Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-58/2023 06.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı, digər polietilen torbada təmiz çəkisi 170 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında yerləşən çayxanada olan zaman saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165a ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:20-dən saat 21:15-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən 170 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin sonlarında, gündüz saatlarında Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisində yolun kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin kolunun olduğunu görmüş və ondan toplayıb qurutmaq qərarına gəlmiş, çətənə kolundan bir qədər toplayıb elə oradaca qurutmuşdur. xx.xx.2023-cü il tarixdə o, şəxsi istifadəsi üçün yaşadığı evə aparmaq məqsədilə qurumuş vəziyyətdə olan qeyd olunan marixuananı torbaya doldurmuş, əynindəki qara rəngli gödəkçəsinin sol iş qolunda gizlədərək Qazax şəhərinə gəlmiş, həmin gün, saat 19:30 radələrində Qazax şəhəri, Təqsirləndirilən şəxs prospektilə Hüseyn Cavid küçəsinin kəsişməsində yerləşən Alxan adlı şəxsə məxsus çayxanada olan zaman bir neçə nəfər şəxs Qazax rayon Polis Şöbəsinin əməkdaşları kimi özlərini təqdim edib narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli olduğumu bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. O, hər hansı bir etiraz bildirmədən könüllü surətdə polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Şöbədə müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, o, üzərində narkotik vasitə olduğunu deyərək əynindəki qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən ağ rəngli polietilen torbanın içərisindəki sarı rəngli sellofan torbada olan kütləni təqdim edərək qurudulmuş marixuana olduğunu, bir neçə ay əvvəl Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisində yolun kənarında yabanı halda bitmiş çətənə kolundan toplayaraq öz şəxsi istifadəsi üçün elə həmin ərazidə qurutduğunu, üzərində və digər yerlərdə başqa narkotik vasitə saxlamadığını bildirmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş qurudulmuş marixuananı satmamış, satmaq fikrinə düşməmiş, onda qurudulmuş marixuan olması barədə heç kəsə heç nə deməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Səhhətində problemlər var, gələcəkdə bir daha bur cür əmələ yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Qazax RPŞ-nin inzibati binasında xidməti otağında olan zaman Qazax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, məlumat barədə raportla Qazax RPŞ-nin rəisinə məruzə etmiş, rəis tərəfindən ona əməliyyat-axtarış tədbirlərinin keçirilməsi tapşırılmışdır. O, müvafiq qərar tərtib etmiş, qərar rəis tərəfindən təsdiqlənmişdir. Bununla əlaqədar yaradılmış əməliyyat qrupunun tərkibinə ondan başqa iş yoldaşları əməliyyat müvəkkili Şahid2, baş inspektor kriminalist Şahid3 və təhqiqatçı X5 daxil edilmiş və onlar rəhbərlik tərəfindən təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa olunması məqsədilə o, əməliyyat müvəkkili Şahid2lə birlikdə dərhal müvafiq tədbirlər keçirməyə başlamış, nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən çayxanada olması müəyyən edilmiş və saat 19:30 radələrində Təqsirləndirilən şəxs həmin yerdə yaxalanmış, ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında Qazax RPŞ-yə aparacağı izah edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən və müqavimət göstərmədən Qazax RPŞ-yə gətirilərək raportla rəisə məruzə edilmişdir. Rəis tərəfindən həmin faktla əlaqədar təhqiqat aparılması şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elvin İsgəndərova həvalə edilmişdir. Orada müdafiəçsinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı Elvin İsgəndərov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşulmuş, əgər vardırsa təhqiqata təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən 01 ədəd ağ rəngli polietilen torbanın içərisindəki 01 ədəd sarı rəngli sellofan torbadakı yaşıl rəngli, spesifik iyə malik olan kütləni çıxarıb təqdim edərək həmin vasitənin marixuana olduğunu, bir müddət əvvəl Qazax rayonu, Yuxarı Salahlı kəndinin ərazisində yolun kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən toplayıb qurutduğunu özü qəbul etmək üçün saxladığını və 17 yanvar 2023-cü il tarixdə həmin narkotik vasitəni götürüb istifadə etmək üçün gətirən zaman Qazax şəhəri ərazisində polis əməkdaşları tərəfindən yaxalandığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə götürülərək çəkilmiş, üzəri polis şöbəsinə məxsus olan 64 nömrəli möhürlə möhürlənmiş, H. Əliyevin üzərindən digər heç bir narkotik vasitə və sair qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə həmin gün, saat 20:20-də başlamış, saat 21:15-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər şahid Murad Hüseyzadə ilə oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/88 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş yaşıl rəngli qurudulmuş halda, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan ağ rəngli polietilen torbadakı, digər polietilen torbada təmiz çəkisi 170 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 170 qram olmiş, ondan 0,05 qram tədqiqata sərf edilmiş, 169,95 qram qurudulmuş marixoana qalmışdır. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 235 nömrəli ekspert rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 17 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qazax RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli polietilen torbadakı 01 ədəd sarı rəngli sellofan torbanın içərisindəki qurudulmuş halda yaşıl rəngli spesifik iyli kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə, saat 20:20-də başlamış, həmin gün, saat 21:15-də başa çartmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qazax rayon Psixiatriya Xəstəxanasından alınmış 31 yanvar 2023-cü il tarixli, 172 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Qazax RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-58-1-12- 21/2-403/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır. Anası 1945-ci il təvəllüdlü X2 tərkibdə ailə üzvü vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin verdiyi 18 iyul 2023-cü il tarixli, 3-16-5/8-69-Ə-1296/2023 saylı arayışdan görünür ki, 12 aprel 2006-cı ildə anadan olmuş Telman adlı uşağın atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X3 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə 220 manat sosial müavinət alır. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzadan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın– azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxssin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin İİ qrup əlil olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 169,95 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,4 manat məbləğində pul ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Qazax RPŞ-nin saxlanc anbarında saxlanılan 169,95 qram qurudulmuş marixuanaı məhv edilsin. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********00 00003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №1(023)-58/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-58/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver