Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-55/2025 28.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax şəhəri M.Ə.Sabir küçəsi ev 7A-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 12 radələrində tanışı X3 bir bükümü 40 manat olmaqla psixotrop maddə olan metamfetamini alaraq qanunsuz olaraq əldə etmək barədə razılığa gəldikdən sonra Elvin Əsədov tərəfindən ünvan 1 ünvanında dəmir köşkün yanına qoyulmuş xeyli miqdarda, yəni 0,357 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 fevral 2025-ci il tarixdə saat 21:29-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göycə” marketin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən bir bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş xeyli miqdarda, yəni 0,357 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 04 (dörd) aydır psixotrop maddə olan metanfetamindən istifadə edir, qonşusu Elvin adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün telefon vasitəsi ilə Elvinə zəng vurub ona psixotrop maddə olan metanfetamin verməsini bildirmiş, Elvin isə ona metanfetaminin bir bükümünü 40 manata satdığını demiş, o, Elvinə üç büküm psixotrop maddə olan metanfetamin verməsini bildirmiş, Elvin pulu onun ***-***-**-** nömrəsi ilə açılmış M10 hesabına vürmasını demişdir. O, da təxminən 24-25 fevral 2025-ci il tarixdə Elvinin ***-***-**-** nömrəsinə açılmış M10 hesabına 120 manat pul göndərmiş, Elvinin ona narkotik vasitəni məhlədə olan butkanın sağ tərəfinə qoyacağını demiş, bir neçə dəqiqə sonra məhləyə çıxmış, Elvinin dediyi butkaya yaxınlaşmış və butkanın sağ tərəfində siqaret qutusunun olduğunu görmüş, daha sonra həmin siqaret qutusunu götürüb açmış, içərisində 03 bükümdə psixotrop maddə olan metanfetamin olduğunu görmüş, həmin gündən sonra o, müəyyən vaxtlarda həmin bükümlərdən iki bükümünü istifadə etmiş, bir bükümünü isə istifadə etməyi üçün üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evdən çıxıb Qazax şəhəri, Azadlıq küçəsi ilə piyada həmin küçədə yerləşən «Göyçə» marketə getmiş, Qazax şəhəri Azadlıq küçəsi ilə piyada olaraq hərəkətdə olan zaman bir neçə nəfər şəxs video çəkiliş vasitəsi ilə ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını, onun narkotik vasitə istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğu bildirilərək, ona əgər üzərində narkotik vasitə varsa təqdim etməyini təklif edilmiş, o, da əynində olan şalvarın sağ yan cibində saxladığı bir bükümdə olan psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan qızılı rəngli siqaret kağızının içərisində olan kütləyə baxış keçirildikdən sonra 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, o, saxlanıldıqdan 05 (beş) gün əvvəl qonşusu Elvin adlı şəxsdən bir bükümünü 40 manat olmaqla üç büküm psixotrop maddə olan metamfetamin aldığını, iki bükümünü istifadə etdiyini, bir bükümünü isə istifadə etməyi üçün üzərində saxladığını demiş, bundan sonra isə polis əməkdaşları onu Qazax RPŞ-nə gətirmiş Qazax rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçının otağında ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə əvvəlcə küçədə qablaşdırılmış zərf açılmış, içərisinə baxış keçirilmiş və onun təqdim etdiyi psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0,48 qram olduğu müəyyən edilmiş, daha sonra isə həmin kütlə yenidən zərfə qoyularaq qablaşdırılmış və onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışı zamanı üzərindən aşkarlanmış bir ədəd Redmi markalı mobil telefon və iki ədəd qəbz iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, o, həmin qəbzlərin narkotik vasitə satın almaq üçün Elvin adlı şəxsə pul vurduğu qəbzlər olduğunu demiş, bundan sonra şəxsi axtarışı sonlandırılmışlar. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəllər də Elvindən psixotrop maddə olan metamfetamin almış, onun psixotrop maddələrə görə Elvinə 370 manat borcu yaranmış, Elvin Bakı şəhərinə psixotrop maddə olan metamfetamin gətirmək üçün getmiş və Bakı şəhərində olan vaxt ondan borcunu istəmiş, o, da Elvinə olan 370 manat borcunu onun ***-***-**-** nömrəsinə açılmış M10 hesabına atmış, bundan bir gün sonra özünə də bir bükümdə psixotrop maddə alması üçün Elvinin ***-***-**-** nömrəsinə atılmış M10 hesabına 40 manat da pul atmış, həmin pul vəsaitlərini “Göyçə” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə göndərmiş, üzərindən aşkar edilmiş qəbzlər Elvinə göndərdiyi 370 və 40 manat pulun qəbzləridir, onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Məhkəmədən heç bir xahişi yoxdur. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, Qazax RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatları daxil olmuş, bundan başqa 28 fevral 2025-ci il tarixdə üzərində narkotik vasitə ilə Qazax şəhərində gəzməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və o, qrupun üzləri CAB-nin əməliyyat müvəkkilləri, polis kiçik leytenantı Şahid2, polis kiçik leytenantı Şahid3, Əməliyyat Rabitə qrupunun kiçik inspektoru Şahid4 və kriminalistik təhqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı X4 ilə birlikdə olan vaxt 28 fevral 2025-ci il tarixdə saat təxminən 21:29-da Qazax şəhəri, Azadlıq küçəsində olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olan metamfetamin olması barədə məlumat olduğunu bildirmiş, küçədə video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində saxladığı siqaretin qızılı kağızına bükülmüş bir bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etmiş, həmin psixotrop maddə olan metamfetamini təxminən 23 fevral 2025-ci il tarixində qonşusu Elvin adlı şəxsdən bir bükümünü 40 manat olmaqla üç büküm psixotrop maddə olan metamfetamin aldığını, iki bükümünü istifadə etdiyini, bir bükümünü isə istifadə etmədiyi üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə gətirilmiş, Qazax rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra video çəkiliş vasitəsi ilə üzərindən aşkar olunaraq bir ədəd zərfə qablaşdırılmış psixotrop maddə olan metamfetamin açılıb baxılmış, elektron tərəzidə çəkilmiş, həmin kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülərək zərfə qoyulmuş, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, son zamanlar Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları almış, ona görə də onun ətrafında əməliyyat tədbirləri keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək deyilənləri bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası CPM-in 246-247-ci maddələrinin tələblərinə müvafiq qaydada keçirilməklə tərtib olunmuş şəxsi baxış və götürmə aparılması haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs (istintaq hərəkəti aparılan zaman Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş) Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılan zaman o, əynində olan boz rəngli cins materialından olan salvarın arxa sağ cibindən bir ədəd "Redmi" markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən iki ədəd qəbz aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncun təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya, predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2025-ci il tarixli, 16/206 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 1 ədəd (bir) qızıl kağız bükümdə təmiz çəkisi 0,357 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 may 2025-ci il tarixli 806 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs olan Qazax RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş raportdan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq və üzərinə baxış keçirmək məqsədilə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21.29-da Qazax şəhəri Azadlıq küçəsində müəyyən edilmiş, ona vəkillə təmin olunma hüququnun olması, həmçinin buna maddi imkanı yol vermədiyi təqdirdə dövlət tərəfindən vəkillə təmin ediləcəyi bildirilmiş və üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya, yəni narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən bir ədəd sarı rəngli bükülünü təqdim etmiş, həmin bükülünün özünə məxsus olduğunu, saxlanılmamışdan 5 gün əvvəl Qazax şəhər sakini “Elvin” adlı şəxsdən 40 manat qarşılığında almış və özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddəni əldə etdiyi mənbə və vaxt məlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar, hazırkı cinayət işindən X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi 02 gün tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi X2 verdiyi xx.xx.2025-ci il tarixli, 5-58-1-12-21/2-638/2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan, 10 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni xx.xx.2025ci il tarixdə X3 40 manat qarşılığında əldə etməsi məlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar, hazırkı cinayət işindən barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun şərh olunan cinayət əmərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, qeyd olunanları nəzərə alıb təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2025-ci il tarixdən hesablanmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 0.307 qram metamfetamin məhv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE **********000 2088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qazax rayon polis şöbəsində saxlanılan, 0.307 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-55/2025
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-55/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver