isə polis əməkdaşları onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ona satdığı bir ədəd kondisionerin və digər əşyaların oğurluq yolu ilə əldə etdiyini bildirib həmin əşyaları təqdim etməyini tələb etmişlər. O, da aldığı bütün əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını bilmiş və həmin gündən sonra onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, məhəllə sakini və qonşu kimi tanımışdır. Lakin onunla heç bir yaxın münasibəti olmamışdır. 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında o, X10 ilə birlikdə idarə etdiyi avtomobillə qohum ziyarətindən, daha doğrusu arvadının əmisigildən çıxıb yaşadıqları evə qayıdarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən zaman o, ani məqamda avtomobilin qarşısını kəsib dayanmaqlarını xahiş etmişdir. O, avtomobilin hərəkətini dayandırdıqdan sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq maddi ehtiyacı olduğu üçün arvadı Ramilə Muradovaya məxsus olan bəzi məişət əşyalarını dəyərindən ucuz qiymətə satmaq istədiyini bildirib almaqlarını xahiş etmişdir. Onların da həmin ərəfələrdə bəzi məişət əşyalarına ehtiyacları olduğundan buna razılıq vermişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs öz yaşadığı evə daxil olmuş, onlar isə onu bayırda gözləmişlər. Təxminən 10-15 dəqiqə sonra isə Təqsirləndirilən şəxs əlində 1 (bir) ədəd “Daewoo” əmtəə nişanlı mikrodalğalı soba, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı 3 litr su həcəmli elektrikli çaydan və 1 (bir) ədəd “İntex” əmtəə nişanlı hava nasosu ilə onlara yaxınlaşmışdır. X10 həmin əşyalara baxıb sazlığına və işlək vəziyyətdə olmasına əmin olduqdan sonra həmin əşyaları almağa razılaşmışdır. Daha sonra isə X10 qiymət barədə söhbət edib, Təqsirləndirilən şəxs öz dediyi məbləğdə, yəni 210 (iki yüz on) manat pul ödəmiş və bundan sonra onunla sağollaşaraq yaşadıqları evə getmişlər. 12 yanvar 2024-cü il tarixdə isə polis əməkdaşları onunla və X10 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs onlara satdığı əşyaların oğurluq yolu ilə əldə etdiyini bildirib həmin əşyaları təqdim etməklərini tələb etmişlər. O, da arvadına həmin əşyaları qaytarmalı olduqlarını bildirdikdən sonra o, heç bir etiraz etməyərək aldıqları bütün əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10-15 ildir ki, qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Lakin onunla qonşu kimi demək olar ki, heç bir şəxsi münasibəti olmamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı tarixdə axşam saatlarında o, evdə olan zaman Təqsirləndirilən şəxs o, yaşadığı evə gələrək Tovuzda yaşayan qayınanasının xəstə olmasını və təcili müalicə olunması üçün maliyyə vəsaitinə ehtiyacı olduğunu bildirib qayınanasına məxsus olan bəzi əşyaları dəyərindən ucuz qiymətə satdıqlarını bildirmişdir. Bundan sonra isə özü gətirdiyi 1 (bir) ədəd “Samsung” əmtəə nişalı plazma televizoru, 2 (iki) ədəd xalçanı, 1 (bir) ədəd əmtəə nişanını xatırlamadığı elektrikli termos-çaydanı və 1 (bir) ədəd samovarı evin giriş hissəsinə qoyaraq həmin əşyaları Tovuz rayonunda yaşayan qayınanası gildən gətirdiyini və cəmi 200 (iki yüz) manata satdığını bildirmişdir. Onun satış qiyməti münasib olduğundan almağa razılıq vermiş və qeyd edilən əşyalara görə Təqsirləndirilən şəxs 200 (iki yüz) manat pul vermişdir. Bundan bir neçə gün sonra isə polis əməkdaşları onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ona satdığı bütün əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə məlumat verib əşyaları təhvil verməyi tələb etmişlər. O, da Təqsirləndirilən şəxs ona satdığı 1 ədəd “Samsung” əmtəə nişalı plazma televizoru, 2 ədəd xalçanı, 1 ədəd əmtəə nişanını xatırlamadığı elektrikli termos-çaydanı və 1 ədəd samovarı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, qonşuluqda yaşayan məhəllə sakini kimi tanısa da şəxsi münasibətləri olmamışdır. Oğlu Şahid8 isə bir müddət narkotik vasitə aludəçisi olduğu üçün onunla əlaqədə olsa da, onun təkidilə onların əlaqələri kəsilmişdir. Hazırda da heç bir əlaqələri yoxdur və oğlu narkotik vasitə asılılığından xilas olmuşdur. Təqsirləndirilən şəxs oğlu Məhəmmədli İsmayılov barəsində guya ki, onunla birlikdə qonşuluqda yerləşən Etibar Əliyevə məxsus olan evdən oğurluq etmələri barədə göstərdikləri tamamilə böhtandır və qərəzlidir. Onun oğlu Şahid8 nə onunla birlikdə nə də ki, təklikdə heç bir oğurluq cinayət hadisəsi törətməmişdir. 01 yanvar 2024-cü il tarixdə gecə saatlarında o, Təqsirləndirilən şəxs onlara məxsus olan evin hasarın yanından getməsini görmüşdür. Lakin o, həmin vaxt onun əlində heç bir əşya görməmiş və oğurluq etməsini bilməmişdir. Onun oğurluq etməsini isə sonradan polis əməkdaşları vasitəsilə bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq dövrlərindən məhəllə sakini və qonşu kimi tanımışdır. Lakin onunla heç bir yaxın münasibəti olmamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı günlərdə Təqsirləndirilən şəxs o, yaşadığı evə gələrək arvadına məxsus olan cehiz kimi gətirilmiş müxtəlif çeşiddə məişət əşyalarını maddi çətinlik ücbatından qiymətindən daha ucuz qiymətə satdığını və alıb-almamaq fikrini soruşduqda o, qiyməti və vəziyyəti istifadə üçün münasib olduğu halda ala biləcəyini bildirmişdir. Həmçinin, onun narkotik vasitə aludəçisi olduğunu bildiyindən qeyd edilən əşyaların oğurluq olub-olmamasını maraqlandıqda o, and içərək neçə illik qonşu olduqlarını, əsla ona oğurluq yolu ilə əldə edilmiş hər hansı bir əşya satmayacağını qətiyyətlə bildirmişdir. O, da Təqsirləndirilən şəxs inandığından onun bir neçə dəfə hissə-hissə gətirdiyi əşyaları almış və hissə-hissə olmaqla ona ümumilikdə 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. 12 yanvar 2024-cü il tarixdə isə polis əməkdaşları onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ona satdığı əşyaların oğurluq yolu ilə əldə etdiyini bildirib həmin əşyaları təqdim etməyini tələb etmişlər. O, aldığı bütün əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, həmin əşyalara görə ona 200 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs ona satdığı bütün əşyaların adlarını sadalamış və polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olsa da, 12 ildir ki, Qazax şəhəri, Bakı küçəsi, ev 168 ünvanında anası Şahid9 Məhərəm qızı ilə birlikdə kirayədə yaşayır. O, 09 dekabr 2023-cü il tarixdə o, narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə və daşımaqda şübhəli olduğu üçün Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərindən narkotik vasitə olan heroin aşkar edildiyi üçün Qazax rayon X11 bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmənin hökmü ilə barəsində 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. O, 2023-cü ilin dekabr ayında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitədən uzaqlaşmış və ümumiyyətlə istifadə etməmişdir. Hal-hazırda da narkotik vasitədən tamamilə uzaqlaşmışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Belə ki, Məhərrəm Qazax şəhəri, Bakı küçəsində onların qonşuluğunda yaşayır. Bu günədək aralarında düşmənçilik və ya ədavət olmasa da, bəzi vaxtlarda mübahisələr baş vermişdir. 2023-cü ilin ortalarında Məhərrəmin oğurluq hadisəsini törətdiyi yerlərdən biri də onların evi olmuşdur. Anası Şahid9 görmüş və irad bildirmişdir. Lakin həmin vaxt onun oğurluq etməsini deyil, sadəcə onların həyətdən hasarın üzərinə çıxmasını görmüş və bir daha onların yaşadıqları evin həyətinə daxil olmaması barədə xəbərdarlıq etmişdir. Sonradan anası ona bu barədə dedikdə o, böyük ehtimalla ya onların evin həyətindən, ya da ki, qonşuluqdan oğurluq etməsini anasına izah etmişdir. O, Təqsirləndirilən şəxs ilə heç bir evə daxil olmamış və oğurluq etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid7 ifadəsində göstərmişdir ki, hazırda Qazax Rayon Mərkəzi Bazarında göyərti satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs onun qayını oğludur. 09 avqust 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı evdə olan zaman qayını oğlu Təqsirləndirilən şəxs əlində 1 (bir) ədəd işlənmiş elektron tərəzi ilə gələrək həmin tərəzini satmaq istədiyini bildirmişdir. O, həmin tərəzini haradan əldə etməsi ilə maraqlandıqda o, fəhləlik etdiyi mağazada ödəniş əvəzinə həmin elektron tərəzini verdiklərini bildirmişdir. Qiymət barədə danışdıqda isə o, 20 (iyirmi) manat müqabilində satdığını bildirdikdə o, həmin tərəzinin işlənmiş və natəmiz vəziyyətdə olmasını bildirib cəmi 8 (səkkiz) manat müqabilində ala biləcəyini təklif etmişdir. Təqsirləndirilən şəxs məcbur olub onunla razılaşdıqdan sonra həmin tərəziyə görə ona 8 (səkkiz) manat ödəniş edib almışdır. Səhərisi gün isə o, bazarda olan zaman tanışıları Zərərçəkmiş şəxs1 və onun atası “Azər” adı ilə tanıdığı şəxsin birlikdə işlətdikləri ət mağazasından tərəzi oğurlanmasını bildikdə, aldığı tərəzinin həmin tərəzi olmasını yəqin edərək bu barədə Həmidin atasına və özünə məlumat verərək aparıb təhvil vermişdir. Elə həmin vaxt Zərərçəkmiş şəxs1, tərəzinin özlərinə məxsus olmasını təsdiq etmişdir. Onunla həmin vaxt söhbət zamanı deməsinə əsasən mağazadan tərəzi ilə yanaşı quzu və mal ətlərinin də oğurlanmasını bilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəənüşaslıq ekspertizasının 21 iyun 2024-cü il tarixli 9/4427 nömrəli rəyindən görünür ki, Cinayət işi üzrə təyin edilmiş məhkəmə əmtəənüşaslıq ekspertizasının 21 iyun 2024-cü il tarixli 9/4427 nömrəli rəyindən görünür ki, 3 (üç) ədəd əmtəə nişanı məlum olmayan qab-qacaq dəstinin (hər bir dəstdə 24 ədəd çəngəl, qaşıq, boşqab, kristal şay stəkanı, nəlbəki, kristal kompot stəkanı, araq qədəhi), 1(bir) dəstinin dəyəri 300 (üç yüz) manat olmaqla ümumi dəyəri 900 (doqquz yüz) manat, əmtəə nişanı məlum olmayan kompot stəkanlarının (içərisində 48 ədəd stəkan) 1 (bir) dəstinin dəyəri 30 (otuz) manat, 24 (iyirmi dörd) ədəd əmtəə nişanı məlum olmayan araq qədəhi 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 24 (iyirmi dörd) manat, 5 (beş) dəst qazanının (hər bir dəstdə iç-içə 3 ədəd böyük ölçülü qazan) 1 (bir) dəstinin dəyəri 80 (səksən) manat olmaqla ümumi dəyəri 400 (dörd yüz) manat, 5 (beş) dəst qazanı (hər bir dəstdə iç-içə 3 ədəd kiçik ölçülü qazan) 1 (bir) dəstinin dəyəri 50 (əlli) manat olmaqla ümumi dəyəri 250 (iki yüz əlli) manat, əmtəə nişanı məlum olmayan 1(bir) ədəd par ütüsünün dəyəri 60 (altmış) manat, “Maxima” əmtəə nişanlı 1 (bir) ədəd elektrikli ütüsünün dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan dəm çaydanının dəyəri 3 (üç) manat, 1 (bir) ədədinin dəyəri 8 (səkkiz) manat olmaqla 20 (iyirmi) ədəd əmtəə nişanı məlum olmayan istehlak köhnəlməsinə məruz qalmış tavanın dəyəri 160 (bir yüz altmış) manat, 1 (bir) ədədinin dəyəri 25 (iyirmi beş) manat olmaqla 20 (iyirmi) ədəd əmtəə nişanı məlum olmayan istehlak könhəlməsinə məruz qalmamış qazanların dəyəri 500 (beş yüz) manat, ikitaylı yataq dəsti üçün nəzərdə tutulmuş əmtəə nişanı məlum olmayan 1(bir) ədəd yataq örtüyünün dəyəri 60 (altmış) manat, 1 (bir) ədədinin dəyəri 40 (qırx) manat olmaqla 2 (iki) ədəd birtaylı yataq dəsti üçün nəzərdə tutulmuş əmtəə nişanı məlum olmayan yataq örtüyünün dəyəri 80 (səksən) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan qulplu qazanın dəyəri 10 (on) manat, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla 4 (dörd) ədəd əmtəə nişanı məlum olmayan kristal vazanın dəyəri 80 (səksən) manat, 1 (bir) ədədinin dəyəri 35 (otuz beş) manat olmaqla 4 (dörd) ədəd əmtəə nişanı məlum olmayan meyvə qabının dəyəri 140 (bir yüz qırx) manat, 1 (bir) ədədinin dəyəri 30 (otuz) manat olmaqla 16 (on altı) ədəd əmtəə nişanı məlum olmayan plov qabının qaşıqları ilə birlikdə dəyəri 480 (dörd yüz səksən) manat, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı 24 (iyirmi dörd) ədədlik boşqab dəstinin dəyəri 80 (səksən) manat, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla 15 (on beş) ədəd əmtəə nişanları məlum olmayan qadın donlarının dəyəri 150 (bir yüz əlli) manat, 1 (bir) ədədinin dəyəri 15 (on beş) manat olmaqla 15 (on beş) ədəd əmtəə nişanları məlum olmayan qadın kofta-ətək dəstinin dəyəri 225 (iki yüz iyirmi beş) manat, 1 (bir) ədədinin dəyəri 5 (beş) manat olmaqla 20 (iyirmi) ədəd əmtəə nişanları məlum olmayan qadın koftalarının dəyəri 100 (bir yüz) manat, 1 (bir) ədədinin dəyəri 20 (iyirmi) manat olmaqla 12 (on iki) ədəd “Chanel”, “Ted Baker” və “Elfa” əmtəə nişanlı qadın çantalarının dəyəri 240 (iki yüz qırx) manat, 1(bir) ədədinin dəyəri 10 (on) manat olmaqla 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan jiletin dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla 4 (dörd) ədəd əmtəə nişanları məlum olmayan su çaydanının dəyəri 40 (qırx) manat, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla 15(on beş) ədəd əmtəə nişanı məlum olmayan dəm çaydanının dəyəri 45 (qırx beş) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan şirniyyat dəstinin dəyəri 30 (otuz) manat, 1(bir) qutusunun dəyəri 25 (iyirmi beş) manat olmaqla 6 (altı) qutu əmtəə nişanı məlum olmayan şirniyyat qabının dəyəri 150 (bir yüz əlli) manat, 4 (ədəd) böyük sellofan döşək üzü, dəsmallar, örtüklər və parçalarının dəyəri tədqiqatla müəyyən edilməmiş, 1 (bir) ədəd “Daewoo” əmtəə nişanlı D12302S modelli yemək bişirmə cihazının dəyəri 60 (altmış) manat, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı BV-7182 modelli yemək qızdırıcı cihazının dəyəri 40 (qırx) manat, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı MX-2601 modelli mikser cihazınının dəyəri 30 (otuz) manat, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Victoria” əmtəə nişanlı paltat tikən aparatının dəyəri 50 (əlli) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan 5 litr tutumu olan odun samovarının dəyəri 150 (bir yüz əlli) manat, 1 (bir) ədəd istismara məruz qalmış “Rastok” əmtəə nişanlı şirə çəkən mikserin dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan nar əzən alətin dəyəri 3 (üç) manat, 1 (bir) ədəd istismara məruz qalmış “Scarlet” əmtəə nişanlı elektrin çaydanının dəyəri 5 (beş) manat, 1 (bir) ədədinin dəyəri 10 (on ) olmaqla 2(iki) ədəd “DG Glass” əmtəə nişanlı ləpə qabının dəyəri 20 (iyirmi) manat, 1 (bir) dəst (içərisində altı ədəd qədəh olmaqla) “Syvlana” əmtəə nişanlı araq qədəhinin dəyəri 5 (beş) manat, 1(bir) dəstinin dəyəri 3 (üç) manat olmaqla əmtəə nişanı məlum olmayan 2(iki) dəst su qədəhinin dəyəri 6 (altı) manat, 1 (bir) ədəd 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6030 modelli çaydan-termosun dəyəri 50 (əlli) manat, 1 (bir) ədəd 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6012 modelli çaydan-termosun dəyəri 40 (qırx) manat, 1 (bir) ədəd 125 diaqonallı “Samsung” əmtəə nişanlı televizorun dəyəri 180 (bir yüz səksən) manat, 1 (bir) ədəd “Gallop” əmtəə nişanlı çilçırağın dəyəri 15 (on beş) manat, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “JVC” əmtəə nişanlı televizorun dəyəri 30 (otuz) manat, 1 (bir) ədəd “Samsung” əmtəə nişanlı tozsoranın dəyəri 60 (altmış) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan peyk cihazının dəyəri 10 (on) manat, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Elenberg” əmtəə nişanlı MG-2501 modelli elektrlikli ətçəkən aparatının dəyəri 20 (iyirmi) manat, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı çay dəstinin dəyəri 20 (iyirmi) manat, 1 (bir) dəst “Crystal” əmtəə nişanlı qədəhin dəyəri 15 (on beş) manat, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı şirə çəkən cihazın dəyəri 25 (iyirmi beş) manat, 1 (bir) ədəd “Polaris” əmtəə nişanlı ani su qızdırıcı cihazın dəyəri 15 (on beş) manat, 1 (bir) ədəd istismara məruz qalmış “Panasonic” əmtəə nişanlı videomaqnitofonun dəyəri 10 (on) manat, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazının dəyəri 30 (otuz) manat, 1 (bir) ədədinin dəyəri 2 (iki) manat olmaqla 6 (altı) ədəd əmtəə nişanı məlum olmayan stulüstü döşəkçənin dəyəri 12 (on iki) manat, 1 (bir) ədəd “İnterskol” əmtəə nişanlı burğu alətinin dəyəri 30 (otuz) manat, 1 (bir) dəst “Kolobok” əmtəə nişanlı ədviyyat qabının dəyəri 5 (beş) manat, 1 (bir) ədəd 20 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan mərasim qazanının dəyəri 40 (qırx) manat, 1 (bir) ədəd 40 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan mərasim qazanının dəyəri 60 (altmış) manat, 1 (bir) ədəd “Butterfly” əmtəə nişanlı yataq örtüyü dəstinin dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədəd “İntex” əmtəə nişanlı hava nasosunun dəyəri 10 (on) manat, 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla 2 (iki) ədəd “X6” əmtəə nişanlı duz-istiot qabının dəyəri 2 (iki) manat, 1 (bir) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan şəkər qabının dəyəri 1 (bir) manat, 1 (bir) ədədinin dəyəri 1 (bir) manat olmaqla 2 (iki) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çaydanın dəyəri 2 (iki) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan alüminium materialdan hazırlanmış fincanın dəyəri 1 (bir) manat, 1 (bir) ədədinin dəyəri 1(bir) manat olmaqla 6 (altı) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çömçə qaşığının dəyəri 6 (altı) manat, 1 (bir) ədəd alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan qaşığın dəyəri 0,5 (əlli qəpik) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəstinin dəyəri 5 (beş) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəstinin dəyəri 2 (iki) manat, 1(bir) dəst “Luminarc” əmtəə nişanlı su bakalının dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədəd “Ansin” əmtəə nişanlı limon formalı çaydanın dəyəri 2 (iki) manat, 1(bir) ədədinin dəyəri 50 (əlli) qəpik olmaqla 17 (on yeddi) ədəd istehlak köhnəlməsinə məruz qalmış əmtəə nişanı məlum olmayan nəlbəkinin dəyəri 8,5 (səkkiz manat əlli qəpik) manat, 1 (bir) ədədinin dəyəri 5 (beş) manat olmaqla 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan şorba qabının dəyəri 10 (on ) manat, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla 11 (on bir) ədəd əmtəə nişanı məlum olmayan uzunsov yemək boşqabının dəyəri 33 (otuz üç) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan çəllək formalı suvenirin dəyəri 2 (iki) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan 6 (altı) qədəhdən ibarət olan viski qrafininin dəyəri 10 (on) manat, 1 (bir) ədəd yun materialdan hazırlanmış 2x3 m ölçülü əmtəə nişanı məlum olmayan xalçanın dəyəri 180 (bir yüz səksən) manat, 1 (bir) ədəd yun materialdan hazırlanmış 1,7 x 2,4 m ölçülü xalçanın dəyəri 120 (bir yüz iyirmi) manat, 1 (bir) ədəd “Caraveila Collection” əmtəə nişanlı şəkər qabının dəyəri 3 (üç) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan sadə ətçəkən aparatın dəyəri 10 (on) manat, 1 (bir) ədəd “Daewoo” əmtəə nişanlı yemək bişirmə cihazının dəyəri 60 (altmış) manat, 1 (bir) ədəd 3 litrlik tutum həcmi olan əmtəə nişanı məlum olmayan elektrik samovarının dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədəd 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı çaydan-termosun dəyəri 40 (qırx) manat, 1 (bir) ədəd 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı çaydan-termosun dəyəri 50 (əlli) manat, 1 (bir) ədədinin dəyəri 15 (on beş) manat olmaqla ümumi 2 (iki) ədəd istismara məruz qalmış əmtəə nişanı məlum olmayan ani su qızdırıcı cihazının dəyəri 30 (otuz) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan Türkiyə Cumhuriyyəti istehsalı olan nahar, çay və kofe dəstinin dəyəri 150 (bir yüz əlli) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan keçmiş Çexslovakiya respublikası istehsalı olan boşqab dəstinin dəyəri 80 (səksən) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan Almaniya Federativ Respublikası istehsalı olan çay dəstinin dəyəri 60 (altmış) manat, 1(bir) dəstinin dəyəri 50 (əlli) manat olmaqla 5 (beş) dəst alüminium qazanın dəyəri 250 (iki yüz əlli) manat, (bir) dəstinin dəyəri 40 (qırx) manat olmaqla 6 (altı) dəst şüşə qapaqlı qazanın dəyəri 240 (iki yüz qırx) manat, 11 (bir) ədəd əmtəə nişanı məlum olmayan çəhrayı rəngli yorğan-döşək örtüyünü dəyəri 10 (on) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan kristal qədəhin dəyəri 10 (on) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan 24 stəkandan ibarət çay dəstinin dəyəri 15 (on beş) manat, 1 (bir) ədəd “Tefal” əmtəə nişanlı krem mikserinin dəyəri 25 (iyirmi beş) manat, 1 (bir) ədədinin dəyəri 3 (üç) manat olmaqla 8 (səkkiz) ədəd əmtəə nişanı məlum olmayan kristal qənd qabının dəyəri 24 (iyirmi dörd) manat, 1 (bir) “Tefal” əmtəə nişanlı çaydanın dəyəri 15 (on beş) manat, 1 (bir) ədəd “Vitek” əmtəə nişanlı çaydanındəyəri 15 (on beş) manat, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı şirə çəkən aparatın dəyəri 40 (qırx) manat, 2 (iki) dəst əmtəə nişanı məlum olmayan qaşığın dəyəri 60 (altmış) manat, 1 (bir) ədədinin dəyəri 10 (on) manat olmaqla 4 (dörd) ədəd əmtəə nişanı məlum olmayan kristal şirniyyat qabının dəyəri 40 (qırx) manat, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazının dəyəri 50 (əlli) manat, 1 (bir) ədədinin dəyəri 25 (iyirmi beş) manat olmaqla 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan kristal gül qabının dəyəri 50 (əlli) manat, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan pedikür cihazının dəyəri 15 (on beş) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan çay dəstinin dəyəri 20 (iyirmi) manat, 1 (bir) ədədinin dəyəri 60 (altmış) manat olmaqla 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan yataq örtüyünün dəyəri 120 (bir yüz iyirmi) manat, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan divan-kreslo örtüyünün dəyəri 25 (iyirmi beş) manat, 1 (bir) ədədinin dəyəri 80 (səksən) manat olmaqla 2 (iki) ədəd əmtəə nişanı istintaqa məlum olmayan sinevizyon cihazının dəyəri 160 (bir yüz altmış) manat və 1 (bir) ədəd “Samsung” əmtəə nişanlı mikrodalğalı sobanın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. -Ekspert baxışına təqdim edilmiş istifadədə olmuş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1504,00 manat müəyyən edilir. Təqdim edilməyən, qərarda göstərilən 53 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6111,00 manat müəyyən edilir. Digər təqdim edilməyən qərarda göstərilən1 adda mallar haqqında kifayət qədər məlumat (sayı, ölçüləri və sair) olmadığından, həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin trasoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli 3/214 nömrəli nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır; təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri yararsızdır; təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır. Qeyd:Eynilik təşkil edən əl-barmaq izi Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evindən aşkar edilmiş siqaret kötüyünün üzərindən əldə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası CPM-in 51 və 86-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli baxış və götürmə protkolundan görünür ki, Şahid2, Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Daewoo” əmtəə nişanlı mikrodalğalı sobanı, 01 ədəd “Elenberg” əmtəə nişanlı 3 litrlik həcmi olan tefalı, 01 ədəd “İntex” əmtəə nişanlı hava nasosunu könüllü olaraq təqdim etmiş və həmin əşyalara heç bir ziyan vurulmadığını göstərmişdir. Təqdim edilmiş həmin əşyalara baxış keçirilən zaman heç bir ziyan vurulmadığı müəyyən edilmişdir. Baxış keçirildikdən sonra həmin əşyalar sahibinə qaytarılması üçün qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası CPM-in 51 və 86-cı maddələrinə müvafiq qaydada həyata keçirilməklə tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli baxış və götürmə protkolundan görünür ki, Şahid3, Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Moulinex” əmtəə nişanlı mikrodağlalı sobanı, 01 ədəd “Elenberg” əmtəə nişanlı yemək qızdırıcısını, 01 ədəd “Vicrtoria” əmtəə nişanlı paltartikən aparatı, 01 ədəd şirəçəkən aparatı, 1 ədəd “Scarlet” əmtəə nişanlı tefalı, 01 ədəd narəzən aləti, 02 ədəd ləpə qabını, 06 ədəd araq qədəhini, 02 dəst hər birində 06 ədəd olan su qədəhlərini, 01 ədəd çilçırağı, 01 ədəd “JVC” əmtəə nişanlı televizoru, 01 ədəd “Samsung” əmtəə nişanlı tozsoranı könüllü olaraq təqdim etmiş və həmin əşyalara heç bir ziyan vurulmadığını göstərmişdir. Təqdim edilmiş həmin əşyalara baxış keçirilən zaman heç bir ziyan vurulmadığı müəyyən edilmişdir. Baxış keçirildikdən sonra həmin əşyalar sahibinə qaytarılması üçün qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Qazax Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 26 dekabr 2026-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2026-cı il tarixdən həbsdədir. İş materiallarında olan, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, heç bir şikayətləri, tələbləri yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid8 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 297.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3, Şahid1, Şahid2, Şahid10, X2, Şahid7, Şahid5 və Şahid4 barəsində Azərbaycan Respublikası 177.2.1 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 Vəkil qızının ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən tərəfindən onlara dəymiş ziyan ödənilməmiş, ondan şikayətçidir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf edici ifadəsi, ekspertiz rəyləri, DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq izləri, zərərçəkmiş şəxslərin, həmçinin məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli CM-nin qeyd olunan maddələri ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən, yaxud üzərindən götürülmədən yenidən az ağır cinayət törətmişdir, ona görə də əməlində cinayətlərin residivi var. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olmaları, dəymiş ziyanı qismən ödəməsi iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müyyən edilir. Beləlikə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6012 modelli çaydantermos, 1 (bir) ədəd 125 diaqonallı “Samsung” əmtəə nişanlı televizor, 1 (bir) ədəd yun materialdan hazırlanmış 2x3 m ölçülü əmtəə nişanı məlum olmayan xalçan, 1 (bir) ədəd yun materialdan hazırlanmış 1,7 x 2,4 m ölçülü xalçan, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan 5 litr tutumu olan odun samovar, 1 (bir) ədəd “Daewoo” əmtəə nişanlı D12302S modelli yemək bişirmə cihazın, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı BV-7182 modelli yemək qızdırıcı cihaz, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı MX-2601 modelli mikser cihazın, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Victoria” əmtəə nişanlı paltat tikən aparat, 1 (bir) ədəd istismara məruz qalmış “Rastok” əmtəə nişanlı şirə çəkən mikser, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan nar əzən alət, 1 (bir) ədəd istismara məruz qalmış “Scarlet” əmtəə nişanlı elektrin çaydanı, 2(iki) ədəd “DG Glass” əmtəə nişanlı ləpə qabı, 1 (bir) dəst (içərisində altı ədəd qədəh olmaqla) “Syvlana” əmtəə nişanlı araq qədəhi, əmtəə nişanı məlum olmayan 2(iki) dəst su qədəhi, 1 (bir) ədəd 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6030 modelli çaydan-termos, 1 (bir) ədəd “Gallop” əmtəə nişanlı çilçıraq, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “JVC” əmtəə nişanlı televizor, 1 (bir) ədəd “Samsung” əmtəə nişanlı tozsoran, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan peyk cihazı, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Elenberg” əmtəə nişanlı MG-2501 modelli elektrlikli ətçəkən aparatı, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı çay dəsti, 1 (bir) dəst “Crystal” əmtəə nişanlı qədəhi, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı şirə çəkən cihazı, 1 (bir) ədəd “Polaris” əmtəə nişanlı ani su qızdırıcı cihazı, 1 (bir) ədəd istismara məruz qalmış “Pansonic” əmtəə nişanlı videomaqnitofon, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazı, 6 (altı) ədəd əmtəə nişanı məlum olmayan stulüstü döşəkçə, 1 (bir) ədəd “İnterskol” əmtəə nişanlı burğu aləti, 1 (bir) dəst “Kolobok” əmtəə nişanlı ədviyyat qabı, 1 (bir) ədəd 20 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan mərasim qazanı, 1 (bir) ədəd 40 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan mərasim qazanı, 1 (bir) ədəd “Butterfly” əmtəə nişanlı yataq örtüyü dəsti, 1 (bir) ədəd “İntex” əmtəə nişanlı hava nasosu, 2 (iki) ədəd “X6” əmtəə nişanlı duz-istiot qabı, 1 (bir) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan şəkər qabı, 2 (iki) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çaydan, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan alüminium materialdan hazırlanmış fincan, 6 (altı) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çömçə qaşığı, 1 (bir) ədəd alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan qaşığı, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəsti, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəsti, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı su bakalı, 1 (bir) ədəd “Ansin” əmtəə nişanlı limon formalı çaydanı, 17 (on yeddi) ədəd istehlak köhnəlməsinə məruz qalmış əmtəə nişanı məlum olmayan nəlbəki, 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan şorba qabı, 11 (on bir) ədəd əmtəə nişanı məlum olmayan uzunsov yemək boşqabı, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan çəllək formalı suvenir, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan 6 (altı) qədəhdən ibarət olan viski qrafini, 1 (bir) ədəd “Caraveila Collection” əmtəə nişanlı şəkər qabı və 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan sadə ətçəkən aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs5 verilməsi nəzərə alınmal, Zərərçəkmiş şəxs3 məxsus olan 01 (bir) ədəd aşılanmış sarı rəngli dəriyəbənzər materialdan hazırlanmış, yaxalıq və cib hissələrində qaşlardan təşkil olunmuş aksesuarları olan “X15” əmtəə nişanlı qadın gödəkçəsi və 1 (bir) ədəd əmtəə nişanı istintaqa məlum olmayan qadın gödəkçəsi maddi sübut kimi tanınıaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 211,11 ( iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs5 məxsus olan 1 (bir) ədəd 3 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6012 modelli çaydan-termos, 1 (bir) ədəd 125 diaqonallı “Samsung” əmtəə nişanlı televizor, 1 (bir) ədəd yun materialdan hazırlanmış 2x3 m ölçülü əmtəə nişanı məlum olmayan xalçan, 1 (bir) ədəd yun materialdan hazırlanmış 1,7 x 2,4 m ölçülü xalçan, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan 5 litr tutumu olan odun samovar, 1 (bir) ədəd “Daewoo” əmtəə nişanlı D12302S modelli yemək bişirmə cihazın, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı BV-7182 modelli yemək qızdırıcı cihaz, 1 (bir) ədəd “Elenberg” əmtəə nişanlı MX-2601 modelli mikser cihazın, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Victoria” əmtəə nişanlı paltat tikən aparat, 1 (bir) ədəd istismara məruz qalmış “Rastok” əmtəə nişanlı şirə çəkən mikser, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan nar əzən alət, 1 (bir) ədəd istismara məruz qalmış “Scarlet” əmtəə nişanlı elektrin çaydanı, 2(iki) ədəd “DG Glass” əmtəə nişanlı ləpə qabı, 1 (bir) dəst (içərisində altı ədəd qədəh olmaqla) “Syvlana” əmtəə nişanlı araq qədəhi, əmtəə nişanı məlum olmayan 2(iki) dəst su qədəhi, 1 (bir) ədəd 4 litrlik tutum həcmi olan “Elenberg” əmtəə nişanlı TH-6030 modelli çaydantermos, 1 (bir) ədəd “Gallop” əmtəə nişanlı çilçıraq, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “JVC” əmtəə nişanlı televizor, 1 (bir) ədəd “Samsung” əmtəə nişanlı tozsoran, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan peyk cihazı, 1 (bir) ədəd istehlak köhnəlməsinə məruz qalmış “Elenberg” əmtəə nişanlı MG-2501 modelli elektrlikli ətçəkən aparatı, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı çay dəsti, 1 (bir) dəst “Crystal” əmtəə nişanlı qədəhi, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı şirə çəkən cihazı, 1 (bir) ədəd “Polaris” əmtəə nişanlı ani su qızdırıcı cihazı, 1 (bir) ədəd istismara məruz qalmış “Pansonic” əmtəə nişanlı videomaqnitofon, 1 (bir) ədəd “Moulinex” əmtəə nişanlı yemək bişirmə cihazı, 6 (altı) ədəd əmtəə nişanı məlum olmayan stulüstü döşəkçə, 1 (bir) ədəd “İnterskol” əmtəə nişanlı burğu aləti, 1 (bir) dəst “Kolobok” əmtəə nişanlı ədviyyat qabı, 1 (bir) ədəd 20 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan mərasim qazanı, 1 (bir) ədəd 40 litrlik tutum həcmi olan alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan mərasim qazanı, 1 (bir) ədəd “Butterfly” əmtəə nişanlı yataq örtüyü dəsti, 1 (bir) ədəd “İntex” əmtəə nişanlı hava nasosu, 2 (iki) ədəd “X6” əmtəə nişanlı duzistiot qabı, 1 (bir) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı istintaqa məlum olmayan şəkər qabı, 2 (iki) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çaydan, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan alüminium materialdan hazırlanmış fincan, 6 (altı) ədəd paslanmayan materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan çömçə qaşığı, 1 (bir) ədəd alüminium materialdan hazırlanmış əmtəə nişanı məlum olmayan qaşığı, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəsti, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan avtomobil təmiri açarları dəsti, 1 (bir) dəst “Luminarc” əmtəə nişanlı su bakalı, 1 (bir) ədəd “Ansin” əmtəə nişanlı limon formalı çaydanı, 17 (on yeddi) ədəd istehlak köhnəlməsinə məruz qalmış əmtəə nişanı məlum olmayan nəlbəki, 2 (iki) ədəd əmtəə nişanı məlum olmayan şorba qabı, 11 (on bir) ədəd əmtəə nişanı məlum olmayan uzunsov yemək boşqabı, 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan çəllək formalı suvenir, 1 (bir) dəst əmtəə nişanı məlum olmayan 6 (altı) qədəhdən ibarət olan viski qrafini, 1 (bir) ədəd “Caraveila Collection” əmtəə nişanlı şəkər qabı və 1 (bir) ədəd əmtəə nişanı məlum olmayan sadə ətçəkən aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs5 verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs3 məxsus olan 01 (bir) ədəd aşılanmış sarı rəngli dəriyəbənzər materialdan hazırlanmış, yaxalıq və cib hissələrində qaşlardan təşkil olunmuş aksesuarları olan “X15” əmtəə nişanlı qadın gödəkçəsi və 1 (bir) ədəd əmtəə nişanı istintaqa məlum olmayan qadın gödəkçəsi maddi sübut kimi tanınıaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 211,11 ( iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi andan) 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar