Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-54/2024 27.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi oğlunun sədrliyi, Məhkəmə iclas katibi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1972-ci il Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli- himayəsində 2 nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 01 ədəd göy rəngli polietilen bükümündə təmiz çəkisi 425 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla daşımış, Qazax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il saat 15:35-də Qazax rayonu Ağköynək kəndində yaşadığı fərdi evin yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 10 aprel 2024-cü il tarixdə saat 16:40-dan saat 17:57-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu 01 ədəd göy rəngli polietilen bükümündə təmiz çəkisi 425 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik aludəçisi olduğundan narkotik vasitə olan marixuanadan 3-4 ilə yaxındır ki, istifadə etmişdir. 10 aprel 2024-cü il tarixdə saat 15:35 radələrində yaşadığı Qazax rayonu Ağköynək kəndində evinin yaxınlığında kənd yolunda piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq vəsiqələri ilə özlərini təqdim edərək Qazax RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər və ona da anket məlumatlarını təqdim etməyini təklif etmişlər. Polislərə öz anket məlumatlarını və Ağköynək kənd sakini olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının əldə edilməsində, saxlanılmasında, daşınmasında və istehlakında şübhəli olduğunu bildirərək onlarla Qazax rayon polis şöbəsinə getməli olduğunuu bildirdikdə, polis əməkdaşlarının təklifinə etiraz etməmiş və onların gəldikləri avtomobilə əyləşərək Qazax RPŞ-nini inzibati binasına gəlmişdir Polis əməkdaşları onu Qazax RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər və daha sonra polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına şübhə olunduğu iş üzrə hüquqlarımın müdafiəsində vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona baş təhqiqatçı tərəfindən üzərində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyaların olub-olmaması, əgər sadalananlar vardırsa təqdim etməyini təklif etmişləri. Baş təhqiqatçının təklifindən sonra əlində saxlayaraq tutduğu göy rəngli sellofon torbada olan spesfik iyli kütləni təqdim etmişdir. Həmin sellofon torbanın içərisində nə olduğu, haradan və nə məqsəd ilə əldə etdiyini soruşulduqda, polislərə həmin torbadakı yaşıl rəngli kütlənin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni 2023-cü ilin yay aylarında Qazax rayonu, Xanlıqlar kəndi ərazisində olan örüş sahəsində özü tərəfindən əkib, becərdiyini və qulluq etdiyi 2 ədəd nakotik xassəli bitki kollarından topladığını bildirmişdir. Hazırda əməlindən peşiman olmaqla, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Nizami oğlu ifadəsində göstərdi ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili xidməti vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 10 aprel 2024-cü il tarixdə Qazax rayonu, Ağköynək kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Qazax RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəisin göstərişinə əsasən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və rəhbərliyi ilə əməliyyat qrupu yaradılmişdır. Həmin əməliyyat qrupuna üzv kimi Qazax rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7, RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X8, RPŞ-nin X6 kiçik inspektoru, polis baş serjantı Şahid3 və RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişlər. Əməliyyat qrupunun üzvlərinə keçiriləcək tədbir barədə təlimatlandırıldıqdan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:35 radələrində Qazax rayonu Ağköynək kəndində yaşadığı evin yaxınlığında saxlanmış, ona özlərini vəsiqələri ilə polis əməkdaşları kimi təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərində saxlamaqda, istifadə etməkdə və daşımada şübhəli olduğunu bildirərək onu “Fiat” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı post-patrul xidməti bölüyünün xidməti avtomobilinə əyləşdirib rayon polis şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs gətirilməsi barədə RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs X10 tərəfindən şübhəli şəxs kimi tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. X10 müdafiəçinin iştirakı ilə 10 aprel 2024-cü il tarixdə saat 16:40 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, polis əməkdaşları:Şahid3 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyaların olub-olmaması, əgər sadalananlar vardırsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əlində saxlayaraq tutduğu göy rəngli sellofon torbada olan spesfik iyli kütləni könüllü surətdə təqdim etmişdir. Ondan həmin sellofon torbanın içərisində nə olduğunun, haradan və nə məqsəd üçün əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin torbadakı yaşıl rəngli kütlənin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni 2023-cü ilin yay aylarında Qazax rayonu Xanlıqlar kəndi ərazisində olan örüş sahəsində özü tərəfindən əkib, becərdiyini və qulluq etdiyi 2 ədəd nakotik xassəli bitki kollarından topladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və bükümdəki kütlə sellofon ilə birlikdə ümumi çəkisi 0,445 kiloqram təşkil etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlə sellofon torba ilə birlikdə qablaşdırılmış və möhür ilə möhürlənmişdir. Möhürlənmiş zərfin üzəri protokol iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdrilmiş və onda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və digər qeyri-qanuni əşyalar aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən həmin narkotik xassəli bitki kollarını əkib, becərdiyi ərazini göstərməyi təqdim edə bilib-bilməyəcəyi ondan soruşulmuşdur. Təqsirləndirilən şəxs Qazax rayonu Xanlıqlar kəndində narkotik xassəli bitkini əkib, becərdiyi ərazini göstərə biləcəyini protokol iştirakçılarına bildirmişdir. Onun və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən videoçəkilişə baxmaq üçün fasilə elan olunmuş, bundan sonra isə videoçəkilişə baxış keçirildikdən sonra isə hər hansı bir etiraz, təklif və videoçəkilişə əlavə olmadığına görə şəxsi axtarış başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 Nizami oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2024cü il tarixli 16/435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan göy rəngli polietilen paketdəki təmiz çəkisi 425 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə kimyəvi ekspertizasının rəyinin qeyd hissəsində: marixuana təmiz çəkisi 425 qram tədqiqata sərf edildi-0,2 qr qalıq-424,8 qram. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli, 888 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 10 aprel 2024-cü il saat 16:40-dan saat 17:57-dək olan müddət ərzində Qazax rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu göy rəngli sellofon torbanı öz razılığı ilə könüllü olaraq təqdim edərək torbanın içərisində olan yaşıl rəngli, spesfik iyli, qurudulmuş halda olan çəkisi 445 qram təşkil edən narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş halda xeyli miqdarda marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş marixuananı özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 425 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı iki uşağı vardır. Cinayət işinin materiallarında olan Qazax RİHB-nın Ağköynək kənd İƏD üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 29 iyul 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddələrlə olan cinayət təqibinə xitam verilmişdir. Lakin Təqsirləndirilən şəxs 425 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmiş, həmin narkotik vasitənin əldə edildiyi mənbənin müəyyən ediməsi üçün materiallar araşdırılması üçün ayrılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını- CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin, Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 424.8 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli və hökmün icrası Qazax Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin anbarında saxlanılan 424.8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ01360 10000**********, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700 326621, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:
Məhkəmə qərarları › İş №1(023)-54/2024
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-54/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver