Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 1(023)-56/2023 21.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işsiz, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus olan HYUNDAİ ELANTRA markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili Qazax şəhəri Ə.Dilbazi küçəsində yerləşən avtomobil yuma məntəqəsindən sahibinin razılığını və icazəsini almadan talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, belə ki, müxtəlif avtomobil yuma məntəqələrində işləyib ailəsini saxlayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Qazax şəhəri, Ə.Dilbazi küçəsində yerləşən adsız avtomobil yuma məntəqəsində işlədiyi vaxt, xx.xx.2023-cü il tarixdə 08 radələrində həmişə olduğu kimi işlədiyi avtoyuma məntəqəsinə getmiş, günorta saat 14 radələrinə kimi işlədikdən sonra nahar etmək üçün Qazax şəhəri, Mədəniyyət evinin yaxınlığında yerləşən “Emil” adlı kafeyə getmiş, yemək yeyən zaman 01 stəkan spirtli içki- araq sifariş etmiş, yemək yeyib spirtli içki qəbul etdikdən sanra işlədiyi avtoyuma məntəqəsinə qayıtmışdır. Həmin gün, saat 15 radələrində içkili olduğu üçün işlətdiyi avtoyuma məntəqəsini bağlamaq qərarına gəlmiş, məntəqəni bağlamış, yaxınlıqdakı digər avtomobil yuma məntəqəsində işləyən tanışı Qaranın yanına getmişdir. Bu zaman Qaranın “HYUNDAİ ELANTRA” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini təmizlədiyini görmüş və sonuncuya obyekti bağlamasını və birlikdə çay içməyə getməklərini təklif etmiş, Qara isə ona təmizlədiyi avtomobili təmizlədikdən sonra birlikdə gedə biləcəklərini demiş və avtomobilin təkərlərini təmizlədiyi üçün ondan avtomobili bir az arxaya verməsini xahiş etmiş, o, HYUNDAİ ELANTRA markalı avtomobilə əyləşib avtomobili arxaya vermişdir. O, avtomobili arxaya verən zaman sərxoş olduğu üçün avtomobil ilə şəhərdə gəzib yenidən gətirib yerinə qoymaq qərarına gəlmiş, avtomobil ilə Qazax şəhəri, Ə.Dilbazi küçəsi ilə üzü 3 saylı tam orta məktəbə doğru hərəkətə başlamışdır. Təxminən 40-50 metr avtomobillə hərəkət edib qarşısındakı dördyoldan dönüb geriyə qayıtmaq istəmiş, avtomobili arxaya verən zaman arxadan gələn ağ rəngli “Vaz 2103” markalı avtomobilə vuraraq yol nəqliyat hadisəsi törətmiş, həyəcanlandığı üçün nə edəcəyini bilməmiş, hadisə yerindən uzaqlaşaraq avtomobili aparıb Qazax şəhəri Bakı küçəsinə yolun kənarında saxlayaraq oradan uzaqlaşmışdır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş və ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş də onunla barışmışdır. Barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda "xxxx" QSC Qazax filialında şöbə müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində işdə olan müddət ərzində özünə məxsus “HYUNDAİ ELANTRA” markalı **- MY-*** dövlət nömrə nişanlı avtomobilini avtoyuma məntəqəsində təmizlətmək qərarına gəlmiş, avtomobilini Qazax şəhəri Ə.Dilbazi küçəsində yerləşən Qara adlı şəxsin işlədiyi adsız avtoyuma məntəqəsinə aparmışdır. Orada Qara ona avtomobilini təmizləmək üçün təxminən 40 dəqiqə vaxta ehtiyacı olmduğunu demişdir. Ona görə də, o, avtomobilin açarlarını Qaraya verərək piyada şəkildə işə qayıtmışdır. Təxminən 40 dəqiqədən sonra o, avtomobilini götürmək üçün geri qayıtmış, avtomobilinin orada olmadığını bilmiş və avtomobilinin harada olmasını Qaradan soruşmuş, Qara ona avtomobilinin Qazax şəhər sakini Təqsirləndirilən şəxs oğulun ondan xəbərsiz sürərək getməsini və Qazax şəhəri, Azadlıq küçəsində yerləşən dördyol ayrıcında tanımadığı bir şəxsin avtomobilinə vuraraq yol nəqliyat hadisəsi törətməsini demişdir. Daha sonra o, yol nəqliyat hadisəsi baş verən əraziyə getmişdir. Lakin hadisə yerinə gedən zaman avtomobilin orada olmadığını görmüşdür. Həmin zaman o, başqa bir hadisə olmasın deyə baş vermiş yol nəqliyat hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları ona zəng etmiş və ona məxsus HYUNDAİ ELANTRA markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobilinin Qazax şəhəri, Bakı küçəsində yolun kənarında olduğunu, avtomobilin qapısının bağlı olduğunu, idarə edən şəxsin isə hadisə yerində olmadığını demişdir. Hazırda ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, təqsirləndirilən şəxs H. Pərvanəyevlə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 36 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gənə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhruçm etmə cəzası saxlanılmış, 02 il sınıq müddəti təyin edilməklə həmin cəza şərti olaraq tətbiq olunmuş, məhkumluğu ödənilmişdir. X1 verdiyi 12 may 2023-cü il tarixli, 838 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan 27 may 2023-cü il tarixli “Sputnik” kiçik müəssisəsi tərəfindən təqdim edilmiş Qüsur aktndan görünür ki, baş vermiş hadisə nəticəsində HYUNDAİ ELANTRA markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtmobilə 250 manat ziyan, həmçinin, VAZ 2103 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində ziyan dəymişdir. Qazax RİHB-nın Qazax Şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 12 may 2023-cü il tarixli, 5-58-1-12-21/2-623 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Arvadı xx.xx.1985-ci il təvəllüdlü X2, qızı xx.xx.2006-cı il təvəllüdlü X5, qızı xx.xx.2008-ci il təvəllüdlü X3 və oğlu xx.xx.2009-cu il təvəllüdlü X4 ibarət tərkibdə ailə üzvləri var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 12 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati icraatın başlanılması üçün qərarın surəti Qazax rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ərizələrini nəzərdən keçirib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-56/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №1(023)-56/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver